Vəfa Abdullayeva-Nəbiyeva____________________________________
38
bir neçə sözdə qapalı
e, ü saitlərindən və bəzən o səsindən
əvvəl təsadüf olunur. Məsələn,
bələkün dialekt sözü Bakıda
“sarı çiçəkli yabanı ot” deməkdir. Sözün
bələgün forması
“Botanika terminləri lüğəti”ndə eyni mənada termindir
[151,s.43],[159,39].
q>x; Çoxhecalı sözlərin axırında x səsinin işlənməsi
Azərbaycanın qərb, şimal və cənub
dialekt və şivələrində rast
gəlinir. Məsələn,
başlıq sözü xalçaçılıq terminləri lüğətində
“xalçanın yuxarı və bəzən də aşağı hissəsində yazılan söz və ya
sahibinin adı”, Quba qrupuna daxil olan “Xırdagül çiçi”
xalçasının əsas elementi, Cənubi Azərbaycanın
Mağara şə-
hərinin ətrafında yerləşən xalçaçılıq məntəqələrindən biridir.
Sözün
başdıx variantı isə Təbriz bölgəsində “əldətoxunan
yaylıq” deməkdir [157,s.26],[150,s.42].
Bozax sözünün
bozaq variantı Füzuli, Şəmkir, Tovuz
bölgələrində “yerli qoyun cinsi”, Füzulidə “yemiş növü”,
Ağdamda “quru ot” mənasında dialekt söz kimi işləkdir, bo-
tanika sahəsində sözün
bozaq variantı “şoran torpaqlarda bitən
birillik ot bitkisi” mənasında terminləşmişdir [151,s.60],
[159,s.90]. Sözdə son hecaya düşən
vurğunun nəticəsi olaraq
q>x əvəzlənməsi baş vermişdir.
Və ya
boyaq>
boyax’// bo:a; Boyaq dialekt sözü
“kökündən qırmızı boya alınan “qızıl ot” adıdır [150,s.35].
Sözün
boyax' variantı Cəbrayılda,
bo:a variantı isə Xanlarda
“qırmızı rəng almaq üçün işlədilən yabanı bitki adı” kimi
işlənir. Termin kimi bu söz “birillik bitki” mənasını ifadə edir
[150,s.59], [159,s.190].