Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adina diLÇİLİK İnstitutu vəfa abdullayeva-nəBİyeva


Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə24/119
tarix15.03.2023
ölçüsü1,35 Mb.
#87920
1   ...   20   21   22   23   24   25   26   27   ...   119
Müasir Azərbaycan dilində terminoloji leksikanin inkişafi

Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
51 
səbəb olmuşdur. Bu hadisələr yeni terminlərin yaranması ilə 
nəticələnir. Memarlıq sahəsində işlənən terminlərin bir qrupu 
alınmalar hesabına dilə daxil olmuşdursa, digər qrupu dilin 
daxili imkanları-dialektlər hesabına yaranmışdır. Bu zaman iki 
istiqamət nəzərə çarpır, birinci halda dialekt sözləri əvvəlki 
mənasını qoruyaraq terminləşir, məsələn: ağlay dialekt sözü 
Bakıda “tikinti üçün istifadə edilən çox möhkəm daş” 
mənasında işlənir. Memarlıq sahəsində də ağlay sözü “tikintidə 
istifadə edilən möhkəm xüsusi daş növü” kimi anlaşılır 
[191,s.9],[151,s.5]. Qədim türk sözü olan ağlay əvvəllər də 
tikinti sahəsi ilə bağlı məna ifadə etmişdir. Belə ki, ağlay “Türk 
ləhcələrinin sözlüyü” lüğətində “dam örtüyü” mənasında qeyd 
olunub [220, I,s.177]. Göründüyü kimi, bu dialekt sözün 
semantikası daş növünü bildirir və eyni anlamda da elmi 
sahədə xüsusi mənalı sözə çevrilərək terminləşmişdir. Yaxud, 
şirə sözü Kürdəmir, Mingəçevir, Şamaxı, Şəkidə “evin 
divarlarını və torpaq döşəməsini ağartmaq üçün xüsusi gildən 
hazırlanmış məhlul” anlamında işlənir [151,s.532]. Eyni 
mənada bu dialekt sözü memarlıq sahəsində termindir 
[1961s.9]. Gədik dialekt sözü Ordubadda “aşırım, dağ keçidi” 
kimi işləkdir. Memarlıq sahəsində isə “çətin keçid” mənasını 
ifadə edən termindir [151,s.192],[191,s.12]. “Türk dillərinin 
etimoloji lüğəti”ndə isə sözün qə:t+(a)k = qə:dik //gedik 
formaları türk dilində “yol”, “boşluq”, “parçalamaq” mənala-
rında qeyd olunub [223,s.30]. Göründüyü kimi, söz qədim 
mənasını saxlayaq müasir dövrdə memarlıq sahəsində 
terminləşmişdir. Yaxud da, sal sözü memarlıq sahəsində “daş” 
mənasını bildirən termindir. Bu dialekt sözü Ordubadda 


Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
 
52 
“başdaşı” anlamında işlənir. Beləliklə, söz yaxın mənada 
memarlıq sahəsində xüsusiləşmişdir [151,s.470],[191,s.29].
Dialekt sözləri hesabına yaranan terminlər xalq tərəfindən 
daha asan qavranılır. Bu səbəbdən dialekt sözlərin müxtəlif elm 
sahələrində xüsusiləşməsi hər hansı bir məlumatın qav-
ranılmasına, onun daha da anlaşıqlı və işlək olmasına yardımçı 
olur. Dialekt sözləri əsasında termin yaradıcılığı prosesi əksər 
elmi sahələrdə özünü göstərir. Müxtəlif elmi terminlərin 
yaranmasında dialekt sözləri çox böyük rol oynayır. S.Cəfərov 
yazır: “Dialektləri öyrənmək və onların müxtəlif təsərrüfat 
sahələrinə aid olan zəngin lüğət materialını toplamaq olduqca 
faydalıdır. Bu material dilimizin bütün sahələrində getdikcə 
artan terminlərin xalq dili əsasında yaradılması üçün imkan 
verir” [16,s.10]. 
Bəzi dialekt sözləri bir çox ərazilərdə müxtəlif mənalarda 
işlənir. Amma işləklik dairəsinin və məna çoxluğuna 
baxmayaraq, bu mənalardan yalnız biri memarlıq sahəsi üzrə 
terminləşir. Məsələn, til dialekt sözü bir çox bölgələrdə 
işlədilir. Belə ki, Kəlbəcər, Tovuzda “uc, zirvə”, “hündür”, 
Zaqatalada isə “çıxıntı” mənasında işlənir. Dialekt sözünün 
yalnız Zaqatala bölgəsində işlək olan “çıxıntı” mənası 
memarlıq sahəsi üzrə terminləşmişdir [151,s.567], [191,s.12]. 
Ağcabədi, Ağdam, Cəbrayıl, Göyçay, Kürdəmir, Ucar, Şuşa, 
Zəngilanda “yun daranarkən yerə tökülən və darağın dişləri 
dibinə yığılan hissə, keyfiyyətsiz hissəsi” anlamında işlənən 
kilkə dialekt sözü Bərdə, Borçalı, Oğuz, Tovuzda “çay puçalı”, 
Qazax, Mingəçevirdə “çöküntü” (suda, neftdə, ərinmiş yağda), 
Ağdərə, Qazaxda isə “otun yumşaq hissəsi” mənalarında 



Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin