265
Qaraciyər və dalaq şişərsə, qızılgülün qurudulmuş ləçə-
yini gülab suyu ilə təpitmə edib, həmin yerin üzərinə qoyul-
sa, ağrıları azaldır. Bu müalicə üsulunu 10-15 gün axşam
yatmazdan əvvəl 20-25 dəqiqə davam etdirmək məsləhətdir.
Ətirşah Ətirşah cinsi 350-yə qədər növü özündə birləşdirir.
Cinsin içərisində efir-yağlı, boyaq təbiətli, dərman, nektar və
bəzək üçün yararlı növlərinə rast gəlmək olar.
Ətirşah cinsinin Qafqazda 29, o cümlədən Azərbay-
canda 23 növünə təsadüf edilir.
Müqəddəs Marveya adasının cadugərləri hamilə qa-
dınlara məsləhət görürdülər ki, doğmağa bir ay qalmış hər
gün qarın nahiyələrini ətirşah yağı ilə dairəvi və spiral for-
mada sürtsünlər. Bunu onunla izah edirdilər ki, ətirşah yağı
uşaqda təhlükə törədən şər qüvvələrin qarşısını alır, onun
sağlam və ağıllı olmasına şərait yaradır.
Ətirşahdan soyuqdəymələr zamanı baş verən kəskin
onurğa ağrılarım yox etmək üçün həmin nahiyələrə ətirşah
yağı sürtməklə müalicə edirmişlər. Bitkinin yarpaqlarından
alman dəmləmələrdən aybaşı qabağı baş verən ağrıların
qarşısını almaq üçün daxilə qəbul edirdilər.
XVI əsrdə rus əczaçıları «atəş zamanı» qulaqlarda baş
verən gurultuları və ağrıları ətirşahdan alınan ekstraktdan
damcı kimi istifadə edib qarşısını alırdılar. Göz qapağında
baş verən xəstəlikləri aradan qaldırmaq üçün ətirşahdan
alınan ekstaktın içərisinə azca bal qatıb səhər və axşam vaxt-
ları yumaqla müalicə edirmişlər. Bunun üçün 200 ml
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com