Tərəkəmələrin inamına görə: nəzərə gəlmiş adama
üzərlik tüstüsü verib, başına duz çevirəndə, nəzər ondan
uzaq olar.
Tərəkəmələrin inamına görə: boş beşiyi tərpətmək
pisdir. Uşaq ölər və ya ömürlük xəstə olar.
Tərəkəmələrin inamına görə: ana uşağını əmizdi-
rərkən döşünü görən olsa, südü quruyar.
Tərəkəmələrin inamına görə: toxumu şuma səpən
adam pak olmalı, toxumu sağ əli ilə səpməlidir. Səpinçi
bunları etməsə, taxılın bərəkəti olmaz.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com