206
effekt verir. Yaxşı olar ki, pomidoru yağdan düzəldilmiş
buterbrodla qəbul edəsiniz.
Müalicəvi xüsusiyyətlərinə görə qırmızı pomidor birin-
ci, ikinci yeri isə tomat şirəsi və konservləşdirilmiş tomat
tutur.
Nəzərə almaq lazımdır ki, likopin ən çox açıq sahə-
lərdə əkilmiş tünd qırmızı rəngli pomidorda çox olur. Yəqin
ki, oranjereya şəraitində becərilən sarı rəngli pomidorun ola
bilsin ki, yaxşı dadı olsun, lakin müalicəvi xüsusiyyətləri
çox aşağı olsun. Yaşıl pomidorun tərkibi kalium elementi ilə
zəngin olmasına baxmayaraq demək olar ki, tərkibində
likopin maddəsi heç yoxdur.
Yapon alimləri bu yaxınlarda gözlənilməz bir xəbər
vermişlər.
Onlar SPID-ə qarşı yeni preparatlar hazırlayan zaman
tomat şirəsindən istifadə etməyə başlamışlar. Bu hələ
gələcəyin işidir. Hazırda mütəxəssislər yetişmiş tünd qırmızı
rəngli pomidordan xərçəng xəstəliyinə qarşı profilaktik
vasitə kimi yeməyi məsləhət görürlər. Mütəxəssislər hesab-
lamışlar ki, orqanizmin likopinə qarşı olan tələbatını təmin
etmək üçün 400 q təzə pomidor, yaxud 2 stəkan təzə tomat
şirəsi və yaxud da 3 xörək qaşığı tomat pastası qəbul
edilməlidir.
İsrail həkimləri sübüt etmişlər ki, likopin nəyinki pro-
filaktik rolu oynayır, ondan müvəffəqiyyətlə xərçəngin
müalicəsində istifadə etmək olar.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com