Aqillərin inamına görə: ilan olan evə bədnəzər
toxunmaz. O evdə bərəkət çox olar.
Aqillərin inamına görə: sarımsağı həyətdə əkmək
məsləhət deyil. O evin ailə üzvləri arasında dedi-qodu, in-
ciklik, umu-küsü olar. Ailədə hamı bir-biri ilə acı danışar.
Sarımsağı həyətdən bir qədər kənarda əkmək məsləhətdir.
Aqillərin inamına görə: mədə qıcqırması olan adam-
lara, 10 gün gündə 3 dəfə, yeməkdən əvvəl turşəng, quzuqu-
lağı və ya təzə kələm yemək məsləhətdir.