5.İctimaiyyətlə əlaqələrin və beynəlxalq əməkdaşlığın yeni sistemi qurulub.
MEK beynəlxalq və
ictimaiyyətlə əlaqələrin qurulmasını və inkişafını önəmli hesab edir. MEK haqqında məlumat
əlçatan, dolğun və obyektivdir. 2016-cı ildən başlayaraq 3 dildə (Azərbaycan, rus, ingilis), çevik və
interaktiv rəsmi internet səhifəmiz
www.mek.az
,
www.csl.az
yaradılıb,
mek.az
domain-i alınıb sayta
və korporativ yazışmaya istifadəyə verilib, Facebook, Twitter, VK, İnstaqram kimi sosial
şəbəkələrdə səhifələr açılıb, Youtube-da rəsmi sosial kanal açılıb, Facebook səhifəmizdə təkcə MEK
haqqında deyil, dünya və Azərbaycan kitabxanaları haqqında maraq doğuran məlumatlar
yerləşdirilir, media nümayəndələri ilə sıx əməkdaşlıq qurulur, MEK əməkdaşları AzTV, Lider,
CBC, İctimai və s. telekanallarda çıxış edir, elmi mənbələrin çıxış imkanları barədə məlumat verir,
media şirkətləri tərəfindən MEK-də ictimaiyyətin marağına səbəb olan verilişlər çəkilir, MEK
əməkdaşları müntəzəm olaraq kitabxana fondları barədə yeni məlumatları ictimaiyyətin diqqətinə
çatdırır, MEK-in məkanı informasiya ötürücüsü kimi aktiv şəkildə istismar olunur.
Dostları ilə paylaş: |