Aqillərin inamına görə: kim Novruzda il təhvil olan-
da, pak sudan bir qab götürüb saat on iki radələrində göyər-
dilmiş səmənini əkin-səpin yerində basdırsa, üzərinə su
çiləyib, pak suda əl-üzünü yuyarsa, o adamın ömrü uzun,
əkin-səpini bərəkətli, sağlam, gümrah olar.
Aqillərin inamına görə: kim il təhvil olanda axar su,
bu-laq başında oturub əlində səməni, yanında yandırılmış
şam, göy xallı atını görüb, salamlaşsa, o adam ölməzləşər.
Sifəti nurlu olar. Kimə xeyir-dua versə, arzu-istəyi uğurlu
olar. Belə adamın alqışı-alqış, qarğışı-qarğış olar.
Dostları ilə paylaş: |