Ədviyyatlar demək olar ki, mahiyyətcə dərman bitkilə-
ri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman arasında heç bir
sərhəd qoymaq olmaz. Ədviyyatla çox qədim dövrlərdən
başlamış hazırki dövrə kimi hazırlanan xörəklərin tamım
yaxşılaşdırmaq və həzm sistemini normaya salmaq
məqsədilə istifadə edilir. Ədviyyatlar tərkiblərində güclü iyə
malik efir yağı saxlayır. Bunlardan sarımsağı, soğanı, mər-
zəni, kərəvizi, cəfərini, şüyüdü, cirə, zirə və s. göstərə bi-
lərik. Ədviyyatlar tüpürcək, mədə və öd kisəsi vəzilərinə
təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir
və bunun nəticəsində qəbul olunan qidalar həzm sistemində
yaxşı həll olur və maddələr mübadiləsinin düzgün getməsinə
şərait yaradır.
Ədviyyat dedikdə dərman xüsusiyyətlərinə malik bitki-
lər başa düşülməlidir. Onlar orqanizmin sağlamlığında mü-
hüm rol oynayırlar. Sarımsaq, qıtıqotu, turp, soğan, xardal və
s. antibiotik təbiətli bitkilər olub qiymətli müalicəvi təsirə
malikdirlər.
Lyubistok, mərzə, cəfəri, kərəviz və ardıc böyrəyin
fəaliyyətini nizama salır və orqanizmdə olan artıq suyu kənar
edir. Mədə şirəsinin ifrazında cirə, razyana, zirə, qıtıqotu,
sarıkök, bədrənc, boymadərən mühüm rol oynayırlar.
Tüpürcək vəzinin normal fəaliyyətində istiot, xardal,
sitrus bitkiləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, ədviy-
yat bitkilərinin insan sağlamlığında oynadıqları rollardan çox
danışmaq olar. Lakin bir sıra ədviyyatlardan çox ehtiyatlı,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com