14.Vikipedia təlimləri.
Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, müstəqillik
illərində qazanılmış siyasi, iqtisadi, sosial və mədəni nailiyyətlərinin təbliğ edilməsi, ana dilində
informasiya resurslarından onlayn istifadə imkanlarının genişləndirilməsi və bu məlumatların
sərbəst elektron resurslarda və sosial şəbəkələrdə daha geniş yer almasına nail olmaq məqsədilə
“Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda təlimlər silsiləsinə başlanılıb. Təlimlərin
əsas məqsədi – elektron ensiklopediyada məlumatların və məqalələrin yaradılması prinsiplərini,
qaydalarını və üsullarını öyrətmək, eləcə də Vikipediyada etibarlılıq səviyyəsi yüksək olan məqalə
və məlumatların sayının artırmaqdır. AMEA müəssisə və təşkilatları tərəfindən yerləşdirilməsi
nəzərdə tutulan materialların spesifikliyini nəzərə alaraq, AMEA-nın 21 təşkilatına hər müəssisəyə 5
gün olmaq şərtilə təlim keçirilmiş, təlimdən sonrakı nəzarət və məsləhətləşmə təmin edilmişdir.
Dostları ilə paylaş: |