Aqillərin inamına görə: ağzından pis qoxu gələn
adamlara hər gün (bir ay müddətində) yeməkdən əvvəl üç
ədəd şax (ağ) tut yarpağı çeynəmək məsləhətdir.
Aqillərin inamına görə: cılız, arıq uşaq və yaşlı
adamlara az duz vurulmuş lobyanı zeytun yağı ilə qaynadıb
yemək məsləhətdir. Bu, bədəni gümrahlaşdırır və kökəldir.
Aqillərin inamına görə: mədə soyuqlamasından, göy-
öskürəkdən, qanlı bəlğəmdən əziyyət çəkən xəstələrə zəncəfili
balla qarışdırıb hər axşam-səhər bir çay qaşığı udmaq məs-
ləhətdir. Bu, əhvali-ruhiyyəni yüksəldir. Həzmi də asanlaşdırır.