Novruzçiçəyi Cinsin dünya florasında 600-ə qədər növü yayılmışdır.
Novruzçiçəyi gözəl dekorativ bitki kimi diqqəti cəlb edir,
lakin bu məqsədlə çox az istifadə olunur. Onun bir çox
növləri isə müalicə əhəmiyyətli bitkilərdir. Rusiyanın Avro-
pa hissəsində yayılan dərman novruzçiçəyindən hələ çox
qədim zamanlardan xalq təbabətində müalicə məqsədləri
üçün istifadə olunmuşdur. Ondan sinir sisteminin möhkəm-
ləndiricisi, tərlədici vasitə kimi, döş qəfəsi xəstəliklərində,
öskürək və s. əleyhinə geniş istifadə olunmuşdur. Köklərin-
dən alınan cövhər isə bronxit xəstəliklərinin müalicəsində
tətbiq edilir.
Novruzçiçəyinin bir neçə növü vitaminlərlə zəngindir
və qida məqsədləri üçün istifadə oluna bilər.
Voronov novruzçiçəyi – Bitki Azərbaycanın Böyük və
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com