__________________________________ Nübar Həkimova
85
Tərəkəmələrin inamına görə: körpənin tez-tez əsnə-
məsi, gərnəşməsi onun böyüməsi, sümüklərinin möhkəm-
lənməsi əlamətidir.
Tərəkəmələrin inamına görə: hər kəsin yaxşı bir işi-
ni, hərəkətini, ədəbini görəndə "ay maşallah", "ay bərəkəl-
lah" dedikdə, o şəxsin işi: ədəb-ərkanı uğur tapar, pis göz,
pis sözdən uzaq olar.
Tərəkəmələrin inamına görə: əgər körpə uşaq gözə-
gəlimli olarsa, onun üstünə xam iynə, xam sap ilə xam mavi
rəngli ipək parça və göy muncuq tikmək lazımdır ki,
gözdəymədən uzaq olsun.
Tərəkəmələrin inamına görə: gözəl oğlana (qıza),
boylu-buxunlu yaxşı ata, damazlıq heyvana, barlı ağaca qib-
tə ilə baxan adam, baxdığını nəzərə, gözə gətirməmək üçün
"Allah uğuru xeyir tapmaz, getdiyi işi düzəlməz. Gecə
yatanda onu qara basar.
Dostları ilə paylaş: