4
ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR
1.VİS proqramının kitabxana üçün ilk növbədə əhəmiyyətli komponentləri hazırlanıb
istifadəyə verilib.
VİS – müəssisənin bütün mümkün proseslərinin avtomatlaşdırılması, inteqrasiyası, nəzarətdə
saxlanılması və mərkəzləşdirilmiş şəkildə idarəedilməsi sistemidir. VİS ilk dəfə məhz MEK-in
proqram və texniki tələblərinə uyğun olaraq yerli proqram mühəndislərinin iştirakı ilə hazırlanmış
platformadır.
VİS-LİB – MEK Kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət platformasıdır və
aşağıdakı modulları istifadəyə verilib: “Komplektləşdirmə modulu”, “Kataloqlaşdırma modulu”,
“Fondlarda resursların yerləşdirilməsi modulu”, “İstifadəçilərin qeydiyyatı modulu”, “Sifarişlərin
verilməsi modulu”, “Resursların axtarışı modulu”, ”Proseslərə nəzarət modulu”, “Hesabatların
hazırlanması modulu”. VİS-HR MEK-in strukturunda olan bütün işçi heyətin nəzarət və
idarəedilməsi platformasıdır, “Təşkilati strukturun idarə edilməsi modulu” və “Davamiyyət,
icazələrin alınması və nizam-intizam modulu” hazırlanıb və istifadəyə verilib.
Bu modulların sınaq prosesi Milli Rəqəmsal Yaddaş şöbəsi, Proqramçılar bölməsi, Kitabxana-
Xidmət şöbəsi və İnsan resursları bölməsi əməkdaşlarının sıx və qarşılıqlı məsləhətləşmələri
rejimində sınaqdan keçirilir. MEK-ə daxil olan istənilən subyekt və obyekt VİS-in aidiyyatlı
modulunda əks olunur. Qalan modulların hazırlanması prosesinə başlanılıb.
Dostları ilə paylaş: