İrikasacıqlı novruzçiçəyi – İrikasacıqlı novruzçiçəyi
Rusiyanın Avropa hissəsində yayılmış dərman novruzçiçəyi-
nə həm quruluşu, həm də kimyəvi tərkibinə görə çox oxşar-
dır. Belə ki, onun da tərkibində saponinlər, qlükozidlər, fla-
vonoidlər tapılmışdır ki, bunlardan hazırlanan preparatlardan
sidikqovucu vasitə kimi istifadə olunur.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
268
AĞARTI MƏMULATLARI
Ayran. Susuzluğu aradan qaldırır, bədənin temperatu-
runu tənzimləyir. Yuxugətirmə qabiliyyətinə malikdir. Təzə
ayran ağız, dil, dodaq qurumasının qarşısını alır, qan təz-
yiqini tənzimləmək qabiliyyətinə də malikdir.
Ağsoğalaq. Tünd sarımsaqlı qatığın üzərinə yağı dağ
edib tökməklə hazırlanır. Ən çox köçəri-tərəkəmə və dağ ra-
yonlarında yaşayan əhali içərisində geniş yayılmış xörəkdir.
Hazırlanması çox asandır. Ağsoğalaq müalicə əhəmiyyətli
xörəkdir.
Uzun müddət ac qalan, iştahası olmayan, başağırların-
dan şikayətlənən, halsız olan adamlara hər səhər ağsoğalaq
yemək məsləhətdir.
Ağsoğalaq ağız boşluğunda əmələ gələn yaralar (sto-
matit), dişdibi ətinin xəstələnməsinə qarşı tətbiq edilir.
Ağsoğalaq qanaxmaya, ishala, mədə-bağırsaq iltihabı
və xorasına, soyuqdəyməyə, daxili xəstəliklərə, qida boru-
sunda əmələ gələn iltihaba, sinə ağrılarına, şiş xəstəliklərinin
müalicəsinə yaxşı təsir edir. Ümumi halsızlığı – zəifliyi,
iştahasızlığı aradan qaldırır, insanda şən əhvali-ruhiyyə
yaradır və fizioloji cəhətdən onu aktivləşdirir.
Qatıq. Qatığın müalicəvi əhəmiyyəti loğman babaları-
mıza çoxdan məlumdur. Qatıq həm iştahanı artırır, həm də
rahat yatmaq üçün yuxugətirmə xassəsinə malikdir. Qatıq-
dan və onun atlamasından ağız boşluğundakı qurumaya qarşı
geniş istifadə olunur. O, susuzluğu azaldır, ağızda olan
vəziləri tənzimləyir. Bir çox şiş xəstəliklərinə, həşərat sanc-
malarına, zəhərlənmələrə qarşı xalq təbabətində çox istifadə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|