76
Sarılıq, qaraciyər və böyrək ağrılarından əziyyət çə-
kənlərə tut bəhməzi yemək məsləhətdir.
Əsəbləri pozulan xəstələrə tütün (tənbəki) yarpağını və
gövdəsini (özəyini) qaynadıb 10-15 gün, hər axşam 30-40
dəqiqə onun suyunda ayaqlarmı vanna etmək məsləhətdir.
Ürəyi ağrıyan, qan təzyiqi yuxarı olan xəstələrə 10-15
gün (səhər, günorta, axşam) yeməkdən əvvəl heyva çiçəyini,
heyva çöpünü dəmləyib içmək, yaxud heyva mürəbbəsi ilə
çay içmək məsləhətdir.
Mədə-bağırsaqda əmələ gələn yara-xoraların müalicəsi
üçün darçını dəmləyib içmək məsləhətdir.
Oynaqlarında şiddətli ağrıları olan xəstələrə hər gün
yeməkdən əvvəl üç dəfə qaymaqçiçəyi dəmləməsini içmək
məsləhətdir.
Təngnəfəs (astma) xəstəliyindən əziyyət çəkənlərə dağ
baldırğanmı maşından keçirtdikdən sonra 10-15 gün
yeməkdən əvvəl üç dəfə şirəsinə azca şəkər tozu qatıb, bir
fincan içmək və ya ət maşınından keçirilmiş baldırğanın
özünü yemək məsləhətdir.
Qan təzyiqi yuxarı olanlara hər gün yeməkdən əvvəl üç
dəfə, 10-15 gün əvəliyin çiçəyini (toxumunu) dəmləyib
içmək məsləhətdir.
İshal xəstəliyinə tutulanlara – bir həftə gündə üç dəfə
yeməkdən əvvəl daş armudun (cır, yabanı armudun) ya özü-
nü, ya qaxını ya da şirəsini içmək məsləhətdir.
Babasil xəstəliyinə tutulanlar – bir ay, hər gün yatma-
mışdan əvvəl yarpızın qaynadılmış suyunda vanna qəbul
etmək məsləhətdir. Bir aydan sonra onu həftəaşırı etmək
baldırında şiş olan xəstələr gülxətmini qaynadıb suyunda xə-
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com