Azərbaycan miLLİ elmlər akademiyasi məRKƏZİ elmi Kİtabxana



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix25.12.2016
ölçüsü1,07 Mb.
#3156
1   ...   23   24   25   26   27   28   29   30   ...   43
18.  Başqa  təşəbbüslər. 

Diplomatik  missiyaların  nümayəndələri  və  beynəlxalq  təşkilatlar  ilə  görüşlər 

və 

müzakirələr 



aparılıb; 

Mərkəzi 


Elmi 

Kitabxananın  mərhum  direktorlarının  xatirə 

divarı 

hazırlanıb; 

alimlərin, 

incəsənət 

xadimlərinin, 

siyasətçilərin, 

mütəfəkkirlərin 

müxtəlif  dillərdə  səsləndirdiyi  və  müxtəlif 

dillərə  tərcümə  olunmuş  aforizmlərinin  “Kəlamlar”  adlı  video-təqdimatı  hazırlanıb,  MEK-in 

oxucular  tərəfdən  girişində  videodivarda  nümayiş  etdirilir;  kitabxana  xidmətləri  ikinövbəli  rejimdə 

təqdim  olunub;  bayram  günlərində  də  oxu  zalları  oxucuların  istifadəsinə  verilir;  kitabxana 

xidmətlərindən  aktiv  istifadə  edən  və  kitabxana  həyatında  fəal  iştirak  edən  oxucular  kitab 

hədiyyələri  ilə  fərqləndirilir;  yeni  daxil  olan  kitablar  barəsində  məlumat  dərhal  saytda  yerləşdirilir  və 



 

12 


 

daim  yenilənir;  müəssisə  və  təşkilatlara  hədiyyə  üçün  ayrılan  kitabların  siyahısı  sayta  yerləşdirilir  və 

daim 

yenilənir;  Akademiklərin  zalında  Azərbaycan  Respublikasında  akkreditə  olunmuş  və 



Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  çalışan  diplomatik  missiyalarının  güşələri  yaradılıb  və 

yeni  sənədlərlə  zənginləşdirilir;  istifadəçilər  auditoriyasından  könüllü  tərəfdaşlar  –  vikipediyaçılar 

formalaşdırılıb;  xarici  kitabxanalardan  MEK  istifadəçilərinin  sorğusuna  əsasən  beynəlxalq  mübadilə 

nəticəsində  sənədlər  əldə  edilir  və istifadəçilərə  çatdırılır.   

 

ÇƏTİNLİKLƏR   

1.  MEK  köçmə  prosesini  nəzərdə  tutulan  2  il  müddətinə  yox,  cəmi  7  aya  başa  çatdırmış,  bu 

səbəbdən 

kataloqların  nizamlanması  kitabxana  xidmətlərinin  göstərilməsinə  paralel  olaraq 

aparılmışdır,  bu  isə  öz  növbəsində,  xidmətlərin  göstərilməsi  zamanı  oxucu  sifarişlərinin 

araşdırılması  və cavablandırılması  prosesini  ləngidir.   

2.MEK-də  informasiya  mənbələrinin  mühafizəsi  çiplənmiş  kitab  və  jurnallar,  yaddaşına  “kitab  borcu 

var”  qeydi  olan  RFİD-kartlara  açılmayan  eyni  tezlikdə  çalışan  elektron  qapılar,  informasiya 

sənədlərinin  yalnız  MEK  ərazisində  istifadəsinin  mümkünlüyü,  müşahidə  kameraları,  self-çek 

avadanlığı  vasitəsilə  həyata  keçirilir.  Lakin,  proqram  və  avadanlıq  təminatının  çatışmazlığı  mühafizə 

işinin  sistem  şəklində  qurulmasına  maneə  yaradır.   

3.Brayel  əlifbası  və  audio  disklərin  olmasına  baxmayaraq,  görmə  qabiliyyəti  zəif  olan  insanlar  üçün 

xidmətlər  hələ  ki avadanlığın  çatışmazlığı  səbəbindən  tam  həcmdə  göstərilə  bilmir.   

4.  “Borclu  oxucuların  veto  siyahısı”nın  və  müvafiq 

prosedurların 

olmasına 

baxmayaraq, 

istifadəçilər 

tərəfindən  2014-cü  ilə  qədər  götürülmüş  əksər 

sənədlərin 

heç 

də 


hamısı 

kitabxanaya 

təhvil 

verilməmişdir.  Bu,  öz  növbəsində  cavablandırılmamış 

sorğuların  siyahısını  açıq  saxlayır.   

5.  Vikipediya  üzrə  təlimdən  sonra  iştirakçıların  Vikipediyadakı  istifadəçi  adlarını  (hesab  ünvanları) 

dəyişməsi,  öz  istifadəçi  səhifəsini  silməsi  və  yaxud  Vikipediyadakı  “Fəaliyyətim”  bölməsində 

yaratdığı  məqalələrin  adlarını  qeyd  etməməsi  səbəbindən  hər  iştirakçının  fəaliyyətini  qeydə  almaq 

və təlimlərin  effektivliyini  tam  şəkildə  müşahidə  etməyə  imkan  vermir.   


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin