Aqillərin inamına görə: qayınana ilk dəfə erkək bala
doğmuş düyə bulamasını, Novruzda niyyət edib hamilə
gəlininə, qızına yedizdirsə oğlu, dişi bala doğan düyə bula-
ması verərsə qızı olar. Belə uşaqlar inama görə ayağı sayalı
olar, ailəyə xoşbəxtlik gətirər.
Aqillərin inamına görə: ailə başçısı, ağbirçək nənə-
ana həftədə bir dəfə evdə üzərlik yandırıb ev-eşiyi, paltar-
palazı, ailə üzvlərini üzərlik tüstüsünə verərsə, pis söz, pis
göz, bədnəzər o ailədən iraq olar, evin bərəkəti artar.
Dostları ilə paylaş: |