74
damcı gözə tökmək məsləhətdir.
Elat-tərəkəmə türkəçarə təbiblərinin inamına görə: ilancıq, gözyarası (bunlar yaman yaralardır) olan xəstələrə
20-21 gün, gündə bir dəfə təzə kəsilmiş heyvanın gözünü,
zəyi, yumurtanı unla qatıb alman xəmiri bükərək külə qoy-
maq, üstünü qor-odla örtüb tam bişirmək, sonra onu əzib,
ələkdən keçirib, ununu yaranın üstünə səpmək məsləhətdir.
Yel xəstəliyindən əziyyət çəkənlərə təzə açılmış aka-
siya çiçəyini dərib şüşə bankada ağ neft içərisində 10 gün
qaranlıq və sərin yerdə saxladıqdan sonra hər gün üç dəfə yel
tutan nahiyəni sürtüb sığallamaq məsləhətdir.
Əlində ziyil olan adama həmin yeri körpə küçüyə
yalatmaq məsləhətdir.
İnsan bədəninin üzvlərində əmələ gələn şiş fırların tez
yetişməsi, deşilməsi üçün içində pendir mayası olan qursağı
həmin şişin üzərinə yaxmaq məsləhətdir.
Gözə çıxan itdirsəyini sağaltmaq üçün bir parça qəndi
bir həftə, hər gün üç dəfə itdirsəyinin üstünə sürtmək məs-
ləhətdir.
Qulaq ağrısından əziyyət çəkənlərə ağ soğanın suyunu
sıxıb qulağa tökməsi məsləhətdir.
Saçın tökülməməsi üçün qırmızı soğanın qabığını qay-
nadıb suyunda günaşırı baş yumaq məsləhətdir.
İshal xəstəliyindən əziyyət çəkən xəstələrə şirin nar
qabığının qurusunu narın əzib, bişmiş yumurtanın üzərinə
səpib yemək məsləhətdir.
Oraq, kərənti, qılınc, xəncər, bıçaq kəsiyini tez sağalt-
maq üçün acıtərəni (vəzərini) qurudub, narın əzib yaranın
üstünə səpmək məsləhətdir.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com