Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
210
sözünün məcazlaşması da ola bilər kimi fərziyyələr buna
sübutdur.
Kalka haqqında Arapova, Dann, Zaliznyak, Pfandl kimi
dilçilər də araşdırma aparmışlar. X.Pfandl yazır: “Əlbəttə,
problemin həlli üçün ilkin mənbə yetərli deyil və beynəlmiləl
və ingilis mənşəli alınmaları ayırmaq həmişə asan deyil.”
X.Pfandla görə kalka linqvistik və
ekstralinqvistik təsirlərin
nəticəsində daxili sözyaratmadır [117,s.87].
Kalkaetmə prosesi bütün dünya dillərində mövcuddur.
Kalka üsulunun mahiyyəti haqqında dilçilik ədəbiyyatında
müxtəlif fikirlər irəli sürülmüşdür. Kalka üsulu ilə yeni ter-
minlər yaradılarkən tərcümə olunan bu və ya digər söz həmin
dildə eyni mənanı verən sözlərlə, yaxud söz və sözdüzəldici
şəkilçilərlə ifadə edilməlidir.
Buna görə də tərcümə olunan
sözün tam semantik qarşılığı müəyyənləşdirilməlidir. Əks
halda, onu kalka adlandırmaq olmaz və bu zaman anlayış və
məfhumların daha dəqiq ifadəsi də mümkün olmaz.
Fikrimizcə, kalkalar alınma terminlərin mənimsəmə
üsullarından biridir. Mənimsəmə prosesi zamanı kalkalar
tərcümə olunur və reseptor dildə mənbə dildəki strukturu ilə
mənimsənilir. Göründüyü kimi, mənimsəmə prosesinin əsasını
tərcümə təşkil edir. Amma tərcümə təkcə mənanın və
mahiyyətin tərcümə olunması ilə məhdudlaşmır. Bu proses
sonradan sözün quruluşunun
və struktur sabitliyinin
köçürülməsi ilə başa çatır. Kalka üsulu ilə dilimizdə bir çox
terminlər
yaradılmışdır.
Linqvistik
təhlillərə
əsasən
Azərbaycan dilində kalka üsulu ilə yaradılan terminlərin əsas
hissəsi isimlərdir və onlar öz quruluşuna görə müxtəlif olmaqla