78
dişdibi yuvaqları və dişdibi ətlərini bərkidir.
Barmağına dolama çıxan adamlara sərçə və ya sığırçın
ətini əzib dolama çıxan barmağın üstünə qoyub sanmaq
məsləhətdir. Bu, dolamanın sağalmasına kömək edər.
Bədənindən, ayağından iy gələnlərə 10-15 gün hər gün,
sonra həftəaşırı axşam yatmamışdan əvvəl təzə biyan yar-
pağını qaynadıb suyunda çimmək məsləhətdir. Müalicəsi
effektlidir.
Baş-beyinində yorğunluq, yaddaş unutqanlığı əmələ
gələnlərə 10-15 gün yeməkdən əvvəl, gündə üç dəfə zəfəran
dəmləyib içmək məsləhətdir. Sonra bunu günaşırı davam
etdirmək olar. Müalicəsi effektlidir.
Öd kisəsi ağrılarından əziyyət çəkənlərə şaftalı şirəsi
içmək məsləhətdir.
Şəkər xəstəliyinə tutulanlara hər gün yeməkdən qabaq
üç dəfə cəviz (qoz) yarpağını dəmləyib içmək məsləhətdir.
Tez-tez zökəm xəstəliyinə tutulanlar axşamlar yatanda,
balıncının altına və ya yanına üzü qabıqdan təmizlənmiş
sarımsaq qoymaq məsləhətdir. Belə müalicə üsulu zökəmin
qarşısını alır.
Təngnəfəs olanlara, nəfəs alarkən əziyyət çəkənlərə
gündə üç dəfə, yeməkdən əvvəl yerkökü şirəsini bal ilə qa-
rışdırıb ağızı qarqara etmək məsləhətdir.
Yanıqdan əziyyət çəkənlərə şüyüdü narın əzib bal ilə
qarışdırdıqdan sonra yaranın üstünə yaxmaq məsləhətdir.
Ceviz (qoz) ləpəsini ətçəkən maşında çəkib təmiz balla
qarışdırıb bir ay, gündə üç dəfə (axşam, səhər, günorta)
yaxmasını yemək və ya yeməkdən əvvəl bir qaşıq qəbul
etmək qan təzyiqi yuxarı olanlara çox xeyirlidir. Bu, qan
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com