Nübar Həkimova ___________________________________
270
saqla birlikdə əzib qarışdırdıqda, bir çox xəstəliklərə: qanax-
ma, şiş (xərçəng), qurd və eyni zamanda qan təzyiqinin tən-
zimlənməsinə, öd şişinin, sətəlcəm-qançır: soyuqdəymə, bəl-
ğəm, göyöskürək, sinə, oynaq ağrılarına, iştahasızlığa, ümu-
mi halsızlığa müsbət təsir göstərir.
Yuxarıda qeyd edilənlərdən əlavə, aşağıda göstərəcəyi-
miz bal (qida), söyüd (ağac), sürmə (bəzək), qara su (xəs-
təlik) və s. də xalq təbabətində geniş istifadə olunur.
Bal. Bütün dövrlərdə dərmandır. Ulu, müdrik loğman-
larımızın belə bir tövsiyəsi var: "Heç bir azar-bezar, dərd
görmək istəmirsənsə, çox yaşamaq istəyirsənsə, bal ye".
Balın həzmi ağır olduğundan onu səhər yemək məsləhətdir.
Bal qaymaq ilə yeyiləndə iştahanı artırır, uzun müddət adamı
tox saxlayır. Ondan üzün təravətləndirilməsində də istifadə
olunur. Bir qaşıq balı bir qaşıq su və bir yumurtanın sarısı ilə
qarışdırıb həll etmək və alınan məhlulu üzə, ələ, boyun
dərisinə çəkmək, 15-20 dəqiqə saxlayıb, sonra ilıq su ilə
yumaq lazımdır.
Bir qaşıq balı, yarım stəkan bulaqotu şirəsi ilə qarış-
dırıb üzə çəkmək, 10-15 dəqiqədən sonra onu ilıq su ilə
yumaq lazımdır.
10-15 gün müddətində, hər axşam bir qaşıq balı yarım
qaşıq döyülmüş bibərlə qarışdırıb saçın dibinə sürtdükdə,
saçın tökülməsinin qarşısı alınır, saç dibində olan qovaqlar
təmizlənir. Bir qaşıq bala üç damcı sirkə qarışdırıb, bir həftə
müddətində içdikdə bəlğəm, öskürək, göyöskürək və
qusmanın qarşısını alır.
Söyüd. Ayaq barmaqlarının arası bişməcə olan, tez-tez
tərləyən adamlara söyüd ağacının qabığını və ən nazik çu-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|