281
qatqısı kimi ən çox qənnadı, çörək-bulka, spirtsiz içkilər, pi-
və istehsalında, ətriyyat sənayesində işlədilir. Zəncəfilin kö-
kümsovlarından alınan ətirli yağlan ən çox qadınlar saçlarına
sürtürlər. Çünki bu yağ saçları parlaq və çox təravətli edir.
Çində isə bunun kökümsovlarından hazırlanan ədviyyə
tozu şəkərli məhsulların tərkibinə daxil edilir. Bundan başqa,
onun tozundan müalicəvi təsirə malik olan mazların,
cövhərlərin və iksirlərin tərkibinə qatırlar.
Zəncəfıl kökümsovlarından ətirli qatran və az uçucu
olan efir yağı alınmışdır. Qurudulmuş kökümsovlarında 1,8-
3,5%-ə qədər efir yağı vardır.
Hazırda zəncəfildən dünyanın bir çox ölkəsində xörək-
lərin tamını, ətrini və keyfiyyətini yaxşılaşdırmaq üçün qatqı
kimi istifadə olunur.
Zəncəfilin növ, forma və sortlarının adları onların
əkilib becərildikdəri dövlətlərin adı ilə adlandırılır.
Sarıkök
Sarıkök ədviyyat təbiətli, boyaq əhəmiyyətli və dərman
xüsusiyyətli hesab edilir. Yeyinti sənayesində onun əsas
kökündən xammal kimi istifadə olunur. Kökümsovlarının
tərkibində nişasta, 1,5-5 faizə qədər efir yağı, kurkumin adlı
boyaq, alkoloid maddələri, müxtəlif duzlar, qatran, kalium
və s. vardır. Qədim zamanlardan başlayaraq hazırki dövrə
kimi müxtəlif ölkələrdə sarıkökdən dərman, ədviyyat, boyaq,
efir yağlı bitki kimi istifadə edilir.
Sarıkökdən nişasta, reaktivlər, yeyinti və toxuculuq sə-
nayesi üçün boyaq və s. maddələr də almır. Bitkinin köküm-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com