Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
216
xaniki olaraq keçir. Belə ki, tərcümə olunmuş məna
baxımından alınma olan bütün sözləri kalka kimi dilimizə daxil
edə bilmərik. Azərbaycan dilinə kalkaetmə prosesində bu və ya
digər məfhumun, anlayışın dəqiq ifadəsi üçün aşağıdakı bir sıra
şərtlər zəruridir. Bura ana dilində həmin sözün struktur
baxımında
eyniliyi, tərkib hissələrin sabit strukturda olması,
struktur
sabitliyinin
reseptor
dilin
normativlərinə
uyğunlaşdırılması və bütün bunlarla yanaşı semantik baxımdan
sözün reseptor dildə ekvivalentinin tapılmasıdır.
Kalkalar haqqında danışdıqsa, onların mənşələrinə də
nəzər salmaq lazımdır. Əgər XIX əsrin əvvəllərində kalka üçün
əsas mənbə rus dili idisə, hal-hazırda ingilis dilidir. Azərbaycan
dili terminologiyasında bu və ya digər sahələr aid çoxsaylı
kalkalara rast gəlirik. Müasir dövrdə yaranan kalkaların
əksəriyyəti sintaktik üsulla yarananlardır.
Bu tip kalkalar
struktur mürəkkəbliyi ilə seçilirlər. Dilçilikdə kalkaetmənin
xarakteri baxımından iki tipi qeyd olunur:
tam kalkalar,
yarımçıq kalkalar. Tam kalkalarda
söz kalka edilən dilin
modelinə tam uyğun gəlir. Sözlərin qarşılığı tapılaraq dilin
modelinə uyğun olaraq formalaşır. Məsələn, dövlət sirri (state
secret), ehtiyat hesabı (reserve account), dövlət ma-liyyəsi
(public finance), dövlət borcalması (public borrowing).
Qarışıq kalkalarda isə tərəflərdən biri kalka edilir,
digəri isə
donor dildəki formasını saxlayır. Məsələn, sindikatlaşdırılmış
kredit (syndicated credit), antidempinq rüsumları (anti-
dumping duties) və s.
Deyilənləri ümumişlədirsək belə qənaətə gələrik ki, keçən
əsrdə alınma terminlərin əksəriyyəti rus dilindən alınırdısa,