303
taya qatıb təpitmə kimi qoymaq dəri üzərindəki çatlara
xeyirli hesab olunur.
Noxud – bədənə istilik və quruluq verir, sinəni, sinir
sistemini möhkəmləndirir, təmiz qan yaradır. Mədə qurdunu
təmizləmək üçün səhər-səhər acqarına həll bişmiş noxud
yemək faydalıdır. Damaq şişi və diş ağrısı zamanı təzə, göy
noxudu əzib şirəsi ilə qarqara etmək məsləhətdir.
Paxla – paxla yedikdə mədədə tez aşağı yatır, ona görə
də ondan ishal və ürəkbulanma zamanı istifadə edirlər.
Sinəni və ağciyəri təmizləyir, öskürəyi sakitləşdirir. Yanıq
yaraları üzərinə yarpaqlarından təpitmə qoymaq yaxşı nəticə
verir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com