208
görə də bu sortlar çox faydalıdır. Kartofda C vitamini çox ol-
duğu üçün qiymətli ərzaq məhsulu sayılır. 200 qrama qədər
kartofda olan C vitamini orqanizmin bu vitaminə olan
gündəlik normasını təmin edir. Lakin kartofu saxladıqda C
vitamini getdikcə azalır. Yerdən təzə çıxarılmış kartofda C
vitamini 26-42%-dirsə, yaza qədər bunun ən çoxu üçdə biri
qalır. Kartofu bişirdikdə də C vitamini itir. Onun mümkün
qədər çox qalması üçün aşağıdakı şərtlərə əməl etmək məslə-
hətdir: kartofun qabığını soyduqdan sonra suda çox saxlama-
malı, kartofu bişirmək üçün soyuq suya yox, qaynar suya
salmalı və qazanın ağzını örtüb bişirməli. Kartofdan hazır-
lanmış yeməklərdə C vitamini çox tez itdiyinə görə onu
ertəsi günə saxlamağı məsləhət görmürlər.
Kartofda azotlu maddələr zülal, amin və amid birləş-
mələridir. Bunlar 6:3:1 nisbətindədirlər. Kartofun zülalla-
rında bitkilərdə təsadüf edilən amin turşuların demək olar ki,
hamısı, o cümlədən əvəz olunmaz amin turşuları vardır. Be-
ləliklə, kartofun zülalı qiymətli zülaldır. Kartofda turşu-
lardan: limon, oksalat, süd və alma turşuları vardır.
Yeyinti sənayesi kartofdan müxtəlif qida məhsulları –
qızardılmış, dondurulmuş, kartof lopası, krupası və s. isteh-
sal edir. 1 ton kartof yumrusundan 160 kq dekstrin və yaxud
80 kq qlükoza, 112 litr spirt və yaxud 55 kq maye karbonat
turşusu almır. Yeyinti tullantılarından isə cem, cecə, jmıx,
mal-qara üçün vitaminli yem hazırlanır. Standarta uyğun
gəlməyən kökyumrusundan və yaşıl hissəsindən isə donuz
və quşlar üçün yem əldə edilir. 100 kq kökyumrusundan 35
yem vahidi, 2,1 kq həll olmuş formada protein əldə edilir.
Kartofdan sənayedə fotolentlər, aseton, süd turşusu,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com