213
Kəvər Tərkibi müxtəlif vitaminlərlə zəngindir. Bu, iştahanı
artırır, ağız boşluğunda, diş dibində əmələ gələn mikrobları,
şişləri zərərsizləşdirir. Kəvər şirəsi dərini yumşaldır, əldə,
üzdə olan codluğu aradan qaldırır.
Qatırquyruğu Müalicə üsulu loğman babalarımıza çox qədim dövr-
lərdən məlumdur. Qatırquyruğunu dəmləyib içmək böyrək-
lərdə və sidik yollarındakı daşlaşmanı, kirəcləşməni,
oynaqlardakı duzlaşmanı və ağrıları azaldır, sidik ifrazını
asanlaşdırır. Bədən orqanlarında baş verən ağrıları azaltmaq
üçün qatırquyruğunu, şüyüd zoğunu və gicitkəni qaynadıb
suyunda vanna qəbul etmək, sonra ilıq su ilə yaxalanıb,
dəmləməsini içmək məsləhətdir. Bu müalicə üsulu 10-15
gün davam etdirilsə, müalicə effektli olar, xəstə gecələr rahat
yatar.