Aqillərin inamına görə: müezzin azan çəkəndə, kim
iş gördüyü zaman əyləşib üzünü qibləyə çevirsə, ömrü qırx
gün uzanar.
Aqillərin inamına görə: heyva çöpünü kəsib, cümə
günü yaxasına tikən adama göz dəyməz.
Aqillərin inamına görə: ağız boşluğundan pis iy, qo-
xu gələn adamlara hər gün yeməkdən əvvəl hil və mixək
dəmləyib içmək məsləhətdir.
Aqillərin inamına görə: kəskin mədə-bağırsaq ağrı-
larından əziyyət çəkən xəstələrə, əvəliklə yarpızın qarışıq
dəmləməsini hər gün yeməkdən əvvəl içmək məsləhətdir.