209
plastmas, yapışqan, avtomobil pokrışkaları, kinolentləri, süni
ipək, yüksək keyfiyyətli lak, boyaq və s. məhsullar istehsal
olunur.
Kartofun müalicəvi xüsusiyyətləri xalqlara çoxdan mə-
lum idi. Kartofu çiy halda yastı formada doğrayıb yanıq,
ekzema olan yerlərə qoyub onları sağaldırmışlar. Kartof bit-
kisi Avropa ölkələrində əkildikdən sonra qısa bir vaxt ərzin-
də sinqa xəstəliyi tamamilə aradan qalxmışdır. Kartof buxarı
ilə astmatik xəstəlikləri müalicə edirdilər. Tərkibində çoxlu
K vitamini olduğuna görə sidik qovucu xüsusiyyətinə malik-
dir. Kartof ürək xəstəliyində də istifadə edilir. Çiy kök-yum-
rusundan alman şirəsindən mədə və onikibarmaq bağırsaqda
olan yaraların müalicəsində geniş tətbiq olunur. Çiçəklərinin
tərkibində rutin maddəsi ondan tibbdə qan kapillyarlarının
möhkəmləndirilməsində istifadə edilməsinə şərait yaradır.
Bir sıra tibb mütəxəssisləri kartofun şirəsindən, bişiril-
məsindən vərəm, ürək-damar, hipertoniya xəstəliklərində,
mədənin pan-kreatit vəzisinin normal işləməsində, eləcə də
sidikqovucu vasitə kimi istifadə etməyi məsləhət görürlər,
Kartofda olan nişastanı un şəklinə salıb dərman həblərinin
hazırlanmasında istifadə edirlər.
Tibb praktikasında təzə kartofun şirəsindən istifadə
edilir, belə ki, o, mədə şirəsinin turşuluğu yüksək olan qast-
ritlərdə, qəbizlikdə və mədənin xora xəstəliyinə müsbət təsir
edir. Həmçinin kartofun şirəsi hipertoniyada qan təzyiqini
aşağı salır. Qədimdən çiy kartofu xalq təbabətində də
işlədirdilər. Çiy kartofu sürtgəcdən keçirib bədənin yanmış
yerinə, ekzemada və başqa dəri xəstəliklərində də dərinin
xəstə nahiyəsinə qoyub sağaldırdılar. Bizim hər birimiz
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com