Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
tarix01.01.2023
ölçüsü0,61 Mb.
#78218
Ar2018-2409



1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU 
SEVƏR ORUCOVA 
D²LDƏ KONVERS²YA
HAD²SƏS² 
Azərbaycan Milli Elmlər Akademiyası 
Nəsimi adına Dilçilik İnstitutu Elmi Şura-
sının 19 sentyabr 2018-ci il tarixli icla-
sının 6№ -li protokoluna əsasən çap 
olunur. 
“ Elm və təhsil” 
Bakı – 2018 


2
Elmi redaktor
və ön sözün müəllifi: Məsud Mahmudov 
Filologiya üzrə elmlər doktoru, professor 
Rəyçilər:
İlham Tahirov 
Filologiya üzrə elmlər doktoru 
Gülçöhrə Alıyeva 
Filologiya üzrə fəlsəfə doktoru,dosent 
Sevər Orucova Dildə konversiya hadisəsi 
Bakı, “Elm və təhsil”, 2018, 168 səh. 
Əsər nəzəri dilçiliyin indiyə qədər birmənalı izahını tapmamış 
maraqlı məsələlərindən birinə həsr olunmuşdur. Nəzəri dilçilikdə ayrı- 
ayrı tədqiqatçılar tərəfindən "nitq hissələrinin keçidi", "transpozisiya", 
"transformasiya" terminləri ilə izah olunan konversiya müxtəlifsistem-
li dillərdə fərqli şəkildə təzahür edir. Konversiya hadisəsinin universal 
xüsusiyyətləri, bütün dillər üçün ümumi olan cəhətləri də var. 
Tədqiqatda konversiya hadisəsi müxtəlif dil ailələrini təmsil 
edən dillərin materialı əsasında bütün dil səviyyələrində sistemli şəkil-
də tədqiq olunmuşdur. 
Monoqrafiyadan ali məktəb tələbələri, magistrlər, doktrantlar, 
müəllimlər, eləcə də dilin nəzəri məsələləri ilə maraqlanan mütəxəs-
sislər faydalana bilərlər. 
ISBN 978-9952-8175-0-7
© Sevər Orucova, 
2018 


3
ÖN SÖZ 
ilologiya üzrə fəlsəfə doktoru Sevər Orucovanın
"Dildə konversiya hadisəsi” monoqrafiyası nəzəri 
dilçiliyin böyük maraq doğuran aktual və universal bir dil 
hadisəsinə həsr olunmuşdur. Müəllif haqlı olaraq qeyd edir ki, 
konversiyanın bir dil hadisəsi kimi tam izahı müxtəlifsistemli 
dilləri əhatə edən geniş dil materialının tədqiqata cəlb olun-
masını zəruri edir. Indiyə qədər konversiya hadisəsi ayrı-ayrı 
konkret dillərin materialları əsasında fraqmentlər şəklində 
araşdırılmış, digər dil ailələri ilə müqayisə və tutuşdurmalar aparıl-
mamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, ayrı-ayrı 
dilçilərin araşdırmalarında konversiyanın daha çox morfoloji as-
pekti tədqiqat obyekti olmuş, dilin digər mühüm səviyyələri
(fonetik, sintaktik, semantik) nədənsə unudulmuşdur. Əslində isə, 
konversiya təkcə morfoloji səviyyədə deyil, bütün dil səviyyələrin-
də təzahür edən unikal dil hadisəsidir. Belə yanaşmanın nəticəsi 
olaraq konversiyanın linqvistik mahiyyəti, bir çox mübahisəli mə-
qamlar yenə də izahını tapmamış, tam olaraq aydınlaşdırılmamış 
qalmışdır.
Məhz bu mövqedən çıxış edərək gənc tədqiqatçı müxtəlif-
sistemli dilləri əhatə edən german, rus, türk, eləcə də Azərbaycan 
dilçiliyində konversiya hadisəsi ilə bağlı aparılmış araşdırmaların 
təhlil edilməsini, konversiya hadisəsinin əsas aparıcı xüsusiy-
yətlərinin müəyyənləşdirilməsini, eləcə də müxtəlif morfoloji 
quruluşa malik iltisaqi, flektiv, kök və amorf dillərdə konver-
siyanın təzahür özünəməxsusluqlarının aydınlaşdırılmasını təd-
qiqatın məqsədi kimi seçmişdir. Həmin məqsədə nail olmaq 
üçün müəllif lazımı elmi ədəbiyyatdan və mənbələrdən səmərəli 
şəkildə faydalanmış, uğurlu nəticələr əldə edə bilmişdir.



4
Maraq doğuran məsələlərindən biri də bu dil hadisəsinin 
zaman-zaman müxtəlif dilçilər tərəfindən "transpozisiya" , 
"transformasiya" və ya "nitq hissələrində keçid" kimi adlan-
dırılmasıdır.
Monoqrafiya müasir dilçiliyin tələblərinə cavab verir. 
Tədqiqatın nəticələrindən elmi araşdırmalarda, tədrisdə, dərslik 
və dərs vəsaitlərinin yazılması prosesində faydalanmaq olar.
Sevər Orucovanın konversiya məsələsi ilə bağlı respubli-
kamızda və eləcə də xarici elmi məcmuələrdə 10-dan yuxarı 
məqaləsi çap olunmuş, bir çox elmi konfrans və seminarlarda 
məruzələlə çıxış etmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Sevər Orucovanın
“Dildə konversiya hadisəsi” monoqrafiyasını gənc tədqiqatçının 
elmi uğuru kimi səciyyələndirir və ona gələcək işlərində, elmi 
–pedaqoji fəaliyyətində uğurlar arzulayıram. 
Məsud Mahmudov 
Filolofiya üzrə elmlər doktoru, professor 


5
MÜƏLLİFDƏN 
Bu kitabı mənim təhsil və tərbiyəmdə böyük 
rolu olan əziz valideynlərim atam Arif Mahmud 
oğlu və anam İradə Heydər qızı Orucovlara 
ithaf edirəm 
Dilçilikdə sözün öz morfoloji quruluşunu və fonetik 
tərkibini dəyişmədən, eyni şəkildə qalmaqla bir nitq hissəsindən 
digərinə keçməsi kimi səciyyələndirilən konversiya hadisəsi 
hələ tam izahını tapmamış mübahisəli məsələlərdən hesab 
olunur. Müxtəlif dil materiallarında bu problemin izahında 
ayrı-ayrı dilçilər yekdil mövqedən çıxış etmirlər. Belə ki, ingilis 
dilində sifətləşmə geniş müşahidə olunursa, başqa dillər üçün bu 
səciyyəvi xüsusiyyət hesab oluna bilməz. Eləcə də, ingilis və 
alman dillərində artikl konversiya prosesində aparıcı rola malik 
olur. Digər qohum və qohum olmayan dillərdə isə, konversiya 
fərqli xüsusiyyətlərlə səciyyələnir. Məhz bu səbəbdən dildə 
konversiya hadisəsinin tədqiqi böyük maraq doğurur. Dildə 
konversiya hadisəsi dil vahidləri və kateqoriyalarının çevrilməsi və 
yerdəyişimi olaraq, çox geniş işlənmə arealına malikdir. Bu dil 
hadisəsi ayrı-ayrı dilçilər tərəfindən müxtəlif cəhətdən öyrənilsə də, 
onun müəyyənləşdirilməsi meyarları, struktur-semantik növləri, dil 
səviyyələrində təzahür xüsusiyyətləri hələ də tam müəyyən 
edilməmiş, hərtərəfli elmi şərhini tapmamışdır. Müxtəlif dünya 
dillərində konversiyanın leksik-semantik, morfoloji-sintaktik, se-
mantik-sintaktik növü ayrıca tədqiq olunsa da, bəzi tədqiqatçılar 
onlardan yalnız biri və ya ikisi haqqında söz açırlar. Eləcə də, 
onların tədqiqat obyekti yalnız müəyyən konkret dildə konversi-
yanın adları çəkilmiş növlərindən biri olmuşdur. Konversiya 
hadisəsinin tam linqvistik izahı bütün dillərin, müxtəlifsistemli 
dilləri əhatə edən dil materialının tədqiqata cəlb olunmasını tələb 


6
etsə də, indiyə qədər bu məsələyə lazımı şəkildə diqqət yetiril-
məmişdir. Tədqiqat işində konversiya hadisəsi müxtəlifsistemli 
dillərin materialları əsasında bütün dil səviyyələrində sistemli və 
hərtərəfli araşdırılmışdır. Qeyd etdiyimiz bütün bu göstərilənlər 
mövzunun aktuallığını şərtləndirir, mövzunun əhatəli şəkildə 
tədqiqini elmi zərurət kimi qarşıya qoyur.
Müəllif monoqrafiyanın çapında əməyi olan elmi redaktor 
və ön sözün müəllifi, filologiya üzrə elmlər doktoru, professor 
Məsud Mahmudova, rəyçilər – filologiya üzrə elmlər doktoru 
İlham Tahirova, filologiya üzrə fəlsəfə doktoru. dosent Gülçöhrə 
Alıyevaya, “ Elm və təhsil” nəşriyyatının direktoru , filologiya 
üzrə elmlər doktoru, professor Nadir Məmmədliyə, eləcə də 
AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına öz 
dərin minnətdarlığını bildirir. 


7
I FƏSİL 
MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ 
KONVERSİYANIN TƏZAHÜR ÖZƏLLİKLƏRİ 
1.1. Dildə konversiya hadisəsinə elmi-nəzəri baxış 
Hər bir konkret dil müəyyən zaman kəsiyində inkişaf edir, 
təkmilləşir, başqa dillərlə təmas prosesində zənginləşir, sabit-
ləşmiş normalara malik ədəbi dil səviyyəsinə yüksəlir. Tarixi 
inkişaf boyu dilin daxili strukturu, qrammatik kateqoriya və 
normaları da təkmilləşir, daha dəqiq, konkret izahını tapır. Dilin 
inkişafı prosesində onun vahidləri və kateqoriyalarında keçid 
hadisəsi də geniş müşahidə olunur. Çünki istənilən müasir dil 
uzun sürən tarixi inkişafın qanunauyğun nəticəsi olduğundan, 
təkcə öz sistemində forma və tərtibatına görə müəyyən olan 
vahidlərlə deyil, həm də dilin vahid və kateqoriyalarının inkişa-
fında müxtəlif keçid mərhələlərini əks etdirən, forma və 
tərtibatına görə qeyri-müəyyən vahidləri də qoruyub saxlayır. 
Dilçilikdə keçid nəzəriyyəsi əvvəlcə dilin maddi forması tari-
xinin, yəni onun səs, tərkib və sonluqlarının öyrənilməsi ilə 
bağlı meydana çıxmışdır [112, 5]. 
V.V. Babaytseva keçid prosesinin iki fərqli növünü müəy-
yən etmişdir: “Transformasiya və kontaminasiya. Transformasyon 
keçidə diaxron dəyişiliklər, kontaminasiyaya isə periferik, aralıq, 
sinkretik, hibrid kimi növlər aiddir” [63, 6]. Dilçilikdə “kontami-
nasiya” dedikdə bir-biri ilə daimi və ya təsadüfən bağlı olan dil 
vahidləri arasındakı əlaqə başa düşülür. Bir çox dilçilərin fikrincə
bu zaman dildə kəsişmə baş verməklə, bir sözün başqasına təsiri 
zamanı hər iki sözün əlamətini daşıyan forma meydana çıxır 
(J.Maruzo, B.A.Serebrennikov və b.). 
İ.V.Koduxov isə keçid vəziyyətinin iki növünü qeyd edir: 
“Aralıq keçidi və sinkretizm keçidi. Aralıq kateqoriyası periferik 
və kontaminasiya keçidinin xüsusiyyətlərini daşıyır. Aralıq 
keçidi özünü morfologiya və sintaksisdə, leksika və fonetikada 


8
büruzə verir. Bu keçid növü özünü dil semantikası sahəsində ̶ 
leksik və qrammatik mənalarda göstərir. Aralıq keçidinə söz-
düzəltmə modelinin mənasının qarışıq dil mənasını formalaş-
dırmaqla özlüyündə həm tipik leksik, həm də qrammatik mənanı 
birləşdirməsini misal gətirmək olar” [112, 4]. V.İ. Koduxovun 
dil sistemində sinkretizmə ən parlaq nümunəyə leksik və mor-
foloji omonimliyi misal göstərməsini qənaətbəxş hesab etmək 
olar.
“Keçid” sözünün özünün iki mənası var: transformasiya 
prosesi və bir-birinə qarşı duran təsnifat növləri arasında 
birləşdirici həlqənin mövcudluğu. Dilin inkişafının əsas 
qanunlarından birini analogiyaya görə dəyişmə təşkil edir və bu 
sistem səs forması və mənanın üst-üstə düşməsinə əsaslanır. 
XIX və XX əsr dilçiliyində dildə bəzi növ keçid prosesləri 
haqqında danışmış və onları təhlil etmişlər. L.Y.Malovitskinin 
fikrincə, keçid prosesini həm dil vahidi və ya vahidlərinin statusu 
kimi, həm də proses, dinamika kimi fərqləndirmək yaxşı olardı. 
Həmçinin status kimi nitq hissələrində keçid dilin strukturunda 
səviyyələrarası sistemlərin və dilin periferik sahələrinin mövcud-
luğu ilə şərtlənir [128, 17].
Hər bir dilin strukturunda səviyyələrarsı əlaqələr danıl-
mazdır və bu tarixən də belə olmuşdur. Həmçinin bu keçid dinamik 
keçid növü ilə bağlıdır. Dinamik keçid dilin tarixi dəyişikliklərini 
əks etdirir. Dildaxili və dilxarici səbəblərdən meydana çıxan 
dinamik keçid dildə real tarixi proseslərin əksi kimi meydana çıxır. 
Dildəki keçidin bir növü də qrammatik keçiddir. Bu keçid 
növü bəzi alimlər tərəfindən konversiya, digərləri tərəfindən 
transpozisiya (O.M.Kim, V.Q.Qak və b.), bəzən isə transformasiya 
da (Y.A.Vaxek, Y.S.Stepanov, L.A.Novikov və b.) adlandırılır. 
Məsələn, O.M.Kim nitq hissələrinin keçidini “nitq hissələri 
səviyyəsində transpozisiya” adlandırır [111, 4]. Onun fikrincə, 
geniş mənada transpozisiya bir kateqoriyadan olan işarənin 
başqasına keçməsidir. O, dil strukturunun bütün səviyyələrini, 
əlaqələrini əhatə edir və dilin prinsipial qanunlarından biridir. 
Onunla fonetika sahəsinin (səslərin assimilyasiyası, dissimil-


9
yasiyası), morfologiya və sintaksisin (qrammatik metafora 
hadisəsi, tabeli mürəkkəb cümlənin hissələrinin əvəzliyə və 
əvəzlikli ifadələrə transformasiyası) ziddiyətləri, qarşılıqlı 
əlaqələri, münasibətləri müəyyən olunur [111, 5]. V.Q.Qak 
“transpozisiya” termininin izahını belə vermişdir: “Bu söz orta 
əsr latın sözü olan “transpasitio” (yerdəyişmə) sözündən yaran-
mışdır. Mənası, bir dil formasının paradiqmatik sırada onun əks 
üzvü olan başqa dil forması funksiyasında işlənməsidir. Transpoz-
isiya geniş mənada istənilən dil formasının köçürülməsidir. Bu 
zaman formalarının köçürülməsi, cümlənin kommunikativ 
formalarının köçürülməsi və s. baş verir” [125, 519]. Amma kon-
kret mənada V.Q.Qak transpozisiyanı “funksional transpozisiya” 
adlandırır. “Funksional transpozisiya” sözün bir nitq hissəsindən 
digərinə keçidi və ya onun başqa nitq hissəsi funksiyasında 
işlənməsidir. Bu zaman onun iki mərhələsi müqayisə edilir: 1) tam 
olmayan, və ya sintaktik; bu zaman yeni yaranan sözün yalnız 
sintaksis funksiyası dəyişir 2) tam və ya morfoloji. Əlbəttə ki, bu 
zaman tamamilə başqa nitq hissəsinə aid söz yaranır” [125, 520]. 
Əksər dilçilər funksional transpozisiyanın növlərinə affiksasiya və 
ya konversiyanı aid edirlər (V.Qak, E.S.Kubryakova və b.). Fikri-
mizcə, “transpozisiya” daha geniş bir termindir. Bura həm şəkilçi 
vasitəsilə sözdüzəltmə, həm də konversiya aiddir. Konversiyanı 
onun yarımmərhələsi adlandırsaq, daha düzgün olardı.
Artıq irəlidə qeyd etdiyimiz kimi, bəzən bu dil hadisəsi 
“transformasiya” da adlandırılır. “Transformasiya müəyyən 
qaydalar əsasında məna strukturlarının aşkar edilməsi məqsədilə 
dil vahidlərinin şəklini dəyişməsi vasitəsidir” [82, 217].
Bu termini yalnız sintaksisdə baş verən konversiya ilə 
eyniləşdirmək düzgün olardı. Transformasiya söz birləşmələri 
və cümlələrə aid edilərək onların qrammatik formalarının də-
yişilməsinə gətirib çıxarır. Sözdüzəltmə üsulundan biri olan 
konversiyadan fərqli olaraq o, yeni leksik mənalı vahidlərin 
yaranması ilə nəticələnmir. 
Onu da qeyd etmək lazımdır ki, “konversiya” terminindən 
təkcə dilçilikdə deyil, fərqli elm sahələrində, müxtəlif mənalarda 


10
istifadə olunur. Məsələn, iqtisadiyyatda “vaxtı ilə buraxılmış 
dövlət istiqrazı şərtlərinin dəyişilməsi (faizin azalması, ödəmə 
vaxtının dəyişilməsi” mənasında [13, 735]. Eləcə də hal-hazırda 
yaşadığımız komputer əsrində tez-tez internet-marketinqdə də 
istifadə olunur. Vikipediyada bu terminin internet-marketinqdəki 
mənası “saytda müxtəlif fəaliyyət məqsədi ilə ora daxil olan 
insanlarla, ümumilikdə ora məqsədindən asılı olmayaraq daxil olan 
istifadəçilərın say nisbəti kimi verilir” (www.wikipedia.org). 
Konversiya latın mənşəli “conversio” sözündən yaranmışdır. 
Mənası dəyişilmə, çevrilmədir. Dilçilikdə bu hadisə vasitəsilə 
müəyyən söz əsasının öz fonetik və morfoloji tərkibini dəyişmədən 
başqa nitq hissəsinə keçməsi ilə yeni sözlərin yaranması başa 
düşülür [15, 480]. Akademik A.Axundov “Azərbaycan dilinin 
izahlı lüğəti”ndə bu terminin latın mənşəli olub, mənasının: “1) də-
yişmə, bir haldan başqa hala keçmə 2) dilçilikdə isə substantiv-
ləşmə (isimləşmə), verballaşma (feilləşmə)” olduğunu göstərmişdir 
[9, 179]. 
“Linqvistik terminlər lüğəti”ndə bu sözün ingilis dilindəki 
“conversion” sözündən yarandığı göstərilir. Mənası “sözün başqa 
sözdəyişdirici paradiqmlərə keçərək yeni söz yaradıcılığı yolu” 
olduğu göstərilir [60,110].
Amma V.N.Yartsevanın redaktəsi ilə işıq üzü görən “En-
siklopedik dilçilik lüğəti”ndə “konversiya” termini bu başlıqlar 
altında izah edilir:
1. qrammatika və leksikada konversiya
2. söz yaradıcılığında konversiya [125, 234-235]. 
Fikrimizcə, bu bölgülər üzrə konversiyanın izahı daha 
yaxşı olardı. Çünki dildə konversiyadan bəhs edərkən, biz yalnız 
onun söz yaradıcılığının bir üsulu kimi göstərməməliyik. Kon-
versiya prosesi dilin bir səviyyəsində deyil, başqa səviyyələrində 
də özünü büruzə verir. Belə ki, haqqında danışdığımız lüğətdə 
konversiyanın qrammatika və leksikada izahını verən L.A.No-
vikov bu termini cümlə daxilində subyekt-obyekt əlaqələrinin 
mənaca ekvivalent olan cümlələrdə ifadə vasitəsi kimi verir, 
onun qrammatikada, daha dəqiq desək, sintaksisdə məlum, 


11
məchul konstruksiyalarda özünü göstərdiyini, eləcə də bir sözün 
müxtəlif formaları şəklində ifadə olunduğunu qeyd edir [125, 
236]. L.A.Novikov bu formaları “qrammatik konversivlər” 
adlandırır [138, 42]. Belə qrammatik konversivlərə biz müxtəlif 
dillərdə də rast gələ bilərik. Məsələn, ingilis dilində She wrote a 
letter. (O, məktub yazdı.) → A letter was written. (Məktub 
yazıldı.) və ya rus dilində Она написала письмо. (O, məktub 
yazdı.) → Письмо было написано ею. (Məktub onun tərəfindən 
yazıldı.) Göründüyü kimi, qeyd etdiyimiz misallarda ingilis və 
rus dillərində olan cümlələrin sintaktik quruluşunda baş verən 
konversiya öz əksini taparaq, qrammatik konversivlərlə ifadə 
olunmuşdur. L.A.Novikov “Rus dilinin semantikası” əsərində bu 
məsələdən bəhs edərkən demişdir: “Konversiya dilçilik fenomeni 
kimi subyekt və obyekt arasında əlaqənin tədqiqi üçün diqqəti ilk 
növbədə sintaksisə yönəltdi” [138, 214]. 
L.N.Murzin sintaktik derivasiyanın bir növünün konversiya 
olduğunu qeyd edir və konversiyaya cümlənin yenidən düzəldil-
məsi prosesi kimi baxır. Bunu da o qrammatikada konversiya 
zamanı leksik aktantların yerlərinin dəyişməsi ilə izah edir. Təd-
qiqatçı “aktant” dedikdə cümlələrdəki mübtəda və tamamlıqları 
nəzərdə tutur. Buna misal olaraq rus dilində aşağıdakı cümlələr 
göstərilmişdir: 
“Плотники строят дом. (Dülgərlər ev tikirlər.) 
Дом строится плотниками. (Ev dülgərlər tərəfindən 
tikilir.)” [136, 34]. 
Birinci cümlə məlum növdədir, mübtəda və tamamlıq aktant 
sayılır. Cümlə məchula çevriləndə leksik aktantlarda mübtəda və 
tamamlıq yerlərini dəyişir . 
Leksik konversiya qrammatikada olan konversiyadan 
fərqli olaraq müxtəlif sözlərlə ifadə olunur. Bu sözlər “leksik 
konversivlər” adlanır. Mətndə eyni fəaliyyət və əlaqəni müxtəlif, 
əks istiqamətlərdə təqdim etməklə subyekt və obyekt rollarını 
dəyişirlər. Y.D.Apresyan və L.A.Novikovun əsərlərində rus 
dilində işlədilən leksik konversivlərlə bağlı çoxlu sayda nü-
munələrə rast gəlmək olar. Ümumiyyətlə, dilçilikdə “konversiv” 


12
dedikdə subyekt-obyekt əlaqələri ifadə edən və konversiyaya 
məruz qalan söz və ya söz birləşmələri nəzərdə tutulur. 
M.Mahmudov sözdəyişdirici şəkilçilərə münasibətinə görə 
mətnin formal təhlili sisteminin morfoloji blokunda nitq 
hissələrini dəyişən və dəyişməyən qrupa ayırır. Müəllif dəyişən 
nitq hissələrinə isim, səs-obraz təqlidi sözlər, sifət, say, əvəzlik, 
feilləri və konversivləri aid edir. Konversivlərə fonetik və 
morfoloji quruluşuna görə eyni olub, bir nitq hissəsindən 
digərinə keçən söz qruplarını aid edir [36, 193-194]. Beləliklə, 
M. Mahmudov formal baxımdan konversivləri isim, sifət, say, 
əvəzlik, feil və səs - obraz təqlidi sözlərlə bir qrupda verir və 
əsas nitq hissəsi hesab edir. 
Y.D.Apresyan “Leksik semantika” kitabında hazır 
konversivlər dedikdə iki söz, söz və frazeoloji vahid və ya iki 
frazeoloji vahiddən ibarət leksik cütlükləri nəzərdə tutur [55, 
265]. Bəzi dillərdə dilin bu səviyyələrində istifadə olunan 
konversivlər çox çeşidli sinonim və antonimlərin yaranmasına 
zəmin yaradır. Bu zaman əksərən məntiqi olaraq eyni mənanı 
ifadə edən leksik vahidlər qrammatik sinonimliyin yaranmasına 
zəmin yaradır. Q.A.Zolotova qrammatik sinonimlik dedikdə, 
formaların qarşılaşdırılmasında iki yanaşmanı qəbul edir: 
məntiqi-sintaktik və məntiqi-semantik [103, 109]. Doğrudan da, 
qrammatik sinonimlik hallarına biz həm sintaktik derivasiyanın 
bir növü olan konversiyada, həmçinin də leksik-semantik 
səviyyədə olan konversiya zamanı rast gəlirik.
Sintaksisdə konversiyanın mövcudluğunu L.N.Murzin 
onunla izah edir ki, əlaqəli mətnin qurulması üçün bəzi tələbat-
ları ödəməklə bu dil hadisəsi mükəmməl qrammatikası olan 
dillər üçün vacib rol oynayır. Əlaqəli mətndə tema funksiyasının 
hərəkətin subyekti tərəfindən, rema funksiyasının isə obyekt 
tərəfindən həyata keçirilməsi vacib deyil [136, 34]. 
“Dilçilik ensiklopediyası”nda “konversiya” termininin 
izahı belə verilir: “Konversiya: 1) İkiyerli predikat arasındakı 
qütbləşməni bildirən semantik qarşılaşmadakı münasibətdir. Buna 
ekvivalentlik əlaqəsi də demək olar. Məs.:/ Əgər Zəminə Cəmildən 


13
böyükdürsə, deməli Cəmil Zəminədən cavandır// (və əksinə). Belə 
ifadələr feillərdən daha çox müqayisə üçün sifətlərə aiddir. Ancaq 
buna bəzən feillər və isimlərdə də rast gəlmək olar. Məs.: 
/vermək-götürmək/, /satmaq-almaq/, /ata-oğul/ və s. 2) Söz sinfini 
dəyişməklə yeni sözlər düzəltmək. Bu əsas kök morfemlə olsa da, 
prefikslə, suffikslə və s-də ola bilər. Məs.:isimdən əmələ gələn 
feillər: Azərb.d. (qatıq-qatıqlamaq); ing.d. (bicycle - to bicycle 
(velosiped-velosiped düzəltmək); feildən əmələ gələn isimlər, 
zərflərdən əmələ gələn feillər. Məs.alm.d. (kurz-kurzen) (qısa- 
qısaltmaq) və s.“ [24, 355]. Ensiklopediyada konversiyanın leksika 
və söz yaradıcılığında geniş yayıldığı nəzərə alınaraq, həmin dil 
səviyyələrində onun izahına geniş yer verilmiş, eləcə də leksik 
konversiyanın Azərbaycan dilində təzahür formaları konkret 
nümunələrlə şərh olunmuşdur. Bu bölgüdə prefiks və suffikslərlə 
düzəlmiş sözlər də konversiyaya aid edilmişdir. 
Söz yaradıcılığı özünə aid olan xüsusi vahidləri olmayan, 
bazissiz dil səviyyəsi hesab olunur. Dilçilikdə ümumi olaraq qəbul 
olunmuş müəyyən dil normaları vardır ki, bunlardan birini də 
sözdüzəltmə modelləri təşkil edir. “Norma-verilmiş vaxtda, 
verilmiş dil kollektivində obyektiv olaraq mövcud olan sözlərin 
mənası, onların fonetik strukturu, sözyaratma modelləridir” 
[107, 5].
Sözdüzəltmə vasitələrindən biri də sözün bir nitq hissə-
sindən digərinə keçməsi ilə söz düzəldilməsidir. Ümumiyyətlə, 
bu sözdüzəltmə üsulu sözdüzəldici şəkilçisi olmayan dillərdə 
daha geniş yaranmışdır. Söz yaradıcılığünda konversiya 
prosesinin tədqiqi qrammatika və leksikaya nisbətən üstünlük 
təşkil edir. “Böyük ensiklopediya” da qeyd edilir ki, konversiya 
sözün qrammatik xarakteristikasının dəyişilməsi vasitəsilə 
həyata keçirilən sözdüzəltmə üsuludur. Xarici uyğunluğa 
baxmayaraq, əsas və ondan törənən söz müxtəif sözlərdir, onlar 
arasında semantik əlaqə müxtəlif ola bilər. Məhsuldarlılıq 
əsasən sözün leksik mənası və struktur xüsusiyyətləri ilə 
məhdudlaşır [68, 11].


14
“Ensiklopedik dilçilik lüğətində” bu dil hadisəsinin söz 
yaradıcılığı ilə əlaqəsi belə izah olunur: “Konversiya xüsusi 
sözdüzəldici şəkilçilər olmadan sözyaratma vasitəsi, sözdə heç 
bir dəyişiklik baş vermədən onun bir nitq hissəsindən digərinə 
keçididir. Konversiya vasitəsilə yaranan yeni söz tamamilə 
başqa bir qrammatik kateqoriyaya keçir, keçdiyi sözün 
qrammatik xüsusiyyətlərini daşıyır. Bir nitq hissəsindən digərinə 
keçid prosesi nitq hissələrinin bütün sistemini əhatə edir: onun 
mərkəzi kimi əsas nitq hissələri sistemini, eləcə də onun 
periferiyasını, yəni köməkçi nitq hissələri sistemini” [125, 235]. 
Dildə konversiya vasitəsilə bir-biri ilə əlaqəli olan sözlərin 
omonim statusu qazanması hələ də mübahisəli olaraq 
qalmaqdadır. Bu məsələ ilə bağlı dilçilər arasında yekdil fikir 
yoxdur. V.V.Babaytseva belə sözləri omonim hesab edir [61, 
13], E.S.Kubryakova isə omonim hesab etmir [125, 236]. 
A.İ.Smirnitskinin fikrincə, omonimlik qədim ingilis dilində rast 
gəlinən konversiya hadisəsinə xas olmayan bir xüsusiyyət, 
müasir ingilis dilində isə əksinə, ona xas olan bir xüsusiyyətdir 
[156, 79]. Amma bunun ardınca dilçi-alim qeyd edir ki, bununla 
bağlı olaraq konversiyanin müəyyən edilməsində işlək söz 
formalarının vacib omonimlik şərti yaranır: belə ki, bir-biri ilə 
konversiyayla bağlı olan love → to love sözlərində tək, adlıq 
halda olan isimlə, feilin məsdər formasında olan sözlər 
səslənməsinə görə eynilik təşkil edir. Omonimlik yalnız 
konversiya vasitəsilə səslənməsinə görə bir-birinə bağlı bəzi söz 
formalarını yaxınlaşdırır [156, 80]. Y.A.Jluktenko konversiyanı 
xarakterizə edən əsas xüsusiyyətlərə bunları aid edir: “1) 
konversiya vasitəsilə yaranan yeni söz izolə edilmiş halda yox, 
başqa sözlərlə əlaqəli şəkildə formalaşır 2) konversiya vasitəsilə 
formalaşan yeni söz ilkin sözün əsas forması ilə omonimlik 
təşkil edir 3) törəmə söz əsas sözdən fərqli olaraq başqa nitq 
hissəsinə aid olur” [98, 60 ]. 
Fikrimizcə, bir-biri ilə səslənmələrinə görə eyniyyət təşkil 
edib, semantik cəhətcə tamamilə fərqli söz cütlükləri omonimlər 
hesab edilir. Xüsusilə german dillərinin araşdırılması ilə məşğul 


15
olan tədqiqatçılardan bəziləri konversiya ilə bağlı söz cütlük-
lərini leksik-qrammatik omonim kimi qəbul etmirlər 
(N.N.Amosova, T.A.Rastorquyeva), bəziləri isə əksinə çıxış edir 
(A.İ.Smirnitski, Y.Y. Jluktenko və b.).
İ.S.Tışlerin bu haqda fikri maraqlıdır. Tədqiqatçı belə söz 
cütlüklərini o zaman leksik-qrammatik omonimlər hesab edir ki, 
törəmə sözün semantikası mənbə sözdən tamamilə fərqlənsin. 
Əks halda, o, belə sözləri omonim kimi xarakterizə etmir. [169, 
51]. Doğrudan da, etimoloji cəhətdən və fonetik səslənməsinə 
görə eyni olub, amma mənalarında fərqlilik özünü büruzə 
verməyən söz cütlüklərini omonim hesab etmək düzgün 
olmazdı. Bu məsələ dilçilikdə hələ də mübahisəli olaraq qalır. 
Demək olar ki, bu məsələ hər bir konkret dildə müxtəlif şəkildə 
dəyərləndirilir. Məlum olduğu kimi, konversiya zamanı sözlərin 
leksik mənalarında fərqlilik özünü büruzə verə bilir. 
“Çevrilmiş sözün sintaktik funksiyasının dəyişməsi 
konversiya zamanı yeganə həlledici meyar sayıla bilməz. Bu 
yalnız sözün başqa qrammatik kateqoriyaya keçidini müşayiət 
edən yeganə fenomendir” [186, 132]. Nitq hissələrinin leksik 
mənası ilə onun sintaktik funksiyası arasında müəyyən əlaqə 
vardır. Hər hansı leksik mənanı ifadə edən müəyyən söz, 
müəyyən sintaktik funksiyanı ifadə edə bilir. Konversiya zamanı 
sözün sintaktik funksiyasının dəyişməsi ən əsas göstəricilərdən 
biridir. Söz yaradıcılığı dedikdə, biz yalnız eyni sintaktik 
funksiyanın ötürülməsini deyil, eləcə də sözlərin ikinci sintaktik 
funksiya əldə etməsini də nəzərdə tuturuq. Müasir ingilis dilində 
konversiya mürəkkəb bir fenomen kimi təqdim olunur. Bu 
zaman müşahidə olunan dil hadisəsinin bir çox növ və tiplərini 
müəyyənləşdirmək olar. Azərbaycan dilçiliyində söz 
yaradıcılığında konversiya hadisəsi daha çox Ə.Dəmirçizadə, 
A.Axundov, C.Cəfərov, M.Mahmudov, S.Abdullayeva, türk 
dilçiliyində F.Qəniyev, J.Quzeyev, R.Rüstəmov, rus dilçiliyində 
T.P.Lomtyev, L.Y.Malovitski, V.İ.Koduxov, E.P.Kaleçits, 
E.S.Kubryakova german dilçiliyində, xüsusilə ingilis dilində 


16
A.İ.Smirnitski, Y.A.Jluktenko, İ.V.Arnold, P.M.Karaşuk, 
H.M.Rayevska və s. dilçilərin əsərlərində öz əksini tapmışdır. 
E.S.Kubryakova “Dilçilik məsələləri” jurnalında çap 
olunmuş məqaləsində müxtəlif dillərdə konversiyaya uğrayan 
sözlərin morfoloji əhatəsini ətraflı tədqiq etmiş, əsas və törəmə 
sözlərin morfoloji xüsusiyyətlərini araşdırmışdır. Onun gəldiyi 
nəticələrə görə, müvafiq təkköklü tərkiblər dörd tip morfoloji 
əhatədə çıxış edə bilərlər. Bu formullar vasitəsilə tədqiqatçı 
affiksiz sözdüzəltmənin dörd növünü müəyyənləşdirmişdir: 
“1. Həm motivləşdirən , həm də motivləşmiş sözlərdə 
kökdən sonra hər hansı bir morfoloji göstərici gəlir. Morfoloji 
göstərici hər hansı bir sözdəyişdirici və ya formayaradan morfem 
ola bilər: “əsas+morfoloji göstərici”. Məs: rus dilində, золот-о → 
золот-ой 
2. Motivləşdirən sözdə əsas, maddi ifadə olunmuş morfoloji 
göstərici əhatəsində , amma motivləşmişdə sıfır morfem əhatəsində 
çıxış edir. Məs, rus dilində, нагрев-а-ть→ нагрев 
3. Bu halda motivləşdirən sözdə əsas sıfır morfem, 
motivləşmişdə isə ifadə olunmuş morfoloji göstərici əhatəsindədir. 
Və E.S.Kubryakova buna yenə rus dilində olan bu modeli misal 
gətirmişdir: обед→обед-а-ть 
4. Bu zaman həm motivləşdirən, həm də motivləşmiş 
sözlərdə əsaslardan sonra sıfır morfem gəlir. Məsələn, ingilis 
dilində sail→to sail” [118, 65]. 
Dilçilikdə bu modellərə uyğun olaraq şəkilçisiz sözdü-
zəltmənin müxtəlif növlərinə rast gəlmək olar. Bu modellərin hər 
biri dillərə görə də dəyişir. E.S. Kubryakova sözdüzəldici xarak-
ter daşıyan morfoloji transpozisiyanı konversiya adlandırmışdır. 
Alimin fikrincə, müəyyən bir dilin morfoloji düzümündən asılı 
olaraq konversiya yuxarıda göstərilən istənilən dörd formuldan 
birini qəbul edə bilər [118, 66].
Onun konversiyaya aid etdiyi bu dörd sxemdən daha çox 
üç və dördüncüsünü konversiyaya aid etmək düzgün olardı. Belə 
ki, yerdə qalan sxemlər daha çox digər sözdüzəltmə vasitələrini 
xatırladır. 


17
N.Q.Korletyanu “Müasir moldav dilində konversiya” adlı 
məqaləsində bu məsələyə aydınlıq gətirməyə çalışaraq demişdir: 
“Moldav dilinin lüğət tərkibini zənginləşdirmək üçün morfoloji 
vasitə yeganə vasitə deyildir. Başqa növ sözdüzəltmə vasitələri 
də mövcuddur. Çox tez-tez bu və ya başqa söz, heç bir morfoloji 
dəyişikliyə məruz qalmadan bir qrammatik kateqoriyadan 
başqasına keçir. Sözlərin bir nitq hissəsindən digərinə belə keçidi 
morfoloji-sintaktik sözdüzəltmə üsuluna aiddir . Bu onunla izah 
edilir ki, dilin qrammatik quruluşunun inkişafı prosesində nitq 
hissələri sözlərin nitq hissələrinə görə yeni təsnifatına imkanlar 
yaradan yeni qrammatik və semantik keyfiyyətlər qazanır. 
Beləliklə, moldav dilində sifət leksik-semantik məna əldə edib, 
isim və zərfin sintaktik funksiyasını yerinə yetirə bilər, isim sifət, 
zərf və əvəzlik kateqoriyasına keçə bilər. Əgər sifət leksik--
semantik məna əldə edərək və ismin sintaktik funksiyasını yerinə 
yetirərək, sonuncunun qrammatik sırasına keçirsə, onda belə proses 
substantivləşmə adlanır. Əgər sifət və ya isim zərf kateqoriyasına 
keçirsə, bu proses adverbiallaşma adlanır. Eləcə də pro-
nominallaşma (əvəzlikləşmə), verballaşma (feilləşmə) haqqında 
danışmaq olar” [115, 85]. Göründüyü kimi, moldav dilçisi bu 
dilin söz yaradıcılığında yer alan konversiya hadisəsini əksər 
dilçilər kimi “morfoloji-sintaktik sözdüzəltmə üsulu” kimi 
xarakterizə edir. Doğrudan da, bu özünü konversiyaya məruz 
qalan sözlərin yeni qrammatik və semantik xüsusiyyətlər 
qazanması ilə bir daha sübut edir.
K.A.Levkovskayanın fikrincə, german dillərindən olan 
alman dilində dilçilər arasında “konversiya” kimi adlandırılan 
sözyaratma üsullarının birindən istifadə olunur. Konversiya 
affiksiz, yalnız yeganə bir paradiqmanın köməyilə gerçəkləşən 
sözyaratma vasitəsidir və bu sözyaratma prosesi zamanı elə 
sintetik hallar baş verir ki, nəticədə qrammatik quruluşa görə 
eyni əsasdan törənmiş müxtəlif nitq hissələrini fərqləndirmək 
mümkün olur [123, 215]. 
Alman dilində sözün bir leksik-qrammatik sinifdən 
digərinə keçməsi elə bir sözyaradıcılığı vasitəsidir ki, bu zaman 


18
yeni sözün yaranması prosesi sözyaratma vasitəsinin iştirakı 
olmadan həyata keçir. Bu zaman iki linqvistik hal özünü büruzə 
verir: leksik və qrammatik. Birinci halda yeni mənalı leksik 
vahid yaranır, baxmayaraq ki, o yarandığı sözün mənası ilə 
bağlıdır. İkinci halda isə söz başqa nitq hissəsinin qrammatik 
kateqoriyasını əldə edir və digər sözlərlə uyğunluq xarakterini, 
eləcə də sintaktik funksiyasını dəyişir. Belə ki, infinitiv 
substantivləşərək qrammatik cins əldə edir və hallanır, həmçinin 
isim feilə çevrilərək, şəxs və zamana görə dəyişir, cümlədə feili 
xəbər funksiyasını həyata keçirir. 
Məlum olduğu kimi, sözün bir nitq hissəsindən digərinə 
keçməsinin, yəni konversiyanın müxtəlif növləri vardır. Bunlar 
leksik-semantik, morfoloji-sintaktik, semantik-sintaktik konver-
siyadır. Birinci halda sözlər yalnız köklərdən ibarət olub, heç bir 
şəkli dəyişikliyə uğramadan bir nitq hissəsindən digərinə keçir. Bu 
zaman söz keçdiyi nitq hissəsinin sintaktik funksiyasını daşıyır. 
Morfoloji-sintaktik konversiya zamanı isə hər hansı bir nitq hissəsi 
keçdiyi nitq hissəsinə məxsus qrammatik kateqoriyaların şəkilçilə-
rini qəbul edir və ya bir nitq hissəsinə məxsus qrammatik formalar 
keçdiyi nitq hissəsinin morfoloji göstəricisi olmaq statusunu 
qazanır. Bu konversiya növü özünü ən çox rus dilində göstərir. 
Qeyd olunan konversiya növü F.A.Qəniyev tərəfindən 
morfoloji-semantik konversiya adlandırılmışdır. Həmin kon-
versiyanı F.A.Qəniyev belə izah edir: “Bu söz formasının onun 
əvvəlki paradiqmasından təcrid olunması yoluyla başqa nitq 
hissəsinə keçməsidir” [80, 32]. Məsələn, V.K.Radzixovskayanın 
fikrincə, müasir rus dilində nitq hissələrinin zərfə keçidi zamanı 
həmin nitq hissələrinin qrammatik formaları zərfin sözdüzəldici 
formalarına çevrilir [146, 78]. Ən çox özünü türk dillərində 
büruzə verən semantik-sintaktik konversiya zamanı isə 
sözdüzəldici şəkilçilər qəbul etmiş sözlər müxtəlif nitq hissələri 
kimi çıxış edir. 
Ümumiyyətlə, dilçilərdən bir çoxu konversiyanın sözün 
kökündə heç bir dəyişiklik baş vermədən onun bir söz sinfindən 
digərinə keçidi kimi də izah edirlər. Bunlara rus dilçilərindən 


19
A.İ.Smirnitski, O.S.Axmanova, Y.Y.Jluktenko, O.D.Meşkov, 
eləcə də Azərbaycan dilçilərindən M.Adilov, Z.Verdiyeva, 
F.Ağayeva və başqalarını misal göstərmək olar. Azərbaycan 
dilçilərindən M.Adilov, Z.Verdiyeva, F.Ağayevanın fikrincə, 
konversiya sözün öz morfoloji və fonertik tərkibini saxlamaqla 
bir nitq hissəsindən digərinə keçməsidir [7, 140]. Praqa dilçilik 
məktəbinin görkəmli nümayəndəsi olan Y.Vaxekin dilçilik 
lüğətində konversiya minimal sözdüzəldici vasitələri ilə yer alan 
sözlərin bir kateqoriyadan digərinə transformasiyası kimi izah 
edilir [72, 90]. 
Bəzi dillərdə, məsələn, rus və alman dillərində tam kök və 
söz bərabərliyindən danışmaq olmur. Bu dillərdə əsasən isim və 
feillərin kökündə müəyyən morfoloji göstərici olur. Deməli, 
konversiya zamanı belə halların baş verdiyini adi qəbul etmək 
lazımdır. Dilçilərdən M.Adilov, Z.Verdiyeva və F.Ağayeva 
konversiyanın xüsusilə artikl olan dillərdə yayılmasını qeyd 
edir. Onların fikrincə, artikl sayəsində bütün cümləni də ismə 
çevirmək mümkündür [7,140]. 
F.R.Qəniyev söz birləşmələrinin mürəkkəb sözlərə 
keçidini də konversiya adlandırır [80, 32]. Bəzən, sintaktik 
quruluşda bir cümlə tipinin digərinə keçidi dilçilər tərəfindən 
transformasiya adlandırılır (M.Şirəliyev, L.S. Barxudarov, 
İ.P.İvanova, P. Rozenbaum). Cümlənin sintaktik quruluşunda 
baş verən konversiya zamanı tabeli mürəkkəb cümlələri tabesiz 
mürəkkəb cümlələrə, sadə cümlələri mürəkkəb cümlələrə 
transformasiya etmək olur.
Fikrimizcə, konversiyanın dil yaruslarında ən ətraflı və 
maraqlı izahı V.N.Yartsevanın redaktəsi ilə işıq üzü görən 
“Ensiklopedik dilçilik lüğəti” ndə verilmişdir. Bu kitabda 
konversiyanın elmi izahı əksər dilçilər tərəfindən məqbul hesab 
olunur. Əgər konversiya sözünün mənası “dəyişilmə, çevrilmə” 
dirsə, onda onu istənilən dil vahidləri sinfinin dəyişilməsi və 
çevrilməsi hesab etmək olar. Amma bu sahənin əksər 
tədqiqatçılarının fikrincə, həmin dil hadisəsi zamanı söz öz 
morfoloji və fonetik tərkibini dəyişmədən bir söz sinfindən 


20
digərinə keçir. Sözlər sözdüzəldici şəkilçiləri qəbul etməklə də 
bir söz sinfindən digərinə, daha doğrusu, bir nitq hissəsindən 
başqasına keçə bilərlər. Lakin bu hal şəkilçi vasitəsilə baş tutan 
sözdüzəltmə növünə aiddir və konversiyayla eyniləşdiril-
məməlidir. Bu cəhəti nəzərə alaraq, F.Veysəllinin prefiks və 
suffikslərlə, yəni şəkilçi vasitəsilə sözdüzəltmə üsulunun 
konversiyaya aid etməsini düzgün hesab etmək olmaz.
Konversiya bir dil hadisəsi kimi ilk əvvəl söz yara-
dıcılığının bir üsulu olmaqla müəyyən bir nitq hissəsinə məxsus 
sözün başqa bir nitq hissəsinə keçməsi prosesidir. Bu keçid 
zamanı da hər hansı bir nitq hissəsinə məxsus sözün bir çox 
halda məxsus olduğu paradiqmatik və sintaqmatik keyfiyyətlər 
tamlığı pozulur. Eləcə də bu dil hadisəsi özünü sintaksis və 
leksika kimi dil səviyyələrində də göstərə bilir. Bəzən “sintaktik 
transformasiya” da adlanan konversiya isə məlum növdə olan 
cümlələrin məchul növdə işlənərkən, leksik aktantlarının yerinin 
dəyişilməsi, leksikada isə əsasən feil, isim, eləcə də sifətlər 
arasında qütbləşməni göstərən semantik əlaqədir.
Dilin bütün səviyyələrində özünü göstərən dil vahidlərinin 
bir nitq hissəsindən digərinə keçidi və yerdəyişimini əks etdirən 
konversiyadan savayı, dildə bütün cümlənin sözə çevrilməsi və 
ya nominallaşması, bir cümlə quruluşundan digərinə keçid və 
digər hallar da konveriyaya aid edilməlidir. 
1.2. German dilçiliyində konversiya 
German dilçiliyində konversiyaya ən çox ingilis dilində 
rast gəlinir. “Müasir ingilis dilində adətən konversiya adlan-
dırılan hadisə böyük rol oynayır” [98, 53]. Konversiya hadisə-
sinə ingilis dilində həm qrammatika, həm leksika, həm də söz 
yaradıcılığında rast gəlmək olar. German dilçiliyində konversiya 
hadisəsinə yanaşmalar müxtəlifdir. 
Konversiyaya morfoloji sözyaratma vasitəsi kimi yanaşma 
ilk dəfə prof. A.İ.Smirnitski tərəfindən təklif olunmuşdur. Bu 
yanaşmaya görə paradiqma morfoloji kateqoriya hesab olunur. 


21
İkinci yanaşma bir çox rus və ingilis dilçilərinə aiddir. Onlar 
konversiyanı funksional dəyişikliyin bir növü hesab edirlər. 
Onların fikrincə, bir söz eyni zamanda bir neçə nitq hissəsinə aid 
ola bilər (M.Orembovskaya, T.Gvarjaladze, J.Molhova, R.Qin-
zburq). Morfoloji-sintaktik yanaşmanın tərəfdarları olan dilçi-
lərin fikrincə isə, bu zaman həm sözdə paradiqma dəyişikliyi, həm 
də onun sintaktik funksiyasının dəyişməsi baş verir. Bununla da 
onlar tərəfindən konversiya morfoloji-sintaktik sözdüzəltmə üsulu 
hesab edilir. Belə yanaşma ən çox İ.V.Arnold, A.Y.Zaqoruyko, 
İ.V.Vasilyenko, E.N.Bortniçuk, L.P.Pastuşenko, O.D.Meşkov, 
Y.U.Jluktenkonun elmi-nəzəri irsində öz əksini tapır. 
E.M.Dubleneç “Müasir ingilis dili” kitabında “konversiya” 
termininə ingilis dilində ilk dəfə Henri Svitin 1892-ci ildə qələmə 
aldığı “Yeni ingilis dili qrammatikası” kitabında rast gəlindiyini 
yazır [93, 50]. Amma bu dilçilik termininə hələ 1892-ci ildən öncə 
1880-cı ildə ingilis alimi Aleksandr Beynin müəllifi olduğu “Ali 
qrammatika” kitabında rast gəlinir. Tədqiqatçı burada konversiyaya 
ötəri nəzər salır. Onun fikrincə, ingilis dili sərbəst konversiyaya, 
yəni ismin feilə çevrilməsinə və ya heç bir dəyişiklik baş 
vermədən bir sözün başqa nitq hissəsinə keçməsinə şərait 
yaradır [179, 252]. Tədqiqatçı konversiyaya ayrıca dil hadisəsi 
kimi baxmır. Konversiya dedikdə o, sözlərin bir nitq hissəsindən 
digərinə keçməsini nəzərdə tutur. A.Beyn burada qrammatik 
konversiyadan söz açmış və buna misal olaraq bu cümləni 
göstərmişdir: “Prejudices are notions or options which the mind 
entertains without knowing the grounds and reasons of them, 
which are assented to whithout examinations.”(Berkeley) ( 
Mənfi rəylər elə təsəvvür və seçimlərdir ki, ağıl, əsaslarını və 
səbəblərini bilmədən əyləndirir və onlarla araşdırmalarsız 
razılaşır.) Bu cümlədə təyin budaq cümləsi tamamilə feili sifətə 
çevrilə bilər: “Prejudices are notions or options entertained by 
the mind without knowing the grounds and reasons of them, and 
assented to without examinations.” (Mənfi rəylər ağlın səbəblər 
və əsasları bilmədən əyləndirdiyi, araşdırmalarsız razılaşdığı 
təsəvvür və seçimlərdir) [179, 192]. Daha sonralar 1892-ci ildə 


22
ingilis alimi Henri Svit “Yeni ingilis dili qrammatikası” 
kitabında nitq hissələrinin konversiyası haqqında belə yazır: 
“Biz “The snow is white.”(Qar ağdır.) demək əvəzinə “the 
whiteness of the snow” (qarın ağlığı) deyiriksə, onda 
“white”(ağ) sifətindən, “whiteness” (ağlıq, bəyazlıq) ismini 
onun sonuna “- ness” şəkilçisi əlavə etməklə düzəldirik. Amma 
başqa dillərdə olduğu kimi ingilis dilində də biz sözü, heç bir 
dəyişiklik, əlavə olmadan, əlbəttə ki, vacib fleksiya dəyişiklyi 
istisna olaraq başqa nitq hissəsinə keçirə bilərik” [187, 38]. 
Müəllif konversiyanın sozdüzəltmə forması kimi müəyyən 
xüsusiyyətlər daşıdığıni desə də, onun vasitəsilə heç bir yeni 
sözün yaranmamasını xüsusilə qeyd edir. Onun fikrincə, 
baxmayaraq ki, konversiya sözün mənasında heç bir dəyişiklik 
yaratmır, sözün müxtəlif nitq hissələri kimi istifadəsi, təbii 
olaraq məna şaxələnməsinə gətirib çıxarır və bir nitq hissəsindən 
digərinə keçən söz keçdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini 
daşıyır [187, 39]. Henri Svit ingilis dilçiliyində ilk dəfə olaraq 
konversiyanın sözyaratma kimi əsas vasitəsinin paradiqma 
olduğunu göstərmişdir. Aleksandr Beyn əsərində konversiyadan 
söz açsa da, onu bir dil hadisəsi kimi səciyyələndirməmişdir. 
Konversiya feil və isim yaratma vasitəsi kimi ilk dəfə XIII 
əsrdən başlayaraq ingilis dilinin xarakterik xüsusiyyəti kimi 
özünü göstərir. “Bu hadisə orta əsr ingilis dili dövründə flektiv 
sistemin düşməsi nəticəsində baş qaldırıb. Buna qədər bir-birin-
dən səs strukturu ilə fərqlənən, məna cəhətcə yaxın isim və 
feillər orta əsrlərdə forma cəhətcə uyğun gəlməyə başladı. Bu 
isim və feillər arasında oxşarlıq, infinitivin (məsdər) suffiksal 
göstəricilərinin itməsi anından mümkün olmağa başladı. Əsasən 
infinitiv suffiksinin itməsi nəticəsində baş verən çoxlu sayda 
eyniköklü isim və feillərin fonetik uyğunluğu konversiyanın 
inkişafı üçün sözyaratma modelinin yaranmasına zəmin yaratdı” 
[109, 192].
Konversiyanı yeni sözdüzəltmə metodu hesab edən T.N.Ras-
torguyeva onun orta əsrlərin sonunda meydana gəldiyini, sonralar 
daha məhsuldar olduğunu yazır. Onun fikrincə, konversiyanın 


23
inkişafı orta əsrdə qrammatik və leksik dəyişikliklərin, sonluq və 
suffikslərin ixtisarlarının və sözün morfoloji strukturunun 
asanlaşdırılmasının nəticəsi idi. Sonluq və suffikslərin itməsi 
nəticəsində çoxlu sayda isim və feillər eyniləşdi. Orta əsrlərin 
sonunda əsasən konversiya vasitəsilə isimlərdən feillər yaranırdı. 
Məsələn, bu əsrlərdə “fire” ismindən “fyren” feili, “age” ismin-
dən “agen” feili və s. nümunələr yaranmışdır. Konversiyanın in-
gilis dilində istifadəsi yalnız isimlərdən feillərin yaranması ilə 
məhdudlaşmırdı [147, 323-324].
Doğrudan da, cütlüklər daxilində yeni əlaqələrin əsası 
qoyulanda əks proses də baş verir, feillərdən isimlər yaranırdı. Bu 
nümunələr orta əsrlərdə nadir hallarda müşahidə olunurdu, amma 
sonrakı dövr ərzində konversiyanın bu növünə daha tez-tez rast 
gəlinməyə başlandı. Məsələn, orta əsrlərdə “breken” feilindən 
“breke” ismi, müasir ingilis dilində “break” (qırmaq, 
sındırmaq) (feil) → “break” (deşik, yarıq) (isim); orta əsrlərdə 
“loken” feilindən “look(e)” ismi, müasir ingilis dilində “look” 
(baxmaq) (feil) → “look” (baxış, nəzər) (isim) yaranmışdır. 
N.K.Solovyova affiksasiya ilə konversiya arasında fərqi birin-
cinin həm semantik, həm də struktur, ikincinin isə təkcə seman-
tik xarakter daşımasında görür. O, ingilis dilində konversiyanın 
belə geniş yayılmasının səbəbini təsnifatlandırıcı siqnallar kimi 
xidmət göstərən morfoloji elementlərin olmamasında görür 
[159, 40-50]. E.V.Botniçuk, İ.V.Vasilenko, O.D.Meşkov, 
P.M.Karaşuk, T.İ.Arbekova və başqaları da bu fikrin tərəfdarları 
kimi çıxış etmişlər. 
N.N.Amosova ingilis dilində konversiyadan feilin infin-
itiv, yəni məsdər forması ilə adlıq halda olan tək isimlərin tam 
morfoloji eyniliyinin olduğu halda əminliklə danışmağın 
mümkünlüyünü göstərir. Amma dilçi-alim dildəki konversiya 
hadisəsi ilə omonimliyin qarışdırılmamasını təklif edir və qeyd 
edir ki, bəzi linqvistlər bu mənada ciddi səhvlərə yol verirlər. Bu 
sadəcə sözlərin fonetik cəhətdən səslənməsinin üst-üstə düşməsi 
nəticəsində baş verən formal uyğunluqdur. Belə sözlərə 
tədqiqatçı “to change”, “to answer” və başqalarını misal 


24
göstərmişdir. Bu sözlər konversiya kimi tanınan hadisənin 
məhsulu deyil, əvvəllər bir-biri ilə morfoloji cəhətdən fərqlənən 
sözlərin zaman getdikcə üst-üstə düşməsidir [54, 85]. Bunu o 
belə izah etmişdir: “to change” (orta əsr ingilis dili) sözü 
“changen” dən, o da öz növbəsində “changer”dən (qədim 
fransız) yaranmışdır [54, 86]. 
German dilçiliyində, xüsusən ingilis dilində konversiyanın 
ətraflı tədqiqi rus alimi A.İ.Smirnitskiyə məxsusdur. Məşhur 
alim bu dildə konversiyaya eyni bir sözün müxtəlif nitq hissələri 
funksiyasında işlənməsi kimi baxmır. O, bu sözlərin yalnız 
bir-biri ilə kökləri ilə bağlı olan ayrı-ayrı sözlər olduğu fikrini 
irəli sürür. Sonda alim belə qənaətə gəlir ki, konversiya elə növ 
sözyaratma vasitəsidir ki, bu zaman yalnız sözün paradiqması 
sözyaratma vasitəsi kimi çıxış edir [157, 24]. 
A.İ.Smirnitskinin konversiyanın müəyyənləşdirməsinə aid 
bəzi fikirlərini doğru adlandırmaq yanlış olardı. Bu mövcud 
çatışmazlıqlara Y.A.Jluktenko aşağıdakıları aid edir: 
“1. A.İ.Smirnitskinin konversiyaya aid nəzəriyyəsində 
nəzərə alınmır ki, sözün paradiqması, bir-biri ilə əlaqənən sözlər 
arasında o hallarda fərqləndirici yeganə vasitə kimi xidmət 
göstərə bilməz ki, bu sözlərin hər ikisinin eyni paradiqması 
olsun. Dilçi belə sözlərə near-yaxın (sifət)→near-yaxın (zərf), 
fast-sürətli (sifət)→fast-cəld (zərf) və s. sözlərini misal göstərir. 
2. Özünün konversiyaya aid nəzəriyyəsində A.İ.Smirnitski 
nəzərə almır ki, bəzi hallarda konversiya ilə bir-biri ilə bağlı 
sözlərin paradiqmaları olmadığından bu fikri doğru adlandırmaq 
olmaz. Belə sözlərə Y.A.Jluktenko: must (-malı
2
) → must 
(edilməli bir shey) → must (vacib, əhəmiyyətli); down (aşağı,zərf) 
→ down (aşağı (istiqamət) sifət) və s. aid edir” [98, 54].
Yuxarıda Y.A.Jluktenkonun qeyd etdiyi çatışmazlıqlar söz 
yaradıcılığının bir üsulu olan konversiyanın yeganə göstəricisinin 
paradiqma olmamasını fikrini bir daha sübut edir. Fikrimizcə, 
müasir ingilis dilində söz yaradıcılığının xüsusi bir növü olan 
konversiyanın əsas vasitəsinin yalnız paradiqma olması fikri 
düzgün hesab oluna bilməz. Paradiqma sözlərin morfoloji 


25
göstəricilər, qrammatik dəyişikliklər sistemidir. Bəzən cümlə 
daxilində söz formalarının fərqləndirici xüsusiyyəti olmadan 
onu hər hansı bir nitq hissəsinə aid etmək olmur. 
A.Y.Zaqoruyko konversiyanın əsas vasitələrinin sözün 
paradiqması və onun başqa sözlərlə uyğunluq halının olmasını 
göstərir. We tried maid after maid but not one of them suited. 
You maid me better than anyone. (Biz qulluqçuları bir-birinin 
ardınca sınaqdan keçirdik, amma onlardan heç biri uyğun 
olmadı. Sən mənə hər kəsdən daha yaxşı qulluq edirsən.) 
cümlələrinə istinad müəllif qeyd etmişdir ki, “burada omonimlik 
təşkil edən üç “maid” sözü sintaktik funksiyalarına görə 
fərqlidirlər. Onlardan heç birində hansı nitq hissəsinə aid 
olduqlarını göstərən hər hansı bir morfoloji göstəricisi yoxdur. 
Omonimliyinə baxmayaraq, ilk iki söz səhvsiz olaraq isim kimi 
müəyyən olunur, vasitəli tamamlıq funksiyasını daşıyır. Amma 
üçüncü “maid” sözü isə sadə xəbər funksiyasını daşıyan feildir. 
Bu cümlədə feil olan “maid” heç bir sözdəyişdirici morfem 
qəbul etməyib. Onun hansı nitq hissəsinə aid olması başqa 
sözlərlə uyğunlaşmasından aydın olur. Belə ki, sonuncu söz 
feilin xüsusiyyətlərini daşıyır, müqayisə dərəcəsində olan zərflə 
müəyyən olunur” [100, 9-11]. 
Konversiyanın german dillərindən ən çox ingilis dilinə xas 
olmasının əsas səbəbi bu dildə nitq hissələrinin xüsusi 
göstəricilərinin olmamasıdır. İngilis dilində sözün sintaktik 
funksiyası morfoloji əlaməti üstələyir. Sözün qrammatik təbiəti 
tam şəkildə mətndə müəyyənləşir. O.D.Meşkovun fikrincə, 
bəzən nitq hissələri bu dildə bir-birindən ya tamamilə 
fərqlənmir, ya da sözyaratma affikslərinə görə fərqlənirlər [130, 
120]. Bu hal konversiyanın geniş yayılmasına səbəb olmaya 
bilməzdi. Məhz bu yolla dilin lüğət sistemində yeni leksik 
vahidlər yaranır və onu zənginləşdirir. İrəlidə qeyd etdiyimiz 
kimi, hal-hazırda “konversiya” kimi tanıdığımız dil hadisəsi 
german dilçiliyində maraqlı inkişaf yolu keçmişdir. Bu ilk əvvəl 
olaraq isim və feillərin, infinitivin suffikslərinin itməsi 
nəticəsində eyniləşməsi oldu. Məsələn: 


26
Qədim ingilis dili 
Müasir ingilis dili 
Drincan (feil) drink (feil,isim) (içmək, içki)[6-187] 
Drinka, drinc (isim) 
Slæpan (feil) sleep (feil,isim) (yatmaq, yuxu)[6-582] 
Slæp (isim)
İ.V.Vasilenko, E.N.Bortniçuk və L.P.Pastuşenko ingilis 
dilində konversiyanın söz yaradıcılığının bir üsulu kimi 
yaranmasına həm diaxronik, həm də sinxronik planda yanaşmanın 
tərəfdarları olmuşlar. Bu dilçilərin fikrincə, əgər onun yaranmasına 
diaxronik yanaşılsa, onda məsələn, “love (qədim.ing.d. “lufu”) < to 
love (q.i.“lufian”) ; “work (q.i. “weork”) < to work (q.i. “wyrkan”) 
və s. kimi konversiya ilə bir-birinə bağlanan söz cütlüklərinə yalnız 
ingilis dilinin tarixi inkişafı nəticəsində fleksiyanın itməsinin səbəb 
olması göstərilməlidir. Amma bu hadisəyə sinxronik yanaşılsa, 
dilin tarixi inkişafı zamanı sözlərdə baş verən dəyişikliklər 
nəzərə alınmır. Bu zaman bir çox belə söz cütlükləri yalnız 
konversiyanın məhsulu hesab olunurlar. Belə cütlüklərdə müasir 
semantik əlaqə onların faktiki yaranmasından asılı deyil 
(fleksiyanın itməsi nəticəsində və ya konversiya nəticəsində). 
Amma söz yaradıcılığı haqqında dəqiq məlumat almaq üçün hər 
iki yanaşmanın əlaqələndirilməsi vacibdir [69, 96-97]. 
Fikrimizcə, bu dil hadisəsinə sinxronik planda yanaşmaq daha 
düzgün olardı. Dildə baş verən hər hansı dəyişikliklər onun 
keçdiyi tarixi inkişafın nəticəsidir. Ümumi kateqorial məna 
daşıyan feil sonluqları ingilis dilində zaman keçdikcə itmişsə də, 
bu vacib deyil. Bu feilə mənsubiyyəti göstərən sonluğun xüsusi 
semantik mənası yoxdur. Bu da o deməkdir ki, ümumi feillərin 
isimlərdən yaranması yalnız konversiya vasitəsilə ola bilər. 
A.Y.Zaqoruyko, V.S.Sabelnikova və O.D.Meşkov müasir 
ingilis dilində konversiyaya nəinki sadə sözlərin, eləcə də və 
mürəkkəb sözlərin məruz qaldığını vurğulayırlar. V.S.Sabel-
nikova “isim+isim”, “sifət+isim”, “feil+postpozitiv” tərkibli 
mürəkkəb sözləri misal gətirir. Məsələn, fingerprint→to 
fingerprint (barmaq izlərini çıxartmaq), blacklist→to blacklist 


27
(qara siyahıya salmaq) və s. [149, 11]. Eləcə də, bu nümunələrə 
airlift (hava nəqliyyatı)→to airlift (təyyarə vasitəsilə 
daşımaq)[6-14], downhill (aşağı, aşağıya) →downhill (1. maili; 
2.çətinliksiz)[6-184] kimi sözləri də əlavə edə bilərik.
Müasir ingilis dilində konversiyanın məhsuldarlılığını 
məhdudlaşdıran bəzi amillər də var. Bunlara aşağıdakılarını aid 
etmək olar: 
1. Sözün leksik mənası; 
2. Sözün struktur xüsusiyyətləri; 
3. Yeni törəmənin dilin lüğət tərkibinə daxil olması. 
Birinci amili belə sübut etmək olar ki, məsələn, ingilis 
dilində bütün fəaliyyət bildirən feillərdən konversiya vasitəsilə 
isim düzəlmir. Doğrudan da, ingilis dilində bir qrup feillər vardır 
ki, konversiya vasitəsilə isimlər yarada bilmirlər. Bütün bu 
feillər uzunmüddətli fəaliyyət bildirir. Belə ki, bu başqa qrup 
feillərdən fərqli olaraq müvəqqəti hərəkəti əks etdirmir. 
Məsələn, to suffer (əziyyət çəkmək)[5-1493], to live 
(yaşamaq)[5-870], to eat (yemək)[5-463] və s.
İkinci amilə isə struktur cəhətcə mürəkkəb sözlərin az bir 
qisminin bu dildə konversiyaya məruz qalmasını misal gətirmək 
olar. İngilis dilində qrammatik kateqoriyaları aydın göstərən 
suffikslərlə düzələn bəzi isimlər feillərə keçə bilmirlər. Belə 
isimlərə –tion suffiksi ilə düzələn isimləri misal göstərmək olar: 
creation (yaranma, meydana gəlmə)[5-344], liquidation (ləğv 
etmə, aradan qaldırma)[5-868]. Bu suffiks fəaliyyət bildirən 
isimlərə xasdır. Bununla belə çox güclü leksik-qrammatik yolla 
isim yaratma xüsusiyyətinə malikdir. Ona görə də bu şəkilçi 
başqa nitq hissəsinin tərkib hissəsi ola bilmir. “Əvvəllər indiki 
zamandan fərqli olaraq belə konversiya hallarına rast gəlmək 
olurdu. Məsələn, to portion- bölmək, hissələrə ayırmaq(1712-ci 
il), to requisition-müsadirə etmək (1714-cü il) və s.” [188, 34]. 
Üçüncü amil isə belə izah edilə bilinər ki, ingilis dilində 
konversiya vasitəsilə yaranan istənilən söz onun lüğət tərkibinə 
daxil olmur. 


28
Müasir ingilis dilində əsas nitq hissələri arasında 
konversiya baş verdiyi kimi, həm də əsas mənalı sözlərin də 
sözönü və bağlayıcılara keçidi baş verir. M.P.İvaşkin qeyd edir: 
“Morfoloji tamlığa malik olaraq və ikili sintaktik xüsusiyyətin 
nəticəsi kimi about , across, along, around, behind, by, down, 
in, off, on, out, over, past, round, through, to, under, up kimi 
sözlər zərflərdən sözönülərə keçid zonası kimi xüsusi zona 
formalaşdırır” [105, 155]. İngilis dilində nəinki əsas nitq 
hissəsinə aid olan sözün köməkçi nitq hissəsinə məxsus bir sözə 
keçdiyinə, hətta bu sözün yenidən konversiyaya uğrayaraq dildə 
başqa köməkçi nitq hissəsi kimi işlənə bilməsinin şahidi olmaq 
olar. Məsələn, before sözü “qarşıda, əvvəl” [6-53] mənasını 
verən zərf olaraq həmçinin sözönü kimi işlənir və ən sonda isə 
bağlayıcıya konversiya edir.
Ümumiyyətlə, müasir ingilis dilində bütün konversiya 
modelləri məhsuldardır. Amma bu dilin lüğət tərkibinin 
zənginləşməsində isim→feil, feil→isim, isim→sifət, sifət→isim 
istiqamətində olan konversiya daha böyük rol oynayır. 
Müasir ingilis dilində konversiyaya nəinki sözlər, həm də 
cümlələr də məruz qalır. Bu zaman sözyaradıcılığı ilə sintaksis 
arasında əlaqə özünü açıq büruzə verir. Sintaktik vahidin leksik 
vahidə keçidi zamanı fonetik və məna qovuşuqluğu müşahidə 
olunur. Yəni, bu zaman belə konstruksiya cümlənin bir üzvü 
kimi çıxış edir, müəyyən və qeyri-müəyyən artikllərlə işlənir, 
sözdəyişdirici və sözdüzəldici morfemlərlə formalaşa bilir. 
Məsələn, Johnny-come-lately (Johnny-come-latelies, Johnnies--
come-lately) - 1) ən son dəqiqə və ya çox gec gələn adam 
3)sadəlöhv insan [5-807]. 
İngilis dilini lüğət tərkibi tarixin müəyyən mərhələlərində 
konversiya vasitəsilə formalaşmış sözlərdən ibarətdir. Bu 
konversiyaya həm ənənəvi, həm də təsadüfi konversiya halları 
aiddir. Təsadüfi konversiya halına ingilis dilində çox tez-tez rast 
gəlinir. Bu zaman yalnız verilən konteksdə hər hansı bir mənanı 
daha aydın ifadə etməkdən ötrü isimlərdən feil və sifətlər 
yaranır. Məsələn, It was washed and mended. (Bu yuyulub və 


29
təmir edilmişdi.) Bu cümlədə to wash (yumaq) feili təsadüfi, 
konteksdən asılı olaraq wash (yuma) ismindən konversiya 
olunmuşdur. 
Sonluqlar, yəni suffikslərin itməsi bu cütlüklərdə hər iki 
element üçün səs formalarının qovuşması ilə nəticələnmişdir. 
Eyni omonimlik, eləcə də fransız dilindən götürülmüş çoxlu 
sayda bu dildə işlədilən eyniköklü sözlərdə də baş vermişdir. Bu 
sözlər öz şəkilçilərini itirib assimilyasiya prosesi nəticəsində 
fonetik cəhətdən eyniyyət təşkil edir . Məsələn: 
Qədim fransız dili: 
Eschequier(feil); 
Eschec(isim); 
check(feil, isim) (yoxlamaq, yoxlama) [59, 155]. 
Müasir ingilis dilində konversiya vasitəsilə yeni sözlərin 
yaranmasında ingilis mənşəli sözlərdən savayı, başqa dillərdən 
alınma sözlər də iştirak edir. Məsələn: alman mənşəli blitz ismin-
dən to blitz (bombalamaq) feili [6-62]; 2) ispan mənşəli: rumba → 
to rumba “rumbu, rumbu oynamaq”[6-544]; 3) yapon mənşəli 
karate → to karate “karate, karate oynamaq”[6-340] və s. 
Qədim dövrdə ingilis dilində feilin məsdər forması “ an”, 
“ian” sonluğu qəbul edirdi. Şəxs, zaman kateqoriyalarının da 
özünəməxsus morfoloji göstəriciləri vardı. Eləcə də isimlərin 
özlərinin də müəyyən hal şəkilçiləri də vardı. Yəni, adlıq halda 
olan isimlərlə məsdər formada olan feillər bir-birindən 
fərqlənirdi. XI-XV əsrlərdə ingilis dilində isimlərdə hal 
şəkilçilərinin zəifləməsi və ya reduksiyası halı baş vermişdi [56, 
15]. V.D.Arakinin fikrincə, sait səslərin, eləcə də vurğusuz 
hecaların reduksiyası prosesi təkcə orta əsr ingilis dilinin 
morfoloji strukturuna deyil, eləcə də onun sözyaratma sisteminə 
öz təsirini birbaşa göstərirdi. XIV əsrdə “-n” sonluğu düşəndə və 
XV əsrdə sonuncu neytral səs artıq səslənməyəndə, isim və 
feillərin başlanğıc formaları, yəni adlıq halda, tək formada olan 
isimlər və feillərin məsdər (infinitiv) formaları, eləcə də sifətlər 
eyniləşdi. Bu zaman “forma omonimliyi”, yəni formaların səslən-
məsində eyniləşmə baş verdi [57, 167-168].


30
İngilis dilində bəzi nitq hissələrində baş verən dəyişiklikləri 
V.D.Arakin sxematik olaraq belə göstərir [56, 47 ]: 
İNGİLİS DİLİNDƏ KONVERSİYANIN TƏŞƏKKÜL 
TARİXİ (V.D.ARAKİNƏ GÖRƏ): 
Nitq hissələri 
Qədim 
ingilis dili 
dövrü 
Orta 
ingilis 
dili dövrü 
Yeni 
ingilis 
dili dövrü 
Tək adlıq halda olan isim 




— 
İnfinitiv(məsdər)formasında 
olan feil 
An 
Ian 
en > e 
en >e 
— 
V.D.Arakin belə şəkilçisiz, müxtəlif nitq hissələrinə aid 
yeni sözyaratma üsulunu konversiya adlandırır və 
XIV-XV-əsrlərdə aşağıdakı yeni sözlərin yarandığını göstərir: 
“İsim→feil istiqamətində: 
a comb (daraq) → to comb (daramaq) 
a land (torpaq, ölkə) →to land (sahilə yan almaq) 
feil→isim istiqamətində: 
to call (çağırmaq)→a call (çağırış) 
to smile (gülümsəmək)→a smile (gülüş)
to stare (gözünü zilləmək)→a stare (gözünü zilləmə) ”[57, 168].
Konversiya vasitəsilə yeni sözlərin yaranması ingilis dili-
nin spesifik xüsusiyyəti sayılır. İngilis dilində konversiya 
vasitəsilə yeni sözlər yaranarkən həmin sözlərdə əsasən, 
aşağıdakı dəyişiliklər baş verir : 
1. Yeni söz, yeni nitq hissəsində qrammatik formaların 
yaranmasına xidmət göstərən bütün sonluqları qəbul edir, yəni o 
yeni paradiqmaya aid edilir və yeni qrammatik kateqoriyalarla 
xarakterizə edilir. Məsələn -pilot (təyyarəçi, pilot, bələdçi) 
ismindən to pilot (aparmaq, pilotluq etmək, bələdçilk etmək) 


31
feili yaranmışdır.”To pilot” feili bu nitq hissəsinə xas bütün 
formaları alır. Məsələn: 
to pilot 
pilots III şəxs indiki qeyri- müəyyən zaman forması
piloted keçmiş zaman və keçmiş zaman feili sifət forması
piloting indiki zaman feili sifət forması və cerund 
2. Yeni söz başqa sintaktik funksiya və uyğunluq əldə 
edir, məsələn isim qaydaya görə mübtəda, tamamliq, xəbərin ad 
hissəsi, təyin funksiyalarında işlənir.
3. Yeni söz yeni leksik-qrammatik məna əldə edir. Kon-
versiya vasitəsilə sözyaratma prosesində mövcud sözün 
kateqorial mənasında dəyişkənlik baş verir. Məsələn, əşyavilik 
mənasında olan söz hərəkət və ya proses mənasını alır. 
Buna misal olaraq car (maşın)→ to car (maşınla get-
mək), əksinə feil əsasının ismə çevrilməsinə aid isə to find 
(tapmaq)→ find (tapıntı), to help (kömək etmək)→help (kömək, 
köməkçi) sözlərini misal gətirmək olar. 
Bir çox dilçilərin fikrincə, ingilis dilində eynimənalı dil 
vahidlərinin iştirakı başqa dillərə nisbətən daha da üstündür. 
Bunu da analitik dil olan ingilis dilinin çox məhdud forma-
yaratma imkanına malik olması ilə izah edirlər (P.M.Karaşuk, 
N.M.Raevska və s.). Belə bir hal omoformlar və leksik-qram-
matik omonimlərin bolluğunu qaçılmaz edir. Beləliklə, ingilis 
dilində konversiyanın öyrənilməsi paradiqmdaxili omonimlik 
probleminin öyrənilməsinə gətirib çıxarır. Çünki bu zaman həm 
sözün əsası, kökü, həm də ki, qrammatik forması səslənməsinə 
görə eynilik təşkil edə bilər.
T.İ.Arbekova ingilis dilində mənbə və törəmə sözün 
morfoloji xarakteristikasına görə konversiyanın iki növünü 
fərqləndirir: konversiyanın birinci növü o zaman müəyyən edilir 
ki, həm əsas, həm də törəmə sözlər morfoloji cəhətcə dəyiş-
kəndir. Bu zaman nəinki sözün leksik mənası və sintaktik 
funksiyası, həmçinin onun sözdəyişdirici paradiqmi dəyişir. 


32
Buna verballaşma və substantivləşmə misal olaraq verilmişdir. 
Konversiyanın ikinci növündə isə həm mənbə, həm də törəmə 
sözlər morfoloji cəhətcə dəyişkən olmur. Bu zaman sözün təkcə 
leksik mənası və sintaktik funksiyası dəyişir. Bu növ konversiya 
əlaqələrinə sözönü və zərflər (on, off, in və s.), sözönülər və 
bağlayıcılar, əvəzlik və bağlayıcılar (who, when, why və s.) 
misal göstərilir [58, 43-44]. Hesab edirik ki, bu düzgün olan 
yanaşmadır. Çünki isimləşən və ya feilləşən sözlərin leksik 
mənalarıyla bərabər, həmçinin morfoloji formaları da dəyişir. 
Amma ikinci növ üçün bunu demək olmaz. 
Yuxarıda ingilis dilində konversiyanın söz yaradıcılığındakı 
rolu öz əksini tapmışdır. Artıq bildiyimiz kimi, konversiya təkcə 
söz yaradıcılığında deyil, həmçinin qrammatika və leksikada da öz 
əksini tapır. Qrammatika və leksikada konversiya qrammatik və 
leksik konversivlərlə ifadə olunur. Artıq yuxarıda qeyd etdiyimiz 
kimi qrammatik konversivlərə məchul növdə olan konstruksiyaları 
misal gətirmək olar. O.Yespersen “Qrammatikanın fəlsəfəsi” 
kitabında ingilis dilində məlum növdə olan feillərin məchul növə 
keçdikləri zaman mübtəda ilə xəbər arasındakı əlaqələrdə 
transpozisiyanın həyata keçdiyini qeyd edir [95, 186]. Qrammatika, 
xüsusilə də sintaksisdə öz əksini tapmış və “transformasiya” 
adlandırılan konversiya hadisəsinə ən çox biz A.Y.Roderik, 
P.S.Rozenbaum, P.İofik, Y.M.Vovşin, İ.P.İvanova və başqala-
rının əsərlərində rast gələ bilərik. Transformasiyalar cümlənin 
tərkib hissələrinə təsir edərək bir cümlə quruluşunu başqasına 
dəyişir. Transformasyon modelləri müxtəlif cümlələrin struktur 
sxemləri arasında müəyyən əlaqələr təyin edir və bu zaman bir 
struktur sxemi digərindən törəmə hesab edilir.
İ.P.Ivanova, V.V.Burlakova, Q.Q.Poçepsovun fikrincə , 
“The bull had a ring in his nose → There was a ring in the bull’s 
nose→A ring was in the bull’s nose” və ya məlum → məchul 
çevrilmə məsələn “John beat Peter → Peter was beaten by John” 
kimi cümlə üzvlərinin yeri ilə fərqlənən sintaktik strukturlar 
haradasa semantik və ya məna cəhətdən dəyişməzdirlər [104, 212]. 


33
Y.V.Vovşinin fikrincə, transformasiya nəticəsində 
yaranan transformlar semantik cəhətdən dəyişilməz olmalıdırlar 
[77, 16]. Əgər belə deyilsə, deməli bu cümlələr bir-biri ilə 
konversiya əlaqəsində deyillər. Məsələn: “Many men read few 
books→Few books are read by many men” [77, 130]. İlk cümlə 
belə tərcümə edilir: Çoxlu insanlar az kitab oxuyurlar. İkinci 
cümlə isə belə tərcümə edilir: Bəzi kitablar insanların çoxu 
tərəfindən oxunulur. Bu cümlələrdə biz Y.V.Vovşinin konversiya-
ya aid etdiyi semantik dəyişməzliyi görmürük. Özlüyündə seman-
tik dəyişikliyi ehtiva edən məlum konstruksiyaların məchul kons-
truksiyalara bir sıra keçid halları konversiyaya aid edilməməlidir. 
Artıq adını qeyd etdiyimiz “Ensiklopedik dilçilik lüğəti”-
ndə L.A.Novikov tərəfindən leksikada konversiyanın izahı 
verilərkən onun özünü cümlənin aktual üzvlənməsində büruzə 
verildiyi qeyd edilir. Bu zaman da subyektlə obyekt cümlədə öz 
rollarını dəyişir. Belə cümlələr eyni mənaya malik olmaqla, dilin 
sinonimlik vasitəsi kimi istifadə olunur [125, 19]. 
J.A.Roderik, P.S.Rozenbaum elementar transformasiyanın 
ən azı üç növünü müəyyənləşdirmişlər: 1.Birləşmə, 2.Əvəzləmə 
3. Silinmə [185, 12].
Müasir ingilis dilində elementar transformasiya növlərin-
dən biri olan birləşməyə bu dildə tez-tez rast gəlinən ixtisarı misal 
gətirmək olar. Məsələn: He can not do this work. → He can’t do 
this work. (O bu işi edə bilmir.) Burada “not” hissəciyi ixtisar edilir 
və “can” modal feilinə birləşir. Eləcə də ingilis dilində 
əvəzlənməyə misal olaraq bu cümləni göstərmək olar: İt is difficult 
for me to understand the book.→The book is difficult for me to 
understand. (Mənim üçün kitabı başa düşmək çətindir.) Bu prosesi 
ingilis dilində baş verən aktual üzvlənmə də adlandırmaq olar. 
Silinmə adlanan elementar transformasiya zamanı isə ismi birləşmə 
və feili söz birləşmələrinin silinməsi baş verir. Yuxarıda adını 
çəkdiyimiz dilçilər “not” hissəciyinin “n’t” hissəciyinə transfor-
masiyasını “konversiya” adlandırmışlar [185, 21].
O.Yespersen qeyd edir ki, ingilis dilində elə feil cütlərinə 
rast gəlinir ki, onlar “üzərində” və “altında”, “əvvəl” və “sonra”, 


34
“çox” və “az”, “böyük” və “kiçik” sözlərinin bir-biri ilə 
olduqları eyni münasibətdədirlər. Bu zaman sintaktik və 
konseptual kateqoriyaları ayırmaq vacibdir. Sintaktik mənada 
feilin məlum və ya məchul olması yalnız onun formasından 
asılıdır. Bəzən ingilis dilində eyni məna həm məlum, həm də 
məchul növlə ifadə oluna bilər. Məlumluq və məchulluq həm 
sintaktik, həm də konseptual kateqoriyadır. Bu halda ayrılıqda 
hər bir konkret feilin mənasından danışmağa dəyər. Bu yalnız o 
halda vacibdir ki, mübtəda (əgər varsa, tamamlıq) və xəbər 
arasındakı münasibətlərdə transpozisiya baş versin [95, 
186-188].
İrəlidə də qeyd etdiyimiz kimi, söz yaradıcılığının bir 
növü olan konversiyadan fərqli olaraq, sintaktik səviyyədə 
cümlədə baş verən konversiya zamanı əsasən leksik aktantlar 
olan mübtəda və tamamlığın yerdəyişimi baş verir. Bu 
yerdəyişimə başqa dillərdə olduğu kimi ingilis dilində də rast 
gəlinir. Həm O.Yespersen, həm də ki, L.A.Novikovun nü-
munələrində “sintaktik transformasiya” kimi də xarakterizə edi-
lən konversiya zamanı cümlədə baş verən dəyişikliyi cümlə 
üzvlərinin düzülüşündə baş verən dəyişiklikdən çox, cümlənin 
qrammatik strukturunda aktantların yerdəyişimi adlandırmaq 
düzgün olardı.
Müasir ingilis dilində leksikada baş verən konversiyaya ən 
bariz nümunə kvaziokonversivlərdir. Bu dildə baş verən belə 
konversiya hadisəsi M.Y.Blox tərəfindən “kvaziotransformasiya” 
adlandırılır [67, 86]. Bu söz latın mənşəli olub, “quasi”-xəyali, 
saxta, düzgün olmayan deməkdir. Amma bu konversivlə əsas növ 
konversivlər arasında bir sədd çəkmək yaxşı olardı [138, 220].
Bu zaman ifadə olunmuş nominativ və sintaktik 
funksiyasına görə bir-birini tamamlayan bəzi sözlərin bir-birini 
əvəzləməsi baş verir. Məsələn, ingilis dilində belə bir misala 
baxaq: I have an interesting book. (Mənim maraqlı kitabım var.) 
→ An interesting book belongs to me. (Maraqlı kitab mənə 
məxsusdur.) Burada təsirli “have” (malik olmaq) feili təsirsiz 
“to belong” (məxsus olmaq) feili ilə əvəz olunmuşdur. Amma 


35
bu zaman fikir versək, doğrudan da, görərik ki, keçid zamanı 
törəmə cümlə mənbə cümlə ilə semantik cəhətcə eynilik təşkil 
etsə də, burada müəyyən semantik fərq özünü büruzə verə bilir.
Deyilənlər bir daha sübut edir ki, german dilçiliyində, 
xüsusilə ingilis dilində həm söz yaradıcılığında, həm də qram-
matikada konversiya geniş yayılmışdır. İngilis dilində konversiya 
hadisəsi daha çox söz yaradıcılığında müşahidə olunur. Fikrimizcə, 
konversiya hadisəsinin həmin dilin leksik tərkibində, eləcə də 
sintaksis quruluşunda geniş tədqiqi aparılmalıdır.
1.3. Türkoloji dilçilikdə konversiya 
Başqa dillərdə olduğu kimi konversiya hadisəsi türk 
dillərində də geniş yayılmışdır. Türk dillərini tədqiq edən dilçi 
alimlərdən F.A.Qəniyev, N.A.Baskakov, B.O.Oruzbayeva, 
İ.A.Batmanov, A.N.Baskakov, A.N.Kononov, J.M.Quzeyev, 
F.Zeynalov, R.Rüstəmov, R.Abdullayev və s. kimi dilçilərin 
əsərlərində bu problem müəyyən qədər işıqlandırılmışdır. 
J.M.Quzeyev konversiya hadisəsinin türk dillərində mövcud 
olması faktının bütün türk leksikoloqları tərəfindən qəbul 
olunduğunu qeyd edir [90, 62]. Türk dillərində nitq hissələrinin 
bir-birinə keçməsi türkoloji dilçiliyin aktual məsələlərindən biri 
olaraq qalır. Türkoloji dilçilikdə konversiyanın struktur-semantik 
növlərindən olan substantivləşmə, adyektivləşmə, pronominallaş-
ma, adverbiallaşma, eləcə də köməkçi nitq hissələrinə keçid prosesi 
işıqlandırılıb. Başqa dillərdə olduğu kimi türk dilində də müxtəlif 
nitq hissələri arasında konversiya hadisəsi özünü göstərməkdədir. 
J.M.Quzeyev türk dillərində istənilən nitq hissəsinin, hətta modal 
sözlərinin konversiya əlaqəsi ilə birləşməsinin mümkünlüyünü 
göstərir. Amma dilçi-alimin fikrincə, başqa nitq hissələri ilə 
müqayisədə daha çox feil, sifət, zərf və isim bu sözyaratma 
vasitəsilə bir-biri ilə əlaqələnirlər [90, 80].
F.A.Qəniyev tatar dilinin söz yaradıcılığında konvers-
iyanın oynadığı rol haqqında yazır: “Sözsüz ki, tatar dilində həm 
sifət, həm də zərf müstəqil nitq hissələridir. Amma onlarla eyni 


36
sırada həm isim, həm sifət mənasında olan sözlər də mövcuddur. 
Ona görə də tatar dilinin söz yaradıcılığı prosesini tədqiq 
edərkən konversiya hadisəsi nəzərə alınmalıdır. Konversiya tatar 
dilini zənginləşdirən orijinal sözdüzəltmə vasitələrindən biridir 
və german dilçiliyində olduğu kimi monoqrafik tədqiqatların 
obyekti olmalıdır” [80, 28]. 
Hələ 1936-cı ildə İ.A.Batmanov “Qırğız dilində nitq 
hissələri” əsərində yazır: “Nitq hissələrinin miqdarı dəyişir; 
bundan başqa dilin bir mərhələdən digərinə keçməsinə görə eyni 
əsaslar öz sintaktik funksiyalarını dəyişib, bir nitq hissəsi 
kateqoriyasından digərinə keçə bilir” [66, 14].
Başqa bir tədqiqatçı B.O.Oruzbayeva isə qırğız dilində 
sözün bir nitq hissəsindən digərinə keçidinin iki növünü 
fərqləndirir:
1. Hər hansı bir sözün müəyyən nitq hissəsinə mən-
subiyyətinin yalnız etimiloji araşdırmalar nəticəsində bərpa 
olunduğu tam keçid; 
2. Çoxmənalılığı xatırladan natamam keçid.
Bu zaman bu və ya başqa bir sözün əlaqə mətnindəki 
sintaktik vəziyyəti böyük əhəmiyyət daşıyır. 
Müəllif qırğız dili üçün tam keçidə əsasən köməkçi nitq 
hissələrinə, zərfə, müəyyən qisim bəzi əsas nitq hissələrinə 
məxsus sözləri aid edir. İkinci keçid zamanı isə B.O.Oruzbay-
evanın fikrincə, sözün bu və ya başqa bir nitq hissəsinə aid edil-
məsi onun cümlədəki rolu ilə müəyyən edilir. Bura sifətlərin, feili 
sifətlərin və başqa nitq hissələrinin substantivləşməsi, adver-
biallaşma, adyektivləşmə, pronominallaşma aid edilir [139, 273]. 
A.N.Kononov “Müasir türk ədəbi dilinin qrammatikası” 
əsərində substantivləşməni “leksik-sintaksis-morfoloji sözyaratma 
vasitəsi” adlandırır. Müəllif bunu türk dilində başqa dillərdən 
fərqli olaraq substantivləşmənin eyni zamanda üçüncü şəxsə aid 
mənsubiyyət şəkilçi vasitəsilə baş tutması ilə izah edir: 
“Doğrudan da, bu dildə nəinki sifətlər, eləcə də say və zərflər 
isim sırasına daxil ola bilirlər” [113, 127]. 


37
Həmçinin A.N.Kononov qeyd edir ki, leksik-sintaktik--
morfoloji sözyaratma üsulu, yəni başqa nitq hissələrinin ismə 
keçməsi iki vasitə ilə reallaşır: 
1. İsim sinfinə daxil olmayan sözlər, müəyyən konteksdə 
öz formalarını dəyişmədən əşyalıq mənasını əldə edirlər;
2. İsim sırasına daxil olmayan sözlər morfoloji yolla –III 
şəxs mənsubiyyət şəkilçisi vasitəsilə əşyalıq mənasını qazanırlar 
[113, 129].
Birinci yol “leksik-sintaktik substantivləşmə”, ikincisi isə 
“morfoloji substantivləşmə” adlandırılır. Morfoloji substantiv-
ləşmə zamanı isimləşən sözlərlə üçüncü şəxsə malik mənsubiy-
yət şəkilçisinin istifadəsi, daha əvvəl həmin sözlərlə işlədilib, 
onunla söz birləşməsi təşkil edən ismə işarədir. A.N.Kononovun 
ilk sinfə aid etdiyi substantivləşmə hallarına türk dilində bu 
sözlərdə rast gəlmək olar: (sifət→isim) istiqamətində 1) ölü ̶ sif. 
hayatı sona ermiş olan, artık yaşamıyor olan (həyatı sona yetən, 
artıq yaşamayan) → is. ölmüş insan, mevta (ölmüş insan, 
meyid)[4-1538]; 2)eski ̶ sif. çoktan beri var olan, üzerinden çok 
zaman geçmiş bulunan (köhnə, qədim) → is. çok kullanmaktan 
yıpranmış, harap olmuş şey (köhnə, istifadəsi bitmiş bir 
şey)[4-650]; 3)acemi ̶ sif. bir işin yabancısı olan, eli işe 
alışmamış, bir işi beceremeyen (bir işi bacarmayan), → is. bir 
yerin, bir şeyin yabancısı (naşı) [4-40]. 
F.Zeynalov türk dillərində substantivləşmə haqqında 
yazır: “Türk sistemli dillərdə isimlər hal, kəmiyyət və 
mənsubiyyət kateqoriyalarına malikdirlər. Məhz elə bu 
xüsusiyyətlər də ismi digər nitq hissələrindən fərqləndirən 
əlamətlərdən sayılmalıdır. Onu da qeyd etmək lazımdır ki, hal, 
kəmiyyət və mənsubiyyət kateqoriyaları digər nitq hissələri ilə 
də işlənə bilər. Digər nitq hissələri öz əvvəlki məzmunlarını 
saxlaya bilmir, sintaktik vəzifəsini dəyişir və substantivləşir. 
Məsələn, qırmızılar, yaxşıların (Azərb.), kaббфнинг, кизиллар, 
оклар (özbək), aклар, йəтендəр (başqırd), кыраллар, 
диəлəəхтəр, улаханым, кырам (yakut) və s.” [52, 77].


38
Bütün bunlar onu göstərir ki, sifətlər öz adi hallarında 
hallanmır, kəmiyyətcə dəyişmir. Onlar ancaq substantivləşdikdə 
hal və kəmiyyət şəkilçilərini qəbul edir. Odur ki, bir çox türk 
dillərində olduğu kimi, tatar dilində də başqa nitq hissələrinin 
substantivləşməsini ən məhsuldar sözyaratma vasitəsi hesab 
etmək olar. Bu dildə bütün nitq hissələri, təkcə zərflər istisna 
olmaqla isimləşmə xüsusiyyətinə malikdir. Məsələn: Кара 
“qara”→ кара “mürəkkəb” (sifət→isim), Ялкау “tənbəl”→ 
ялкау “tənbəl” (sifət→isim), Уку “oxumaq”→ уку “oxu” (feil → 
isim), Нəрсə“nə” → нəрсə “əşya” (əvəzlik →isim) və s. [52, 35]. 
Ümumiyyətlə, isimlərin adyektivləşməsi digər dillərdə 
olduğu kimi türk dillərində də mübahisəli məsələ olaraq qalır. 
F.Zeynalov bu barədə yazır: “Hələ də çox vaxt türkoloji 
ədəbiyyatda isimlə sifət bir-birinə qarışdırılır. Türk sistemli dillərə 
aid yazılmış əsərlərin çoxunda belə bir fikir müdafiə olunur ki, 
guya bu dillərdə isim, sifət və zərflər bir-birindən seçilmir. Bu 
mövqedə duran dilçilər təyin rolunda işlənən isimləri səhv 
olaraq sifət kimi səciyyələndirirlər” [52, 76]. Ümumiyyətlə, bu 
mövqeyə görə dilçiləri iki qrupa bölmək olar. Onlardan bir 
qrupu (F.R.Zeynalov, B.A.Serebrennikov, A.N.Kononov) sifət 
mənasında işlənən bəzi isimlərin elə isim olaraq qalmasının 
tərəfdarıdırlar. Digərləri isə (N.A. Baskakov, F.A. Qəniyev və 
s.) belə dil vahidlərinin isim deyil, sifət mövqeyində olduğunu 
iddia etmişlər. 
N.A.Baskakov “Noqay dilinin qrammatikası” əsərində 
leksik-semantik sifətlərə başqa nitq hissələrindən (xüsusilə zərf 
və isimlərdən) az fərqlənən sifətləri aid edir. Məsələn, яман 
“pis”, яхшы “yaxşı”, узак “uzunmüddətli”, узын “uzun”, эрек 
“uzaq” və s. Dilçi – alim bu sözlərin leksik məna və sintaktik 
funksiya hesabına həm sifət, həm də zərflərə aid olduğunu 
göstərir və onları omonim nitq hissələri hesab edir [64, 136].
Ümumiyyətlə, türk dillərində bir qrup sözlər də vardır ki, 
onlar həm sifət, həm də zərf mövqeyində işlənirlər. Amma bir 
çox türkdilli lüğətlərdə sifət → zərf konversiyası əks olunmayıb. 
Bununla belə, qırğız, qazax və türkmən leksikoloqları, həmçinin 


39
leksikoqrafları bunu qəbul etmirlər. Eyni zamanda onların tərtib 
etdikləri sifət və zərf kimi işlənən sözlər yalnız sifət kimi 
xarakterizə edilir. Dilçilərdən J.M.Quzeyev bu sözləri həm sifət, 
həm də ki, zərf kimi izah edir. Məsələn, tatar dilində жакшы 
кийим “yaxşı geyim”, жакшы жюр “özünü yaxşı aparmaq”; 
яман ер “pis yer”, яман ишле “pis işləmək” şəklində 
xarakterizə edilir [90, 63]. 
N.A.Baskakov qaraqalpaq dilində konversiyanı leksik 
yolla sözdüzəltmə vasitəsi adlandırır və bu dildə ən çox 
substantivləşmənin geniş yayıldığını aşağıdakı şəkildə göstərir: 
“Qaraqalpaq dilinin lüğət tərkibində az fərqlənən formalara rast 
gəlmək olur, məsələn: 
a) sifət (zərf) və feil: 
къызык “maraqlı, maraqla”, къызык “maraqlanmaq” 
b) isim, sifət və feil: 
къарры “qoca”(isim, sifət), къарры “qocalmaq” 
c) isim və sifət : 
агъаш “ağac” (isim, sifət) 
кюмис “gümüş” (isim, sifət)” [65, 205]. 
O, az fərqlənmə deməklə, heç şübhəsiz nitq hissələrinin 
bir-birinə keçməsini nəzərdə tutur. N.A.Baskakova görə, təyin 
funksiyasında işlənib, əlamət mənasını alan, yəni atributivləşən 
isimlərə əsasən material, forma, hər hansı bitki və ya ağac, yaş, 
milliyət bildirən adları aid edilməlidir. Bu dildə bu və ya başqa 
buna oxşar sözlərin hansı nitq hissəsinə aid edilməsi çətinlik 
yaradır. Ümumiyyətlə, türk dillərinə xarakterik xüsusiyyətlərdən 
biri də odur ki, sifət və zərflər eyni semantikanı, yəni, 
əlamətlərin semantikasını ifadə edir: sifət əşyanın əlamətini, zərf 
isə əlamətin əlamətlərini əks etdirir. Beləliklə, bu nitq hissələri 
semantik aspektdə deyil, funksional aspektdə fərqli olaraq qalır. 
Amma başqa türk dillərində olduğu kimi, qaraqalpaq dilində də 
yalnız funksional-formal deyil, həmçinin semantik-formal 
göstəricilər vardır ki, bunlar da sifət və zərflərə oxşar nitq 
hissələri kimi baxılmasına imkan verir. Belə göstəricilərdən biri də 
həm sifət, həm də ki zərflərə xas olan müqayisə dərəcələridir. 


40
Həmin göstəricilər bu iki əsas nitq hissəsinin az fərqləndirilməsinə 
gətirib çıxarır. Məhz buna görə də funksional göstəricilərə ehtiyac 
duyulur.
A.N.Kononov özbək dilində adverbiallaşmanı leksik--
morfoloji-sintaktik yolla zərflərin yaranması və ya başqa nitq 
hissələrinin zərfə keçidi adlandırır, leksik-morfoloji-sintaktik yolu 
iki hissəyə bölür: leksik-sintaktik və morfoloji. Leksik-sintaktik 
adverbiallaşma dedikdə müddət bildirən isimlərin, başqa konteksdə 
substantiv mənalarını saxlayaraq əsas konteksdə zərf mənasını əldə 
etməsi başa düşülür. Morfoloji yolla adverbiallaşma isə müddət 
bildirən isimlərin, sifətlərin, başqa nitq hissələrinin üçüncü şəxs 
mənsubiyyət sonluğunun (-(с)и) köməyilə zərf cərgəsinə daxil 
olmasıdır: Кеча-си ( gecə), бир куни (bir dəfə), охири (axırı ki) 
[114, 293]. 
A. Axundovun semantik-sintaktik konversiya adlandırdığı 
hadisə Azərbaycan dilində düzəltmə isim və sifətlər kimi omoniml-
ərin yaranmasına gətirib çıxarır. Eyni ilə bir qrup sözdüzəltmə 
şəkilçilərin köməyilə digər türk dillərində də belə konversiya 
hadisəsinə rast gəlinir. Şəkilçilərdən -лы/ли noqay dilində həm 
sifət, həm də isim yaratma xüsusiyyətinə [64, 137], qırğız dilində 
-lьq həm isim, həm də sifət yaratma xüsusiyyətinə, -sьz 
sözdüzəltmə şəkilçisi isə həm sifət, həm də zərf yaratma 
xüsusiyyətinə malikdir [66, 34]. 
B.A.Serebrennikov -çı
4
şəkilçisi haqqında yazır: “Güman 
ki, -çı
4
sifətin affiksi olmuş və bir şeyə qarşı həvəs, meyl, vərdiş 
bildirmişdir: şor. Uruşçı “dalaşqan”, terçi “tərli”, azərb.“inadçı” 
və s. Sonra bu affiks müvafiq semantik dəyişikliklə isimlərin 
sırasına keçmişdir” [44, 130]. Qırğız dilində sifət sırasına daxil 
olmuş çoxlu isimlərə rast gəlmək olar ki, onlar kəmiyyət və hal, 
kimi ismə məxsus xüsusiyyətlərini itirib, təyin kimi cümlə üzvü 
funksiyası daşıyıb keyfiyyət mənasını əldə edir. Bu sifətlər bəzi 
sözdüzəldici şəkilçilər vasitəsilə yaranmışdır. Məsələn, 
сансыз-сапатсыз (sonsuz sayda), ата-аналы (valideynləri 
olan), ак шашлы(ağ saçlı) və s [44, 134]. 


41
Türk dillərində çoxlu sayda köməkçi nitq hissələri vardır 
ki, onlar sözlərin bir nitq hissəsindən digərinə nəinki tam 
keçidini göstərir, həmçinin çoxlu sayda leksik mənalı vahidlərin 
qrammatikləşməsini açıq-aydın əks etdirir. Bu dillərdə xüsusilə 
qırğız dilində çoxlu sayda müstəqil mənalı sözlər vardır ki, öz 
leksik müstəqilliyini itirib, köməkçi nitq hissələri sırasına daxil 
olubdur. Elə bu səbəbdəndir ki, F.Zeynalov türk dillərində 
müxtəlif nitq hissələrindən təcrid olunmuş köməkçi nitq 
hissələrindən biri olan qoşmaların həm əsas nitq hissəsi, həm də 
qoşma kimi işləndiyini qeyd edərək onları leksik-qrammatik 
omonimlər hesab edir [53, 296]. Lakin belə sözlər tamamilə eyni 
olsa da, leksik-qrammatik təbiəti tam mənası ilə uyğun olan 
sözlər deyil. Odur ki, F.Zeynalovun müstəqil mənalı sözlərdən 
yaranan qoşmalar kimi xarakterizə etdiyi sözlər, R.Rüstəmovun 
fikrincə, əsas nitq hissələrinin semantik və qrammatik 
transformasiyası nəticəsində törənmişdir [43, 37]. J.M.Quzeyev 
isə türk dillərində konversiya vasitəsilə yaranan qoşmalara 
aşağıdakıları aid edir:
1. Sifət → qoşma: kab-bal. Жууукъ “yaxın” — жууукь“ 
təxminən”, qırğız dil. Башка “ başqa ” — башка “savayı” 
2. Say → qoşma: kab- bal. Кьадар “ bir neçə, 
çoxlu”—кьадар “qədər, kimi” 
3. Zərf →qoşma: qırğız dil. Мурун “əvvəlcə, qabaqca” — 
мурун “əvvəl, qabaq” və s.” [90, 82-83].
Yuxarıdakı nümunələrdən bir daha türk dillərində əsas 
nitq hissələrindən konversiya vasitəsilə köməkçi nitq 
hissələrinin yarandığını görmək olar. 
F.A.Qəniyev tatar dilində törəmə qoşmalarının isim, zərf 
və feillərdən yarandığını deyir. Onun fikrincə, tatar dilində elə 
isimlər vardır ki, müəyyən sözdəyişdirici şəkilçilər qəbul 
etməklə onların zərfə keçidi müşahidə olunur. Xüsusilə, ismə 
aid olan sözlər hal şəkilçiləri qəbul etməklə qoşma kimi də çıxış 
edə bilirlər. Məsələn, астында “altında”, турасына “qabaq” 
və s. [80, 124]. 


42
Müasir türk dillərində hətta qoşmaların adyektivləş-
məsinə də rast gəlinir. N.A.Baskakov tərəfindən bu proses 
qoşmaların atributivləşməsi adlandırılır və dilçi – alim buna 
noqay dilində bu cümləni misal göstərir: “Як суьеклерининь 
териси 
астындакы 
этлери 
тыртысып-тыртысып 
козлагадылар. (Almacıq sümüyünün altındakı əzələlər əsəbi 
halda hərəkətə gəldi”[64, 281-282]. Amma burada dilçi alimin 
atributivləşmə adlandırdığı hadisənin sifətə keçidlə heç bir 
əlaqəsi yoxdur. Bu sadəcə olaraq qoşmaların təyin funksiyasında 
işlənməsidir. Bütün bunlardan görmək olar ki, türk dillərində 
qoşmalara keçidin əsasında müəyyən bir nitq hissəsinə aid sözün 
semantik və qrammatik baxımdan başqa nitq hissəsi rolunda 
çıxış etməsi durur. Ümumiyyətlə, A.Baskakovun “Qaraqalpaq 
dili” kitabında da adyektivləşmə “atributivləşmə” hadisəsi kimi 
səciyyələndirilir [65, 187]. 
Türk dillərində feil formalarının substantivləşməsi, adye-
ktivləşməsi və adverbiallaşması haqqında dilçilərdən M.Əs-
gərovun apardığı tədqiqatlar da təqdirəlayiqdir. Onun fikrincə, 
türk dilində bəzi şəkilçilər qəbul etmiş feil formaları digər nitq 
hissələri sırasına daxil olub, onların xüsusiyyətini qəbul edir. 
Belə feil formalarından biri olan substantiv-adyektiv-adverbial 
feil forması hərəkət məzmununa malik olan sözləri ikinci dəfə 
okkazional olaraq həm mücərrəd əşya, həm ismi, həm də feili 
əlamət kimi təqdim edir [28, 64]. Başqa dillərdə olduğu kimi, 
türk dilində də feili sifət həm isimləşmə, həm adyektivləşmə 
xüsusiyyətinə malikdir. Eləcə də feili bağlamaların da zərfə 
doğru inkişafı konversiyanın türk dillərində çox yayılmış 
nümunələrindən biridir.
Göründüyü kimi, türk dillərinə nitq hissələrinin bir-birinə 
keçməsi çox geniş yayılmışdır. Eləcə də tabeli mürəkkəb 
cümlələrin türk dillərində keçdiyi təkamül proseslərindən biri də 
onların sadə cümləyə çevrilməsidir.


43
1.4. Rus dilçilyində konversiya 
Tipoloji cəhətdən flektiv dil olan rus dilində konversiya 
hadisəsi ingilis dilində olduğu kimi geniş vüsət almışdır. 
Konversiya hadisəsi nəinki bu dilin söz yaradıcılığı sahəsində, 
həmçinin qrammatika və leksikasında da ətraflı tədqiq 
edilmişdir. Belə dilçilərdən V.V.Vinoqradov, A.M.Peşkovski, 
E.S.Kubryakova, E.P.Kaleçits, T.P.Lomtyev, E.T.Çerkasova, 
O.M.Kim və başqalarının adlarını çəkmək olar. Amma bu hadisə 
rus dilində “konversiya” dan çox “nitq hissələrində keçid 
prosesi” kimi xarakterizə edilir. Nitq hissələri sahəsində keçid 
probleminin müasir rus dilində araşdırılması böyük elmi 
əhəmiyyət daşıyır [108, 7]. S.Q.İlyenkonun fikrincə, qrammatik 
keçid hadisəsi, eləcə də substantivləşmənin müəyyənləşdirilməsi, 
dil öyrənənlərə onun bir dinamik hadisə kimi başa düşmələrinə 
kömək edir, onlara dil kateqoriyalarına daha dərindən diqqət 
yetirməklə rus dilinin üslubi normalarını daha effektiv 
mənimsəmələrinə imkan yaradır [106, 30]. Nitq hissələri sahəsində 
keçid faktları ona görə baş verir ki, ayrı-ayrı sözlər həm onların 
özlərində, həm də onlarla bağlı olan sözlərdə səs və məna 
dəyişmələri əsasında tədricən bir kateqoriyadan digərinə keçir. 
Verilmiş söz üçün keçidin qurtardığı, artıq onun yeni bir 
kateqoriyaya keçməsi hallarında da bu proses dil üçün daimidir. 
Gözümüzün önündə keçid baş verərkən, biz sözü hansı nitq 
hissəsinə aid etməkdə çaşbaş qalırıq [141, 142]. 
Dilçilərdən bəziləri rus dilində əsasən adverbiallaşmanın 
yayıldığını xüsusi olaraq qeyd edirlər (A.M.Peşkovski, 
V.V.Babaytseva). Müasir rus dilində bir nitq hissəsindən 
digərinə keçid zamanı nitqdə sözün funksiyası dəyişir, yeni 
qrammatik keyfiyyət qazanır. Bu zaman söz əvvəlki əlaqələri 
itirərək, başqa sözlərlə yeni əlaqələr yaradır. Bu dildə əsasən 
semantik imkanlar nitq hissələrində keçidə şərait yaradır. Nitq 
hissələrində keçid yeni keyfiyyət elementlərinin daimi və davamlı 
toplanması yoluyla baş verir. Eləcə də, bu zaman əvvəlki keyfiyyət 
elementləri tədricən yox olub gedir. Nitq hissələri sahəsindəki 


44
konversiyanı V.N.Miqirin “transformasiya” adlandırır, sözdüzəlt-
mə və nitq hissələrinin transformasiyasından istifadə baxımından 
müasir rus dilindəki nitq hissələrini üç hissəyə bölür: 1) yalnız 
sözdüzəltmə əsasında yaranan nitq hissələri: yeni formaların 
yaranması da daxil olmaqla feillər (məsdər, feili sifət, feili 
bağlama, xüsusi formalar) 2) həm sözdüzəltmə, həm də 
transformasiya əsasında yaranan nitq hissələri: isimlər, sifətlər, 
zərflər 3) yalnız transformasiya əsasında yaranan nitq hissələri: 
saylar, əvəzlik, modal sözlər, nida, sözönü, bağlayıcı, ədat, 
köməkçi feillər [132, 136]. Alim müasir rus dilində nitq 
hissələrində keçid zamanı elementar proseslərin baş verdiyini də 
xüsusi olaraq qeyd edir. Onun fikrincə, bu proseslər, nitq 
zəncirinin bir nöqtəsində baş verir və morfoloji səviyyədə 
özüylə ellipsisi (əlamətin itməsi), həmin səviyyədə 
interpozisiyanı (nitq hissələrinin müxtəlif əlamətlər kompleksinə 
yeni əlamətin girişi), eləcə də əvəzetməni (əlamətlərdən birinin 
digəri ilə əvəzi) təqdim edir [132, 147]. Amma fikrimizcə, V.N. 
Miqirin tərəfindən bir dil səviyyəsində baş tutan bu zəncirvari 
prosesləri elementar adlandırmaq düzgün olmazdı. Çünki eyni 
dil vahidlərinin keçdiyi bu qədər dəyişkən inkişaf yolu 
öz-özlüyündə elementarlığı deyil, mürəkkəbliyi əks etdirir. 
Amma dilçi-alimin bu bölgüdə adlarını çəkdiyi nitq hissələrinin 
yalnız transformasiya, yəni konversiya vasitəsilə yaranması 
fikrini bölüşürük.
E.F.Vorno, M.A.Koşeyeva, İ.A.Potapova və başqalarının 
fikrincə, konversiya vasitəsilə yeni sözlərin düzəldilməsi ingilis 
dilinə xasdır. Rus dilində müvafiq sözdüzəltmə üsulu yoxdur. 
Yalnız bəzi hallarda məsdər formasında olan feillə adlıq halda 
olan ismin formalarının üst-üstə düşməsinə aid halları misal 
gətirmək olar. Məsələn, rus dilində “печь” (feil) - “печь” 
(isim), “течь” (feil) -“течь” (isim), “сечь” (feil) - “сечь” 
(isim). Rus dilində isimdən düzələn feillər qeyri-müəyyən 
formada həmişə morfoloji olaraq yaranır: радио-радировать, 
толпа-толпиться, экран-экранизировать və s. [79, 66]. 
Müasir ingilis dilində olduğu kimi rus dilində də əksər 


45
dilçi-alimlər konversiya dedikdə mənbə sözlə törəmə sözün 
tamamilə üst-üstə
düşməsi fikrini vurğulayırlar. E.P.Kaleçitsin 
fikrincə, nitq hissələrində keçid prosesində “konversiya” 
terminindən istifadə etmək olmaz. Rus dilində keçid hadisələri 
konversiya hadisəsi ilə eyniləşdirilməməlidir. Rus dilində dil 
vahidlərinin keçidi zamanı tamamilə başqa leksik-qrammatik 
kateqoriyalar formalaşır. Rus dilində baş verən konversiya 
hadisəsi morfoloji-sintaktik sözdüzəltmə ilə oxşarlıq təşkil edir. 
A.İ.Smirnitskinin konversiya nəzəriyyəsini əsas götürsək 
(paradiqma müxtəlifliyi), qeyd etməliyik ki, rus dilində nitq 
hissələri sahəsində paradiqma müxtəlifliyi hər zaman mümkün 
olmur. Belə ki, sifətlərin substantivləşməsi, eləcə də feili sifətin 
adyektivləşməsi zamanı paradiqmalar təkrarlanır. Bəzi sözlər isə 
tamamilə paradiqmaya malik deyillər. Məsələn, zərf və sözönüləri 
[108, 12]. Gördüyümüz kimi, bu dildə də konversiyaya məruz 
qalan bəzi sözlərdə paradiqmalar təkrarlandığından, təkcə onlar 
konversiyanın göstəriciləri sayılmamalıdır. 
Eləcə də E.P.Kaleçits rus dilində nitq hissələri sahəsində 
keçidi iki qrupa ayırır: “I qrup keçid. Sözün bir nitq hissəsindən 
digərinə keçidi. Bura substantivləşmə, adyektivləşmə, adverbial-
laşma, pronominallaşma, müstəqil mənalı sözlərin sözönünə 
keçidi, isimlərin bağlayıcıya keçidi.
II qrup keçid. Eyni nitq hissələri daxilində keçid hadisəsi. 
Bura sözlərin bir leksik-qrammatik sıradan digərinə keçidi 
aiddir” [108, 13]. E.P.Kaleçitsin bölgüsündəki ikinci qrup keçidi 
A.İ.Smirnitski də qeyd edir. Onun fikrincə, rus dilində elə 
konversiya hadisəsi vardır ki, bu hala ingilis dilində rast 
gəlinmir. Bu da ingilis dili ilə müqayisədə rus dilinin qrammatik 
quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Rus dilində 
konversiyaya görə eyni bir nitq hissəsinə malik sözlər əlaqələn-
dirilir. Məsələn, внук— внука (внучка), супруг—супруга 
(жена), Александр—Александра və s. Burada konversiya 
qrammatik cinsdən asılı olaraq isimlərin paradiqmalarının 
müxtəlifliyi ilə bağlıdır. Bu ingilis dilində yox dərəcəsindədir 
[156, 81]. V.V.Passek də rus dilində olan belə sözləri konversiya 


46
ilə əlaqələndirir və onu paradiqmaların müxtəlifliyi ilə bağlayır 
[140, 147]. Belə sözlər arasında leksik məna fərqinin olduğu da 
qeyd olunmalıdır. Leksik-semantik sözdüzəltmə slavyanşünaslıq 
üçün xüsusi maraq kəsb edir, hansına ki, eyni nitq hissələri 
daxilində konversiya kimi baxmaq olar. Bu zaman yeni sözün 
yaranmasının formal göstəricisi yalnız onun uyğunluğunun 
dəyişməsidir, yəni, leksemlərin paylanması (“paradiqmatik 
konversiya” nın vacib göstəricisi olan morfemin paylanma-
sından fərqli olaraq) [134, 46]. Eləcə də, E.S.Kubryakova rus 
dilində eyni nitq hissəsi daxilində rast gəlinən belə misalları 
konversiya üçün tərtib etdiyi struktur sxemin üçüncü növünə aid 
edir
[118, 68]. Doğrudan da, biz əgər söz yaradıcılığında 
konversiya hadisəsinin ən əsas amillərindən birini paradi-
qmaların dəyişilməsi hesab ediriksə, onda belə halı bu dildə 
konversiya adlandırmalıyıq. Bu zaman dildə eyni nitq hissələri 
daxilində sözlər tamamilə başqa leksik-qrammatik sıraya keçirsə, 
bu da yeni qrammatik kateqoriya, eləcə də yeni leksik məna 
deməkdir. Bütün bunlar da konversiya hadisəsinin əsas cəhət-
lərindən biridir.
“Ensiklopedik dilçilik lüğəti”ndə dilçilərdən E.S.Kubrya-
kova sözdüzəltmədə konversiyanın izahını belə verir: “Dar mənada 
konversiya yalnız mənbə və törəmə sözün tam üst-üstə düşməsi 
hadisəsi, geniş mənada isə yalnız bu sözlərin əsaslarının üst-üstə 
düşməsi hadisəsi adlanır (rus dilində золот-о—золот-ой və ya 
соль—сол-и-ть)” [125, 235]. Həmçinin o bu mövqedən çıxış 
edərək belə qənaətə gəlir ki, iki növ şəkilçisiz sözdüzəltmə 
üsulunu fərqləndirmək lazımdır: 
1. Tam şəkilçisiz sözdüzəltmə; 
2. Morfoloji əsası olan şəkilçisiz sözdüzəltmə. 
Birinci növ sözdüzəltmə zamanı mənbə və törəmə 
sözlərin əsasları tamamilə eynidir. İkinci növdə isə törəmə sözdə 
yeni əsas, yaradıcı element mövcuddur. Məsələn, золот-о→-
золот-и-ть. Bütünlükdə vahidlərin transpozisiyası ilə bağlanan 
sözdüzəltmə münasibətlərinin həyata keçirilməsinin müxtəlif 
struktur növləri həm əsas, həm də törəmə sözlərin tərkibində 


47
xüsusi morfoloji göstəricilərinin vacibliyi, qeyri-vacibliyi, 
həmçinin bu morfoloji göstəricilərinin funksional statusunun 
spesifikasından yaradılır. Buna görə də island və rus dili kimi 
dillərdə feilin ad hissəsi adətən “tərkib+sıfır olmayan 
göstərici”ilə təqdim olunur, istənilən nitq hissələrindən feillərin 
yaradılması I və III struktur növlərinin reallaşdırılması ilə 
əlaqədardır [118, 64-65]. Yada salaq ki, E.S. Kubryakovanın 
təqdim etdiyi konversiya sxemlərində birinci struktur növdə rus 
dilində əsasən sifətdən feil yaranırdı. Üçüncü struktur növdə isə 
adlıq halda, kişi cinsində olan isimdən feil yaranır. Rus dilində 
bir-biri ilə bağlı belə sözlərə nəzər yetirildikdə , bəzi morfoloji 
göstəricilər müşahidə olunur. Amma ingilis dilindən fərqli ola-
raq bu dildə bəzi nitq hissələri müəyyən morfoloji göstəriciyə 
malik olsa da, onların əsasları eynidir. Rus dilində belə halların, yə-
ni sadə sözlərin kök və morfoloji göstəricilərdən ibarət olması adi 
bir haldır. A.Axundov aqlütinativ dillərdən fərqli olaraq, rus dili ki-
mi dillər üçün kök=söz bərabərliyinin doğru olmadığını göstərir 
[11, 29]. Doğrudan da, bu dildə söz əksər hallarda kök və şəkilçinin 
birləşməsinə bərabərdir. Məsələn, сил-а (güc,qüvvə), книг-а (kitab) 
və s. E.S.Kubryakovanın rus dilində belə sxemləri konversiyaya 
aid etməsi təbiidir. Çünki belə sözlərdə morfoloji göstərici olma-
sına baxmayaraq, həmin sözlər sadə olaraq qalır. Bu da yuxarıda 
qeyd etdiyimiz kimi, bəzi flektiv dillərin tipoloji xüsusiy-
yətlərindən irəli gəlir. 
V.V.Babaytseva E.S.Kubryakovanın müəyyənləşdirdiyi 
birinci, yəni mənbə sözlə törəmə sözün tam üst-üstə düşməsi ilə 
baş verən konversiya hallarını müasir rus dilinin sinxron 
sisteminin müxtəlif mənşəli funksional omonimləri adlandırır. 
O, bu məsələdən danışarkən deyir: “Belə omonimləri funksional 
adlandıraraq, biz onlara yalnız səslənməsinə görə üst-üstə düşən, 
başqa nitq hissələrinə aid etimoloji qohum olan sözlər 
adlandırırıq” [61, 14]. Göründüyü kimi, V.V.Babaytseva belə 
keçid hallarını sözdüzəltmə vasitəsi hesab etmir. 
Rus dilçiliyində konversiya hadisəsi ən çox “keçid” termini 
adı altında verilir. V.V.Vinoqradov rus dilində feili sifət→sifət, 


48
sifət→isim, isim→əvəzlik, sifət→əvəzlik, say→əvəzlik istiqamə-
tində keçidin baş verdiyini yazır [75, 305-309]. Rus dilçiliyində 
əksər dilçilərin əsərlərində konversiya hadisəsi “morfoloji-sintaksis 
sözdüzəltmə üsulu” kimi təsvir edilir (E.P.Kaleçits, E.S.Xmel-
yovskaya və s.). E.S.Xmelyovskaya bu hadisəni “morfoloji-
-sintaksis sözdüzəltmə vasitəsi” hesab edərək yazır: 
“Morfoloji-sintaksis sözdüzəltmə vasitəsi-transpozisiya, yəni 
sözlərin bir nitq hissəsindən digərinə keçidi vasitəsilə yeni 
leksik vahidlərin yaradılmasıdır” [170, 102]. O, substantivləşmə, 
adyektivləşmə, adverbiallaşma, pronominallaşma, eləcə də əsas 
nitq hissələrinin köməkçi nitq hissələrinə keçməsini bura aid 
edir. Ümumiyyətlə, rus dilində sözün bir leksik-qrammatik 
sinifdən digərinə keçməsinin iki növünü müəyyənləşdirmək 
olar: ayrı-ayrı formanın keçidi və bütün paradiqmanın keçidi. 
Ayrı-ayrı formanın keçidində onun tam leksikallaşması baş verir 
və söz yeni nitq hissəsinin bütün göstəricilərini alır. Məsələn, 
“Войти в пустую комнату и стараться впустую” (Boş otağa 
girib, boş-boşuna çalışmaq). Bu cümlədə “пустую” sifəti 
leksikallaşaraq, cins, say və hal kimi sintaksis mənanı itirir, 
dəyişməz sözə çevrilir. Eyni zamanda bu vaxt o daha əşyanın 
keyfiyyətini bildirmir, feilə qoşulub, tərzi-hərəkət bildirən zərfə 
çevrilir, sözönü ilə birlikdə eyni leksik vahid təşkil edir. Amma 
bütün paradiqmaların (burada, söz bütün formaları ilə birlikdə) 
yeni leksik-qrammatik sıraya keçidi zamanı isə yeni nitq 
hissələrinin sözdəyişmə formalarını saxlayaraq ayrı-ayrı 
xüsusiyyətlərinin əldə olunması baş verir. Məsələn, sifətlər 
substantivləşərək daimi cins mənasını, başqa sifətlərlə təyin 
olunmaq qabiliyyətini alır. Məsələn, передовой рабочий 
(qabaqcıl işçi), новая столовая (yeni yemək otağı), вкусное 
мороженое (dadlı dondurma).
O.M.Kim qeyd edir: “Rus dilçiliyində nitq hissələrinin 
transpozisiyası ilə bağlı məsələlərə “morfoloji-sintaktik 
sözdüzəltmə vasitəsi” çərçivəsində baxılırdı. V.V.Vinoqradov 
tərəfindən elmə daxil edilən bu termin, prinsip baxımından nitq 
hissələrinin transpozisiyasının mahiyyətini düzgün əks etdirir” 


49
[111, 25]. Bura o, sözün həm morfoloji paradiqma, həm də 
sintaktik funksiyasının fərqliliyini müşayiət edən kateqorial 
mənasının dəyişilməsini aid edir. Rus dilində konversiyanın aid 
edildiyi morfoloji-sintaksis sözdüzəltmənin özlüyündə həm 
sinxron, həm də diaxron sözdüzəltmə prosesini birləşdirməsi 
daha qabarıq görünür. Sinxron sözdüzəltmə prosesinə yalnız bu 
dildə substantivləşməni aid etmək olar. Başqaları fərqli şəkildə 
xarakterizə edilir. Məsələn,“верхом (at belində), вечером 
(axşam)” kimi zərflərə düzəltmə zərflər (верх-ом, вечер-ом), 
“наутро (növbəti səhər), сверху (yuxarıdan)” kimi zərflərə isə 
ön və son şəkilçili zərflər kimi baxılır. Müasir rus dilində 
isimlərin adverbiallaşma zamanı biz söz cütlüklüklərin sonunda 
hal şəkilçilərinə rast gəlirik. Bu dildə adverbiallaşma zamanı 
başqa nitq hissələrinin qrammatik formaları zərflərin morfoloji 
göstəricilərinə çevrilir. V.V.Vinoqradov isə bu sözdüzəltmə 
üsulunu “morfoloji sözdüzəltmə” adlandırır. Onun fikrincə, 
müəyyən hal şəkilçili isimdən zərf yaranması prosesi çevrilmə 
ilə müşayiət olunur. Yəni, fleksiya şəkilçiylə dəyişilir, məsələn 
авансом, рядом (рядком, рядышком) və s. Eləcə də, hal 
şəkilçili sözönlü isimlərdən zərflərin yaranması zamanı yalnız 
fleksiyanın şəkilçiyə deyil, eyni zamanda sözönünün ön 
şəkilçiyə çevrilməsi baş verir, məsələn, до зарезу, ло отвала, в 
прикуску və s. [74, 3-4]. Əgər isimlərin adverbiallaşması 
zamanı isimlərə malik morfoloji göstəricilər zərfin morfoloji 
göstəricilərinə çevrilirsə, deməli sözün qrammatik xüsusiy-
yətlərində, paradiqmalarında da dəyişiklik yaranır. Bu da 
konversiya deməkdir. Müasir rus dilində, eləcə də adlıq haldan 
başqa bütün hallarda olan, sözönülü keyfiyyət bildirən sifətlərin 
zərfə keçidi baş verir. Məsələn, добела (tərtəmiz, ağarıncaya 
qədər), насухо(qupquru) və s.
“Nitq hissələrinin sistemliyi nitqlə bağlılıqda, nitq 
hissələri sisteminin tarixi inkişafının qanunauyğunluğunda, 
funksional hadisə olan bir nitq hissəsindən digərinə keçiddə 
aşkar olunur” [146, 75]. Doğrudan da, nitq hissələri bir sistem 
təşkil etməsəydi, onda heç bir keçid hadisəsidən danışmaq belə 


50
olmazdı. Müasir rus dilində istənilən nitq hissələrinə keçid baş 
verə bilərmi, yoxsa burada bir məhdudiyyət var? Dil materalının, 
nitq hissələrinin tərtibatının leksik istiqaməti, morfoloji formala-
rının sintaktik cərgədə aydın təyin olunması belə düşünməyə əsas 
verir ki, bir nitq hissəsinin digərinə keçidin yalnız müəyyən, 
məhdud yolları var. Məsələn, rus dilində başqa dillərdə olduğu 
kimi, sifətlər asanlıqla substantivləşir. Buna görə də, onlarda yalnız 
cins, say, hal formasının morfoloji əhəmiyyətini dəyişdirmək lazım 
gəlir.
Rus dilində nitq hissələri arasında baş verən konversiya 
zamanı yer alan mürəkkəb dəyişiliklər üzündən, bu dildə yalnız 
bəzi nitq hissələrinin müəyyən nitq hissələrinə keçidi özünü büruzə 
verir. Bunlardan ən çox yayılanları aşağıdakılarıdır: 
1. Sifətlərinn ismə keçidi (sifətlərin substantivləşməsi), 
məsələn: хороший человек (yaxşı insan) – хороший (yaxşı), 
спальная комната – спальная (yataq otağı) və s. 
2. Feili sifətlərin sifətə keçidi (feili sifətlərin adyektiv-
ləşməsi), məsələn, любимые песни (sevimli mahnılar), бывшие 
работники (keçmiş işçilər) və s. 
3. Müxtəlif nitq hissələrinin zərfə keçməsi (isim, sifət, feilin 
adverbiallaşması), məsələn, шагом (addımla), быстро(sürətlə), не 
спеша (tələsmədən), молча (susaraq) və s. 
Əksər dillərdə olduğu kimi, rus dilində də sözlərin 
morfoloji mənsubiyyətini təyin etməkdən ötrü onun cümlədə 
sintaktik funksiyasını müəyyən ertmək lazım gəlir. Sintaktik 
düzülüş fonunda sözün morfoloji quruluşu daha da aydınlaşır. 
Məsələn, bu dildə sözün ismə keçidini (substantivləşməsini) ilk 
əvvəl bu sözlərin mübtəda, və ya tamamlıq kimi sintaktik 
funksiya daşıması və özündən əvvəl təyinlə işlənmək qabiliyyəti 
ilə müəyyən etmək olar. 
Müasir rus dilində sifət ismə keçərkən, artıq o sifətlə 
ifadə olunmuş təyin olması imkanını itirir və başqa sifətlərlə 
təyin olunmağa başlayır. Cins əlamətləri ilə fərqlənən əvvəlki 
sifət, ismə keçid zamanı bu əlamətləri itirir, özü müəyyən cinsə 
məxsus söz sırasına daxil olur. Bu ya kişi портной (dərzi), 


51
зодчий (memar), ya qadın мостовая (səki), запятая ( vergül), 
ya da ki, orta cinsdə насекомое (həşərat), жаркое (qızartma, 
qovurma) ola bilər. Bu da isimləşən sifətlərin böyük qrammatik 
sərbəstlik qazanmasında irəli gəlir.
Müasir rus dilində isimlərin sifətə keçməsi, yəni 
adyektivləşməsi mübahisəli bir məsələdir. V.K.Radzixovskayanın 
fikrincə, əlavə funksiyasında isimlər öz əlamətlərini zəiflədir: 
студент Иванов, в городе Москве. Substantivləşmiş sifətlər 
morfoloji-sintaktik yolla (ismin sifətə sonrakı keçidi yoluyla) 
yenidən sifətlər formalaşdırır. Məsələn, животный мир burada 
sifət “животное” ismiylə motivləşdirilmişdir. Burada isim 
sonradan yenidən sifətə keçir [146, 78].
Müasir rus dilində həmçinin əsas nitq hissələrinin köməkçi 
nitq hissələrinə keçidi də mümkündür. Məsələn, Сын шагает 
впереди. (Oğul öndə gedir.) (впереди-zərf), Впереди армии 
шагает капитан. (Ordunun qabağında kapitan gedir.) 
(впереди-sözönü), Верю в силу бога.(Allahın gücünə inanıram.) 
(в силу-sözönlü isim), Она так сделала в силу привычки.(Mən 
vərdişimdən belə etdim.) (в силу-sözönü) və s. E.T. 
Çerkasovanın fikrincə, bu və ya başqa tam mənalı sözlərin 
sözönülərə keçməsi bu sözlər üçün adi olan sintaktik 
əlaqələrinin xarakterinin dəyişilməsi ilə əlaqədardır [173, 18].
L.İ.Raxmanova və V.N.Suzdaltsevanın fikrincə, nitq 
hissələri qrammatik anlayış olduğundan, onları müəyyən edən 
prinsiplər də qrammatik olmalıdır. Onlar ilk əvvəl bu prinsiplərə 
sözün sintaktik xüsusiyyətlərini, ikincisinə isə sözlərin morfoloji 
əlamətini və kateqorial mənasını aid edirlər [148, 258]. Bunları 
qeyd etməkdə məqsədimiz odur ki, rus dilində nitq hissələrində 
keçid proseslərində əsas sözlə törəmə sözün tamamilə üst-üstə 
düşməsi zamanı, məsələn мороженое (dondurma) sözü, nitq 
hissəsinə görə həm isim, həm də sifətdir. Onun isim olmasını 
sintaktik xüsusiyyətlərinə görə müəyyən etmək olar. Bu söz 
cümlənin qrammatik tərkibinə daxildir, cümlədə baş üzv olan 
mübtəda funksiyasını daşıyır, morfoloji olaraq da dəyişilməzdir. 
İsim olaraq onun qrammatik kateqoriyasını daşıyır: adlıq halda, 


52
orta cinsdədir, sifət və sayla da işlənə bilir. Həm də sifət olaraq 
bu söz, cumlə üzvünə görə təyindir. Bütün bu deyilənlərdən belə 
başa düşmək olar ki, doğrudan da, мороженое sözü həm isim, 
həm də sifət kimi təyin olunmalıdır. Amma müasir rus dilində 
belə söz cütlüklərinin bir-biri ilə diaxronik cəhətdən bağlı 
olması daha çox işıqlandırılır, keçidin hansı istiqamətdə baş 
verməsi də elmi əsərlərdə öz əksini dəqiq olaraq tapmır.
“Morfoloji-sintaktik” 
sözdüzəltmə 
vasitəsi 
adlandırdığımız bu hadisə həm morfoloji paradiqmada, həm də 
sözün sintaktik funksiyasının dəyişilməsi ilə müşayiət olunur. 
Morfoloji-sintaktik vasitənin sözün bir nitq hissəsindən digərinə 
keçidi kimi izahı zamanı faktiki olaraq sözün yalnız forması, 
uyğun sintaktik funksiyası nəzərə alınır. Bu zaman törəmə 
sözlərin tam strukturu arxa planda qalır. O.M.Kim qeyd edir: 
“Nitq hissələrinin transpozisiyası hadisəsi nə nitq hissələrinin 
morfoloji xüsusiyyəti, nə onun paradiqmatik sxemi, nə də 
morfoloji kateqoriyaları sistemi ilə bağlıdır. Bu hadisə onun 
söyləmdəki semantik komponent qismində davranışı ilə 
bağlıdır” [111, 12]. Beləliklə, belə nəticəyə gəlmək olar ki, 
dilçi-alim nitq hissələrinin transpozisiyası sxemində nitq 
hissələrini müəyyən edən əsas xüsusiyyətin onun kateqorial 
mənasının olduğunu hesab edir. Rus dilində nitq hissələrinin 
keçidi zamanı bir çox hallarda paradiqmaların təkrarlanmasına 
rast gəlinirsə, əlbəttə ki, kateqorial mənanın dəyişilməsi ən əsas 
göstərici sayılmalıdır. Məsələn, V.V.Vinoqradov rus dilində 
sifətlərin feili sifətlər hesabına yarandığını göstərir. Onun 
fikrincə, sifətə keçid zamanı feili sifət vaxt, şəkil, növ mənasını 
itirir və sırf keyfiyyət mənası qazanır. Ən çox “-инн-,-енн-,-т” 
şəkilçili bitmiş tərzdə olan feillərdən formalaşmış keçmiş zaman 
məchul növdə olan feili sifətlərdən sifətlərin yaranması geniş 
yayılıb. Belə feili sifətin sifətə keçidinin şərtləri bunlardır: a) 
vaxt mənasının itirilməsi b) bitmiş tərz mənasının itirilməsi c) 
feillə idarə olunmaq qabiliyyətin itməsi. Məsələn, путник, 
измученный долгой дорогой və измученный вид. Birinci halda 
zaman mənası (keçmiş zaman), tərz (bitmiş), feilin idarəetmə 


53
qabiliyyəti (feili sifət ismin birgəlik halını idarə edir) iştirak 
edir; ikinci halda измученный sözü təmiz keyfiyyət bildirən 
təyindir və burada hər üç göstərilən qrammatik məna itmişdir 
[75, 303]. “Feili sifətlərdən bir sıra sifətlər yaranır ki, bəzi 
hallarda onların mənşəyi məlum olmur, başqalarında isə yalnız 
elmi təhlillə müəyyən edilir. Birinci hala “печеный, жареный, 
вареный” və s. ikinci hala isə “литой, налитой, снятой” 
sözlərini misal gətirmək olar” [141, 147]. Göründüyü kimi, rus 
dilində nitq hissələrində keçid zamanı kateqorial mənada ciddi 
dəyişikliklər baş verir və bu zaman nitq hissələrində müxtəlif 
istiqamətdə keçid baş verir. Bu isim→zərf, isim→sözönü, 
isim→modal söz, sifət→isim, feil→ədat, feil→modal sözü, 
zərf→isim və s. ola bilər.
Müasir rus dilində keçidin əlamətləri, fikrimizcə, 
kateqorial mənanın, leksik mənanın, morfoloji əlamətlərin, 
morfoloji tərkibin, qrammatik paradiqmanın, sözdüzəltmə 
imkanlarının, fonetik xüsusiyyətlərin dəyişilməsidir. Bu dildə 
nitq hissələrində keçid zamanı kateqorial və leksik mənaların 
dəyişməsi tez-tez rast gəlinir. Belə ki, keçid zamanı köhnə 
kateqorial mənanın yenisiylə yerdəyişimi baş verir. Məsələn, bu 
dildə zərfə keçid zamanı isim əşyavilik mənasını itirib, əlamət 
mənasını alır. Sifətə konversiya zamanı feili sifət əşyaları 
xarakterizə edən fəaliyyət mənasını itirib, daimi əlamət mənasını 
verir. Məsələn, смеющийся человек (gülən insan) və смеющи-
йся день (işıqlı gün). Birinci misalda feili sifət insanı xarak-
terizə edən bir fəaliyyətdir, ikinci misalda isə o sadəcə günə aid 
daimi əlamət mənasını verir, burada heç bir fəaliyyət mənası 
yoxdur. Eləcə də, burada leksik mənanın dəyişilməsi müşahidə 
olunur. Birinci misalda смеющийся sözü “gülmək” mənasını 
verirsə, ikinci misalda artıq sifətə keçən söz “işıqlı” mənasını 
verir. A.Ələkbərovun fikrincə, müasir rus dilində sifətlərin miq-
darı ən çox feili sifətlərin hesabına artır. Feili sifətlər sifət-
ləşərkən feilə xas olan zaman, tərz, növ, idarə kateqoriyalarını 
itirir və sırf keyfiyyət bildirən mənalar qazanır [26, 62].


54
Eləcə də, rus dilində törəmə bağlayıcı və bağlayıcı sözlər 
bəzi sözlərin ikili və ya üçlü funksiyada işlənməsi buna nümunə 
göstərilə bilər. Artıq əvvəldə də qeyd etdiyimiz kimi, bu dildə 
elə sözlərə rast gəlmək olar ki, onlar tarixən əsas nitq hissəsi 
funksiyasını daşısa da, zaman keçdikcə bu sözlərin tam olaraq 
köməkçi nitq hissəsi olan sözönüyə keçidi baş vermişdir. Müasir 
rus dilində baş verən adyektivləşmə hadisəsinin tarixi çox qədim 
olsa da, son zamanlar baş verən adyektivləşmənin nəticəsi olan 
bəzi sözləri misal gətirmək olar. Məsələn, бреющий полет 
(aşağı səviyyədən uçuş) , ведущий специалист (aparıcı mütə-
xəssis) və s.
Müasir rus dilçiliyində “sintaktik derivasiya” adlandırılan 
konversiya və eləcə də leksikada yer alan konversiya, nitq 
hissələri sahəsində olan konversiya hadisəsindən daha çox rast 
gəlinir və dilçilər tərəfindən elə “konversiya” kimi də 
xarakterizə 
olunur. 
L.N.Murzin 
tərəfindən 
sintaktik 
derivasiyanın bir forması hesab edilən konversiya [136, 33], 
Y.S.Stepanov tərəfindən “sintaktik transformasiya” adlandırılır. 
O, sintaktik tranformasiyanın bir növü olan verballaşmaya 
məchullaşma və konversiyanı aid edir və konversiya zamanı 
cümlədə söz sırasının mühüm rol oynadığını qeyd edir. Məsələn, 
Иван брат Олегу.→ Олег брат Ивану. və s. [165, 194-195].
Doğrudan da, bu halı sintaksisdə yer alan konversiya 
hadisəsi adlandıra bilərik. Çünki belə hallarda cümlədə üzvlərin 
yerdəyişimi baş verir, eləcə də burada mənbə və törəmə 
cümlələr mövcuddur . Bu zaman yeni yaranmış cümlədə xəbərin 
forması da dəyişə bilir. Məsələn: В комнате холодно→-
Холодно в комнате. Birinci cümlədə xəbər (холодно), hal, 
vəziyyət bildirdiyi halda , ikinci cümlədə isə (в комнате) yer 
bildirir. Xəbərin bir kateqoriyasından digərinə keçidi, belə hallar 
üçün səciyyəvi bir haldır [165, 200]. 
Rus dilində qrammatikada konversiya ən çox özünü 
məchul növdə göstərir və bir sözün formaları ilə ifadə olunur. 
Bu zaman konversiya cümlələrdəki subyekt-obyekt əlaqələrini 
ifadə edir. T.P.Lomtyev qeyd edir: “Denotat statusuna malik 


55
olub və təbii dillərin cümlələri ilə ifadə olunan obyektlər 
arasındakı əlaqəni biz ekstensional əlaqə adlandırırıq”
[126, 112].
F.Veysəlli sözün denotasiyasının onun başqa yardımçı 
mənalarından (emosiya, başqa təsir) fərqli olaraq məfhumi 
mənasının olduğunu qeyd edir [51, 117]. Qrammatika və eləcə 
də leksikada konversiya konversivlərlə ifadə olunur. Ən sadə 
qrammatik konversivlər məlum və məchul növdə olan olan 
feillərdir. Məsələn, rus dilində belə cümlə növlərinə diqqət 
yetirək: Рабочие строят мост. (Fəhlələr körpü tikirlər.) 
Мост строится рабочими. (Körpü fəhlələr tərəfindən tikilir.) 
Birinci cümlə məlum növdədir. Cümlənin iki iştirakçısı var: 
“строят” hərəkətinin subyekti (Рабочие) və elə həmin 
hərəkətin obyekti (мост). Birinci cümlədə cümlənin mübtədası 
“Рабочие”, tamamlığı isə “мост” ismidir. İkinci cümlədə isə 
mübtəda və tamamlıq yerlərini dəyişib. Bu yalnız cümlədə 
yerdəyişimi deyil, həmçinin onun məntiqi strukturunda da 
müəyyən dəyişimdir. T.P.Lomtyevin fikrincə, belə cümlələrdə 
konversiyaya uğramış əlaqə, parafrazların bu iki cümlələr 
tərəfindən ifadə olunmuş məntiqi valentliyini dəyişmir [126, 
114]. Müasir rus dilində qrammatikada baş verən konversiya 
hadisəsini “sintaktik derivasiya” adlandıran L.N.Murzin ilk, 
məlum növdə olan cümləni mənbə cümlə, məchul növdə olan 
cümləni isə törəmə cümlə adlandırır. Bu konversiya zamanı 
cümlə üzvlərinin sırası dəyişir. Alimin fikrincə, rus dilində 
cümlədə tez-tez tamamlıq mövqeyində olan subyekt çıxarılır, 
nəticədə məlum və məchul konstruksiyaların əlaqəsi pozulur. 
Məsələn, Мне грустно→Я грущу, Сказка рассказана→Старик 
рассказал сказку. Belə proseslər “geri konversiya” adlanır [136, 
35]. Belə cümlələrdə tamamlıq olmadığından heç bir 
subyekt-obyekt əlaqəsindən danışmaq olmaz. Bu zaman geri 
konversiya, konstruksiyanın forma və semantikası arasında zid-
diyyətə səbəb olur. Yəni, formasına görə konstruksiya konversiya, 
mənasına görə isə bilavasitə səciyyəsi daşıyır. Diqqət yetirsək, 
asanlıqla görmək olar ki, müasir rus dilində məlum konstruksiya 
məchula çevriləndə, bu cümlələr arasında əlaqələr, istiqamət 


56
istisna olmaqla, eynidir. Bu əlaqələr zamanı obyektlər bütün 
xüsusiyyətlərini saxlayır. Məsələn, Это книга восхищает его. 
(Bu kitab onu valeh edir.) → Он восхищается этой книгой. (O 
bu kitaba valehdir.) Burada hər iki cümlədə heyran olan obyekt 
“o” dur , “bu kitab” isə heyranlıq predmetidir.
Müasir rus dilində, eləcə də leksikada konversiya hadısəsi, 
sintaksisdə olduğu kimi geniş vüsət almışdır. “Leksik 
konversiya hələ kifayət qədər tədqiq olunmamış kateqoriyalar 
sırasına aiddir” [138, 217]. Amma L.A.Novikovun bu fikri ilə 
razılaşmaq olmur. Demək olar ki, araşdırmaya cəlb etdiyimiz 
dillərdən ən çox rus dilində bu sahə ətraflı tədqiq olunmuşdur. 
Leksikada olan konversiya zamanı əvvəlkindən fərqli olaraq 
konversivlər eyni sözün müxtəlif formaları kimi yox, müxtəlif 
sözlər şəklində olur və bu sözlər bir çox hallarda sinonim olurlar. 
Rus dilçiliyində 60-ci illərdən sonra leksik sinonim kimi 
tanıdığımız sözlər daha sonra konversiv kimi tanındı 
(Y.S.Apresyan, L.A.Novikov, Y.D.Lomtyev). Buna əsas səbəb 
həmin illər ərzində nəzəri semantikanın inkişafı olmuşdur. 
“Müasir rus dilində cümlə daxilində mənasına görə uyğun olan 
sözlər aşağıdakı kimi çıxış edə bilər: 
1. Özlərinin eyni olan əsas mənalarında (отнять--
отобрать); 
2. Özlərinin eyni olmayan əsas mənalarında (взять--
достать); 
3. Əsas olmayan mənaları səviyyəsində bir-birinə uyğun 
gəlir (взять-купить)” [120, 104 ]. 
Bu nümunələrə aid söz cütlükləri rus dilində leksik 
konversivlərə ən bariz nümunədir. Buna başqa misallar göstərmək 
olar. Məsələn, выйти (çıxmaq)-истратить (xərcləmək); У нас 
вышли все деньги. (Bizdən bütün pullar çıxdı.) — Мы 
истратили все деньги. (Biz bütün pulları xərclədik.); 
приобретать (əldə etmək) - появляться (meydana çıxmaq), 
Слово приобретает новое значение.(Söz yeni məna əldə edir.) 
— У слова появляется новое значение. (Sözün yeni mənası 
meydana çıxır.) 


57
Konversivlərin semantik təyini məntiqi vurğuda fərqi 
ötürməkdən ibarətdir. L.A.Novikov tərəfindən leksik konver-
sivlər belə qruplaşdırılır: “Feil konversivlər, isim konversivlər, 
sifət konversivlər. Feil konversivlər özləri bu yarımnövlərə 
bölünür: 
1) növ (feil) formalı; 
2) səbəb-nəticə əlaqəli feillər (xəbərlər); 
3) fəaliyyət mənalı feillər (xəbər) və bu fəaliyyətin obyekti; 
4) aktantlara münasibətdə müxtəlif istiqamətli feillər; 
5) həm mənbə, həm də konversiyaya uğramış ifadələrin 
tərkibinə daxil olmuş feillər” [138, 219]. 
Yuxarıda çəkdiyimiz misallar feil konversivlərinə aiddir. 
Rus dilində isim konversivlərinə bu misalları nümunə gətirmək 
olar: 
муж 
(ər)—жена 
(arvad), 
изобретатель 
(ixtiraçı)—изобретение (ixtira) və s. Eləcə də, bu dildə sifət 
konversivlərə ən bariz nümunə bu cütlüklər ola bilər: моложе 
(kiçik)-старше (böyük), дороже (baha)-дешевле (ucuz). 
Deməli, müasir rus dilində həm qrammatika, daha dəqiq 
desək sintaksisdə, həm də leksikada konversiya hadisəsi baş 
verir. Bu hadisə konversivlərlə ifadə olunur. Daha dəqiq 
konversivləri belə xarakterizə etmək olar. Konversivlər eyni 
hadisə və situasiyanı müxtəlif nöqteyi- nəzərdən, bu hadisənin 
müxtəlif iştirakçıları tərəfindən təsvir edən dil formalarıdır. 
Konversivlər bəzən eyni yox, müxtəlif əlaqələri də ifadə edir. 
Bu onunla sübut edilir ki, onlardan çoxu dildə antonimlərin 
yaranmasına gətirib çıxarır. Bunu sifət konversivlərin timsalında 
asanlıqla görmək olar. Eləcə də məlum-məchul əlaqəli feil 
(xəbər) cütlükləri də passiv konversivlərdir.
A.İ.Moiseyev cins və qohumluq bildirən terminlərin 
konversivlərinin özəl xüsusiyyətlər daşıdığını göstərir. Bunu 
onunla izah edir ki, həmin terminlər müəyyən vəziyyətlərin 
iştirakçıları arasında əlaqəni müxtəlif tərəfdən, hər bir iştirakçı 
tərəfindən göstərir [135, 13].
L.A.Novikovun fikrincə, müasir rus dilində “kvazioko-
nversiv” adlanan xüsusi növ konversivi fərqləndirmək olar. Belə 


58
konversivlər öz mənalarına görə tamamilə üst-üstə düşmür. 
Məsələn, Атака застала нас врасплох. (Hücum bizi pis 
vəziyyətə saldı.)—Мы не ожидали атаки. (Biz hücumu 
gözləmirdik.) Bu cümlələrdə застать (tutmaq, tapmaq) və не 
ожидать (gözləməmək) sözləri kvaziokonversivlərdir. Onlarda 
bəzi oxşar semantik xüsusiyyətlər olsa da, onlar tamamilə 
üst-üstə düşmür. Amma bu konversiv də eyni hadisəni müxtəlif 
nöqteyi -nəzərdən izah edir, göstərir [138, 123]. Müasir ingilis 
dilindən fərqli olaraq rus dilindəki kvaziokonversivlər arasında 
bəzən tam oxşar semantik əlaqə haqqında danışmaq qeyri--
mümkündür. 
Müasir rus dilində cümlələrin sintaktik quruluşlarında da 
konversiya hadisəsinə rast gəlmək olar. Rus dilində zaman və ya 
səbəb mənalı sözönlü-hal konstruksiyalı sadə cümlələrin zaman 
və ya səbəb budaq cümləli tabeli mürəkkəb cümləyə keçidi baş 
verir [96, 205]. Məsələn, По мере приближения к источнику 
воды, желание пить становилась сильнее. → По мере того 
как я приближалась к источнику воды, желание пить 
становилась сильнее. Göründüyü kimi, konversiya hadisəsi 
müasir rus dilində nitq hissələri sahəsində olduğu kimi, leksika 
və sintaksisdə də geniş vüsət almışdır.
1.5. Azərbaycan dilçiliyində konversiya 
Konversiya hadisəsi daha çox flektiv dillərə məxsus olsa 
da, bu dil hadisəsinə müəyyən qədər Azərbaycan dilində də rast 
gəlinir. Ana dilimizdə qrammatik və leksik mənalar ən çox 
sözdüzəldici və sözdəyişdirici şəkilçilər vasitəsilə reallaşır. 
Azərbaycan dilində sözlər bir nitq hissəsindən digərinə keçə 
bilir. Xüsusən bütün nitq hissələrindən olan hər hansı bir söz 
isim kimi işlənə bilir. Y.Seyidov eyni sözün bir və ya iki (daha 
artıq) nitq hissəsinə aid ola bilib-bilməməsi məsələsinin dilçilik 
əsərlərində möhkəm kök saldığını, qrammatika kitablarında dil 
materiallarının təsvir və izahında da praktik tətbiq tapdığını 
yazır [45, 115]. “Bəzən tarixən müəyyən söz yaxud ifadə 


59
mənaca, ya tamam dəyişmiş olur, ya ikinci məna kəsb edir; 
beləliklə də bir nitq hissəsindən digər nitq hissəsinə keçid əmələ 
gəlir” [20, 47]. S.Abdullayeva bu barədə yazır: “Konversiya 
Azərbaycan dilində geniş yayılmışdır. Bu proses sözün çox-
mənalılığı və bəzi formaların öz paradiqmalarından ayrılması 
nəticəsində baş verir. Konversiya nəticəsində omonimliyin 
müxtəlif növləri omoformlar, omoqraflar və omonimlər yarana 
bilər”
[5, 35]. Azərbaycan dilçiliyində konversiya hadisəsi ya 
leksik-qrammatik hadisə [10, 66], ya da söz yaradıcılığının 
morfoloji-sintaktik tipi adlandırılır [41, 105].
B.Xəlilov nitq hissələrinin bir-birinə keçməsini yeni 
məna kəsb etmək hesabına sözyaratma hesab edir [33, 200].
Azərbaycan dilində konversiya zamanı sözlər semantik 
inkişafla əlaqədar yeni mənalar qazanırsa, bu dil hadisəsini söz 
yaradıcılığının bir üsulu adlandıra bilərik. Keçid zamanı sözlər 
yeni qrammatik xüsusiyyət, yeni məna əldə edir. Belə sözlər 
yazılışı və deyilişi cəhətdən eyni olsa da, məna və vəzifələrinə, 
aid olduqları nitq hissələrinə görə fərqlənirlər. Məsələn, bərk 
(sifət)—bərk (zərf), xeyli (say)—xeyli (zərf), kimi (qeyri-müəyyən 
əvəzlik)—kimi (qoşma) və s. S.Cəfərovun fikrincə, feillərdə 
çoxmənalılıqdan keçərək omonimləşmə prosesi ilə yeni leksik 
vahidlərin yaranması o zaman fəal bir şəkildə özünü göstərir ki, 
hərəkətlə onu icra edən əşya arasında olan münasibət, yəni 
hərəkət ilə materiyanın vəhdəti formal cəhətdən öz varlığını bu 
məfhumların şüurumuzda fərqləndirilərək abstraklaşdırıldığı bir 
dövrdə də saxlanmış olsun. İstər əşyanı, istərsə də ona xas olan 
hərəkəti ifadə edən forma–söz öz vəhdətini (eyniliyini) mühafizə 
edir. Bunu da eyni fonetik tərkibə malik olan sözün müxtəlif 
şəraitdə həm əşyanı, həm də hərəkəti bildirmək xüsusiyyətini 
mühafizə etməsi ilə izah etmək olar. Məsələn, saç(maq)-feil, 
saç(isim), köç(mək)-feil, köç-isim, düz(mək)-feil, düz-isim, sifət, 
zərf və s. [18, 13]. Doğrudan da, belə omonimləşmə öz mahiyyəti 
etibarilə bir vəhdət təşkil edən əşya və hərəkət məfhumlarının 
qədim ifadə formasının indiyə kimi mühafizə olunması ilə əmələ 
gəlmişdir. S.Cəfərov Azərbaycan dilində leksik-semantik konversi-


60
yanın ən çox substantivləşmə, atributivləşmə (adyektivləşmə), 
adverbiallaşma növlərinin geniş yayılması fikrinin tərəfdarıdır. 
A. Axundov əvvəl bu hadisənin Azərbaycan dilində beş 
növdə olduğunu qeyd edirdisə də [10, 67], sonralar konversiyanın 
dilimizdə yalnız dörd növünün olduğunu göstərir, ilk bölgüdəki 
morfolji-semantik növü ikinci bölgüyə daxil etmir və konversi-
yanın bu növlərini göstərir: “1) sintaktik konversiya 2) 
morfoloji-sintaktik konversiya 3) semantik-sintaktik konversiya 
4) semantik konversiya” [11, 160].
A. Axundovun ikinci bölgüsü daha məqbul hesab 
edilməlidir. Birinci bölgüdə adını çəkdiyi morfoloji-semantik 
konversiyanı alim hər hansı bir nitq hissəsinin sözdüzəldici 
şəkilçi qəbul edərək, başqa bir nitq hissəsinə keçməsi kimi izah 
edir. O, buna misal olaraq gözəl sifətinin –lik , bax feilinə -ış 
şəkilçisi əlavə edilməklə gözəllik və baxış kimi düzəltmə 
isimlərinin yaranmasını nümunə göstərir [10, 68]. Əlbəttə ki, bu 
proses heç vaxt konversiya adlandırıla bilməz. Çünki “konver-
siya semantik inkişafla əlaqədar müəyyən sözün heç bir 
sözdüzəldici vasitənin köməyi olmadan başqa nitq hissəsinə 
keçməsi prosesidir” [5, 13]. Bu sadəcə olaraq dildə sözlərə 
sözdüzəldici şəkilçi əlavə etməklə, onlardan düzəltmə nitq 
hissələrinin yaradılmasıdır. Növbəti dörd növ belə izah edilir: 
“Sintaktik konversiya bütün nitq hissələrinə aid sözlərin 
heç bir dəyişikliyə uğramadan başqa nitq hissəsinə keçməsidir. 
Morfoloji-sintaktik cəhətdən konversiya zamanı isə hər hansı bir 
nitq hissəsinə mənsub söz başqa nitq hissəsinə keçərkən həmin 
nitq hissəsinə məxsus qrammatik kateqoriyaların şəkilçisini də 
qəbul edir. Yəni, substantivləşmə zamanı hal, cəm, mənsubiyyət, 
verballaşma zamanı isə inkarlıq, növ, zaman və s. şəkilçilərini 
qəbul edir. Alimin fikrincə, sintaktik konversiyaya nisbətən 
burada konversiya dərəcəsi daha yüksəkdir. Semantik-sintaktik 
konversiyanya ən çox substantivləşmə və adyektivləşmə 
hadisəsi aid edilir. Bu zaman bəzi sözdüzəldici şəkilçilər qəbul 
etmiş sözlər həm isim, həm də sifət kimi işlənir” [10, 66-67]. 
Azərbaycan dilində belə sözlərə ən çox “-çı
4
”, “-lı
4
” kimi 


61
sözdüzəldici şəkilçilər qəbul etmiş sözləri aid etmək olar. 
M.Hüseynzadə bunun haqqında belə deyir: “Fikrimizcə, bu 
şəkilçilərlə əmələ gələn sözlər, əsasən, peşə və sənət bildirən 
düzəltmə isim olur. Lakin bunlar, bir tərəfdən, tərkib daxilində 
özlərindən sonra gələn isimləri bu və ya başqa cəhətdən təyin 
etdikləri üçün morfologiyada da sifət hesab oluna bilir. Digər 
tərəfdən də, müasir ədəbi dilimizdə tərbiyəçi, təşkilatçı, 
təsərrüfatçı, əlaçı, dilçi, tənqidçi, döyüşçü kimi bir çox yeni 
sözlər yaranmışdır ki, bunların məzmununda sifət əlamətləri çox 
aydın hiss edilir. Buna görə də bu şəkilçilərlə düzələn sözləri 
yalnız düzəltmə isim kimi qəbul etmək doğru deyildi. Eləcə də 
“-lı
4
” şəkilçisi həm düzəltmə sifət, həm də isim əmələ gətirir” 
[32, 86]. F.Zeynalovun fikrincə, “-çı
4
” şəkilçisi əvvəl sifət 
düzəldən məhsuldar şəkilçi olmuş, indi isə onun vasitəsilə 
yaranmış sözlər xalis ad kimi işlənərək isim kateqoriyasına daxil 
olur. Türk dillərinin müasir səviyyəsində bu şəkilçilər əsasən 
isimlərə aid edilməlidir. Məsələn, işçi, odunçu, qəzetçi, dilçi, 
futbolçu, ipəkçi, tütünçü və s. Həmçinin “-lı
4
”şəkilçisi ilə 
düzələn sifətlər asanlıqla substantivləşərək isim kateqoriyasına 
keçir. Məsələn, dəliqanlı və s.” [52, 81-82]. Doğrudan da, 
Azərbaycan dilində bu şəkilçilər vasitəsilə yalnız düzəltmə isim 
deyil, eləcə də düzəltmə sifətlər də yaranır: şikayətçi (sif.şikayət 
edən, is.şikayətə gələn)[3-222], budkaçı (sif. budkada şey satan, 
is.budka satıcısı)[1-354]. Araşdırmalar nəticəsində görmək olar 
ki, “-çı
4
” şəkilçisi əvvəlcə sifətin şəkilçisi olmuş, bir şeyə qarşı 
meyl, həvəs bildirmişdir. Sonra isə bu şəkilçi semantik 
dəyişikliklə isim sahəsinə keçmişdir. Bu qrup düzəltmə sözlərə 
həmçinin “ ma
2
”, “-ı
4” 
şəkilçiləri ilə düzələn sifət və isimləri də 
(qazma, süzmə, diri və s.) aid etmək olar. “Düzəltmə sifətlərin 
bir qismi substantivləşərək, tamamilə isimlər qrupuna keçmişdir. 
“–ma
2
, -ıcı
4
,-ı
4
” şəkilçiləri vasitəsilə feillərdən düzələn qazma, 
süzmə, satıcı, qurucu, diri, ölü kimi sifətlər tamamilə 
substantivləşmə nəticəsində sifətlərdən ayrılımışdır” [14, 61]. 
Belə sözlər sifətdən ayrılıb substantivləşsə də, dildə həmin 
şəkilçiləri qəbul etmiş sifətlərlə omonimlərdir.


62
Semantik konversiya isə tamamilə onomastika sahəsinə 
aid edilir. Semantik konversiya zamanı müəyyən nitq hissəsinə 
aid söz həmin nitq hissəsi ilə bütün semantik və qrammatik 
əlaqələrini itirərək yeni bir nitq hissəsinə keçir. Alimin fikrincə, 
“bu zaman əsasən feillər və sifətlər substantivləşir [10, 69-70]. 
Bu zaman çoxlu insan adları dilimizdə baş verən semantik 
konversiyanın məhsuludur. Məsələn, belə adlara Solmaz, Sevər, 
Sevil kimi substantivləşən feilləri, Sadiq, Şirin və s. kimi 
substantivləşən sifətləri aid etmək olar. Misallardan da 
göründüyü kimi, Azərbaycan dilində hər dörd növ konversiya 
geniş yayılmışdır.
C.Cəfərov qeyd edir ki, mübtəda isimlə deyil, başqa nitq 
hissələri ilə ifadə olunduqda həmin nitq hissələri ismi, təyin 
sifətlə deyil, başqa nitq hissələri ilə işləndikdə onlar sifəti, eləcə 
də zərfliklər zərflərlə deyil, başqaları ilə ifadə olunduqda zərfləri 
xatırladır [17, 7]. Fikrimizcə, bu doğru yanaşmadır. Belə ki, 
məhz bu zaman nitq hissələrində keçid baş verir. Nitq 
hissələrində keçid baş verdiyindən sözlər keçdiyi nitq hissəsinin 
qrammatik xüsusiyyətlərini daşıyır. Bəzi dilçilər müasir 
Azərbaycan dilində müəyyən bir nitq hissəsinin başqa bir nitq 
hissəsi vəzifəsində işlənə bildiyini qeyd edir və bununla da 
həmin vəzifədə işlənərək onun ilk mənsub olduğu nitq hissəsinin 
funksiyasını saxladığını vurğulayırlar. Belə bir araşdırmaya 
Q.Talıbovun əsərlərində rast gəlinir. Onun fikrincə, sifət zərf 
vəzifəsində işləndikdə öz leksik mənasını (sifətliyini) saxlayır 
[47, 184]. Bəzi hallarda bu fikir özünü doğrultmur. Çünki biz pis 
insan ̶ pis oxumaq birləşmələrini müqayisə etsək, burada 
adverbiallaşma baş vermişdir və keçid zamanı ismə aid olub 
əlamət bildirən sifət, tərz mənasını ifadə edən zərfə konversiya 
etmişdir.
“Müasir Azərbaycan dilində öz müstəqil mənasına, 
morfoloji əlamətinə və sintaktik roluna görə qruplaşan söz 
sinifləri nitq hissələri adlandırılır” [32, 16]. Sözün müstəqil 
mənası dedikdə dilçilikdə leksik-qrammatik məna başa düşülür. 
Hər hansı bir söz ifadə etdiyi leksik mənayla yanaşı, qrammatik 


63
mənaya malik olur. Qrammatik məna qrammatik formalarla 
meydana çıxır. Qrammatik formalar birliyi hər bir dilin 
qrammatik kateqoriyalar sistemini təşkil edir. Yəni müasir 
Azərbaycan dilində nitq hissələrinin təsnifində həm morfoloji, 
həm də sintaktik prinsiplər nəzərə alınır və bu dildə konversiya 
vasitəsilə başqa qrammatik sıraya daxil olan söz özünəməxsus 
morfoloji və sintaktik xüsusiyyətlərə malik olur. Məsələn, 
substantivləşmə zamanı sifətlər artıq cümlədə mübtəda və 
tamamlıq kimi sintaktik funksiya daşıyır, eləcə də yeni morfoloji 
xüsusiyyət kimi o artıq ismə məxsus sözdəyişdirici şəkilçiləri 
qəbul edir. Eyni zamanda substantivləşən sifətlər əlamət və 
keyfiyyət mənasıyla yanaşı, əşya və şəxs mənasını da ifadə edir. 
Yəni nitq hissələrinin təsnifində əsas hesab edilən xüsusiyyətlər 
özünü yaranan yeni sözdə büruzə verirsə, deməli tamamilə 
başqa bir nitq hissəsinə keçid baş verir. “Ümumiyyətlə, hər bir 
nitq hissəsi özünün əsas kateqorial xüsusiyyətlərini yalnız 
təhkim olduğu cümlə üzvü vəzifəsində işləndikdə tam büruzə 
verə bilir” [17, 4]. 
Dilçilərdən bir çoxu hər hansı bir nitq hissəsinin başqa 
cümlə üzvləri vəzifələrində işləndikdə ona xas əlamətlərdən ən 
azı birində müəyyən dəyişiklik baş vermə fikrinin tərəfdarıdırlar 
(Ə.Dəmirçizadə, C.Cəfərov və s.). Bu fikir təqdirəlayiqdir. 
Məsələn, isim təyin vəzifəsində işləndikdə biz əşya məzmunun 
əlamət məzmunu ilə qarışdığının şahidi ola bilərik.
Azərbaycan dilinin omonimlər lüğətində dilimizdəki 
omonimlər aşağıdakı xüsusiyyətlərinə görə müəyyən edilir: “1) 
dil vahidlərinin omonimlik xarakterinə; 2) qrammatik formaların 
uyğunluğuna; 3) mənşəyinə; 4) əmələ gəlmələrinə; 5) morfoloji 
quruluşuna; 6) omonimlərin tərkibcə bölgüsünə; 7) mənalarına 
görə” [31, 24]. Bəzən dilçilk ədəbiyyatlarında konversiya 
nəticəsində mənalarına görə funksional, bəzən də 
leksik-qrammatik omonimlərin yaranması barədə fikirlər də əks 
olunur. “Funksional omonimlər müxtəlif nitq hissələrinə aid 
edilir, sintaktik funksiyası da müxtəlif olur. Leksik-qrammatik 
omonimlərə təsadüfi uyğunluq ilə üst-üstə düşən müxtəlif nitq 


64
hissələrinə məxsus sözlər də aid edilir” [31, 25-31]. Y.Seyidov 
bu münasibətdə qeyd edir: “N.K.Dmitriyev türk dillərində bir 
sıra sözlərin nitq hissələri baxımından ikili, hətta üçlü 
xüsusiyyətini qeyd edir: “Türk dilində xeyli söz qrupları var ki, 
öz mahiyyətinə görə bir nitq hissəsi çərçivəsinə sığmır, iki, 
yaxud hətta üç kateqoriya arasında keçid qütblərində dayanır: 1) 
isim-feil, 2) feil-isim, 3) isim-sifət, 4) sifət-isim, 5) sifət-zərf, 6) 
isim-sifət-zərf, 7) zərf-sifət-isim. Burada yalnız eyni sözlər 
deyil, omonimlər də (məs.: iç-iç) nəzərdə tutulur ki, bu cəhətin 
həmin məsələyə dəxli yoxdur” [45, 116]. Burada alim keçid 
prosesinin müəyyən məna çalarlığı ilə bir-birinə bağlı olan söz 
qrupları arasında olduğunu, müəyyən təsadüfi fonetik uyğunluğu 
olan omonim sözlərdə isə heç bir konversiya hadisəsinin baş 
vermədiyini demək istəyir. Amma müxtəlif nitq hissələrinə aid 
olub, bir-birindən leksik və qrammatik mənalarına görə 
fərqlənən leksik-qrammatik omonimlər arasında da tarixən nitq 
hissələrinin bir-birinə keçməsi ilə yaranan sözlərə də rast 
gəlmək olur. Məsələn: sifət-isim-ağ-ağ, göy-göy, sifət-zərf 
-təzə-təzə və s. Bu sözlər Azərbaycan dilinin omonimlər 
lüğətində də leksik-qrammatik omonimlərə aid edilir [31, 31]. 
S.Cəfərov bunun haqqında yazır ki, isimlərin atributivləşməsi 
yolu ilə əmələ gəlmiş bəzi sifətlərin dilimizdə yenə də 
substantivləşərək yeni isimlər əmələ gətirdiyi də müşahidə 
edilir: məsələn, ağ-vaxtilə yas mənasında (isim), ağ-əşyanın 
rəngi(sifət), ağ-bez(isim), Göy- səma (isim), göy-əşyanın rəngi 
(sifət), göy-göyərti(isim) [19, 144]. 
Amma burada biz müəyyən təzadlı fikirlərə də rast gələ 
bilərik. Məsələn, V.Aslanovun fikrincə, omonimlər yalnız 
fonetik cəhətdən üst-üstə düşən deyil, həmçinin eyni nitq 
hissələrinə aid sözlər hesab edilir. Əgər səslənməyə görə 
tamamilə eyni olan sözlər, başqa nitq hissələrinə aiddirsə, onda 
omonimlər deyil, omoformlar alırıq. Bu prinsipə əsaslansaq, 
türk dillərində çox az omonim, amma çoxlu sayda omoformlar 
var [12, 213]. V.Aslanova görə, yazılı abidələrimizdə daha çox 
müxtəlif nitq hissələrinə aid omoformlara rast gəlinir. O, belə 


65
omoformlardan biri olan “göy” sözünü belə izah edirdi: 
“Göy//gög sözünə qalsa, metonomiya nəticəsində “mavi” 
rənginin adı, astronomik söz olan “səma” adına köçürülüb. Bu 
onunla izah edilir ki, o, yəni səma mavi rəngdədir. Burada biz 
artıq omonim deyil, omoformlardan danışırıq. Birinci halda 
“gög” sifət kimi, ikincidə isə isim kimi çıxış edir” [12, 217]. 
Göründüyü kimi, Azərbaycan dilində nitq hissələrində keçid 
prosesi hələ tarixən əvvəlki illərdə vüsət almış və dilimizə bu 
prosesin nəticəsi kimi bir çox yeni mənalı sözlər daxil olmuşdur. 
Amma bu söz cütlüklərin omonimlərə aid edilib - edilməməsi 
hələ də öz həllini tapmamışdır. Belə sözlər, fikrimizcə, 
leksik-qrammatik omonimlərə aid edilməlidir. Leksik yolla 
omonimlər nitq hissələrinin bir-birinə keçməsi ilə də əmələ 
gəlir. Söz bir nitq hissəsindən başqasına keçəndə əksərən öz 
fonetik formasını saxlayır, lakin əvvəlki leksik və qrammatik 
mənalarını ya qoruyub saxlayır, ya da itirir. Dilimizdə əsasən 
sintaktik, semantik-sintaktik konversiya nəticəsində lek-
sik-qrammatik omonimlər yaranır. 
Buna görədir ki, S.Abdullayeva konversiyada həm se-
mantik, həm də funksional amillərin nəzərə alınmasının vacib-
liyini vurğulayır, fikirlərini konkret misallarla əsaslandırmağa 
çalışır [5, 19]. 
Azərbaycan dilində konversiyanın struktur-semantik 
növlərindən ən çox substantivləşmə tədqiq edilmişdir. Bu isti-
qamətdə B.Məmmədov, M.Adilov, Ə.Cavadovun tədqiqatları 
daha maraqlıdır. Substantivləşməni semantik sözdüzəltmə üsulu 
hesab edən M.Adilov və Ə.Cavadov Azərbaycan dilində onun 
çox geniş yayıldığını, sözün substantivləşməsi zamanı əşyalıq 
mənası kəsb etdiyini, ismin bütün morfoloji və sintaktik 
xüsusiyyətlərini qəbul etdiyini qeyd edirlər [6, 88]. Ümumiy-
yətlə, Azərbaycan dilində substantivləşmə hadisəsi flektiv 
dillərə nisbətən geniş yayılmışdır. Bu da Azərbaycan dilinin 
aqlütinativ quruluşa malik olması, ismin qrammatik kateqo-
riyalarının geniş işlənməsindən irəli gəlir. Müasir Azərbaycan 
dilində sifət, say, feili sifət, zərflərin substantivləşməsinə aid 


66
istənilən sayda misallara rast gəlmək olar. Müasir Azərbaycan 
dilində hətta müxtəlif söz qruplarının da substantivləşməsinin 
şahidi olmaq olar. Məsələn, dilçilərdən K.Hacıyev qeyd edir: 
“Başqa nitq hissələri kimi vokativ sözlər də bir sıra hallarda 
kökdən və şəkilçilər vasitəsilə substantivləşir. De, deyib, deyə, 
deyə-deyə sözləri ilə işlənəndə vokativ söz kökdən substantivləşir: 
Heç kəsin toyuğuna ömrümdə “kiş” demədim. (B.Vahabzadə) 
Müəyyən üslubi məqamda cəm şəkilçisi vasitəsilə vokativ sözlər 
substantivləşir: O qulaqlarını çəkib tez-tez dedi: Kiş-kişlər olsun, 
kiş-kişlər olsun (İ.Ələkbərzadə)” [29, 129]. M.Adilov və 
Ə.Cavadov substantivləşməni belə qruplaşdırırlar: “daimi və 
müvəqqəti substantivləşmə. Daimi substantivləşmə müəyyən sözün 
məlum olan hallarda substantivləşməsi, mətn və ya şəraitlə müəy-
yənləşən sözlərin yaranması halı isə müvəqqəti substantivləşmə 
adlanır” [6, 89]. Amma C.Cəfərovun fikrincə, substantivləşmə 
özü keçid prosesidir, keçid prosesinin isə tam və müvəqqəti 
növü ola bilməz. Bu prosesin özü tamamilə müvəqqəti halı əks 
etdirir [17, 9]. Substantivləşmə Azərbaycan dilində bəzən 
leksik-sintaktik-morfoloji üsul adlandırılır. Bu üsulla müxtəlif 
nitq hissələrinə məxsus sözlərin zahiri formalarını dəyişmədən 
isim qrupuna keçdiyi qeyd olunur [42, 92]. 
Bəzən Azərbaycan dilində konversiya yalnız nitq 
hissələrinin müxtəlif cümlə üzvü vəzifəsində işlənməsi ilə 
məhdudlaşdırılır. Amma konversiyanı nitq hissələrinin müxtəlif 
cümlə üzvləri vəzifəsində işlənməsi kimi sintaktik hadisə ilə 
məhdudlaşdırmaq olmaz. Azərbaycan dilində leksik-qrammatik 
hadisə adlandırılan konversiyanın bir çox özəllikləri də vardır. 
Belə ki, sözün bir nitq hissəsindən digərinə keçməsi zamanı 
sözlər keçdikləri nitq hissəsinin qrammatik göstəricilərini 
qazanır. Eləcə də, belə sözlər cümlədə başqa nitq hissələri ilə 
birgə ahəng yaradır. Buna Azərbaycan dilində ən çox sifət, say 
və əvəzliyin adverbiallaşmasında rast gəlinir. Belə ki, bu zaman 
sözlər isimdən ayrılaraq feildən qabağa keçib, əşyaya deyil, 
hərəkətə aid olur. Azərbayca dilinə aid qrammatika kitablarında 
eyni sözün müxtəlif nitq hissələrinə aid edilməsi faktları ən çox 


67
bu nümunələrdə öz əksini tapır: 1) daş, dəmir-isim, sifət ; 2) 
axşam, gecə, səhər-isim, zərf ; 3) az, xeyli-say, zərf ;4) 
deməli-feil, modal söz və s. 
Artıq irəlidə qeyd etdiyimiz kimi Azərbaycan dilçilə-
rindən bəziləri bu sözlərdən bir qisminin yalnız bir nitq hissəsinə 
aid edilməsinin tərəfdarıdırlar. Məsələn, Y. Seyidov yaxşı, pis 
sözlərini yalnız sifətə, az, çox, xeyli sözlərini saya, ora, bura 
sözlərini əvəzliyə, əvvəl, sonra sözlərini zərfə, demək, deməli 
sözlərini isə feilə aid edir. Alim bütün bunları nitq hissələrinin 
təşəkkül tarixi ilə izah edir. O qeyd edir: “Dildə kök sözlər çətin 
yaranır. Bu çətinlik başqa sözyaratma vasitələri hesabına 
ödənilir: əcnəbi dillərdən söz alınır—bu daha çox isimlərdə olur; 
şəkilçilər vasitəsilə sözləri əlaqələndirmək yolu ilə yeni sözlər 
(düzəltmə və mürəkkəb sözlər) alınır; söz formaları substan-
tivləşmə, atributivləşmə, adverbiallaşma yolu ilə öz rollarını 
dəyişərək, əsillərindən uzaqlaşıb yeni mövqe qazanır və bu 
mövqedə sabitləşir” [45, 124-125]. Y.Seyidov burada belə 
sözləri yalnız əvvəl hansı nitq hissəsində işlənirdisə, elə o cür də 
adlandırır. Sadəcə olaraq belə prosesin müəyyən nitq hissəsində 
sabitləşən sözlərin konkret nitq şəraitində başqa nitq hissələri 
sahəsinə aid mövqedə istifadə məcburiyyətindən irəli gəldiyini 
göstərir. Eləcə də, Ə.Dəmirçizadə, Z.Tağıyev, A.Həsənov, 
B.Xəlilov, F.Zeynalov Azərbaycan dilində işlənən daş, dəmir 
kimi sözlərin təyin funksiyasında işlənəndə belə, yenə isim 
olaraq qəbul edirdilər. Ə.Dəmirçizadə daş ev, daş divar kimi 
birləşmələrdə “daş” sözünün təyinedici olsa da, yenə isim 
olaraq qalmasını, eləcə də “Yaxşı şagird yaxşı oxuyur.” cümlə-
sindəki “yaxşı” sözlərinin hər ikisini sifət olmasını qəbul edir 
[20, 45-46]. Halbuki birinci halda o vəzifəcə təyin, ikinci halda 
isə zərflikdir
Yuxarıda adlarını çəkdiyimiz alimlərin konversiyanın 
struktur-semantik növlərindən biri olan adyektivləşməni sifətləş-
mə deyil, sadəcə olaraq, isim və ya başqa nitq hissələrinin təyin 
funksiyasında işlənməsi kimi qəbul etməsi onların tam olaraq 
sifətin qrammatik xüsusiyyətlərini qəbul etməməsi və əvvəlki 


68
nitq hissəsinə məxsus bəzi qrammatik göstəricilərinə mənsub 
olması ilə izah edirlər. Doğrudan da, bu belədir. Məsələn, dəmir 
qapı misalına baxaq. Burada dəmir sözünə hal şəkilçisi artırmaq 
olar. Bu sözün əvvəlinə sifətin üstünlük dərəcəsini bildirən ən, 
daha və s. ədatlarını artırmaq olmur. Sifətlərin özünəməxsus 
morfoloji əlamətinin olmaması onları isimlərlə eyniləşdirməyə 
heç də əsas vermir, çünki isimlər əşya və əşyalıq bilidirən sözlər 
olduğu halda, sifətlər həmin əşyaların əlamətini, keyfiyyətini və 
s. bildirir. Azərbaycan dilində konversiya hadisəsi sözlərin tam 
olaraq mənsub olduqları nitq hissələrindən kənara çıxmasına 
gətirib çıxarmır. Nitq hissələri sahəsində keçid hadisəsini 
“sintaktik derivasiya” və ya “sintaktik konversiya” adlandıran 
C.Cəfərovun fikrincə, bu zaman sözlərdə həm mənsub olduqları 
nitq hissəsinin xüsusiyyəti, həm də özləri üçün ikincidərəcəli 
hesab olunan üzvün əsas ifadə vasitəsi hesab olunan nitq 
hissəsinə aid xüsusiyyətlər özünü büruzə verir [17, 8]. 
Substantivləşmə zamanı həmişə xalis isim alınmır. İsimləşən söz 
öz əvvəlki nitq hissəsinə məxsus əlamətlərini saxlayaraq, əlavə 
olaraq əşyalıq xüsusiyyəti kəsb edir. F. Zeynalov Azərbaycan 
dilində konversiya zamanı xalis bir nitq hissəsinə məxsus sözün 
yaranmadığını deyir. Bunun yalnız okkazional xarakter daşı-
dığını göstərir [52, 123]. 
Müasir Azərbaycan dilində biz nəinki əsas nitq hissə-
lərinin bir-birinə konversiya etdiyinin, həmçinin feil 
formalarının ismə, sifətə, zərfə keçdiyinin də şahidi ola bilərik. 
Bu sahədə M.Əsgərov, İ.Əhmədov, C.Cəfərovun araşdırmaları 
maraq doğurur. Konkret şəkilçilər vasitəsilə düzələn bu feil 
formaları hərəkət məzmununa malik olan sözləri ikinci dəfə həm 
mücərrəd əşya, həm ismi, həm feili əlamət kimi təqdim edə 
bilər, həm də bu mənalardan yalnız birini və ya ikisini yarada 
bilər [28, 63]. M.Əsgərov okkazional olaraq müxtəlif nitq 
hissələrinin xüsüsiyyətlərini daşıyan feil formalarından: 
substantiv, adyektiv, adverbial, substantiv-adyektiv, substantiv--
adyektiv-adverbial feil formaların adlarını çəkir və onları 
feillərdə ikinci təqdimat kateqoriyaları hesab edir [28, 92]. 


69
Bildiyimiz kimi, feillərin hamısı deyil, yalnız müəyyən şəkil-
çiləri qəbul etmiş qismi - feili sifətlər adyektivləşir. Həmçinin 
feili bağlamalarının bir tərəfdən əsas nitq hissəsi olan zərfə, 
digər tərəfdən köməkçi nitq hissəsi olan qoşmaya çevrilməsi 
halları həmin kateqoriyanın özünün daimi inkişaf prosesi keçir-
miş olduğunu sübut edir. İ.Əhmədovun fikrincə, Azərbaycan 
dilində feili bağlamaların zərfləşməsi nəticəsində müxtəlif 
mənalı (tərzi-hərəkət, zaman, məqsəd, səbəb, kəmiyyət, dərəcə, 
qarşılaşdırma) zərflər yaranır. Feili bağlama zərflərinin 
əksəriyyəti tərzi-hərəkət zərfləri kimi çıxış edir [25, 24].
Biz konversiyaya tabeli mürəkkəb cümlələrin 
komponentlərinin sadələşərək ara cümləyə keçməsini də aid edə 
bilərik. Çünki bu zaman da dildə müəyyən çevrilmə baş verir. 
Bu çevrilmə cümlənin quruluşca daha da sadə quruluş almasına 
gətirib çıxarır. Ə.Abdullayev bu haqda danışarkən yazır ki, 
zaman keçdikcə, danışıqda bu cəhət daha da inkişaf edir; baş 
cümlə olmaq keyfiyyəti yavaş-yavaş azalır, münasibət ifadə 
etmək keyfiyyəti çoxalır və nəhayət, üstün gəlir. Beləliklə, baş 
cümlə əvvəlcə ara cümlə keyfiyyəti alır, sonralar isə vahid 
forma qazanıb, ara sözə çevrilir. Daha sonra isə həmin söz nitq 
hissəsi kimi də keyfiyyət dəyişikliyinə məruz qalır və digər nitq 
hissəsinin xasiyyətini kəsb edir; yəni o modal sözə, ədata və ya 
digər nitq hissəsinə, hətta ən kiçik morfemə belə keçə bilir [1, 
401]. Belə konversiya hallarına budaq cümlənin transformasi-
yaya uğraması zamanı da rast gələ bilərik. Ən çox Azərbaycan 
dilində şərt və qarşılaşdırma tabeli mürəkkəb cümlələrdə budaq 
cümlə transformasiyaya uğrayaraq, ara cümlə vəziyyətinə keçir. 
Ə. Abdullayev bu səpkidə cümlələrə misal olaraq aşağıda qeyd 
etdiyimiz ara cümlələri göstərmişdir: “qısa desək, yumşaq desək, 
başqa cür desək, başqa cür demiş olsaq, başqa sözlə desək, belə 
demək olarsa, vicdanla desək, təbiri caizcə və s.” [400]. Çoxlar-
ımız tərəfindən istifadə etddiyimiz modal sözləri Z.Əlizadə on-
ların müxtəlif nitq hissələrindən törəmələrinə görə aşağıdakı 
qruplara bölür:
1. Adlardan törəyən modal sözlər; 


70
2. Feildən törəyən modal sözlər . 
Eləcə də o, adlardan törəyən modal sözlərin özlərinin də 
isimlərdən, sifətlərdən, saylardan, əvəzliklərdən, zərflərdən 
törəndiyini yazır [27, 70]. Z.Əlizadə isimlərdən törəyən modal 
sözlərə qərəz, gərək, güman, həqiqət və s, sifətdən törəyənlərə 
sözsüz, şübhəsiz, müxtəsər və s, əvəzlikdən törəyənlərə nə isə, 
belə, elə, məncə, səncə və s, zərflərdən törəyənlərə doğrudan, 
yəqin və s, saylardan törəyənlərə bir, bircə, üçüncü və s. modal 
sözləri misal gətirir [27, 71]. Nitq hissələrindən əmələ gəlmiş 
modal sözlər artıq ismə, feilə, sifətə, zərfə xas olan əşyalılığı, 
əşyanın əlamətini, əlamətin əlamətini, hərəkətin tərzini və s. 
ifadə etmək qabiliyyətini itirir. Daha doğrusu, bu nitq 
hissələrinin semantik xüsusiyyətləri itirilmiş olur. Yəni başqa 
nitq hissələrindən yaranan modal sözlər semantik, sintaksis və 
morfoloji cəhətdən nə isim, nə sifət, nə də ki, feil ola bilməz.
Konversiya başqa dillərdə olduğu kimi Azərbaycan 
dilində də nəinki morfologiyada nitq hissələri sahəsində keçid 
kimi başa düşülür, eləcə də bu hadisənin sintaksis və leksikada 
rast gəlindiyi də dilçilər tərəfindən işıqlandırılır. Amma ingilis 
və rus dillərindən fərqli olaraq bu barədə dilçilik əsərləri və 
məqalələrə az rast gəlmək olar. Qeyd etdiyimiz kimi, F.Veysəlli 
bu dil hadisəsinin leksikada izahını ikiyerli predikat arasındakı 
qütbləşməni göstərən semantik qarşılaşmadakı münasibət 
olduğunu vurğulayır. Bunu o ekvivalentlik əlaqəsi də adlandırır. 
“Azərbaycan dilində əksər dillərdə olduğu kimi cümlənin 
sintaktik strukturunun aparıcı komponenti predikatdır. Predikat 
leksemin bir neçə başqa elementlərlə qarşılıqlı əlaqə əlamətinə 
görə onlar sıfır yerli (avalent), bir yerli (monovalent) və çoxyerli 
(polivalent) predikatlara bölünür. Müxtəlif dil materiallarının 
təhlili göstərir ki, sıfır yerli predikatlar atmosfer vəziyyətini, bir 
yerli predikatlar hərəkəti, əlaməti, çoxyerli predikatlar isə digər 
münasibətləri ifadə edir ” [50, 20]. F.Veysəlli yazır ki, iki ifadə 
məhz o zaman məntiqi cəhətdən ekvivalent olur ki, onların 
denotasiyası eyni olsun. Bəzən onlara sinonim kim yanaşırlar, 
ancaq sinonimlə ekvivalentlik fərqləndirilməlidir./x ordəkdir//, 


71
/ördək quşdur//. Burada /ördək/ ümumi /quş / denotasiyasının bir 
qismidir (hiponim), yəni aid olan anlamdır (hissənin bütövə aid 
olması) [49, 111]. Buradan belə başa düşmək olur ki, iki ifadə, 
cümlə eyni mənaya malikdirlərsə, onlar məntiqi cəhətdən 
ekvivalentdirlər. Burada ekvivalent cümlələr dedikdə dilçi – 
alim antonimlərin yer aldığı cümlələri nəzərdə tutur. 
Azərbaycan dilində semantik qarşılaşmalar içərisində başqa 
dillərdə olduğu kimi antonimlər xüsusi yer tutur. Ekvivalentlik 
yaradan ifadələrin yerini dəyişəndə eyni əlaqələr ifadə olunur. 
Sözün onun konversivi ilə leksik əvəzi sintaktik transformasiya 
ilə bağlıdır. Bu zaman cümlənin leksik aktantları olan mübtəda 
və tamamlıq yerlərini dəyişir. Məsələn, Azərbaycan dilində 
leksikada baş verən konversiya hadisəsinə belə cümlələri misal 
olaraq göstərmək olar:
Anar Nigarın qardaşıdır. → Nigar Anarın bacısıdır. Və 
ya Qardaşı bacısından yaşlıdır. → Bacısı qardaşından cavandır. 
Birinci cümlədə leksik konversivlər “qardaş-bacı” kimi qohumluq 
bildirən sözlər, ikinci cümlədə isə “yaşlı-cavan” kimi sifətlərdir. 
Ümumiyyətlə, Azərbaycan dilində başqa leksik konversiv-
lərə də rast gəlmək olar, məsələn, “aşağı-yuxarı”, “qarşı-arxa”, 
“valideyn-uşaq”, “ata-oğul”, “satmaq-almaq” və s. Göründüyü 
kimi, ekvivalent adlandırdığımız ifadələr, rus dilində olduğu kimi, 
isim, feillər, həmçinin sifətlərə aid olur. Eləcə də Azərbaycan 
dilində leksik konversivlərə sinonimləri də aid etmək olar. Bəzən 
müəyyən ifadəni qüvvətləndirməkdən ötrü hər hansı bir sözün 
əvəzinə onun sinonimi olan söz və ya hər hansı frazeoloji 
ifadədən istifadə olunur. Sinonim cərgəyə daxil olan sözlərin 
semantikası ya tipikləşdirməyə, ya təzad yaratmaya, ya da ki, 
ifadəni qüvvətləndirməyə şərait yaradır. Sözün öz sinonimi ilə 
əvəziylə yer alan leksik konversiyaya müxtəlif misallar gətirmək 
olar. Məsələn, Oyunda mən ona qalib gəldim → Oyunu mən 
qazandım. Burada “qalib gəlmək” ifadəsi “qazanmaq” sinonimi 
ilə əvəz edilib. Amma rus dilində olduğu kimi Azərbaycan 
dilində leksik konversiya zamanı subyekt və asılı sözlərlə 
birlikdə olan obyektin avtomatik yerdəyişimi o qədər də yer 


72
almayıb. Ümumiyyətlə, dilçilik ədəbiyyatlarında bu haqda 
məlumatlara rast gəlmək olmur. Leksik konversiya dedikdə daha 
çox antonimlərin yer aldığı ifadələr diqqəti çəkir.
Qrammatikada baş verən konversiya hadisəsi özünü 
passiv, yəni feilin məchul növündə büruzə verir. Azərbaycan 
dilinin qrammatikasına aid kitablarda feilin məchul növünə həsr 
olunmuş bölümlərdə konversiya termininə rast gəlmək olmur. 
Bu da aqlütinativ dillərə aid olan Azərbaycan dilində cümlədə 
söz sırasının həm rus, həm də ingilis dilinin söz sırasından 
fərqlənməsi ilə izah oluna bilər. Feil aktiv, yəni məlum növə, 
passiv, yəni məchul növə çevriləndə , subyekt (mübtəda), 
obyektlə (tamamlıqla) yerlərini dəyişir. Azərbaycan dilində 
tamamlıq mübtədadan sonra yer aldığından məlum növdə olan 
cümlə məchula keçərkən ekvivalent cümlələrdə subyekt-obyekt 
əlaqəsində digər dillərdə olduğu kimi çox da böyük dəyişiklik 
baş vermir. Məlumdan məchula keçid zamanı məlum növdə 
tamamlıqla ifadə olunan patiens və ya resipient passiv 
konstruksiyada mübtəda yerini tutur, agens isə öz növbəsində 
mübtəda mövqeyini tərk edib, agentiv tamamlıq kimi meydana 
çıxır. V.Sultanov qeyd edir: “Korrelyasiya təşkil edən aktiv və 
passiv konstruksiyaların sinonimliyi nisbidir və mətn daxilində 
biri digərini çox zaman əvəz edə bilmir” [46, 21]. 
Ə.Dəmirçizadə Azərbaycan dilində bütöv cümlənin bir 
cümlə üzvü yerində işlənməsi barədə yazır: “Bütövlükdə başqa 
bir cümlənin mübtədası vəzifəsində işlənilən cümləyə çevrilmiş 
mübtəda deyilir. Çevrilmiş hər hansı bir üzvün mübtədasına 
keçid mübtəda deyilir, məs: Bizim hər gün yeni bir qələbə 
qazandığımız dünyaya məlumdur. Bu cümlədə bizim hər gün 
yeni bir qələbə qazandığımız ifadəsi çevrilmiş mübtəda, 
çevrilmiş mübtədanın tərkibindəki bizim mübtədası isə keçid 
mübtədadır ki, yiyəlik şəkilçisi vasitəsilə çevrilmiş mübtədanın 
ayrılmaz bir hissəsi olmuş və keçid xəbərə bağlanıb birləşmə 
yaratmışdır” [21, 47]. Dilçi-alimin “çevrilmiş mübtəda” 
adlandırdığı hal Azərbaycan dilində bütöv bir cümlənin feili 


73
sifətə çevrilərək, onun da daha sonra isimləşməsini bir daha 
sübut edir. 
M.Şirəliyevin fikrincə, bağlayıcısız analitik tipli tabeli 
mürəkkəb cümlə, bağlayıcılı tabeli mürəkkəb cümləyə keçə bilər 
[176, 140]. Doğrudan da, dilimizdə belə hala rast gəlmək olur. 
Məsələn, O inanmırdı, nə vaxtsa belə bir hadisəylə üzləşəcək. → 
O inanmırdı ki, nə vaxtsa belə bir hadisəylə üzləşəcək. Bu 
zaman cümlənin sintaktik quruluşunda da konversiya baş verir.
Azərbaycan dilində konversiya hadisəsi öz əksini daha 
çox morfologiyada tapır. Nitq hissələri arasında keçid prosesi 
dilçilikdə hərtərəfli tədqiq olunmuşdur. Sintaksis və leksikada 
baş verən keçid hadisəsi o qədər də işıqlandırılmamışdır.
1.6. Müxtəlifsistemli dillərdə konversiyanın özəllikləri 
Göründüyü kimi, konversiya özünəməxsus, dilin demək 
olar ki, bütün səviyyələrində öz əksini tapmış dil hadisələrindən 
biridir. Bu dil hadisəsi söz yaradıcılığının əsas vasitələrindən 
biri kimi çıxış edərək, müxtəlifsistemli dillərdə yeni sintaktik 
funksiyaya məxsus və morfoloji paradiqması ilə fərqlənən 
sözlərin yaranmasına gətirib çıxarır. Bunula belə, sözlər sinfini 
dəyişməklə substantivləşmə, adyektivləşmə, adverbiallaşma, 
verballaşma, konyuksionallaşmaya məruz qalır. Söz yaradı-
cılığında konversiya haqqında danışarkən qeyd etmək lazımdır 
ki, bu dil hadisəsi aqlütinativ dillərdən olan türk dillərində , 
eləcə də Azərbaycan dilində özünü ən çox leksik-semantik 
səviyyədə büruzə verir. Dilimizdə, eləcə də digər türk dillərində 
ən çox bir və ya iki köklü sözlərin konversiyaya məruz qalıb, 
başqa nitq hissəsinə keçməsinin şahidi olmaq olar. Ana 
dilimizdə hətta zaman keçdikcə tabeli mürəkkəb cümlələrin 
komponentlərinin sadələşərək ara cümləyə keçməsinin şahidi 
ola bilərik. Eləcə də bu prosesin davamlı olaraq modallaşma ilə 
nəticələnməsi dilçilərin əsərlərində öz əksini tapmışdır. Məlum 
olduğu kimi, Azərbaycan dilində konversiya söz yaradıcılığının 
üsullarından biri kimi dilçilər tərəfindən hər hansı bir sözün öz 


74
fonetik və morfoloji tərkibini dəyişmədən başqa söz sırasına 
daxil olması kimi xarakterizə edilir (A.Axundov, M.Adilov, 
Z.Verdiyeva, F.Ağayeva). Amma F.Veysəlli bu hadisənin 
Azərbaycan dilində suffikslə də reallaşmasını qeyd edir [24, 
354]. Bununla belə bu məsələ hələ də mübahisəli olaraq qalır. 
Bəzi türk dilləri, məsələn, özbək, türk, tatar dillərində eləcə də, 
flektiv dillərdən olan rus dilində bu dil hadisəsi morfoloji-sin-
taksis sözdüzəltmə üsulu da adlandırılır. Türk dillərindən fərqli 
olaraq ingilis və rus dillərində bu sözdüzəltmə vasitəsilə dilin 
lüğət tərkibi zaman keçdikcə zənginləşmişdir. Bü da həmin 
dillərdə nitq hissələrinə məxsus morfoloji göstəricilərinin olma-
masından, yaxud azlığından irəli gəlir.
İngilis dilində konversiya hadisəsi zamanı əsas söz-
düzəltmə vasitələri paradiqma və onun başqa sözlərlə uyğun-
luğudur. Rus dilində isə kökün söz olması üçün bir çox hallarda 
morfoloji göstəricilərə ehtiyac duyulduğundan geniş mənada 
yalnız söz əsaslarının üst-üstə düşməsi də konversiyaya aid 
edilir.
Həm türk dillərində, həm rus və ingilis dillərində kon-
versiyanın ən çox substantivləşmə, adyektivləşmə, adver-
biallaşma kimi növləri çox geniş inkişaf etmişdir. Bəzən 
türkoloqlar tərəfindən okkazional xarakter daşıması qeyd olunan 
konversiya hadisəsi bəzi mübahisəli məsələlərə gətirib çıxarır. 
Bu məsələ bildiyimiz kimi, ən çox eyni sözün həm isim, həm də 
sifət kimi və ya eyni sözün həm sifət, həm də zərf kimi 
işlənməsində meydana çıxır.
İngilis və rus dillərində konversiya hadisəsinə xəbər 
sintaqmasının nominativ sintaqma keçidini də aid etmək olar. 
Məsələn, ingilis dilində She loves children. (O uşaqları sevir.)→ 
Her love for children (Onun uşaqlara sevgisi) və ya rus dilində 
Она любит детей. (O uşaqları sevir.)→Ее любовь к детям 
(Onun uşaqlara sevgisi).
Nəinki söz yaradıcılığı, eləcə də qrammatika, daha dəqiq 
desək, sintaksisdə, həm də leksikada konversiya hadisəsinin baş 
verməsi müxtəlifsisitemli dillər üçün xarakterik bir xüsu-


75
siyyətdir. Sintaksisdə öz əksini tapan konversiya zamanı 
cümlədə subyekt və obyekt yerlərini dəyişir. Dilin bu 
səviyyələrində yer alan konversiya hadisəsi ən çox özünü ingilis 
və rus dillərində büruzə verir. Adlarını sadaladığımız flektiv 
dillərin qrammatikasında eyni sözün müxtəlif formaları kimi 
özünü göstərən məlum konstruksiyanın məchul konstruksiyaya 
çevrilməsi sintaksisdə baş verən konversiyaya ən bariz bir 
nümunədir. Məlum növdə olan cümlələrin məchul növdə olan 
cümlələrə keçidi zamanı rus və ingilis dilində cümlə sırasında 
baş verən böyük dəyişikliyi nə Azərbaycan, nə də başqa türk 
dillərində müşahidə etmək olmur. Çünki bildiyimiz kimi, 
qrammatik konversiya zamanı mübtədayla tamamlığın yerdəyişimi 
baş verir. Dilçilərdən G.Buranov bu münasibətlə qeyd edir ki, SVO 
(yəni mübtəda+xəbər+tamamlıq) kimi üçüzvlü struktur rus, ingilis 
və türk dilləri sistemi üçün ümumi xarakter daşıyır. Bu dillərdə 
obyekti vasitəli tamamlıq təşkil edir və onun iştirakı aktiv-passiv 
transformasiyanı mümkün edir [70, 186].
G.Buranovun fikirlərində müəyyən çatışmazlıqlar var. 
Çünki həm rus, həm də ingilis dilində nəqli cümlələrdə 
tamamlıq cümlənin sonunda, türk dillərinin əksəriyyətində isə 
ortada gəlir. Bu zaman bu dillərdə subyektlə obyektin yerdəyişi-
mi zamanı baş verən dəyişiklik arasındakı fərqi təsəvvür etmək 
çətin deyil. Həmçinin türk qrupu dillərində, eləcə də Azərbaycan 
dilində belə konstruksiyaların sinonimliyi nisbidir və mətn 
daxilində məlum və məchul konstruksiyalarının bir-birini çox 
zaman əvəz edə bilmir.
Ekvivalentlik əlaqəsi ilə bir-birinə bağlı olan cümlələrdə 
leksik konversiya hadisəsinə də rast gəlinir. Sintaktik 
transformasiyanın nəticəsi kimi dildə yer alan leksik konversiya 
hadisəsi zamanı rus dilində subyekt və özündən asılı olan 
sözlərlə birlikdə obyektin cümlədə yerdəyişimi baş verir. Bu 
dəyişiklik həmçinin sözönü seçimi və hal sonluqlarında da 
özünü göstərir. Məsələn, Рустам дал Андрею книгу. → 
Андрей взял книгу у Рустама. Bu cümlədə давать (vermək) – 
взять (almaq) sözləri leksik konversivlərdir. Leksik 


76
konversiyaya məruz qalan cümlədə subyekt və obyekt yerini 
dəyişib, həmçinin biz yerini dəyişən dil vahidlərinin hal 
sonluqlarında baş verən dəyişikliyi də görə bilərik. Belə 
nümunələri ingilis dilində də göstərmək olar. Eyni cümləni 
ingilis dilinə tərcümə etsək, belə alınar: Rustam gave Andrey the 
book. → Andrey took the book from Rustam. Göründüyü kimi, 
cümlədə subyektlə obyekt yerini dəyişsə də, ingilis dilində 
yiyəlik haldan başqa digər halların sözönülər vasitəsilə 
reallaşdığından bəzi hallarda onların cümləyə əlavə olunmasının 
şahidi oluruq. Eləcə də, dilin bu səviyyəsində baş verən konver-
siya hadisəsinə ingilis dilində ən bariz nümunə kvazitrans-
formasiya halı ola bilər ki, bu hadisəyə rus dilində də rast 
gəlmək olar. Amma belə hallarda semantik əlaqədə müəyyən 
dərəcədə fərq özünü büruzə verir. 
F.Veysəllinin “ikiyerli predikat arasındakı qütbləşməni 
bildirən semantik qarşılaşmadakı münasibət” kimi xarakterizə 
edilən konversiya hadisəsi [24, 354], L.A.Novikovun “leksikada 
baş verən konversiya hadisə” si kimi xarakterizə etdiyi 
konversiyayla eyniyyət təşkil edir [125, 234]. Rus və ingilis 
dillərində olduğu kimi Azərbaycan dilində belə konversiyanın 
mövcudluğu, məzmunca söz qruplarından sayılan sinonimlərdən 
çox antonimlərin yaranmasına gətirib çıxarır. Struktur cəhətcə 
Azərbaycan dilində daha çox isim, sifət və feil konversivlərə 
rast gəlmək olar. Məsələn, itirmək-tapmaq (feil konversiv), 
kişi-qadın (isim konversiv) və s. Amma sifət konversivləri həm 
rus dilində, həm də ki, Azərbaycan dilində müqayisə xarakteri 
daşıyır. Məsələn, Stol stuldan böyükdürsə, stul stoldan kiçikdir. 
Rus dilində belə hallarda sifət müqayisə dərəcəsində olur. 
Məsələn, Я старше брата→ Брат моложе меня.
İngilis, rus, həm də türk və Azərbaycan dillərində ən çox 
cümlələrin sintaktik quruluşlarında baş verən konversiya geniş 
yayılmışdır. Həmin dillərdə baş verən bu keçid hadisəsi 
transformasiya adlandırılır.
Bütün bunlar bir daha onu göstərir ki, flektiv dillər olan 
rus və ingilis dillərində dilin lüğət tərkibi nitq hissələrinin 


77
bir-birinə keçməsi ilə zənginləşmişdir. Konversiya bu dillərin 
söz yaradıcılığının əsas üsullarından biri sayılır. Ekvivalentlilik 
əlaqəsinin əsas sayıldığı sintaktik və leksik konversiya da bu 
dillərin qrammatik quruluşunda özünü daha qabarıq şəkildə 
göstərir. Eləcə də, bu dillərdə konversiyaya aid edilən 
nominallaşma, cümlələrin transformasiyası da geniş yayılmışdır. 
Azərbaycan dili də daxil olmaqla türk dillərində söz yaradıcılı-
ğında konversiyanın oynadığı rol danılmazdır. Amma bu 
dillərdə sintaktik transformasiyanın nəticəsi olan leksik və 
sintaktik konversiya flektiv dillərdə olduğu kimi dilin qram-
matik quruluşunda əhəmiyyətli rol oynamır. Bu sahənin ətraflı 
araşdırılmasına hələ də böyük ehtiyac duyulur. 


78
II FƏSİL 
DİL SƏVİYYƏLƏRİNDƏ KONVERSİYA
2.1. Fonetik səviyyədə konversiya 
Dil sisteminin yarımsistemləri olan müxtəlif səviyyələrdə 
konversiya hadisəsi geniş müşahidə olunur. Bu səviyyələrdən 
biri də fonetik səviyyədir. Fonetik səviyyədə konversiya 
haqqında danışdıqda ilk əvvəl önə çəkiləsi məsələlər hərf və səs 
tərkibi eyni olan sözlərdə vurğunun fərqlənməsi, eləcə də 
fonetik hadisələr içində önəmli yerlərdən birini tutan səslərin 
əvəzlənməsi və onların yerdəyişiminin müxtəlifsistemli dillərdə 
konversiyaya aid edilib-edilməməsi problemidir. 
Ə.Dəmirçizadə bu barədə yazır: “Azərbaycan dilində 
səsdüşümü, səsartımı olduğu kimi, səslərin dəyişilməsi və əvəz 
olunması hadisələri də vardır. Unutmamalı ki, bu hadisələr 
yalnız sözlərə şəkilçi artırıldığı zaman deyil, bir sözdən yeni 
mənalı başqa bir söz düzəltmə zamanı da özünü göstərir, 
məsələn: 
u → a→ uzun → uzanmaq 
q → l→ alçaq → alçalmaq 
I → a → sarı → saralmaq” [22, 123 ]. 
Akademik Axundov hesab edir ki, Azərbaycan dilində 
flektiv dillərdə olan fonetik əvəzlənmə yoxdur. Onun fikrincə, 
başqa türk dillərində olduğu kimi, ana dilimizdə də leksik 
mənaların ifadə olunmasında dilimizdə monosemantik affikslər, 
sözdüzəldici şəkilçilər əsas rol oynayır [8, 206]. Ana dilimizdə 
səslərin əvəzlənməsi adlandırdığımız hadisə əslində özlüyündə 
flektiv dillərdə rast gəlinən fonetik əvəzlənmə deyildir. Yuxarı-
dakı misallardakı sözləri quruluşlarına görə daha dərındən təhlil 
etsək, onları kök və şəkilçiyə ayıra bilərik. Bununla da belə 
hadisələr daha çox şəkilçi vasitəsilə sözdüzəltməyə yaxınlaşır. 
Azərbaycan dilində başqa dillərdə rast gəlinən fonetik əvəz-


79
lənmənin olmaması haqqında A.Axundovun fikrini qəbul etmək 
düzgün olardı. 
Amma bu hal bəzi flektiv dillərdə fərqli olur. German dil 
qrupuna daxil olan ingilis dilində həm sait, həm də samitlərin 
əvəzlənməsi sözlərdə qrammatik dəyişikliklərə gətirib çıxarır. 
Həmçinin bu fonetik hadisə dilin söz yaradıcılığında əhəmiyyətli 
rol oynayır. Germanşünas A.İ. Smirnitski 1953-cü ildə dərc 
olunmuş məqaləsində belə bir sualı ortaya qoyur: “Kon-
versiyanın səslərin əvəzlənməsi ilə əlaqəsi mümkündürmü ? ” 
[157, 28]. Məqalədə dilçi tərəfindən müxtəlif növlü səs əvəzlən-
məsi nümunələri verilmişdir. Amma o belə nümunələrdən yalnız 
sonu kar [s] kimi səslənən, “ev, bina” kimi tərcümə edilən 
“house” ismi ilə, son samiti [z] kimi səslənən, “mənzillə təmin 
etmək, yerləşdirmək” kimi tərcümə edilən “to house” oxşar söz 
qruplarında konversiya halının olduğunu göstərir. Yəni, 
A.İ.Smirnitskinin fikrincə, bu zaman sözdüzəltmə vasitəsi yalnız 
sözün paradiqmasıdır. Səslərin əvəzlənməsi (samit səslərin) 
qismən bir-birinə müvafiq olan isim və feilin fərqlənməsinə 
xidmət göstərsə də, yenə də o paradiqmadan savayı xüsusi bir 
sözdüzəltmə vasitəsi deyil. Bu onunla izah edilir ki, belə 
əvəzlənmələr yalnız əsasların şəkillərinin dəyişilməsinin bir 
anıdır və bu da verilən söz cütlüklərinin birinin paradiqmasının 
xarakteristikasına daxildir. Yəni, qısaca, belə sözlər morfoloji 
olaraq yalnız öz paradiqmaları ilə fərqlənir. Belə ki, burada eyni 
bir sözün paradiqmasında istifadə olunan əvəzlənmə kimi hallar 
yoxdur [157,29]. A.İ.Smirnitskinin konversiya halına aid etdiyi 
söz cütlüklərinə ingilis dilində istənilən qədər rast gəlinir. 
Məsələn, to use (istifadə etmək)-use (fayda), to advise (məsləhət 
vermək)- advice(məsləhət) və s. Belə hal dilçilərdən 
A.İ.Smirnitski və V.V.Passek tərəfindən konversiya halına aid 
edilsə də, azərbaycanlı dilçilərdən olan M.Zeynallı və 
K.Gözəlova, eləcə də rus dilçilərindən A.Kunin belə halları 
ayrıca sözdüzəltmə modellərinə aid edirlər [188,75; 181,41]. 
Fikrimizcə, nəinki belə, hətta digər səs əvəzlənməsi hallarını 
ayrıca sözdüzəltmə vasitəsi kimi xarakterizə etmək daha düzgün 


80
olardı. Dilin əsas funksional-struktur vahidi olan hər bir söz 
müəyyən səs kompleksindən ibarətdir. Əgər konversiya zamanı 
söz bir nitq hissəsindən digərinə keçirsə, onda onun səs tərkibin-
də dəyişiklik olmamalıdır. Məsələn, Q.N.Babiç konversiyaya 
məruz qalan sözləri müxtəlif nitq hissələrinə aid iki fonetik 
cəhətcə eyni söz hesab edir [62, 46]. 
Amma yuxarıdakı hallarda bunun əksinin şahidi olmaq 
mümkündür. Belə ki, bəzən Azərbaycan dilində bir sıra vurğu 
vasitəsilə fərqlənən morfoloji omonimləşmiş söz qruplarına rast 
gəlmək olur. A.Axundov sözdəyişdirici şəkilçilərin sözdüzəldici 
şəkilçi ilə omonimlik münasibətində olduğu hallarda 
sözdəyişdirici şəkilçilərin vurğu qəbul etməsini göstərir [8, 279]. 
Məsələn, -ma
2
inkar şəkilçisi ilə düzələn, vurğusu son hecanın 
üzərinə düşən asma, basma, doğma sözləri ilə, feili isim şəkilçisi 
ilə yaranan, ancaq vurğusu ilk hecaya düşən, ad bildirən eyni adlı 
sözlər və s. Həmçinin dilçilərdən İ.Məmmədovun fikrincə, ana 
dilimizdə omonimləşmənin bir yolu da şəkilçilərdə qrammatiklik-
dən (sözdəyişdiricilikdən) leksikliyə (sözdüzəltməyə) keçmə təşkil 
edir. Məsələn: yatacaq (qəti gələcək zaman şəkilçisi) - yatacaq 
(isim düzəldən şəkilçi), süzmə (isim düzəldən şəkilçi)-süzmə 
(feilin inkar şəkilçisi)” [39, 44]. Bu söz cütlüklərinin yalnız 
müəyyən bir qismini konversiyaya məruz qalan söz cütlüklərinə 
aid etmək düzgün olar. Həmin sözlər etimiloji olaraq eyni 
sözlərdir. Bu zaman qrammatika, eləcə də, leksikada formaların 
mənalarından biri müəyyən inkişaf mərhələsində əsas mənadan 
əlaqəsini kəsərək omonim səciyyəsi daşıyır. Etimoloji cəhətdən 
eyni olmayıb, yalnız qrammatiklikdən leksikliyə keçmənin 
nəticəsi olan, təsadüfi fonetik uyğunluq konversiyaya aid edilə 
bilməz.
L.A.Pokrovskaya qaqauz dilində vurğunun nitq hissələri 
arasında bir fərqlənmə vasitəsi olduğunu qeyd edir və onun 
vasitəsilə aşağıdakı nitq hissələrini fərqləndirir:
“1. Omonim isim və zərfləri, məsələn, авшáм 
“axşam”(isim) - áвшам “axşam”
(zərf), сабáа “səhər” (isim) - сáбаа “səhər”(zərf) və s.


81
2. Zəifləmiş mənalı sifət və zərflər; birinci halda – жа, 
-жä affiksləri vurğulu,
ikinci halda isə vurğusuz olur, məsələn, гöзäлжä
“olduqca gözəl”; гöзäлжä
“gözəlcə” 
3. Keçmiş zaman şəkilçili feillər və feilin hekayə şəklini 
qəbul etmiş ad bildirən
sözlər. Məsələn, йазды
“o yazdı”- йàзды “yay idi”; 
варды “o getdi”-вàрды
“var idi” [142, 80].
Y.Seyidov bu barədə yazır: “L.A.Pokrovskaya xeyli əvvəl 
-1964-cü ildə çap etdirdiyi “Грамматика гагаузского языка” 
əsərində maraqlı bir faktı qeyd edir. Yazır ki, qaqauz dilində 
vurğusu son hecada olan axşam və gecə isimləri vurğusu birinci 
hecaya keçəndə zərf our. Başqa türk dillərinə aid əsərlərdə belə 
faktlar qeyd edilmir, Azərbaycan türk dilində belə proses 
yoxdur” [45, 116].
Müasir ingilis dilində də bir qrup söz cütlükləri vardır ki, 
səslənməsinə görə eyni olub, vurğunun yeri ilə fərqlənirlər. Bunlar 
əsasən vurğusu ilk hecaya düşən isim və sifətlər və vurğusu son 
hecaya düşən feillərdir. Məsələn, 'present (hədiyyə)-to pre'sent 
(təqdim etmək), 'absent (iştirak etməyən)-to ab'sent (bir şeydən 
yayınmaq, boyun qaçırmaq) və s. Bu hallar bəzi dilçilər tərəfindən 
konversiya halına aid edilsə də (E.N.Bortniçuk, İ.V.Vasilenko, 
L.P.Pastuşenko), bir sıra dilçilər tərəfindən vurğunun yerinin 
dəyişilməsinin konversiyaya aid edilməsi təkzib edilir (A.İ.Smirn-
itski, M.Zeynallı və s.). A.İ.Smirnitski belə halın konversiyaya aid 
olmamasını onunla izah edir ki, “vurğunun yerinin dəyişilməsi eyni 
sözün formaarını fərqləndirmək üçün deyil, müxtəlif sözləri 
fərqləndirmək üçün istifadə edilir ki, bu da konversiyaya ziddir” 
[157, 17]. Həmçinin german dillərindən biri olan ingilis dilində 
sözlərdə vurğunun yerinin dəyişməsi haqqında K.Gözəlova və 
M.Zeynallı yazır: “Bu konversiyaya çox oxşayır. Amma bunun 
bəzi əlavə xüsusiyyətləri var. Vurğunun yerini dəyişməklə bir nitq 
hissəsi digərinə çevrilir. Sözlərin quruluşu eyni qalır” [188, 72].

'
'


82
Amma yuxarıda adı çəkilən dilçilərdən fərqli olaraq 
E.N.Bortniçuk, İ.V.Vasilenko, L.P.Pastuşenkonun fikrincə, 
konversiya zamanı törəmə sözdə vurğunun yeri dəyişmir. Amma 
bəzi hallarda bu baş verə bilir. Əgər isim və ona omonim olan 
feilin müxtəlif vurğu sistemləri varsa, deməli bu isimlər 
feillərdən yaranmışlar. Belə sözlərə conduct, conflict, contrast, 
convert, export, import və s. sözləri misal göstərmək olar [69, 
100]. İngilis dilində nəinki sadə, hətta mürəkkəb sözlərdə də 
vurğunun yerinin dəyişməsinə rast gəlmək olar. Belə mürəkkəb 
feillər iki vurğu qəbul etsə də, ona uyğun mürəkkəb isimlər bir 
vurğu qəbul edir və o da ilk hecaya düşür. Məsələn, to 'black 
'out (kölgədə qoymaq, ört-basdır etmək) — 'blackout (huşunu 
itirmə, tutqunlaşdırma) [6-61], to 'over 'flow (daşıb tökülmək) 
—'overflow
1) daşqın, sel 2)artıqlıq, çoxluq, bolluq [6-441]. 
E.N.Bortniçuk, İ.V.Vasilenko, L.P.Pastuşenko belə söz 
cütlüklərinin eyni sözdən yarandığını qeyd edirlər. Onların 
fikrincə, lüğətlərdə tez-tez belə sözlərin müxtəlif vurğu sistemi 
ilə verilməsinin şahidi olmaq olar. Bu da dildə yeni sözün 
yaranması və inkişafı ilə əlaqəlidir [69, 99]. 
Fikrimizcə, ingilis dilində vurğunun yerinin dəyişilməsi ilə 
sözün bir nitq hissəsindən digərinə keçməsi özlüyündə 
konversiyanı əks etdirir. Çünki sözlərə nəzər saldıqda görürük 
ki, onlar etimoloji olaraq eyni olan sözlərdir. Bu tipli söz 
cütlükləri nəinki fonetik səviyyədə, hətta leksik-semantik 
səviyyədə konversiyaya məruz qalır. Belə ki, bu sözlər bir 
kökdən ibarət olur və başqa bir nitq hissəsinə keçməklə həmin 
nitq hissələrinin qrammatik xüsusiyyətlərini qazanır. Konversiya 
prosesində həmin sözlər bəzən fərqli leksik mənalar əldə etmiş 
olur. Bunu yuxarıdakı nümunələr bir daha təsdiq edir. 
Sözün bir nitq hissəsindən digərinə transformasiyası za-
manı onun fonetik xüsusiyyətlərinin də dəyişməsini vurğulayan 
V.N.Miqirin qeyd edir ki, rus dilində müstəqil mənalı sözlərin 
modal ifadələrə keçidi zamanı onların fonetik tərkibi ixtisara 
məruz qalır. Məsələn, молвит—мол, не бойся—небось, 


83
видишь—ишь. Bəzən vurğunun dəyişilməsi də müşahidə edilir: 
'наголову—на'голову,'насмерть—на 'смерть, бе'гом—'бегом, 
'нехотя—не хот'я və s. Bəzi " - т " sonluqlu feili sifətlərin 
adyektivləşməsi zamanı vurğu əsasdan sonluğa keçir. Digər 
hallarda əsas sözlərin köməkçi sözlərə keçidi müstəqil vurğunun 
itməsi ilə müşayiət olunur [132, 163]. Amma V.N.Miqirin və 
E.S.Kubryakovanın konversiyaya aid etdikləri, motivləşmiş 
sözün sıfır morfem şəklində konversiya növü böyük rus dilçisi 
V.V.Vinoqradov tərəfindən konversiya yox, morfoloji 
sözdüzəltmə vasitəsinin “fonetik-morfoloji-suffiksiz növü” 
adlandırılır. Tədqiqatçı bu sözdüzəltmə üsulu üçün samit 
əsasının əvəzlənməsi və ya yumşalması, eləcə də vurğunun 
köçürülməsi hallarının xarakter olduğunu qeyd edir [74, 3].
V.V.Vinoqradov, E.S.İstrina, S.Q.Barxudarov rus dilində 
feili sifətlərin sifətlərə keçidi zamanı vurğunun yerinin 
dəyişməsinin yalnız leksik mənanın fərqliliyinin göstəricisi 
deyil, eləcə də feili sifətin sifətdən də fərqlənməsinin göstəricisi 
olduğunu göstərirlər. Məsələn, приб'лиженный (feili sifət) — 
прибли'женный (sifət), ун'иженный (feili sifət) — уни'женный 
(sifət) və s. [76, 522]. Bu dildə fonetik səviyyədə konversiya 
özünü nəinki adyektivləşmədə, eləcə də adverbiallaşmada da 
açıq-aydın göstərir. Belə ki, feili bağlamaların adverbiallaşması 
zamanı, vurğu əvvəlkindən fərqli olaraq əsas üzərinə, feili 
bağlamalarda isə fleksiya üzərinə düşür. Məsələn, 'молча 
(dinməz-söyləməz)— мол'ча(susaraq).
Dillərin tipoloji təsnifi zamanı diqqəti çəkən dil 
qruplarından biri də kök və ya amorf dillərdir. A.Babayev 
“köksözlü dillər” adlanan bu tip dilləri 2 qrupa bölür: 
“1) Çin-tay dilləri qrupu; 2) Tibet-Birma dillər qrupu. 
Bu dillərdə sözlər şəkilçi və qoşmalardan məhrum, 
köklərdən ibarətdir. Amorf dillərdən ən çox çin dili geniş areala 
malikdir” [16, 447]. Göründüyü kimi, belə dillərdə şəkilçi çox 
az olduğundan sözlərin mənası onun cümlədəki vurğusu ilə, 
qrammatik əlaqələr də ən çox fonetik və sintaktik vasitələrlə 
həyata keçirilir.


84
V.İ.Qorelov çin dilində konversiyanı “morfoloji transpo-
zisiya” adlandıraraq qeyd edir ki, konversiya halına vurğunun 
dəyişilməsi və səsin reduksiyası halları aid edilmir. Belə 
sözdüzəltmə vasitəsi çin dilində “fonetik-morfoloji sözdüzəltmə 
üsulu” adlandırılır. Bu zaman dildə sözlərin səslənməsində olan 
fərqlər başqa mənalı leksik vahidlərin yaranmasına gətirib 
çıxarır. Yeni yaranan söz yarandığı leksik vahidlə birlikdə dildə 
fəaliyyət göstərir. Beləliklə, bu sözlər müxtəlif səslənmə və 
mənaya malikdirlər. Eləcə də onları eyni qrafik forma birləşdirir. 
Məsələn, huāf 'ei (xərcləmək,işlətmək, sərf etmək)- huāfei (xərc, 
məsarif) və ya g'anshi (işləmək)- gānshi (işçi) və s.” [84, 100]. 
Fonetik səviyyədə baş verən konversiya hadisəsinə inkorporlaşan 
dillərdə rast gəlmək olmur. 
Göründüyü kimi, fonetik səviyyədə konversiya ən çox 
flektiv dillərdə və aqlütinativ dillərdən sayılan bəzi türk 
dillərində özünü büruzə verir. Bu da sözün bir nitq hissəsindən 
digərinə keçidi zamanı onun vurğusunun yerinin dəyişməsi kimi 
müşahidə olunur. Amma daha əvvəl də qeyd etdiyimiz kimi, bu 
səviyyədə yer alan konversiya hadisəsi bir çox dilçilər 
tərəfindən “fonetik –morfoloji sözdüzəltmə” kimi xarakterizə 
edilir. Fikrimizcə, flektiv dillərdən olan ingilis və rus dillərində 
yalnız vurğunun yerinin dəyişilməsi halları, eləcə də aqlütinativ 
dillərdən olan bəzi türk dillərində yer alan nitq hissələrinin 
diferensiallaşması ilə müşayiət edilən vurğunun yerinin 
dəyişilməsi halları və müəyyən qədər omonimləşmənin bir yolu 
olan qrammatikliləşmədən leksikliyə keçid hadisəsi fonetik 
səviyyədə konversiya hadisəsinə aid edilə bilər.
2.2. Morfoloji səviyyədə konversiya 
Hər hansı bir nitq hissəsi digərinə keçərkən, keçdiyi nitq 
hissəsinə məxsus morfoloji göstəriciləri qazanır. Bu zaman söz 
morfoloji cəhətdən də konversiyaya uğrayır. Ümumiyyətlə canlı 
dil sərt məhdudiyyətlərlə nizamlanmır və bir nitq hissəsindən 
digərinə keçiddə nisbi sərbəstlik şəraiti yaranır. Ona görə də nitq 


85
hissələrindəki keçid hadisələrinin yalnız sözlərin morfoloji 
xüsusiyyətləri ilə şərtləşdirilmiş kimi qeyd etmək lazım gəlir. 
“Morfoloji səviyyədə baş verən konversiya zamanı 
konversiyaya uğrayan sözlər keçdiyi nitq hissəsinə məxsus 
qrammatik kateqoriyaların şəkilçilərini qəbul edir. Bu zaman 
konversiya dərəcəsi daha yüksək olur” [10, 69]. Morfoloji 
səviyyədə konversiya hadisəsi müxtəlifsistemli dillərdə ən çox 
sözlərin isim sırasına keçməsi prosesində, yəni substantivləşmə 
zamanı özünü göstərir. Rus dilçilərindən olan N.M.Şanski qeyd 
edir ki, sözün bir qrammatik sinifdən digərinə keçməsi zamanı 
fərqləndirilən paradiqmaların semantik-qrammatik dəyişilməsi 
zamanı yeni sözün sözdəyişmə forması, müəyyən dərəcədə eyni 
cür qalır. Məsələn, substantivləşmə zamanı sifətlər isim kimi 
yalnız hallanır [174, 227].
Amma L.İ.Radzixovskaya və V.N.Suzdalseva substan-
tivləşmə zamanı sifətlərin morfoloji xüsusiyyətlərinin dəyişil-
məsini qeyd edirlər. Onların fikrincə, bu zaman belə sifətlər 
kəmiyyətə görə dəyişir. Hətta bəzi substantivləşmiş sifətlər 
yalnız tək halda (жаркое, горячее, сладкое) işlənir. Digərləri 
(родные, близкие) isə cəm şəkilçisi qəbul edərək, yalnız cəmdə 
işlənir [148, 342].
İ.İ.Meşaninov bu barədə yazır: “Təkcə cümlə üzvləri deyil, 
nitq hissələri də öz qrammatik kateqoriyaları ilə səciyyələndirilir. 
Onlar vasitəsilə sözlərin hansı söz qruplarına mənsubiyyəti 
müəyyən edilir. Sözün bir nitq hissəsindən digərinə keçidi bu 
qrammatik kateqoriyaların dəyişməsinə səbəb olur. Belə ki, ismə 
keçən sifət öz əlamətlərini itirərək onun əvəzinə başqalarını alır. 
Rus dilində o isim kimi müəyyən cinsə aid olmanı əldə edir və 
sifətlərdən fərqli olaraq cinsə görə dəyişmir, məsələn 
столовая( qonaq otağı) və столовая ложка (xörək qaşığı), 
столовое белье (qonaq otağına məxsus ağlar). Zərf olan isim 
artıq hallara görə dəyişmir” [131, 247]. Amma rus dilində 
sözlərin yalnız bir cinsdə işlənməsi halı sifətlərin tamamilə 
isimlərin sırasına daxil olması zamanı yer alır. Məsələn, 
дневальный (növbətçi), ловчий (ovçu), портной (dərzi) kimi 


86
sözlər yalnız kişi cinsində, запятая (vergül), набережная 
(sahil), прачечная (camarşırxana) kimi sözlər yalnız qadın 
cinsində, насекомое (həşərat), приданое (cehiz) və s. yalnız 
orta cinsdə işlənərək, o cinsə məxsus sonluqları qəbul edir.
Müasir rus dilində -до,-из,-с (со) və s. sözönlü çoxlu 
sayda qısa formalı kişi və orta cinsə məxsus yiyəlik halda olan 
sifətlər zərfə konversiya etmişdir. Xüsusilə də isimlərin 
adverbiallaşması zamanı, fleksiyalar suffiksə, sözönüləri isə ön 
şəkilçiyə çevrilir. Dilin bu səviyyəsində baş verən konversiya 
halı bir çox rus dilçiləri tərəfindən morfoloji - sintaktik 
sözdüzəltmə vasitəsi adlandırılır (V.V.Vinoqradov, N.M.Şanski, 
E.S.Xmelyovskaya və s.). Belə keçid prosesləri zamanı hətta 
mənbə sözlərə məxsus morfoloji göstəricilər keçdiyi nitq 
hissəsinin morfoloji göstəricisi olmaq statusunu qazanır. Bu hal 
əsasən flektiv dillərə, xüsusilə rus dilinə xasdır. Nəinki ana 
dilimizdə, eləcə də bir çox türk dillərində dilin bu səviyyəsində 
baş verən keçid hadisəsi xüsusilə substantivləşmə və 
adverbiallaşma zamanı geniş müşahidə olunur.
V.N.Miqirin rus dilində morfoloji səviyyədə baş verən 
konversiya hadisəsini sözlərin bir nitq hissəsindən digərinə 
transformasiyası zamanı morfoloji tərkibin dəyişilməsi kimi 
qeyd edir. Bu dəyişimi o belə təsvir edir: “Müstəqil mənalı 
sözlərin köməkçi sözlərə transformasiyası zamanı sadələşmə baş 
verir: morfemlər mənalarını itirir və daha həmin mənada 
işlənmirlər. Sözönlü-hal qrupların adverbiallaşmasıyla yaranan 
zərflərdə əvvəlki sözönü ön şəkilçisi funksiyasında işlənir: 
назло, втайне, вначале. Zərflərdə əvvəlki sonluqlar sonradan 
suffikslərə çevrilirlər: авансом, слишком. Nidalar substantiv-
ləşərək morfoloji üzvlənmə qanununa tabe olurlar. Buna 
cпасибо sözünü misal gətirmək olar. Bu nida isimləşərək 
hallanmağa və köklə şəkilçiyə ayrılmağa başlayır” [132, 162]. 
Rus dilində olduğu kimi, ingilis dilində də dilin bu 
səviyyəsində konversiya baş verir. “Konversiya zamanı yaranan 
yeni söz başqa kateqorial məna əldə edir. Eyni zamanda 
morfoloji səviyyədə dəyişən sözlər başqa paradiqmalar qazanır. 


87
Məsələn, The story was filmed. You must respect your elders. və 
s.” [58, 41].
İ.V.Arnold, Y.A.Jluktenko, O.D.Meşkovun fikrincə, 
flektiv dillərə aid edilən ingilis dilində substantivləşmə zamanı 
söz isimlərə məxsus morfoloji və sintaksis xüsusiyyətlər əldə 
edir. Morfoloji xüsusiyyətlər dedikdə, əsasən, cəm şəkilçisi, eyni 
zamanda da hal sonluğu və artikl nəzərdə tutulur. Göründüyü 
kimi, bu dildə morfoloji səviyyədə konversiya sözlərin keçid 
zamanı yeni sözdəyişmə formaları, yəni paradiqmalar qazanması 
kimi başa düşülür. Bu da özünü substantivləşmə və verballaşma 
zamanı göstərir. R.Z.Muryasov sözdəyişdirmə paradiqması 
haqqında yazır: “Əgər sözdəyişdirmə paradiqması qrammatik 
kateqoriyanın morfoloji təqdimat modelidirsə, onda dəyişməz 
mənalı sözdüzəltmə strukturları dəsti sözdüzəltmə kateqoriya-
larının təqdimat modelidir” [137, 65]. Morfologiyada hər hansı 
bir qrammatik kateqoriya bir yox, bir neçə sözdəyişmə 
paradiqmaları ilə təqdim olunur. Buna R.Z.Muryasova misal 
olaraq qədim german dillərində, eləcə də müasir alman dilində 
hallanmanın müxtəlif sözdüzəltmə strukturları ilə verilməsini 
göstərir. 
Azərbaycan dilində substantivləşmə zamanı morfoloji 
səviyyədə baş verən keçid hadisəsi haqqında C.Cəfərov deyir: 
“Substantivləşmə üç cəhətin – leksik məna, sintaktik vəzifə və 
morfoloji əlamətin vəhdəti əsasında baş verir” [17, 10]. 
N.A.Baskakov sifətlərin substantivləşməsi zamanı türk dillərinin 
oğuz dil qrupuna daxil olan türkmən dilində də morfoloji 
səviyyədə baş verən konversiya hadisəsini belə təsvir edir: 
“Əgər sifətlər substantivləşirsə, onda onlar say və hallara görə 
dəyişir. Bu zaman belə sözlər isimlər kimi mənsubiyyət şəkilçiləri 
qəbul edir. Məsələn, Гызыллар аклары ендилер.(Qırmızılar 
ağlara qalib gəldilər.) Burada –лар cəm şəkilçisi, - ы isə təsirlik 
hal şəkilçisidir” [89, 138].
Morfoloji səviyyədə baş verən konversiya hadisəsi hətta kök 
dillərə aid edilən çin dilinə də xas bir xüsusiyyətdir. Dilçilərdən 
V.İ.Qorelov çin dilində morfoloji səviyyədə baş verən konversiya 


88
haqqında danışarkən qeyd edir ki, əgər transpozisiya leksik--
morfoloji mühitin dəyişməsi ilə əlaqəlidirsə, bunun nəticəsi olaraq 
da əvvəl leksik vahidə xas olmayan sözdəyişmə paradiqması 
yaranırsa, eləcə də başqa sintaktik xüsusiyyətlər meydana çıxırsa, 
onda belə transpozisiyanı morfoloji transpozisiya adlandırmaq 
düzgün olardı [84, 95]. Bununla belə sözün kateqorial mənası da 
dəyişir. Çin dilində belə bir model onunla xarakterizə edilir ki, 
paradiqmanı yalnız törəmə söz yaradır. Belə ki, mənbə söz 
formalar sisteminə malik olmayaraq, yalnız sintaktik xüsusiyyət-
lərin müəyyən məcmusuna malik olur [84, 97]. Amma biz 
aqlütinativ və flektiv dillərdə olduğu kimi kök dillərə aid edilən çin 
dilində konversiya hadisəsinin sözlərin tam olaraq morfoloji 
səviyyəsində baş verməsindən danışa bilmərik. Çünki bu dildə 
konversiya vasitəsilə yaranan sözlər sistematik sözdəyişdirmə 
paradiqmalarını tam olaraq yarada bilmir. Belə ki, kök dillərdə 
söz formaları azlıq təşkil edir. Bu zaman yaranan söz 
formalarını biz sadəcə olaraq paradiqma hissələri adlandıra 
bilərik. 
İltisaqi və flektiv dillərdə geniş, köksözlü dillərdə isə 
az-az təsadüf edilən morfoloji səviyyədə konversiya hadisəsinə 
müəyyən dərəcədə inkorporlaşan dillərdə də rast gəlmək olar. 
İnkorporlaşan dillərdən biri də koryak dilidir. A.N.Jukova 
koryak dilində baş verən konversiya zamanı yeganə fərq kimi 
yalnız sözlərin sözdəyişmə paradiqmalarının olması faktını 
göstərir [99, 94]. Onun fikri özlüyündə bu cür dillərdə morfoloji 
səviyyədə baş tutan keçid hadisəsinə bir nümunədir. 
A.N.Kononov türk dillərindən biri olan özbək dilində 
sözlərin zərfləşməsi zamanı morfoloji səviyyədə baş verən 
konversiya haqqında yazır ki, müasir özbək dilində zərflərin 
əksər hissəsi sözün sözdəyişmə formalarının “təcrid 
edilmə”sindən ibarət zərflər təşkil edir. Bu zaman hər hansı bir 
sözün müəyyən sözdəyişmə formasında işlənməsinin 
leksik-semantik xüsusiyyətləri nəticəsində həmin sözlər verilmiş 
sözdəyişmə paradiqmalarının hamısından təcrid edilir və zərf 
mənasını qazanır [114, 288].


89
Əsasən hal şəkilçiləri qəbul etmiş isimlərin sözdəyişmə 
şəkilçilərinin, konversiya zamanı zərf suffiksi statusu qazanması 
hallarına türk dilləri ailəsinin qərb qoluna daxil edilən yakut 
dilində də rast gəlmək olar. “Bu zaman yenə də hal şəkilçiləri 
qəbul etmiş isimlər adverbiallaşma zamanı özlərinin əvvəlki ad 
mənalarını itirir, artıq ad mənasını ifadə etmir. Hal sonluqları 
sadəcə olaraq zərfin suffiksinə çevrilirlər. Onların nitq 
funksiyası yalnız kontekstlə fərqlənir. Məsələn, кыhын " 
qış,qışda", сайын "yay, yayda", cаас "yaz, yazda" və s.” [88, 
362]. A.Axundov Azərbaycan dilində morfoloji səviyyədə 
konversiya haqqında bunları qeyd edir ki, konversiyaya uğrayan 
söz substantivləşmə zamanı hal, kəmiyyət, mənsubiyyət və 
xəbərlik şəkilçilərini, verballaşma zamanı inkarlıq, növ, zaman, 
şəkil və şəxs şəkilçiləri qəbul edir [10, 68]. Azərbaycan dilində 
adverbiallaşma zamanı morfoloji səviyyədə yer alan konversiya 
hadisəsinə türk və rus dilində morfoloji-sintaksis adlandırdığımız 
sözdüzəltmə üsulu zamanı rast gəlmək olar. Bu həmin dillərdə 
olduğu kimi, ana dilimizdə də ən şox hal şəkilşisi qəbul etmiş 
sözlərdə olur. “Sifət və saylar, əsasən, çıxışlıq halında 
adverbiallaşır. Çıxışlıq halı, xüsusilə sifətin adverbiallaşaraq zərfə 
keçməsinin əsas mənbəyidir. Birdən, çoxdan, ucadan, astadan, 
bərkdən, qəfildən və s. sözlərin tərkibindəki bir, çox, uca, asta,
bərk, qəfil sözləri çıxışlıq halında işlənərək əvvəl substantivləşmiş 
çıxışlıq hallı söz zərflik funksiyasında işlənmişdir. Çıxışlıq hal 
formasında olan sözlər zərflik funksiyasında müntəzəm 
işləndikcə söz hal sistemindən ayrılır, hal şəkilçisinin mənası 
itir, çıxışlıq hallı sözlə feilin leksik-qrammatik əlaqəsi dəyişir, 
feillə idarəolunma xüsusiyyətlərini itirir, yanaşma əlaqəsinə 
girir. Söz hal şəkilçisi ilə birləşərək , xarici forma etibarilə sifətə 
və ya başqa nitq hissəsinə oxşasa da, bir leksik vahid kimi zərf 
kateqoriyasına daxil olur. Şəkilçinin qrammatik mənası itdiyi 
üçün söz ayrı-ayrı morfemlərə ayrılmır” [5, 64]. Bu zaman 
Azərbaycan dilində adverbiallaşmaya məruz qalan sözlərdəki 
hal şəkilçiləri zərfləşmə zamanı kateqorial məna dəyişikliyinə 
uğradığına görə, bu şəkilçilər zərf yaradan suffikslərə çevrilirlər.


90
Göründüyü kimi, konversiya zamanı mənbə və törəmə 
sözün morfoloji göstəricilərində fərq nitq hissələrində keçidin 
əhəmiyyətli göstəricilərindən sayılır. Nitq hissələrinin 
konversiyası zamanı qrammatik formalarından məhrum olan 
köməkçi nitq hissələri, əsas nitq hissələrinə, xüsusilə isim 
sırasına keçərkən, yeni morfoloji göstəricilər qazanır. Fikrimiz-
cə, morfoloji səviyyədə konversiya özünü müxtəlifsistemli 
dillərdə iki cür büruzə verir: 
1) Mənbə və törəmə sözlər keçid zamanı səslənmələrinə 
görə eyniyyət təşkil etsə də, morfoloji səviyyədə baş verən 
konversiyanın nəticəsi kimi onlar morfoloji paradiqmalar 
fərqliliyi qazanırlar. Belə hallara demək olar ki, əksər dillərdə 
rast gəlinir. Bu dillərə aqlütinativ, flektiv, kök və inkorporlaşan 
dilləri də aid etmək olar. Eləcə də bu ən çox özünü 
substantivləşmə, verballaşma zamanı göstərir. 
2) İkinci halda isə əvvəldə də qeyd etdiyimiz kimi, hər 
hansı bir nitq hissəsinə məxsus qrammatik kateqoriyaların 
göstəriciləri keçdiyi nitq hissəsinin morfoloji göstəricisi olmaq 
funksiyasını daşıyır. Yəni, məsələn, mənbə sözün fleksiyası 
törəmə sözün suffiksinə çevrilir. Formalarına görə eyni olan 
morfemlər mənbə sözdə qrammatik məna ifadə etsələr də, 
törəmələrdə sözdüzəltmə səciyyəsinə malik olurlar. Bunu ən çox 
iltisaqi dillərə aid edilən dillərdə, eləcə də Azərbaycan dilində, 
flektiv dillərdən olan rus dilində adverbiallaşma zamanı 
müşahidə etmək olur. 
2.3. Sintaktik səviyyədə konversiya 
Sintaksis bildiyimiz kimi, bilavasitə təfəkkür və ünsiyyətlə 
bağlı dil səviyyəsidir. Başqa dil səviyyəsinə aid vahidlər 
sintaksis vasitəsilə təfəkkürün formalaşmasında yaxından iştirak 
edirlər. Söz birləşmələri, cümlə və cümlə üzvlərinin əlamət və 
xüsusiyyətlərini, onların mövqeyini aydınlaşdıran sintaktik dil 
səviyyəsində də konversiya hadisəsi baş verir. Sintaqmlar 
haqqında elm sahəsi kimi başa düşülən sintaksisi A.Axundov 


91
belə təhlil etmişdir: “Sintaksisi qrammatkanın cümləni 
kommunikativ, söz birləşməsini isə nominativ vahid kimi öyrənən 
şöbəsi adlandırmaq düzgün olardı” [11,155]. Deməli, dilin 
sintaktik səviyyəsində konversiya hadisəsini şərh edərkən nəinki 
sözlərdə baş verən keçid hadisəsini, eyni zamanda cümlənin və 
eləcə də söz birləşmələrinin qrammatik quruluşlarında baş verən 
dəyişiklikləri də aid edə bilərik. 
İlk əvvəl sözün bir nitq hissəsindən digərinə keçidi 
prosesində sintaktik səviyyədə baş verən konversiyanı nəzərdən 
keçirək. Qeyd etdiyimiz kimi, A.Axundov sintaktik konversiyanı 
bütün nitq hissələrinə aid edərək, sözün heç bir şəkli dəyişikliyə 
uğramadan başqa nitq hissəsi yerində işlənməsi kimi şərh edir [10, 
68]. Bu konversiya növü bəzi türk dillərində “sintaktik konversiya” 
adlandırılır. Türk dillərə ailəsinə daxil olan yakut dilində baş 
verən sifətlərin substantivləşməsinin iki növü haqqında deyilir: 
“Yakut dilində substantivləşmə iki üsulla reallaşır: sintaktik və 
morfoloji. Sintaktik üsul zamanı xüsusi forması olmayan 
sifətlər, müəyyən kontekst daxilində əşyavilik mənasını əldə 
edirlər” [88, 170]. N.A.Baskakov tərəfindən bu üsul leksik üsul, 
A.N.Kononov tərəfindən isə sintaktik üsul adlandırılır. 
Bu konversiya növünü “sintaktik” adlandıran alimlər bu 
zaman sözlərin sintaktik mühitə düşərək həmin nitq hissəsinə 
məxsus xüsusiyyətlər daşımasını nəzərdə tuturlar. Tam 
konversiyaya uğrayan sözlər tamamilə başqa leksik-qrammatik 
sinfə aid edilərək, onun bütün semantik-morfoloji xüsusiy-
yətlərini qəbul edir, tamamilə başqa sintaktik funksiyada işlənir. 
Amma, fikrimizcə, bu konversiyanı sözlərin leksik-semantik 
səviyyəsində baş tutan konversiya adlandırmaq daha düzgün 
olardı. Çünki bu sözlər yeni leksik-semantik məna çaları 
qazanmaqla digər qrammatik kateqoriyalar əldə edirlər. Bu 
konversiyanı sintaktik konversiya adlandırmamağımızın bir 
səbəbi də odur ki, hər hansı bir sözün ikinci sintaktik funksiya 
daşımasını sözyaratmaya aid etmək düzgün olmazdı. F.Zey-
nalovun fikrincə, hər hansı bir nitq hissəsini digərindən 
fərqləndirmək üçün cümlə üzvləri kriteriya ola bilməz [53, 122]. 


92
Bir çox hallarda hər hansı bir nitq hissəsi bir neçə cümlə üzvü 
funksiyasını daşıya bilir. Ümumiyyətlə, konversiya zamanı 
sözün ikili sintaktik funksiya qazanması fikri dilçilikdə 
mübahisəli olaraq qalır.
Dilçilərin bir qrupu bu fikrin tərəfdarı olsalar da, 
digərlərinə görə eyni zamanda sözün bir neçə nitq hissəsinə aid 
edilməsi onun cümlədəki sintaktik mövqeyi ilə müəyyən edilir. 
M.Şirəliyev nitq hissələrinin təsnifatında sözün cümlədə tutduğu 
sintaktik mövqeyə üstünlük verilməsinin müsbət cəhətini onunla 
izah edir ki, cümlədə sintaktik funksiya adı altında nitq 
hissələrinin başqa cümlə üzvlərinin deyil, digər nitq hissələrinin 
şəklini qəbul etməsi aktı nəzərdə tutulur [176, 177]. Yəni, onun 
fikrincə, isimlər cümlədə sifət funksiyasını, sifət zərf , say zərf, 
qoşma sifət və ya zərf funksiyasını daşıya bilər. Beləliklə o, 
sözlərin ikili sintaktik funksiyası daşıya bilməsini rədd edir. 
İ.İ.Meşaninov bununla bağlı yazır: “Təəssüf ki, dilçilikdə elə 
hallara rast gəlmək olur ki, ayrıca götürülmüş sözün müəyyən 
cümlə üzvünün sintaktik mənasını daşıması, bu sözün əsasən 
həmin cümlə üzvünə uyğun gələn nitq hissəsinə aid edilməsi 
üçün kifayət dəlil hesab edilir. Belə ki, bəzi elmi işlərdə 
isimlərin çox hissəsi zərf və modal sözlərə ona görə aid edilir ki, 
onlar cümlənin quruluşunda zərflik və ya ara sözlər kimi çıxış 
edirlər. Nəticədə cümlə üzvlərinin nitq hissələri ilə qeyri-iradi, 
amma tamamilə təhlükəli eyniləşdirilməsi baş verir. Belə 
oxşarlığa heç vəchlə yol verilməməlidir. Amma cümlə üzv-
lərinin nitq hissələri ilə qarşılıqlı əlaqəsinin fəaliyyətdə olan 
qüvvəsi yenə də tam mənası ilə qalır. Sifət substantivləşərək 
isim sırasına daxil olmaqla yanaşı, özünün verilmiş sintaktik 
tətbiqində bəzən sifət olaraq da qala bilir” [131, 248]. Burada 
rus dilçisinin fikri M.Şirəliyevin fikri ilə üst-üstə düşür. Hər iki 
dilçinin fikrincə, sözlər cümlədə müəyyən sintaktik mühitə 
düşərək, başqa nitq hissəsinə keçir. Lakin onlar sözlərin ikinci 
sintaktik funksiya daşıya bilməsi fikrini qəbul etmirlər. 
E.Kuriloviç qeyd edir ki, eyni söz qeyd edilmiş sintaktik 
əhatədə olaraq ikili sintaktik mənada çıxış edə bilər. Söz 


93
yaradıcılığı prosesinin iki mərhələsi var. Bunlardan biri sintaktik 
söz yaradıcılığı mərhələsi, digərini isə leksik söz yaradıcılığı 
mərhələsidir. Yalnız leksik söz yaradıcılığı mərhələsində sözlər 
ikili sintaktik funksiya əldə edirlər [122,63]. E.S.Kuriloviç 
sözlərin konversiya zamanı ikinci sintaktik funksiya qazanma-
sının mümkünlüyünün də tərəfdarı kimi çıxış edir. 
Ümumiyyətlə, konversiya zamanı sözlər ikili sintaktik 
funksiya qazanır. Çünki sözlərin kateqorial mənasıyla sintaktik 
funksiyaları arasında müəyyən qarşılıqlı əlaqə mövcuddur. 
Kateqorial mənadan asılı olaraq hər bir nitq hissəsi üçün eyni bir 
morfoloji sinfə məxsus sözlərin sintaktik funksiyalarının 
müəyyən iyerarxiyası təyin edilir: 1) adi sintaktik funksiya; 2) 
ikinci sintaktik funksiya. Burada ikinci sintaktik funksiyaya 
misal olaraq sifət, feili sifətin mübtəda, tamamlıq funksiyasında 
çıxış etməsini misal göstərmək olar. Müstəqil mənalı sözlər 
əvvəlkindən fərqli olan ikinci sintaktik funksiya əldə edirsə, 
məsələn isim zərflik funksiyasında işlənirsə, onun kateqorial 
mənasında zəifləşmə, beləliklə də, onun sözönülər sırasına daxil 
olan sözlərə yaxınlaşması üçün şərtlər yaranır. Məsələn, bu 
barədə E.P.Çerkasova qeyd edir ki, müstəqil mənalı sözlərin 
xüsusi formalarının sözönüləri sırasına keçməsinin əsas şərtləri 
bunlardır: cümlədə başqa sözlərlə qeyri-adi məna və sintaktik 
əlaqələr nəticəsində verilmiş müstəqil mənalı sözün kateqorial 
mənasının dəyişməsi, verilmiş sözün arxasında sözlərin sırası-
nda müəyyən yerin möhkəmlənməsi, sözlərin qovuşmasına aid 
olan birləşmənin sabitliyi. Məsələn, во время, в направлении к 
[173, 19].
J.M.Quzeyev türk dillərində sintaktik səviyyədə konvers-
iyanın lüğətlərdə öz əksini tapması barədə yazır: “Birbaşa mənada 
sifət funksiyasında, təyin mövqeyində isimlərin yalnız istifadəsi 
deyil, onların məcazi mənada işlənməsi də ümumi türk lüğətlərində 
öz əksini ayrıca tapmalıdır. Yenə də belə konversiya halının 
lüğətlərdə işıqlandırılması birmənalı olaraq məsələnin həllinə 
kömək etmir. Çünki bu sözlər leksik-qrammatik omonimlərə çox 
bənzəyir. Bu iki konversiya növü tamamilə bir-birindən fərqlənir 


94
və onlar müxtəlif üsullarla lüğətlərdə tədqiq edilməlidir” [90, 74]. 
Buradan da göründüyü kimi, müəllif hər iki konversiya növünün 
fərqli olmasını qeyd edir.
Söz bir nitq hissəsindən digərinə ya müəyyən qrammatik 
əlamətlər vasitəsilə, ya da heç bir qrammatik göstərici olmadan 
keçir. Formal göstəricisi olmayan sözün hansı nitq hissəsinə aid 
olmasını leksik və qrammatik mənalarına, sintaktik funksiyasına 
görə müəyyən etmək olur. Ümumiyyətlə, dilin sintaktik səviyyə-
sində baş verən konversiya zamanı, sintaktik xüsusiyyətlərin 
dəyişilməsi keçidin əsas göstəricilərindən hesab edilir. Bu 
zaman artıq başqa nitq hissəsi sırasına daxil olan söz sintaktik 
dəyişmələrə uğrayır. Məsələn, rus dilində adverbiallaşan təsirlik 
halında olan isimlər təsirsiz feillərlə də işlənə bilir: капельку 
уставать (azca yorulmaq) və ya Azərbaycan və ingilis dilində 
adyektivləşən isimlər başqa isimlərlə təyin oluna bilir. Məsələn, 
daş divar, stone wall. 
Ə.Dəmirçizadə və Z.Tağıyev hər hansı bir ismin 
sifətləşincə heç olmazsa, mənaca üç pilləli inkişaf yolu keçməsinin 
zəruri olduğunu vurğulayırlar. Bu üç pilləli inkişaf yolunun 
ikincisi, dilçilər tərəfindən sintaktik pillə hesab edilir. Tədqiqatçılar 
bu pillə haqqında yazırlar: “Bu pillədə isimlər yanaşma yolu ilə 
tərkib əmələ gətirir, tərkibindəki birinci söz ikinci sözü öz əsas 
məzmununa müvafiq şəkildə müəyyənləşdirir. Deməli, burada 
hər şeydən əvvəl, təyinlə təyin olunan sözlərin birləşməsi vardır. 
Əlbəttə, məzmunca təyinlə sifət arasında fərq çox azdır; lakin 
buradan belə bir nəticə çıxarmaq olmaz ki, təyin varsa, sifət var. 
Çünki hamının qəbul etdiyi kimi, cümlə üzvü nitq hissəsi demək 
deyil və nəinki sintaktik vəzifə və məna, hətta təkcə lüğəvi məna 
da, sözləri nitq hissələri üzrə qruplaşdırmaq və nitq hissələrinin 
xarakter cəhətlərinin müəyyəmləşdirmək üçün kafi deyildir. Hər 
hansı bir sözün bu və ya digər nitq hissəsi qrupuna mənsub 
olması üçün başqa əlamətlər də olmalıdır. Halbuki, bu pillədə 
hələ sifətin ancaq sintaktik vəzifəsi və bu vəzifənin məzmununa 
görə vəziyyəti nəzərə çarpır” [23, 48-49].


95
Sintaktik səviyyədə baş tutan konversiya hadisəsi, 
göründüyü kimi, isimlərin adyektivləşməsi zamanı da özünü 
göstərir. Doğrudan da, bu zaman belə isimlərdə müəyyən nitq 
hissəsinə məxsus xüsusi göstəricilərə rast gəlmək olmur. Yalnız 
bu isimlər sifətə keçid zamanı başqa sözlərlə cümlədə sintaktik 
əlaqəyə girərək başqa nitq hissəsi funksiyasını daşımağa 
başlayır. Göründüyü kimi, sintaktik şəklidəyişmə hələ 
konversiya demək deyildir. Keçid zamanı bu mərhələnin baş 
verməsiylə hələ yeni leksik vahid yaranmır. Sintaktik səviyyədə 
baş tutan keçid hadisəsini konversiyanın yarımmərhələlərindən 
biri kimi səciyyələndirmək olar. 
Qeyd etdiyimiz sintaktik xüsusiyyətlərin tam dəyişilməsi 
sözün keçdiyi nitq hissəsinin bütün funksional göstəricilərini 
əldə etməsi, bu xüsusiyyətlərin qismən dəyişilməsi isə 
göstəricilərin qismən qazanılmasından asılıdır. Buna ən çox 
substantivləşmə zamanı rast gəlmək olur. Belə ki, kontekstual və 
ya A.N.Kononov tərəfindən okkazional adlandırılan substantiv-
ləşmə zamanı, hər hansı bir söz, xüsusi konteksdə, müəyyən 
sintaktik şəraitdə isim kimi çıxış edir. Demək olar ki, bütün nitq 
hissələrinə məxsus sözlər bu yolla isimləşmə qabiliyyətinə 
malikdir. Substantivləşmiş söz cümlədə funksiyasından asılı 
olaraq qrammatik forma əldə edir. A.N.Kononov özbək dilində 
substantivləşmənin sintaktik üsulu olan okkazional substan-
tivləşmə haqqında yazır: “Bu zaman substantivləşmə müvəqqəti 
xarakter daşıyır. Substantivləşən nitq hissələri vasitəli tamamlıq 
funksiyasında təsirlik hal şəkilçisini, təyin funksiyasında isə 
yiyəlik hal şəkilçisini qəbul edir (III növ təyini söz birləşməsi): 
“Ӯзингиз кӯпни кӯргансиз”,—деди Исамаддин. (Siz özünüz 
çoxunu gördünüz,—İsaməddin dedi” [114, 143]. 
Flektiv dillərdən biri olan ingilis dilində konversiya 
haqqında danışarkən Y.A.Jluktenko qeyd edir ki, müasir ingilis 
dilində sözün morfoloji tərtibatı çox kasıbdı, hətta çox vaxt 
paradiqmalar tamamilə olmur. Təbiidir ki, bu halda sözün 
tərtibatında sintaktik uyğunlaşmanın rolu artır. Amma bu halda 
belə paradiqmanın məhdud rolu xüsusi “sintaktik” konversiyanın 


96
yaranmasına gətirib çıxarmır. Yaranan söz həmişə konversiya 
halında olduğu kimi, eyni zamanda başqa sintaktik xüsusiyyətlər və 
yeni morfoloji kateqoriyalar əldə edir. Baxmayaraq ki, sonuncular 
xüsusi göstəricilərlə ifadə olunmayıb [98, 61].
V.N.Yartsevanın fikrincə, xüsusilə ingilis dilində elə sözlər 
vardır ki, onlar heç bir morfoloji göstəriciyə malik deyildir. Belə 
halda konversiya vasitəsilə bir-biri ilə əlaqəli olan mənbə və törəmə 
sözlərin fərqləndirici cəhətləri yalnız onların cümlədəki başqa 
sözlərlə sintaktik uyğunluğudur [178, 222].
V.İ.Qorelov kök dillərdən ən çox yayılanı olan çin dilində 
sintaktik səviyyədə baş verən konversiyadan bəhs edərkən əksər 
dilçilər kimi yenə də leksik-semantik səviyyədə baş verən 
konversiyadan danışır. Onun fikrincə, əgər transpozisiya 
morfoloji mühitin dəyişməsi, nəticə etibarilə yeni sözdəyişmə 
paradiqmasının formalaşması ilə müşayiət edilmirsə və verilmiş 
prosesin nəticəsini yalnız mənbə leksik vahidin sintaktik 
funksiyalarının dəyişməsi təşkil edirsə, onda belə transpozisiya 
növü sintaktik transpozisiya adlanır. O, çin dilinin qədim ədəbi 
dili olan venyana üçün sintaktik transpozisiyanı səciyyəvi sayır 
[84, 93]. Çin dilində sintaktik transpozisiyaya misal olaraq 
isim→sifət, sifət→isim, sifət→zərf istiqamətində olan keçidlər 
verilmişdir. Maraqlısı odur ki, V.İ.Qorelov belə keçid hadisə-
lərini konversiya adlandırmır. O qeyd edir ki, sintaktik transpo-
zisiya morfoloji transpozisiyadan fərqli olaraq sözdəyişmə 
paradiqmasının dəyişməsi ilə əlaqədar olmayaraq leksik 
vahidlərin fəaliyyəti üçün təsadüfi bir hadisədir [84, 95]. 
Tədqiqatçı sintaktik transpozisiya deməklə, sözün bir 
vəziyyətdən digərinə keçməsini, bunun nəticəsi olaraq da 
kateqorial dəyişikliklərin baş verməsini və nitq hissələri arasında 
özünəməxsus funksiyaların mübadiləsini nəzərdə tutur. Bununla 
belə bütün bunların baş verməsini konversiya hesab etməmək 
düzgün deyil. 
Bəzən nadir hallarda hətta müasir çin dilində söz 
birləşmələrinin sözlərə keçidinə də rast gəlmək olur. Məsələn, 
buna misal olaraq гемин “inqilab” (çevriliş etmək), цзянцзюн 


97
“general” (ordunu aparmaq) göstərmək olar. Bəzən bu, 
bütünlükdə leksik-qrammatik kateqoriyanın fərqləndirici 
xüsusiyyətlərindən biri kimi səciyyələndirilə bilər [92, 15]. 
Göründüyü kimi, çin dilində sintaktik səviyyədə nəinki bir 
sözün digərinə keçidi, eləcə də söz birləşmələrinin sözə keçidi 
baş verir. 
Nəinki kök dillər, eləcə də inkorporlaşan dillərdə də 
sintaktik səviyyədə baş tutan konversiyanın şahidi olmaq olar. 
Bəzən inkorporlaşan dillərdən biri olan koryak dilində feil və 
isim paradiqmaları üst-üstə düşə bilər. Məsələn, feilin infinitiv 
(məsdər forması) forması ilə, yerlik halda olan isim üst-üstə 
düşür— анъя-к “cavab vermək” və анъя-к “cavabda”, 
эмнолы-к “kədərlənmək” və эмнолы-к “kədərdə” və s. [99, 
94]. Burada bir-birinə tam uyğun gələn söz cütlüklərini yalnız 
onların düşdükləri sintaktik mühit fərqləndirir.
Artıq əvvəl də qeyd etdiyimiz kimi, sintaktik səviyyədə 
konversiya hadisəsi nəinki söz səviyyəsində, eləcə də söz 
birləşməsi və cümlə səviyyəsində də yer alır. Söz birləşmələri, 
eləcə də cümlələrin qrammatik quruluşlarının dəyişilməsi ilə 
müşayiət olunan konversiya hadisəsinə əsasən rus və ingilis 
dillərində daha çox rast gəlmək olur. Məsələn, rus dilində, 
Игорь имеет сына.(İqorun oğlu var.) → Сын Игоря (İqorun 
oğlu); Я люблю весну.(Mən yazı sevirəm.)→ Моя любовь к 
весне (Mənim yaza sevgim); She has a daughter.(Onun qızı 
var.)→ Her daughter (Onun qızı); He arrived home.(O evə 
çatdı.) → Her arrival home (Onun evə gəlişi) və s. Bu 
misallarda leksik məna qorunmaqla xəbər sintaqmı nominativ 
sintaqma keçir. Amma yenə də belə konversiya növləri 
T.N.Nikolayeva, P.A.Sobolyova, S.K.Şaumyan tərəfindən 
transformasiya adlandırılır. Belə konversiya halını “sintaktik 
transformasiya” adlandırmaq düzgün olardı. Transformasiya 
zamanı cümlə və söz birləşmələrinin tərkibinə daxil olan 
leksemlərin yalnız qrammatik formaları dəyişir. Bu zaman trans-
formasiya edilən dil vahidlərinin tərkibi də saxlanılır [82, 218].


98
Eləcə də, sintaktik səviyyədə baş verən konversiya zamanı 
məlum cümlələrin məchullara çevrilməsi baş verir. Əvvəl də 
qeyd etdiyimiz kimi, mənaca ekvivalent cümlələrdə mübtədayla 
tamamlıq yerini dəyişir. Cümlənin quruluşunda eyni vahidlərdə 
meydana çıxan semantik və sintaktik planların qarşılıqlı 
əlaqəsindən çıxış edərək biz fəaliyyətin subyekt, obyekt ifadə 
formalarını və müxtəlif növ cümlələrdə başqa semantik-sintaktik 
kateqoriyaları aktiv qrammatika nöqteyi-nəzərdən, əksinə bu və 
ya başqa formaların semantik-sintaktik vəzifəsini isə passiv 
qrammatika baxımından öyrənə bilərik [103, 27]. Ümumiyyətlə, 
sintaksisdə eyni struktur-məna komponentlərinin ifadəsində 
məlum-məchul konstruksiyalarının işlənməsinə xüsusilə rus və 
ingilis dillərində daha çox rast gəlinir.
Y.S.Stepanov qeyd edir ki, sintaqmatik planla məhdudla-
şan konversiya natamam, və ya sintaktik, paradiqmatik planla 
məhdudlaşan maraqlı konversiya növü isə tam konversiya 
adlanır və şifahi nitqdə sintaktik konversiya bu istiqamətlərdə 
baş verir: 1) Söz birləşmələrindən ismə doğru 2) Söz birləş-
mələrindən sifətə doğru
3)
isimdən sifətə doğru 4) sifətdən ismə doğru [166, 139]. 
Burada göründüyü kimi, bu zaman sözlər müxtəlif 
sintaktik mühitə düşərək başqa qrammatik sinfə keçir və onlarda 
konseptual cəhətdən heç bir dəyişiklik baş vermir. Göründüyü 
kimi, burada Y.S.Stepanov fransız dilində sintaktik konversiya 
deyəndə əsasən sintaqmatik planda öz funksiyasına görə əvvəl-
kindən fərqli sözləri təsvir edir və bu sözlər yeni söz birləş-
mələrində işlənərək əvvəlki konseptuallığını itirmir. Dilçi 
tərəfindən bu konversiya “boş konversiya” adlandırılır [166, 144]. 
Dil hadisələrinin tədqiqi aydınlığı ilə göstərir ki, sintaktik 
səviyyədə baş verən konversiya hadisəsi söz yaradıcılığında 
geniş tətbiq olunaraq nitq hissələrinin bir-birinə keçidi zamanı 
sözlərin başqa sintaktik xüsusiyyətlər qazanaraq yeni 
leksik-semantik məna əldə etməsi ilə müşayiət olunur. Amma bu 
konversiya hadisəsi təkcə sintaktik funksiyanın dəyişilməsi ilə 
məhdudlaşır və natamam xarakter daşıyır. Bu və ya başqa 


99
sintaktik formanın kateqorial mənası onun sintaktik funksiyası 
vasitəsilə reallaşır. Bu səviyyədə yer alan keçid hadisəsi 
leksik-semantik konversiyanın bir yarımmərhələsi olaraq 
iltisaqi, flektiv dillərlə yanaşı, köksözlü və inkorporlaşan 
dillərdə də yer almaqdadır. Amma köksözlü dillərdə yeni 
sintaktik mühitin qazanılması ilə reallaşan bu konversiya 
hadisəsi “sintaktik konversiya” yox, “sintaktik transpozisiya” 
adlandırılır [84, 97]. 
Əsasən sadə cümlələrin nominativ sintaqma, yəni söz 
birləşməsinə keçməsi, mübtədayla tamamlığın yerinin dəyişməsi 
ilə müşayiət olunan konversiya hadisəsi iltisaqi dillərdə yer alsa 
da, ən çox flektiv dillərə xas bir hadisədir.
2.4. Leksik-semantik səviyyədə konversiya 
Leksik-semantik səviyyədə baş tutan konversiya zamanı 
dilin lüğət tərkibi zənginləşmiş olur. Bu zaman heç bir şəkli 
dəyişikliyi olmayan sözlər başqa leksik-semantik qrupa daxil 
olur. “Leksik-semantik konversiyada eyni sözlər yalnız 
köklərdən ibarət olur. Məsələn, “yaxşı” sözünü götürək. Bu 
leksik vahid yalnız kökdən ibarətdir. Leksik-semantik 
konversiya statusu qazanmaq üçün bu sifət zərfə keçməli və 
onun sintaktik funksiyasını qazanmalıdır” [4, 15]. Əslində 
yuxarıda da qeyd etdiyimiz kimi, dilçilər tərəfindən sözlərdə 
sintaktik konversiya adlandırılan konversiya leksik-semantik 
konversiya adlandırılmalı və leksik vahiddə mənanın dəyişməsi 
onun ən əsas göstəricisi sayılmalıdır.
Əsasən təkhecalı sözlər bir nitq hissəsindən digərinə 
keçərkən leksik-semantik səviyyədə konversiya hadisəsi baş 
verir ki, bu zaman söz yeni leksik məna qazanmaqla yanaşı, 
bəzən əvvəlki leksik mənanın xüsusiyyətləri də bu sözdə özünü 
büruzə verə bilir. Bu konversiyanın nəticəsində yaranan törəmə 
sözlər yeni leksik-semantik qrupa daxil olur və onlarda heç bir 
formal-struktur dəyişiliklər baş vermir. E.S.Kubryakova qeyd 
edir ki, söz yaradıcılığında əsas yer törəmə sözlərin 


100
leksik-semantik qruplaşmasının meydana çıxması və təsviri, 
eyni zamanda qrammatik olmayan vasitələrlə yeni leksik 
vahidlərin yaradılmasına ayrılır [119, 5]. Çoxmənalı sözlər, 
leksik-semantik variantların cəmini təşkil edən semantik 
struktura malikdir. Leksik-semantik səviyyədə baş verən 
konversiya vasitəsilə bir-birinə bağlı olan söz cütlüklərindən biri 
əsas söz və əsas məna yaradır. Qalanları isə, həmin mənadan 
törəyir və törənmiş mənalar ilk sözün semantikasından nə qədər 
uzaqlaşsalar da, ondan əlaqələrini tamam kəsmir. Leksik--
semantik səviyyədə baş verən konversiya zamanı törəmə sözlə 
mənbə söz etimoloji cəhətdən eyni olsalar da, bəzən bu cütlük-
lərin mənaları tamamilə bir-birindən fərqlənərək omonimlərin 
yaranmasına səbəb olur. Məsələn, ingilis dilində toast→to toast 
konversiya cütlüyü. Burada to toast feili orta əsrlərdə yaranaraq 
ingilis dilində yandırmaq, bərk qızdırmaq mənasını verirdi və 
daha sonralar o ocaqda qızardılmış bir tikə çörək mənasını verən 
ismin yaranmasına səbəb oldu. Həmin dövrlərdə artıq insanlar 
tərəfindən qida kimi bəzi hallarda qızardılmış çörək, su və ya 
şəraba əlavə edilərək qəbul edildi. Müəyyən müddətdən sonra 
bu isim məcazi mənada işlənməklə məclislərdə şərəfinə qədəh 
qaldırılan xanım mənasında istifadə olunmağa başlandı. Daha 
sonralar bu isim özlüyündə kiminsə şərəfinə qədəh qaldırmaq 
mənasını verən feilin yaranmasına səbəb oldu [169, 52]. 
Göründüyü kimi, burada mənbə və törəmə sözlər omonimlərdir. 
Çünki yeni yaranan törəmə söz mənbə sözün ifadə etdiyi 
mənadan fərqli olaraq tamamilə başqa mənaları ifadə edir. 
Leksik-semantik səviyyədə baş verən konversiya zamanı yeni 
sözlər hər hansı bir sözün mənasının dəyişilməsi, onun iki və ya 
daha artıq omonimlərə bölünməsi ilə yaranır. Misaldan da 
göründüyü kimi, bu zaman yaranan yeni mənalı söz tarixən 
mənbə sözdən yaransa da, indi o etimoloji cəhətdən müstəqil 
hesab edilərək tamamilə yeni bir söz kimi dilin lüğət tərkibinə 
daxil olur. Leksik-semantik konversiyanın nəticəsi olaraq 
yaranan yeni sözlə mənbə söz arasında etimoloji bağlılıq 
mövcuddur. L.Y.Malovitskinin fikrincə, leksik-semantik səviy-


101
yədə keçid iki zirvəyə, iki kulminasiya nöqtəsinə malikdir: yeni 
mənanın yaranması və omonimin yaranması [128, 22]. 
“Dilin leksik sistemi sadəcə leksik-semantik söz qrupla-
rının cəmindən ibarət olmayıb, hər şeydən əvvəl daxilində 
müxtəlif leksik-semantik birliyin mövcud olduğu və qarşılıqlı 
fəaliyyət göstərdiyi nitq hissələri sistemidir” [121, 86]. Dildə 
leksik-semantik səviyyədə baş verən konversiya zamanı eyni 
leksik-semantik qruplarda bəzən ümumu semantik cəhətlərin 
mövcudluğu müxtəlif sintaktik funksiyalarla müşayiət olunur.
Leksik-semantik səviyyədə baş verən konversiyanı 
sintaktik konversiya adlandıran C.Cəfərovun fikrincə, sözün 
başqa sintaktik funksiyada işlənməsi halı həmin sözlərin mənsub 
olduqları nitq hissəsi çərçivəsindən kənara çıxmasına, yeni 
leksik vahidlərin yaranmasına gətirib çıxarmır. Bununla yanaşı, 
başqa nitq hissələrinə aid sözlər özləri üçün ikincidərəcəli hesab 
olunan bu vəzifələrdə kəsb etdikləri xüsusiyyətlər həmin 
sözlərin simasında müvəqqəti deyil, daimiləşdikdə, özünü 
mətndən kənar büruzə verdikdə mənsub olduğu nitq hissəsindən 
təcrid edilərək başqa nitq hissəsinə keçir və bu zaman əsl 
omonimlər yaranır [17, 7]. Doğrudan da, bu belədir. Məsələn, 
Azərbaycan dilində isimlərin sifətə keçidi zamanı, bəzən isimlər 
əsl əşya məzmununa uyğun bir əlaməti və ya keyfiyyəti, bəzən 
isə tamamən sözün əsl əşya məzmunundan uzaq, o məzmunla 
heç bir əlaqəsi olmayan tamamilə başqa bir əlaməti, bir 
keyfiyyəti ifadə edir. Məsələn, göy sifəti əslində səmanı bildirən 
bir isim olmuş, lakin tədricən bu söz, eyni zamanda onun rəngini 
də ifadə etmişdir. Beləliklə, göy sifəti törəmişdir. Belə 
konversiya hadisəsi leksik-semantik səviyyədə baş verən 
konversiya hadisəsini əks etdirir. 
A.N.Kononov türk dillərindən biri olan özbək dilində 
leksik-semantik səviyyədə konversiyanı müəyyən nitq hissə-
lərinə məxsus sözlərin leksik üsulla yaranmasına aid edərək 
yazır ki, bunun vasitəsilə pronominallaşma zamanı söz, verilmiş 
söz üçün real mənanın zəifləməsi nəticəsində “əvəzlik” 


102
semantikasını əldə edir. Bu qrup sözlərə ilk əvvəl киши, 
адам→бир киши, бир адам“kimsə”sözləri aiddir [114, 185].
N.P.Dırenkova oyrot dilində isimlərin adyektivləşməsi 
zamanı leksik-semantik səviyyədə baş verən konversiya 
haqqında yazır: “Таш “daş”, агаш “ağac” kimi sadə isimlər, 
sifətlər kimi də işlənir. Bu sözlər təyin funksiyasında işlənərkən 
sifət, təyin olunan funksiyasında işlənərkən isə isim olurlar” [94, 
73]. Göründüyü kimi, leksik-semantik səviyyədə baş verən 
konversiya zamanı mənbə sözlə törəmə sözün arasında bəzən 
semantik bağlılıq özünü büruzə versə də, bəzən verməyə də 
bilər. Bu da çoxmənalı sözün mənalarının uzunmüddətli tarixi 
inkişafının məhsuludur. Bu inkişafın məhsulu olaraq mənalar 
bir-birindən o qədər ayrılmışlar ki, onları ifadə edən sözlər dildə 
müxtəlif sözlər kimi dərk edilirlər. 
Müasir ingilis dilində də başqa dillərdə olduğu kimi 
leksik-semantik səviyyədə baş verən konversiya hadisəsinə rast 
gəlmək olar. Flektiv dillərdən biri olan bu dildə bir-biri ilə 
leksik-semantik konversiya vasitəsilə birləşən söz cütlükləri 
arasında olan semantik əlaqə həmişə dilçiləri düşündürən ən əsas 
amillərdən biri olmuşdur. Mənbə sözlə törəmə söz arasında olan 
semantik əlaqələrin xarakterinə görə bu sözlərin sadəliyi və 
məhsuldarlılığı haqqında mühakimə yürütmək olar. P.A.Sobolyova 
ingilis dilində bir-biri ilə konversiya vasitəsilə birləşən feil-isim 
cütlükləri arasında aşağıdakı semantik əlaqələrin olduğunu göstərir: 
“1.Fəaliyyət - akt, fəaliyyət prosesi. Məsələn: to stroll 
“gəzmək” - stroll “gəzinti”(go for a stroll “gəzintiyə çıxmaq”) 
2. Fəaliyyət - fəaliyyət göstərən şəxs və ya əşya. Məsələn, to 
graduate “təhsil müəssiəsini bitirmək” - graduate “təhsil 
müəssiəsini bitirən, məzun” 
3. Fəaliyyət - fəaliyyətin yeri. Məsələn, to slide 
“sürüşmək” - slide “buzlu dağ və ya yol” 
4. Fəaliyyət - fəaliyyət obyekti. Məsələn, to chase 
“dalınca qaçmaq, izləmək”- chase “ovçu tərəfindən izlənilən 
heyvan” 


103
5. Fəaliyyət - fəaliyyətin nəticəsi. Məsələn, to work 
“işləmək”- work “əsər”” [158, 94]. 
Burada, göründüyü kimi, bir-biri ilə bağlı olan 
leksik-semantik cütlüklər arasında məna əlaqələri özünü 
açıq-aydın göstərir. İngilis dilinin tədqiqatçıları bu dildə yer alan 
leksik-semantik konversiya haqqında danışarkən onların 
diqqətini ən çox isim→feil istiqamətində baş verən konversiya 
cəlb edir. Xüsusən bu zaman heyvan adlı isimlərdən yaranan 
feillər özünəməxsus semantik strukturları ilə fərqlənir. 
E.E.Kubaryova bu barədə yazır: “Əgər heyvan adlı 
leksik-semantik vahidlər, canlı varlıqların nominasiyası kimi 
müəyyən funksiyalı, çox aydın semantik vahidlərdirsə, o zaman 
onlardan yaranan feil-konversivlər, qrupun məna münasibətində 
eynilik təşkil etmirlər. Əksinə, onlar bir-biri ilə əlaqəli olan 
(semantik və emosional-obrazlı planda), amma müxtəlif mikro 
leksik-semantik vahidlərə parçalanırlar. Belə mikroqrupa daxil 
olan konversivlər, ya həmin heyvanların fəaliyyətini, ya 
insanların heyvanlara istiqamətlənmiş fəaliyyətlərini, ya da 
insanların heyvanların fəaliyyətinə oxşar fəaliyyətini bildirir” 
[117, 52]. Bu qruplardan xüsusilə sonuncular çox maraqlıdır. 
Belə ki, onlarda heyvan adlarının semantikasının mürəkkəb 
metaforik və metonomik transformasiyası baş verir. Məsələn: 
Dog (it) → to dog – iziylə getmək, güdmək [6-181] 
Ape 
(meymun) 
→to 
ape 
– 
axmaqcasına 
yamsılamaq,hoqqabazlıq etmək [6-26] 
Fox(tülkü) →to fox – aldatmaq, hiyləgərlik etmək [6-246] 
Rus dilində leksik-semantik səviyyədə baş verən 
konversiya zamanı konversivlərdə də leksik mənanın 
dəyişilməsi belə konversiyanın xarakterik xüsusiyyətlərindən 
biridir. Əsasən bu dildə belə dəyişikliyi feili sifətlərin 
adyektivləşməsi zamanı görmək olar. “Əlbəttə, müxtəlif feili 
sifətlərin adyektiv mənaları, istifadə prosesi zamanı leksik 
olaraq zəifləyir. Buna görə də feili sifətlərlərə omonimlər 
yaranır. Məsələn, следующий (день, год), текущий (счет, 
интересы), начинающий (учитель, писатель) və s. 


104
Leksik-semantik yolla yaranan belə sözlər artıq müəyyən 
dərəcədə semantik olaraq yalnız feili sifətlərdən deyil, həmçinin 
uyğun feillərdən də ayrılır” [127, 46].
Rus dilində feili sifətlər sifətlərə keçəndə, leksik-semantik 
səviyyədə baş verən konversiyanın nəticəsi olaraq verilmiş 
sözün leksik mənasının genişlənməsi baş verir. Söz əsas 
mənadan əlavə müəyyən keyfiyyət çaları qazanır. Məsələn, 
организованный (təşkil olunmuş) feili sifəti sifətə keçərkən 
müsbət əlavə məna qazanaraq qaydaya salınmış, sistemli, 
mütəşəkkil, planauyğun mənalarını da verir. Bu dildə 
организованное выступление söz birləşməsində həmin söz 
feili sifət mövqeyindən çıxış edir və bu ifadə təşkil olunmuş 
çıxış kimi tərcümə edilir. Amma организованный человек söz 
birləşməsində həmin söz sifət funksiyasını daşıyır. Elə bu söz 
birləşməsi də dilimizə sistemli, öz işini, əməyini yaxşı 
planlaşdırmağı bacaran insan kimi tərcümə edilir.
Leksik-semantik səviyyədə baş verən konversiya hadisəsi 
kök dil olan çin dilində A.A.Draqunov və V.İ.Qorelov 
tərəfindən sintaktik transpozisiya adlandırılmışdır. V.İ.Qorelov 
omonim konversivlər haqqında danışarkən qeyd edir ki, 
konversiv omonimlər xüsusi növ omonimlərdir. Onlar əsl 
ominimlərdən həqiqətən də fərqlənirlər. Konversiya vasitəsilə 
yaranan omonim sözlər məna cəhətdən sıx bağlı olduqları halda, 
əsl omonimlərdə ya tamamilə semantik əlaqələr olmur, ya da 
tamamilə uzaq məna əlaqəsi olur ki, bu da xüsusi tədqiqat tələb 
edir [84, 98]. V.İ.Qorelov və A.A.Draqunovun sintaktik 
transpozisiya adlandırdıqları, əslində isə leksik-semantik 
səviyyədə olan konversiya hadisəsi zamanı çin dilində əsasən 
isim→sifət, sifət→isim, sifət→zərf istiqamətində keçid baş 
verir. Qeyd olunan bu konversiya növlərini adyektivləşmə, 
substantivləşmə, adverbiallaşma adlandıra bilərik. Kök dillər 
üçün bu səviyyədə baş verən konversiya hadisəsi xarakterikdir. 
Çünki bu dildə morfoloji vasitələr həddindən artıq az 
olduğundan, leksik vahidin konkretləşməsi onların tutduqları 
sintaktik mövqelərdən asılı olurlar. 


105
İrəlidə qeyd etdiyimiz kimi inkorporlaşan dillərdə bir sıra 
təkhecalı sözlərə rast gəlmək olur ki, sintaktik funksiyalarına görə 
fərqlənən bu cütlüklərdə etimoloji yaxınlıq hiss olunur. Məsələn: 
Пынло-к (soruşmaq)→ пынло-н(sual) və s. [99, 89]. 
Yuxarıdakı misal koryak dilinə aiddir və leksik-semantik 
səviyyədə baş verən konversiya hadisəsinə çox uyğun gəlir. 
Misallardan da göründüyü kimi, koryak dilində konversiya hadisəsi 
sözlərin əsaslarının üst-üstə düşdüyü hal hesab edilir [99, 95]. 
Leksik-semantik səviyyədə baş verən konversiya 
hadisəsinə əsasən birhecalı sözlər məruz qalır ki, bu zaman 
törəmə sözlərdə ilk əvvəl sintaktik səviyyədə konversiya 
hadisəsi baş verir. Bu da sözlərin sintaktik mühitini dəyişir, ona 
yeni sintaktik funksiya qazandırır. Törəmə sözdə heç bir struktur 
dəyişiklik baş vermir və bu söz yeni leksik-semantik çalarlar 
qazanır. Bu səviyyədə baş verən konversiya hadisəsinə başqa dil 
ailələrində də rast gəlmək mümkündür. 


106
III FƏSİL 
KONVERSİYANIN STRUKTUR – SEMANTİK NÖVLƏRİ 
3.1. Substantivləşmə (İsimləşmə) 
“Substantivləşmə termini latınca Substantium sözündən 
olub hərfi mənası isim deməkdir” [17, 9]. O.S. Axmanova 
“Dilçilik terminləri lüğəti”ndə bu termini belə izah edir: 
“Substantivləşmə başqa nitq hissələrindən isim sırasına 
keçid deməkdir. Əldə olunmuş qabiliyyətlər nəticəsində bu 
birbaşa əşyanı göstərir” [60,160]. Hər hansı substantivləşmiş, 
yəni isimləşmiş söz bizim əşya və ya predmet haqqında 
anlayışımızı ifadə edir. Bu da, müəyyən fikri kateqoriyaların 
ifadəsinə xidmət edir.
Hələ 1972-ci ildə B.Məmmədov substantivləşməni 
ümumi dilçiliyin öz həllini tapmamış məsələsi hesab edirdisə 
[38, 50], daha sonralar konversiyanın bu struktur-semantik növü 
müxtəlifsistemli 
dillərdə 
T.İ.Arbekova, 
İ.V.Arnold, 
A.A.Yuldaşev, Q.Kazımov, V.K.Minenkova, E.P.Kaleçits və b. 
dilçilərin əsərlərində ətraflı tədqiq olunmuşdur. Ümumiyyətlə, 
substantivləşməylə bağlı ən çox tədqiq edilmiş məsələlər bu 
konversiya növünü səciyyələndirən semantik, sintaktik və 
leksik-morfoloji göstəricilərin qarşılıqlı əlaqəsi problemidir.
Ə.Dəmirçizadə və C.Cəfərov Azərbaycan dilində bütün 
nitq hissələrindən olan sözlərin isim sırasına keçə bilməsini 
göstərirlər. C.Cəfərov Azərbaycan dilində substantivləşmənin üç 
vəziyyətdə yer aldığını yazır: “1. Təyin olunan isim düşür, 
təyinedici söz bir növ onu əvəz edir. Məsələn Qırmızıları ağlara 
qatacağam. İş get-gələ qalıbdı. 2. Heç bir əvəzetmə xüsusiyyəti 
olmadan başqa nitq hissəsinə aid sözlər II növ təyini söz 
birləşməsinin birinci tərəfində işlənərək substantivləşir. Məs.: 
Qırmızı sözü sifətdir. Get əmri verildi. 3. Başqa nitq hissələrinə 


107
məxsus sözlərin sadəcə olaraq ad kimi işlənməsi. Məsələn, 
Dursun, Qızqayıt, Dayandur, Tapdıq və s.” [17, 11]. 
Digər dillərdə olduğu kimi, Azərbaycan dilində də 
substantivləşmə daimi və müvəqqəti olaraq iki yerə ayrılır. 
M.Adilov və Ə.Cavadov tərəfindən “mətnsiz yaranan 
substantivləşmə” kimi xarakterizə edilən daimi və ya sabit 
substantivləşmə dilçilərdən B.Xəlilov tərəfindən hər hansı 
mətndən, şəraitdən asılı olmayaraq sabitləşmiş şəkildə olan 
substantivləşmə adlandırılır. Dilçi belə substantivləşmə 
nümunələrinə ən çox atalar sözlərində rast gəlindiyi, eləcə də 
rəng, əlamət, xarici görkəm, həcm bildirən bir qisim sifətlərin 
daimi olaraq substantivləşərək insan adları əmələ gətirdiyini 
göstərir [34, 83-84]. “Sifətin daimi substantivləşməsi zamanı 
onun təyin etdiyi əşya mətndən deyil, təfəkkürdən götürülür” 
[14, 61]. Azərbaycan dilində daimi substantivləşmə hallarına ən 
çox atalar sözlərində rast gəlmək olur. Məsələn, “İgid ölər, adı 
qalar.”, “İslanmışın yağışdan nə qorxusu” Bu atalar 
sözlərindəki “igid” sözü substantivləşmiş sifət, “islanmış” sözü 
isə substantivləşmiş feili sifətdir. Daimi substantivləşən sözlər 
dilin lüğət tərkibinə yeni leksik vahid kimi daxil olub, onu 
zənginləşdirir.
“Müvəqqəti substantivləşmə mətndən, situasiyadan asılı 
olaraq keçici, müvəqqəti xarakter daşıyır. Bu cür substantiv-
ləşmə aşağıdakı yollarla yaranır: 
1. Şəraitdən asılı olaraq müvəqqəti substantivləşmə; 
2. Morfoloji yolla müvəqqəti substantivləşmə; 
Şəraitdən asılı olaraq sifət təyin etdiyi ismin funksiyasını 
öz üzərinə götürərək substantivləşir. Bu, sifətin lüğəvi məna 
növlərini tam şəkildə əhatə edir. Morfoloji yolla müvəqqəti 
substantivləşmə isə -lar

şəkilçisi ilə yaranır” [34, 86].
Azərbaycan dilində çoxlu sayda şəraitdən asılı olaraq 
müvəqqəti substantivləşmiş sifətlərə rast gəlmək olar. Belə 
sifətlərə ən çox dad bildirən, eləcə də insan və heyvanların xarici 
görünüşlərini, daxili keyfiyyətlərini göstərən sözləri aid etmək 


108
olar. Məsələn, acı (bibər)→acı; kar(adam)→kar; hiyləgər 
(tülkü)→ hiyləgər və s.
Dilçilik ədəbiyyatında sifətlərin substantivləşməsinə 
geniş yer ayrılır. Amma bir çox tədqiqatçılar sifətlə yanaşı, feili 
sifət, zərf və əvəzliklərin substantivləşməsindən də bəhs etmişlər 
(Ə.Dəmirçizadə, B.Məmmədov, Q.Kazımov, A.Həsənov). Sifət, 
feili sifət və əvəzlik cəm şəkilçisi vasitəsilə müvəqqəti 
substantivləşə bilərlər. Məsələn, Q.Kazımovun fikrincə, sifətlər, 
saylar, feili sifətlər və zərflər mübtəda vəzifəsində işlənmək 
üçün isimləşməli olur - öz xüsusiyyətlərini saxlamaqla yanaşı, 
şəxs, əşya məzmununu da qazanır [35, 104]. Bu zaman onlar ən 
çox cəm şəkilçisi qəbul edərək müvəqqəti substantivləşir. Mə-
sələn, onuncular (say), oxuyanlar (feili sifət), buralar (zərf) və s.
Azərbaycan dilində əvəzliklərin substantivləşməsi 
hallarına da rast gəlmək olar. Ən çox isimləşən əvəzliklər 
sırasına işarə, təyini və qeyri-müəyyən əvəzlikləri aid etmək 
olar. A.Həsənov qeyd edir ki, leksik-semantik cəhətdən 
müəyyənlik bildirən şəxs əvəzlikləri, yer zərfləri, yiyəlik və 
təsirlik halların şəkilçilərini qəbul etməsinə baxmayaraq, 
məntiqi cəhətdən tək olan əşyanı (şəxsi və məkanı) ifadə 
etdiklərinə görə müəyyənliyin sintaktik əlamətlərini qəbul etmir. 
Məsələn, bu mən, həmin mən, axşamkı sən, məktəbdəki siz, 
evdəki bura və s. deyilməz. Buna görə də müəyyənlik təyinləri, 
o cümlədən bu, o işarə əvəzlikləri qeyd etdiyimiz sözlərdən 
əvvəl gəldikdə özləri substantivləşərək mübtəda olur və həmin 
sözlərin də predikativləşməsini –xəbər olmasını tələb edir. 
Məsələn, Bax, bu mızrax, bu mən, götür əz tök! Bu bura, o da 
sizin kəndiniz, hansı daha abaddır? [30, 44-45]. Burada dilçi 
xüsusilə işarə əvəzliklərinin substantivləşməsini qeyd edir ki, 
hansına ki, ana dilimizdə daha çox-çox rast gəlinir. İşarə 
əvəzliklərindən ən çox elə, belə sözləri eləsi, beləsi, elələri, 
belələri şəklində substantivləşir.
Azərbaycan dilində əsas nitq hissələri kimi köməkci nitq 
hissələri də substantivləşə bilir. C.Cəfərovun fikrincə, köməkçi 
nitq hissələri içərisində substantivləşmə cəhətdən qoşmalar 


109
xüsusi qrup təşkil edir. Qoşmaların substantivləşməsinə yalnız 
dilçilik ədəbiyyatında qoşmalardan bəhs edən ifadələrdə rast 
gəlmək mümkündür. Məsələn: Üçün, ötrü, görə səbəb bildirən 
qoşmalardır [17, 35].
Başqa köməkçi nitq hissələrinin də substantivləşməsi 
demək olar ki, qoşmalarda olduğu kimidir. Biz bu halı digər 
köməkçi nitq hissələrinə də aid edə bilərik.
Azərbaycan dilində olduğu kimi digər türk dillərində də 
substantivləşmə hadisəsinə çox tez-tez rast gəlmək olur. 
E.R.Tenişevin “Türk dillərinin müqayisəli-tarixi qrammatikası” 
nda əvvələr qeyri-əşyavi mənalı sözlər olmuş, hal-hazırda isə bir 
çox türk dillərində substantivləşən sözlərə aşağıdakı söz 
qruplarını və sözləri aid edir: 
1. Temperaturu ifadə edən sözlər ; 
2. Müxtəlif hiss orqanları tərəfindən qəbul edilən duyğu 
mənalı sözlər ; 
3. Müəyyən məkan mənalı sözlər ; 
4. Zaman mənalı sözlər ; 
5. Əsas fiziki vəziyyətləri əks etdirən sözlər ; 
6. Kəmiyyət mənalı sözlər ; 
7. Mənəvi-emosional vəziyyəti əks etdirən sözlər [163, 
160-161]. 
N.A.Baskakov və A.N.Kononov türk dillərində xüsusilə 
özbək, türk, qaraqalpaq dillərində bu dil hadisəsinin leksik-
-sintaktik, sintaktik, morfoloji yolla reallaşdırılmasının 
mümkünlüyünü qeyd edirlər. A.A.Yuldaşev başqırd dilində 
sifətlərin substantivləşməsinin kifayət qədər geniş yer tutması 
barədə yazır. O, iki növ substantivləşmiş sifətləri qeyd edir: 
“1. Sadə sifətlərin substantivləşməsi nəticəsində yaranan 
isimlər. Məsələn, бай (varlı), батыр (qəhrəman), оят (vicdan), 
ярлы ( kasıb) 
2. Müxtəlif düzəltmə sifətlərin substantivləşməsi 
nəticəsində yaranan isimlər. Məsələn, акыллы (ağıllı), инсафлы 
(insaflı) və s.


110
A.A.Yuldaşev başqırd dilində indiki və gələcək zamanda 
olan feili sifətlərin, -мак şəkilçisi qəbul etmiş məsdərin də 
substantivləşməsini də göstərir” [87, 116-117]. 
A.A.Yuldaşevin ikinci bölgüsündəki düzəltmə sifətlərin 
substantivləşməsi hallarına türk dilində karanlık - sif. işığı 
olmayan, bütünü veya bir parçası işıktan yoksun olan, karışık 
(işığı olmayan, qarışıq)→ is. işık olmama durumu 
(qaranlıq)[4-1080], gelinlik -sif. gelin olma çağına gelmiş (gəlin 
olma çağına gəlmiş) → is. gelin olma durumu(gəlin olma)[ 
4-247] misal gətirmək olar.
Azərbaycan dilində olduğu kimi, bir çox türk dillərində 
də substantivləşmə zamanı sözlər, xüsusilə sifətlər müəyyən 
leksik, sintaktik və morfoloji dəyişikliklərə məruz qala bilir. 
Yakut dilində bu dəyişikliklər belə təsvir olunur: 
“Təyin olunan sözü olmayan sifətlər əsas leksik mənasını 
itirərək, müəyyən sintaktik şərtlər daxilində əşyavilik mənasını 
qazanır. Bu sözlər daha çox mübtəda və tamamlıq funksiyasını 
qazanır. Beləliklə onlar isim sırasına keçməklə, substantivləşirlər. 
Məsələn, саҥа (yeni) sözü. Bu söz substantivləşdikdə yalnız bir dar 
mənanı verir. Sözün leksik mənasının daralması və konkretləşməsi 
baş verir: Саҥа эргени кыайда. (Yeni (ümumiyyətlə yenisi) 
köhnəyə (ümumiyyətlə köhnəyə) qalib gəldi)” [88, 170]. 
Aqlütinativ dillərə aid edilən türk dillərində olduğu kimi, 
rus və ingilis dili kimi flektiv dillərdə də substantivləşmə geniş 
müşahidə olunur.
M.Dubleneç ingilis dilində substantivləşmə haqqında 
danışarkən qeyd edir ki, substantivləşmə ellipsis (sintaktik 
qısaltma) nəticəsində, semantik cəhətdən güclü təyini olan söz 
birləşməsi, öz semantik cəhətdən zəif ismini itirəndə baş verir. 
Məsələn, a grown-up person (yaşlı insan) söz birləşməsi a 
grown-up (yaşlı) isminə çevrilir [93, 54]. Başqa dillərdə olduğu 
kimi ingilis dilində də ən çox sifətlərin substantivləşməsindən 
söz açılır.
B.Məmmədovun fikrincə, müasir ingilis dilindəki indiki 
və keçmiş zaman feili sifətlərindən fərqli olaraq, Azərbaycan 


111
dilində feili sifətlərin substantivləşməsi daha qüvvətlidir. Bu, 
Azərbaycan dilinin aqlütinativ quruluşa malik olması, ismin 
qrammatik kateqoriyalarının geniş işlədilməsi ilə bağlıdır 
[37,71]. İngilis dilində feili sifət substantivləşərkən onun aid 
olduğu isim düşür. Türk dillərindən fərqli olaraq bu zaman əsas 
göstərici müəyyənlik artiklidır. Məsələn, the lying (uzanan), the 
crying (ağlayan) və s. 
Müasir ingilis dilində də sifətlərin substantivləşməsi tam 
və natamam olmaqla iki yerə bölünür. Tam isimləşmə zamanı 
sifət ismə məxsus sözdəyişmə paradiqmalarını qəbul edir: belə 
sifətlərdən qabaq müəyyənlik artikli gəlir, cəm və yiyəlik hal 
şəkilçisi qəbul edir. Məsələn, the native (yerli sakin), a native
'

character (yerli sakinin xarakteri), musicals (musical comedies) 
(müzikllər). 
Flektiv dil olan ingilis dilində bəzi sifətlər zaman 
keçdikcə daimi substantivləşərək dilin lüğət tərkibinə daxil 
olmuşdur. Məsələn, male (kişi, erkək), female (qadın, dişi), 
conservative (mühafizəkar), neutral (neytral dövlət, neytral 
dövlət vətəndaşı), radical (radikal).
İngilis dilində, başqa dillərdə olduğu kimi, müvəqqəti 
substantivləşmə zamanı isimləşən sözlərdə hələ də sifətə məxsus 
bəzi xüsusiyyətlər özünü göstərir. Bəzən belə sözlər hələ də 
zərflərlə təyin olunur. Məsələn, the really happy (əsl xoşbəxt). 
Müasir ingilis dilində müvəqqəti substantivləşən sifətləri iki 
yerə ayırmaq olar: 
a) yalnız cəm formasına malik olan və topluluq mənasını 
verən isimlər: sweets (şirniyyat), news (xəbərlər) və s. 
b) yalnız təkdə işlənib və müəyyənlik artikli ilə işlənən 
isimlər. Belə isimlər topluluq mənasını verir və milliyət, sinif, 
insan qruplarını bildirir. Məsələn, the rich (varlılar), the English 
(ingilislər), the dead (ölülər) [93, 55]. İngilis dilində sifətlərin 
müvəqqəti və ya natamam substantivləşməsi zamanı, sifətlər 
ismə məxsus yalnız bəzi paradiqmaları qəbul edir.
İ.V.Arnoldun fikrincə isə, sifətlərin substantivləşməsini 
konversiyanın bir növü kimi qəbul etməyən dilçilər, yalnız 


112
feillərin isimləşməsi və isimlərin verballaşmasını konversiyanın 
bir variantı kimi qəbul edir. Amma bu, ümumilikdə hamı 
tərəfindən qəbul edilməyən bir fikirdir [59, 162].
Dilçilik ədəbiyyatında müasir ingilis dilində feillərin də 
isimləşməsinin mümkünlüyü öz əksini tapsa da, amma bu çox 
nadir 
hallarda substantivləşmə termini ilə verilir. 
V.K.Minenkovanın fikrincə, ingilis dilində feil→isim tipli 
konversiya modeli 1705 konversiv cütlükləri əhatə edir ki, bu da 
həmin dildə 20,29% feilləri əhatə edir [133, 144]. İngilis dilində 
əsasən sadə feillər, prefiksli (ön şəkilçili) feillər, frazeoloji 
feillər substantivləşə bilir. Məsələn, sadə feillər: to award 
(mükafatlandırmaq)→ an award (mükafat)[5-86], to drink 
(içmək)→ a drink (içki)[5-447], prefiksli feillər: to remark (işarə 
etmək, qeyd etmək) → remark (işarə, qeyd)[5-1245], to rewrite 
(yenidən yazmaq)→rewrite (kitabın yenidən yazılması) 
[5-1268]; frazeoloji feillər: to let up (zəifləmək, azalmaq) → let 
up (zəifləmə, azalma)[5-853], to check up (yoxlamaq) → check 
up (tibbi yoxlama, nəzarət)[5-239]. İngilis dilində sifət, feili 
sifət, feillərlə yanaşı, şəxs əvəzlikləri və sözönülərin də 
substantivləşməsi mövcuddur. Məsələn, her (quru nəqliyyat 
vasitəsi, avtomobil), on (dondurma) [186, 12]. 
Alman dilində də substantivləşmə geniş yayılmışdır. 
M.D.Stepanovanın fikrincə, alman dilində bu sözdüzəltmə 
nəticəsində isimləşən sözlər artikl vasitəsilə işlənir ki, bu da 
alman dilində yalnız semantik funksiyanı deyil, qrammatik 
funksiyaları da həyata keçirir [164, 101]. Tədqiqatçı semantik 
funksiya dedikdə artiklin müəyyənlik və qeyri müəyyənliyin 
ifadəsi olduğunu, qrammatik funksiya dedikdə isə, onun alman 
dilində cins, say, hal kateqoriyasını bildirməsini nəzərdə tutur. 
Bütün bu xüsusiyyətlər sözün artıq ismə aid olduğuna dəlalət 
edir. Alman dilində demək olar ki, bütün nitq hissələri 
substantivləşə bilir. Bu nitq hissələrinə sifət, feili sifət, zərflər, 
köməkçi nitq hissələri və nidalar aiddir. Amma bu dildə ən çox 
infinitiv, yəni məsdər, sifət və feili sifətlərin substantivləşməsinə 
rast gəlinir. M.D.Stepanovanın fikrincə, alman dilində bir sıra 


113
substantivləşmiş infinitivlər vardır ki, daha geniş istifadə edilir. 
Məsələn, das Leben, das Essen, das Sprechen, das Werden və s 
[s.108]. 
M.A.Yefimova 
qeyd 
edir 
ki, 
infinitivin 
substantivləşməsi affiksləşmə vasitəsilə baş vermir. Belə ki, –en 
suffiksi orta cinsli mənbə isimlərə xas bir şəkilçi deyildir. Orta 
cinsli –en suffiksi ilə bitən isimlərin əksəriyyəti infinitivin 
substantivləşməsi hesabına dolur [97, 25].
Rus dilində substantivləşməni tədqiq edən V.L.Qeo-
rqiyevanın fikrincə, substantivləşməni aşkar edən və ya onu 
müəyyən edən semantik, qrammatik və nitq hadisələri birplanlı 
faktlar deyillər [81, 108]. Ümumiyyətlə, müasir rus dilində 
substantivləşmə aktiv xarakter daşıyır. Rus dilində sifətlərin 
substantivləşməsi geniş müşahidə olunur. Buna əsasən yaşayış 
evlərində və ya mənzillərdəki otaqların adlarını məsələn, ванная 
(hamam otağı), гостиная (qonaq otağı), müəyyən siyasi və 
ictimai-siyasi birləşmələrinin tərəfdarlarının adları, məsələn, 
левые (solçular), красные (qırmızılar), белые (ağlar), müxtəlif 
irqlərin nümayəndələrinin adlandırılmasını белый (ağ), черный 
(qara), краснокожий (qırmızı dərili) və s. aid etmək olar. Rus 
dilində substantivləşmə yalnız sifətlərə aid bir xüsusiyyət 
deyidir. Həmçinin bu flektiv dildə feili sifətlər də isimləşə bilir. 
Məsələn, будущее (gələcək), раненый (yaralı) və s. [148, 345]. 
Rus və ingilis dillərinin hər ikisi flektiv dillər olsa da, bu 
dillərdə substantivləşmiş sifətlər arasındakı fərq özünü göstərir. 
Belə ki, rus dilində tam substantivləşmiş sifət və feili sifətlərə 
ingilis dilində eyni əşya mənalı, amma natamam 
substantivləşmiş sifət və feili sifətlər uyğun gəlir. Bunu ingilis 
dilinə tərcümədə də nəzərə almaq lazımdır. Məsələn, rus 
dilindəki мертвый (ölü), безработный (işsiz), слепой (kor), 
пропавший без вести (xəbər-ətərsiz itmiş, yoxa çıxmış) kimi 
substantivləşmiş sifət və feili sifətlər ingilis dilinə tərcümə 
edildikdə onların yanına isim əlavə edilir: a dead man, an 
unemployed man, a blind man, a missing soldier və s.
Flektiv dillərdən başqa kök dillərdən biri olan çin dilində 
də yer alan substantivləşmə hadisəsi V.İ.Qorelovun sintaktik 


114
transpozisiya adlandırdığı, amma konversiyaya aid etmədiyi 
zaman da baş verir. Bu zaman sifət ona xas olmayan sintaktik 
vəzifəni yerinə yetirərək, əvəzlik və saylarla birləşir və ismin 
funksiyalarını icra edir. Bu, göründüyü kimi, natamam 
substantivləşmə hadisəsi ilə oxşarlıq təşkil edir. Amma 
V.İ.Qorelov tərəfindən morfoloji transpozisiya və ya konversiya 
adlandırılan substantivləşmə zamanı isə yalnız feillərin 
isimləşməsi baş verir. Bu zaman feil ona uyğun olmayan 
sintaktik mövqedən çıxış edərək, mübtəda və tamamlığın 
funksiyasını yerinə yetirir, həmçinin əvəzlik və sifətlə ifadə 
olunmuş tamamlıq qəbul edir. Yəni, ismə məxsus sintaktik 
göstəriciləri əldə edir. Belə modelə xarakter cəhət yalnız mənbə 
sözün, yəni feilin paradiqma yaratmasıdır [84, 97]. 
Artıq əvvəllər də qeyd etdiyimiz kimi, inkorporlaşan 
dillərdə substantivləşmə hadisəsi konversiyanın ən geniş 
yayılmış struktur-semantik növüdür. P.Y.Skorik inkorporlaşan 
dillərdən olan çukot dilində isimlərin yaranması yollarına: 
konversiya (feillərin substantivləşməsi) və şəkilçi vasitəsilə 
sözdüzəltməni (“(ы)н”) şəkilçisi vasitəsilə) aid edir [154, 341]. 
O, burada konversiya dedikdə feil əsaslarının adlara 
çevrilməsini nəzərdə tutur. Məsələn, инэюнрэтык (seçmək), 
burada feil əsası olan инэюнрэт, seçki kimi tərcümə edilən 
инэюнрэт isminə və ya увичвэтык (oynamaq), burada feil 
əsası olan увичвэт, oyun kimi tərcümə edilən ismə konversiya 
etmişdir [s.342]. A.N.Jukova koryak dilində isimlərin 
yaranmasının ən əsas yollarından birinin konversiya olduğunu 
qeyd edir. Onun fikrincə, bu dildə konversiya uyğun fəaliyyət 
adının əsasında əşyanın adının yaradılmasıdır. Bu zaman da, 
digər inkorporlaşan dillərdə olduğu kimi, feil əsasları isimlərlə 
üst-üstə düşür. Məsələn, моггола-к (hürmək)→моггола-н 
(hürmə), оммачайпы-к (qucaqlamaq, bürümək)→омма-
чайпы-н (qucaq)[99, 54]. 
Gördüyümüz kimi, substantivləşmə hadisəsinə həm 
aqlütinativ, həm flektiv, həm kök, həm də ki, inkorporlaşan 
dillərdə müxtəlif variant və formalarda rast gəlinir. Eləcə də, 


115
flektiv dillərdə məsələn, rus və ingilis dillərində isim sırasına keçən 
sifətlər yenə də zərflə təyin oluna bilir. 
Kök və inkorporlaşan dillərdə ən çox feilin subs-
tantivləşməsi hallarına rast gəlinir. Beləliklə, substantivləşmə 
özünün təzahür xarakteri və şərtlərindən asılı olmayaraq, mahiyyət 
etibarilə semantik bir hadisə kimi səciyyələndirilə bilər.
3.2. Adyektivləşmə (Sifətləşmə) 
Adyektivləşmə sözü dilçilik termini olaraq latınca 
“adjectivum” sözündən yaranıb, mənası “sifət” deməkdir [148, 
343]. Adyektivləşmə zamanı müxtəlif nitq hissələrinə məxsus 
sözlər sifət sırasına keçir [60, 34]. Adyektivləşmə bəzi nitq 
hissələrinin öz mənaları əsasında onlar üçün ikincidərəcəli üzv 
hesab edilən təyin vəzifəsində işlənərkən özlərinin müəyyən 
cəhətlərinin məhdudlaşdırması, bunun müqabilində təyinə 
təhkim olan nitq hissəsi-sifətlik xüsusiyyəti kəsb etməsi, başqa 
sözlə desək, bir növ sifətin analoquna çevrilməsi hadisəsinə 
deyilir [17, 37]. Dilçilikdə ən çox isim, feili sifət sifət sırasına 
keçir. Bu zaman yaranan yeni söz əsas nitq hissəsi olan sifətə 
məxsus xüsusiyyətləri özündə əks etdirir və bu yeni yaranan söz 
cümlə üzvü kimi təyin funksiyasını daşıyır. Məlum olduğu kimi, 
təyin sifətdən başqa say, əvəzliklə də ifadə oluna bilər və bəzən 
bu nitq hissələri də adyektivləşməyə məruz qalır. B.Xəlilov 
isimlərin adyektivləşməsi terminini işlətmədən bu qrup sözləri 
təyin funksiyasında işlənən atributiv isimlər adlandırır. Onun 
fikrincə, belə isimlər əlamət, keyfiyyət mənasını bildirir. 
İkincisi, isim məcazi mənada işlənir, əşyanı təyin edir. Məsələn, 
dəmir bilək, daş ürək, pambıq əl [34, 77]. Həmçinin o qeyd edir 
ki, nümunə gətirilən sözlər burada yenə də isim olaraq qalır. 
Çünki belə sözlər yenə də ismə məxsus olan bəzi xüsusiyyətlərə 
malik olur: hal şəkilçiləri ilə işlənir, onlar sifətin çoxaltma 
dərəcələrini ifadə edən bəzi ədatlar ilə işlənə bilmir. Artıq əvvəl 
dilçilərdən Ə.Dəmirçizadə və Z.Tağıyevin bir ismin sifətləşincə 
onların keçdikləri mənaca üçpilləli inkişaf yolunun ikinci 


116
pilləsinin qovuşuqluq pilləsi, yəni sintaktik pillə olduğunu qeyd 
etmişdik. Onların fikrincə, bu pillələrdən birincisi, sözün saf 
əşya mənasını ifadə etmə pilləsidir. Yəni, burada söz hər 
cəhətdən isimdir. Heç bir xüsusi adlıq halda olan isim ikinci 
ismə yanaşaraq, onu bu və ya digər əlamətinə görə təyin etməz. 
Məsələn, Dərbənd üzüm, Naxçıvan duz deyilməz. Bu zaman 
bir-birinə yanaşan hər iki ismin, ya da bunlardan birinin xüsusi 
formal əlamət qəbul etməsi zəruridir. Bu da ki, verilən 
misallarda nisbət şəkilçisinin işlədilməsidir: Dərbənd üzümü, 
Naxçıvan duzu. Üçüncü pillə isimlərin öz əsl məzmunundan 
ayrılaraq sifətləşməsi pilləsidir [23, 49-50]. Əlbəttə ki, 
adyektivləşmə zamanı adyektivləşən sözlər ən sonda sifətləşmə 
pilləsinə çatır.
Q.Kazımov da, əksər dilçilər kimi, bu prosesi sadəcə 
olaraq isimlərin təyin funksiyasında işlənməsi kimi təsvir edir. O 
göstərir ki, isimlər isimlərə yanaşaraq atributivləşir, təyin 
vəzifəsində işlənərək aid olduğu üzvü maddi-material, milli və 
cinsi mənsubiyyət, ictimai vəziyyət, rütbə, titul və s. cəhətdən 
izah edir, aydınlaşdırır [35, 37]. C.Cəfərov isimlərdən hamısının 
deyil, yalnız müəyyən qrupunun adyektivləşməsini qeyd edir. O 
bunların maddi adlar, ictimai vəziyyət bildirən, milliyət, 
peşə-sənət anlayışları, müəyyən heyvan adlarını bildirən isimlər 
olduğunu göstərirdi. Məsələn, professor Amanov, doktor Musa, 
özbək Qulam, at Balaxanım və s. [17,41-42]. Amma daha 
sonralar R.Abdullayev türk dillərində bu sıraya müxtəlif növ 
ağac, bitki və onlardan hazırlanmış alət adlarını (pambıq, ipək 
parça), qohumluq bildirən isimləri (ata sözü, koca vergisi, baba 
sanatı), məkan mənalı isimləri (aşağı mərtəbə, yan oturacaq, 
harmanlık yer), şəxsin mənəvi aləmini, vəziyyətini əks etdirən 
isimləri (şəhid qəhrəman, haramzadə adam) və s. artırdı [3, 
144-145]. 
Ümumiyyətlə, sifətləşmə hadisəsi ilə bir çox türk 
dillərində qarşılaşmaq olar. E.R.Tenişevin fikrincə, sifətlərin 
universal nitq hissəsi kimi təzahürünə qalsa, müasir dilçilikdə 
sübut olunmuşdur ki, isim və sifət kimi nitq hissələrinin 


117
əsasında əvvəllər fərqlənməyən əşyavi-keyfiyyət mənalı adlar 
olub. Zaman keçdikcə, bu adlar ya əşyanın adına (onun tipik 
əlamətinə görə), ya da ki, əlamətin adına (hər hansı bir əşyaya 
uyğun olaraq) çevrildilər. Məsələn, altay dilində бош sözü 1) 
asudə vaxt, boş vaxt 2) boş, azad 3) zəif mənasını verirsə, 
Azərbaycan, başqırd, qazax, qaraqalpaq, kumık, noqay, tatar, 
türk, türkmən, özbək, uyğır və digər türk dillərində bu söz 
müxtəlif fonetik variantlarında yalnız əlamət bildirir” [163, 159].
Türk dillərindən olan yakut dilində təyin funksiyasını 
daşıyan isimlərə aşağıdakıları misal gətirmək olar: 
“1.Material bildirən isimlər. Məsələn, таас дыиэ(daş ev) 
2.Bitki, heyvan növlərinin adları. Məsələn, бэс масс(qovaq 
ağacı), кыыл таба (vəhşi maral) 
3.İnsanların yaşı, milliyəti, vəziyyətini bildirən isimlər. 
Məsələn, нуучча киhи (rus adam), оŋоннъор киhи (qoca adam) 
Amma yuxarıda sadaladığımız isimlər sifət funksiyasında 
işlənərək, yenə də əvvəlki əşyavilik mənasını saxlayırlar. Müasir 
yakut dilində onlar hələ sifət kateqoriyasına tam keçməyiblər və 
onları adyektivləşmiş sözlər adlandırmaq olmaz” [88, 169].
A.N.Kononov türk dilində adyektivləşmə haqqında 
danışarkən buna ilk əvvəl derivasiya prosesində düzəltmə 
isimlərin adyektivləşməsini aid edir. Məsələn, -gan,-gın kimi 
düzəltmə şəkilşiləri qəbul etmiş isimlər sifətləşir: çalışkan. 
Amma daha sonralar A.N.Kononov adyektivləşmə dedikdə, bəzi 
sıra saylarının, hiç zərfinin inkarlıq xəbəri qarşısında, hep 
zərfinin təyin funksiyasında işlənməsi haqqında danışır [113, 
78]. Buradan göründüyü kimi, o, yalnız bəzi nitq hissələrinə 
məxsus sözlərin ikinci sintaktik funksiya daşımasını göstərir. 
Ümumiyyətlə, müasir türk dilində daha çox sadə isimlərin 
adyektivləşməsi hadisəsinə rast gəlmək olar. Məsələn, altın - 
is.sif.(qızıl)[4-83], çamur- is.sif. (palçıq)[4-390], fincan - 
is.sif.(fincan)[4-704], ön - is.sif. (ön)[4-1541] və s.
Artıq əvvəllər də qeyd etdiyimiz kimi, bəzi düzəltmə 
isimlər də adyektivləşə bilir. Buna ən çox türk dillərində rast 
gəlinir. L.A.Pokrovskayanın fikrincə, qaqauz dilində yalnız 


118
–кы
4
şəkilçisi istisna olmaqla bütün düzəltmə isim və sifətlər 
eyni sözdüzəldici şəkilçilərdən yaranır [142, 85].
N.A.Baskakov qeyd edir ki, isim başqa nitq hissələri kimi 
cümlədə təyin kimi də çıxış edə bilər. Bu zaman onlar ya 
attributivləşir (təyin funksiyasında çıxış edərək, əlamət mənasını 
qazanır), ya da, şəkilçilərlə ifadə olunmuş xüsusi attributiv-təyin 
funksiyasını əldə edir [65, 187]. 
Artıq qeyd etdiyimiz kimi, digər türk dillərində olduğu 
kimi Azərbaycan dilində də düzəltmə isimlər adyektivləşir. 
R.Abdullayevin fikrincə, belə düzəltmə isimlər bu sözdüzəldici 
şəkilçilər vasitəsilə düzəlir: -çı
4
,-cı
4
,-ıcı
4
,-lıq
4
,-ma
2
,-ş, -ış
4

-aq/ak
4”
.
[3, 147]. Belə düzəltmə isimlərə bu sözləri aid etmək 
olar: sabahlıq -1)is. sabah görüləcək, sabah olacaq; 2)sif. 
sabaha bəs edəcək, sabahkı günə yetəcək [3-6], yapışqan – 1)is. 
yapışdırmaq, bitişdirmək xassəsi olan maddə; 2)sif. dəydiyi yerə 
yapışıb zorla ayrılan, yapışmaq xassəsi olan[3-539].Bu misallar 
həm Azərbaycan, həm də digər türk dillərində düzəltmə 
isimlərin adyektivləşməsi mümkünlüyünü bir daha sübut edir. 
Eyni zamanda türk dilində -ca
2
şəkilçisi ilə bitən düzəltmə 
isimlər də adyektivləşmə qabiliyyətinə malikdirlər. Məsələn, 
eskimoca - is. eskimo dili (eskimo dili) →sif. bu dille yazılmış 
olan (bu dildə yazılan)[4-651].
Müasir tatar dilində aşağıdakı düzəltmə şəkilçiləri qəbul 
etmiş sözlər adyektivləşir: 
1. -чы/че: эшче (işçi) → эшче корт (işçi arı ) 
2. -лык/-лек: күлмəклек ( don üçün material) → 
күлмəклек ( don üçün nəzərdə tutulmuş)” [80, 70]. 
Ana dilimizdə nəinki isimlər, eləcə də bütün, filan, eyni 
kimi əvəzliklər, mən Əli, mən bədbəxt kimi ifadələrdə şəxs 
əvəzlikləri, məcazi mənada işlənən sıra sayları da adyektivləşir 
[17,56-57]. Başqırd dilində semantik və funksional cəhətdən 
sifətlərə çoxlu işarə, müəyyən və qeyri-müəyyən əvəzliklər keçə 
bilirlər: belə (don), hansısa (insanlar). Eləcə də əvəzliklər 
sifətlərə keçərkən bu prosesi sifətlərin bəzi kateqorial əlamətləri 


119
müşayiət edir. Bu zaman adyektivləşən əvəzliklər müqayisə 
dərəcələrinə malik olur [87, 194] . 
Rus dilində adyektivləşmə çox qədim tarixə malikdir. 
Rus dilində çoxdan bəri sifətlərin cərgəsinə daxil olmuş sözlər 
vardır: зрелый (yetişmiş), спелый (yetişmiş), колючий (iynəli), 
везучий (bəxti gətirən). Rus dilində əsasən isimlər və feili 
sifətlər adyektivləşir [148, 344]. V.K.Radzixovskayanın 
fikrincə, isimlərin qarşısında cümlədə əlavə kimi işlənən digər 
isim adyektivləşir [146,34]. 
A.M.Peşkovski orta məktəbdə əlavə kimi adlandırdığımız 
isimlərin adyektivləşməsini qəbul etmir. O, rus dilində 
гражданин Иванов (vətəndaş İvanov), товарищ комендант 
(yoldaş komendant), сосед-немец (alman qonşu) kimi 
ifadələrdəki hər iki ismin eyni real predmeti bildirdiyini qeyd 
edir. Dilçi bu iki ismin lüğəvi mənalarının fərqli olduğunu, 
isimlərdən birinin əşya bildirdiyini, digərinin isə qarşısındakı 
ismi xarakterizə edən başqa isim olması fikrinin tərəfdarıdır 
[141, 141]. 
Dilçilik ədəbiyyatlarında ən çox rus dilində feili sifətlərin 
adyektivləşməsindən söz açılır. Azərbaycan dilində də feili 
sifətlərin adyektivləşməsi baş versə də, bu rus dilində olduğu kimi 
mürəkkəb bir proses deyidir. C.Cəfərovun fikrincə, feillər o 
dərəcədə adyektivləşir ki, hətta onları feili sifət, şəkilçilərini isə 
feili sifət şəkilçiləri adlandırırlar [17, 52]. Azərbaycan dilində 
adyektivləşmənin əsas göstəricisi feili sifətin təyin funksiyasında 
işlənməsidir. Rus dilində feili sifətlərin adyektivləşməsi haqqında 
dilçilərdən V.V.Vinoqradov, E.S.Vinoqradov, S.Q.Barxudarov, 
V. V.Lopatin, V.N.Miqirin və başqaları bəhs etmişlər. Rus 
dilində feili sifətlər sifətləşərkən feilə xas olan zaman, tərz, növ, 
idarə kateqoriyalarını itirir. Beləliklə keyfiyyət mənasını 
qazanır. V.V.Lopatinin fikrincə, rus dilində substantivləşmə və 
adverbiallaşmadan fərqli olaraq feili sifətlərin adyektivləşməsi 
zamanı sözdə formal dəyişiklik baş vermir: hallanmanın 
paradiqması və sözün sintaktik funksiyası dəyişilməz qalır. Belə 
ki, sifət və feili sifətlərin həm paradiqması, həm də ki, sintaktik 


120
funksiyaları eynidir. Bu zaman yalnız qrammatik semantika 
dəyişir: feili sifət feilin qrammatik mənasını itirir [127,37].
Beləliklə, rus dilində feili sifətlərin adyektivləşməsi 
zamanı ilk əvvəl leksik mənanın dəyişilməsi baş verir, daha 
sonra avtomatik olaraq feil göstəriciləri itir. Bu zaman 
adyektivləşən feili sifətlər əksərən məcazi məna qazanırlar. 
Məsələn, придподнятое настроение (yaxşı bayram 
əhval-ruhiyyəsi). Substantivləşmədə olduğu kimi rus dilində feili 
sifətlərin adyektivləşməsini də tam və natamam olmaqla iki yerə 
ayırmaq olar. Tam adyektivləşmə zamanı feili sifətlər tam olaraq 
sifət sırasına keçir və sifət kimi işlənir. Məsələn, прелые листья 
(çürümüş yarpaqlar), вопиющие факты (eşidilməmiş faktlar) 
və s. Natamam konversiya zamanı isə söz ya sifət, ya da ki, feili 
sifət yerində işlənir. Məsələn, знающий тайну человек (sirri 
bilən insan)- знающий специалист (savadlı mütəxəssis). 
Burada ilk misaldakı feili sifət ya feil semantikasına, ya da ki, 
sifət semantikasına malik olur. İkinci misalda söz tam olaraq 
əlamət mənasını qazanır və feilə məxsus qrammatik 
göstəricilərini itirir. Rus dilində feili sifətlər adyektivləşəndə 
sifətlər kimi müqayisə dərəcələrinə görə dəyişə bilir. Tam 
adyektivləşmə zamanı sifətləşən sözlərdə o qədər məna 
dəyişikliyi baş verir ki, omonimlər yaranır. 
Müasir ingilis dilində də adyektivləşmənin mövcudluğu 
məsələsi mübahisəli olaraq qalır. Bu dildə isimlərin 
adyektivləşməsi nəticəsində yaranan ismi birləşmələr ingilis 
dilində frazeoloji birləşmələrin tərkibində dərin kök salmış iki 
vurğulu sözdən ibarət birləşmələr adlandırılır (N.M.Rayevska, 
L.Soudek). Belə söz birləşmələri german dilçiliyində “stone-wall”, 
yəni “daş divar” tipli birləşmələr adlandırılır. İsim+isimdən ibarət 
olan söz birləşmələri ona görə belə adlanır ki, bu söz birləşmənin 
özündə də birinci gələn isim adyektivləşərək sifət sırasına keçir. 
L.A.Vertoqradovanın fikrincə, müasir ingilis dilində ən çox 
adyektivləşməyə geyim adları, insanlar tərəfindən tez-tez işlədilən 
gündəlik əşyalar, nəqliyyat vasitələrinin və onların hissələrinin 
adları daxildir [73, 105]. Ümumiyyətlə, ingilis dilində adyektivləş-


121
mə nəticəsində yaranan ismi birləşmələrin komponentləri arasında 
müəyyən semantik əlaqələr olur. Bunlara aşağıdakı qrupları aid 
etmək olar: 
1. Vaxt əlaqələri: evening paper (axşam qəzeti); 
2. Məkan əlaqələri: top floor (yuxarı mərtəbə); 
3. Əşya və onun hazırlandığı material arasındakı 
münasibətlər: brick house (kərpic ev ); 
4. Fəaliyyət və onun icraçısı arasındakı əlaqə: student 
failures (tələbə kəsrləri). 
Digər dillərdə olduğu kimi ingilis dilində də 
adyektivləşmə zamanı yeni nitq hissəsinə keçən söz, həmin nitq 
hissəsinə məxsus bəzi xüsusiyyətlər qazanır. Bu zaman isim cəm 
şəkilçisi qəbul etmir. Elə hallara da rast gəlmək olur ki, 
adyektivləşən isim sifət kimi müqayisə və ya üstünlük dərəcəsi 
şəkilçisini qəbul edir. Məsələn, the bottomest end of the scale 
(miqyasın ən aşağı göstəricisi). Burada sifətləşən isim üstünlük 
dərəcəsindədir. Eləcə də belə sözlər sifətlər kimi zərflərlə işlənə 
bilər. Məsələn, a purely family gathering (təmiz ailə yığıncağı).
Müasir ingilis dilinə isimlərin adyektivləşməsi 
nəticəsində dilin lüğət tərkibinə daxil olan neologizmlərə rast 
gəlmək olar. Məsələn: 
“Soul – zəncilərə məxsus, zənci ruhunda, zənci mədə-
niyyəti 
Coffee-table- ətraflı təsvir edilmiş, böyük formatda 
Look-ahead- komputerə məxsus başa düşmək və müxtəlif 
imkanları, addımları nəzərə almaq imkanlarına malik olan 
No-growth- sahə, əhali, iqtisadiyyatın böyüməsinin 
qarşısını almaq üçün nəzərdə tutulan 
Redbrick –daha yeni təhsil müəssiəsi ilə əlaqəsi olan 
Cloth-cap-fəhlə sinfinə aid olan 
Mixed-media-müxtəlif informasiya vasitələrindən istifadə 
edən” [69, 106]. 
Misallardan da görmək olar ki, müasir ingilis dilində söz 
birləşməsi kimi müxtəlif morfoloji struktura malik isimlər də 
adyektivləşə bilir.


122
Flektiv və aqlütinativ dillərdən fərqli olaraq kök dillərdən 
olan çin dilində adyektivləşmə hadisəsi çox az yayılmışdır. Bu 
da həmin dildə müvəqqəti, yəni kontekstual xarakter daşıyır. 
V.İ.Qorelov konversiya deyil, sintaktik transpozisiya 
adlandırdığı adyektivləşmə haqqında belə deyir: “Bu halda isim 
mənbə leksik vahid kimi çıxış edərək, sintaktik pozisiyanın 
dəyişilməsi nəticəsində, başqa sözlər əhatəsinə daxil olub, sifət 
funksiyasını yerinə yetirir” [84, 94].
Müəllifin verdiyi nümunələr dilimizə taxta stol, dəmir 
qutu, gigiyena vərdişləri kimi tərcümə edilir ki, burada da ilk 
isimlər təyin funksiyasında çıxış edərək sifətləşmişlər.
Dilçilərdən A.A.Zvonov çin dilində isimlərin nisbi 
sifətlərə və sifətlərlə ifadə olunmuş xəbərə keçdiyini qeyd edir. 
Onun fikrincə, çin dilinin normalarına görə isimlər sadə asılılıq 
vasitəsilə başqa bir ismi müəyyən edə bilir. İsimlərin önündə 
işlənən həmin isimlər sifət, qeyri-hallarda isə onlar isimdirlər. 
Eləcə də bu kök dildə тунгоу“izomorfizm”→ тунгоу 
“izomorf”, 
даньчуньтунгоу 
“homomorfizm”→ 
даньчунтунгоу“homomorf” kimi adyektivləşən cütlüklər 
isimlərdən yaranır. Bu sözlər cümlədə xəbər kimi çıxış 
etdiklərindən, sifət kimi qəbul edilməlidir. Çünki çin dilində 
isimlər, yalnız bəzi hallar istisna olmaqla, bağlayıcı feillər 
olmadan xəbəri ifadə edə bilmir [102, 128].
Başqa dil qrupuna daxil olan inkorporlaşan dillərdə bu 
hadisəyə rast gəlmək olmur. Çünki bu dillərdə sifətlər yalnız 
müəyyən affikslərin köməyii ilə yaranır. Bu dillərdən koryak, 
çukot, yukaqır və s. dillərdə sifətlər əsasən müəyyən şəkilçilərin 
köməyi ilə yaranır [99, 145]. 
Göründüyü kimi, adyektivləşmə aqlütinativ, flektiv və 
kök dillərdə müşahidə olunur. Aqlütinativ dillərdə daha çox isim 
və əvəzliklərin, flektiv dillərdə isim, feili sifətlərin, kök dillərdə 
isə isimlərin adyektivləşməsi başlıca yer tutur. Fikrimizcə, 
ümumiyyətlə, adyektivləşmə dildə müxtəlif nitq hissələrinə 
məxsus sözlərin sifət semantikasını əldə etməklə, ona məxsus 
olan sintaktik mövqedə çıxış etməsidir. 


123
3.3.Verballaşma (Feilləşmə) 
Verballaşma latınca “verbum” sözündən yaranıb, mənası 
feil deməkdir. Konversiyanın bu struktur semantik növü əsasən 
german dilçiliyinə xas bir hadisədir. Bu zaman müxtəlif nitq 
hissələrinə məxsus sözlər feil sırasına keçərək, ona məxsus 
qrammatik kateqoriyaları qəbul edir.
Azərbaycan dilçiliyində nitq hissələrində keçid 
hadisəsindən bəhs olunarkən bu terminə yalnız akademik 
A.Axundovun əsərlərində müəyyən qədər rast gəlmək olur: “Bu 
evdən köç! Bu meyvədən dad! cümlələrində köç və dad isimləri 
sintaktik cəhətdən feilləşmişdir. “Sevinc də dadırıq, qəm də yeyirik. 
Ötən aya, ilə acımırıq biz” (C.Novruz) misralarında isə 
morfoloji-sintaktik cəhətdən verballaşma baş vermişdir” [11, 161].
Yuxarıdakı misalda akademik A.Axundovun verdiyi acı 
sözü haqqında dilçilərdən E.R.Tenişev yazır: “Qırğız, kumık, 
noqay, türk, Azərbaycan, özbək və digər türk dillərində acı 
sözünün (müxtəlif fonetik variantlarında) acı (dad), acı (iztirab), 
acı söz, kinayəli söz, tünd, qəliz, qəzəb, qeyz, hirs mənaları var. 
Amma bu sözün mənbə mənası “acılıq, acı təm” dir. Sonra bu 
isim acı mənasını verən sifətə konversiya etmiş və bu sifət 
sonradan dərd, acı kimi məcazi məna qazanaraq yenidən 
substantivləşmişdir” [163,159]. Misallardan da gördüyümüz 
kimi, acı sözü isim→sifət→isim→feil istiqamətində konver-
siyaya uğrayaraq, ən sonda verballaşmaya məruz qalmışdır.
J.M.Quzeyev türk dillərində konversiya haqqında 
danışarkən yalnız ikiüzvlü konversiya modellərindən sifət→feil 
istiqamətində verballaşmanı qeyd edir və belə verballaşmaya 
misal olaraq bu nümunələri göstərir: “Qazax dilində “жабык 
(bağlı) → жабык (ruhdan düşmək, məyus olmaq), qırğız dilində 
“къызматташ (kiminləsə işləyən)→ къызматташ (kiminləsə 
birlikdə işləmək) və s.” [90, 81]. Tədqiqatlar göstərirlər ki, həm 
Azərbaycan dilində, həm də digər türk dillərində verballaşma 
hadisəsi çox geniş yayılmamışdır.


124
Azərbaycan dilinin feilləri həm leksik tərkibinin, həm də 
qrammatik kateqoriyalarının zənginliyi etibarilə başqa nitq 
hissələri içərisində xüsusi yer tutur. Əsrlər boyu müxtəlif dillərin 
təsirinə məruz qalan Azərbaycan dili daha çox feillər vasitəsilə 
öz milli orijinallığını mühafizə edə bilmişdir [32, 118]. Bu fikri 
biz nəinki ana dilimizdəki feillərə, eləcə də digər türk 
dillərindəki feillərə aid edə bilərik. 
Flektiv dillərdən olan rus dilində verballaşmaya rast 
gəlinmir. Amma belə dil qrupuna daxil olan ingilis və alman 
dillərində konversiyanın bu struktur-semantik növü geniş tətbiq 
olunur.
İngilis dilində əsasən isimlər verballaşmaya məruz qalır. 
T.I.Arbekovanın fikrincə, müasir ingilis dilində isimlərin 
verballaşması konversiyanın daha geniş yayılmış bi növüdür. 
Verballaşmaya tez-tez sadə isimlər məruz qalır. Demək olur ki, bu 
dildə bütün belə strukturlu isimlərə feillər uyğun gəlir [58, 45].
İsimlərin verballaşması hadisəsinin yaranma tarixi haqqında 
dilçilərdən P.M.Karaşuk qeyd edir ki, qədim ingilis dilində 
tərkibindəki sait səslərin əvəzlənməsi nəticəsində güclü 
feillərdən yaranmış isimlərlə yanaşı (wyrcan-weorc, 
fæman-fam), isimlərdən yaranmış zəif feillər də (lufu-lufian, 
fyr-fyrian) mövcud idi. Dilin inkişafı prosesində belə fərqli söz 
cütlükləri öz fərqlərini itirərək, formaca fleksiyanın itməsi 
nəticəsində omonimlərə çevrilən söz cütlükləri ilə üst-üstə 
düşdü. Daha sonralar bu böyük ingilis yazıçısı Şekspirin 
əsərlərində “müəyyən subyekt üçün səciyyəvi olan işi həyata 
keçirmək” mənasında olan feillərin yaranmasına gətirib çıxardı. 
Məsələn, to bird, to calf, to dog, to mouse, to shark, to Kate və s. 
[109, 192-193]. 
V.D.Arakin tərəfindən bu belə izah olunur: “XIII əsrdə 
ingilis dilində infinitivin düzəldilməsi üçün əsas morfoloji 
göstəricilər –en və -n şəkilçiləri idi. Artıq XIV-XV əsrlərdə bu 
şəkilçilər yox olduqdan sonra, feillərin yaradılmasında heç bir 
morfoloji göstəricidən istifadə olunmadı. Bunun nəticəsində 
ingilis dilində isimlərdən müəyyən feillər yaranmağa başladı. 


125
Məsələn, man (insan)→to man (komplektivləşdirmək, 
tamamlamaq), eye (göz)→to eye (baxmaq, nəzərdən keçirmək)” 
[56, 48]. Göründüyü kimi, ingilis dilində artıq XIV-XV əsrlərdə 
infinitiv suffiksinin itməsi ilə isim və sifətlərdən feillərin 
yaranması davam etdi. Ancaq bu zaman feillərin yaradılmasında 
morfoloji göstəricilərdən istifadə olunmurdu. Ümumiyyətlə, 
müasir ingilis dilində konversiya vasitəsilə müxtəlif semantik 
qruplu isimlərdən feillər yaranır. Bunun nəticəsi olaraq yaranan 
feillər də müxtəlif mənaya malik olurlar. O feilləri belə 
səciyyələndirmək olar: 
1. Feillər konversiya nəticəsində yarandığı ismin ifadə 
etdiyi canlıya xarakterik olan fəaliyyəti bildirir: to wolf (canavar 
kimi acgözlüklə yemək). to shepherd (çobanlıq etmək); 
2. Feillər mənbə isim vasitəsilə ifadə olunan predmetə 
məxsus hərəkəti göstərir: to finger (barmaqla toxunmaq), to 
hammer (çəkiclə vurmaq), to knife (bıçaqla yaralamaq); 
3. Müxtəlif zaman mənalarını verən isimlərdən yaranan 
feillər mənbə isim tərəfindən ifadə olunmuş vaxt ərzində 
haradasa olmaq mənasını verir: to winter (qışı keçirmək).to 
week-end (həftə sonunu keçirmək); 
4. Feillər mənbə isim tərəfindən ifadə olunmuş yerdə 
müəyyən fəaliyyətin həyata keçirilməsini göstərir: to park 
(avtomobili dayanacağa qoymaq), to corner (küncə qısamaq), to 
bottle (şüşəyə yerləşdirmək) və s.; 
5. Feillər obyekt mənasını verən isimlərdən yaranırsa, 
həmin obyektlərin əldə edilməsi, qazanılması, eləcə də onlardan 
məhrum etmə mənasını verir: to fish (balıq tutmaq), to dust 
(tozunu almaq), to paper (divar kağızını yapışdırmaq). 
S.F.Xoxlovanın fikrincə, isimlərdən yaranmış və həmin 
isimlərə xas fəaliyyəti həyata keçirmək mənasını verən feillərin 
təhlili göstərir ki, onların düzəldilməsi üçün əsas vasitə 
konversiyadır. Dilçi konversiya vasitəsilə yaranmış və bu 
mənanı verən feillərin leksikanın neytral və ya danışıq qatına aid 
olduğunun, sözdüzəldici şəkilçilər vasitəsilə isimlərdən 
yaranmış feillərin isə xüsusi leksikaya aid olması fikrinin 


126
tərəfdarı idi. Onları köhnəlmiş kimi xarakterizə edir [171, 128]. 
Doğrudan da, ingilis dilində verballaşma nəticəsində yaranan 
feillərdən daha çox danışıq nitqində istifadə olunur. Eləcə də bu 
dildə isimlər verballaşarkən yaranan feillər çoxmənalı olur. Bu 
da mənbə ismin çoxmənalılığı ilə bağlıdır. Məsələn, stone→to 
stone. Bu isim ana dilimizə “daş” kimi tərcümə olunursa, 
törəmə feil daşlamaq; material mənasında daş mənasını verirsə, 
törəmə feil daşdan üz çəkmək, mənbə isim çərdək mənasını 
verirsə, törəmə feil çərdəyini çıxarmaq mənasını verir. 
Həmçinin adların verballaşması söz birləşmələrindən fərqli 
olaraq fikrin daha yığcam, lakonik ifadəsinə kömək edir. 
Məsələn, the ship got a breech (gəmi deşildi) əvəzinə the ship 
holed demək olar. Yəni burada mürəkkəb feil ilə ifadə olunan 
xəbər, eyni mənanı verən sadə feillə ifadə edilib. 
E.N.Bortniçuk, İ.V.Vasilyenko, L.P.Pastuşenko müasir 
ingilis dilində sifət, zərf və nidaların da verballaşmasını qeyd 
edirlər [69, 102]. L.Soudek isə bu sıraya sözönüləri də əlavə edir 
[186, 135]. Aşağıdakı nümunələr bu nitq hissələrinin də 
verballaşmasını sübut edir: 
Bitter(acı)→to bitter(acı etmək)(sifət→feil)[6-60]; 
Open (açıq) → to open (açmaq) (sifət→feil)[5-1028]; 
Blind (kor) →to blind (kor etmək) (sifət→feil)[5-143]; 
Big (böyük) →to big (böyütmək) (sifət→feil)[5-129]; 
Further (sonra, daha sonra) →to further (kömək etmək, 
yardım göstərmək) (zərf→feil)[6-252]; 
Hurrah (ura) →to hurrah (ura demək)(nida→feil)-
[6-301]; 
Into (içinə)→to into (daxil etmək)(sözönü→feil)[6-327].
Müasir alman dilində verballaşma haqqında bəhs 
edərkən, M.D.Stepanova bu dildə isim və sifətlərin feil sırasına 
keçidini söyləyir. Onun fikrincə, bu proses alman dilində 
mürəkkəb semantik bir prosesdir ki, nəticəsində feil sırasına 
keçmiş sözlər feilə məxsus qrammatik kateqoriyaları qəbul 
edərək, feili xəbər funksiyasını daşıyır, məsələn, das gras grunt- 


127
das Gras ist grün; die Äpfeil reifen – die Äpfeil warden reif 
[164, 283].
Göründüyü kimi, isimlər verballaşmadan öncə də xəbər 
funksiyasını daşıya bilir. Amma bu zaman belə isimlər yalnız is-
mi xəbər ola bilir. Alman dilində sifətlər verballaşarkən bir sıra 
belə feillərdə metaforik və metonomik olaraq yenidən mə-
nalandırma baş verir: stärk→ stärken(gücləndirmək) [164, 284]. 
Artıq qeyd etdiyimiz kimi, kök dillərdə də verballaşma 
hadisəsi çox da geniş yayılmamışdır. Çin dilində isimlərin 
verballaşması dilçilər tərəfindən morfoloji transpozisiya 
adlandırılır. Bu zaman yeni yaranan feil şəkilçilər vasitəsilə 
zaman və modal formalarını yaradır, həmçinin tamamlıq qəbul 
edir [86, 54]. 
İnkorporlaşan dillərdə isə bu hadisəyə çox az-az rast 
gəlinir. Yukaqır, çukot dillərində əksər feillər şəkilçilərin 
köməyilə yaranır [116, 118]; [155, 210].
Beləliklə, verballaşma dilin leksik-semantik və mor-
foloji-sintaktik səviyyəsində yer alan sözdüzəltmə üsulu olaraq 
daha çox flektiv dillərdə yer almışdır. 
3.4.Adverbiallaşma (Zərfləşmə) 
Adverbiallaşma termini latınca “adverbials” sözündən 
götürülmüş, zərf məna xüsusiyyətinin olması anlamını bildirir 
[17, 58]. Dilçilikdə adverbialllaşma hər hansı bir nitq hissəsinin 
zərfə keçməsidir. Nitq hissələrinin semantik dəyişməsi, 
funksional yerləşməsi və mətni situasiya vəhdətindən asılı 
olaraq formal cəhətdən bir-birindən fərqlənən müxtəlif sözlər 
adverbiallaşa bilir [5, 36].
Məlum olduğu kimi, zərf hərəkətə aid əlaməti, keyfiyyəti, 
bəzən də əlamətin əlamətini göstərir. B.Xəlilovun fikrincə, zərf 
bir nitq hissəsi kimi qrammatika kitablarına nisbətən sonralar 
daxil olmuşdur. Buna görə də, bu nitq hissələrinə məxsus 
sözlərin bir qisminin isim, bir qisminin sifət, bir qisminin isə say 
olduğu göstərilir. Məhz buna görə, də ədəbi dilimizdəki zərflər 


128
isim-zərf, sifət-zərf, say-zərf ortaqlı xüsusiyyətinə malikdir [33, 
280]. F.Zeynalov, Y.Seyidov belə ortaq sözləri yalnız bir nitq 
hissəsinə aid etdikləri halda, M.Hüseynzadə, B.Xəlilov isə onları 
müxtəlif nitq hissələrinə aid edir.
Bu barədə M.Hüseynzadə qeyd edir: “Bütün nitq 
hissələrində olduğu kimi, zərfin də başqa nitq hissələri ilə şəkilçi 
eyniliyi var. Tərzi-hərəkət zərflərinin bir qismi şəkilcə sifətlərlə 
(sifət-zərf), kəmiyyət zərflərinin bir qismi saylarla (say-zərf) 
ortaqdır. Bunları bir-birindən ayırmaq üçün cümlədəki yerini, 
daşıdığı vəzifəsini, əşyaya və ya hərəkətə, hadisəyə aid olmasını 
nəzərə almaq lazımdır. Sifət əşyaya, zərf isə hərəkətə(feilə), 
əlamətə (sifətə və ya zərfə) aid olur” [32, 200].
Fikrimizcə, belə sözlər müvəqqəti olaraq, müəyyən 
situasiyalarda işlənərək cümlə üzvü kimi zərflik funksiyasında 
işlənərək müvəqqəti zərfi xüsusiyyətlər kəsb edirlər. Müasir 
Azərbaycan dilində isim, sifət, say və əvəzliklərin adverbiallaş-
masına rast gəlinir. Dilimizdə ən çox əksər türk dillərində olduğu 
kimi, axşam, səhər, gecə və s. tipli isimlər zərfə konversiya edirlər. 
Əlbəttə, cümlədə onların hansı nitq hissələrinə aid edilməsini 
sözlərin hansı qrammatik kateqoriyaya aidliyi ilə müəyyən 
etmək olar. Məsələn, Gecə sirlidir. cümləsində gecə sözü nə? 
sualına cavab verir, ad bildirir. Amma Gecə hər yeri qatı duman 
bürüdü. cümləsində isə, gecə sözü nə vaxt? sualına cavab verir. 
Azərbaycan dilində yerlik və çıxışlıq hal şəkilçilərini qəbul 
etmiş sözlərin konversiyaya aid edilib-edilməməsi dilçilikdə 
hələ həllini tam tapmamışdır. M.Hüseynzadə yazda, ayda, ildə, 
payızda kimi sözləri yerlik halda olan zaman zərfi və ya zaman 
zərfliyi adlandırır [32, 54].
Amma yerlik hal şəkilçisi qəbul etmiş isimləri konvesi-
yanın məhsulu hesab etmək düzgün olmazdı. Çünki onların 
qəbul etdikləri şəkilçilər ismə məxsus hal kateqoriyasını əks 
etdirir. Yəni onlar hər halda ismin hal şəkilçiləridir. Sadəcə bu 
zaman isimlər müvəqqəti zərflik funksiyasında işlənir.
Azərbaycan dilində sifətlərin adverbiallaşması zamanı 
onların yalnız cümlə üzvü kimi zərflik funksiyası daşımasının 


129
tərəfdarı olan F. Zeynalov qeyd edir: “Bir sıra keyfiyyət sifətləri 
feil qarşısında işləndikdə öz əlamət və xüsusiyyətlərini 
itirməyərək yenə də sifət olaraq qalır. Məsələn, yaxşı, pis, gözəl 
və s. bu kimi sifətlər istər əşya qarşısında, istərsə də feillər 
qarşısında onların təyini kimi çıxış etdikdə hər iki halda da 
sifətdən başqa bir şey deyildir. Bəzən Azərbaycan dilçilik 
ədəbiyyatında “gözəl hava” dedikdə gözəl sözü sifət, “gözəl 
oxuyur” dedikdə isə gözəl sözü zərf hesab olunur” [52, 122].
Əsas nitq hissələrindən zərfə konversiya edən saylara az, 
çox, xeyli kimi qeyri müəyyən miqdar saylarını misal gətirmək 
olar. Məsələn, O, əhvalata çox güldü.
Qeyri-müəyyən çox, xeyli, az sayları sifətlərlə ifadə 
olunan təyinlərdən əvvəl gəldikdə adverbiallaşır və əlamətin 
dərəcəsini bildirərək təyinlikdən çıxır: çox gözəl quş, çox şirin 
meyvə, xeyli aralı kənd və s. [30, 61].
B.Xəlilov əvəzliklərin adverbiallaşması haqqında yazır: 
“Dilimizdə onda zərfi vardır ki, bu zərf o vaxt, o zaman məna-
sını verir. Onda zərfi III şəxsin o şəxs əvəzliyinin yerlik halda 
işlənməsilə yaranmış onda sözü ilə omonimləşir. Müqayisə 
edək: Gərək ki, onda (o vaxt) siqaret çəkmirdik. – Onda həmin 
kitab var. Onda (o vaxt ) Əhəd kiçik qardaşının üzünə baxdı, 
Sanki onun da fikrini eşitmək istəyirdi.- Onda maraqlı söhbətlər 
çoxdur” [34, 281].
Digər türk dillərində də adverbiallaşma çox geniş 
yayılmışdır. E.R.Tenişevin fikrincə, müasir türk dillərində zərf 
özlüyündə hərəkətin əlamətini və ya əlamətin əlaməti 
semantikasını təqdim edir. Aşağıdakılar nəticəsində bu nitq 
hissəsi yeni vahidlər hesabına müntəzəm olaraq zənginləşir: 
a) isimlərin hal formalarının və feili bağlamaların 
izoliyasiyası nəticəsində; 
b) məhsuldar modellərlə dolu sözdüzəltmə əsasında; 
c) kalka və ya başqa dillərdən alınma sözlər nəticəsində 
[163, 254]. 
Ümumiyyətlə türk dillərində N.A.Baskakov və A.N.Kon-
onov tərəfindən morfoloji-sintaktik üsulla sözdüzəltmə adlandırılan 


130
adverbiallaşma hadisəsi türkologiyada öz əksini B.O.Oruzbayeva, 
F.A.Qəniyev, L.A.Pokrovskaya, N.P.Dırenkov, A.A.Qulamov və s. 
kimi dilçilərin əsərlərində tapmışdır [80, 71]. Həm Azərbaycan, 
həm də ki, türk dilində çoxlu sayda sifətlərin adverbiallaşmasına 
aid nümunələrə rast gəlmək olar. Məsələn, ana dilimizdə məxfi (sif, 
zərf)[2-327], məsud(sif, zərf) [2-353], məxsus(sif, zərf) [2-328] və s, 
türk dilində, aç (sif, zərf) [4-20], boş(sif, zərf)[4-301], geç (sif, 
zərf)[4-735] və s. nümunələrini misal gətirmək olar.
Türkologiyada, Azərbaycan dilində olduğu kimi, 
adverbiallaşma zamanı əsas mübahisə doğuran məsələ hal 
şəkilçiləri qəbul etmiş sözlərin adverbiallaşmasının konversiyaya 
aid edilib-edilməməsidir. F.A.Qəniyevin fikrincə, əgər 
konversiya nəticəsində yaranan, tərkibində hal şəkilçisi olan 
zərflərdə, onların yarandığı mənbə sözlər hallanan nitq 
hissələrinə aiddirsə, onda belə zərfləri hallanan nitq hissələrinin 
adverbiallaşmasının məhsulu hesab etmək düzgündür. Belə 
sözdüzəltmə növü şəkilçili deyil, leksik-qrammatik üsuldur ki, 
bu zaman da söz və ya söz formaları bir nitq hissəsindən 
başqasına keçir. Amma yeni yaranmış hal şəkilçili zərflər 
hallanmayan nitq hissələrindən yaranırsa, onda bu şəkilçi 
vasitəsilə sözdüzəltməyə aid olunmalıdır [80, 75].
F.A.Qəniyevin adverbiallaşmaya aid etdiyi birinci halı 
morfoloji-sintaktik üsul adlandırmaq düzgün olardı. İkinci hal 
isə affiksasiyaya aid olub sözdüzəldici şəkilçilər vasitəsilə yeni 
sözlərin yaranmasıdır.
A.A.Qulamov özbək dilində çıxışlıq hal şəkilçisi qəbul 
etmiş бирдан (birdən, qəflətən), чиндан (həqiqətən) sözlərinin 
yalnız tarixən çıxışlıq hala aid edilməsinin tərəfdarı idi [91, 10].
Türk 
dilçiliyində 
hal 
şəkilçili 
sözlərin 
adverbiallaşmasının konversiyaya aid edilməməsinə də rast 
gəlinir. Məsələn, dilçilərdən A.A.Yuldaşev başqırd dilində 
adverbiallaşmanı məhsuldar sözdüzəltmə vasitəsi hesab edərək, 
onun bu dildə iki üsulla həyata keçməsini qeyd edir: 
“ 1) konversiya vasitəsilə 


131
2) başqa nitq hissələrinə məxsus qrammatik formaların 
təcrid edilməsi və leksikallaşması yolu ilə. Başqırd dilində 70-ə 
yaxın leksik-qrammatik omonim var. Bunlara алыç(uzaq), 
анһат(asan), һuрəк(az), яҡшы(yaxşı) və s. aid etmək olar. 
Onlar kontekstdən asılı olaraq öz formalarını dəyişmədən həm 
sifət, həm də zərf kimi fəaliyyət göstərirlər. Bu sözlər müntəzəm 
olaraq həm sifət, həm də zərf kimi çıxış edərək verilmiş nitq 
hissələri arasında aralıq mövqe tutur” [87, 205]. A.A.Yuldaşev 
hal şəkilçili sözlərin adverbiallaşmasını konversiyaya aid etmir. 
O, başqa nitq hissələrinə məxsus qrammatik formaların təcrid 
edilməsi və leksikallaşması haqqında yazır: “Qrammatik 
formaların leksikallaşması proses kimi tarixi leksikologiyanın 
obyekti, onun nəticələri isə lüğətin əmlakıdır. Qrammatiklərdən 
fərqli olaraq leksikoqraflar öz praktik işlərində bu real faktdan 
çıxış edirlər. Əks halda onların lüğətləri “adverbial hallar”, “feili 
zərflər”lə dolu olardı” [177, 73].
Buradan göründüyü kimi, bu halda belə sözləri yenə də 
isim və ya feil hesab etmir. O, A.A.Qulamov kimi hal şəkilçiləri 
qəbul etmiş və sintaktik valentlikərini itirən bir qrup isimləri 
zərf hesab edir. A.A.Yuldaşev belə sözlərdə hal formalarının 
mövcudluğunu nəinki müasir mahiyyətinə görə, həm də 
mənşəyinə görə imkansız hesab edir [177, 66]. Yəni, hər iki 
dilçinin fikrincə, bu zaman zərfə keçid baş verir. Amma sadəcə 
olaraq tarixən belə hal şəkilçiləri sözdüzəltmə elementi kimi 
çıxış edir.
Türk dillərində sifətlərin də zərfə keçidi halları müşahidə 
olunur. Məsələn, türkmən dilində, деррев(tez,sürətli) → деррев 
(sürətlə) (leksik-semantik konversiya), noqay dilində ювык 
(yaxın) → ювыкда (yaxın), узак (uzaq) → узакка (uzun 
vaxta,uzun müddətə) (morfoloji-sintaktik konversiya), tatar 
dilində якты (işıqlı) → якты (parlaq), суык (soyuq )→ cуык 
(soyuq) (leksik-semantik konversiya) və s. [163, 250]. 
Feil formalarının, daha dəqiq desək, feili bağlamaların 
zərfə keçidi həm Azərbaycan, həm də digər türk dillərində geniş 
araşdırılmışdır. İ.Əhmədov Azərbaycan dilində feili bağlamala-


132
rın zərfə doğru inkişafını mahiyyətcə mürəkkəb, çoxsəciyyəli bir 
proses hesab edirdi. O, zərfləşən feili bağlamaların idarəetmə 
qabiliyyətinin tam itdiyini, bunun nəticəsində prosesual zərflərin 
yarandığını qeyd edir. Məsələn, qaçaraq, çaparaq, dedikcə və s. 
[25, 12]. Eləcə də türk dillərindən özbək dilində индамасдан 
(susaraq), шошмасдан (tələsmədən), yakut dilində кыыһыран 
(hirsli), мөккүһэ (dalaşaraq), noqay dilində янъылып (səhvən), 
билместен (bilmədən) və s. feili bağlamalardan zərf sırasına 
keçən sözlərdir [163, 97]. 
Flektiv dillərdə konversiyanın bu struktur-semantik 
növünə türk dillərində və eləcə də onların sırasına daxil olan 
Azərbaycan dilində çox rast gəlinir. V.K.Radzixovskaya müasir 
rus dilində zərfi belə xarakterizə edir: “Zərf morfoloji-sintaktik 
yolla formalaşan, müqayisə dərəcələrinə malik olan, cümlədə 
zərflik funksiyasını daşımaq üçün sintaktik asılılıq vasıtəsilə 
başqa sözlərlə əlaqə yaradan xüsusi növ söz qruplarıdır” [146, 
66].
Ümumiyyətlə, hal və ya sözönülü-hal formalı isimlərin 
zərfə keçidi rus dilində geniş vüsət almışdır. Bu zaman bəzi türk 
dillərində, eləcə də Azərbaycan dilində rast gəlinən söz 
formalarının keçidi halını müşahidə edirik. Əksər rus dilçiləri 
kimi N.M.Şanski və E.S.Xmelyovskaya tərəfindən də 
morfoloji-sintaktik sözdüzəltməyə aid edilən adverbiallaşma, bu 
üsulun qrammatik formanın leksikallaşması növü kimi 
xarakterizə edilir. Yəni, leksikallaşma zamanı törəmə söz 
əvvəlki nitq hissəsinə məxsus bütün qrammatik xüsusiyyətlərini 
itirərək yeni nitq hissəsinə keçir. Ümumiyyətlə, müasir rus ədəbi 
dilində ən çox təsirlik, yiyəlik halda olan, в, на, с, без, до kimi 
sözönüləri ilə işlənən isimlərin zərfə keçidi baş verir. Məsələn, 
təsirlik halında вбок (yan), вволю (istədiyi qədər, bol-bol), на 
беду (bədbəxtcəsinə), yiyəlik halında без ума (dəlicəsinə), до 
невероятности (inanılmaz) və s. Rus dilində nəinki isim, eləcə 
də sifətlərin zərfə konversiyası hadisəsi rast gəlinir. Əksər 
dillərdə olduğu kimi, bu flektiv dildə də bəzi keyfiyyət və 


133
kəmiyyət zərflərinin müqayisə dərəcəsinə malik olması zərfi 
sifətlərlə yaxınlaşdırır.
S.O.Karçevski bu məsələ ilə bağlı qeyd edir ki, rus 
dilində müqayisə dərəcəsinin ən xarakterik cəhəti, həm sifət, 
həm də ki zərflərdə onun -ее/-е olmasıdır. Qrammatikada onun 
hansı nitq hissəsinə aid edilməsi kimi ən çox müzakirə edilən 
məsələyə yalnız bir cavab ola bilər. Bu həm sifət, həm də ki, 
zərfə aid edilən hibrid formadır [110, 111]. Bu dildə istənilən 
qədər sözönlü, müxtəlif hal şəkilçisi qəbul etmiş sifətlərə rast 
gəlmək olar. Məsələn, справa (sağdan, sağ tərəfindən), заново 
(yenidən), вскоре (tezliklə), сослепу (kor-koranə) və s. 
M.İ.Trofimov bu halda zərfləri sifətlərdən yaranmış keyfiyyət 
adından ibarət sözönlü birləşmələr və ya bu sözönlü sifət+isim 
birləşməsi ilə sinonim olduğunu söyləyir [168, 96]. 
Doğrudan da, bu belədir. Məsələn, добела (ağaranadək) 
- до белизны - до белого цвета. A.M.Peşkovski rus dilində rast 
gəlinən müxtəlif hal şəkilçili isimlərin zərf kimi işlənmələri 
haqqında yazır: “Belə sözlərdə zərf kimi təcrid edilmiş hal 
sonluğu əsl hal sonluğundan ya vurğu, ya əlaqədən doğan 
mənasına görə fərqlənir” [141, 144].
Gördüyümüz kimi, müasir rus dilində morfoloji-sintaktik 
üsul adlandırılan adverbiallaşmaya ən çox sözönlü isim və 
sifətlər məruz qalır ki, bu zaman həmin nitq hissələrində 
sonluqlar zərfə məxsus suffiks, sözönüləri isə ön şəkilçisi olmaq 
statusunu qazanır. Eləcə də, törəmə zərflər öz vurğularıyla 
fərqlənir.
İngilis dilində adverbiallaşma hadisəsi substantivləşmə, 
adyektivləşmə, verballaşmayla müqayisədə çox az rast gəlinir. 
Konversiyanın struktur-semantik növü kimi adverbiallaşma 
hadisəsi dilçilərdən yalnız P.M.Karaşuk, E.N.Bortniçuk, 
İ.V.Vasilenko, L.P. Pastuşenko, M.P.İvaşkinin əsərlərində öz 
əksini tapıb. Bu dilçilər ingilis dilində onun sifət→zərf, 
sözönü→zərf, feil→zərf istiqamətində reallaşdığını göstərirlər. 
Məsələn, ingilis dilində dear(baha) sifəti zərfə keçmişdir. Eləcə 
də bu dildə ən çox on, in, around sözönüləri daha isimlərlə 


134
işlənməyib, yer zərfliyi funksiyası daşıyaraq zərfin sırasına daxil 
olur. Məsələn, There were a lot flowers around. (Ətrafda çoxlu 
gül var idi.) 
İngilis dilində adverbiallaşma hadisəsi az-az rast gəlinsə 
də, flektiv dil olan alman dilində bu hadisə geniş yayılmışdır. 
Belə ki, araşdırmalar göstərir ki, başqa nitq hissələrinin, xüsusilə 
sifət, feili sifət, isimlərin zərfə keçidi alman dilinin inkişafının ta 
qədim dövrlərindən indiyə kimi ən məhsuldar sözdüzəltmə 
vasitəsi sayılır [164, 333].
Qrammatik planda sifətin bu dildə zərfə keçidi aqlütinativ 
dillərdə olduğu kimi əvvəlki qrammatik kateqoriyaların itməsi 
və sintaktik funksiyaların dəyişməsi ilə müşayiət olunur. 
M.D.Stepanovanın fikrincə, alman dilində bir sıra zərflər vardır 
ki, eyni cür səslənən sifətlərdən semantik olaraq ayrılmışlar: 
bloß, gleich, eben,gerade və s. [164, 334]. 
Kök dillərdən olan çin dilində adverbiallaşma hadisəsi dil-
çilərin əsərlərində müxtəlif cür təsvir olunur. V.İ.Qorelovun 
fikrincə, yalnız sifət→zərf istiqamətində baş verən çevrilmə ha-
disəsi funksional-semantik xüsusiyyətləri əks etdirir və özlüyündə 
sintaktik transpozisiyanın “daxili mexanizmi” dir [84, 95].
Amma A.A. Zvonovun qeyd etdiyi kimi sifət→zərf növlü 
konversiya, çin dilində olan sifətin feili təyin etməsi 
qabiliyyətini törədir. Bununla da feildən qabaqda işlənilən sifətə 
zərf kimi baxılır [102, 129].
Maraqlısı odur ki, tədqiqatçı çin dilində modal feil→modal 
zərf istiqamətində baş verən adverbiallaşma modelini mümkün 
sayaraq, onun iki halda reallaşdığını önə çəkir: “a) təsirli feillə 
ifadə olunan xəbərli və vasitəli tamamlığın olmadığı cümlələrdə 
(faktiki olaraq məchul konstruksiyanın olduğu halda) b) şəxsiz 
cümlələrdə [102, 131]. Onun fikrincə, digər hallarda bu konversiya 
halına aid olan söz, modal feil kimi tərcümə edilir.
Məşhur çin alimi V.Lyao-İ-nin fikrincə, bu dildə bəzi 
sifətlər, məsələn мань (yavaş), мань цзоу (yavaş getmək) birləş-
məsində, гао (hündür), гао фей (yüksəkdən uçmaq) birləşməsində, 
цзин (sakit), цзин цзо (sakit oturmaq) birləşməsində əksər qram-


135
matiklər tərəfindən zərf kimi xarakterizə edilsələr də, əslində olaraq 
onlar sifət olaraq qalır [71, 51]. 
Nəticə olaraq belə bir qənaətə gəlmək olar ki, kök dillərdə 
yer alan adverbiallaşma hadisəsi ən çox sifət→zərf istiqamətində 
yer alaraq, leksik-semantik səciyyə daşıyır.
İnkorporlaşan dillərdə də konversiyanın struktur-semantik 
növü olan adverbiallaşma hadisəsi kök dillərdə olduğu kimi çox 
geniş yayılmamışdır. İnkorporlaşan struktura malik yukaqır 
dilində baş verən adverbiallaşma hadisəsi, E.F.Kreynoviç 
tərəfindən belə izah edilir: “Bu dildə keyfiyyət bildirən 
појyол(çox), т’амол( böyük), л’укуол (kiçik) sözlər kəmiyyət 
bildirən zərflərə keçə bilirlər. Eləcə də, yukaqır dilində титэ 
(belə) müəyyən əvəzliyi tərzi- hərəkət zərfliyinə keçə bilir. 
Məsələn, титэ панрȧнунк (belə sayıq olmaq)” [116, 201-202] 
E.A.Kreynoviç bu inkorporlaşan dildə yer zərfliyini üç qrupa 
bölərək, birinci qrupa daxil olan yer zərflərinin natamam hallan-
maya malik isimlərdən , ikinci qrupa daxil olan zərflərin dildə 
artıq işlənməyən, qeyri məhsuldar hal şəkilçilərindən , üçüncü 
qrupa daxil zərflərin isə müasir hal sonluqlu isimlərdən 
yarandığını qeyd edir [116, 210].
P.Y.Skorik inkorporlaşan dillərə aid edilən çukot dilində 
konversiya nəticəsində yaranan bəzi zərfləri affiksiz zərflər 
adlandıraraq, onların iki qrupa aid edir: “Bunlardan bir qismi, 
başqa nitq hissələrindən yaranan və onlarla bütün mənşə 
əlaqələrini kəsən zərflərdir. Digərləri isə ehtimal ki, dil əsasən 
şəkilçisiz qrammatik quruluşa malik olan vaxtda yaranan zərflər 
hesab oluna bilər. Ümumilikdə belə zərflərə bunları aid etmək 
olar: чит (belə), игыр (bu gün), виин (hələ), пэтле (tezliklə), 
э’выч (tez-tez)” [155, 322]. 
Belə nəticəyə gələ bilərik ki, konversiyanın struktur--
semantik növü kimi adverbiallaşma hadisəsinə bütün dil 
qruplarında rast gəlinir. Amma iltisaqi və flektiv dillərdə bu dil 
hadisəsi əsasən leksik-semantik və morfoloji-sintaktik səciyyə 
daşıyırsa, kök və inkorporlaşan dillərdə leksik-semantik növ 
özünü daha qabarıq göstərir. Qeyd etmək lazımdır ki, kök və 


136
inkorporlaşan dillərdə adverbiallaşma hadisəsi, iltisaqi və flektiv 
dillərdə olduğu kimi çox da işlənmir. 
3.5.Pronominallaşma (Əvəzlikləşmə) 
Məlum olduğu kimi, əvəzlik sintaktik vəzifəsinə və 
semantik-formal əlamətinə görə başqa nitq hissələrindən 
fərqlənir. Əvəzliklər hər yerdə ümumilik ifadə edərək, ad 
bildirən sözləri əvəz edir. Bəzən başqa nitq hissələrinə məxsus 
sözlər də əvəzlik kimi işlənə bilir. Bu hadisə dilçilikdə pronomi-
nallaşma adlanır. Pronominallaşma termini latınca pron-
ima-əvəzində, nomina- adlar sözündən yaranmışdır [17, 87].
Dildə başqa nitq hissələrinə məxsus sözlərin əvəzlik-
ləşməsi və ya pronominallaşmasına çox az-az rast gəlinir. Bu da 
konversiyanın bu struktur-semantik növünün digərləri ilə 
müqayisədə müvəqqəti, mətni xarakter daşıyaraq, digər növlərlə 
müqayisədə daha az işlənməsindən irəli gəlir.
C.Cəfərov Azərbayacan dilində əsasən adam, şəxs, camaat, 
ellik, qardaş isimlərinin, başqa (başqası, başqaları), özgə, 
yuxarıdakı, digərləri, müvafiq, müxtəlif və s. kimi sifətlərin, 
birisi, ikisi, xeyli, çoxları, azı kimi sayların, eləcə də bəzi feili 
sifətlərin pronominallaşmasını göstərir [17, 88-89]. Eləcə də, 
M.Hüseynzadə qeyri-müəyyən miqdar sayı olan çox sözünün 
əvəzlikləşməsi haqqında yazır: “Çox sözünün yalnız 
özünəməxsus aşağıdakı xüsusiyyətləri vardır: 
a) cəm və mənsubiyyət şəkilçisi ilə kəmiyyət məzmunlu 
qeyri müəyyən əvəzlik kimi işlənir. Məsələn, Çoxları bu məsələ 
ətrafında düşünmüş, lakin bir nəticəyə gələ bilməmişlər.
b) mənsubiyyət şəkilçisi ilə qeyri-müəyyən əvəzlik kimi 
işlənir. Məsələn, Çoxu hələ məsələ ilə tanış deyildir. Bəzən 
danışıq dilində -u mənsubiyyət şəkilçisindən sonra saitlə bitən 
sözlərə məxsus- su mənsubiyyət şəkilçisi də əlavə olunaraq 
işlənir: Çoxusu bilir, çoxusu bilmir” [32, 92]. 
Pronominallaşma zamanı diqqət çəkən ondan ibarətdir ki, 
bu zaman əvəzlik sırasına daxil olan sözdə xüsusiləşmə özünü 


137
büruzə verir. Bu zaman belə sözlər qeyri-müəyyən obyekt və ya 
subyektə işarə edərək pronominallaşır. Məsələn, Camaat elə 
bilir ki, o bütün ev işlərini bacarır. Bu cümlədə camaat ismi 
əvəzlikləşərək onlar mənasında işlənir.
A.N.Kononov Azərbaycan dilində, eləcə də türk dilində 
yer 
alan 
pronominallaşma 
hadisəsinin 
leksik 
və 
morfoloji-semantik üsulla reallaşmasını qeyd edir. Onun fikrincə, 
leksik üsul zamanı kişi, adam, insan, herif (insan) isimləri 
əvəzlik semantikasını qazanır. Morfoloji-semantik üsul zamanı 
isə -si şəkilçisi bir sayına, nitq hissələri və isimlərə qoşularaq 
onun yeni qrammatik məna verir. Məsələn, birisi, başkası, 
ötekisi, burası, şurası və s. [113, 181-184]. Eləcə də, özbək 
dilində də konversiyanın bu struktur-semantik növünün, türk 
dilində olduğu kimi, leksik və morfoloji üsulla baş verdiyini 
göstərir. Bu iki dildə pronominallaşma zamanı yeganə fərq 
özünü morfoloji-semantik üsulda göstərir. A.N.Kononovun 
fikrincə, morfoloji-semantik üsul tərkibində билан(ilə) qoşması 
və ya hal şəkilçiləri olan mənsubiyyət şəkilçili birləşmələrlə 
reallaşır: бир-бирига, бир-биридан, бир-бири билан və s. [114, 
185].
J.M.Quzeyevin fikrincə, türk dillərində pronominallaşma 
aşağıdakı istiqamətdə baş verir: 
Sifət→əvəzlik: kabardin-balqar dil, cay (sağlam, bütöv) → 
cay (bütün), qırğız dil. бютюн ( bütöv, tam) → бютюн (bütün), 
isim→əvəzlik: kabardin-balqar dil, киши (kişi, insan) →киши 
(kimsə), say→əvəzlik: kabardin-balqar dil, биреулен (bir) → 
биреулен (kimsə,başqası) [90, 82]. 
İ.A.Batmanovun fikrincə, əvəzliklərin bir sıra yarımsinif-
ləri vardır ki, onlar ya isimlərə, ya sifətlərə, ya da ki, saylara çox 
oxşayır. Bu yarımsiniflərə bir başlıq altında baxılmalıdır, yoxsa 
onları yaxın olduqları nitq hissələrinə parçalamaq lazımdır? 
İ.A.Batmanov belə yarımsiniflərin dərketmənin bütövlüyü üçün 
bir başlıq altında verilməsinin tərəfdarı idi. Amma o bu zaman 
belə nitq hissələrinin əvəzliklə oxşarlığının göstərilməyinin 
vacibliyini göstərir [66, 30]. 


138
Türk dillərində ayrı-ayrı nitq hissələrinin, eləcə də söz 
birləşmələrinin də pronominallaşmasına rast gəlinir. C.Cəfərov 
Azərbaycan dilində birləşmələrin pronominallaşmasının daha 
geniş yayıldığını qeyd edir və buna bir adam, bir insan, bir şəxs, 
bir şey, və sairə, və qeyriləri, yuxarıda göstərilən, əvvəldə 
verilənlər, nə etdi, nə oldu və s. kimi dil vahidlərini misal 
göstərir [17, 90].
Söz birləşmələrinin pronominallaşmasına aid nümunələrə 
Azərbaycan dili ilə yanaşı, türk dilində də geniş rast gəlinir. 
A.N.Kononov bu zaman söz birləşməsinin də ayrı-ayrı sözlər 
kimi əvəzlik semantikası qazandığını göstərir. Bu söz 
birləşmələrinə bunlar aid edilir: adamın birisi, herifin biri, 
adamın biri və s. O, belə pronominallaşma hadisəsinin bu dildə 
əsasən folklorda yer aldığını göstərir: “Nasrettin Hoca bir gün 
pazardan dalğın dalğın gezerken herifin biri karşısına çıkıp 
sormuş...”(Nasrettin) [113, 189]. 
Amma mənsubiyyət şəkilçisi vasitəsilə sözlərin əvəzlik 
sırasına daxil edilməsinin sözdüzəltmə vasitəsi kimi xarakterizə 
etdiyimiz konversiya ilə heç bir əlaqəsi yoxdur. Yuxarıdakı 
nümunələrdəki hallar sadəcə olaraq morfoloji üsulla sözdüzəltmə 
vasitəsinə aiddir. 
Flektiv dillərdən biri olan rus dilində baş verən pronomi-
nallaşma hadisəsi rus dilçilərindən V.V.Vinoqradov, Y.S.Stepanov, 
E.S.Xmelyovskaya və digərlərinin əsərlərində işıqlandırılır. 
V.V.Vinoqradov bununla əlaqədar qeyd edir ki, bəzi isim, sifət və 
saylar nitqin müəyyən şərtləri altında öz real leksik mənasını itirib, 
daha ümumi və mücərrəd məna qazana bilir. Əşyaları, onların 
əlamətlərini və kəmiyyət xarakteristikasını ifadə etməyi dayan-
dıraraq, bu sözlər daha çox işarə mənası qazanır və funksiyasına 
görə əvəzliklərə yaxınlaşır. Rus dilində sifətlərdən данный (bu, o 
haqqında söhbət gedilən mənasında), известный, определенный 
(hansısa, hansısa biri mənasında), последный (indicə haqqında 
danışılan mənasında), следующий (belə, başqa mənasında), 
целый (tam mənasında) əvəzlik kimi işlənir [75, 106]. 


139
E.S.Xmelyovskaya müasir rus dilində sifətlərlə yanaşı, 
feili sifətlərin данная (bu) və sayların один (hansısa) 
pronominallaşmasını göstərir [170, 102].
Ümumiyyətlə, rus dilində yuxarıda sadalanan nitq hissə-
lərinə məxsus sözlərdən başqa, isimlərin də pronominal-
laşmasına rast gəlmək olur. İsimlər cümlələrdə işlənərək konkret 
bir əşyanın adını ifadə etmir. Nitqdə işlənən belə adlarda 
ümumilik, qeyri-müəyyənlik əsas fərqləndirici cəhət kimi özünü 
göstərir. Məsələn, rus dilində işlənən человек (insan), женщина 
(qadın), люди (insanlar), факт (fakt) kimi isimlər bu sözlərin 
ifadə etdiyi konkret insan və ya əşya adlarını göstərməyib, 
ümumi halda hər hansı bir əşya və ya insana işarə edir: Мы 
утратили много денег на брата. – Biz hər birinə çoxlu pul 
xərclədik. Göründüyü kimi, burada брат (qardaş) sözü 
qeyri-müəyyən əvəzlik kimi tərcümə edilir. 
İngilis dilində rus dilindən fərqli olaraq pronominallaşma 
hadisəsinə çox az-az rast gəlinir. A.Y.Zaqoruyko ingilis dilində 
sifət→əvəzlik istiqamətində pronominallaşma modelini qeyd edir. 
Bunlara misal olaraq sifətlərdən konversiya vasitəsilə yaranan each 
(hər biri), another (başqa) sözlərini misal gətirir [101, 96]. 
İngilis dilində sifətlərlə yanaşı sayların da pronominallaşması 
hallarına rast gəlinir: məsələn, one (bir) müəyyən miqdar sayı. One 
sayı ən çox everybody (hər kəs) əvəzliyinə çox yaxındır. Buna görə 
də bu söz əksərən hər (bir) kəs qeyri müəyyən əvəzliyi kimi 
tərcümə edilir. O.Musayev bu barədə yazır: “One əvəzliyi one sayı 
ilə omonimdir. Lakin o bəzən cümlədə mübtəda rolunda işlənərək 
qeyri-müəyyən şəxs bildirir. Belə halda ona qeyri-müəyyən şəxs 
bildirən şəxs əvəzliyi demək olar, məsələn One must keep one’s 
promise” [40, 67].
Verilmiş nümunədə miqdar sayı qeyri-müəyyən əvəzlik 
yerində işlənmişdir və ümumilikdə cümlə belə tərcümə edilir: 
Hər kəs verdiyi sözü tutmalıdır. 
Kök dillərdə baş verən pronominallaşma hadisəsini 
aqlütinativ və flektiv dillərdə baş verən əvəzlikləşmə hadisəsi ilə 
eyniləşdirmək olmaz. Belə ki, bu dillərdə başqa nitq hissələrinə 


140
məxsus sözlərin ümumiləşdirmə, qeyri-müəyyənlik ifadə 
etməklə bu nitq sırasına daxil olmasına nadir hallarda rast 
gəlmək olur. V.İ.Qorelov çin dilində isimlərin prono-
minallaşmasına nümunə olaraq rénmin(xalq) isminin tāmen-
(onlar) əvəzliyini əvəz etməsini misal gətirir [86, 76].
Еləcə də, təyini əvəzlik olan hamı əvəzliyi çin dilində 
qeyri-müəyyən əvəzlik shui (kimsə) əvəzliyi və qüvvətləndirici 
ədat olan yě və ya dou ilə ifadə edilir [83, 82]. Bu cəhəti 
ədatların pronominallaşması kimi səciyyələndirmək olar.
İsimlərin pronominallaşması əvəzliklərin işlədilməsində 
daha sərbəst olan tay və kxemer dilləri üçün xarakterikdir. Tay 
dilində birinci şəxs əvəzliyinin təkinin əvəzinə hətta 
pronominallaşmış xüsusi addan da (Кхамсапханам) istifadə 
olunur (www.wikipedia.org). 
Konversiyanın bu strukrur-semantik növünə inkorporlaşan 
dillərdə rast gəlinmir.
Məlum olduğu kimi, başqa struktur-semantik növlərlə 
müqayisədə çox az rast gəlinən pronominallaşma hadisəsi əsasın 
aqlütinativ və flektiv dillərdə inkişaf etmişdir. Nümunələrdən də 
göründüyü kimi, dildə işlənən hər bir söz pronominallaşma 
qabiliyyətinə malik deyildir. Əsasən qeyri-müəyyən mənalı 
isim, sifət, saylar daha çox pronominallaşır və qeyri-müəyyən 
əvəzliklərlə sinonimləşir.
3.6.Konyunksionallaşma (Bağlayıcılaşma) 
Başqa nitq hissələrinə məxsus sözlərin bağlayıcı kimi 
işlədilməsi dilçilikdə konyunksionallaşma adlanır. “Konyunk-
sionallaşma” termini mənşəcə latın sözü olan “conjunctio” 
(bağlayıcı) sözündən yaranmışdır. Ümumiyyətlə, əsasən söz 
birləşməsinin tərkibindəki sözlər və cümlələr arasında əlaqə 
yaradan bağlayıcılar sırasına daxil olan sözlər lüğəvi mənaya 
malik olub, amma artıq cümlə üzvü kimi işlənə bilmir. Bu 
köməkçi nitq hissəsinin mənaca növləri müəyyən sintaktik 


141
quruluşların əsasında yerləşən əşyavi-məntiqi münasibətlərlə 
təyin edilir. Bu keçid hadisəsi müxtəlif dillərdə yer alır. 
Məlum olduğu kimi, türk dillərində əvvələr bağlayıcılar 
formalaşmış bir nitq hissəsi kimi mövcud olmamışdır. Türk 
dillərində bağlayıcılar daha gənc nitq hissəsinə aiddir. Buna görə 
də, onların artıq mövcud nitq hissələri əsasında yaranıb, 
formalaşması tamamilə təbiidir. Bağlayıcıların miqdarı ədəbi 
dillərin yaşından asılıdır. Ədəbi dil nə qədər gəncdirsə, 
bağlayıcılar da bir nitq hissəsi kimi bir o qədər gəncdir. Türk 
dillərində bağlayıcılar feili bağlamalar, zərflər, sual əvəzlikləri, 
feilin şərt şəkli, miqdar sayları əsasında formalaşır. Məsələn, bol 
feili əsasında yaranıb, şərt şəklinə və ya feili bağlama formasına 
malik qaraqalpaq və uyğur dillərində bolsa (şərt-güzəşt 
bağlayıcısı), türkmən dilində bolsa (səbəb bağlayıcısı), qaqauz 
dilində osa/osajdy "və ya", qırğız dilində bolbas “əgər”, qazax 
dilində bolmasa “əks təqdirdə, əgər yox” və s. bağlayıcılar 
mövcuddur [163, 299]. Türk dillərində sual əvəzliklərindən ən 
çox ne əvəzliyi konyunksionallaşmaya məruz qalmışdır. 
E.R.Tenişevin fikrincə, bu əvəzlik Hind-Avropa dilləri ailəsində 
olduğu kimi əvvəlcə nisbi əvəzliyə, sonra bağlayıcı sözə, daha 
sonra isə bağlayıcılara keçir. Türk dillərindən qazax, 
kabardin-balqar, qaraqalpaq, noqay, qaqauz dillərində ne...ne 
bağlayıcısı, nə...nə kimi, amma qazax, qaraçay-çərkəz, kumık 
dillərində isə ya...ya da mənasında da işlənir [163, 302].
N.A.Baskakov, M.Y.Həmzəyeva, B.Çarıyarrova türk 
dillərində bağlayıcıların tarixən real semantikasını itirmiş müstəqil 
mənalı sözlərdən yaranması fikrinin tərəfdarıdılar [89, 80]. 
Məsələn, türkmən dilində себəби - себəн (səbəb) ismindən, болса 
– болмак (olmaq) şərt formasında olan feildən yaranmışdır. Türk 
dillərində köməkçi nitq hissələrindən yaranmış bağlayıcılara da rast 
gəlmək olar. Bəzi türk dillərinədə ədat kimi işlənən sözlər zaman 
keçdikcə bağlayıcıya konversiya olunmuşdur. Məsələn, 
Azərbaycan dilində tək ədatının ekvivalenti olan, tatar və başqırd 
dillərində olan tik və çuvaş dillərindəki tek ədatı tarixən köməkçi 


142
nitq hissəsi olan ədatdan bu dillərə keçib, hal-hazırda –sa
2
mənasını 
verən şərt bağlayıcı kimi də işlənir. 
R.Rüstəmov müasir türk dilində bağlayıcıların yaranmasında 
digər nitq hissələrindən bağlayıcılara semantik deformasiya və 
struktur transformasiya yolu ilə keçid şəklində təzahür edən 
bağlayıcılaşma prosesinin də həlledici əhəmiyyət daşıdığını qeyd 
edir və müasir türk dilində feil formalarının, zərflərin, qoşmaların, 
sual əvəzlikləri və onların derivatlarının, nidaların, feildən törəmiş 
adların bağlayıcılaşmasının mümkünlüyünü göstərir [43, 95-106].
Müasir türk dillərində baş verən belə konyunksionallaşma 
hadisəsinə dilimizdə də rast gəlinir. Məsələn, Azərbaycan dilində 
istər, istərsə də tabesizlik bağlayıcısı uyğun feil formasından, 
nə...nə, nə...nə də inkarlıq bağlayıcısı sual əvəzliyindən, ilə 
bağlayıcısı qoşmadan yaranmışdır.
F.Qəniyevin fikrincə, tatar dilində bağlayıcılar başqa 
leksik-qrammatik sıraya aid sözlərdən konversiya vasitəsilə də 
yarana bilər. O belə bağlayıcılara ədatlardan yaranan bağlayıcıları 
misal gətirirdi: əле-əле (gah...gah da), əллə-əллə (ya...ya da ki), исə 
( əgər), да/дə (та/тə) (və), тик (yalnız) [80, 96].
Flektiv dillərdən biri olan rus dilində də bağlayıcı sintaksisin 
bir predmeti olaraq köməkçi nitq hissəsi kimi cümlə üzvlərini və 
mürəkkəb cümlələrin hissələrini birləşdirməyə xidmət göstərir. 
V.N.Radzixovskaya qeyd edir ki, morfologiya üçün bağlayıcılarla, 
onlarla omonim olan əvəzliklərin fərqləndirilməsi maraq kəsb edir. 
Belə ki, sonuncular hal paradiqmasına malikdir. Müqayisə edək, 
Я знаю, что он думает обо мне. (Mən bilirəm, o mənim 
haqqımda nə fikirləşir.) - Я знаю что, он думает обо мне.-
(Mən bilirəm ki, o mənim haqqımda fikirləşir.)- Bu cümlələrin 
müxtəlif məzmunları təsirlik halında işlənən что (nə) əvəzliyi 
və что (ki) bağlayıcısının müxtəlif semantikası və morfoloji 
mənasından ibarətdir. Morfologiya üçün, eləcə də, söz 
formalarının morfoloji-sintaktik düzəldilməsi kimi (что əvəzliyi 
что bağlayıcısına keçir) bağlayıcıların yaranması problemi 
maraq doğurur [146, 73]. Doğrudan da, xüsusilə əvəzliklərin 


143
bağlayıcılara keçidi zamanı yaranan leksik-qrammatik omo-
nimləri semantikasına görə fərqləndirmək mümkündür. 
İngilis dilində də baş verən konyuksionllaşma zamanı 
əsasən isimlərin və sözönlü isim birləşmələrinin bağlayıcılara 
keçidi baş verir. Demək olar ki, əksər dillərdə rast gəlinən və 
dilimizdəki tabelilik bağlayıcısı olan ki bağlayıcısının ekvi-
valenti olan that bu dildə that işarə əvəzliyinin konyunksional-
laşması nəticəsində yaranmışdır. Öz leksik mənasını itirən və 
artıq cümlədə heç bir cümlə üzvü funksiyasını daşıya bilməyən 
bu işarə əvəzliyi köməkçi nitq hissəsi olan bağlayıcıya 
konversiya edir. N.M.Priqorovskayanın fikrincə, müasir ingilis 
dilində by the time (o vaxtdan bəri), for the reason that 
(səbəbindən), in order that (üçün,ötrü) for fear (ən azı) 
bağlayıcıları sözönlü ismi birləşmələrin bağlayıcılara keçməsi 
nəticəsində yaranmışdır [143, 42].
Aqlütinativ və flektiv dillərdə baş verən konyunksio-
nallaşma hadisəsinə kök dillərdən ən geniş yayılanı olan çin 
dilində də rast gəlinir. “Çin dilində bağlayıcılar feil və 
zərflərdən yaranmışdır. Məsələn, şərt bağlayıcısı yȧo (əgər), 
yȧo(istəmək) feilindən, məqsəd bağlayıcısı hǎo (çünki), hǎo 
(yaxşı) zərfindən yaranmışdır” [83, 42]. Bu dildə bütün köməkçi 
nitq hissələri müstəqil mənalı sözlərdən yaranmışdır. Bura 
bağlayıcıları da aid etmək olar. Qrammatikləşmənin dərəcələrinə 
görə müasir çin dilinin bağlayıcıları müxtəlifdir. Belə ki, 
onlardan bir hissəsi əvvəlki leksik mənasını tamamilə itirib 
(sui(baxmayaraq)), bəziləri hələ də leksik məna çalarını saxlayır 
(rùguo(əgər)). Üçüncü qrup bağlayıcılara, müstəqil mənalı 
sözlərdən yaranan və onlarla omonim olan bağlayıcılar aiddir 
(hǎo (yaxşı), hǎo (ona görə ki)) [85, 56]. 
V.İ.Qorelov müasir çin dilində feillərdən yaranan 
bağlayıcılara wèile (xidmət etmək)→ wèile (üçün, görə), вэйчже 
(etmək, nəzərdə tutulmaq, xidmət göstərmək)→ вэйчже (ona 
görə ki), вэйляо (etmək)→ вэйляо (ona görə ki) və s. aid edir (s. 
58) Bu dildə nəinki feil və zərflərdən yaranan, eləcə də digər 
nitq hissələrindən konversiya yolu ilə bağlayıcılara keçən və 


144
tamamilə əvvəlki leksik mənasını itirən sözlərə də rast gəlmək 
olar. Эр bağlayıcısı hələ qədim çin dilində yüksək dərəcədə 
mücərrədləşmə əldə edib və ikinci şəxs əvəzliyi olan “sən” və 
“sənin” mənasında işlənmişdir. Vaxt keçdikcə o tamamilə 
müstəqil mənalı söz rolunu itirib və müasir çin ədəbi dilində 
yalnız köməkçi funksiyasında işlənir, və, amma, ancaq 
bağlayıcıları kimi tərcümə edilir [85, 58]. Misallardan da 
göründüyü kimi, kök dillərdə əsasən feil, zərf və əvəzliklərin 
bağlayıcılaşmasına rast gəlinir. 
Konversiyanın bu struktur-semantik növünə az da olsa, 
inkorporlaşan dillərdə də rast gəlinir. P.Y.Skorik çukot dilində 
bağlayıcılar barədə yazır: “Birsözlü bağlayıcıların strukturu iki 
və ya daha artıq morfemlərin şəffaf qovuşmasını əks etdirir, 
məsələn: ынк-ъа-м (və), эвыт-лым(və ya), лым-эвыр(yaxud) 
və s. Bu fakt, eləcə də birhecalı bağlayıcıların olmaması, bizə 
ehtimal etməyə əsas verir ki, çukot dilində verilmiş söz 
kateqoriyaları müqayisə olunacaq dərəcədə gec yaranmışdır. Bu 
dildə çoxlu miqdarda bağlayıcılar bəzi başqa nitq hissələri ilə 
omonimdir. Ilk əvvəl bu nitq hissələrinə əvəzlik-zərflər və 
qoşmalar aiddir. Şübhəsiz, bu da bağlayıcıların əsas yaranma 
yolunun adı çəkilən nitq hissələrinin transformasiyası olduğunu 
sübut edir” [155, 351]. Bu hadisəyə nəinki çukot dilində, eləcə 
də inkorporativ quruluşa malik koryak dilində də rast gəlinir. 
A.N.Jukova koryak dilində baş verən konyunksionallaşmadan 
bəhs edərək göstərir ki, koryak dilində cümlənin əvvəlində 
игыньӈиник( buna görə də) əvəzlik sözünün bağlayıcı 
funksiyasında işlənməsinin şahidi olmaq olar. Həmçinin 
cümlədə sözlər arasında əlaqə yaratmaqdan ötrü tabesizlik 
bağlayıcısı funksiyasında, insan və ya folklor personajını 
göstərən ыччи (onlar ikisi) əvəzliyi də işlənir, məsələn: Гэюн-
эллинет Куйкынняку ыччи Мити митимыккминылг’ыт (Biri 
var idi, biri yox idi. Çoxuşaqlı Kuykınyakuyla Miti var idi.) Eləcə 
də, modal sözlər в’йин, инмы da bağlayıcıya keçə bilir [99, 291].


145
Göründüyü kimi, bağlayıcı müxtəlifsistemli dillərdə yeni 
yaranan bir nitq hissəsi olub, zaman keçdikcə əsasən müxtəlifsis-
temli dillərdə bir çox nitq hissələrinə məxsus sözlərin konyuk-
sionallaşması nəticəsində yaranmışdır.
Beləliklə araşdırmalar nəticəsində məlum olur ki, 
konversiyanın struktur-semantik növlərindən olan substantivləşmə, 
adverbiallaşma və bağlayıcılaşma digər struktur-semantik növlərlə 
müqayisədə daha geniş yayılmışdır. 


146
NƏTİCƏ 
Tədqiqat aşağıdakı nəticələrə gəlməyə əsas verir: 
1. Söz yaradıcılığında konversiya hadisəsi dillərin 
morfoloji təsnifatından asılı olaraq, dar mənada sözün kökündə 
ya heç bir dəyişiklik (morfoloji, fonetik və s.) baş vermədən, ya 
da müəyyən fonetik dəyişiklik baş verməklə müəyyən bir nitq 
hissəsinə məxsus sözün başqa bir nitq hissəsinə keçidi, geniş 
mənada isə yalnız söz əsaslarının üst-üstə düşməsi hadisəsidir. 
Bu keçid zamanı hər hansı bir nitq hissəsinə aid sözün əvvəlki 
mövqeyində məxsus olduğu paradiqmatik və sintaqmatik 
keyfiyyətlərin tamlığı pozulur.
2. Fonetik səviyyədə konversiya ən çox flektiv dillərdə 
və bəzi türk dillərində müşahidə olunur. Bu hal sözün bir nitq 
hissəsindən digərinə keçidi zamanı onun vurğusunun yerinin 
dəyişməsində və ya qrammatiklikdən leksikliyə keçməsində 
özünü göstərir. Konversiyanın bu növünü fonetik-morfoloji 
sözdüzəltmə kimi də səciyyələndirmək olar.
3. Sintaktik səviyyədə konversiya və ya transformasiya 
məlum növdə olan cümlələrin məchul növdə işlənərkən leksik 
aktantların yerdəyişməsi, leksikada isə əsasən feil, isim, eləcə də 
sifətlər arasında qütbləşməni göstərən semantik əlaqədir. 
Sintaktik quruluşda baş verən konversiya zamanı dildə bütöv 
cümlələri söz birləşmələri və sözlərə, tabeli mürəkkəb cümlə-
lərin baş cümləsini modal sözə və ya ədata, sadə cümlələri 
mürəkkəb cümlələrə transformasiya etmək olar.
4. Substantivləşmə hadisəsinə həm aqlütinativ, həm 
flektiv, həm kök, həm də inkorporlaşan dillərdə rast gəlinir. Rus 
dilində tam substantivləşmiş sifət və feili sifətlərə ingilis dilində 
eyni əşya mənalı, amma natamam substantivləşmiş sifət və feili 
sifətlər uyğun gəlir. Bu hal ingilis dilinə tərcümədə də nəzərə 
alınmalıdır. Kök və inkorporlaşan dillərdə ən çox feilin 
substantivləşməsi hallarına rast gəlinir.


147
5. Aqlütinativ dillərdə isim və əvəzliklərin, flektiv dillərdə 
isə isim, feili sifətlərin, kök dillərdə isə isimlərin adyektivləşməsi 
səciyyəvidir. İnkorporlaşan dillərdə isə adyektivləşmə yoxdur. 
6. Adverbiallaşma bütün dil qruplarında müşahidə olunur. 
İltisaqi və flektiv dillərdə bu dil hadisəsi əsasən leksik-semantik və 
morfoloji-sintaktik səciyyə daşıyırsa, kök və inkorporlaşan dillərdə 
daha çox leksik-semantik hadisə kimi müşahidə olunur.
7. Aqlütinativ və flektiv dillərdə əsasən qeyri-müəyyən 
mənalı isim, sifət, saylar daha çox pronominallaşır və 
qeyri-müəyyən əvəzliklərlə sinonim təşkil edir.


148
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT 
Azərbaycan dilində 
1. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb 
cümlələr. Bakı: Maarif, 1974, 417 s. 
2. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan 
dili. Sintaksis. IV hissə, Bakı: Şərq-Qərb, 2007, 422 s. 
3. Abdullayev R.M. Türk dillərində konversiya və ya keçid 
prosesi. Bakı: Elm və təhsil, 2011, 199 s. 
4. Abdullayev R.M. Türk dillərində leksik-semantik konversiya 
(Oğuz qrupu türk dilləri materialları əsasında): Fəl. elm. 
dok. ... dis. Bakı, 2008, 153 s. 
5. Abdullayeva S. Müasir Azərbaycan dilində zərf. Bakı, 
Maarif, 1991, 121 s. 
6. Adilov M.İ., Cavadov Ə.M. Azərbaycan dilində 
substantivləşmə // Azərb. SSR EA-nın xəbərləri. Ədəbiyyat, 
dil və incəsənət seriyası, 22-ci cild, Bakı, 1966, № 2, s. 
87-89 
7. Adilov M. İ ., Verdiyeva Z. N ., Ağayeva F. M. İzahlı dilçilik 
terminləri. Bakı: Maarif, 1989, 358 s. 
8. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif, 
1984, 390 s. 
9. Axundov A. Azərbaycan dilinin izahlı lüğəti. Bakı: 
Şərq-Qərb, 2005, 451 s. 
10. Axundov A. Azərbaycan dilində konversiya // Azərbaycan 
dili və ədəbiyyatı tədrisi, 1977, №1, s. 66- 71 
11. Axundov A. Ümumi dilçilik. Bakı: Şərq-Qərb, 2006, 278 s. 
12. Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər.Bakı: 
Elm, 2003, 271 s. 
13. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, II cild., Bakı: 
Şərq-Qərb, 2006, 791 s. 


149
14. Azərbaycan dilinin qrammatikası (Morfologiya). Bakı: 
Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1960, 
334s. 
15. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, V cild., Bakı: 
Azərb. SSR Dövlət Nəşriyyatı, 1981, 591 s. 
16. Babayev A. Dilçiliyə giriş. Bakı, Maarif, 2004, 511 s. 
17. Cəfərov C. Nitq hissələrində keçid prosesləri. Bakı, APİ 
nəşri, 1983, 93 s. 
18. Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı: 
Azərbaycan Universiteti nəşriyyatı, 1960, 150 s. 
19. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. Bakı: 
Şərq-Qərb, 2007, 191 s. 
20. Dəmirçizadə Ə. Dilin lüğət tərkibi və qrammatik quruluşu. 
Bakı: V.İ.Lenin adına ADPİ, 1965, 100 s. 
21. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Cümlə üzvləri. 
Bakı: Azərnəşr, 1947, 85 s. 
22. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Fonetika, 
orfoepiya, orfoqrafiya. Bakı: Şərq-Qərb, 2007, 253 s. 
23. Dəmirçizadə Ə., Tağıyev Z. Müasir Azərbaycan dilinin 
morfologiyası. Bakı: V. İ. Lenin adına ADPİ, 1961, 150 s. 
24. Dilçilik ensiklopediyası: 2 cilddə, I cild / F. Veysəllinin 
redaktəsi ilə. Bakı: Mütərcim, 2006, 514 s. 
25. Əhmədov İ. Azərbaycan dilində feili bağlamaların zərfə 
doğru inkişafı // ADU "Elmi əsərlər", 1976, №3, s. 20-25 
26. Ələkbərov A. Rus dilinin qrammatikası. Fonetika və 
morfologiya. Bakı: Elm, 1988, 120 s. 
27. Əlizadə Z. Müasir Azərbaycan dilində modal sözlər. Bakı: 
Maarif, 1965, 147 s. 
28. Əsgərov M. Zaman formaları, adverbial feil formaları və 
onlar arasında funksional-semantik əlaqələr. Bakı: Nurlan, 
2002, 146 s. 
29. Hacıyev K. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı: 
Çaşıoğlu, 1999, 162 s. 
30. Həsənov A. Azərbaycan dilində müəyyənlik və 
qeyri-müəyyənlik kateqoriyası. Bakı: Maarif, 1970, 75 s. 


150
31. Həsənov H. Azərbaycan dilinin omonimlər lüğəti. Bakı: 
Şərq-Qərb, 2007, 166 s. 
32. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. Bakı: 
Şərq-Qərb, 2007, 279 s. 
33. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: 
Çaşıoğlu, 2008, 400 s. 
34. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası (I 
hissə), Bakı: Nurlan, 2003, 352 s. 
35. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı: 
Ünsiyyət, 2000, 494 s. 
36. Mahmudov M. Kompüter dilçiliyi. Bakı: Elm və təhsil, 
2013, 352 s. 
37. Məmmədov B. Müxtəlif sistemli dillərdə feili sifətlərin 
substantivləşməsi məsələsinə dair // Azərb. Pedaqoji Dillər 
İnstitutunun elmi əsərləri. Dil və ədəbiyyat seriyası, Bakı, 
1971, №1, s. 66-71 
38. Məmmədov B. Müxtəlifsistemli dillərdə substantivləşmənin 
tədqiqi tarixindən // Azərb. Pedoqoji Dillər İnstitutunun 
elmi əsərləri. Dil və ədəbiyyat seriyası, XII seriya, Bakı, 
1972, №4, s. 50-57 
39. Məmmədov İ. Azərbaycan dilində qrammatik sinonimlik. 
Bakı: Maarif, 1985, 85 s. 
40. Musayev O. İngilis dilinin qrammatikası. Bakı: Maarif, 
1996, 392 s. 
41. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif 
nəşriyyatı, 1988, 292 s. 
42. Müasir Azərbaycan dili (Morfologiya). Bakı: Elm, 1980, 
509 s. 
43. Rüstəmov R. Müasir türk dilində köməkçi nitq hissələri 
(keçid prosesi). Bakı: Bakı Universiteti nəşriyyatı, 1996, 
113 s. 
44. Serebrennikov B. A., Hacıyeva N. Z. Türk dillərinin 
müqayisəli-tarixi qrammatikası. Bakı: AMEA Folklor 
elmi-mədəni mərkəzi, 2002, 379 s. 


151
45. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfologiya. 
Əsərləri:15 cilddə, IX cild., Bakı: Bakı Universiteti 
nəşriyyatı, 2010, 670 s. 
46. Sultanov V. Azərbaycan dilində valentlik dəyişən 
kateqoriyalar. Bakı: Elm, 1997, 97 s. 
47. Talıbov Q. Müasir Azərbaycan dilində söz yaradıcılığı 
prosesi. Bakı: Elm, 1988, 90 s. 
48. Veysəlli F. Struktur dilçiliyinin əsasları: 3 cilddə, II cild., 
Bakı: Mütərcim, 2008, 307 s. 
49. Veysəlli F. Struktur dilçiliyin əsasları: 3 cilddə, III cild., 
Bakı: Mütərcim, 2009, 310 s. 
50. Vəliyev S. Sadə cümlənin semantikası. Bakı: Nurlan, 2003, 
46 s. 
51. Yadigar F. German dilçiliyinə giriş. Bakı: Mütərcim, 2001, 
289 s. 
52. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. I cild, 
Bakı: MBM, 2008, 353 s. 
53. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası 
(feillər). II cild, Bakı: ADU nəşri, 1975, 130 s. 
Rus dilində 
54. Амосова Н.Н. Этимологические основы словарного 
состава современного английского языка. М.: 
Литературы на иностранных языках, 1956, 218 с. 
55. Апресян Ю. Д. Лексическая семантика. М.: Наука, 1974, 
366 с. 
56. Аракин В. Д. Возникновение корневого, или 
безсуффиксального, способа словообразования в 
английском языке/ Сборник статей Московского 
Университета, 1961, с.43-50 
57. Аракин В. Д. История английского языка. М.: 
Физматлит, 2003, 272 с. 
58. Арбекова Т. И. Лексикология английского языка. М.: 
Высшая школа, 1977, 240 с. 
59. Арнольд И. В. Лексикология современного английского 
языка. М.: Высшая школа, 1986, 295 с. 


152
60. Ахманова О.С. Словарь лингвистических терминов. 
М.:Высшая школа,1966, 200 c. 
61. Бабайцева В. В. Переходные конструкции в синтаксисе. 
Конструкции, сочетающие свойства двусоставных и 
односоставных (безличных именных) предложений. 
Воронеж: Черноземное книжное издательство, 1967, 
392 c. 
62. Бабич Г. Н. Лексикология английского языка. М.: 
Флинта, 2010, 195 с.
63. Бархударов Л. С. Структура простого предложения 
современного английского языка. М.: Высшая школа, 
2008, 200 с. 
64. Баскаков Н. А. Грамматика ногайского языка. Черкесск: 
Карачаево-Черкесское 
отделение 
Ставропольского 
книжного издательства, 1973, 320 с. 
65. Баскаков Н. А. Каракалпакский язык (фонетика и 
морфология), М.: Издательство Академии Наук СССР, 
1952, 542 с. 
66. Батманов И. А. Части речи в киргизском языке. Фрунзе: 
Киргизгосиздат, 1936, 48 с. 
67. Блох М. Я. Теоретические основы грамматики. М.: 
Высшая школа, 2005, 160 с. 
68. Большая Энциклопедия: в 62 томах. Т. 23, М.: Терра, 
2006, 586 с. 
69. Бортничук И.В., Василенко И.В., Пастушенко Л. П. 
Слово - образование в современном английском языке. 
Киев: Вища школа, 1988, 261 с. 
70. Буранов Дж. Сравнительная типология английского и 
тюркских языков. М.: Высшая школа, 1983, 267 с. 
71. Ван ЛяоИ. Основы китайской грамматики. М.:ИЛ, 1954, 
262 с. 
72. Вахек Й. А. Лингвистический словарь Пражской 
школы. М.: Прогресс, 1964, 349 с. 
73. Вертоградова Л.А. Словообразовательная семантика 
адъективных производных от основ предметных 


153
существительных в современном английском языке / 
Семантика языковых единиц разных уровней. 
Ростов-на-Дону, 1987, с. 102-107 
74. Виноградов В.В. Вопросы современного русского языка 
// Русский язык в школе, 1951, №2, с. 1-7 
75. Виноградов В. В. Грамматика русского языка: в 2-х т. Т. 
1, М.:Издательство Академии Наук СССР, 1960, 716 с. 
76. Виноградов В. В., Истрина Е. С., Бархударов С.Г. 
Грамматика русского языка. I том. М.: Издательство 
Академии Наук СССР, 1957, 720 c. 
77. Вовшин Я. М. Трансформационный синтаксис 
глагольных конструкций современного английского 
языка. Минск: Вышейшая школа, 1983, 119 с. 
78. Вопросы словообразования и фразообразования в 
германских языках. Сборник научных трудов 
МГПИИЯ. имени Мориса Тореза. М., 1990, 188 с. 
79. Ворно Е. Ф., Кащеева М. А., Малишевская Е. В., 
Потапова И. А. Лексикология английского языка. Л.: 
Просвещение, 1955, 165 с. 
80. Ганиев Ф. А. Конверсия в татарском языке. Казань: 
Татар. Кн. Изд-во, 1974, 231 с. 
81. Георгиева В. Л. О субстантивации как языковом 
явлении // Ученые записки ЛГПИ имени А. И. Герцена, 
т.242, Л., 1963, с. 63-72 
82. Горбачевский А. А. Теория языка. М.: Флинта, 2011, 
279 с. 
83. Горелов В.И. Грамматика китайского языка. М.: 
Просвещение, 1982, 278 с. 
84. Горелов В. И. Лексикология китайского языка. М.: 
Просвещение, 1984, 215 c. 
85. Горелов В.И. Союзы в сложном предложении 
современного китайского литературного языка. М.: 
ИМО, 1963, 120 с. 
86. Горелов В.И. Теоретическая грамматика китайского 
языка. М.: Просвещение, 1983, 317 с. 


154
87. Грамматика современного башкирского литературного 
языка / Под ред. А. А. Юлдашев, М.: Наука, 1981, 494 с. 
88. Грамматика современного якутского литературного 
языка. М.:Наука, 1982, 495 с. 
89. Грамматика туркменского языка. Фонетика и 
морфология. / Под ред. Н. А. Баскаков. А.: Ылым, 1970, 
502 с. 
90. Гузеев Ж. М. Семантическая разработка слова в 
толковых словарях тюркских языков. Нальчик: 
Эльбрус, 1985, 188 с. 
91. Гулямов А. К. К вопросу об адвербализации в 
узбекском языке // Уч. зап. Ташкентского гос. Пед. 
Инст. им. Низами. Фил. сб. , 1954, с. 3-10 
92. Драгунов 
А.А. 
Исследования 
по 
грамматике 
современного китайского языка (части речи), М., Л.: 
Издательство Академии Наук СССР, 1957, 231 с. 
93. Дубленец Э. М. Современный английский язык. 
Лексикология. М.: Гласса-Пресс, Ростов-на-Дону.: 
Феникс, 2010, 191 c. 
94. Дыренкова Н. П. Грамматика ойротского языка. М., Л.: 
Издательство Академии Наук СССР, 1940, 302 c. 
95. Есперсен О. Философия грамматики. М.: Издательство 
Иностранный литературы, 1954, 404 с. 
96. Ефимова Л. Б. Явления переходности в системе 
взаимодействия предложно-падежных сочетаний и 
придаточных предложений со значением времени и 
причины // Современный русский язык. Актуальные 
вопросы лексики и грамматики, М, 1975, с. 205-211 
97. Ефимова М. А. О некоторых морфологических и 
лексико-синтаксических способах словопроизводства в 
современном немецком языке // Сборник научных 
трудов МГПИИЯ имени Мориса Тореза. Вопросы 
Романо-Германской Филологии, М.,1989 , выпуск 67, с. 
25-32 


155
98. Жлуктенко Ю. А. Конверсия в современном 
английском языке как морфолого-синтаксический 
способ словообразования // Вопросы языкознание, 1958, 
№5, с. 53-64 
99. Жукова А. Н. Грамматика корякского языка. Л.: Наука, 
1972, 321с. 
100. Загоруйко А. Я. Конверсия-морфолого-синтактсический 
способ словообразования: Автореф. дис. … канд. 
филол. наук. М., 1961, 27 с. 
101. Загоруйко А. Я. Семантика словообразовательной базы 
и модели конверсии в современном английском языке / 
Семантика языковых единиц разных уровней. 
Ростов-на-Дону, 1987, c.45-56 
102. Звонов А.А. Конверсионная омонимия при машинном 
переводе с китайского языка на русский. Спорные 
вопросы 
грамматики 
китайского 
языка. 
М.: 
Издательство Восточной литературы, 1963, с.125-131 
103. Золотова Г. А. Очерк функционального синтаксиса 
русского языка. М.: Наука, 1973, 350 с. 
104. Иванова И.П., Бурлакова В.В., Почепцов Г. Г. Теория 
грамматики современного английского языка. М.: 
Высшая школа, 1981, 284 с. 
105. Ивашкин М. П. Синхронно-диахронический анализ 
переходных процессов в английском языке. М.: 
Прометей, 1988, 150 с. 
106. Ильенко С. Г. Явления грамматической переходности и 
их отражение при обучении русскому языку / 
Семантика переходности. Л.: ЛГПИ, 1977, с. 23-30 
107. Ицкович В. А. Языковая норма. М.: Просвещение, 1968, 
195 с. 
108. Калечиц Е. П. Переходные явления в области частей 
речи. Свердловск: Уральский Государственный 
Университет, 1977, 78 с.
109. Каращук П. М. Словообразование английского языка. 
М.: Высшая школа, 1977, 200 с. 


156
110. Карцевский С.О. Сравнение // Вопросы языкознания, 
1976, №1, с. 107-112 
111. Ким О. М. Транспозиция на уровне частей речи и 
явление омонимии в современном русском языке. 
Ташкент: Фан, 1978, 227 с. 
112. Кодухов В. И. Семантическая переходность как 
лингвистическое понятие / Семантика переходности. 
Сборник научных трудов, 1977, с 5-16 
113. Кононов А. Н. Грамматика современного турецкого 
литературного языка. М., Л.: Издательство Академии 
Наук СССР, 1956, 569 с. 
114. Кононов А. Н. Грамматика современного узбекского 
литературного языка. М.: Издательство Академии Наук 
СССР, 1960, 407 с. 
115. Корлэтяну Н. Г. Конверсия в современном молдавском 
языке // Вопросы языкознания, 1956, № 3, с. 84-85 
116. Крейнович Е. А. Юкагирский язык. М., Л.: 
Издательство Академии Наук СССР, 1958, 288 с. 
117. Кубарева Е. Е. Семантические особенности некоторых 
слов, соотносящихся по конверсии, в современном 
английском языке / Семантика языковых единиц разных 
уровней. 
Научные 
труды. 
Куйбышевский 
Государственный Педагогический Институт имени В.В. 
Куйбышева, 1977, с.50-56 
118. Кубрякова Е. С. Деривация, транспозиция, конверсия // 
Вопросы языкознания, 1974, №5, с. 64-76 
119. Кубрякова Е. С. Что такое словообразование. М.: Наука, 
1965, 76 с. 
120. Кузнечова Э. В. О лексический синонимии в контексте 
предложения. 
Проблемы 
структуры 
слова 
и 
предложения / Под ред. С.Ю. Адливанкин. Перм: 
Прометей, 1974, с. 98-104 
121. Кузнецова Э. В. Части речи и лексико-семантические 
группы слов // Вопросы языкознания, 1975, №5, с. 78-86 


157
122. Курилович Е. Деривация лексическая и деривация 
синтаксическая. Очерки по лингвистике. М.: 
Издательство иностранный литературы, 1962, 456 с. 
123. Левковская К. А. Теория слова, принципы ее 
построения и аспекты изучения лексического 
материала. М.: Высшая школа, 1962, 200 с. 
124. Лексико-семантические группы современного русского 
языка. Сборник научных трудов. Новосибирск, 1985, 
121 с. 
125. Лингвистический энциклопедический словарь / Под 
ред. В. Н. Ярцева. М.: Большая Российская 
энциклопедия, 2002, 709 с. 
126. Ломтев Т. П. Предложение и его грамматические 
категории. М.: Наука, 2004, 196 с. 
127. Лопатин В. В. Адъективация причастий и ее отношении 
к словообразованию // Вопросы языкознания, 1966, №5, 
с. 37-47 
128. Маловицкий Л. Я. Переходность как отражение истори-
ческих изменений в языке / Семантика переходности. 
Л.: ЛГПИ, 1977, с. 17-20 
129. Марузо Ж. Словарь лингвистических терминов. М.: 
УРСС, 2004, 436 с. 
130. Мешков О. Д. Словообразование современного 
английского языка. М.: Наука, 1976, 245 с. 
131. Мещанинов И.И. Члены предложения и части речи. Л.: 
Наука, 1978, 368 с. 
132. Мигирин В. Н. Очерки по теории процессов переход-
ности в русском языке. Бельцы: Наука, 1971, 199 с. 
133. Миненкова В. К. Глаголы, соотносящиеся по конверсии 
с существительными, и их место в глагольной системе 
английского языка / Проблемы соотношения словооб-
разования с другими языковыми уровнями в германских 
языках. Межвузовский сборник научных трудов СГПИ 
имени К.Маркса, Смоленск, 1985, с.140-147 


158
134. Михневич А. Е. Конверсия в славянских и германских 
языках 

II 
Всесоюзный 
конференция 
по 
славяно-германскому языкознанию, Минск, 1965, 
с.46-47 
135. Моисеев А. И. Термины родства и свойства как 
конверсивы 

Лексико-семантические 
группы 
современного русского языка. СНТ. Новосибирск, 1985, 
с. 3-14 
136. Мурзин Л. Н. Основы дериваталогии. Перм: Пермский 
Государственный Университет, 1984, 64 с. 
137. Мурясов 
Р.З. 
О 
теории 
парадигматики 
в 
словообразовании / Вопросы словообразования и 
фразообразования в германских языках. Сборник 
научных трудов МГПИИ. Имени Мориса Тореза. 
М.,1990, с.60-67 
138. Новиков Л. А. Семантика русского языка. М.: Высшая 
школа, 1982, 271 с. 
139. Орузбаева Б. О. Словообразование в киргизском языке. 
Фрунзе: Илим, 1964, 308 с. 
140. Пассек В. В. Некоторые вопросы конверсии // Вопросы 
языкознание, 1957, №1, с.144-148 
141. Пешковский А.М. Русский синтаксис в научном 
освещении языки славянском культуры. М.: Наука, 
2001, 510 с. 
142. Покровская А.А. Грамматика гагаузского языка. 
Фонетика и морфология. М.: Наука, 1964, 297 с. 
143. Пригоровская Н. М. Переход полнозначных слов в 
предлоги и союзы. М.: Московский областной 
педагогический институт имени Н. Н. Крупской, 1975, 
77 с. 
144. Проблемы соотношения словообразования с другими 
языковыми 
уровнями 
в 
германских 
языках. 
Межвузовский сборник научных трудов СГПИ имени 
К.Маркса, Смоленск, 1985, 155 с.


159
145. Проблемы структуры слова и предложения / Под ред. 
С.Ю. Адливанкин. Перм: Прометей, 1974, 171 с. 
146. Радзиховская В. К. Морфология современного русского 
языка. М.: Флинта, 2001, 119 с. 
147. Расторгуева Т. А. История английского языка. М.: 
Астрель, 2003, 348 с. 
148. Рахманова Л. И., Суздальцева В. Н., Современный 
русский язык. М.: Аспект Пресс, 2007, 462 с. 
149. Сабельникова 
В. 
С. 
Роль 
конверсии 
как 
словообразовательного 
процесса 
в 
пополнении 
словарного состава английского языка (на материале 
неологизмов 40-70 гг.): Автореф. дис. … кан. фил. наук. 
МГПИ, М., 1979, 20 с. 
150. Семантика переходности. Сборник научных трудов. 
Л.:ЛГПИ, 1977, 149 с. 
151. Семантика языковых единиц разных уровней. Научные 
труды. Куйбышевский Государственный Педагогичес-
кий Институт имени В.В. Куйбышева, Куйбышев, 1977, 
177 с. 
152. Семантика языковых единиц разных уровней. 
Межвузовский 
сборник 
научных 
трудов. 
Ростов-на-Дону: Издательство РГПИ, 1987, 184 с. 
153. Серебренников 
Б. 
А. 
Об 
относительный 
самостоятельности развития система языка. М.: Наука, 
1968, 200 с. 
154. Скорик П.Я. Грамматика чукотского языка, I часть. М., 
Л: Издательство Академии Наук СССР, 1961, 310 с. 
155. Скорик П. Я. Грамматика чукотского языка, II часть. Л.: 
Наука, 1977, 375 с. 
156. Смирницкий А. И. Лексикология английского языка. 
М.: Издательство Литературы на иностранных языках, 
1956, 258 с. 
157. Смирницкий А.И. Так называемая конверсия и 
чередование звуков в английском языке // Иностранный 
язык в школе, 1953, №5, с. 14-19 


160
158. Соболева П. А. Об основном и производном слове при 
словообразовательных отношениях по конверсии // 
Вопросы языкознания, 1959, №2, с. 91-95 
159. Соловьева Н. К. Лексикология современного 
английского языка. Минск: МГПИИЯ, 1973, 128 с. 
160. Современный русский язык. Актуальные вопросы 
лексики и грамматики. Сборник трудов. М.: МГУ, 1975, 
300 с. 
161. Современный русский язык. Словообразование. Минск: 
Вышэйщая школа, 1990, 157 с. 
162. Спорные вопросы грамматики китайского языка. 
М.:Издательство Восточной литературы, 1963, 201 с. 
163. Сравнительно-историческая грамматика тюркских 
языков. Морфология / Под ред. Э. Р. Тенишев. М.: 
Наука, 1988, 557 с. 
164. Степанова М. Д. Словообразование современного 
немецкого языка. М.: Издательство Литературы на 
иностранных языках, 1953, 375 с. 
165. Степанов Ю.С. Имена. Предикаты. Предложения. 
Семиологическая грамматика. М.: Наука, 1981, 357с. 
166. Степанов Ю. С. Синтаксическая конверсия во 
французском языке // Вопросы филологии, выпуск-1, 
ИМО, М, 1962, с. 139-144 
167. Трансформационный метод в структурной лексике / 
Под ред. С. К. Шаумян. М.: Наука, 1964, 180 с. 
168. Трофимов М. И. Об отражении конверсии 
прилагательных в классе наречий / Исследование 
словообразования и лексики русского языка. Сборник 
научных трудов Фрунзе, 1990, с. 96-102 
169. Тышлер 
И. 
С. 
Словарь 
лексических 
и 
лексико-грамматических 
омонимов 
современного 
английского языка. Саратов: Наука, 1975, 377 с. 
170. Хмелевская Е. С. Морфолого-синтаксический способ. 
Современный русский язык. Словообразование. Минск: 
Вышэйщая школа, 1990, с. 101-106 


161
171. Хохлова С. Ф. Особенности словообразовательной 
семантики глаголов и способы ее выражения в 
современном языке / Семантика языковых единиц 
разных уровней. Ростов-на-Дону, 1987, с. 123-129 
172. Хрестоматия по теоретической грамматике английского 
языка / Под ред. П. Иофик. М.: Наука, 1990, 222 с. 
173. Черкасова Е. П. Переход полнозначных слов в 
предлоги. М.: Наука, 1967, 279 с. 
174. Шанский 
Н. 
М. 
Русский 
язык. 
Лексика. 
Словообразование. М.: Просвещение, 1975, 238 с. 
175. Ширалиев М. Ш. Заметки о сложноподчиненном 
бессоюзном 
предложении 
(На 
материале 
азербайджанского языка) // СТ, 1971, 3, с. 13-14
176. Ширалиев М. Ш. О синтаксический функции частей 
речи / Структура и история тюркских языков. М.: 
Наука, 1971, с. 176-178 
177. Юлдашев 
А. 
А. 
Лексикализация 
тюркских 
грамматических форм как объект словообразовательной 
морфологии и словаря // Вопросы языкознание, 1977, 
№1, c. 67-73 
178. Ярцева В. Н. Проблема парадигмы в языке 
аналитического строя / Материалы второй научный 
сессии по вопросом германского языкознания.: М., Л., 
1961, c. 174-184 
İngilis dilində 
179. Bain A. A higher English grammar. London: Longmans, 
1880, 263 pp. 
180. Ginzburg R. S., Khidekel S. S. , Knyazeva G. Y., Sankin A. 
A. A course in modern English lexicology. Moscow: 
Vysšaja škola, 1979, 267 pp. 
181. Koonin A. English lexicology. Moscow: State text-book 
publishing house, 1940, 159pp. 


162
182. Molhova J. Outlines of English lexicology. Moscow: 
Naouka i izkoustvo, 1967, 180pp. 
183. Orembovskaya M., Gvarjaladze T., Orembovskaya T. 
English lexicology. Tbilisi: Tsodna, 1964, 133pp. 
184. Rayevska H. English lexicology. Kiev: "Радянська 
Школа", 1971, 335 pp. 
185. Roderick A. Jacobs., Peter S. Rosenbaum. English 
transformational grammar. London: Blaisdell Publishing 
Company, 1968, 290 pp. 
186. Soudek L. Structure of substandard words in British and 
American English. Bratislava: SAV, 1967, 228 pp. 
187. Sweet H. A new English grammar. Oxford: Claredon Press, 
1892, 534 pp. 
188. Zeynally M., Gezalova H. Word formation in the English 
language. Bakı: Mütərcim, 2005, 115 pp. 
İnternet resurslar 
1.unsworks.unsw.edu.au 
2.www.grammar.com 
3.www.veritas.at 
4.www.wikipedia.org 
5.www. wikitionary.org 
Mənbələr 
Azərbaycan dilində 
1. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, I cild., Bakı: 
Şərq-Qərb, 2006, 740 s. 
2. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III cild., Bakı: 
Şərq-Qərb, 2006, 671 s. 


163
3. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, IVcild., Bakı: 
Şərq-Qərb, 2006, 709 s. 
Türk dilində 
4. Türkçe sözlük. Ankara: Türk dil kurumu, 2005, 2244 s. 
İngilis dilində 
5. Oxford advanced learner ҆ s dictionary. Oxford: Oxford 
University Press, 2000, 1732 pp. 
6. Agnes M., Laird Ch. Webster’s New World Dictionary and 
Thesaurus. USA: Macmillan, 1996, 734 pp. 


164
MÜNDƏRİCAT 
Ön söz ................................................................................3 
Müəllifdən .........................................................................5
I FƏSİL.
MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ KONVERSİYANIN 
TƏZAHÜR ÖZƏLLİKLƏRİ 
1.1. Dildə konversiya hadisəsinə elmi-nəzəri baxış.............7 
1.2. German dilçiliyində konversiya....................................20 
1.3. Türkoloji dilçilikdə konversiya.....................................35 
1.4. Rus dilçiliyində konversiya .........................................43 
1.5. Azərbaycan dilçiliyində konversiya..............................58 
1.6. Müxtəlifsistemli dillərdə konversiyanın 
özəllikləri .............................................................................73 
II FƏSİL 
DİL SƏVİYYƏLƏRİNDƏ KONVERSİYA 
2.1. Fonetik səviyyədə konversiya.......................................78 
2.2. Morfoloji səviyyədə konversiya ...................................84 
2.3. Sintaktik səviyyədə konversiya.....................................90 
2.4. Leksik-semantik səviyyədə konversiya ........................99 
III FƏSİL 
KONVERSİYANIN STRUKTUR-SEMANTİK 
NÖVLƏRİ
3.1. Substantivləşmə (isimləşmə) ........................................106 
3.2. Adyektivləşmə (sifətləşmə) ........................................115 
3.3. Verballaşma (feilləşmə) ..............................................123 


165
3.4. Adverbiallaşma (zərfləşmə)..........................................127 
3.5. Pronominallaşma (əvəzlikləşmə)..................................136 
3. 6. Konyuksionallaşma (bağlayıcılaşma) ..........................140 
NƏTİCƏ..............................................................................146 
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT...............................148 


166
D²LDƏ KONVERS²YA 
HAD²SƏS² 


167
“Elm və təhsil” nəşriyyatının direktoru: 
Professor Nadir MƏMMƏDLİ 
Dizayner: Zahid Məmmədov 
Texniki redaktor: Yadigar Mirbagırzadə 
Çapa imzalanmış 20.10.2018 
Şərti çap vərəqi 8. Sifariş № 238. 
Kağız formatı 60х84 1/16. Tiraj 500 . 


168
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya 
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur 
E-mail: nurlan1959@gmail.com 
Тел: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4 


169

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin