__________________________________ Nübar Həkimova
259
vasitə olaraq dişin dibindən gələn xoşagəlməz qoxuları yox
etmək üçün də işlədilir.
Nanəyarpaq reyhan – Meyvəsi dörd çılpaq üçüzlü,
qara rəngli fındıqçadan ibarətdir. 100 ədədinin çəkisi 0,5-0,8
qramdır. Bundan alınan efir yağının tərkibində 60-70% kam-
fora birləşmələri tapılmışdır.
Reyhan cinsinin subtropik və tropik ölkələrdə xalq tə-
sərrüfatı əhəmiyyətli daha iki növünə – çılpaq və kilimancar
reyhanına rast gəlinir. Çılpaq reyhanın hər hektar sahəsindən
tərkibində 30-35% kamfora maddəsi olan 50 kq efir yağı alınır.
Dostları ilə paylaş: