__________________________________ Nübar Həkimova
83
İNAM VƏ ETİQADLAR
Elat-tərəkəmə müdriklərinin inamına görə: İl qu-
raqlıq keçəndə, xam süpürgə yandırırlar ki, yağış yağsın.
Elat-tərəkəmə müdriklərinin inamına görə: ağızı
oruc olub, orucunu açmayan, səhər-səhər ağzına bir tikə qis-
mət almayan adam, evindən qonşuya un, urva, çörək, taxıl
verərsə, o, evinin bərəkətini, son qismətini verir. Əgər süd,
qatıq, çalası verərsə, heyvanını bədnəzər tutar. Odur ki, qon-
şuya, qohuma evdən səhər-səhər bir şey verəndə, bir qismət
də olsa, ağzına çörək qoyub yemək məsləhətdir.
Dostları ilə paylaş: