Müasir Azərbaycan dilində terminoloji leksikanın inkişafı
45
həm məhdud, həm də qeyri-məhdud səviyyədə işləkdir.
Terminoloji leksikada dialekt sözləri əsasında formalaşan
termin səciyyəli çox sayda sözə rast gəlinir. Dialekt və
şivələrdə növ, ad və digər anlayışları bildirən sözlər
ümumiləşdirici anlayışları bildirən sözlərə nisbətən çoxluq
təşkil edir. Dialektoloq M.Şirəliyev dialekt və şivələrin leksik
xüsusiyyətlərindən danışarkən yazır: “...Dialekt və şivələrdə
növ anlayışını bildirən sözlər daha çox yayılmışdır. Ədəbi dildə
təbiət hadisələrinin, kənd təsərrüfatı alətlərinin, ya da hey-
vanların yaşlarına, rənglərinə və yerişlərinə görə ümumi adları
varsa, dialekt və şivələrimizin lüğət tərkibində bunların
növlərinin, hissələrinin adları bütün təfərrüatı ilə verilmişdir.
Misal üçün, ədəbi dildə yağışın, küləyin növləri, arabanın
hissələri, atın yerişi, yaşa görə camış, rəngə görə keçi adlarını
və s. bildirən bir-iki söz varsa, dialekt və şivələrimizdə
bunların
bütün
növləri,
hissələrini
bildirən
sözlər
işlənməkdədir” [90,s.331]. Terminləşən dialekt sözlərini leksik
məna baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:
1.
Növ bildirən termin səciyyəli sözlər: abasbeyi,
bağtamil, külmə, tafı, tel, şireyi, turac, velə və s.
2.
Alət, ləvazimat adı bildirən termin səciyyəli sözlər:
karkar, dınt, dişə, bəngi, qılıj və s.
3.
Bitki, dərman otu adı bildirən termin səciyyəli sözlər:
dəmirqara, batbat, karvanqıran, çayotu, ağ, bəlgə, biyana, caj
və s.
4.
Xəstəlik adları bildirən termin səciyyəli sözlər: xora,
ala, ağırlıq, qılbaş, sil, cələ, yaman, əngər, illət, inağ, kəm,
dələzar və s.
Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
46
5.
Metal adı bildirən termin səciyyəli sözlər: silsilə,
təkbənd, küfə, hel və s.
6.
Mal-qara adı bildirən termin səciyyəli sözlər: baytal,
bozax, tutma, binə, caylax, şamoy və s.
7.
Xalça növləri adı bildirən termin səciyyəli sözlər:
bəçəgöl, dəmirçilər, mərəzə, çin, kənarə və s.
8.
Musiqi alətləri adı bildirən termin səciyyəli sözlər: cürə,
burbuğ və s.
Dilin lüğət tərkibinə nəzər salsaq görərik ki, hal-hazırda
elmi terminoloji leksikada çoxlu sayda dialekt sözlərinin
terminləşməsinə rast gəlmək mümkündür. Bu baxımdan
geologiya, iqtisadiyyat, tibb, botanika, zoologiya, musiqi,
idman, torpaqşünaslıq, heyvandarlıq elm sahələrində bu proses
özünü qabarıq şəkildə göstərir.
Geologiya Azərbaycanda hələ qədim dövrlərdən mövcud
olan elm sahəsidir. Elmin inkişafı ilə bağlı olaraq bu sahə üzrə
xeyli sayda terminoloji lüğət nəşr olunmuşdur. Bu lüğətlərdə
dialekt sözləri hesabına yaranan bir çox geologiya terminləri
var. Həmin sözlərin tarixi inkişafına nəzər saldıqda məlum olur
ki, bəzi sözlər əvvəlki, qədim mənalarını saxlayaraq
terminləşmiş, digərləri isə tam fərqli mənada xüsusiləşmişlər.
Məsələn, bar sözü geologiyada “iri qum tirəsi, su hövzəsinin
dib çöküntülərinin sahilə doğru eninə yerdəyişməsi nəticəsində
əmələ gələn tirə” mənasında termindir [191,s.49]. Bu söz
Ağsuda “çiy südün üzü”, Qazaxda “kif”, Ağdam, Bərdə,
Şuşada “xəstənin dilində, dodaqlarında əmələ gələn ağ ərp”
deməkdir [150,s.39]. Terminləşən bu sözün tarixi, əslində, daha
qədimlərə söykənir. Belə ki, V.V.Radlov lüğətdə bar sözünün
|