Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu


İrikasacıqlı  novruzçiçəyi



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə343/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   339   340   341   342   343   344   345   346   ...   403
İrikasacıqlı  novruzçiçəyi  –  İrikasacıqlı  novruzçiçəyi 
Rusiyanın Avropa hissəsində yayılmış dərman novruzçiçəyi-
nə həm quruluşu, həm də kimyəvi tərkibinə görə çox oxşar-
dır. Belə ki, onun da tərkibində saponinlər, qlükozidlər, fla-
vonoidlər tapılmışdır ki, bunlardan hazırlanan preparatlardan 
sidikqovucu vasitə kimi istifadə olunur.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
268 
AĞARTI MƏMULATLARI 
 
Ayran. Susuzluğu aradan qaldırır, bədənin temperatu-
runu  tənzimləyir.  Yuxugətirmə  qabiliyyətinə  malikdir.  Təzə 
ayran  ağız,  dil,  dodaq  qurumasının  qarşısını  alır,  qan  təz-
yiqini tənzimləmək qabiliyyətinə də malikdir. 
Ağsoğalaq.  Tünd  sarımsaqlı  qatığın  üzərinə  yağı  dağ 
edib tökməklə hazırlanır. Ən çox köçəri-tərəkəmə və dağ ra-
yonlarında  yaşayan əhali içərisində geniş  yayılmış xörəkdir. 
Hazırlanması  çox  asandır.  Ağsoğalaq  müalicə  əhəmiyyətli 
xörəkdir. 
Uzun müddət ac qalan, iştahası olmayan, başağırların-
dan  şikayətlənən,  halsız  olan  adamlara  hər  səhər  ağsoğalaq 
yemək məsləhətdir. 
Ağsoğalaq  ağız  boşluğunda  əmələ  gələn  yaralar  (sto-
matit), dişdibi ətinin xəstələnməsinə qarşı tətbiq edilir. 
Ağsoğalaq  qanaxmaya,  ishala,  mədə-bağırsaq  iltihabı 
və  xorasına,  soyuqdəyməyə,  daxili  xəstəliklərə,  qida  boru-
sunda əmələ gələn iltihaba, sinə ağrılarına, şiş xəstəliklərinin 
müalicəsinə  yaxşı  təsir  edir.  Ümumi  halsızlığı  –  zəifliyi, 
iştahasızlığı  aradan  qaldırır,  insanda  şən  əhvali-ruhiyyə 
yaradır və fizioloji cəhətdən onu aktivləşdirir. 
Qatıq. Qatığın müalicəvi əhəmiyyəti loğman babaları-
mıza  çoxdan  məlumdur.  Qatıq  həm  iştahanı  artırır,  həm  də 
rahat  yatmaq  üçün  yuxugətirmə  xassəsinə  malikdir.  Qatıq-
dan və onun atlamasından ağız boşluğundakı qurumaya qarşı 
geniş  istifadə  olunur.  O,  susuzluğu  azaldır,  ağızda  olan 
vəziləri tənzimləyir. Bir çox şiş xəstəliklərinə, həşərat sanc-
malarına, zəhərlənmələrə qarşı xalq təbabətində çox istifadə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin