Tərəkəmələrin inamına görə: ölən adamın geyim pal-
tarlarının bir qismi yuyucuya verilər, bir qismi yetim-yesirə
paylanar ki, paltarının arxasınca evə gəlməsin, gözü geyi-
mində qalmasın.
Tərəkəmələrin inamına görə: əkiz doğulmuş uşaqları
anadan olan kimi bir-birinə göstərsələr, uşaqlardan biri ölər.
Tərəkəmələrin inamına görə: uşaq doğulan kimi
yuyub, bədəninə duz səpərlər ki, uşaq duzsuz olmasın.
Tərəkəmələrin inamına görə: ailədə oğul doğularsa,
uşağın atası ağac əkib basdırar ki, uşağın ömrü uzun olsun,
camaat onun mer-meyvəsindən yesin, kölgəsində dincəlib
sərinləsin.