81
Böyrək ağrılarından əziyyət çəkən xəstələrə axşamdan
bir dəstə keşnişi iki stəkan suda, bir stəkan su qalana qədər
qaynadıb, səhər tezdən həmin suyu içsələr, ağrılar azalar. Bu
üsulu 10-15 gün ardıcıl davam etdirmək məsləhətdir.
Mədə ağrısından əziyyət çəkən, qanı az olan adamlara
10-15 gün hər səhər acqarına şax tut (ağ tut) yemək və ya
şirəsindən bir stəkan içmək məsləhətdir.
Göyöskürəkdən əziyyət çəkən, adamlara əncir qurusu-
nu təzə sağılmış inək südündə qaynadıb içmək məsləhətdir.
1
1
Türkəçarə inamları 44 yaşlı Zeynalova Rəna Əli qızının dilindən yazıya
alınmışdır. Rəna xanım Bakıda yaşayır, ali təhsilli tibb işçisidir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com