280
ədviyyat kimi istifadə olunur.
Vanildən alınan preparatlardan tibbdə bir çox xəstəlik-
lərin müalicəsində (qızdırmada, səpgidə, həzm pozğunluq-
larında, qanazlığında, əsəbilik, yuxusuzluq və revmatizmdə)
istifadə edilir.
Hil
Hil həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəm-
ləndirir, əhval-ruhiyyəni yüksəldir. O, eyni zamanda tər iyini
aparır, ağız qoxusunu ətirli edir. Onu mədə xəstəliyi, ürək-
bulanma, qaraciyər ağrısı, böyrək daşı zamanı işlətmək
xüsusi əhəmiyyətə malikdir. Onu toz halında buruna çəkirlər
və müxtəlif səbəbdən yaranan baş ağrılarını sakitləşdirməkdə
istifadə edirlər.
Bunun toxumlarından tibbdə bir çox xəstəliklərin –
ödqovucu, öskürək, zökəm, revmatizm və s. müalicəsində
istifadə olunur. Ədviyyat kimi xörəklərə də əlavə edilir.
Zəncəfil
Zəncəfil çox qədim ədviyyat bitkisi hesab olunur. Quru-
dulmuş kökümsovlarından qiymətli ədviyyat məhsulu istehsal
olunur. Belə ki, onun kökümsovlarından hazırlanmış prepa-
ratlardan, eləcə də cövhərlərindən taun, tif, qızdırma və bu
kimi xəstəliklərin qarşısının alınmasında istifadə edilmişdir.
Hazırda isə zəncəfildən ədviyyat kimi dünyanın əksər
xalqların mətbəxlərində hazırlanmış xörəklərin tamını, ətrini
və keyfiyyətini yaxşılaşdırmaq üçün işlədilir. Ədviyyat
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com