77
şil çalıb, sonra şişin üzərinə yaxıb tənziflə sarımaq, üstündən
corab geyinmək məsləhətdir. Bu müalicəni bir ay davam
etdirmək lazımdır.
Sinəsi bəlğəmdən tutulan adamlara bir həftə, hər gün
yeməkdən əvvəl üç dəfə nar çiçəyini dəmləyib bal ilə qarış-
dırıb içmək məsləhətdir. Bu qəbil müalicə üsulu sinəni
bəlğəmdən təmizləyir.
Sinəsi tutulan, göyöskürək və bəlğəmli xəstələr – bir
həftə, her gün yeməkdən qabaq yasəmən çiçəyini dəmləyib
içmək məsləhətdir.
Sinəsi bəlğəmli, qanlı öskürəyi olan xəstələrə moruq
mürəbbəsini bal ilə qarışdırıb çay ilə, yaxud moruq mürəb-
bəsini bal ilə şərbət edib axşam yatmamışdan qabaq və səhər
obaşdan acqarına bir fincan içmək məsləhətdir.
Sinəsi bəlğəmli, göyöskürəyə tutulanlara dağ baldırğa-
nının gövdəsini qaynadıb suyunu süzdükdən sonra bir həftə
gündə üç dəfə (səhər, günorta, axşam) bir fincan içmək
məsləhətdir.
Sarılıq xəstəliyinə tutulanlara – sərçə əti və yumurtası
yemək məsləhətdir.
Sarılıq xəstəliyinə tutulanlara nar şirəsini qaynanmış
südlə qarışdırıb içmək məsləhətdir.
İshal, qarın ağrısı xəstəliyinə tutulanlara yetişmiş əzgil
yemək və ya əzgili qaynadıb suyunu gündə üç dəfə ye-
məkdən əvvəl içmək məsləhətdir.
Qızılca xəstəliyinə tutulanlara gündə üç dəfə əsməgül
çiçəyi dəmləməsi içmək məsləhətdir.
Diş ağrısından əziyyət çəkənlərə gündə üç dəfə ağzını
qızılgül suyu ilə qarqara etmək məsləhətdir. Bu, həm də
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com