266
qaynanmış suya 10 ədəd ətirşah yarpağı və yaxud çiçəyindən
götürüb əlavə edin, zəif od üzərinə qoyub qaynayana qədər
saxlayın. Sonra dəmləməni götürüb üzərinə 1 çay qaşığı bal
əlavə edib qarışdırın. Alınmış məhlulu axşam ay bütöv olan
zaman gecədən səhərə qədər saxlayıb sonra istifadə edin.
Kulinariya sahəsində isə efir yağından çörək-bulka sə-
nayesində, meyvə, cem, sərinləşdirici içkilərin tərkibinə
əlavə edilir. Bir sıra xalqların kulinariyasında ətirşahın cavan
yarpaq və zoğlarından müxtəlif xörəklərin tamının yaxşılaş-
dırılmasında ədviyyat qatqısı kimi istifadə edilir.
Ətirşahdan alınan efir yağından da ətriyyat, kosmetika,
kulinariya və tibb sahəsində geniş istifadə edilir.