271
buqlarını qaynadıb bir az soyuduqdan (ilıq) sonra ayaqları
15-20 gün axşam-səhər 25-30 dəqiqə vanna etmək, sonra
ayağı təmiz qurulamaq (barmaqların arası nəm qalmama-
lıdır) məsləhətdir. Bu cür müalicə üsulu effektli olur.
Sürmə. Ondan bəzək kimi istifadə edilsə də, bu, görmə
qabiliyyətinə zərərdir. Sürmə tər vasitəsilə göz nahiyəsinə
süzülür, gözün selikli qişaları vasitəsilə həll olunur, gözdə
xronoloji qızarma, gicişmə, acışma əlamətlərini şiddət-
ləndirir, nəticədə göz bəbəyində yeyilmə, nur-qara su
xəstəliklərinə çevrilir.
Gözü təbii şəkildə qoruyub saxlamaq məsləhətdir.
İlan qabığı. Xalq təbabətində çox qədimlərdən, döş,
oynaq və bel ağrıları zamanı ilan qabığından istifadə olunur.
İlanın qabığını əzib beldə, oynaqlarda ağrıyan yerlərə tə-
pitmə qoymaq, saç tökülməsi zamanı isə başa yaxmaq məs-
ləhətdir, bu, saçın dibini möhkəmlədir və hətta yeni saçgətir-
mə qabiliyyətinə malikdir. İlan qabığının həbi (balaca, yum-
ru şəkildə) daxildə olan mədə-bağırsaq, ağciyər, qaraciyər,
dalaq və s.) şişlərin müalicəsi üçün də çox faydalıdır.
Qara su. Dünyada geniş yayılmış göz xəstəliyidir. Nur
suyu, qara su, daima axan göz yaşı xəstəliklərinə tutulanlar
50 q camış yağı ilə bir yumurta ağını qarışdırıb yaxşı həll
etdikdən sonra, onun təpitməsini hər axşam yatmamışdan
əvvəl 30-35 dəqiqə (10-15 gün) gözün üstünə qoyduqda
xəstəliyə yaxşı təsir göstərir.
Ardıc – əsasən meyvəsindən istifadə edilir. Sidikqo-
vucu olub, infeksiya və mikrobları zərərsizləşdirir. Bal ilə
qarışığından dişdibi və damaq yaralarına qarşı istifadə edilir.
İtburnu – çiçəyi qızılgülə bənzəyir, soyuq və qurudur,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com