İri bağayarpağı – Xalq təbabətində bağayarpağının
yarpaqlarından bəlğəmgətirici, sidikqovucu vasitə kimi və
sonsuzluğa qarşı istifadə etmişlər.
Qədim Yunanıstan və Roma təbabətində bağayarpağı
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
260
toxumlarından ishal xəstəliyinə qarşı istifadə olunmuşdur.
İran və Ərəbistanın xalq təbabətində bağayarpağından X
əsrdə istifadə etməyə başlamışlar. Rus xalq təbabətində ba-
ğayarpağı XVII əsrdən tətbiq olunur. Rusiyada bitən bağa-
yarpağının toxumlarının tərkibində çoxlu selikli maddə və
şirə olduğundan ondan soyuqdəymə zamanı mədədə baş
verən pozğunluqların aradan qaldırılmasında, bağırsaq xəs-
təlikləri və qəbzolma zamanı istifadə olunur. Yarpaqlarından
şiddətli bronxitdə, kəsiklər, irinli yaralar, əziklər, yanıqların
sakitləşdirilməsində və bir sıra xəstəliklərin müalicəsində
istifadə olunur. Kənd yerlərində onun toxumlarından
hazırlanmış toz uzunsürən ishalda, bağırsağın selikli qişa
xəstəliyində və eləcə də dizenteriya əleyhinə işlədilir.
Bağayarpağı öskürəyə qarşı tibbi preparatların tərki-
bində geniş tətbiq olunur. Toxumlarından isə spastik və ato-
nik qəbizlikdə zəif işlətmə dərmanı, eləcə də xroniki mədə-
bağırsaq xəstəliklərində dəmləmə və bişirmələr hazırlanır.
Son illərdə müəyyən edilmişdir ki, təzə dərilmiş bağa-
yarpağından alınan şirə mədə-bağırsaq xəstəliklərinin mü-
alicəsində çox faydalı dərmandır. Eyni zamanda aşkar
olunmuşdur ki, bağayarpağının sulfanilamid və antibiotik
maddələrlə birlikdə olan preparatı dizenteriyaya gözəl mü-
alicəvi təsir göstərir. Bağayarpağının dəri yaralarını (çiban,
kəsik və irinli yaraları) tez sağaltmaq xüsusiyyəti xalq
təbabətində çoxdan məlumdur. Bu məqsədlə təzə dərilmiş
bağayarpağını yaranın üstünə qoyub sarıyır və hər 2-3
saatdan bir təzələyirlər. Bundan əlavə, xalq təbabətində
ishala, qanlı ishala (dizenteriyaya) və bağırsaq xoralarına
qarşı da işlədirlər.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|