267
Kiçik Qafqaz ərazilərində yayılmışdır. Bundan başqa ona
dağ meşələrində, kolluqlarda rast gəlinir. Yaşıl kütləsinin
tərkibində 500-600 mq% C vitamini, 3 mq%-ə qədər karotin,
2% saponin, şəkər, aşı maddələri, nişasta, pektin, piy, qətran
və s. aşkar olunmuşdur.
İnsan 1-2 ədəd novruzçiçəyi yarpağını yedikdə bir gün-
də C vitamininə olan tələbatını ödəyir. Hazırda Hollandiya
və İngiltərədə onu tezyetişən, vitaminlərlə zəngin tərəvəz
bitkisi kimi əkib becərirlər.
Novruzçiçəyinin vitaminlərlə zəngin olan yaşıl hissə-
sindən müxtəlif salatlar hazırlanır.
Novruzçiçəyi növlərini bostan sahələrində, eyvanlarda,
dibçəklərdə, qutularda və s-də asanlıqla becərmək olar.
Bitkinin köklərinin tərkibindəki xoş ətirli maddədən
(yağdan) limonad və likörda iştahgətirici və tamverici vasitə
kimi istifadə edirlər. Bundan başqa onu xörəklərin, çaxır və
çayın tərkibinə də əlavə edirlər.