Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
193
sisteminin tələblərinə müvafiq olaraq dəyişikliyə uğrayır. Əc-
nəbi sözün məna strukturunun tam həcmi deyil, dilimizin
həmin mərhələdə ehtiyac hiss etdiyi mənası alınır” [67,s.256].
Semantik mənimsəmədə alınma terminlər dilimizin
semantik sisteminə daxil olur, izahı verilmədən xüsusi sahədə
işlənir, eləcə də müstəqil və dəqiq mənalar qazanır. Bu üsulu
məna alınması kimi qələmə versək daha düzgün olar. Alınma
sözlərin assimilyasiyasında semantik assimilyasiya xüsusi yer
tutur. T.Z.Quliyev yazır: “Avropa dillərindən Azərbaycan
dilinə yeni sözlər daxil olduqca onların mənimsənilməsinin də
özünəməxsus üsulları meydana gəlir. Bu üsullar bir tərəfdən
Azərbaycan dili tələbləri ilə bağlıdır, digər tərəfdən isə alınma
sözlərin özlərinin semantik anlayışı və struktur xüsusiyyətləri
ilə əlaqədardır” [53,s.265].
Tədqiqatlardan aydın olur ki, sözlər reseptor dilə
mənbədəki mənada daxil olur. Hətta əgər bir sözün bir neçə
mənası mövcuddursa, həmin söz bütün mənaları ilə birlikdə
mənbə dildən götürülür. Yalnız bir müddət keçdikdən sonra bu
tip çoxmənalı alınma terminlərdə semantik sadələşmə baş verir.
Yəni terminin bütün mənaları deyil, lazım olan mənası dildə
istifadə olunur və işləklik hüququ qazanır. Məsələn, adept (lat.
adeptus nail olan) sözü “hər hansı təlimin, sektanın, ideyanın
qızğın tərəfdarı” deməkdir. Bu sözün ingilis dilində 6 mənası
(aparıcı, qabiliyyətli, ekspert, tərəfdar, sunii, zərif) olduğu
halda dilimizdə yalnız bir mənası işləklik qazanıb [136,s.18].
Alternativ (fr. alternative lat.alter. ikisindən biri) sözü dili-
mizdə “bir-birini qarşılıqlı istisna edən imkanlar arasında seçim
zəruriliyi” deməkdir. İngilis dilində bu sözün 13 mənası qeyd
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
194
olunur: seçim, qeyri-ənənəvi, başqa, müvəqqəti aktiv, dublet və
s [136,s.43]. Dilimizdə isə elmi sahədə yalnız seçim, variant
mənasında termin kimi formalaşmışdır.
Alınma sözlərin hamısı və ya bütün mənaları dildə özünə
yer edə bilmir. Dilin qanunlarına tabe olan, cəmiyyətdə işlək
olan, məna baxımından ehtiyac duyulan sözlər dildə qalıb
özünə yer edir. N.Məmmədli yazır: “Hərçənd alınma termin
dilimizin leksik sisteminin tərkib hissəsi olmaqla ümumi
qanunlarına tabedir, lakin onun dildə qalıb-qalmaması, milli
sözlərimizdə olduğu kimi, məna strukturunun sonrakı
taleyində, inkişafı tendensiyasında həllini tapır” [69,s.257].
Dilimizdə idealizm, materializm, dialektizm, abstraktlıq,
konkret kimi terminlər alınma terminlərdir. Bu terminlər
alındıqları vaxt müəyyən fəlsəfi məna kəsb edirdilər. Zaman
keçdikcə onlar ictimailəşmiş daha fərqli istiqamətdə işləklik
qazanmışlar.
Alınma terminlərin semantik mənimsənilməsi bir neçə
mərhələdən ibarətdir. Bu məsələ ilə bağlı V.İ.Belikov və
L.İ.Nikolskinin fikirləri maraqlıdır: “...əcnəbi söz semantik
cəhətdən əvvəlcə okkozionalizm kimi götürülür və mətndə
xüsusi izahat tələb edir. Sonra əcnəbi reali bir qədər
mənimsənildikdə və məzmun planında vahidi ilə onun yeni
ifadə üsulu arasında əlaqə başa düşüldükdə əcnəbi söz
resipiyentin passiv ehtiyatının vahidi hesab edilir və yalnız
bundan sonra aktiv ehtiyata keçərək tam mənimsənilmiş sayılır
[98,s.262].
Semantik alınma prosesində ola bilər ki, söz reseptor dildə
fərqli məna qrupuna aid olsun. Amma semantik alınma zamanı
|