Nübar Həkimova ___________________________________
256
olması onun istənilən xörəyə – sup və salatlara, balıq və ət,
fəsəli içinə, kəsmik və pendir məhsullarının tərkibinə qa-
tılmasına səbəb olur və onların tərkibinə xoş ətirli və iş-
tahgətirici tam verir. Ətirli yaşıl şüyüd isti buterbroda,
qoğala, kökəyə, çiy içə, kartof və göbələkdən hazırlanan xö-
rəklərin tərkibinə qatılır, onların tamını və dadını yaxşılaş-
dırır. Həvəskarlar şüyüdü ədviyyat kimi dondurur, donuz
piyini duzlamamışdan qabaq, kələm və müxtəlif balıqların
tərkibinə qatılır. Xiyar, pomidor, kələm turşularının tərkibi
şüyüdsüz keçməz. Şüyüd nəinki qiymətli tərəvəz və ədviyyat
bitkisi olmaqla yanaşı, qiymətli dərman bitkisi də hesab
edilir. Onun tərkibi makro- və mikro (Ca, Mn, Fe, P, Ci, Mg,
So və s.) elementlərlə zəngindir. Bundan başqa şüyüdün
tərkibi C, B, B
2
, PP, P, karotin və s. kimi insan sağlamlığı
üçün mühüm əhəmiyyət kəsb edən vitaminlərlə də zəngindir.
Dərman bitkisi kimi onun otu, toxumu, ondan aman efir yağı
da qiymətli müalicəvi təsirə malikdir.
Xalq təbabətində şüyüddən hazırlanan preparatlarla qa-
raciyər xəstəliyində, arterial təzyiqin artmasında, soyuqdəy-
mədə, qarın ağrı larında, böyrək və sidik kisəsində olan daş-
ların təmizlənməsində istifadə edirlər, şüyüdün toxumların-
dan alınan efir yağından iştahaçıcı, həzm sisteminin yaxşı-
laşdırılmasında, qurdqovucu və sidikqovucu, köpmənin,
podaqra və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir.
Şüyüd suyu südverən qadınların südünün artırılmasında,
orqanizmin immunnosisteminin gücləndirilməsində mühüm
rol oynayır. Buna görə də infeksiyalı qrip xəstəliklərində
şüyüdün dəmləmə və cövhərlərindən istifadə edirlər.
Şüyüdün yaşıl hissəsi, stenokardiyada, piylənmədə,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|