1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU
SEVƏR ORUCOVA
D²LDƏ KONVERS²YA
HAD²SƏS²
Azərbaycan Milli Elmlər Akademiyası
Nəsimi adına Dilçilik İnstitutu Elmi Şura-
sının 19 sentyabr 2018-ci il tarixli icla-
sının 6№ -li protokoluna əsasən çap
olunur.
“ Elm və təhsil”
Bakı – 2018
2
Elmi redaktor
və ön sözün müəllifi: Məsud Mahmudov
Filologiya üzrə elmlər doktoru, professor
Rəyçilər:
İlham Tahirov
Filologiya üzrə elmlər doktoru
Gülçöhrə Alıyeva
Filologiya üzrə fəlsəfə doktoru,dosent
Sevər Orucova Dildə konversiya hadisəsi
Bakı, “Elm və təhsil”, 2018, 168 səh.
Əsər nəzəri dilçiliyin indiyə qədər birmənalı izahını tapmamış
maraqlı məsələlərindən birinə həsr olunmuşdur. Nəzəri dilçilikdə ayrı-
ayrı tədqiqatçılar tərəfindən "nitq hissələrinin keçidi", "transpozisiya",
"transformasiya" terminləri ilə izah olunan konversiya müxtəlifsistem-
li dillərdə fərqli şəkildə təzahür edir. Konversiya hadisəsinin universal
xüsusiyyətləri, bütün dillər üçün ümumi olan cəhətləri də var.
Tədqiqatda konversiya hadisəsi müxtəlif dil ailələrini təmsil
edən dillərin materialı əsasında bütün dil səviyyələrində sistemli şəkil-
də tədqiq olunmuşdur.
Monoqrafiyadan ali məktəb tələbələri, magistrlər, doktrantlar,
müəllimlər, eləcə də dilin nəzəri məsələləri ilə maraqlanan mütəxəs-
sislər faydalana bilərlər.
ISBN 978-9952-8175-0-7
© Sevər Orucova,
2018
3
ÖN SÖZ
ilologiya üzrə fəlsəfə doktoru Sevər Orucovanın
"Dildə konversiya hadisəsi” monoqrafiyası nəzəri
dilçiliyin böyük maraq doğuran aktual və universal bir dil
hadisəsinə həsr olunmuşdur. Müəllif haqlı olaraq qeyd edir ki,
konversiyanın bir dil hadisəsi kimi tam izahı müxtəlifsistemli
dilləri əhatə edən geniş dil materialının tədqiqata cəlb olun-
masını zəruri edir. Indiyə qədər konversiya hadisəsi ayrı-ayrı
konkret dillərin materialları əsasında fraqmentlər şəklində
araşdırılmış, digər dil ailələri ilə müqayisə və tutuşdurmalar aparıl-
mamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, ayrı-ayrı
dilçilərin araşdırmalarında konversiyanın daha çox morfoloji as-
pekti tədqiqat obyekti olmuş, dilin digər mühüm səviyyələri
(fonetik, sintaktik, semantik) nədənsə unudulmuşdur. Əslində isə,
konversiya təkcə morfoloji səviyyədə deyil, bütün dil səviyyələrin-
də təzahür edən unikal dil hadisəsidir. Belə yanaşmanın nəticəsi
olaraq konversiyanın linqvistik mahiyyəti, bir çox mübahisəli mə-
qamlar yenə də izahını tapmamış, tam olaraq aydınlaşdırılmamış
qalmışdır.
Məhz bu mövqedən çıxış edərək gənc tədqiqatçı müxtəlif-
sistemli dilləri əhatə edən german, rus, türk, eləcə də Azərbaycan
dilçiliyində konversiya hadisəsi ilə bağlı aparılmış araşdırmaların
təhlil edilməsini, konversiya hadisəsinin əsas aparıcı xüsusiy-
yətlərinin müəyyənləşdirilməsini, eləcə də müxtəlif morfoloji
quruluşa malik iltisaqi, flektiv, kök və amorf dillərdə konver-
siyanın təzahür özünəməxsusluqlarının aydınlaşdırılmasını təd-
qiqatın məqsədi kimi seçmişdir. Həmin məqsədə nail olmaq
üçün müəllif lazımı elmi ədəbiyyatdan və mənbələrdən səmərəli
şəkildə faydalanmış, uğurlu nəticələr əldə edə bilmişdir.
F
4
Maraq doğuran məsələlərindən biri də bu dil hadisəsinin
zaman-zaman müxtəlif dilçilər tərəfindən "transpozisiya" ,
"transformasiya" və ya "nitq hissələrində keçid" kimi adlan-
dırılmasıdır.
Monoqrafiya müasir dilçiliyin tələblərinə cavab verir.
Tədqiqatın nəticələrindən elmi araşdırmalarda, tədrisdə, dərslik
və dərs vəsaitlərinin yazılması prosesində faydalanmaq olar.
Sevər Orucovanın konversiya məsələsi ilə bağlı respubli-
kamızda və eləcə də xarici elmi məcmuələrdə 10-dan yuxarı
məqaləsi çap olunmuş, bir çox elmi konfrans və seminarlarda
məruzələlə çıxış etmişdir.
Filologiya üzrə fəlsəfə doktoru Sevər Orucovanın
“Dildə konversiya hadisəsi” monoqrafiyasını gənc tədqiqatçının
elmi uğuru kimi səciyyələndirir və ona gələcək işlərində, elmi
–pedaqoji fəaliyyətində uğurlar arzulayıram.
Məsud Mahmudov
Filolofiya üzrə elmlər doktoru, professor
5
MÜƏLLİFDƏN
Bu kitabı mənim təhsil və tərbiyəmdə böyük
rolu olan əziz valideynlərim atam Arif Mahmud
oğlu və anam İradə Heydər qızı Orucovlara
ithaf edirəm
Dilçilikdə sözün öz morfoloji quruluşunu və fonetik
tərkibini dəyişmədən, eyni şəkildə qalmaqla bir nitq hissəsindən
digərinə keçməsi kimi səciyyələndirilən konversiya hadisəsi
hələ tam izahını tapmamış mübahisəli məsələlərdən hesab
olunur. Müxtəlif dil materiallarında bu problemin izahında
ayrı-ayrı dilçilər yekdil mövqedən çıxış etmirlər. Belə ki, ingilis
dilində sifətləşmə geniş müşahidə olunursa, başqa dillər üçün bu
səciyyəvi xüsusiyyət hesab oluna bilməz. Eləcə də, ingilis və
alman dillərində artikl konversiya prosesində aparıcı rola malik
olur. Digər qohum və qohum olmayan dillərdə isə, konversiya
fərqli xüsusiyyətlərlə səciyyələnir. Məhz bu səbəbdən dildə
konversiya hadisəsinin tədqiqi böyük maraq doğurur. Dildə
konversiya hadisəsi dil vahidləri və kateqoriyalarının çevrilməsi və
yerdəyişimi olaraq, çox geniş işlənmə arealına malikdir. Bu dil
hadisəsi ayrı-ayrı dilçilər tərəfindən müxtəlif cəhətdən öyrənilsə də,
onun müəyyənləşdirilməsi meyarları, struktur-semantik növləri, dil
səviyyələrində təzahür xüsusiyyətləri hələ də tam müəyyən
edilməmiş, hərtərəfli elmi şərhini tapmamışdır. Müxtəlif dünya
dillərində konversiyanın leksik-semantik, morfoloji-sintaktik, se-
mantik-sintaktik növü ayrıca tədqiq olunsa da, bəzi tədqiqatçılar
onlardan yalnız biri və ya ikisi haqqında söz açırlar. Eləcə də,
onların tədqiqat obyekti yalnız müəyyən konkret dildə konversi-
yanın adları çəkilmiş növlərindən biri olmuşdur. Konversiya
hadisəsinin tam linqvistik izahı bütün dillərin, müxtəlifsistemli
dilləri əhatə edən dil materialının tədqiqata cəlb olunmasını tələb
6
etsə də, indiyə qədər bu məsələyə lazımı şəkildə diqqət yetiril-
məmişdir. Tədqiqat işində konversiya hadisəsi müxtəlifsistemli
dillərin materialları əsasında bütün dil səviyyələrində sistemli və
hərtərəfli araşdırılmışdır. Qeyd etdiyimiz bütün bu göstərilənlər
mövzunun aktuallığını şərtləndirir, mövzunun əhatəli şəkildə
tədqiqini elmi zərurət kimi qarşıya qoyur.
Müəllif monoqrafiyanın çapında əməyi olan elmi redaktor
və ön sözün müəllifi, filologiya üzrə elmlər doktoru, professor
Məsud Mahmudova, rəyçilər – filologiya üzrə elmlər doktoru
İlham Tahirova, filologiya üzrə fəlsəfə doktoru. dosent Gülçöhrə
Alıyevaya, “ Elm və təhsil” nəşriyyatının direktoru , filologiya
üzrə elmlər doktoru, professor Nadir Məmmədliyə, eləcə də
AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına öz
dərin minnətdarlığını bildirir.
7
I FƏSİL
MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ
KONVERSİYANIN TƏZAHÜR ÖZƏLLİKLƏRİ
1.1. Dildə konversiya hadisəsinə elmi-nəzəri baxış
Hər bir konkret dil müəyyən zaman kəsiyində inkişaf edir,
təkmilləşir, başqa dillərlə təmas prosesində zənginləşir, sabit-
ləşmiş normalara malik ədəbi dil səviyyəsinə yüksəlir. Tarixi
inkişaf boyu dilin daxili strukturu, qrammatik kateqoriya və
normaları da təkmilləşir, daha dəqiq, konkret izahını tapır. Dilin
inkişafı prosesində onun vahidləri və kateqoriyalarında keçid
hadisəsi də geniş müşahidə olunur. Çünki istənilən müasir dil
uzun sürən tarixi inkişafın qanunauyğun nəticəsi olduğundan,
təkcə öz sistemində forma və tərtibatına görə müəyyən olan
vahidlərlə deyil, həm də dilin vahid və kateqoriyalarının inkişa-
fında müxtəlif keçid mərhələlərini əks etdirən, forma və
tərtibatına görə qeyri-müəyyən vahidləri də qoruyub saxlayır.
Dilçilikdə keçid nəzəriyyəsi əvvəlcə dilin maddi forması tari-
xinin, yəni onun səs, tərkib və sonluqlarının öyrənilməsi ilə
bağlı meydana çıxmışdır [112, 5].
V.V. Babaytseva keçid prosesinin iki fərqli növünü müəy-
yən etmişdir: “Transformasiya və kontaminasiya. Transformasyon
keçidə diaxron dəyişiliklər, kontaminasiyaya isə periferik, aralıq,
sinkretik, hibrid kimi növlər aiddir” [63, 6]. Dilçilikdə “kontami-
nasiya” dedikdə bir-biri ilə daimi və ya təsadüfən bağlı olan dil
vahidləri arasındakı əlaqə başa düşülür. Bir çox dilçilərin fikrincə,
bu zaman dildə kəsişmə baş verməklə, bir sözün başqasına təsiri
zamanı hər iki sözün əlamətini daşıyan forma meydana çıxır
(J.Maruzo, B.A.Serebrennikov və b.).
İ.V.Koduxov isə keçid vəziyyətinin iki növünü qeyd edir:
“Aralıq keçidi və sinkretizm keçidi. Aralıq kateqoriyası periferik
və kontaminasiya keçidinin xüsusiyyətlərini daşıyır. Aralıq
keçidi özünü morfologiya və sintaksisdə, leksika və fonetikada
8
büruzə verir. Bu keçid növü özünü dil semantikası sahəsində ̶
leksik və qrammatik mənalarda göstərir. Aralıq keçidinə söz-
düzəltmə modelinin mənasının qarışıq dil mənasını formalaş-
dırmaqla özlüyündə həm tipik leksik, həm də qrammatik mənanı
birləşdirməsini misal gətirmək olar” [112, 4]. V.İ. Koduxovun
dil sistemində sinkretizmə ən parlaq nümunəyə leksik və mor-
foloji omonimliyi misal göstərməsini qənaətbəxş hesab etmək
olar.
“Keçid” sözünün özünün iki mənası var: transformasiya
prosesi və bir-birinə qarşı duran təsnifat növləri arasında
birləşdirici həlqənin mövcudluğu. Dilin inkişafının əsas
qanunlarından birini analogiyaya görə dəyişmə təşkil edir və bu
sistem səs forması və mənanın üst-üstə düşməsinə əsaslanır.
XIX və XX əsr dilçiliyində dildə bəzi növ keçid prosesləri
haqqında danışmış və onları təhlil etmişlər. L.Y.Malovitskinin
fikrincə, keçid prosesini həm dil vahidi və ya vahidlərinin statusu
kimi, həm də proses, dinamika kimi fərqləndirmək yaxşı olardı.
Həmçinin status kimi nitq hissələrində keçid dilin strukturunda
səviyyələrarası sistemlərin və dilin periferik sahələrinin mövcud-
luğu ilə şərtlənir [128, 17].
Hər bir dilin strukturunda səviyyələrarsı əlaqələr danıl-
mazdır və bu tarixən də belə olmuşdur. Həmçinin bu keçid dinamik
keçid növü ilə bağlıdır. Dinamik keçid dilin tarixi dəyişikliklərini
əks etdirir. Dildaxili və dilxarici səbəblərdən meydana çıxan
dinamik keçid dildə real tarixi proseslərin əksi kimi meydana çıxır.
Dildəki keçidin bir növü də qrammatik keçiddir. Bu keçid
növü bəzi alimlər tərəfindən konversiya, digərləri tərəfindən
transpozisiya (O.M.Kim, V.Q.Qak və b.), bəzən isə transformasiya
da (Y.A.Vaxek, Y.S.Stepanov, L.A.Novikov və b.) adlandırılır.
Məsələn, O.M.Kim nitq hissələrinin keçidini “nitq hissələri
səviyyəsində transpozisiya” adlandırır [111, 4]. Onun fikrincə,
geniş mənada transpozisiya bir kateqoriyadan olan işarənin
başqasına keçməsidir. O, dil strukturunun bütün səviyyələrini,
əlaqələrini əhatə edir və dilin prinsipial qanunlarından biridir.
Onunla fonetika sahəsinin (səslərin assimilyasiyası, dissimil-
9
yasiyası), morfologiya və sintaksisin (qrammatik metafora
hadisəsi, tabeli mürəkkəb cümlənin hissələrinin əvəzliyə və
əvəzlikli ifadələrə transformasiyası) ziddiyətləri, qarşılıqlı
əlaqələri, münasibətləri müəyyən olunur [111, 5]. V.Q.Qak
“transpozisiya” termininin izahını belə vermişdir: “Bu söz orta
əsr latın sözü olan “transpasitio” (yerdəyişmə) sözündən yaran-
mışdır. Mənası, bir dil formasının paradiqmatik sırada onun əks
üzvü olan başqa dil forması funksiyasında işlənməsidir. Transpoz-
isiya geniş mənada istənilən dil formasının köçürülməsidir. Bu
zaman formalarının köçürülməsi, cümlənin kommunikativ
formalarının köçürülməsi və s. baş verir” [125, 519]. Amma kon-
kret mənada V.Q.Qak transpozisiyanı “funksional transpozisiya”
adlandırır. “Funksional transpozisiya” sözün bir nitq hissəsindən
digərinə keçidi və ya onun başqa nitq hissəsi funksiyasında
işlənməsidir. Bu zaman onun iki mərhələsi müqayisə edilir: 1) tam
olmayan, və ya sintaktik; bu zaman yeni yaranan sözün yalnız
sintaksis funksiyası dəyişir 2) tam və ya morfoloji. Əlbəttə ki, bu
zaman tamamilə başqa nitq hissəsinə aid söz yaranır” [125, 520].
Əksər dilçilər funksional transpozisiyanın növlərinə affiksasiya və
ya konversiyanı aid edirlər (V.Qak, E.S.Kubryakova və b.). Fikri-
mizcə, “transpozisiya” daha geniş bir termindir. Bura həm şəkilçi
vasitəsilə sözdüzəltmə, həm də konversiya aiddir. Konversiyanı
onun yarımmərhələsi adlandırsaq, daha düzgün olardı.
Artıq irəlidə qeyd etdiyimiz kimi, bəzən bu dil hadisəsi
“transformasiya” da adlandırılır. “Transformasiya müəyyən
qaydalar əsasında məna strukturlarının aşkar edilməsi məqsədilə
dil vahidlərinin şəklini dəyişməsi vasitəsidir” [82, 217].
Bu termini yalnız sintaksisdə baş verən konversiya ilə
eyniləşdirmək düzgün olardı. Transformasiya söz birləşmələri
və cümlələrə aid edilərək onların qrammatik formalarının də-
yişilməsinə gətirib çıxarır. Sözdüzəltmə üsulundan biri olan
konversiyadan fərqli olaraq o, yeni leksik mənalı vahidlərin
yaranması ilə nəticələnmir.
Onu da qeyd etmək lazımdır ki, “konversiya” terminindən
təkcə dilçilikdə deyil, fərqli elm sahələrində, müxtəlif mənalarda
10
istifadə olunur. Məsələn, iqtisadiyyatda “vaxtı ilə buraxılmış
dövlət istiqrazı şərtlərinin dəyişilməsi (faizin azalması, ödəmə
vaxtının dəyişilməsi” mənasında [13, 735]. Eləcə də hal-hazırda
yaşadığımız komputer əsrində tez-tez internet-marketinqdə də
istifadə olunur. Vikipediyada bu terminin internet-marketinqdəki
mənası “saytda müxtəlif fəaliyyət məqsədi ilə ora daxil olan
insanlarla, ümumilikdə ora məqsədindən asılı olmayaraq daxil olan
istifadəçilərın say nisbəti kimi verilir” (www.wikipedia.org).
Konversiya latın mənşəli “conversio” sözündən yaranmışdır.
Mənası dəyişilmə, çevrilmədir. Dilçilikdə bu hadisə vasitəsilə
müəyyən söz əsasının öz fonetik və morfoloji tərkibini dəyişmədən
başqa nitq hissəsinə keçməsi ilə yeni sözlərin yaranması başa
düşülür [15, 480]. Akademik A.Axundov “Azərbaycan dilinin
izahlı lüğəti”ndə bu terminin latın mənşəli olub, mənasının: “1) də-
yişmə, bir haldan başqa hala keçmə 2) dilçilikdə isə substantiv-
ləşmə (isimləşmə), verballaşma (feilləşmə)” olduğunu göstərmişdir
[9, 179].
“Linqvistik terminlər lüğəti”ndə bu sözün ingilis dilindəki
“conversion” sözündən yarandığı göstərilir. Mənası “sözün başqa
sözdəyişdirici paradiqmlərə keçərək yeni söz yaradıcılığı yolu”
olduğu göstərilir [60,110].
Amma V.N.Yartsevanın redaktəsi ilə işıq üzü görən “En-
siklopedik dilçilik lüğəti”ndə “konversiya” termini bu başlıqlar
altında izah edilir:
1. qrammatika və leksikada konversiya
2. söz yaradıcılığında konversiya [125, 234-235].
Fikrimizcə, bu bölgülər üzrə konversiyanın izahı daha
yaxşı olardı. Çünki dildə konversiyadan bəhs edərkən, biz yalnız
onun söz yaradıcılığının bir üsulu kimi göstərməməliyik. Kon-
versiya prosesi dilin bir səviyyəsində deyil, başqa səviyyələrində
də özünü büruzə verir. Belə ki, haqqında danışdığımız lüğətdə
konversiyanın qrammatika və leksikada izahını verən L.A.No-
vikov bu termini cümlə daxilində subyekt-obyekt əlaqələrinin
mənaca ekvivalent olan cümlələrdə ifadə vasitəsi kimi verir,
onun qrammatikada, daha dəqiq desək, sintaksisdə məlum,
11
məchul konstruksiyalarda özünü göstərdiyini, eləcə də bir sözün
müxtəlif formaları şəklində ifadə olunduğunu qeyd edir [125,
236]. L.A.Novikov bu formaları “qrammatik konversivlər”
adlandırır [138, 42]. Belə qrammatik konversivlərə biz müxtəlif
dillərdə də rast gələ bilərik. Məsələn, ingilis dilində She wrote a
letter. (O, məktub yazdı.) → A letter was written. (Məktub
yazıldı.) və ya rus dilində Она написала письмо. (O, məktub
yazdı.) → Письмо было написано ею. (Məktub onun tərəfindən
yazıldı.) Göründüyü kimi, qeyd etdiyimiz misallarda ingilis və
rus dillərində olan cümlələrin sintaktik quruluşunda baş verən
konversiya öz əksini taparaq, qrammatik konversivlərlə ifadə
olunmuşdur. L.A.Novikov “Rus dilinin semantikası” əsərində bu
məsələdən bəhs edərkən demişdir: “Konversiya dilçilik fenomeni
kimi subyekt və obyekt arasında əlaqənin tədqiqi üçün diqqəti ilk
növbədə sintaksisə yönəltdi” [138, 214].
L.N.Murzin sintaktik derivasiyanın bir növünün konversiya
olduğunu qeyd edir və konversiyaya cümlənin yenidən düzəldil-
məsi prosesi kimi baxır. Bunu da o qrammatikada konversiya
zamanı leksik aktantların yerlərinin dəyişməsi ilə izah edir. Təd-
qiqatçı “aktant” dedikdə cümlələrdəki mübtəda və tamamlıqları
nəzərdə tutur. Buna misal olaraq rus dilində aşağıdakı cümlələr
göstərilmişdir:
“Плотники строят дом. (Dülgərlər ev tikirlər.)
Дом строится плотниками. (Ev dülgərlər tərəfindən
tikilir.)” [136, 34].
Birinci cümlə məlum növdədir, mübtəda və tamamlıq aktant
sayılır. Cümlə məchula çevriləndə leksik aktantlarda mübtəda və
tamamlıq yerlərini dəyişir .
Leksik konversiya qrammatikada olan konversiyadan
fərqli olaraq müxtəlif sözlərlə ifadə olunur. Bu sözlər “leksik
konversivlər” adlanır. Mətndə eyni fəaliyyət və əlaqəni müxtəlif,
əks istiqamətlərdə təqdim etməklə subyekt və obyekt rollarını
dəyişirlər. Y.D.Apresyan və L.A.Novikovun əsərlərində rus
dilində işlədilən leksik konversivlərlə bağlı çoxlu sayda nü-
munələrə rast gəlmək olar. Ümumiyyətlə, dilçilikdə “konversiv”
12
dedikdə subyekt-obyekt əlaqələri ifadə edən və konversiyaya
məruz qalan söz və ya söz birləşmələri nəzərdə tutulur.
M.Mahmudov sözdəyişdirici şəkilçilərə münasibətinə görə
mətnin formal təhlili sisteminin morfoloji blokunda nitq
hissələrini dəyişən və dəyişməyən qrupa ayırır. Müəllif dəyişən
nitq hissələrinə isim, səs-obraz təqlidi sözlər, sifət, say, əvəzlik,
feilləri və konversivləri aid edir. Konversivlərə fonetik və
morfoloji quruluşuna görə eyni olub, bir nitq hissəsindən
digərinə keçən söz qruplarını aid edir [36, 193-194]. Beləliklə,
M. Mahmudov formal baxımdan konversivləri isim, sifət, say,
əvəzlik, feil və səs - obraz təqlidi sözlərlə bir qrupda verir və
əsas nitq hissəsi hesab edir.
Y.D.Apresyan “Leksik semantika” kitabında hazır
konversivlər dedikdə iki söz, söz və frazeoloji vahid və ya iki
frazeoloji vahiddən ibarət leksik cütlükləri nəzərdə tutur [55,
265]. Bəzi dillərdə dilin bu səviyyələrində istifadə olunan
konversivlər çox çeşidli sinonim və antonimlərin yaranmasına
zəmin yaradır. Bu zaman əksərən məntiqi olaraq eyni mənanı
ifadə edən leksik vahidlər qrammatik sinonimliyin yaranmasına
zəmin yaradır. Q.A.Zolotova qrammatik sinonimlik dedikdə,
formaların qarşılaşdırılmasında iki yanaşmanı qəbul edir:
məntiqi-sintaktik və məntiqi-semantik [103, 109]. Doğrudan da,
qrammatik sinonimlik hallarına biz həm sintaktik derivasiyanın
bir növü olan konversiyada, həmçinin də leksik-semantik
səviyyədə olan konversiya zamanı rast gəlirik.
Sintaksisdə konversiyanın mövcudluğunu L.N.Murzin
onunla izah edir ki, əlaqəli mətnin qurulması üçün bəzi tələbat-
ları ödəməklə bu dil hadisəsi mükəmməl qrammatikası olan
dillər üçün vacib rol oynayır. Əlaqəli mətndə tema funksiyasının
hərəkətin subyekti tərəfindən, rema funksiyasının isə obyekt
tərəfindən həyata keçirilməsi vacib deyil [136, 34].
“Dilçilik ensiklopediyası”nda “konversiya” termininin
izahı belə verilir: “Konversiya: 1) İkiyerli predikat arasındakı
qütbləşməni bildirən semantik qarşılaşmadakı münasibətdir. Buna
ekvivalentlik əlaqəsi də demək olar. Məs.:/ Əgər Zəminə Cəmildən
13
böyükdürsə, deməli Cəmil Zəminədən cavandır// (və əksinə). Belə
ifadələr feillərdən daha çox müqayisə üçün sifətlərə aiddir. Ancaq
buna bəzən feillər və isimlərdə də rast gəlmək olar. Məs.:
/vermək-götürmək/, /satmaq-almaq/, /ata-oğul/ və s. 2) Söz sinfini
dəyişməklə yeni sözlər düzəltmək. Bu əsas kök morfemlə olsa da,
prefikslə, suffikslə və s-də ola bilər. Məs.:isimdən əmələ gələn
feillər: Azərb.d. (qatıq-qatıqlamaq); ing.d. (bicycle - to bicycle
(velosiped-velosiped düzəltmək); feildən əmələ gələn isimlər,
zərflərdən əmələ gələn feillər. Məs.alm.d. (kurz-kurzen) (qısa-
qısaltmaq) və s.“ [24, 355]. Ensiklopediyada konversiyanın leksika
və söz yaradıcılığında geniş yayıldığı nəzərə alınaraq, həmin dil
səviyyələrində onun izahına geniş yer verilmiş, eləcə də leksik
konversiyanın Azərbaycan dilində təzahür formaları konkret
nümunələrlə şərh olunmuşdur. Bu bölgüdə prefiks və suffikslərlə
düzəlmiş sözlər də konversiyaya aid edilmişdir.
Söz yaradıcılığı özünə aid olan xüsusi vahidləri olmayan,
bazissiz dil səviyyəsi hesab olunur. Dilçilikdə ümumi olaraq qəbul
olunmuş müəyyən dil normaları vardır ki, bunlardan birini də
sözdüzəltmə modelləri təşkil edir. “Norma-verilmiş vaxtda,
verilmiş dil kollektivində obyektiv olaraq mövcud olan sözlərin
mənası, onların fonetik strukturu, sözyaratma modelləridir”
[107, 5].
Sözdüzəltmə vasitələrindən biri də sözün bir nitq hissə-
sindən digərinə keçməsi ilə söz düzəldilməsidir. Ümumiyyətlə,
bu sözdüzəltmə üsulu sözdüzəldici şəkilçisi olmayan dillərdə
daha geniş yaranmışdır. Söz yaradıcılığünda konversiya
prosesinin tədqiqi qrammatika və leksikaya nisbətən üstünlük
təşkil edir. “Böyük ensiklopediya” da qeyd edilir ki, konversiya
sözün qrammatik xarakteristikasının dəyişilməsi vasitəsilə
həyata keçirilən sözdüzəltmə üsuludur. Xarici uyğunluğa
baxmayaraq, əsas və ondan törənən söz müxtəif sözlərdir, onlar
arasında semantik əlaqə müxtəlif ola bilər. Məhsuldarlılıq
əsasən sözün leksik mənası və struktur xüsusiyyətləri ilə
məhdudlaşır [68, 11].
14
“Ensiklopedik dilçilik lüğətində” bu dil hadisəsinin söz
yaradıcılığı ilə əlaqəsi belə izah olunur: “Konversiya xüsusi
sözdüzəldici şəkilçilər olmadan sözyaratma vasitəsi, sözdə heç
bir dəyişiklik baş vermədən onun bir nitq hissəsindən digərinə
keçididir. Konversiya vasitəsilə yaranan yeni söz tamamilə
başqa bir qrammatik kateqoriyaya keçir, keçdiyi sözün
qrammatik xüsusiyyətlərini daşıyır. Bir nitq hissəsindən digərinə
keçid prosesi nitq hissələrinin bütün sistemini əhatə edir: onun
mərkəzi kimi əsas nitq hissələri sistemini, eləcə də onun
periferiyasını, yəni köməkçi nitq hissələri sistemini” [125, 235].
Dildə konversiya vasitəsilə bir-biri ilə əlaqəli olan sözlərin
omonim statusu qazanması hələ də mübahisəli olaraq
qalmaqdadır. Bu məsələ ilə bağlı dilçilər arasında yekdil fikir
yoxdur. V.V.Babaytseva belə sözləri omonim hesab edir [61,
13], E.S.Kubryakova isə omonim hesab etmir [125, 236].
A.İ.Smirnitskinin fikrincə, omonimlik qədim ingilis dilində rast
gəlinən konversiya hadisəsinə xas olmayan bir xüsusiyyət,
müasir ingilis dilində isə əksinə, ona xas olan bir xüsusiyyətdir
[156, 79]. Amma bunun ardınca dilçi-alim qeyd edir ki, bununla
bağlı olaraq konversiyanin müəyyən edilməsində işlək söz
formalarının vacib omonimlik şərti yaranır: belə ki, bir-biri ilə
konversiyayla bağlı olan love → to love sözlərində tək, adlıq
halda olan isimlə, feilin məsdər formasında olan sözlər
səslənməsinə görə eynilik təşkil edir. Omonimlik yalnız
konversiya vasitəsilə səslənməsinə görə bir-birinə bağlı bəzi söz
formalarını yaxınlaşdırır [156, 80]. Y.A.Jluktenko konversiyanı
xarakterizə edən əsas xüsusiyyətlərə bunları aid edir: “1)
konversiya vasitəsilə yaranan yeni söz izolə edilmiş halda yox,
başqa sözlərlə əlaqəli şəkildə formalaşır 2) konversiya vasitəsilə
formalaşan yeni söz ilkin sözün əsas forması ilə omonimlik
təşkil edir 3) törəmə söz əsas sözdən fərqli olaraq başqa nitq
hissəsinə aid olur” [98, 60 ].
Fikrimizcə, bir-biri ilə səslənmələrinə görə eyniyyət təşkil
edib, semantik cəhətcə tamamilə fərqli söz cütlükləri omonimlər
hesab edilir. Xüsusilə german dillərinin araşdırılması ilə məşğul
15
olan tədqiqatçılardan bəziləri konversiya ilə bağlı söz cütlük-
lərini leksik-qrammatik omonim kimi qəbul etmirlər
(N.N.Amosova, T.A.Rastorquyeva), bəziləri isə əksinə çıxış edir
(A.İ.Smirnitski, Y.Y. Jluktenko və b.).
İ.S.Tışlerin bu haqda fikri maraqlıdır. Tədqiqatçı belə söz
cütlüklərini o zaman leksik-qrammatik omonimlər hesab edir ki,
törəmə sözün semantikası mənbə sözdən tamamilə fərqlənsin.
Əks halda, o, belə sözləri omonim kimi xarakterizə etmir. [169,
51]. Doğrudan da, etimoloji cəhətdən və fonetik səslənməsinə
görə eyni olub, amma mənalarında fərqlilik özünü büruzə
verməyən söz cütlüklərini omonim hesab etmək düzgün
olmazdı. Bu məsələ dilçilikdə hələ də mübahisəli olaraq qalır.
Demək olar ki, bu məsələ hər bir konkret dildə müxtəlif şəkildə
dəyərləndirilir. Məlum olduğu kimi, konversiya zamanı sözlərin
leksik mənalarında fərqlilik özünü büruzə verə bilir.
“Çevrilmiş sözün sintaktik funksiyasının dəyişməsi
konversiya zamanı yeganə həlledici meyar sayıla bilməz. Bu
yalnız sözün başqa qrammatik kateqoriyaya keçidini müşayiət
edən yeganə fenomendir” [186, 132]. Nitq hissələrinin leksik
mənası ilə onun sintaktik funksiyası arasında müəyyən əlaqə
vardır. Hər hansı leksik mənanı ifadə edən müəyyən söz,
müəyyən sintaktik funksiyanı ifadə edə bilir. Konversiya zamanı
sözün sintaktik funksiyasının dəyişməsi ən əsas göstəricilərdən
biridir. Söz yaradıcılığı dedikdə, biz yalnız eyni sintaktik
funksiyanın ötürülməsini deyil, eləcə də sözlərin ikinci sintaktik
funksiya əldə etməsini də nəzərdə tuturuq. Müasir ingilis dilində
konversiya mürəkkəb bir fenomen kimi təqdim olunur. Bu
zaman müşahidə olunan dil hadisəsinin bir çox növ və tiplərini
müəyyənləşdirmək olar. Azərbaycan dilçiliyində söz
yaradıcılığında konversiya hadisəsi daha çox Ə.Dəmirçizadə,
A.Axundov, C.Cəfərov, M.Mahmudov, S.Abdullayeva, türk
dilçiliyində F.Qəniyev, J.Quzeyev, R.Rüstəmov, rus dilçiliyində
T.P.Lomtyev, L.Y.Malovitski, V.İ.Koduxov, E.P.Kaleçits,
E.S.Kubryakova german dilçiliyində, xüsusilə ingilis dilində
16
A.İ.Smirnitski, Y.A.Jluktenko, İ.V.Arnold, P.M.Karaşuk,
H.M.Rayevska və s. dilçilərin əsərlərində öz əksini tapmışdır.
E.S.Kubryakova “Dilçilik məsələləri” jurnalında çap
olunmuş məqaləsində müxtəlif dillərdə konversiyaya uğrayan
sözlərin morfoloji əhatəsini ətraflı tədqiq etmiş, əsas və törəmə
sözlərin morfoloji xüsusiyyətlərini araşdırmışdır. Onun gəldiyi
nəticələrə görə, müvafiq təkköklü tərkiblər dörd tip morfoloji
əhatədə çıxış edə bilərlər. Bu formullar vasitəsilə tədqiqatçı
affiksiz sözdüzəltmənin dörd növünü müəyyənləşdirmişdir:
“1. Həm motivləşdirən , həm də motivləşmiş sözlərdə
kökdən sonra hər hansı bir morfoloji göstərici gəlir. Morfoloji
göstərici hər hansı bir sözdəyişdirici və ya formayaradan morfem
ola bilər: “əsas+morfoloji göstərici”. Məs: rus dilində, золот-о →
золот-ой
2. Motivləşdirən sözdə əsas, maddi ifadə olunmuş morfoloji
göstərici əhatəsində , amma motivləşmişdə sıfır morfem əhatəsində
çıxış edir. Məs, rus dilində, нагрев-а-ть→ нагрев
3. Bu halda motivləşdirən sözdə əsas sıfır morfem,
motivləşmişdə isə ifadə olunmuş morfoloji göstərici əhatəsindədir.
Və E.S.Kubryakova buna yenə rus dilində olan bu modeli misal
gətirmişdir: обед→обед-а-ть
4. Bu zaman həm motivləşdirən, həm də motivləşmiş
sözlərdə əsaslardan sonra sıfır morfem gəlir. Məsələn, ingilis
dilində sail→to sail” [118, 65].
Dilçilikdə bu modellərə uyğun olaraq şəkilçisiz sözdü-
zəltmənin müxtəlif növlərinə rast gəlmək olar. Bu modellərin hər
biri dillərə görə də dəyişir. E.S. Kubryakova sözdüzəldici xarak-
ter daşıyan morfoloji transpozisiyanı konversiya adlandırmışdır.
Alimin fikrincə, müəyyən bir dilin morfoloji düzümündən asılı
olaraq konversiya yuxarıda göstərilən istənilən dörd formuldan
birini qəbul edə bilər [118, 66].
Onun konversiyaya aid etdiyi bu dörd sxemdən daha çox
üç və dördüncüsünü konversiyaya aid etmək düzgün olardı. Belə
ki, yerdə qalan sxemlər daha çox digər sözdüzəltmə vasitələrini
xatırladır.
17
N.Q.Korletyanu “Müasir moldav dilində konversiya” adlı
məqaləsində bu məsələyə aydınlıq gətirməyə çalışaraq demişdir:
“Moldav dilinin lüğət tərkibini zənginləşdirmək üçün morfoloji
vasitə yeganə vasitə deyildir. Başqa növ sözdüzəltmə vasitələri
də mövcuddur. Çox tez-tez bu və ya başqa söz, heç bir morfoloji
dəyişikliyə məruz qalmadan bir qrammatik kateqoriyadan
başqasına keçir. Sözlərin bir nitq hissəsindən digərinə belə keçidi
morfoloji-sintaktik sözdüzəltmə üsuluna aiddir . Bu onunla izah
edilir ki, dilin qrammatik quruluşunun inkişafı prosesində nitq
hissələri sözlərin nitq hissələrinə görə yeni təsnifatına imkanlar
yaradan yeni qrammatik və semantik keyfiyyətlər qazanır.
Beləliklə, moldav dilində sifət leksik-semantik məna əldə edib,
isim və zərfin sintaktik funksiyasını yerinə yetirə bilər, isim sifət,
zərf və əvəzlik kateqoriyasına keçə bilər. Əgər sifət leksik--
semantik məna əldə edərək və ismin sintaktik funksiyasını yerinə
yetirərək, sonuncunun qrammatik sırasına keçirsə, onda belə proses
substantivləşmə adlanır. Əgər sifət və ya isim zərf kateqoriyasına
keçirsə, bu proses adverbiallaşma adlanır. Eləcə də pro-
nominallaşma (əvəzlikləşmə), verballaşma (feilləşmə) haqqında
danışmaq olar” [115, 85]. Göründüyü kimi, moldav dilçisi bu
dilin söz yaradıcılığında yer alan konversiya hadisəsini əksər
dilçilər kimi “morfoloji-sintaktik sözdüzəltmə üsulu” kimi
xarakterizə edir. Doğrudan da, bu özünü konversiyaya məruz
qalan sözlərin yeni qrammatik və semantik xüsusiyyətlər
qazanması ilə bir daha sübut edir.
K.A.Levkovskayanın fikrincə, german dillərindən olan
alman dilində dilçilər arasında “konversiya” kimi adlandırılan
sözyaratma üsullarının birindən istifadə olunur. Konversiya
affiksiz, yalnız yeganə bir paradiqmanın köməyilə gerçəkləşən
sözyaratma vasitəsidir və bu sözyaratma prosesi zamanı elə
sintetik hallar baş verir ki, nəticədə qrammatik quruluşa görə
eyni əsasdan törənmiş müxtəlif nitq hissələrini fərqləndirmək
mümkün olur [123, 215].
Alman dilində sözün bir leksik-qrammatik sinifdən
digərinə keçməsi elə bir sözyaradıcılığı vasitəsidir ki, bu zaman
18
yeni sözün yaranması prosesi sözyaratma vasitəsinin iştirakı
olmadan həyata keçir. Bu zaman iki linqvistik hal özünü büruzə
verir: leksik və qrammatik. Birinci halda yeni mənalı leksik
vahid yaranır, baxmayaraq ki, o yarandığı sözün mənası ilə
bağlıdır. İkinci halda isə söz başqa nitq hissəsinin qrammatik
kateqoriyasını əldə edir və digər sözlərlə uyğunluq xarakterini,
eləcə də sintaktik funksiyasını dəyişir. Belə ki, infinitiv
substantivləşərək qrammatik cins əldə edir və hallanır, həmçinin
isim feilə çevrilərək, şəxs və zamana görə dəyişir, cümlədə feili
xəbər funksiyasını həyata keçirir.
Məlum olduğu kimi, sözün bir nitq hissəsindən digərinə
keçməsinin, yəni konversiyanın müxtəlif növləri vardır. Bunlar
leksik-semantik, morfoloji-sintaktik, semantik-sintaktik konver-
siyadır. Birinci halda sözlər yalnız köklərdən ibarət olub, heç bir
şəkli dəyişikliyə uğramadan bir nitq hissəsindən digərinə keçir. Bu
zaman söz keçdiyi nitq hissəsinin sintaktik funksiyasını daşıyır.
Morfoloji-sintaktik konversiya zamanı isə hər hansı bir nitq hissəsi
keçdiyi nitq hissəsinə məxsus qrammatik kateqoriyaların şəkilçilə-
rini qəbul edir və ya bir nitq hissəsinə məxsus qrammatik formalar
keçdiyi nitq hissəsinin morfoloji göstəricisi olmaq statusunu
qazanır. Bu konversiya növü özünü ən çox rus dilində göstərir.
Qeyd olunan konversiya növü F.A.Qəniyev tərəfindən
morfoloji-semantik konversiya adlandırılmışdır. Həmin kon-
versiyanı F.A.Qəniyev belə izah edir: “Bu söz formasının onun
əvvəlki paradiqmasından təcrid olunması yoluyla başqa nitq
hissəsinə keçməsidir” [80, 32]. Məsələn, V.K.Radzixovskayanın
fikrincə, müasir rus dilində nitq hissələrinin zərfə keçidi zamanı
həmin nitq hissələrinin qrammatik formaları zərfin sözdüzəldici
formalarına çevrilir [146, 78]. Ən çox özünü türk dillərində
büruzə verən semantik-sintaktik konversiya zamanı isə
sözdüzəldici şəkilçilər qəbul etmiş sözlər müxtəlif nitq hissələri
kimi çıxış edir.
Ümumiyyətlə, dilçilərdən bir çoxu konversiyanın sözün
kökündə heç bir dəyişiklik baş vermədən onun bir söz sinfindən
digərinə keçidi kimi də izah edirlər. Bunlara rus dilçilərindən
19
A.İ.Smirnitski, O.S.Axmanova, Y.Y.Jluktenko, O.D.Meşkov,
eləcə də Azərbaycan dilçilərindən M.Adilov, Z.Verdiyeva,
F.Ağayeva və başqalarını misal göstərmək olar. Azərbaycan
dilçilərindən M.Adilov, Z.Verdiyeva, F.Ağayevanın fikrincə,
konversiya sözün öz morfoloji və fonertik tərkibini saxlamaqla
bir nitq hissəsindən digərinə keçməsidir [7, 140]. Praqa dilçilik
məktəbinin görkəmli nümayəndəsi olan Y.Vaxekin dilçilik
lüğətində konversiya minimal sözdüzəldici vasitələri ilə yer alan
sözlərin bir kateqoriyadan digərinə transformasiyası kimi izah
edilir [72, 90].
Bəzi dillərdə, məsələn, rus və alman dillərində tam kök və
söz bərabərliyindən danışmaq olmur. Bu dillərdə əsasən isim və
feillərin kökündə müəyyən morfoloji göstərici olur. Deməli,
konversiya zamanı belə halların baş verdiyini adi qəbul etmək
lazımdır. Dilçilərdən M.Adilov, Z.Verdiyeva və F.Ağayeva
konversiyanın xüsusilə artikl olan dillərdə yayılmasını qeyd
edir. Onların fikrincə, artikl sayəsində bütün cümləni də ismə
çevirmək mümkündür [7,140].
F.R.Qəniyev söz birləşmələrinin mürəkkəb sözlərə
keçidini də konversiya adlandırır [80, 32]. Bəzən, sintaktik
quruluşda bir cümlə tipinin digərinə keçidi dilçilər tərəfindən
transformasiya adlandırılır (M.Şirəliyev, L.S. Barxudarov,
İ.P.İvanova, P. Rozenbaum). Cümlənin sintaktik quruluşunda
baş verən konversiya zamanı tabeli mürəkkəb cümlələri tabesiz
mürəkkəb cümlələrə, sadə cümlələri mürəkkəb cümlələrə
transformasiya etmək olur.
Fikrimizcə, konversiyanın dil yaruslarında ən ətraflı və
maraqlı izahı V.N.Yartsevanın redaktəsi ilə işıq üzü görən
“Ensiklopedik dilçilik lüğəti” ndə verilmişdir. Bu kitabda
konversiyanın elmi izahı əksər dilçilər tərəfindən məqbul hesab
olunur. Əgər konversiya sözünün mənası “dəyişilmə, çevrilmə”
dirsə, onda onu istənilən dil vahidləri sinfinin dəyişilməsi və
çevrilməsi hesab etmək olar. Amma bu sahənin əksər
tədqiqatçılarının fikrincə, həmin dil hadisəsi zamanı söz öz
morfoloji və fonetik tərkibini dəyişmədən bir söz sinfindən
20
digərinə keçir. Sözlər sözdüzəldici şəkilçiləri qəbul etməklə də
bir söz sinfindən digərinə, daha doğrusu, bir nitq hissəsindən
başqasına keçə bilərlər. Lakin bu hal şəkilçi vasitəsilə baş tutan
sözdüzəltmə növünə aiddir və konversiyayla eyniləşdiril-
məməlidir. Bu cəhəti nəzərə alaraq, F.Veysəllinin prefiks və
suffikslərlə, yəni şəkilçi vasitəsilə sözdüzəltmə üsulunun
konversiyaya aid etməsini düzgün hesab etmək olmaz.
Konversiya bir dil hadisəsi kimi ilk əvvəl söz yara-
dıcılığının bir üsulu olmaqla müəyyən bir nitq hissəsinə məxsus
sözün başqa bir nitq hissəsinə keçməsi prosesidir. Bu keçid
zamanı da hər hansı bir nitq hissəsinə məxsus sözün bir çox
halda məxsus olduğu paradiqmatik və sintaqmatik keyfiyyətlər
tamlığı pozulur. Eləcə də bu dil hadisəsi özünü sintaksis və
leksika kimi dil səviyyələrində də göstərə bilir. Bəzən “sintaktik
transformasiya” da adlanan konversiya isə məlum növdə olan
cümlələrin məchul növdə işlənərkən, leksik aktantlarının yerinin
dəyişilməsi, leksikada isə əsasən feil, isim, eləcə də sifətlər
arasında qütbləşməni göstərən semantik əlaqədir.
Dilin bütün səviyyələrində özünü göstərən dil vahidlərinin
bir nitq hissəsindən digərinə keçidi və yerdəyişimini əks etdirən
konversiyadan savayı, dildə bütün cümlənin sözə çevrilməsi və
ya nominallaşması, bir cümlə quruluşundan digərinə keçid və
digər hallar da konveriyaya aid edilməlidir.
1.2. German dilçiliyində konversiya
German dilçiliyində konversiyaya ən çox ingilis dilində
rast gəlinir. “Müasir ingilis dilində adətən konversiya adlan-
dırılan hadisə böyük rol oynayır” [98, 53]. Konversiya hadisə-
sinə ingilis dilində həm qrammatika, həm leksika, həm də söz
yaradıcılığında rast gəlmək olar. German dilçiliyində konversiya
hadisəsinə yanaşmalar müxtəlifdir.
Konversiyaya morfoloji sözyaratma vasitəsi kimi yanaşma
ilk dəfə prof. A.İ.Smirnitski tərəfindən təklif olunmuşdur. Bu
yanaşmaya görə paradiqma morfoloji kateqoriya hesab olunur.
21
İkinci yanaşma bir çox rus və ingilis dilçilərinə aiddir. Onlar
konversiyanı funksional dəyişikliyin bir növü hesab edirlər.
Onların fikrincə, bir söz eyni zamanda bir neçə nitq hissəsinə aid
ola bilər (M.Orembovskaya, T.Gvarjaladze, J.Molhova, R.Qin-
zburq). Morfoloji-sintaktik yanaşmanın tərəfdarları olan dilçi-
lərin fikrincə isə, bu zaman həm sözdə paradiqma dəyişikliyi, həm
də onun sintaktik funksiyasının dəyişməsi baş verir. Bununla da
onlar tərəfindən konversiya morfoloji-sintaktik sözdüzəltmə üsulu
hesab edilir. Belə yanaşma ən çox İ.V.Arnold, A.Y.Zaqoruyko,
İ.V.Vasilyenko, E.N.Bortniçuk, L.P.Pastuşenko, O.D.Meşkov,
Y.U.Jluktenkonun elmi-nəzəri irsində öz əksini tapır.
E.M.Dubleneç “Müasir ingilis dili” kitabında “konversiya”
termininə ingilis dilində ilk dəfə Henri Svitin 1892-ci ildə qələmə
aldığı “Yeni ingilis dili qrammatikası” kitabında rast gəlindiyini
yazır [93, 50]. Amma bu dilçilik termininə hələ 1892-ci ildən öncə
1880-cı ildə ingilis alimi Aleksandr Beynin müəllifi olduğu “Ali
qrammatika” kitabında rast gəlinir. Tədqiqatçı burada konversiyaya
ötəri nəzər salır. Onun fikrincə, ingilis dili sərbəst konversiyaya,
yəni ismin feilə çevrilməsinə və ya heç bir dəyişiklik baş
vermədən bir sözün başqa nitq hissəsinə keçməsinə şərait
yaradır [179, 252]. Tədqiqatçı konversiyaya ayrıca dil hadisəsi
kimi baxmır. Konversiya dedikdə o, sözlərin bir nitq hissəsindən
digərinə keçməsini nəzərdə tutur. A.Beyn burada qrammatik
konversiyadan söz açmış və buna misal olaraq bu cümləni
göstərmişdir: “Prejudices are notions or options which the mind
entertains without knowing the grounds and reasons of them,
which are assented to whithout examinations.”(Berkeley) (
Mənfi rəylər elə təsəvvür və seçimlərdir ki, ağıl, əsaslarını və
səbəblərini bilmədən əyləndirir və onlarla araşdırmalarsız
razılaşır.) Bu cümlədə təyin budaq cümləsi tamamilə feili sifətə
çevrilə bilər: “Prejudices are notions or options entertained by
the mind without knowing the grounds and reasons of them, and
assented to without examinations.” (Mənfi rəylər ağlın səbəblər
və əsasları bilmədən əyləndirdiyi, araşdırmalarsız razılaşdığı
təsəvvür və seçimlərdir) [179, 192]. Daha sonralar 1892-ci ildə
22
ingilis alimi Henri Svit “Yeni ingilis dili qrammatikası”
kitabında nitq hissələrinin konversiyası haqqında belə yazır:
“Biz “The snow is white.”(Qar ağdır.) demək əvəzinə “the
whiteness of the snow” (qarın ağlığı) deyiriksə, onda
“white”(ağ) sifətindən, “whiteness” (ağlıq, bəyazlıq) ismini
onun sonuna “- ness” şəkilçisi əlavə etməklə düzəldirik. Amma
başqa dillərdə olduğu kimi ingilis dilində də biz sözü, heç bir
dəyişiklik, əlavə olmadan, əlbəttə ki, vacib fleksiya dəyişiklyi
istisna olaraq başqa nitq hissəsinə keçirə bilərik” [187, 38].
Müəllif konversiyanın sozdüzəltmə forması kimi müəyyən
xüsusiyyətlər daşıdığıni desə də, onun vasitəsilə heç bir yeni
sözün yaranmamasını xüsusilə qeyd edir. Onun fikrincə,
baxmayaraq ki, konversiya sözün mənasında heç bir dəyişiklik
yaratmır, sözün müxtəlif nitq hissələri kimi istifadəsi, təbii
olaraq məna şaxələnməsinə gətirib çıxarır və bir nitq hissəsindən
digərinə keçən söz keçdiyi nitq hissəsinin bütün xüsusiyyətlərini
daşıyır [187, 39]. Henri Svit ingilis dilçiliyində ilk dəfə olaraq
konversiyanın sözyaratma kimi əsas vasitəsinin paradiqma
olduğunu göstərmişdir. Aleksandr Beyn əsərində konversiyadan
söz açsa da, onu bir dil hadisəsi kimi səciyyələndirməmişdir.
Konversiya feil və isim yaratma vasitəsi kimi ilk dəfə XIII
əsrdən başlayaraq ingilis dilinin xarakterik xüsusiyyəti kimi
özünü göstərir. “Bu hadisə orta əsr ingilis dili dövründə flektiv
sistemin düşməsi nəticəsində baş qaldırıb. Buna qədər bir-birin-
dən səs strukturu ilə fərqlənən, məna cəhətcə yaxın isim və
feillər orta əsrlərdə forma cəhətcə uyğun gəlməyə başladı. Bu
isim və feillər arasında oxşarlıq, infinitivin (məsdər) suffiksal
göstəricilərinin itməsi anından mümkün olmağa başladı. Əsasən
infinitiv suffiksinin itməsi nəticəsində baş verən çoxlu sayda
eyniköklü isim və feillərin fonetik uyğunluğu konversiyanın
inkişafı üçün sözyaratma modelinin yaranmasına zəmin yaratdı”
[109, 192].
Konversiyanı yeni sözdüzəltmə metodu hesab edən T.N.Ras-
torguyeva onun orta əsrlərin sonunda meydana gəldiyini, sonralar
daha məhsuldar olduğunu yazır. Onun fikrincə, konversiyanın
23
inkişafı orta əsrdə qrammatik və leksik dəyişikliklərin, sonluq və
suffikslərin ixtisarlarının və sözün morfoloji strukturunun
asanlaşdırılmasının nəticəsi idi. Sonluq və suffikslərin itməsi
nəticəsində çoxlu sayda isim və feillər eyniləşdi. Orta əsrlərin
sonunda əsasən konversiya vasitəsilə isimlərdən feillər yaranırdı.
Məsələn, bu əsrlərdə “fire” ismindən “fyren” feili, “age” ismin-
dən “agen” feili və s. nümunələr yaranmışdır. Konversiyanın in-
gilis dilində istifadəsi yalnız isimlərdən feillərin yaranması ilə
məhdudlaşmırdı [147, 323-324].
Doğrudan da, cütlüklər daxilində yeni əlaqələrin əsası
qoyulanda əks proses də baş verir, feillərdən isimlər yaranırdı. Bu
nümunələr orta əsrlərdə nadir hallarda müşahidə olunurdu, amma
sonrakı dövr ərzində konversiyanın bu növünə daha tez-tez rast
gəlinməyə başlandı. Məsələn, orta əsrlərdə “breken” feilindən
“breke” ismi, müasir ingilis dilində “break” (qırmaq,
sındırmaq) (feil) → “break” (deşik, yarıq) (isim); orta əsrlərdə
“loken” feilindən “look(e)” ismi, müasir ingilis dilində “look”
(baxmaq) (feil) → “look” (baxış, nəzər) (isim) yaranmışdır.
N.K.Solovyova affiksasiya ilə konversiya arasında fərqi birin-
cinin həm semantik, həm də struktur, ikincinin isə təkcə seman-
tik xarakter daşımasında görür. O, ingilis dilində konversiyanın
belə geniş yayılmasının səbəbini təsnifatlandırıcı siqnallar kimi
xidmət göstərən morfoloji elementlərin olmamasında görür
[159, 40-50]. E.V.Botniçuk, İ.V.Vasilenko, O.D.Meşkov,
P.M.Karaşuk, T.İ.Arbekova və başqaları da bu fikrin tərəfdarları
kimi çıxış etmişlər.
N.N.Amosova ingilis dilində konversiyadan feilin infin-
itiv, yəni məsdər forması ilə adlıq halda olan tək isimlərin tam
morfoloji eyniliyinin olduğu halda əminliklə danışmağın
mümkünlüyünü göstərir. Amma dilçi-alim dildəki konversiya
hadisəsi ilə omonimliyin qarışdırılmamasını təklif edir və qeyd
edir ki, bəzi linqvistlər bu mənada ciddi səhvlərə yol verirlər. Bu
sadəcə sözlərin fonetik cəhətdən səslənməsinin üst-üstə düşməsi
nəticəsində baş verən formal uyğunluqdur. Belə sözlərə
tədqiqatçı “to change”, “to answer” və başqalarını misal
24
göstərmişdir. Bu sözlər konversiya kimi tanınan hadisənin
məhsulu deyil, əvvəllər bir-biri ilə morfoloji cəhətdən fərqlənən
sözlərin zaman getdikcə üst-üstə düşməsidir [54, 85]. Bunu o
belə izah etmişdir: “to change” (orta əsr ingilis dili) sözü
“changen” dən, o da öz növbəsində “changer”dən (qədim
fransız) yaranmışdır [54, 86].
German dilçiliyində, xüsusən ingilis dilində konversiyanın
ətraflı tədqiqi rus alimi A.İ.Smirnitskiyə məxsusdur. Məşhur
alim bu dildə konversiyaya eyni bir sözün müxtəlif nitq hissələri
funksiyasında işlənməsi kimi baxmır. O, bu sözlərin yalnız
bir-biri ilə kökləri ilə bağlı olan ayrı-ayrı sözlər olduğu fikrini
irəli sürür. Sonda alim belə qənaətə gəlir ki, konversiya elə növ
sözyaratma vasitəsidir ki, bu zaman yalnız sözün paradiqması
sözyaratma vasitəsi kimi çıxış edir [157, 24].
A.İ.Smirnitskinin konversiyanın müəyyənləşdirməsinə aid
bəzi fikirlərini doğru adlandırmaq yanlış olardı. Bu mövcud
çatışmazlıqlara Y.A.Jluktenko aşağıdakıları aid edir:
“1. A.İ.Smirnitskinin konversiyaya aid nəzəriyyəsində
nəzərə alınmır ki, sözün paradiqması, bir-biri ilə əlaqənən sözlər
arasında o hallarda fərqləndirici yeganə vasitə kimi xidmət
göstərə bilməz ki, bu sözlərin hər ikisinin eyni paradiqması
olsun. Dilçi belə sözlərə near-yaxın (sifət)→near-yaxın (zərf),
fast-sürətli (sifət)→fast-cəld (zərf) və s. sözlərini misal göstərir.
2. Özünün konversiyaya aid nəzəriyyəsində A.İ.Smirnitski
nəzərə almır ki, bəzi hallarda konversiya ilə bir-biri ilə bağlı
sözlərin paradiqmaları olmadığından bu fikri doğru adlandırmaq
olmaz. Belə sözlərə Y.A.Jluktenko: must (-malı
2
) → must
(edilməli bir shey) → must (vacib, əhəmiyyətli); down (aşağı,zərf)
→ down (aşağı (istiqamət) sifət) və s. aid edir” [98, 54].
Yuxarıda Y.A.Jluktenkonun qeyd etdiyi çatışmazlıqlar söz
yaradıcılığının bir üsulu olan konversiyanın yeganə göstəricisinin
paradiqma olmamasını fikrini bir daha sübut edir. Fikrimizcə,
müasir ingilis dilində söz yaradıcılığının xüsusi bir növü olan
konversiyanın əsas vasitəsinin yalnız paradiqma olması fikri
düzgün hesab oluna bilməz. Paradiqma sözlərin morfoloji
25
göstəricilər, qrammatik dəyişikliklər sistemidir. Bəzən cümlə
daxilində söz formalarının fərqləndirici xüsusiyyəti olmadan
onu hər hansı bir nitq hissəsinə aid etmək olmur.
A.Y.Zaqoruyko konversiyanın əsas vasitələrinin sözün
paradiqması və onun başqa sözlərlə uyğunluq halının olmasını
göstərir. We tried maid after maid but not one of them suited.
You maid me better than anyone. (Biz qulluqçuları bir-birinin
ardınca sınaqdan keçirdik, amma onlardan heç biri uyğun
olmadı. Sən mənə hər kəsdən daha yaxşı qulluq edirsən.)
cümlələrinə istinad müəllif qeyd etmişdir ki, “burada omonimlik
təşkil edən üç “maid” sözü sintaktik funksiyalarına görə
fərqlidirlər. Onlardan heç birində hansı nitq hissəsinə aid
olduqlarını göstərən hər hansı bir morfoloji göstəricisi yoxdur.
Omonimliyinə baxmayaraq, ilk iki söz səhvsiz olaraq isim kimi
müəyyən olunur, vasitəli tamamlıq funksiyasını daşıyır. Amma
üçüncü “maid” sözü isə sadə xəbər funksiyasını daşıyan feildir.
Bu cümlədə feil olan “maid” heç bir sözdəyişdirici morfem
qəbul etməyib. Onun hansı nitq hissəsinə aid olması başqa
sözlərlə uyğunlaşmasından aydın olur. Belə ki, sonuncu söz
feilin xüsusiyyətlərini daşıyır, müqayisə dərəcəsində olan zərflə
müəyyən olunur” [100, 9-11].
Konversiyanın german dillərindən ən çox ingilis dilinə xas
olmasının əsas səbəbi bu dildə nitq hissələrinin xüsusi
göstəricilərinin olmamasıdır. İngilis dilində sözün sintaktik
funksiyası morfoloji əlaməti üstələyir. Sözün qrammatik təbiəti
tam şəkildə mətndə müəyyənləşir. O.D.Meşkovun fikrincə,
bəzən nitq hissələri bu dildə bir-birindən ya tamamilə
fərqlənmir, ya da sözyaratma affikslərinə görə fərqlənirlər [130,
120]. Bu hal konversiyanın geniş yayılmasına səbəb olmaya
bilməzdi. Məhz bu yolla dilin lüğət sistemində yeni leksik
vahidlər yaranır və onu zənginləşdirir. İrəlidə qeyd etdiyimiz
kimi, hal-hazırda “konversiya” kimi tanıdığımız dil hadisəsi
german dilçiliyində maraqlı inkişaf yolu keçmişdir. Bu ilk əvvəl
olaraq isim və feillərin, infinitivin suffikslərinin itməsi
nəticəsində eyniləşməsi oldu. Məsələn:
26
Qədim ingilis dili
Müasir ingilis dili
Drincan (feil) drink (feil,isim) (içmək, içki)[6-187]
Drinka, drinc (isim)
Slæpan (feil) sleep (feil,isim) (yatmaq, yuxu)[6-582]
Slæp (isim)
İ.V.Vasilenko, E.N.Bortniçuk və L.P.Pastuşenko ingilis
dilində konversiyanın söz yaradıcılığının bir üsulu kimi
yaranmasına həm diaxronik, həm də sinxronik planda yanaşmanın
tərəfdarları olmuşlar. Bu dilçilərin fikrincə, əgər onun yaranmasına
diaxronik yanaşılsa, onda məsələn, “love (qədim.ing.d. “lufu”) < to
love (q.i.“lufian”) ; “work (q.i. “weork”) < to work (q.i. “wyrkan”)
və s. kimi konversiya ilə bir-birinə bağlanan söz cütlüklərinə yalnız
ingilis dilinin tarixi inkişafı nəticəsində fleksiyanın itməsinin səbəb
olması göstərilməlidir. Amma bu hadisəyə sinxronik yanaşılsa,
dilin tarixi inkişafı zamanı sözlərdə baş verən dəyişikliklər
nəzərə alınmır. Bu zaman bir çox belə söz cütlükləri yalnız
konversiyanın məhsulu hesab olunurlar. Belə cütlüklərdə müasir
semantik əlaqə onların faktiki yaranmasından asılı deyil
(fleksiyanın itməsi nəticəsində və ya konversiya nəticəsində).
Amma söz yaradıcılığı haqqında dəqiq məlumat almaq üçün hər
iki yanaşmanın əlaqələndirilməsi vacibdir [69, 96-97].
Fikrimizcə, bu dil hadisəsinə sinxronik planda yanaşmaq daha
düzgün olardı. Dildə baş verən hər hansı dəyişikliklər onun
keçdiyi tarixi inkişafın nəticəsidir. Ümumi kateqorial məna
daşıyan feil sonluqları ingilis dilində zaman keçdikcə itmişsə də,
bu vacib deyil. Bu feilə mənsubiyyəti göstərən sonluğun xüsusi
semantik mənası yoxdur. Bu da o deməkdir ki, ümumi feillərin
isimlərdən yaranması yalnız konversiya vasitəsilə ola bilər.
A.Y.Zaqoruyko, V.S.Sabelnikova və O.D.Meşkov müasir
ingilis dilində konversiyaya nəinki sadə sözlərin, eləcə də və
mürəkkəb sözlərin məruz qaldığını vurğulayırlar. V.S.Sabel-
nikova “isim+isim”, “sifət+isim”, “feil+postpozitiv” tərkibli
mürəkkəb sözləri misal gətirir. Məsələn, fingerprint→to
fingerprint (barmaq izlərini çıxartmaq), blacklist→to blacklist
27
(qara siyahıya salmaq) və s. [149, 11]. Eləcə də, bu nümunələrə
airlift (hava nəqliyyatı)→to airlift (təyyarə vasitəsilə
daşımaq)[6-14], downhill (aşağı, aşağıya) →downhill (1. maili;
2.çətinliksiz)[6-184] kimi sözləri də əlavə edə bilərik.
Müasir ingilis dilində konversiyanın məhsuldarlılığını
məhdudlaşdıran bəzi amillər də var. Bunlara aşağıdakılarını aid
etmək olar:
1. Sözün leksik mənası;
2. Sözün struktur xüsusiyyətləri;
3. Yeni törəmənin dilin lüğət tərkibinə daxil olması.
Birinci amili belə sübut etmək olar ki, məsələn, ingilis
dilində bütün fəaliyyət bildirən feillərdən konversiya vasitəsilə
isim düzəlmir. Doğrudan da, ingilis dilində bir qrup feillər vardır
ki, konversiya vasitəsilə isimlər yarada bilmirlər. Bütün bu
feillər uzunmüddətli fəaliyyət bildirir. Belə ki, bu başqa qrup
feillərdən fərqli olaraq müvəqqəti hərəkəti əks etdirmir.
Məsələn, to suffer (əziyyət çəkmək)[5-1493], to live
(yaşamaq)[5-870], to eat (yemək)[5-463] və s.
İkinci amilə isə struktur cəhətcə mürəkkəb sözlərin az bir
qisminin bu dildə konversiyaya məruz qalmasını misal gətirmək
olar. İngilis dilində qrammatik kateqoriyaları aydın göstərən
suffikslərlə düzələn bəzi isimlər feillərə keçə bilmirlər. Belə
isimlərə –tion suffiksi ilə düzələn isimləri misal göstərmək olar:
creation (yaranma, meydana gəlmə)[5-344], liquidation (ləğv
etmə, aradan qaldırma)[5-868]. Bu suffiks fəaliyyət bildirən
isimlərə xasdır. Bununla belə çox güclü leksik-qrammatik yolla
isim yaratma xüsusiyyətinə malikdir. Ona görə də bu şəkilçi
başqa nitq hissəsinin tərkib hissəsi ola bilmir. “Əvvəllər indiki
zamandan fərqli olaraq belə konversiya hallarına rast gəlmək
olurdu. Məsələn, to portion- bölmək, hissələrə ayırmaq(1712-ci
il), to requisition-müsadirə etmək (1714-cü il) və s.” [188, 34].
Üçüncü amil isə belə izah edilə bilinər ki, ingilis dilində
konversiya vasitəsilə yaranan istənilən söz onun lüğət tərkibinə
daxil olmur.
28
Müasir ingilis dilində əsas nitq hissələri arasında
konversiya baş verdiyi kimi, həm də əsas mənalı sözlərin də
sözönü və bağlayıcılara keçidi baş verir. M.P.İvaşkin qeyd edir:
“Morfoloji tamlığa malik olaraq və ikili sintaktik xüsusiyyətin
nəticəsi kimi about , across, along, around, behind, by, down,
in, off, on, out, over, past, round, through, to, under, up kimi
sözlər zərflərdən sözönülərə keçid zonası kimi xüsusi zona
formalaşdırır” [105, 155]. İngilis dilində nəinki əsas nitq
hissəsinə aid olan sözün köməkçi nitq hissəsinə məxsus bir sözə
keçdiyinə, hətta bu sözün yenidən konversiyaya uğrayaraq dildə
başqa köməkçi nitq hissəsi kimi işlənə bilməsinin şahidi olmaq
olar. Məsələn, before sözü “qarşıda, əvvəl” [6-53] mənasını
verən zərf olaraq həmçinin sözönü kimi işlənir və ən sonda isə
bağlayıcıya konversiya edir.
Ümumiyyətlə, müasir ingilis dilində bütün konversiya
modelləri məhsuldardır. Amma bu dilin lüğət tərkibinin
zənginləşməsində isim→feil, feil→isim, isim→sifət, sifət→isim
istiqamətində olan konversiya daha böyük rol oynayır.
Müasir ingilis dilində konversiyaya nəinki sözlər, həm də
cümlələr də məruz qalır. Bu zaman sözyaradıcılığı ilə sintaksis
arasında əlaqə özünü açıq büruzə verir. Sintaktik vahidin leksik
vahidə keçidi zamanı fonetik və məna qovuşuqluğu müşahidə
olunur. Yəni, bu zaman belə konstruksiya cümlənin bir üzvü
kimi çıxış edir, müəyyən və qeyri-müəyyən artikllərlə işlənir,
sözdəyişdirici və sözdüzəldici morfemlərlə formalaşa bilir.
Məsələn, Johnny-come-lately (Johnny-come-latelies, Johnnies--
come-lately) - 1) ən son dəqiqə və ya çox gec gələn adam
3)sadəlöhv insan [5-807].
İngilis dilini lüğət tərkibi tarixin müəyyən mərhələlərində
konversiya vasitəsilə formalaşmış sözlərdən ibarətdir. Bu
konversiyaya həm ənənəvi, həm də təsadüfi konversiya halları
aiddir. Təsadüfi konversiya halına ingilis dilində çox tez-tez rast
gəlinir. Bu zaman yalnız verilən konteksdə hər hansı bir mənanı
daha aydın ifadə etməkdən ötrü isimlərdən feil və sifətlər
yaranır. Məsələn, It was washed and mended. (Bu yuyulub və
29
təmir edilmişdi.) Bu cümlədə to wash (yumaq) feili təsadüfi,
konteksdən asılı olaraq wash (yuma) ismindən konversiya
olunmuşdur.
Sonluqlar, yəni suffikslərin itməsi bu cütlüklərdə hər iki
element üçün səs formalarının qovuşması ilə nəticələnmişdir.
Eyni omonimlik, eləcə də fransız dilindən götürülmüş çoxlu
sayda bu dildə işlədilən eyniköklü sözlərdə də baş vermişdir. Bu
sözlər öz şəkilçilərini itirib assimilyasiya prosesi nəticəsində
fonetik cəhətdən eyniyyət təşkil edir . Məsələn:
Qədim fransız dili:
Eschequier(feil);
Eschec(isim);
check(feil, isim) (yoxlamaq, yoxlama) [59, 155].
Müasir ingilis dilində konversiya vasitəsilə yeni sözlərin
yaranmasında ingilis mənşəli sözlərdən savayı, başqa dillərdən
alınma sözlər də iştirak edir. Məsələn: alman mənşəli blitz ismin-
dən to blitz (bombalamaq) feili [6-62]; 2) ispan mənşəli: rumba →
to rumba “rumbu, rumbu oynamaq”[6-544]; 3) yapon mənşəli
karate → to karate “karate, karate oynamaq”[6-340] və s.
Qədim dövrdə ingilis dilində feilin məsdər forması “ an”,
“ian” sonluğu qəbul edirdi. Şəxs, zaman kateqoriyalarının da
özünəməxsus morfoloji göstəriciləri vardı. Eləcə də isimlərin
özlərinin də müəyyən hal şəkilçiləri də vardı. Yəni, adlıq halda
olan isimlərlə məsdər formada olan feillər bir-birindən
fərqlənirdi. XI-XV əsrlərdə ingilis dilində isimlərdə hal
şəkilçilərinin zəifləməsi və ya reduksiyası halı baş vermişdi [56,
15]. V.D.Arakinin fikrincə, sait səslərin, eləcə də vurğusuz
hecaların reduksiyası prosesi təkcə orta əsr ingilis dilinin
morfoloji strukturuna deyil, eləcə də onun sözyaratma sisteminə
öz təsirini birbaşa göstərirdi. XIV əsrdə “-n” sonluğu düşəndə və
XV əsrdə sonuncu neytral səs artıq səslənməyəndə, isim və
feillərin başlanğıc formaları, yəni adlıq halda, tək formada olan
isimlər və feillərin məsdər (infinitiv) formaları, eləcə də sifətlər
eyniləşdi. Bu zaman “forma omonimliyi”, yəni formaların səslən-
məsində eyniləşmə baş verdi [57, 167-168].
30
İngilis dilində bəzi nitq hissələrində baş verən dəyişiklikləri
V.D.Arakin sxematik olaraq belə göstərir [56, 47 ]:
İNGİLİS DİLİNDƏ KONVERSİYANIN TƏŞƏKKÜL
TARİXİ (V.D.ARAKİNƏ GÖRƏ):
Nitq hissələri
Qədim
ingilis dili
dövrü
Orta
ingilis
dili dövrü
Yeni
ingilis
dili dövrü
Tək adlıq halda olan isim
U
A
E
E
—
İnfinitiv(məsdər)formasında
olan feil
An
Ian
en > e
en >e
—
V.D.Arakin belə şəkilçisiz, müxtəlif nitq hissələrinə aid
yeni sözyaratma üsulunu konversiya adlandırır və
XIV-XV-əsrlərdə aşağıdakı yeni sözlərin yarandığını göstərir:
“İsim→feil istiqamətində:
a comb (daraq) → to comb (daramaq)
a land (torpaq, ölkə) →to land (sahilə yan almaq)
feil→isim istiqamətində:
to call (çağırmaq)→a call (çağırış)
to smile (gülümsəmək)→a smile (gülüş)
to stare (gözünü zilləmək)→a stare (gözünü zilləmə) ”[57, 168].
Konversiya vasitəsilə yeni sözlərin yaranması ingilis dili-
nin spesifik xüsusiyyəti sayılır. İngilis dilində konversiya
vasitəsilə yeni sözlər yaranarkən həmin sözlərdə əsasən,
aşağıdakı dəyişiliklər baş verir :
1. Yeni söz, yeni nitq hissəsində qrammatik formaların
yaranmasına xidmət göstərən bütün sonluqları qəbul edir, yəni o
yeni paradiqmaya aid edilir və yeni qrammatik kateqoriyalarla
xarakterizə edilir. Məsələn -pilot (təyyarəçi, pilot, bələdçi)
ismindən to pilot (aparmaq, pilotluq etmək, bələdçilk etmək)
31
feili yaranmışdır.”To pilot” feili bu nitq hissəsinə xas bütün
formaları alır. Məsələn:
to pilot
pilots III şəxs indiki qeyri- müəyyən zaman forması
piloted keçmiş zaman və keçmiş zaman feili sifət forması
piloting indiki zaman feili sifət forması və cerund
2. Yeni söz başqa sintaktik funksiya və uyğunluq əldə
edir, məsələn isim qaydaya görə mübtəda, tamamliq, xəbərin ad
hissəsi, təyin funksiyalarında işlənir.
3. Yeni söz yeni leksik-qrammatik məna əldə edir. Kon-
versiya vasitəsilə sözyaratma prosesində mövcud sözün
kateqorial mənasında dəyişkənlik baş verir. Məsələn, əşyavilik
mənasında olan söz hərəkət və ya proses mənasını alır.
Buna misal olaraq car (maşın)→ to car (maşınla get-
mək), əksinə feil əsasının ismə çevrilməsinə aid isə to find
(tapmaq)→ find (tapıntı), to help (kömək etmək)→help (kömək,
köməkçi) sözlərini misal gətirmək olar.
Bir çox dilçilərin fikrincə, ingilis dilində eynimənalı dil
vahidlərinin iştirakı başqa dillərə nisbətən daha da üstündür.
Bunu da analitik dil olan ingilis dilinin çox məhdud forma-
yaratma imkanına malik olması ilə izah edirlər (P.M.Karaşuk,
N.M.Raevska və s.). Belə bir hal omoformlar və leksik-qram-
matik omonimlərin bolluğunu qaçılmaz edir. Beləliklə, ingilis
dilində konversiyanın öyrənilməsi paradiqmdaxili omonimlik
probleminin öyrənilməsinə gətirib çıxarır. Çünki bu zaman həm
sözün əsası, kökü, həm də ki, qrammatik forması səslənməsinə
görə eynilik təşkil edə bilər.
T.İ.Arbekova ingilis dilində mənbə və törəmə sözün
morfoloji xarakteristikasına görə konversiyanın iki növünü
fərqləndirir: konversiyanın birinci növü o zaman müəyyən edilir
ki, həm əsas, həm də törəmə sözlər morfoloji cəhətcə dəyiş-
kəndir. Bu zaman nəinki sözün leksik mənası və sintaktik
funksiyası, həmçinin onun sözdəyişdirici paradiqmi dəyişir.
32
Buna verballaşma və substantivləşmə misal olaraq verilmişdir.
Konversiyanın ikinci növündə isə həm mənbə, həm də törəmə
sözlər morfoloji cəhətcə dəyişkən olmur. Bu zaman sözün təkcə
leksik mənası və sintaktik funksiyası dəyişir. Bu növ konversiya
əlaqələrinə sözönü və zərflər (on, off, in və s.), sözönülər və
bağlayıcılar, əvəzlik və bağlayıcılar (who, when, why və s.)
misal göstərilir [58, 43-44]. Hesab edirik ki, bu düzgün olan
yanaşmadır. Çünki isimləşən və ya feilləşən sözlərin leksik
mənalarıyla bərabər, həmçinin morfoloji formaları da dəyişir.
Amma ikinci növ üçün bunu demək olmaz.
Yuxarıda ingilis dilində konversiyanın söz yaradıcılığındakı
rolu öz əksini tapmışdır. Artıq bildiyimiz kimi, konversiya təkcə
söz yaradıcılığında deyil, həmçinin qrammatika və leksikada da öz
əksini tapır. Qrammatika və leksikada konversiya qrammatik və
leksik konversivlərlə ifadə olunur. Artıq yuxarıda qeyd etdiyimiz
kimi qrammatik konversivlərə məchul növdə olan konstruksiyaları
misal gətirmək olar. O.Yespersen “Qrammatikanın fəlsəfəsi”
kitabında ingilis dilində məlum növdə olan feillərin məchul növə
keçdikləri zaman mübtəda ilə xəbər arasındakı əlaqələrdə
transpozisiyanın həyata keçdiyini qeyd edir [95, 186]. Qrammatika,
xüsusilə də sintaksisdə öz əksini tapmış və “transformasiya”
adlandırılan konversiya hadisəsinə ən çox biz A.Y.Roderik,
P.S.Rozenbaum, P.İofik, Y.M.Vovşin, İ.P.İvanova və başqala-
rının əsərlərində rast gələ bilərik. Transformasiyalar cümlənin
tərkib hissələrinə təsir edərək bir cümlə quruluşunu başqasına
dəyişir. Transformasyon modelləri müxtəlif cümlələrin struktur
sxemləri arasında müəyyən əlaqələr təyin edir və bu zaman bir
struktur sxemi digərindən törəmə hesab edilir.
İ.P.Ivanova, V.V.Burlakova, Q.Q.Poçepsovun fikrincə ,
“The bull had a ring in his nose → There was a ring in the bull’s
nose→A ring was in the bull’s nose” və ya məlum → məchul
çevrilmə məsələn “John beat Peter → Peter was beaten by John”
kimi cümlə üzvlərinin yeri ilə fərqlənən sintaktik strukturlar
haradasa semantik və ya məna cəhətdən dəyişməzdirlər [104, 212].
33
Y.V.Vovşinin fikrincə, transformasiya nəticəsində
yaranan transformlar semantik cəhətdən dəyişilməz olmalıdırlar
[77, 16]. Əgər belə deyilsə, deməli bu cümlələr bir-biri ilə
konversiya əlaqəsində deyillər. Məsələn: “Many men read few
books→Few books are read by many men” [77, 130]. İlk cümlə
belə tərcümə edilir: Çoxlu insanlar az kitab oxuyurlar. İkinci
cümlə isə belə tərcümə edilir: Bəzi kitablar insanların çoxu
tərəfindən oxunulur. Bu cümlələrdə biz Y.V.Vovşinin konversiya-
ya aid etdiyi semantik dəyişməzliyi görmürük. Özlüyündə seman-
tik dəyişikliyi ehtiva edən məlum konstruksiyaların məchul kons-
truksiyalara bir sıra keçid halları konversiyaya aid edilməməlidir.
Artıq adını qeyd etdiyimiz “Ensiklopedik dilçilik lüğəti”-
ndə L.A.Novikov tərəfindən leksikada konversiyanın izahı
verilərkən onun özünü cümlənin aktual üzvlənməsində büruzə
verildiyi qeyd edilir. Bu zaman da subyektlə obyekt cümlədə öz
rollarını dəyişir. Belə cümlələr eyni mənaya malik olmaqla, dilin
sinonimlik vasitəsi kimi istifadə olunur [125, 19].
J.A.Roderik, P.S.Rozenbaum elementar transformasiyanın
ən azı üç növünü müəyyənləşdirmişlər: 1.Birləşmə, 2.Əvəzləmə
3. Silinmə [185, 12].
Müasir ingilis dilində elementar transformasiya növlərin-
dən biri olan birləşməyə bu dildə tez-tez rast gəlinən ixtisarı misal
gətirmək olar. Məsələn: He can not do this work. → He can’t do
this work. (O bu işi edə bilmir.) Burada “not” hissəciyi ixtisar edilir
və “can” modal feilinə birləşir. Eləcə də ingilis dilində
əvəzlənməyə misal olaraq bu cümləni göstərmək olar: İt is difficult
for me to understand the book.→The book is difficult for me to
understand. (Mənim üçün kitabı başa düşmək çətindir.) Bu prosesi
ingilis dilində baş verən aktual üzvlənmə də adlandırmaq olar.
Silinmə adlanan elementar transformasiya zamanı isə ismi birləşmə
və feili söz birləşmələrinin silinməsi baş verir. Yuxarıda adını
çəkdiyimiz dilçilər “not” hissəciyinin “n’t” hissəciyinə transfor-
masiyasını “konversiya” adlandırmışlar [185, 21].
O.Yespersen qeyd edir ki, ingilis dilində elə feil cütlərinə
rast gəlinir ki, onlar “üzərində” və “altında”, “əvvəl” və “sonra”,
34
“çox” və “az”, “böyük” və “kiçik” sözlərinin bir-biri ilə
olduqları eyni münasibətdədirlər. Bu zaman sintaktik və
konseptual kateqoriyaları ayırmaq vacibdir. Sintaktik mənada
feilin məlum və ya məchul olması yalnız onun formasından
asılıdır. Bəzən ingilis dilində eyni məna həm məlum, həm də
məchul növlə ifadə oluna bilər. Məlumluq və məchulluq həm
sintaktik, həm də konseptual kateqoriyadır. Bu halda ayrılıqda
hər bir konkret feilin mənasından danışmağa dəyər. Bu yalnız o
halda vacibdir ki, mübtəda (əgər varsa, tamamlıq) və xəbər
arasındakı münasibətlərdə transpozisiya baş versin [95,
186-188].
İrəlidə də qeyd etdiyimiz kimi, söz yaradıcılığının bir
növü olan konversiyadan fərqli olaraq, sintaktik səviyyədə
cümlədə baş verən konversiya zamanı əsasən leksik aktantlar
olan mübtəda və tamamlığın yerdəyişimi baş verir. Bu
yerdəyişimə başqa dillərdə olduğu kimi ingilis dilində də rast
gəlinir. Həm O.Yespersen, həm də ki, L.A.Novikovun nü-
munələrində “sintaktik transformasiya” kimi də xarakterizə edi-
lən konversiya zamanı cümlədə baş verən dəyişikliyi cümlə
üzvlərinin düzülüşündə baş verən dəyişiklikdən çox, cümlənin
qrammatik strukturunda aktantların yerdəyişimi adlandırmaq
düzgün olardı.
Müasir ingilis dilində leksikada baş verən konversiyaya ən
bariz nümunə kvaziokonversivlərdir. Bu dildə baş verən belə
konversiya hadisəsi M.Y.Blox tərəfindən “kvaziotransformasiya”
adlandırılır [67, 86]. Bu söz latın mənşəli olub, “quasi”-xəyali,
saxta, düzgün olmayan deməkdir. Amma bu konversivlə əsas növ
konversivlər arasında bir sədd çəkmək yaxşı olardı [138, 220].
Bu zaman ifadə olunmuş nominativ və sintaktik
funksiyasına görə bir-birini tamamlayan bəzi sözlərin bir-birini
əvəzləməsi baş verir. Məsələn, ingilis dilində belə bir misala
baxaq: I have an interesting book. (Mənim maraqlı kitabım var.)
→ An interesting book belongs to me. (Maraqlı kitab mənə
məxsusdur.) Burada təsirli “have” (malik olmaq) feili təsirsiz
“to belong” (məxsus olmaq) feili ilə əvəz olunmuşdur. Amma
35
bu zaman fikir versək, doğrudan da, görərik ki, keçid zamanı
törəmə cümlə mənbə cümlə ilə semantik cəhətcə eynilik təşkil
etsə də, burada müəyyən semantik fərq özünü büruzə verə bilir.
Deyilənlər bir daha sübut edir ki, german dilçiliyində,
xüsusilə ingilis dilində həm söz yaradıcılığında, həm də qram-
matikada konversiya geniş yayılmışdır. İngilis dilində konversiya
hadisəsi daha çox söz yaradıcılığında müşahidə olunur. Fikrimizcə,
konversiya hadisəsinin həmin dilin leksik tərkibində, eləcə də
sintaksis quruluşunda geniş tədqiqi aparılmalıdır.
1.3. Türkoloji dilçilikdə konversiya
Başqa dillərdə olduğu kimi konversiya hadisəsi türk
dillərində də geniş yayılmışdır. Türk dillərini tədqiq edən dilçi
alimlərdən F.A.Qəniyev, N.A.Baskakov, B.O.Oruzbayeva,
İ.A.Batmanov, A.N.Baskakov, A.N.Kononov, J.M.Quzeyev,
F.Zeynalov, R.Rüstəmov, R.Abdullayev və s. kimi dilçilərin
əsərlərində bu problem müəyyən qədər işıqlandırılmışdır.
J.M.Quzeyev konversiya hadisəsinin türk dillərində mövcud
olması faktının bütün türk leksikoloqları tərəfindən qəbul
olunduğunu qeyd edir [90, 62]. Türk dillərində nitq hissələrinin
bir-birinə keçməsi türkoloji dilçiliyin aktual məsələlərindən biri
olaraq qalır. Türkoloji dilçilikdə konversiyanın struktur-semantik
növlərindən olan substantivləşmə, adyektivləşmə, pronominallaş-
ma, adverbiallaşma, eləcə də köməkçi nitq hissələrinə keçid prosesi
işıqlandırılıb. Başqa dillərdə olduğu kimi türk dilində də müxtəlif
nitq hissələri arasında konversiya hadisəsi özünü göstərməkdədir.
J.M.Quzeyev türk dillərində istənilən nitq hissəsinin, hətta modal
sözlərinin konversiya əlaqəsi ilə birləşməsinin mümkünlüyünü
göstərir. Amma dilçi-alimin fikrincə, başqa nitq hissələri ilə
müqayisədə daha çox feil, sifət, zərf və isim bu sözyaratma
vasitəsilə bir-biri ilə əlaqələnirlər [90, 80].
F.A.Qəniyev tatar dilinin söz yaradıcılığında konvers-
iyanın oynadığı rol haqqında yazır: “Sözsüz ki, tatar dilində həm
sifət, həm də zərf müstəqil nitq hissələridir. Amma onlarla eyni
36
sırada həm isim, həm sifət mənasında olan sözlər də mövcuddur.
Ona görə də tatar dilinin söz yaradıcılığı prosesini tədqiq
edərkən konversiya hadisəsi nəzərə alınmalıdır. Konversiya tatar
dilini zənginləşdirən orijinal sözdüzəltmə vasitələrindən biridir
və german dilçiliyində olduğu kimi monoqrafik tədqiqatların
obyekti olmalıdır” [80, 28].
Hələ 1936-cı ildə İ.A.Batmanov “Qırğız dilində nitq
hissələri” əsərində yazır: “Nitq hissələrinin miqdarı dəyişir;
bundan başqa dilin bir mərhələdən digərinə keçməsinə görə eyni
əsaslar öz sintaktik funksiyalarını dəyişib, bir nitq hissəsi
kateqoriyasından digərinə keçə bilir” [66, 14].
Başqa bir tədqiqatçı B.O.Oruzbayeva isə qırğız dilində
sözün bir nitq hissəsindən digərinə keçidinin iki növünü
fərqləndirir:
1. Hər hansı bir sözün müəyyən nitq hissəsinə mən-
subiyyətinin yalnız etimiloji araşdırmalar nəticəsində bərpa
olunduğu tam keçid;
2. Çoxmənalılığı xatırladan natamam keçid.
Bu zaman bu və ya başqa bir sözün əlaqə mətnindəki
sintaktik vəziyyəti böyük əhəmiyyət daşıyır.
Müəllif qırğız dili üçün tam keçidə əsasən köməkçi nitq
hissələrinə, zərfə, müəyyən qisim bəzi əsas nitq hissələrinə
məxsus sözləri aid edir. İkinci keçid zamanı isə B.O.Oruzbay-
evanın fikrincə, sözün bu və ya başqa bir nitq hissəsinə aid edil-
məsi onun cümlədəki rolu ilə müəyyən edilir. Bura sifətlərin, feili
sifətlərin və başqa nitq hissələrinin substantivləşməsi, adver-
biallaşma, adyektivləşmə, pronominallaşma aid edilir [139, 273].
A.N.Kononov “Müasir türk ədəbi dilinin qrammatikası”
əsərində substantivləşməni “leksik-sintaksis-morfoloji sözyaratma
vasitəsi” adlandırır. Müəllif bunu türk dilində başqa dillərdən
fərqli olaraq substantivləşmənin eyni zamanda üçüncü şəxsə aid
mənsubiyyət şəkilçi vasitəsilə baş tutması ilə izah edir:
“Doğrudan da, bu dildə nəinki sifətlər, eləcə də say və zərflər
isim sırasına daxil ola bilirlər” [113, 127].
37
Həmçinin A.N.Kononov qeyd edir ki, leksik-sintaktik--
morfoloji sözyaratma üsulu, yəni başqa nitq hissələrinin ismə
keçməsi iki vasitə ilə reallaşır:
1. İsim sinfinə daxil olmayan sözlər, müəyyən konteksdə
öz formalarını dəyişmədən əşyalıq mənasını əldə edirlər;
2. İsim sırasına daxil olmayan sözlər morfoloji yolla –III
şəxs mənsubiyyət şəkilçisi vasitəsilə əşyalıq mənasını qazanırlar
[113, 129].
Birinci yol “leksik-sintaktik substantivləşmə”, ikincisi isə
“morfoloji substantivləşmə” adlandırılır. Morfoloji substantiv-
ləşmə zamanı isimləşən sözlərlə üçüncü şəxsə malik mənsubiy-
yət şəkilçisinin istifadəsi, daha əvvəl həmin sözlərlə işlədilib,
onunla söz birləşməsi təşkil edən ismə işarədir. A.N.Kononovun
ilk sinfə aid etdiyi substantivləşmə hallarına türk dilində bu
sözlərdə rast gəlmək olar: (sifət→isim) istiqamətində 1) ölü ̶ sif.
hayatı sona ermiş olan, artık yaşamıyor olan (həyatı sona yetən,
artıq yaşamayan) → is. ölmüş insan, mevta (ölmüş insan,
meyid)[4-1538]; 2)eski ̶ sif. çoktan beri var olan, üzerinden çok
zaman geçmiş bulunan (köhnə, qədim) → is. çok kullanmaktan
yıpranmış, harap olmuş şey (köhnə, istifadəsi bitmiş bir
şey)[4-650]; 3)acemi ̶ sif. bir işin yabancısı olan, eli işe
alışmamış, bir işi beceremeyen (bir işi bacarmayan), → is. bir
yerin, bir şeyin yabancısı (naşı) [4-40].
F.Zeynalov türk dillərində substantivləşmə haqqında
yazır: “Türk sistemli dillərdə isimlər hal, kəmiyyət və
mənsubiyyət kateqoriyalarına malikdirlər. Məhz elə bu
xüsusiyyətlər də ismi digər nitq hissələrindən fərqləndirən
əlamətlərdən sayılmalıdır. Onu da qeyd etmək lazımdır ki, hal,
kəmiyyət və mənsubiyyət kateqoriyaları digər nitq hissələri ilə
də işlənə bilər. Digər nitq hissələri öz əvvəlki məzmunlarını
saxlaya bilmir, sintaktik vəzifəsini dəyişir və substantivləşir.
Məsələn, qırmızılar, yaxşıların (Azərb.), kaббфнинг, кизиллар,
оклар (özbək), aклар, йəтендəр (başqırd), кыраллар,
диəлəəхтəр, улаханым, кырам (yakut) və s.” [52, 77].
38
Bütün bunlar onu göstərir ki, sifətlər öz adi hallarında
hallanmır, kəmiyyətcə dəyişmir. Onlar ancaq substantivləşdikdə
hal və kəmiyyət şəkilçilərini qəbul edir. Odur ki, bir çox türk
dillərində olduğu kimi, tatar dilində də başqa nitq hissələrinin
substantivləşməsini ən məhsuldar sözyaratma vasitəsi hesab
etmək olar. Bu dildə bütün nitq hissələri, təkcə zərflər istisna
olmaqla isimləşmə xüsusiyyətinə malikdir. Məsələn: Кара
“qara”→ кара “mürəkkəb” (sifət→isim), Ялкау “tənbəl”→
ялкау “tənbəl” (sifət→isim), Уку “oxumaq”→ уку “oxu” (feil →
isim), Нəрсə“nə” → нəрсə “əşya” (əvəzlik →isim) və s. [52, 35].
Ümumiyyətlə, isimlərin adyektivləşməsi digər dillərdə
olduğu kimi türk dillərində də mübahisəli məsələ olaraq qalır.
F.Zeynalov bu barədə yazır: “Hələ də çox vaxt türkoloji
ədəbiyyatda isimlə sifət bir-birinə qarışdırılır. Türk sistemli dillərə
aid yazılmış əsərlərin çoxunda belə bir fikir müdafiə olunur ki,
guya bu dillərdə isim, sifət və zərflər bir-birindən seçilmir. Bu
mövqedə duran dilçilər təyin rolunda işlənən isimləri səhv
olaraq sifət kimi səciyyələndirirlər” [52, 76]. Ümumiyyətlə, bu
mövqeyə görə dilçiləri iki qrupa bölmək olar. Onlardan bir
qrupu (F.R.Zeynalov, B.A.Serebrennikov, A.N.Kononov) sifət
mənasında işlənən bəzi isimlərin elə isim olaraq qalmasının
tərəfdarıdırlar. Digərləri isə (N.A. Baskakov, F.A. Qəniyev və
s.) belə dil vahidlərinin isim deyil, sifət mövqeyində olduğunu
iddia etmişlər.
N.A.Baskakov “Noqay dilinin qrammatikası” əsərində
leksik-semantik sifətlərə başqa nitq hissələrindən (xüsusilə zərf
və isimlərdən) az fərqlənən sifətləri aid edir. Məsələn, яман
“pis”, яхшы “yaxşı”, узак “uzunmüddətli”, узын “uzun”, эрек
“uzaq” və s. Dilçi – alim bu sözlərin leksik məna və sintaktik
funksiya hesabına həm sifət, həm də zərflərə aid olduğunu
göstərir və onları omonim nitq hissələri hesab edir [64, 136].
Ümumiyyətlə, türk dillərində bir qrup sözlər də vardır ki,
onlar həm sifət, həm də zərf mövqeyində işlənirlər. Amma bir
çox türkdilli lüğətlərdə sifət → zərf konversiyası əks olunmayıb.
Bununla belə, qırğız, qazax və türkmən leksikoloqları, həmçinin
39
leksikoqrafları bunu qəbul etmirlər. Eyni zamanda onların tərtib
etdikləri sifət və zərf kimi işlənən sözlər yalnız sifət kimi
xarakterizə edilir. Dilçilərdən J.M.Quzeyev bu sözləri həm sifət,
həm də ki, zərf kimi izah edir. Məsələn, tatar dilində жакшы
кийим “yaxşı geyim”, жакшы жюр “özünü yaxşı aparmaq”;
яман ер “pis yer”, яман ишле “pis işləmək” şəklində
xarakterizə edilir [90, 63].
N.A.Baskakov qaraqalpaq dilində konversiyanı leksik
yolla sözdüzəltmə vasitəsi adlandırır və bu dildə ən çox
substantivləşmənin geniş yayıldığını aşağıdakı şəkildə göstərir:
“Qaraqalpaq dilinin lüğət tərkibində az fərqlənən formalara rast
gəlmək olur, məsələn:
a) sifət (zərf) və feil:
къызык “maraqlı, maraqla”, къызык “maraqlanmaq”
b) isim, sifət və feil:
къарры “qoca”(isim, sifət), къарры “qocalmaq”
c) isim və sifət :
агъаш “ağac” (isim, sifət)
кюмис “gümüş” (isim, sifət)” [65, 205].
O, az fərqlənmə deməklə, heç şübhəsiz nitq hissələrinin
bir-birinə keçməsini nəzərdə tutur. N.A.Baskakova görə, təyin
funksiyasında işlənib, əlamət mənasını alan, yəni atributivləşən
isimlərə əsasən material, forma, hər hansı bitki və ya ağac, yaş,
milliyət bildirən adları aid edilməlidir. Bu dildə bu və ya başqa
buna oxşar sözlərin hansı nitq hissəsinə aid edilməsi çətinlik
yaradır. Ümumiyyətlə, türk dillərinə xarakterik xüsusiyyətlərdən
biri də odur ki, sifət və zərflər eyni semantikanı, yəni,
əlamətlərin semantikasını ifadə edir: sifət əşyanın əlamətini, zərf
isə əlamətin əlamətlərini əks etdirir. Beləliklə, bu nitq hissələri
semantik aspektdə deyil, funksional aspektdə fərqli olaraq qalır.
Amma başqa türk dillərində olduğu kimi, qaraqalpaq dilində də
yalnız funksional-formal deyil, həmçinin semantik-formal
göstəricilər vardır ki, bunlar da sifət və zərflərə oxşar nitq
hissələri kimi baxılmasına imkan verir. Belə göstəricilərdən biri də
həm sifət, həm də ki zərflərə xas olan müqayisə dərəcələridir.
40
Həmin göstəricilər bu iki əsas nitq hissəsinin az fərqləndirilməsinə
gətirib çıxarır. Məhz buna görə də funksional göstəricilərə ehtiyac
duyulur.
A.N.Kononov özbək dilində adverbiallaşmanı leksik--
morfoloji-sintaktik yolla zərflərin yaranması və ya başqa nitq
hissələrinin zərfə keçidi adlandırır, leksik-morfoloji-sintaktik yolu
iki hissəyə bölür: leksik-sintaktik və morfoloji. Leksik-sintaktik
adverbiallaşma dedikdə müddət bildirən isimlərin, başqa konteksdə
substantiv mənalarını saxlayaraq əsas konteksdə zərf mənasını əldə
etməsi başa düşülür. Morfoloji yolla adverbiallaşma isə müddət
bildirən isimlərin, sifətlərin, başqa nitq hissələrinin üçüncü şəxs
mənsubiyyət sonluğunun (-(с)и) köməyilə zərf cərgəsinə daxil
olmasıdır: Кеча-си ( gecə), бир куни (bir dəfə), охири (axırı ki)
[114, 293].
A. Axundovun semantik-sintaktik konversiya adlandırdığı
hadisə Azərbaycan dilində düzəltmə isim və sifətlər kimi omoniml-
ərin yaranmasına gətirib çıxarır. Eyni ilə bir qrup sözdüzəltmə
şəkilçilərin köməyilə digər türk dillərində də belə konversiya
hadisəsinə rast gəlinir. Şəkilçilərdən -лы/ли noqay dilində həm
sifət, həm də isim yaratma xüsusiyyətinə [64, 137], qırğız dilində
-lьq həm isim, həm də sifət yaratma xüsusiyyətinə, -sьz
sözdüzəltmə şəkilçisi isə həm sifət, həm də zərf yaratma
xüsusiyyətinə malikdir [66, 34].
B.A.Serebrennikov -çı
4
şəkilçisi haqqında yazır: “Güman
ki, -çı
4
sifətin affiksi olmuş və bir şeyə qarşı həvəs, meyl, vərdiş
bildirmişdir: şor. Uruşçı “dalaşqan”, terçi “tərli”, azərb.“inadçı”
və s. Sonra bu affiks müvafiq semantik dəyişikliklə isimlərin
sırasına keçmişdir” [44, 130]. Qırğız dilində sifət sırasına daxil
olmuş çoxlu isimlərə rast gəlmək olar ki, onlar kəmiyyət və hal,
kimi ismə məxsus xüsusiyyətlərini itirib, təyin kimi cümlə üzvü
funksiyası daşıyıb keyfiyyət mənasını əldə edir. Bu sifətlər bəzi
sözdüzəldici şəkilçilər vasitəsilə yaranmışdır. Məsələn,
сансыз-сапатсыз (sonsuz sayda), ата-аналы (valideynləri
olan), ак шашлы(ağ saçlı) və s [44, 134].
41
Türk dillərində çoxlu sayda köməkçi nitq hissələri vardır
ki, onlar sözlərin bir nitq hissəsindən digərinə nəinki tam
keçidini göstərir, həmçinin çoxlu sayda leksik mənalı vahidlərin
qrammatikləşməsini açıq-aydın əks etdirir. Bu dillərdə xüsusilə
qırğız dilində çoxlu sayda müstəqil mənalı sözlər vardır ki, öz
leksik müstəqilliyini itirib, köməkçi nitq hissələri sırasına daxil
olubdur. Elə bu səbəbdəndir ki, F.Zeynalov türk dillərində
müxtəlif nitq hissələrindən təcrid olunmuş köməkçi nitq
hissələrindən biri olan qoşmaların həm əsas nitq hissəsi, həm də
qoşma kimi işləndiyini qeyd edərək onları leksik-qrammatik
omonimlər hesab edir [53, 296]. Lakin belə sözlər tamamilə eyni
olsa da, leksik-qrammatik təbiəti tam mənası ilə uyğun olan
sözlər deyil. Odur ki, F.Zeynalovun müstəqil mənalı sözlərdən
yaranan qoşmalar kimi xarakterizə etdiyi sözlər, R.Rüstəmovun
fikrincə, əsas nitq hissələrinin semantik və qrammatik
transformasiyası nəticəsində törənmişdir [43, 37]. J.M.Quzeyev
isə türk dillərində konversiya vasitəsilə yaranan qoşmalara
aşağıdakıları aid edir:
1. Sifət → qoşma: kab-bal. Жууукъ “yaxın” — жууукь“
təxminən”, qırğız dil. Башка “ başqa ” — башка “savayı”
2. Say → qoşma: kab- bal. Кьадар “ bir neçə,
çoxlu”—кьадар “qədər, kimi”
3. Zərf →qoşma: qırğız dil. Мурун “əvvəlcə, qabaqca” —
мурун “əvvəl, qabaq” və s.” [90, 82-83].
Yuxarıdakı nümunələrdən bir daha türk dillərində əsas
nitq hissələrindən konversiya vasitəsilə köməkçi nitq
hissələrinin yarandığını görmək olar.
F.A.Qəniyev tatar dilində törəmə qoşmalarının isim, zərf
və feillərdən yarandığını deyir. Onun fikrincə, tatar dilində elə
isimlər vardır ki, müəyyən sözdəyişdirici şəkilçilər qəbul
etməklə onların zərfə keçidi müşahidə olunur. Xüsusilə, ismə
aid olan sözlər hal şəkilçiləri qəbul etməklə qoşma kimi də çıxış
edə bilirlər. Məsələn, астында “altında”, турасына “qabaq”
və s. [80, 124].
42
Müasir türk dillərində hətta qoşmaların adyektivləş-
məsinə də rast gəlinir. N.A.Baskakov tərəfindən bu proses
qoşmaların atributivləşməsi adlandırılır və dilçi – alim buna
noqay dilində bu cümləni misal göstərir: “Як суьеклерининь
териси
астындакы
этлери
тыртысып-тыртысып
козлагадылар. (Almacıq sümüyünün altındakı əzələlər əsəbi
halda hərəkətə gəldi”[64, 281-282]. Amma burada dilçi alimin
atributivləşmə adlandırdığı hadisənin sifətə keçidlə heç bir
əlaqəsi yoxdur. Bu sadəcə olaraq qoşmaların təyin funksiyasında
işlənməsidir. Bütün bunlardan görmək olar ki, türk dillərində
qoşmalara keçidin əsasında müəyyən bir nitq hissəsinə aid sözün
semantik və qrammatik baxımdan başqa nitq hissəsi rolunda
çıxış etməsi durur. Ümumiyyətlə, A.Baskakovun “Qaraqalpaq
dili” kitabında da adyektivləşmə “atributivləşmə” hadisəsi kimi
səciyyələndirilir [65, 187].
Türk dillərində feil formalarının substantivləşməsi, adye-
ktivləşməsi və adverbiallaşması haqqında dilçilərdən M.Əs-
gərovun apardığı tədqiqatlar da təqdirəlayiqdir. Onun fikrincə,
türk dilində bəzi şəkilçilər qəbul etmiş feil formaları digər nitq
hissələri sırasına daxil olub, onların xüsusiyyətini qəbul edir.
Belə feil formalarından biri olan substantiv-adyektiv-adverbial
feil forması hərəkət məzmununa malik olan sözləri ikinci dəfə
okkazional olaraq həm mücərrəd əşya, həm ismi, həm də feili
əlamət kimi təqdim edir [28, 64]. Başqa dillərdə olduğu kimi,
türk dilində də feili sifət həm isimləşmə, həm adyektivləşmə
xüsusiyyətinə malikdir. Eləcə də feili bağlamaların da zərfə
doğru inkişafı konversiyanın türk dillərində çox yayılmış
nümunələrindən biridir.
Göründüyü kimi, türk dillərinə nitq hissələrinin bir-birinə
keçməsi çox geniş yayılmışdır. Eləcə də tabeli mürəkkəb
cümlələrin türk dillərində keçdiyi təkamül proseslərindən biri də
onların sadə cümləyə çevrilməsidir.
43
1.4. Rus dilçilyində konversiya
Tipoloji cəhətdən flektiv dil olan rus dilində konversiya
hadisəsi ingilis dilində olduğu kimi geniş vüsət almışdır.
Konversiya hadisəsi nəinki bu dilin söz yaradıcılığı sahəsində,
həmçinin qrammatika və leksikasında da ətraflı tədqiq
edilmişdir. Belə dilçilərdən V.V.Vinoqradov, A.M.Peşkovski,
E.S.Kubryakova, E.P.Kaleçits, T.P.Lomtyev, E.T.Çerkasova,
O.M.Kim və başqalarının adlarını çəkmək olar. Amma bu hadisə
rus dilində “konversiya” dan çox “nitq hissələrində keçid
prosesi” kimi xarakterizə edilir. Nitq hissələri sahəsində keçid
probleminin müasir rus dilində araşdırılması böyük elmi
əhəmiyyət daşıyır [108, 7]. S.Q.İlyenkonun fikrincə, qrammatik
keçid hadisəsi, eləcə də substantivləşmənin müəyyənləşdirilməsi,
dil öyrənənlərə onun bir dinamik hadisə kimi başa düşmələrinə
kömək edir, onlara dil kateqoriyalarına daha dərindən diqqət
yetirməklə rus dilinin üslubi normalarını daha effektiv
mənimsəmələrinə imkan yaradır [106, 30]. Nitq hissələri sahəsində
keçid faktları ona görə baş verir ki, ayrı-ayrı sözlər həm onların
özlərində, həm də onlarla bağlı olan sözlərdə səs və məna
dəyişmələri əsasında tədricən bir kateqoriyadan digərinə keçir.
Verilmiş söz üçün keçidin qurtardığı, artıq onun yeni bir
kateqoriyaya keçməsi hallarında da bu proses dil üçün daimidir.
Gözümüzün önündə keçid baş verərkən, biz sözü hansı nitq
hissəsinə aid etməkdə çaşbaş qalırıq [141, 142].
Dilçilərdən bəziləri rus dilində əsasən adverbiallaşmanın
yayıldığını xüsusi olaraq qeyd edirlər (A.M.Peşkovski,
V.V.Babaytseva). Müasir rus dilində bir nitq hissəsindən
digərinə keçid zamanı nitqdə sözün funksiyası dəyişir, yeni
qrammatik keyfiyyət qazanır. Bu zaman söz əvvəlki əlaqələri
itirərək, başqa sözlərlə yeni əlaqələr yaradır. Bu dildə əsasən
semantik imkanlar nitq hissələrində keçidə şərait yaradır. Nitq
hissələrində keçid yeni keyfiyyət elementlərinin daimi və davamlı
toplanması yoluyla baş verir. Eləcə də, bu zaman əvvəlki keyfiyyət
elementləri tədricən yox olub gedir. Nitq hissələri sahəsindəki
44
konversiyanı V.N.Miqirin “transformasiya” adlandırır, sözdüzəlt-
mə və nitq hissələrinin transformasiyasından istifadə baxımından
müasir rus dilindəki nitq hissələrini üç hissəyə bölür: 1) yalnız
sözdüzəltmə əsasında yaranan nitq hissələri: yeni formaların
yaranması da daxil olmaqla feillər (məsdər, feili sifət, feili
bağlama, xüsusi formalar) 2) həm sözdüzəltmə, həm də
transformasiya əsasında yaranan nitq hissələri: isimlər, sifətlər,
zərflər 3) yalnız transformasiya əsasında yaranan nitq hissələri:
saylar, əvəzlik, modal sözlər, nida, sözönü, bağlayıcı, ədat,
köməkçi feillər [132, 136]. Alim müasir rus dilində nitq
hissələrində keçid zamanı elementar proseslərin baş verdiyini də
xüsusi olaraq qeyd edir. Onun fikrincə, bu proseslər, nitq
zəncirinin bir nöqtəsində baş verir və morfoloji səviyyədə
özüylə ellipsisi (əlamətin itməsi), həmin səviyyədə
interpozisiyanı (nitq hissələrinin müxtəlif əlamətlər kompleksinə
yeni əlamətin girişi), eləcə də əvəzetməni (əlamətlərdən birinin
digəri ilə əvəzi) təqdim edir [132, 147]. Amma fikrimizcə, V.N.
Miqirin tərəfindən bir dil səviyyəsində baş tutan bu zəncirvari
prosesləri elementar adlandırmaq düzgün olmazdı. Çünki eyni
dil vahidlərinin keçdiyi bu qədər dəyişkən inkişaf yolu
öz-özlüyündə elementarlığı deyil, mürəkkəbliyi əks etdirir.
Amma dilçi-alimin bu bölgüdə adlarını çəkdiyi nitq hissələrinin
yalnız transformasiya, yəni konversiya vasitəsilə yaranması
fikrini bölüşürük.
E.F.Vorno, M.A.Koşeyeva, İ.A.Potapova və başqalarının
fikrincə, konversiya vasitəsilə yeni sözlərin düzəldilməsi ingilis
dilinə xasdır. Rus dilində müvafiq sözdüzəltmə üsulu yoxdur.
Yalnız bəzi hallarda məsdər formasında olan feillə adlıq halda
olan ismin formalarının üst-üstə düşməsinə aid halları misal
gətirmək olar. Məsələn, rus dilində “печь” (feil) - “печь”
(isim), “течь” (feil) -“течь” (isim), “сечь” (feil) - “сечь”
(isim). Rus dilində isimdən düzələn feillər qeyri-müəyyən
formada həmişə morfoloji olaraq yaranır: радио-радировать,
толпа-толпиться, экран-экранизировать və s. [79, 66].
Müasir ingilis dilində olduğu kimi rus dilində də əksər
45
dilçi-alimlər konversiya dedikdə mənbə sözlə törəmə sözün
tamamilə üst-üstə
düşməsi fikrini vurğulayırlar. E.P.Kaleçitsin
fikrincə, nitq hissələrində keçid prosesində “konversiya”
terminindən istifadə etmək olmaz. Rus dilində keçid hadisələri
konversiya hadisəsi ilə eyniləşdirilməməlidir. Rus dilində dil
vahidlərinin keçidi zamanı tamamilə başqa leksik-qrammatik
kateqoriyalar formalaşır. Rus dilində baş verən konversiya
hadisəsi morfoloji-sintaktik sözdüzəltmə ilə oxşarlıq təşkil edir.
A.İ.Smirnitskinin konversiya nəzəriyyəsini əsas götürsək
(paradiqma müxtəlifliyi), qeyd etməliyik ki, rus dilində nitq
hissələri sahəsində paradiqma müxtəlifliyi hər zaman mümkün
olmur. Belə ki, sifətlərin substantivləşməsi, eləcə də feili sifətin
adyektivləşməsi zamanı paradiqmalar təkrarlanır. Bəzi sözlər isə
tamamilə paradiqmaya malik deyillər. Məsələn, zərf və sözönüləri
[108, 12]. Gördüyümüz kimi, bu dildə də konversiyaya məruz
qalan bəzi sözlərdə paradiqmalar təkrarlandığından, təkcə onlar
konversiyanın göstəriciləri sayılmamalıdır.
Eləcə də E.P.Kaleçits rus dilində nitq hissələri sahəsində
keçidi iki qrupa ayırır: “I qrup keçid. Sözün bir nitq hissəsindən
digərinə keçidi. Bura substantivləşmə, adyektivləşmə, adverbial-
laşma, pronominallaşma, müstəqil mənalı sözlərin sözönünə
keçidi, isimlərin bağlayıcıya keçidi.
II qrup keçid. Eyni nitq hissələri daxilində keçid hadisəsi.
Bura sözlərin bir leksik-qrammatik sıradan digərinə keçidi
aiddir” [108, 13]. E.P.Kaleçitsin bölgüsündəki ikinci qrup keçidi
A.İ.Smirnitski də qeyd edir. Onun fikrincə, rus dilində elə
konversiya hadisəsi vardır ki, bu hala ingilis dilində rast
gəlinmir. Bu da ingilis dili ilə müqayisədə rus dilinin qrammatik
quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Rus dilində
konversiyaya görə eyni bir nitq hissəsinə malik sözlər əlaqələn-
dirilir. Məsələn, внук— внука (внучка), супруг—супруга
(жена), Александр—Александра və s. Burada konversiya
qrammatik cinsdən asılı olaraq isimlərin paradiqmalarının
müxtəlifliyi ilə bağlıdır. Bu ingilis dilində yox dərəcəsindədir
[156, 81]. V.V.Passek də rus dilində olan belə sözləri konversiya
46
ilə əlaqələndirir və onu paradiqmaların müxtəlifliyi ilə bağlayır
[140, 147]. Belə sözlər arasında leksik məna fərqinin olduğu da
qeyd olunmalıdır. Leksik-semantik sözdüzəltmə slavyanşünaslıq
üçün xüsusi maraq kəsb edir, hansına ki, eyni nitq hissələri
daxilində konversiya kimi baxmaq olar. Bu zaman yeni sözün
yaranmasının formal göstəricisi yalnız onun uyğunluğunun
dəyişməsidir, yəni, leksemlərin paylanması (“paradiqmatik
konversiya” nın vacib göstəricisi olan morfemin paylanma-
sından fərqli olaraq) [134, 46]. Eləcə də, E.S.Kubryakova rus
dilində eyni nitq hissəsi daxilində rast gəlinən belə misalları
konversiya üçün tərtib etdiyi struktur sxemin üçüncü növünə aid
edir
[118, 68]. Doğrudan da, biz əgər söz yaradıcılığında
konversiya hadisəsinin ən əsas amillərindən birini paradi-
qmaların dəyişilməsi hesab ediriksə, onda belə halı bu dildə
konversiya adlandırmalıyıq. Bu zaman dildə eyni nitq hissələri
daxilində sözlər tamamilə başqa leksik-qrammatik sıraya keçirsə,
bu da yeni qrammatik kateqoriya, eləcə də yeni leksik məna
deməkdir. Bütün bunlar da konversiya hadisəsinin əsas cəhət-
lərindən biridir.
“Ensiklopedik dilçilik lüğəti”ndə dilçilərdən E.S.Kubrya-
kova sözdüzəltmədə konversiyanın izahını belə verir: “Dar mənada
konversiya yalnız mənbə və törəmə sözün tam üst-üstə düşməsi
hadisəsi, geniş mənada isə yalnız bu sözlərin əsaslarının üst-üstə
düşməsi hadisəsi adlanır (rus dilində золот-о—золот-ой və ya
соль—сол-и-ть)” [125, 235]. Həmçinin o bu mövqedən çıxış
edərək belə qənaətə gəlir ki, iki növ şəkilçisiz sözdüzəltmə
üsulunu fərqləndirmək lazımdır:
1. Tam şəkilçisiz sözdüzəltmə;
2. Morfoloji əsası olan şəkilçisiz sözdüzəltmə.
Birinci növ sözdüzəltmə zamanı mənbə və törəmə
sözlərin əsasları tamamilə eynidir. İkinci növdə isə törəmə sözdə
yeni əsas, yaradıcı element mövcuddur. Məsələn, золот-о→-
золот-и-ть. Bütünlükdə vahidlərin transpozisiyası ilə bağlanan
sözdüzəltmə münasibətlərinin həyata keçirilməsinin müxtəlif
struktur növləri həm əsas, həm də törəmə sözlərin tərkibində
47
xüsusi morfoloji göstəricilərinin vacibliyi, qeyri-vacibliyi,
həmçinin bu morfoloji göstəricilərinin funksional statusunun
spesifikasından yaradılır. Buna görə də island və rus dili kimi
dillərdə feilin ad hissəsi adətən “tərkib+sıfır olmayan
göstərici”ilə təqdim olunur, istənilən nitq hissələrindən feillərin
yaradılması I və III struktur növlərinin reallaşdırılması ilə
əlaqədardır [118, 64-65]. Yada salaq ki, E.S. Kubryakovanın
təqdim etdiyi konversiya sxemlərində birinci struktur növdə rus
dilində əsasən sifətdən feil yaranırdı. Üçüncü struktur növdə isə
adlıq halda, kişi cinsində olan isimdən feil yaranır. Rus dilində
bir-biri ilə bağlı belə sözlərə nəzər yetirildikdə , bəzi morfoloji
göstəricilər müşahidə olunur. Amma ingilis dilindən fərqli ola-
raq bu dildə bəzi nitq hissələri müəyyən morfoloji göstəriciyə
malik olsa da, onların əsasları eynidir. Rus dilində belə halların, yə-
ni sadə sözlərin kök və morfoloji göstəricilərdən ibarət olması adi
bir haldır. A.Axundov aqlütinativ dillərdən fərqli olaraq, rus dili ki-
mi dillər üçün kök=söz bərabərliyinin doğru olmadığını göstərir
[11, 29]. Doğrudan da, bu dildə söz əksər hallarda kök və şəkilçinin
birləşməsinə bərabərdir. Məsələn, сил-а (güc,qüvvə), книг-а (kitab)
və s. E.S.Kubryakovanın rus dilində belə sxemləri konversiyaya
aid etməsi təbiidir. Çünki belə sözlərdə morfoloji göstərici olma-
sına baxmayaraq, həmin sözlər sadə olaraq qalır. Bu da yuxarıda
qeyd etdiyimiz kimi, bəzi flektiv dillərin tipoloji xüsusiy-
yətlərindən irəli gəlir.
V.V.Babaytseva E.S.Kubryakovanın müəyyənləşdirdiyi
birinci, yəni mənbə sözlə törəmə sözün tam üst-üstə düşməsi ilə
baş verən konversiya hallarını müasir rus dilinin sinxron
sisteminin müxtəlif mənşəli funksional omonimləri adlandırır.
O, bu məsələdən danışarkən deyir: “Belə omonimləri funksional
adlandıraraq, biz onlara yalnız səslənməsinə görə üst-üstə düşən,
başqa nitq hissələrinə aid etimoloji qohum olan sözlər
adlandırırıq” [61, 14]. Göründüyü kimi, V.V.Babaytseva belə
keçid hallarını sözdüzəltmə vasitəsi hesab etmir.
Rus dilçiliyində konversiya hadisəsi ən çox “keçid” termini
adı altında verilir. V.V.Vinoqradov rus dilində feili sifət→sifət,
48
sifət→isim, isim→əvəzlik, sifət→əvəzlik, say→əvəzlik istiqamə-
tində keçidin baş verdiyini yazır [75, 305-309]. Rus dilçiliyində
əksər dilçilərin əsərlərində konversiya hadisəsi “morfoloji-sintaksis
sözdüzəltmə üsulu” kimi təsvir edilir (E.P.Kaleçits, E.S.Xmel-
yovskaya və s.). E.S.Xmelyovskaya bu hadisəni “morfoloji-
-sintaksis sözdüzəltmə vasitəsi” hesab edərək yazır:
“Morfoloji-sintaksis sözdüzəltmə vasitəsi-transpozisiya, yəni
sözlərin bir nitq hissəsindən digərinə keçidi vasitəsilə yeni
leksik vahidlərin yaradılmasıdır” [170, 102]. O, substantivləşmə,
adyektivləşmə, adverbiallaşma, pronominallaşma, eləcə də əsas
nitq hissələrinin köməkçi nitq hissələrinə keçməsini bura aid
edir. Ümumiyyətlə, rus dilində sözün bir leksik-qrammatik
sinifdən digərinə keçməsinin iki növünü müəyyənləşdirmək
olar: ayrı-ayrı formanın keçidi və bütün paradiqmanın keçidi.
Ayrı-ayrı formanın keçidində onun tam leksikallaşması baş verir
və söz yeni nitq hissəsinin bütün göstəricilərini alır. Məsələn,
“Войти в пустую комнату и стараться впустую” (Boş otağa
girib, boş-boşuna çalışmaq). Bu cümlədə “пустую” sifəti
leksikallaşaraq, cins, say və hal kimi sintaksis mənanı itirir,
dəyişməz sözə çevrilir. Eyni zamanda bu vaxt o daha əşyanın
keyfiyyətini bildirmir, feilə qoşulub, tərzi-hərəkət bildirən zərfə
çevrilir, sözönü ilə birlikdə eyni leksik vahid təşkil edir. Amma
bütün paradiqmaların (burada, söz bütün formaları ilə birlikdə)
yeni leksik-qrammatik sıraya keçidi zamanı isə yeni nitq
hissələrinin sözdəyişmə formalarını saxlayaraq ayrı-ayrı
xüsusiyyətlərinin əldə olunması baş verir. Məsələn, sifətlər
substantivləşərək daimi cins mənasını, başqa sifətlərlə təyin
olunmaq qabiliyyətini alır. Məsələn, передовой рабочий
(qabaqcıl işçi), новая столовая (yeni yemək otağı), вкусное
мороженое (dadlı dondurma).
O.M.Kim qeyd edir: “Rus dilçiliyində nitq hissələrinin
transpozisiyası ilə bağlı məsələlərə “morfoloji-sintaktik
sözdüzəltmə vasitəsi” çərçivəsində baxılırdı. V.V.Vinoqradov
tərəfindən elmə daxil edilən bu termin, prinsip baxımından nitq
hissələrinin transpozisiyasının mahiyyətini düzgün əks etdirir”
49
[111, 25]. Bura o, sözün həm morfoloji paradiqma, həm də
sintaktik funksiyasının fərqliliyini müşayiət edən kateqorial
mənasının dəyişilməsini aid edir. Rus dilində konversiyanın aid
edildiyi morfoloji-sintaksis sözdüzəltmənin özlüyündə həm
sinxron, həm də diaxron sözdüzəltmə prosesini birləşdirməsi
daha qabarıq görünür. Sinxron sözdüzəltmə prosesinə yalnız bu
dildə substantivləşməni aid etmək olar. Başqaları fərqli şəkildə
xarakterizə edilir. Məsələn,“верхом (at belində), вечером
(axşam)” kimi zərflərə düzəltmə zərflər (верх-ом, вечер-ом),
“наутро (növbəti səhər), сверху (yuxarıdan)” kimi zərflərə isə
ön və son şəkilçili zərflər kimi baxılır. Müasir rus dilində
isimlərin adverbiallaşma zamanı biz söz cütlüklüklərin sonunda
hal şəkilçilərinə rast gəlirik. Bu dildə adverbiallaşma zamanı
başqa nitq hissələrinin qrammatik formaları zərflərin morfoloji
göstəricilərinə çevrilir. V.V.Vinoqradov isə bu sözdüzəltmə
üsulunu “morfoloji sözdüzəltmə” adlandırır. Onun fikrincə,
müəyyən hal şəkilçili isimdən zərf yaranması prosesi çevrilmə
ilə müşayiət olunur. Yəni, fleksiya şəkilçiylə dəyişilir, məsələn
авансом, рядом (рядком, рядышком) və s. Eləcə də, hal
şəkilçili sözönlü isimlərdən zərflərin yaranması zamanı yalnız
fleksiyanın şəkilçiyə deyil, eyni zamanda sözönünün ön
şəkilçiyə çevrilməsi baş verir, məsələn, до зарезу, ло отвала, в
прикуску və s. [74, 3-4]. Əgər isimlərin adverbiallaşması
zamanı isimlərə malik morfoloji göstəricilər zərfin morfoloji
göstəricilərinə çevrilirsə, deməli sözün qrammatik xüsusiy-
yətlərində, paradiqmalarında da dəyişiklik yaranır. Bu da
konversiya deməkdir. Müasir rus dilində, eləcə də adlıq haldan
başqa bütün hallarda olan, sözönülü keyfiyyət bildirən sifətlərin
zərfə keçidi baş verir. Məsələn, добела (tərtəmiz, ağarıncaya
qədər), насухо(qupquru) və s.
“Nitq hissələrinin sistemliyi nitqlə bağlılıqda, nitq
hissələri sisteminin tarixi inkişafının qanunauyğunluğunda,
funksional hadisə olan bir nitq hissəsindən digərinə keçiddə
aşkar olunur” [146, 75]. Doğrudan da, nitq hissələri bir sistem
təşkil etməsəydi, onda heç bir keçid hadisəsidən danışmaq belə
50
olmazdı. Müasir rus dilində istənilən nitq hissələrinə keçid baş
verə bilərmi, yoxsa burada bir məhdudiyyət var? Dil materalının,
nitq hissələrinin tərtibatının leksik istiqaməti, morfoloji formala-
rının sintaktik cərgədə aydın təyin olunması belə düşünməyə əsas
verir ki, bir nitq hissəsinin digərinə keçidin yalnız müəyyən,
məhdud yolları var. Məsələn, rus dilində başqa dillərdə olduğu
kimi, sifətlər asanlıqla substantivləşir. Buna görə də, onlarda yalnız
cins, say, hal formasının morfoloji əhəmiyyətini dəyişdirmək lazım
gəlir.
Rus dilində nitq hissələri arasında baş verən konversiya
zamanı yer alan mürəkkəb dəyişiliklər üzündən, bu dildə yalnız
bəzi nitq hissələrinin müəyyən nitq hissələrinə keçidi özünü büruzə
verir. Bunlardan ən çox yayılanları aşağıdakılarıdır:
1. Sifətlərinn ismə keçidi (sifətlərin substantivləşməsi),
məsələn: хороший человек (yaxşı insan) – хороший (yaxşı),
спальная комната – спальная (yataq otağı) və s.
2. Feili sifətlərin sifətə keçidi (feili sifətlərin adyektiv-
ləşməsi), məsələn, любимые песни (sevimli mahnılar), бывшие
работники (keçmiş işçilər) və s.
3. Müxtəlif nitq hissələrinin zərfə keçməsi (isim, sifət, feilin
adverbiallaşması), məsələn, шагом (addımla), быстро(sürətlə), не
спеша (tələsmədən), молча (susaraq) və s.
Əksər dillərdə olduğu kimi, rus dilində də sözlərin
morfoloji mənsubiyyətini təyin etməkdən ötrü onun cümlədə
sintaktik funksiyasını müəyyən ertmək lazım gəlir. Sintaktik
düzülüş fonunda sözün morfoloji quruluşu daha da aydınlaşır.
Məsələn, bu dildə sözün ismə keçidini (substantivləşməsini) ilk
əvvəl bu sözlərin mübtəda, və ya tamamlıq kimi sintaktik
funksiya daşıması və özündən əvvəl təyinlə işlənmək qabiliyyəti
ilə müəyyən etmək olar.
Müasir rus dilində sifət ismə keçərkən, artıq o sifətlə
ifadə olunmuş təyin olması imkanını itirir və başqa sifətlərlə
təyin olunmağa başlayır. Cins əlamətləri ilə fərqlənən əvvəlki
sifət, ismə keçid zamanı bu əlamətləri itirir, özü müəyyən cinsə
məxsus söz sırasına daxil olur. Bu ya kişi портной (dərzi),
51
зодчий (memar), ya qadın мостовая (səki), запятая ( vergül),
ya da ki, orta cinsdə насекомое (həşərat), жаркое (qızartma,
qovurma) ola bilər. Bu da isimləşən sifətlərin böyük qrammatik
sərbəstlik qazanmasında irəli gəlir.
Müasir rus dilində isimlərin sifətə keçməsi, yəni
adyektivləşməsi mübahisəli bir məsələdir. V.K.Radzixovskayanın
fikrincə, əlavə funksiyasında isimlər öz əlamətlərini zəiflədir:
студент Иванов, в городе Москве. Substantivləşmiş sifətlər
morfoloji-sintaktik yolla (ismin sifətə sonrakı keçidi yoluyla)
yenidən sifətlər formalaşdırır. Məsələn, животный мир burada
sifət “животное” ismiylə motivləşdirilmişdir. Burada isim
sonradan yenidən sifətə keçir [146, 78].
Müasir rus dilində həmçinin əsas nitq hissələrinin köməkçi
nitq hissələrinə keçidi də mümkündür. Məsələn, Сын шагает
впереди. (Oğul öndə gedir.) (впереди-zərf), Впереди армии
шагает капитан. (Ordunun qabağında kapitan gedir.)
(впереди-sözönü), Верю в силу бога.(Allahın gücünə inanıram.)
(в силу-sözönlü isim), Она так сделала в силу привычки.(Mən
vərdişimdən belə etdim.) (в силу-sözönü) və s. E.T.
Çerkasovanın fikrincə, bu və ya başqa tam mənalı sözlərin
sözönülərə keçməsi bu sözlər üçün adi olan sintaktik
əlaqələrinin xarakterinin dəyişilməsi ilə əlaqədardır [173, 18].
L.İ.Raxmanova və V.N.Suzdaltsevanın fikrincə, nitq
hissələri qrammatik anlayış olduğundan, onları müəyyən edən
prinsiplər də qrammatik olmalıdır. Onlar ilk əvvəl bu prinsiplərə
sözün sintaktik xüsusiyyətlərini, ikincisinə isə sözlərin morfoloji
əlamətini və kateqorial mənasını aid edirlər [148, 258]. Bunları
qeyd etməkdə məqsədimiz odur ki, rus dilində nitq hissələrində
keçid proseslərində əsas sözlə törəmə sözün tamamilə üst-üstə
düşməsi zamanı, məsələn мороженое (dondurma) sözü, nitq
hissəsinə görə həm isim, həm də sifətdir. Onun isim olmasını
sintaktik xüsusiyyətlərinə görə müəyyən etmək olar. Bu söz
cümlənin qrammatik tərkibinə daxildir, cümlədə baş üzv olan
mübtəda funksiyasını daşıyır, morfoloji olaraq da dəyişilməzdir.
İsim olaraq onun qrammatik kateqoriyasını daşıyır: adlıq halda,
52
orta cinsdədir, sifət və sayla da işlənə bilir. Həm də sifət olaraq
bu söz, cumlə üzvünə görə təyindir. Bütün bu deyilənlərdən belə
başa düşmək olar ki, doğrudan da, мороженое sözü həm isim,
həm də sifət kimi təyin olunmalıdır. Amma müasir rus dilində
belə söz cütlüklərinin bir-biri ilə diaxronik cəhətdən bağlı
olması daha çox işıqlandırılır, keçidin hansı istiqamətdə baş
verməsi də elmi əsərlərdə öz əksini dəqiq olaraq tapmır.
“Morfoloji-sintaktik”
sözdüzəltmə
vasitəsi
adlandırdığımız bu hadisə həm morfoloji paradiqmada, həm də
sözün sintaktik funksiyasının dəyişilməsi ilə müşayiət olunur.
Morfoloji-sintaktik vasitənin sözün bir nitq hissəsindən digərinə
keçidi kimi izahı zamanı faktiki olaraq sözün yalnız forması,
uyğun sintaktik funksiyası nəzərə alınır. Bu zaman törəmə
sözlərin tam strukturu arxa planda qalır. O.M.Kim qeyd edir:
“Nitq hissələrinin transpozisiyası hadisəsi nə nitq hissələrinin
morfoloji xüsusiyyəti, nə onun paradiqmatik sxemi, nə də
morfoloji kateqoriyaları sistemi ilə bağlıdır. Bu hadisə onun
söyləmdəki semantik komponent qismində davranışı ilə
bağlıdır” [111, 12]. Beləliklə, belə nəticəyə gəlmək olar ki,
dilçi-alim nitq hissələrinin transpozisiyası sxemində nitq
hissələrini müəyyən edən əsas xüsusiyyətin onun kateqorial
mənasının olduğunu hesab edir. Rus dilində nitq hissələrinin
keçidi zamanı bir çox hallarda paradiqmaların təkrarlanmasına
rast gəlinirsə, əlbəttə ki, kateqorial mənanın dəyişilməsi ən əsas
göstərici sayılmalıdır. Məsələn, V.V.Vinoqradov rus dilində
sifətlərin feili sifətlər hesabına yarandığını göstərir. Onun
fikrincə, sifətə keçid zamanı feili sifət vaxt, şəkil, növ mənasını
itirir və sırf keyfiyyət mənası qazanır. Ən çox “-инн-,-енн-,-т”
şəkilçili bitmiş tərzdə olan feillərdən formalaşmış keçmiş zaman
məchul növdə olan feili sifətlərdən sifətlərin yaranması geniş
yayılıb. Belə feili sifətin sifətə keçidinin şərtləri bunlardır: a)
vaxt mənasının itirilməsi b) bitmiş tərz mənasının itirilməsi c)
feillə idarə olunmaq qabiliyyətin itməsi. Məsələn, путник,
измученный долгой дорогой və измученный вид. Birinci halda
zaman mənası (keçmiş zaman), tərz (bitmiş), feilin idarəetmə
53
qabiliyyəti (feili sifət ismin birgəlik halını idarə edir) iştirak
edir; ikinci halda измученный sözü təmiz keyfiyyət bildirən
təyindir və burada hər üç göstərilən qrammatik məna itmişdir
[75, 303]. “Feili sifətlərdən bir sıra sifətlər yaranır ki, bəzi
hallarda onların mənşəyi məlum olmur, başqalarında isə yalnız
elmi təhlillə müəyyən edilir. Birinci hala “печеный, жареный,
вареный” və s. ikinci hala isə “литой, налитой, снятой”
sözlərini misal gətirmək olar” [141, 147]. Göründüyü kimi, rus
dilində nitq hissələrində keçid zamanı kateqorial mənada ciddi
dəyişikliklər baş verir və bu zaman nitq hissələrində müxtəlif
istiqamətdə keçid baş verir. Bu isim→zərf, isim→sözönü,
isim→modal söz, sifət→isim, feil→ədat, feil→modal sözü,
zərf→isim və s. ola bilər.
Müasir rus dilində keçidin əlamətləri, fikrimizcə,
kateqorial mənanın, leksik mənanın, morfoloji əlamətlərin,
morfoloji tərkibin, qrammatik paradiqmanın, sözdüzəltmə
imkanlarının, fonetik xüsusiyyətlərin dəyişilməsidir. Bu dildə
nitq hissələrində keçid zamanı kateqorial və leksik mənaların
dəyişməsi tez-tez rast gəlinir. Belə ki, keçid zamanı köhnə
kateqorial mənanın yenisiylə yerdəyişimi baş verir. Məsələn, bu
dildə zərfə keçid zamanı isim əşyavilik mənasını itirib, əlamət
mənasını alır. Sifətə konversiya zamanı feili sifət əşyaları
xarakterizə edən fəaliyyət mənasını itirib, daimi əlamət mənasını
verir. Məsələn, смеющийся человек (gülən insan) və смеющи-
йся день (işıqlı gün). Birinci misalda feili sifət insanı xarak-
terizə edən bir fəaliyyətdir, ikinci misalda isə o sadəcə günə aid
daimi əlamət mənasını verir, burada heç bir fəaliyyət mənası
yoxdur. Eləcə də, burada leksik mənanın dəyişilməsi müşahidə
olunur. Birinci misalda смеющийся sözü “gülmək” mənasını
verirsə, ikinci misalda artıq sifətə keçən söz “işıqlı” mənasını
verir. A.Ələkbərovun fikrincə, müasir rus dilində sifətlərin miq-
darı ən çox feili sifətlərin hesabına artır. Feili sifətlər sifət-
ləşərkən feilə xas olan zaman, tərz, növ, idarə kateqoriyalarını
itirir və sırf keyfiyyət bildirən mənalar qazanır [26, 62].
54
Eləcə də, rus dilində törəmə bağlayıcı və bağlayıcı sözlər
bəzi sözlərin ikili və ya üçlü funksiyada işlənməsi buna nümunə
göstərilə bilər. Artıq əvvəldə də qeyd etdiyimiz kimi, bu dildə
elə sözlərə rast gəlmək olar ki, onlar tarixən əsas nitq hissəsi
funksiyasını daşısa da, zaman keçdikcə bu sözlərin tam olaraq
köməkçi nitq hissəsi olan sözönüyə keçidi baş vermişdir. Müasir
rus dilində baş verən adyektivləşmə hadisəsinin tarixi çox qədim
olsa da, son zamanlar baş verən adyektivləşmənin nəticəsi olan
bəzi sözləri misal gətirmək olar. Məsələn, бреющий полет
(aşağı səviyyədən uçuş) , ведущий специалист (aparıcı mütə-
xəssis) və s.
Müasir rus dilçiliyində “sintaktik derivasiya” adlandırılan
konversiya və eləcə də leksikada yer alan konversiya, nitq
hissələri sahəsində olan konversiya hadisəsindən daha çox rast
gəlinir və dilçilər tərəfindən elə “konversiya” kimi də
xarakterizə
olunur.
L.N.Murzin
tərəfindən
sintaktik
derivasiyanın bir forması hesab edilən konversiya [136, 33],
Y.S.Stepanov tərəfindən “sintaktik transformasiya” adlandırılır.
O, sintaktik tranformasiyanın bir növü olan verballaşmaya
məchullaşma və konversiyanı aid edir və konversiya zamanı
cümlədə söz sırasının mühüm rol oynadığını qeyd edir. Məsələn,
Иван брат Олегу.→ Олег брат Ивану. və s. [165, 194-195].
Doğrudan da, bu halı sintaksisdə yer alan konversiya
hadisəsi adlandıra bilərik. Çünki belə hallarda cümlədə üzvlərin
yerdəyişimi baş verir, eləcə də burada mənbə və törəmə
cümlələr mövcuddur . Bu zaman yeni yaranmış cümlədə xəbərin
forması da dəyişə bilir. Məsələn: В комнате холодно→-
Холодно в комнате. Birinci cümlədə xəbər (холодно), hal,
vəziyyət bildirdiyi halda , ikinci cümlədə isə (в комнате) yer
bildirir. Xəbərin bir kateqoriyasından digərinə keçidi, belə hallar
üçün səciyyəvi bir haldır [165, 200].
Rus dilində qrammatikada konversiya ən çox özünü
məchul növdə göstərir və bir sözün formaları ilə ifadə olunur.
Bu zaman konversiya cümlələrdəki subyekt-obyekt əlaqələrini
ifadə edir. T.P.Lomtyev qeyd edir: “Denotat statusuna malik
55
olub və təbii dillərin cümlələri ilə ifadə olunan obyektlər
arasındakı əlaqəni biz ekstensional əlaqə adlandırırıq”
[126, 112].
F.Veysəlli sözün denotasiyasının onun başqa yardımçı
mənalarından (emosiya, başqa təsir) fərqli olaraq məfhumi
mənasının olduğunu qeyd edir [51, 117]. Qrammatika və eləcə
də leksikada konversiya konversivlərlə ifadə olunur. Ən sadə
qrammatik konversivlər məlum və məchul növdə olan olan
feillərdir. Məsələn, rus dilində belə cümlə növlərinə diqqət
yetirək: Рабочие строят мост. (Fəhlələr körpü tikirlər.)
Мост строится рабочими. (Körpü fəhlələr tərəfindən tikilir.)
Birinci cümlə məlum növdədir. Cümlənin iki iştirakçısı var:
“строят” hərəkətinin subyekti (Рабочие) və elə həmin
hərəkətin obyekti (мост). Birinci cümlədə cümlənin mübtədası
“Рабочие”, tamamlığı isə “мост” ismidir. İkinci cümlədə isə
mübtəda və tamamlıq yerlərini dəyişib. Bu yalnız cümlədə
yerdəyişimi deyil, həmçinin onun məntiqi strukturunda da
müəyyən dəyişimdir. T.P.Lomtyevin fikrincə, belə cümlələrdə
konversiyaya uğramış əlaqə, parafrazların bu iki cümlələr
tərəfindən ifadə olunmuş məntiqi valentliyini dəyişmir [126,
114]. Müasir rus dilində qrammatikada baş verən konversiya
hadisəsini “sintaktik derivasiya” adlandıran L.N.Murzin ilk,
məlum növdə olan cümləni mənbə cümlə, məchul növdə olan
cümləni isə törəmə cümlə adlandırır. Bu konversiya zamanı
cümlə üzvlərinin sırası dəyişir. Alimin fikrincə, rus dilində
cümlədə tez-tez tamamlıq mövqeyində olan subyekt çıxarılır,
nəticədə məlum və məchul konstruksiyaların əlaqəsi pozulur.
Məsələn, Мне грустно→Я грущу, Сказка рассказана→Старик
рассказал сказку. Belə proseslər “geri konversiya” adlanır [136,
35]. Belə cümlələrdə tamamlıq olmadığından heç bir
subyekt-obyekt əlaqəsindən danışmaq olmaz. Bu zaman geri
konversiya, konstruksiyanın forma və semantikası arasında zid-
diyyətə səbəb olur. Yəni, formasına görə konstruksiya konversiya,
mənasına görə isə bilavasitə səciyyəsi daşıyır. Diqqət yetirsək,
asanlıqla görmək olar ki, müasir rus dilində məlum konstruksiya
məchula çevriləndə, bu cümlələr arasında əlaqələr, istiqamət
56
istisna olmaqla, eynidir. Bu əlaqələr zamanı obyektlər bütün
xüsusiyyətlərini saxlayır. Məsələn, Это книга восхищает его.
(Bu kitab onu valeh edir.) → Он восхищается этой книгой. (O
bu kitaba valehdir.) Burada hər iki cümlədə heyran olan obyekt
“o” dur , “bu kitab” isə heyranlıq predmetidir.
Müasir rus dilində, eləcə də leksikada konversiya hadısəsi,
sintaksisdə olduğu kimi geniş vüsət almışdır. “Leksik
konversiya hələ kifayət qədər tədqiq olunmamış kateqoriyalar
sırasına aiddir” [138, 217]. Amma L.A.Novikovun bu fikri ilə
razılaşmaq olmur. Demək olar ki, araşdırmaya cəlb etdiyimiz
dillərdən ən çox rus dilində bu sahə ətraflı tədqiq olunmuşdur.
Leksikada olan konversiya zamanı əvvəlkindən fərqli olaraq
konversivlər eyni sözün müxtəlif formaları kimi yox, müxtəlif
sözlər şəklində olur və bu sözlər bir çox hallarda sinonim olurlar.
Rus dilçiliyində 60-ci illərdən sonra leksik sinonim kimi
tanıdığımız sözlər daha sonra konversiv kimi tanındı
(Y.S.Apresyan, L.A.Novikov, Y.D.Lomtyev). Buna əsas səbəb
həmin illər ərzində nəzəri semantikanın inkişafı olmuşdur.
“Müasir rus dilində cümlə daxilində mənasına görə uyğun olan
sözlər aşağıdakı kimi çıxış edə bilər:
1. Özlərinin eyni olan əsas mənalarında (отнять--
отобрать);
2. Özlərinin eyni olmayan əsas mənalarında (взять--
достать);
3. Əsas olmayan mənaları səviyyəsində bir-birinə uyğun
gəlir (взять-купить)” [120, 104 ].
Bu nümunələrə aid söz cütlükləri rus dilində leksik
konversivlərə ən bariz nümunədir. Buna başqa misallar göstərmək
olar. Məsələn, выйти (çıxmaq)-истратить (xərcləmək); У нас
вышли все деньги. (Bizdən bütün pullar çıxdı.) — Мы
истратили все деньги. (Biz bütün pulları xərclədik.);
приобретать (əldə etmək) - появляться (meydana çıxmaq),
Слово приобретает новое значение.(Söz yeni məna əldə edir.)
— У слова появляется новое значение. (Sözün yeni mənası
meydana çıxır.)
57
Konversivlərin semantik təyini məntiqi vurğuda fərqi
ötürməkdən ibarətdir. L.A.Novikov tərəfindən leksik konver-
sivlər belə qruplaşdırılır: “Feil konversivlər, isim konversivlər,
sifət konversivlər. Feil konversivlər özləri bu yarımnövlərə
bölünür:
1) növ (feil) formalı;
2) səbəb-nəticə əlaqəli feillər (xəbərlər);
3) fəaliyyət mənalı feillər (xəbər) və bu fəaliyyətin obyekti;
4) aktantlara münasibətdə müxtəlif istiqamətli feillər;
5) həm mənbə, həm də konversiyaya uğramış ifadələrin
tərkibinə daxil olmuş feillər” [138, 219].
Yuxarıda çəkdiyimiz misallar feil konversivlərinə aiddir.
Rus dilində isim konversivlərinə bu misalları nümunə gətirmək
olar:
муж
(ər)—жена
(arvad),
изобретатель
(ixtiraçı)—изобретение (ixtira) və s. Eləcə də, bu dildə sifət
konversivlərə ən bariz nümunə bu cütlüklər ola bilər: моложе
(kiçik)-старше (böyük), дороже (baha)-дешевле (ucuz).
Deməli, müasir rus dilində həm qrammatika, daha dəqiq
desək sintaksisdə, həm də leksikada konversiya hadisəsi baş
verir. Bu hadisə konversivlərlə ifadə olunur. Daha dəqiq
konversivləri belə xarakterizə etmək olar. Konversivlər eyni
hadisə və situasiyanı müxtəlif nöqteyi- nəzərdən, bu hadisənin
müxtəlif iştirakçıları tərəfindən təsvir edən dil formalarıdır.
Konversivlər bəzən eyni yox, müxtəlif əlaqələri də ifadə edir.
Bu onunla sübut edilir ki, onlardan çoxu dildə antonimlərin
yaranmasına gətirib çıxarır. Bunu sifət konversivlərin timsalında
asanlıqla görmək olar. Eləcə də məlum-məchul əlaqəli feil
(xəbər) cütlükləri də passiv konversivlərdir.
A.İ.Moiseyev cins və qohumluq bildirən terminlərin
konversivlərinin özəl xüsusiyyətlər daşıdığını göstərir. Bunu
onunla izah edir ki, həmin terminlər müəyyən vəziyyətlərin
iştirakçıları arasında əlaqəni müxtəlif tərəfdən, hər bir iştirakçı
tərəfindən göstərir [135, 13].
L.A.Novikovun fikrincə, müasir rus dilində “kvazioko-
nversiv” adlanan xüsusi növ konversivi fərqləndirmək olar. Belə
58
konversivlər öz mənalarına görə tamamilə üst-üstə düşmür.
Məsələn, Атака застала нас врасплох. (Hücum bizi pis
vəziyyətə saldı.)—Мы не ожидали атаки. (Biz hücumu
gözləmirdik.) Bu cümlələrdə застать (tutmaq, tapmaq) və не
ожидать (gözləməmək) sözləri kvaziokonversivlərdir. Onlarda
bəzi oxşar semantik xüsusiyyətlər olsa da, onlar tamamilə
üst-üstə düşmür. Amma bu konversiv də eyni hadisəni müxtəlif
nöqteyi -nəzərdən izah edir, göstərir [138, 123]. Müasir ingilis
dilindən fərqli olaraq rus dilindəki kvaziokonversivlər arasında
bəzən tam oxşar semantik əlaqə haqqında danışmaq qeyri--
mümkündür.
Müasir rus dilində cümlələrin sintaktik quruluşlarında da
konversiya hadisəsinə rast gəlmək olar. Rus dilində zaman və ya
səbəb mənalı sözönlü-hal konstruksiyalı sadə cümlələrin zaman
və ya səbəb budaq cümləli tabeli mürəkkəb cümləyə keçidi baş
verir [96, 205]. Məsələn, По мере приближения к источнику
воды, желание пить становилась сильнее. → По мере того
как я приближалась к источнику воды, желание пить
становилась сильнее. Göründüyü kimi, konversiya hadisəsi
müasir rus dilində nitq hissələri sahəsində olduğu kimi, leksika
və sintaksisdə də geniş vüsət almışdır.
1.5. Azərbaycan dilçiliyində konversiya
Konversiya hadisəsi daha çox flektiv dillərə məxsus olsa
da, bu dil hadisəsinə müəyyən qədər Azərbaycan dilində də rast
gəlinir. Ana dilimizdə qrammatik və leksik mənalar ən çox
sözdüzəldici və sözdəyişdirici şəkilçilər vasitəsilə reallaşır.
Azərbaycan dilində sözlər bir nitq hissəsindən digərinə keçə
bilir. Xüsusən bütün nitq hissələrindən olan hər hansı bir söz
isim kimi işlənə bilir. Y.Seyidov eyni sözün bir və ya iki (daha
artıq) nitq hissəsinə aid ola bilib-bilməməsi məsələsinin dilçilik
əsərlərində möhkəm kök saldığını, qrammatika kitablarında dil
materiallarının təsvir və izahında da praktik tətbiq tapdığını
yazır [45, 115]. “Bəzən tarixən müəyyən söz yaxud ifadə
59
mənaca, ya tamam dəyişmiş olur, ya ikinci məna kəsb edir;
beləliklə də bir nitq hissəsindən digər nitq hissəsinə keçid əmələ
gəlir” [20, 47]. S.Abdullayeva bu barədə yazır: “Konversiya
Azərbaycan dilində geniş yayılmışdır. Bu proses sözün çox-
mənalılığı və bəzi formaların öz paradiqmalarından ayrılması
nəticəsində baş verir. Konversiya nəticəsində omonimliyin
müxtəlif növləri omoformlar, omoqraflar və omonimlər yarana
bilər”
[5, 35]. Azərbaycan dilçiliyində konversiya hadisəsi ya
leksik-qrammatik hadisə [10, 66], ya da söz yaradıcılığının
morfoloji-sintaktik tipi adlandırılır [41, 105].
B.Xəlilov nitq hissələrinin bir-birinə keçməsini yeni
məna kəsb etmək hesabına sözyaratma hesab edir [33, 200].
Azərbaycan dilində konversiya zamanı sözlər semantik
inkişafla əlaqədar yeni mənalar qazanırsa, bu dil hadisəsini söz
yaradıcılığının bir üsulu adlandıra bilərik. Keçid zamanı sözlər
yeni qrammatik xüsusiyyət, yeni məna əldə edir. Belə sözlər
yazılışı və deyilişi cəhətdən eyni olsa da, məna və vəzifələrinə,
aid olduqları nitq hissələrinə görə fərqlənirlər. Məsələn, bərk
(sifət)—bərk (zərf), xeyli (say)—xeyli (zərf), kimi (qeyri-müəyyən
əvəzlik)—kimi (qoşma) və s. S.Cəfərovun fikrincə, feillərdə
çoxmənalılıqdan keçərək omonimləşmə prosesi ilə yeni leksik
vahidlərin yaranması o zaman fəal bir şəkildə özünü göstərir ki,
hərəkətlə onu icra edən əşya arasında olan münasibət, yəni
hərəkət ilə materiyanın vəhdəti formal cəhətdən öz varlığını bu
məfhumların şüurumuzda fərqləndirilərək abstraklaşdırıldığı bir
dövrdə də saxlanmış olsun. İstər əşyanı, istərsə də ona xas olan
hərəkəti ifadə edən forma–söz öz vəhdətini (eyniliyini) mühafizə
edir. Bunu da eyni fonetik tərkibə malik olan sözün müxtəlif
şəraitdə həm əşyanı, həm də hərəkəti bildirmək xüsusiyyətini
mühafizə etməsi ilə izah etmək olar. Məsələn, saç(maq)-feil,
saç(isim), köç(mək)-feil, köç-isim, düz(mək)-feil, düz-isim, sifət,
zərf və s. [18, 13]. Doğrudan da, belə omonimləşmə öz mahiyyəti
etibarilə bir vəhdət təşkil edən əşya və hərəkət məfhumlarının
qədim ifadə formasının indiyə kimi mühafizə olunması ilə əmələ
gəlmişdir. S.Cəfərov Azərbaycan dilində leksik-semantik konversi-
60
yanın ən çox substantivləşmə, atributivləşmə (adyektivləşmə),
adverbiallaşma növlərinin geniş yayılması fikrinin tərəfdarıdır.
A. Axundov əvvəl bu hadisənin Azərbaycan dilində beş
növdə olduğunu qeyd edirdisə də [10, 67], sonralar konversiyanın
dilimizdə yalnız dörd növünün olduğunu göstərir, ilk bölgüdəki
morfolji-semantik növü ikinci bölgüyə daxil etmir və konversi-
yanın bu növlərini göstərir: “1) sintaktik konversiya 2)
morfoloji-sintaktik konversiya 3) semantik-sintaktik konversiya
4) semantik konversiya” [11, 160].
A. Axundovun ikinci bölgüsü daha məqbul hesab
edilməlidir. Birinci bölgüdə adını çəkdiyi morfoloji-semantik
konversiyanı alim hər hansı bir nitq hissəsinin sözdüzəldici
şəkilçi qəbul edərək, başqa bir nitq hissəsinə keçməsi kimi izah
edir. O, buna misal olaraq gözəl sifətinin –lik , bax feilinə -ış
şəkilçisi əlavə edilməklə gözəllik və baxış kimi düzəltmə
isimlərinin yaranmasını nümunə göstərir [10, 68]. Əlbəttə ki, bu
proses heç vaxt konversiya adlandırıla bilməz. Çünki “konver-
siya semantik inkişafla əlaqədar müəyyən sözün heç bir
sözdüzəldici vasitənin köməyi olmadan başqa nitq hissəsinə
keçməsi prosesidir” [5, 13]. Bu sadəcə olaraq dildə sözlərə
sözdüzəldici şəkilçi əlavə etməklə, onlardan düzəltmə nitq
hissələrinin yaradılmasıdır. Növbəti dörd növ belə izah edilir:
“Sintaktik konversiya bütün nitq hissələrinə aid sözlərin
heç bir dəyişikliyə uğramadan başqa nitq hissəsinə keçməsidir.
Morfoloji-sintaktik cəhətdən konversiya zamanı isə hər hansı bir
nitq hissəsinə mənsub söz başqa nitq hissəsinə keçərkən həmin
nitq hissəsinə məxsus qrammatik kateqoriyaların şəkilçisini də
qəbul edir. Yəni, substantivləşmə zamanı hal, cəm, mənsubiyyət,
verballaşma zamanı isə inkarlıq, növ, zaman və s. şəkilçilərini
qəbul edir. Alimin fikrincə, sintaktik konversiyaya nisbətən
burada konversiya dərəcəsi daha yüksəkdir. Semantik-sintaktik
konversiyanya ən çox substantivləşmə və adyektivləşmə
hadisəsi aid edilir. Bu zaman bəzi sözdüzəldici şəkilçilər qəbul
etmiş sözlər həm isim, həm də sifət kimi işlənir” [10, 66-67].
Azərbaycan dilində belə sözlərə ən çox “-çı
4
”, “-lı
4
” kimi
61
sözdüzəldici şəkilçilər qəbul etmiş sözləri aid etmək olar.
M.Hüseynzadə bunun haqqında belə deyir: “Fikrimizcə, bu
şəkilçilərlə əmələ gələn sözlər, əsasən, peşə və sənət bildirən
düzəltmə isim olur. Lakin bunlar, bir tərəfdən, tərkib daxilində
özlərindən sonra gələn isimləri bu və ya başqa cəhətdən təyin
etdikləri üçün morfologiyada da sifət hesab oluna bilir. Digər
tərəfdən də, müasir ədəbi dilimizdə tərbiyəçi, təşkilatçı,
təsərrüfatçı, əlaçı, dilçi, tənqidçi, döyüşçü kimi bir çox yeni
sözlər yaranmışdır ki, bunların məzmununda sifət əlamətləri çox
aydın hiss edilir. Buna görə də bu şəkilçilərlə düzələn sözləri
yalnız düzəltmə isim kimi qəbul etmək doğru deyildi. Eləcə də
“-lı
4
” şəkilçisi həm düzəltmə sifət, həm də isim əmələ gətirir”
[32, 86]. F.Zeynalovun fikrincə, “-çı
4
” şəkilçisi əvvəl sifət
düzəldən məhsuldar şəkilçi olmuş, indi isə onun vasitəsilə
yaranmış sözlər xalis ad kimi işlənərək isim kateqoriyasına daxil
olur. Türk dillərinin müasir səviyyəsində bu şəkilçilər əsasən
isimlərə aid edilməlidir. Məsələn, işçi, odunçu, qəzetçi, dilçi,
futbolçu, ipəkçi, tütünçü və s. Həmçinin “-lı
4
”şəkilçisi ilə
düzələn sifətlər asanlıqla substantivləşərək isim kateqoriyasına
keçir. Məsələn, dəliqanlı və s.” [52, 81-82]. Doğrudan da,
Azərbaycan dilində bu şəkilçilər vasitəsilə yalnız düzəltmə isim
deyil, eləcə də düzəltmə sifətlər də yaranır: şikayətçi (sif.şikayət
edən, is.şikayətə gələn)[3-222], budkaçı (sif. budkada şey satan,
is.budka satıcısı)[1-354]. Araşdırmalar nəticəsində görmək olar
ki, “-çı
4
” şəkilçisi əvvəlcə sifətin şəkilçisi olmuş, bir şeyə qarşı
meyl, həvəs bildirmişdir. Sonra isə bu şəkilçi semantik
dəyişikliklə isim sahəsinə keçmişdir. Bu qrup düzəltmə sözlərə
həmçinin “ ma
2
”, “-ı
4”
şəkilçiləri ilə düzələn sifət və isimləri də
(qazma, süzmə, diri və s.) aid etmək olar. “Düzəltmə sifətlərin
bir qismi substantivləşərək, tamamilə isimlər qrupuna keçmişdir.
“–ma
2
, -ıcı
4
,-ı
4
” şəkilçiləri vasitəsilə feillərdən düzələn qazma,
süzmə, satıcı, qurucu, diri, ölü kimi sifətlər tamamilə
substantivləşmə nəticəsində sifətlərdən ayrılımışdır” [14, 61].
Belə sözlər sifətdən ayrılıb substantivləşsə də, dildə həmin
şəkilçiləri qəbul etmiş sifətlərlə omonimlərdir.
62
Semantik konversiya isə tamamilə onomastika sahəsinə
aid edilir. Semantik konversiya zamanı müəyyən nitq hissəsinə
aid söz həmin nitq hissəsi ilə bütün semantik və qrammatik
əlaqələrini itirərək yeni bir nitq hissəsinə keçir. Alimin fikrincə,
“bu zaman əsasən feillər və sifətlər substantivləşir [10, 69-70].
Bu zaman çoxlu insan adları dilimizdə baş verən semantik
konversiyanın məhsuludur. Məsələn, belə adlara Solmaz, Sevər,
Sevil kimi substantivləşən feilləri, Sadiq, Şirin və s. kimi
substantivləşən sifətləri aid etmək olar. Misallardan da
göründüyü kimi, Azərbaycan dilində hər dörd növ konversiya
geniş yayılmışdır.
C.Cəfərov qeyd edir ki, mübtəda isimlə deyil, başqa nitq
hissələri ilə ifadə olunduqda həmin nitq hissələri ismi, təyin
sifətlə deyil, başqa nitq hissələri ilə işləndikdə onlar sifəti, eləcə
də zərfliklər zərflərlə deyil, başqaları ilə ifadə olunduqda zərfləri
xatırladır [17, 7]. Fikrimizcə, bu doğru yanaşmadır. Belə ki,
məhz bu zaman nitq hissələrində keçid baş verir. Nitq
hissələrində keçid baş verdiyindən sözlər keçdiyi nitq hissəsinin
qrammatik xüsusiyyətlərini daşıyır. Bəzi dilçilər müasir
Azərbaycan dilində müəyyən bir nitq hissəsinin başqa bir nitq
hissəsi vəzifəsində işlənə bildiyini qeyd edir və bununla da
həmin vəzifədə işlənərək onun ilk mənsub olduğu nitq hissəsinin
funksiyasını saxladığını vurğulayırlar. Belə bir araşdırmaya
Q.Talıbovun əsərlərində rast gəlinir. Onun fikrincə, sifət zərf
vəzifəsində işləndikdə öz leksik mənasını (sifətliyini) saxlayır
[47, 184]. Bəzi hallarda bu fikir özünü doğrultmur. Çünki biz pis
insan ̶ pis oxumaq birləşmələrini müqayisə etsək, burada
adverbiallaşma baş vermişdir və keçid zamanı ismə aid olub
əlamət bildirən sifət, tərz mənasını ifadə edən zərfə konversiya
etmişdir.
“Müasir Azərbaycan dilində öz müstəqil mənasına,
morfoloji əlamətinə və sintaktik roluna görə qruplaşan söz
sinifləri nitq hissələri adlandırılır” [32, 16]. Sözün müstəqil
mənası dedikdə dilçilikdə leksik-qrammatik məna başa düşülür.
Hər hansı bir söz ifadə etdiyi leksik mənayla yanaşı, qrammatik
63
mənaya malik olur. Qrammatik məna qrammatik formalarla
meydana çıxır. Qrammatik formalar birliyi hər bir dilin
qrammatik kateqoriyalar sistemini təşkil edir. Yəni müasir
Azərbaycan dilində nitq hissələrinin təsnifində həm morfoloji,
həm də sintaktik prinsiplər nəzərə alınır və bu dildə konversiya
vasitəsilə başqa qrammatik sıraya daxil olan söz özünəməxsus
morfoloji və sintaktik xüsusiyyətlərə malik olur. Məsələn,
substantivləşmə zamanı sifətlər artıq cümlədə mübtəda və
tamamlıq kimi sintaktik funksiya daşıyır, eləcə də yeni morfoloji
xüsusiyyət kimi o artıq ismə məxsus sözdəyişdirici şəkilçiləri
qəbul edir. Eyni zamanda substantivləşən sifətlər əlamət və
keyfiyyət mənasıyla yanaşı, əşya və şəxs mənasını da ifadə edir.
Yəni nitq hissələrinin təsnifində əsas hesab edilən xüsusiyyətlər
özünü yaranan yeni sözdə büruzə verirsə, deməli tamamilə
başqa bir nitq hissəsinə keçid baş verir. “Ümumiyyətlə, hər bir
nitq hissəsi özünün əsas kateqorial xüsusiyyətlərini yalnız
təhkim olduğu cümlə üzvü vəzifəsində işləndikdə tam büruzə
verə bilir” [17, 4].
Dilçilərdən bir çoxu hər hansı bir nitq hissəsinin başqa
cümlə üzvləri vəzifələrində işləndikdə ona xas əlamətlərdən ən
azı birində müəyyən dəyişiklik baş vermə fikrinin tərəfdarıdırlar
(Ə.Dəmirçizadə, C.Cəfərov və s.). Bu fikir təqdirəlayiqdir.
Məsələn, isim təyin vəzifəsində işləndikdə biz əşya məzmunun
əlamət məzmunu ilə qarışdığının şahidi ola bilərik.
Azərbaycan dilinin omonimlər lüğətində dilimizdəki
omonimlər aşağıdakı xüsusiyyətlərinə görə müəyyən edilir: “1)
dil vahidlərinin omonimlik xarakterinə; 2) qrammatik formaların
uyğunluğuna; 3) mənşəyinə; 4) əmələ gəlmələrinə; 5) morfoloji
quruluşuna; 6) omonimlərin tərkibcə bölgüsünə; 7) mənalarına
görə” [31, 24]. Bəzən dilçilk ədəbiyyatlarında konversiya
nəticəsində mənalarına görə funksional, bəzən də
leksik-qrammatik omonimlərin yaranması barədə fikirlər də əks
olunur. “Funksional omonimlər müxtəlif nitq hissələrinə aid
edilir, sintaktik funksiyası da müxtəlif olur. Leksik-qrammatik
omonimlərə təsadüfi uyğunluq ilə üst-üstə düşən müxtəlif nitq
64
hissələrinə məxsus sözlər də aid edilir” [31, 25-31]. Y.Seyidov
bu münasibətdə qeyd edir: “N.K.Dmitriyev türk dillərində bir
sıra sözlərin nitq hissələri baxımından ikili, hətta üçlü
xüsusiyyətini qeyd edir: “Türk dilində xeyli söz qrupları var ki,
öz mahiyyətinə görə bir nitq hissəsi çərçivəsinə sığmır, iki,
yaxud hətta üç kateqoriya arasında keçid qütblərində dayanır: 1)
isim-feil, 2) feil-isim, 3) isim-sifət, 4) sifət-isim, 5) sifət-zərf, 6)
isim-sifət-zərf, 7) zərf-sifət-isim. Burada yalnız eyni sözlər
deyil, omonimlər də (məs.: iç-iç) nəzərdə tutulur ki, bu cəhətin
həmin məsələyə dəxli yoxdur” [45, 116]. Burada alim keçid
prosesinin müəyyən məna çalarlığı ilə bir-birinə bağlı olan söz
qrupları arasında olduğunu, müəyyən təsadüfi fonetik uyğunluğu
olan omonim sözlərdə isə heç bir konversiya hadisəsinin baş
vermədiyini demək istəyir. Amma müxtəlif nitq hissələrinə aid
olub, bir-birindən leksik və qrammatik mənalarına görə
fərqlənən leksik-qrammatik omonimlər arasında da tarixən nitq
hissələrinin bir-birinə keçməsi ilə yaranan sözlərə də rast
gəlmək olur. Məsələn: sifət-isim-ağ-ağ, göy-göy, sifət-zərf
-təzə-təzə və s. Bu sözlər Azərbaycan dilinin omonimlər
lüğətində də leksik-qrammatik omonimlərə aid edilir [31, 31].
S.Cəfərov bunun haqqında yazır ki, isimlərin atributivləşməsi
yolu ilə əmələ gəlmiş bəzi sifətlərin dilimizdə yenə də
substantivləşərək yeni isimlər əmələ gətirdiyi də müşahidə
edilir: məsələn, ağ-vaxtilə yas mənasında (isim), ağ-əşyanın
rəngi(sifət), ağ-bez(isim), Göy- səma (isim), göy-əşyanın rəngi
(sifət), göy-göyərti(isim) [19, 144].
Amma burada biz müəyyən təzadlı fikirlərə də rast gələ
bilərik. Məsələn, V.Aslanovun fikrincə, omonimlər yalnız
fonetik cəhətdən üst-üstə düşən deyil, həmçinin eyni nitq
hissələrinə aid sözlər hesab edilir. Əgər səslənməyə görə
tamamilə eyni olan sözlər, başqa nitq hissələrinə aiddirsə, onda
omonimlər deyil, omoformlar alırıq. Bu prinsipə əsaslansaq,
türk dillərində çox az omonim, amma çoxlu sayda omoformlar
var [12, 213]. V.Aslanova görə, yazılı abidələrimizdə daha çox
müxtəlif nitq hissələrinə aid omoformlara rast gəlinir. O, belə
65
omoformlardan biri olan “göy” sözünü belə izah edirdi:
“Göy//gög sözünə qalsa, metonomiya nəticəsində “mavi”
rənginin adı, astronomik söz olan “səma” adına köçürülüb. Bu
onunla izah edilir ki, o, yəni səma mavi rəngdədir. Burada biz
artıq omonim deyil, omoformlardan danışırıq. Birinci halda
“gög” sifət kimi, ikincidə isə isim kimi çıxış edir” [12, 217].
Göründüyü kimi, Azərbaycan dilində nitq hissələrində keçid
prosesi hələ tarixən əvvəlki illərdə vüsət almış və dilimizə bu
prosesin nəticəsi kimi bir çox yeni mənalı sözlər daxil olmuşdur.
Amma bu söz cütlüklərin omonimlərə aid edilib - edilməməsi
hələ də öz həllini tapmamışdır. Belə sözlər, fikrimizcə,
leksik-qrammatik omonimlərə aid edilməlidir. Leksik yolla
omonimlər nitq hissələrinin bir-birinə keçməsi ilə də əmələ
gəlir. Söz bir nitq hissəsindən başqasına keçəndə əksərən öz
fonetik formasını saxlayır, lakin əvvəlki leksik və qrammatik
mənalarını ya qoruyub saxlayır, ya da itirir. Dilimizdə əsasən
sintaktik, semantik-sintaktik konversiya nəticəsində lek-
sik-qrammatik omonimlər yaranır.
Buna görədir ki, S.Abdullayeva konversiyada həm se-
mantik, həm də funksional amillərin nəzərə alınmasının vacib-
liyini vurğulayır, fikirlərini konkret misallarla əsaslandırmağa
çalışır [5, 19].
Azərbaycan dilində konversiyanın struktur-semantik
növlərindən ən çox substantivləşmə tədqiq edilmişdir. Bu isti-
qamətdə B.Məmmədov, M.Adilov, Ə.Cavadovun tədqiqatları
daha maraqlıdır. Substantivləşməni semantik sözdüzəltmə üsulu
hesab edən M.Adilov və Ə.Cavadov Azərbaycan dilində onun
çox geniş yayıldığını, sözün substantivləşməsi zamanı əşyalıq
mənası kəsb etdiyini, ismin bütün morfoloji və sintaktik
xüsusiyyətlərini qəbul etdiyini qeyd edirlər [6, 88]. Ümumiy-
yətlə, Azərbaycan dilində substantivləşmə hadisəsi flektiv
dillərə nisbətən geniş yayılmışdır. Bu da Azərbaycan dilinin
aqlütinativ quruluşa malik olması, ismin qrammatik kateqo-
riyalarının geniş işlənməsindən irəli gəlir. Müasir Azərbaycan
dilində sifət, say, feili sifət, zərflərin substantivləşməsinə aid
66
istənilən sayda misallara rast gəlmək olar. Müasir Azərbaycan
dilində hətta müxtəlif söz qruplarının da substantivləşməsinin
şahidi olmaq olar. Məsələn, dilçilərdən K.Hacıyev qeyd edir:
“Başqa nitq hissələri kimi vokativ sözlər də bir sıra hallarda
kökdən və şəkilçilər vasitəsilə substantivləşir. De, deyib, deyə,
deyə-deyə sözləri ilə işlənəndə vokativ söz kökdən substantivləşir:
Heç kəsin toyuğuna ömrümdə “kiş” demədim. (B.Vahabzadə)
Müəyyən üslubi məqamda cəm şəkilçisi vasitəsilə vokativ sözlər
substantivləşir: O qulaqlarını çəkib tez-tez dedi: Kiş-kişlər olsun,
kiş-kişlər olsun (İ.Ələkbərzadə)” [29, 129]. M.Adilov və
Ə.Cavadov substantivləşməni belə qruplaşdırırlar: “daimi və
müvəqqəti substantivləşmə. Daimi substantivləşmə müəyyən sözün
məlum olan hallarda substantivləşməsi, mətn və ya şəraitlə müəy-
yənləşən sözlərin yaranması halı isə müvəqqəti substantivləşmə
adlanır” [6, 89]. Amma C.Cəfərovun fikrincə, substantivləşmə
özü keçid prosesidir, keçid prosesinin isə tam və müvəqqəti
növü ola bilməz. Bu prosesin özü tamamilə müvəqqəti halı əks
etdirir [17, 9]. Substantivləşmə Azərbaycan dilində bəzən
leksik-sintaktik-morfoloji üsul adlandırılır. Bu üsulla müxtəlif
nitq hissələrinə məxsus sözlərin zahiri formalarını dəyişmədən
isim qrupuna keçdiyi qeyd olunur [42, 92].
Bəzən Azərbaycan dilində konversiya yalnız nitq
hissələrinin müxtəlif cümlə üzvü vəzifəsində işlənməsi ilə
məhdudlaşdırılır. Amma konversiyanı nitq hissələrinin müxtəlif
cümlə üzvləri vəzifəsində işlənməsi kimi sintaktik hadisə ilə
məhdudlaşdırmaq olmaz. Azərbaycan dilində leksik-qrammatik
hadisə adlandırılan konversiyanın bir çox özəllikləri də vardır.
Belə ki, sözün bir nitq hissəsindən digərinə keçməsi zamanı
sözlər keçdikləri nitq hissəsinin qrammatik göstəricilərini
qazanır. Eləcə də, belə sözlər cümlədə başqa nitq hissələri ilə
birgə ahəng yaradır. Buna Azərbaycan dilində ən çox sifət, say
və əvəzliyin adverbiallaşmasında rast gəlinir. Belə ki, bu zaman
sözlər isimdən ayrılaraq feildən qabağa keçib, əşyaya deyil,
hərəkətə aid olur. Azərbayca dilinə aid qrammatika kitablarında
eyni sözün müxtəlif nitq hissələrinə aid edilməsi faktları ən çox
67
bu nümunələrdə öz əksini tapır: 1) daş, dəmir-isim, sifət ; 2)
axşam, gecə, səhər-isim, zərf ; 3) az, xeyli-say, zərf ;4)
deməli-feil, modal söz və s.
Artıq irəlidə qeyd etdiyimiz kimi Azərbaycan dilçilə-
rindən bəziləri bu sözlərdən bir qisminin yalnız bir nitq hissəsinə
aid edilməsinin tərəfdarıdırlar. Məsələn, Y. Seyidov yaxşı, pis
sözlərini yalnız sifətə, az, çox, xeyli sözlərini saya, ora, bura
sözlərini əvəzliyə, əvvəl, sonra sözlərini zərfə, demək, deməli
sözlərini isə feilə aid edir. Alim bütün bunları nitq hissələrinin
təşəkkül tarixi ilə izah edir. O qeyd edir: “Dildə kök sözlər çətin
yaranır. Bu çətinlik başqa sözyaratma vasitələri hesabına
ödənilir: əcnəbi dillərdən söz alınır—bu daha çox isimlərdə olur;
şəkilçilər vasitəsilə sözləri əlaqələndirmək yolu ilə yeni sözlər
(düzəltmə və mürəkkəb sözlər) alınır; söz formaları substan-
tivləşmə, atributivləşmə, adverbiallaşma yolu ilə öz rollarını
dəyişərək, əsillərindən uzaqlaşıb yeni mövqe qazanır və bu
mövqedə sabitləşir” [45, 124-125]. Y.Seyidov burada belə
sözləri yalnız əvvəl hansı nitq hissəsində işlənirdisə, elə o cür də
adlandırır. Sadəcə olaraq belə prosesin müəyyən nitq hissəsində
sabitləşən sözlərin konkret nitq şəraitində başqa nitq hissələri
sahəsinə aid mövqedə istifadə məcburiyyətindən irəli gəldiyini
göstərir. Eləcə də, Ə.Dəmirçizadə, Z.Tağıyev, A.Həsənov,
B.Xəlilov, F.Zeynalov Azərbaycan dilində işlənən daş, dəmir
kimi sözlərin təyin funksiyasında işlənəndə belə, yenə isim
olaraq qəbul edirdilər. Ə.Dəmirçizadə daş ev, daş divar kimi
birləşmələrdə “daş” sözünün təyinedici olsa da, yenə isim
olaraq qalmasını, eləcə də “Yaxşı şagird yaxşı oxuyur.” cümlə-
sindəki “yaxşı” sözlərinin hər ikisini sifət olmasını qəbul edir
[20, 45-46]. Halbuki birinci halda o vəzifəcə təyin, ikinci halda
isə zərflikdir
Yuxarıda adlarını çəkdiyimiz alimlərin konversiyanın
struktur-semantik növlərindən biri olan adyektivləşməni sifətləş-
mə deyil, sadəcə olaraq, isim və ya başqa nitq hissələrinin təyin
funksiyasında işlənməsi kimi qəbul etməsi onların tam olaraq
sifətin qrammatik xüsusiyyətlərini qəbul etməməsi və əvvəlki
68
nitq hissəsinə məxsus bəzi qrammatik göstəricilərinə mənsub
olması ilə izah edirlər. Doğrudan da, bu belədir. Məsələn, dəmir
qapı misalına baxaq. Burada dəmir sözünə hal şəkilçisi artırmaq
olar. Bu sözün əvvəlinə sifətin üstünlük dərəcəsini bildirən ən,
daha və s. ədatlarını artırmaq olmur. Sifətlərin özünəməxsus
morfoloji əlamətinin olmaması onları isimlərlə eyniləşdirməyə
heç də əsas vermir, çünki isimlər əşya və əşyalıq bilidirən sözlər
olduğu halda, sifətlər həmin əşyaların əlamətini, keyfiyyətini və
s. bildirir. Azərbaycan dilində konversiya hadisəsi sözlərin tam
olaraq mənsub olduqları nitq hissələrindən kənara çıxmasına
gətirib çıxarmır. Nitq hissələri sahəsində keçid hadisəsini
“sintaktik derivasiya” və ya “sintaktik konversiya” adlandıran
C.Cəfərovun fikrincə, bu zaman sözlərdə həm mənsub olduqları
nitq hissəsinin xüsusiyyəti, həm də özləri üçün ikincidərəcəli
hesab olunan üzvün əsas ifadə vasitəsi hesab olunan nitq
hissəsinə aid xüsusiyyətlər özünü büruzə verir [17, 8].
Substantivləşmə zamanı həmişə xalis isim alınmır. İsimləşən söz
öz əvvəlki nitq hissəsinə məxsus əlamətlərini saxlayaraq, əlavə
olaraq əşyalıq xüsusiyyəti kəsb edir. F. Zeynalov Azərbaycan
dilində konversiya zamanı xalis bir nitq hissəsinə məxsus sözün
yaranmadığını deyir. Bunun yalnız okkazional xarakter daşı-
dığını göstərir [52, 123].
Müasir Azərbaycan dilində biz nəinki əsas nitq hissə-
lərinin bir-birinə konversiya etdiyinin, həmçinin feil
formalarının ismə, sifətə, zərfə keçdiyinin də şahidi ola bilərik.
Bu sahədə M.Əsgərov, İ.Əhmədov, C.Cəfərovun araşdırmaları
maraq doğurur. Konkret şəkilçilər vasitəsilə düzələn bu feil
formaları hərəkət məzmununa malik olan sözləri ikinci dəfə həm
mücərrəd əşya, həm ismi, həm feili əlamət kimi təqdim edə
bilər, həm də bu mənalardan yalnız birini və ya ikisini yarada
bilər [28, 63]. M.Əsgərov okkazional olaraq müxtəlif nitq
hissələrinin xüsüsiyyətlərini daşıyan feil formalarından:
substantiv, adyektiv, adverbial, substantiv-adyektiv, substantiv--
adyektiv-adverbial feil formaların adlarını çəkir və onları
feillərdə ikinci təqdimat kateqoriyaları hesab edir [28, 92].
69
Bildiyimiz kimi, feillərin hamısı deyil, yalnız müəyyən şəkil-
çiləri qəbul etmiş qismi - feili sifətlər adyektivləşir. Həmçinin
feili bağlamalarının bir tərəfdən əsas nitq hissəsi olan zərfə,
digər tərəfdən köməkçi nitq hissəsi olan qoşmaya çevrilməsi
halları həmin kateqoriyanın özünün daimi inkişaf prosesi keçir-
miş olduğunu sübut edir. İ.Əhmədovun fikrincə, Azərbaycan
dilində feili bağlamaların zərfləşməsi nəticəsində müxtəlif
mənalı (tərzi-hərəkət, zaman, məqsəd, səbəb, kəmiyyət, dərəcə,
qarşılaşdırma) zərflər yaranır. Feili bağlama zərflərinin
əksəriyyəti tərzi-hərəkət zərfləri kimi çıxış edir [25, 24].
Biz konversiyaya tabeli mürəkkəb cümlələrin
komponentlərinin sadələşərək ara cümləyə keçməsini də aid edə
bilərik. Çünki bu zaman da dildə müəyyən çevrilmə baş verir.
Bu çevrilmə cümlənin quruluşca daha da sadə quruluş almasına
gətirib çıxarır. Ə.Abdullayev bu haqda danışarkən yazır ki,
zaman keçdikcə, danışıqda bu cəhət daha da inkişaf edir; baş
cümlə olmaq keyfiyyəti yavaş-yavaş azalır, münasibət ifadə
etmək keyfiyyəti çoxalır və nəhayət, üstün gəlir. Beləliklə, baş
cümlə əvvəlcə ara cümlə keyfiyyəti alır, sonralar isə vahid
forma qazanıb, ara sözə çevrilir. Daha sonra isə həmin söz nitq
hissəsi kimi də keyfiyyət dəyişikliyinə məruz qalır və digər nitq
hissəsinin xasiyyətini kəsb edir; yəni o modal sözə, ədata və ya
digər nitq hissəsinə, hətta ən kiçik morfemə belə keçə bilir [1,
401]. Belə konversiya hallarına budaq cümlənin transformasi-
yaya uğraması zamanı da rast gələ bilərik. Ən çox Azərbaycan
dilində şərt və qarşılaşdırma tabeli mürəkkəb cümlələrdə budaq
cümlə transformasiyaya uğrayaraq, ara cümlə vəziyyətinə keçir.
Ə. Abdullayev bu səpkidə cümlələrə misal olaraq aşağıda qeyd
etdiyimiz ara cümlələri göstərmişdir: “qısa desək, yumşaq desək,
başqa cür desək, başqa cür demiş olsaq, başqa sözlə desək, belə
demək olarsa, vicdanla desək, təbiri caizcə və s.” [400]. Çoxlar-
ımız tərəfindən istifadə etddiyimiz modal sözləri Z.Əlizadə on-
ların müxtəlif nitq hissələrindən törəmələrinə görə aşağıdakı
qruplara bölür:
1. Adlardan törəyən modal sözlər;
70
2. Feildən törəyən modal sözlər .
Eləcə də o, adlardan törəyən modal sözlərin özlərinin də
isimlərdən, sifətlərdən, saylardan, əvəzliklərdən, zərflərdən
törəndiyini yazır [27, 70]. Z.Əlizadə isimlərdən törəyən modal
sözlərə qərəz, gərək, güman, həqiqət və s, sifətdən törəyənlərə
sözsüz, şübhəsiz, müxtəsər və s, əvəzlikdən törəyənlərə nə isə,
belə, elə, məncə, səncə və s, zərflərdən törəyənlərə doğrudan,
yəqin və s, saylardan törəyənlərə bir, bircə, üçüncü və s. modal
sözləri misal gətirir [27, 71]. Nitq hissələrindən əmələ gəlmiş
modal sözlər artıq ismə, feilə, sifətə, zərfə xas olan əşyalılığı,
əşyanın əlamətini, əlamətin əlamətini, hərəkətin tərzini və s.
ifadə etmək qabiliyyətini itirir. Daha doğrusu, bu nitq
hissələrinin semantik xüsusiyyətləri itirilmiş olur. Yəni başqa
nitq hissələrindən yaranan modal sözlər semantik, sintaksis və
morfoloji cəhətdən nə isim, nə sifət, nə də ki, feil ola bilməz.
Konversiya başqa dillərdə olduğu kimi Azərbaycan
dilində də nəinki morfologiyada nitq hissələri sahəsində keçid
kimi başa düşülür, eləcə də bu hadisənin sintaksis və leksikada
rast gəlindiyi də dilçilər tərəfindən işıqlandırılır. Amma ingilis
və rus dillərindən fərqli olaraq bu barədə dilçilik əsərləri və
məqalələrə az rast gəlmək olar. Qeyd etdiyimiz kimi, F.Veysəlli
bu dil hadisəsinin leksikada izahını ikiyerli predikat arasındakı
qütbləşməni göstərən semantik qarşılaşmadakı münasibət
olduğunu vurğulayır. Bunu o ekvivalentlik əlaqəsi də adlandırır.
“Azərbaycan dilində əksər dillərdə olduğu kimi cümlənin
sintaktik strukturunun aparıcı komponenti predikatdır. Predikat
leksemin bir neçə başqa elementlərlə qarşılıqlı əlaqə əlamətinə
görə onlar sıfır yerli (avalent), bir yerli (monovalent) və çoxyerli
(polivalent) predikatlara bölünür. Müxtəlif dil materiallarının
təhlili göstərir ki, sıfır yerli predikatlar atmosfer vəziyyətini, bir
yerli predikatlar hərəkəti, əlaməti, çoxyerli predikatlar isə digər
münasibətləri ifadə edir ” [50, 20]. F.Veysəlli yazır ki, iki ifadə
məhz o zaman məntiqi cəhətdən ekvivalent olur ki, onların
denotasiyası eyni olsun. Bəzən onlara sinonim kim yanaşırlar,
ancaq sinonimlə ekvivalentlik fərqləndirilməlidir./x ordəkdir//,
71
/ördək quşdur//. Burada /ördək/ ümumi /quş / denotasiyasının bir
qismidir (hiponim), yəni aid olan anlamdır (hissənin bütövə aid
olması) [49, 111]. Buradan belə başa düşmək olur ki, iki ifadə,
cümlə eyni mənaya malikdirlərsə, onlar məntiqi cəhətdən
ekvivalentdirlər. Burada ekvivalent cümlələr dedikdə dilçi –
alim antonimlərin yer aldığı cümlələri nəzərdə tutur.
Azərbaycan dilində semantik qarşılaşmalar içərisində başqa
dillərdə olduğu kimi antonimlər xüsusi yer tutur. Ekvivalentlik
yaradan ifadələrin yerini dəyişəndə eyni əlaqələr ifadə olunur.
Sözün onun konversivi ilə leksik əvəzi sintaktik transformasiya
ilə bağlıdır. Bu zaman cümlənin leksik aktantları olan mübtəda
və tamamlıq yerlərini dəyişir. Məsələn, Azərbaycan dilində
leksikada baş verən konversiya hadisəsinə belə cümlələri misal
olaraq göstərmək olar:
Anar Nigarın qardaşıdır. → Nigar Anarın bacısıdır. Və
ya Qardaşı bacısından yaşlıdır. → Bacısı qardaşından cavandır.
Birinci cümlədə leksik konversivlər “qardaş-bacı” kimi qohumluq
bildirən sözlər, ikinci cümlədə isə “yaşlı-cavan” kimi sifətlərdir.
Ümumiyyətlə, Azərbaycan dilində başqa leksik konversiv-
lərə də rast gəlmək olar, məsələn, “aşağı-yuxarı”, “qarşı-arxa”,
“valideyn-uşaq”, “ata-oğul”, “satmaq-almaq” və s. Göründüyü
kimi, ekvivalent adlandırdığımız ifadələr, rus dilində olduğu kimi,
isim, feillər, həmçinin sifətlərə aid olur. Eləcə də Azərbaycan
dilində leksik konversivlərə sinonimləri də aid etmək olar. Bəzən
müəyyən ifadəni qüvvətləndirməkdən ötrü hər hansı bir sözün
əvəzinə onun sinonimi olan söz və ya hər hansı frazeoloji
ifadədən istifadə olunur. Sinonim cərgəyə daxil olan sözlərin
semantikası ya tipikləşdirməyə, ya təzad yaratmaya, ya da ki,
ifadəni qüvvətləndirməyə şərait yaradır. Sözün öz sinonimi ilə
əvəziylə yer alan leksik konversiyaya müxtəlif misallar gətirmək
olar. Məsələn, Oyunda mən ona qalib gəldim → Oyunu mən
qazandım. Burada “qalib gəlmək” ifadəsi “qazanmaq” sinonimi
ilə əvəz edilib. Amma rus dilində olduğu kimi Azərbaycan
dilində leksik konversiya zamanı subyekt və asılı sözlərlə
birlikdə olan obyektin avtomatik yerdəyişimi o qədər də yer
72
almayıb. Ümumiyyətlə, dilçilik ədəbiyyatlarında bu haqda
məlumatlara rast gəlmək olmur. Leksik konversiya dedikdə daha
çox antonimlərin yer aldığı ifadələr diqqəti çəkir.
Qrammatikada baş verən konversiya hadisəsi özünü
passiv, yəni feilin məchul növündə büruzə verir. Azərbaycan
dilinin qrammatikasına aid kitablarda feilin məchul növünə həsr
olunmuş bölümlərdə konversiya termininə rast gəlmək olmur.
Bu da aqlütinativ dillərə aid olan Azərbaycan dilində cümlədə
söz sırasının həm rus, həm də ingilis dilinin söz sırasından
fərqlənməsi ilə izah oluna bilər. Feil aktiv, yəni məlum növə,
passiv, yəni məchul növə çevriləndə , subyekt (mübtəda),
obyektlə (tamamlıqla) yerlərini dəyişir. Azərbaycan dilində
tamamlıq mübtədadan sonra yer aldığından məlum növdə olan
cümlə məchula keçərkən ekvivalent cümlələrdə subyekt-obyekt
əlaqəsində digər dillərdə olduğu kimi çox da böyük dəyişiklik
baş vermir. Məlumdan məchula keçid zamanı məlum növdə
tamamlıqla ifadə olunan patiens və ya resipient passiv
konstruksiyada mübtəda yerini tutur, agens isə öz növbəsində
mübtəda mövqeyini tərk edib, agentiv tamamlıq kimi meydana
çıxır. V.Sultanov qeyd edir: “Korrelyasiya təşkil edən aktiv və
passiv konstruksiyaların sinonimliyi nisbidir və mətn daxilində
biri digərini çox zaman əvəz edə bilmir” [46, 21].
Ə.Dəmirçizadə Azərbaycan dilində bütöv cümlənin bir
cümlə üzvü yerində işlənməsi barədə yazır: “Bütövlükdə başqa
bir cümlənin mübtədası vəzifəsində işlənilən cümləyə çevrilmiş
mübtəda deyilir. Çevrilmiş hər hansı bir üzvün mübtədasına
keçid mübtəda deyilir, məs: Bizim hər gün yeni bir qələbə
qazandığımız dünyaya məlumdur. Bu cümlədə bizim hər gün
yeni bir qələbə qazandığımız ifadəsi çevrilmiş mübtəda,
çevrilmiş mübtədanın tərkibindəki bizim mübtədası isə keçid
mübtədadır ki, yiyəlik şəkilçisi vasitəsilə çevrilmiş mübtədanın
ayrılmaz bir hissəsi olmuş və keçid xəbərə bağlanıb birləşmə
yaratmışdır” [21, 47]. Dilçi-alimin “çevrilmiş mübtəda”
adlandırdığı hal Azərbaycan dilində bütöv bir cümlənin feili
73
sifətə çevrilərək, onun da daha sonra isimləşməsini bir daha
sübut edir.
M.Şirəliyevin fikrincə, bağlayıcısız analitik tipli tabeli
mürəkkəb cümlə, bağlayıcılı tabeli mürəkkəb cümləyə keçə bilər
[176, 140]. Doğrudan da, dilimizdə belə hala rast gəlmək olur.
Məsələn, O inanmırdı, nə vaxtsa belə bir hadisəylə üzləşəcək. →
O inanmırdı ki, nə vaxtsa belə bir hadisəylə üzləşəcək. Bu
zaman cümlənin sintaktik quruluşunda da konversiya baş verir.
Azərbaycan dilində konversiya hadisəsi öz əksini daha
çox morfologiyada tapır. Nitq hissələri arasında keçid prosesi
dilçilikdə hərtərəfli tədqiq olunmuşdur. Sintaksis və leksikada
baş verən keçid hadisəsi o qədər də işıqlandırılmamışdır.
1.6. Müxtəlifsistemli dillərdə konversiyanın özəllikləri
Göründüyü kimi, konversiya özünəməxsus, dilin demək
olar ki, bütün səviyyələrində öz əksini tapmış dil hadisələrindən
biridir. Bu dil hadisəsi söz yaradıcılığının əsas vasitələrindən
biri kimi çıxış edərək, müxtəlifsistemli dillərdə yeni sintaktik
funksiyaya məxsus və morfoloji paradiqması ilə fərqlənən
sözlərin yaranmasına gətirib çıxarır. Bunula belə, sözlər sinfini
dəyişməklə substantivləşmə, adyektivləşmə, adverbiallaşma,
verballaşma, konyuksionallaşmaya məruz qalır. Söz yaradı-
cılığında konversiya haqqında danışarkən qeyd etmək lazımdır
ki, bu dil hadisəsi aqlütinativ dillərdən olan türk dillərində ,
eləcə də Azərbaycan dilində özünü ən çox leksik-semantik
səviyyədə büruzə verir. Dilimizdə, eləcə də digər türk dillərində
ən çox bir və ya iki köklü sözlərin konversiyaya məruz qalıb,
başqa nitq hissəsinə keçməsinin şahidi olmaq olar. Ana
dilimizdə hətta zaman keçdikcə tabeli mürəkkəb cümlələrin
komponentlərinin sadələşərək ara cümləyə keçməsinin şahidi
ola bilərik. Eləcə də bu prosesin davamlı olaraq modallaşma ilə
nəticələnməsi dilçilərin əsərlərində öz əksini tapmışdır. Məlum
olduğu kimi, Azərbaycan dilində konversiya söz yaradıcılığının
üsullarından biri kimi dilçilər tərəfindən hər hansı bir sözün öz
74
fonetik və morfoloji tərkibini dəyişmədən başqa söz sırasına
daxil olması kimi xarakterizə edilir (A.Axundov, M.Adilov,
Z.Verdiyeva, F.Ağayeva). Amma F.Veysəlli bu hadisənin
Azərbaycan dilində suffikslə də reallaşmasını qeyd edir [24,
354]. Bununla belə bu məsələ hələ də mübahisəli olaraq qalır.
Bəzi türk dilləri, məsələn, özbək, türk, tatar dillərində eləcə də,
flektiv dillərdən olan rus dilində bu dil hadisəsi morfoloji-sin-
taksis sözdüzəltmə üsulu da adlandırılır. Türk dillərindən fərqli
olaraq ingilis və rus dillərində bu sözdüzəltmə vasitəsilə dilin
lüğət tərkibi zaman keçdikcə zənginləşmişdir. Bü da həmin
dillərdə nitq hissələrinə məxsus morfoloji göstəricilərinin olma-
masından, yaxud azlığından irəli gəlir.
İngilis dilində konversiya hadisəsi zamanı əsas söz-
düzəltmə vasitələri paradiqma və onun başqa sözlərlə uyğun-
luğudur. Rus dilində isə kökün söz olması üçün bir çox hallarda
morfoloji göstəricilərə ehtiyac duyulduğundan geniş mənada
yalnız söz əsaslarının üst-üstə düşməsi də konversiyaya aid
edilir.
Həm türk dillərində, həm rus və ingilis dillərində kon-
versiyanın ən çox substantivləşmə, adyektivləşmə, adver-
biallaşma kimi növləri çox geniş inkişaf etmişdir. Bəzən
türkoloqlar tərəfindən okkazional xarakter daşıması qeyd olunan
konversiya hadisəsi bəzi mübahisəli məsələlərə gətirib çıxarır.
Bu məsələ bildiyimiz kimi, ən çox eyni sözün həm isim, həm də
sifət kimi və ya eyni sözün həm sifət, həm də zərf kimi
işlənməsində meydana çıxır.
İngilis və rus dillərində konversiya hadisəsinə xəbər
sintaqmasının nominativ sintaqma keçidini də aid etmək olar.
Məsələn, ingilis dilində She loves children. (O uşaqları sevir.)→
Her love for children (Onun uşaqlara sevgisi) və ya rus dilində
Она любит детей. (O uşaqları sevir.)→Ее любовь к детям
(Onun uşaqlara sevgisi).
Nəinki söz yaradıcılığı, eləcə də qrammatika, daha dəqiq
desək, sintaksisdə, həm də leksikada konversiya hadisəsinin baş
verməsi müxtəlifsisitemli dillər üçün xarakterik bir xüsu-
75
siyyətdir. Sintaksisdə öz əksini tapan konversiya zamanı
cümlədə subyekt və obyekt yerlərini dəyişir. Dilin bu
səviyyələrində yer alan konversiya hadisəsi ən çox özünü ingilis
və rus dillərində büruzə verir. Adlarını sadaladığımız flektiv
dillərin qrammatikasında eyni sözün müxtəlif formaları kimi
özünü göstərən məlum konstruksiyanın məchul konstruksiyaya
çevrilməsi sintaksisdə baş verən konversiyaya ən bariz bir
nümunədir. Məlum növdə olan cümlələrin məchul növdə olan
cümlələrə keçidi zamanı rus və ingilis dilində cümlə sırasında
baş verən böyük dəyişikliyi nə Azərbaycan, nə də başqa türk
dillərində müşahidə etmək olmur. Çünki bildiyimiz kimi,
qrammatik konversiya zamanı mübtədayla tamamlığın yerdəyişimi
baş verir. Dilçilərdən G.Buranov bu münasibətlə qeyd edir ki, SVO
(yəni mübtəda+xəbər+tamamlıq) kimi üçüzvlü struktur rus, ingilis
və türk dilləri sistemi üçün ümumi xarakter daşıyır. Bu dillərdə
obyekti vasitəli tamamlıq təşkil edir və onun iştirakı aktiv-passiv
transformasiyanı mümkün edir [70, 186].
G.Buranovun fikirlərində müəyyən çatışmazlıqlar var.
Çünki həm rus, həm də ingilis dilində nəqli cümlələrdə
tamamlıq cümlənin sonunda, türk dillərinin əksəriyyətində isə
ortada gəlir. Bu zaman bu dillərdə subyektlə obyektin yerdəyişi-
mi zamanı baş verən dəyişiklik arasındakı fərqi təsəvvür etmək
çətin deyil. Həmçinin türk qrupu dillərində, eləcə də Azərbaycan
dilində belə konstruksiyaların sinonimliyi nisbidir və mətn
daxilində məlum və məchul konstruksiyalarının bir-birini çox
zaman əvəz edə bilmir.
Ekvivalentlik əlaqəsi ilə bir-birinə bağlı olan cümlələrdə
leksik konversiya hadisəsinə də rast gəlinir. Sintaktik
transformasiyanın nəticəsi kimi dildə yer alan leksik konversiya
hadisəsi zamanı rus dilində subyekt və özündən asılı olan
sözlərlə birlikdə obyektin cümlədə yerdəyişimi baş verir. Bu
dəyişiklik həmçinin sözönü seçimi və hal sonluqlarında da
özünü göstərir. Məsələn, Рустам дал Андрею книгу. →
Андрей взял книгу у Рустама. Bu cümlədə давать (vermək) –
взять (almaq) sözləri leksik konversivlərdir. Leksik
76
konversiyaya məruz qalan cümlədə subyekt və obyekt yerini
dəyişib, həmçinin biz yerini dəyişən dil vahidlərinin hal
sonluqlarında baş verən dəyişikliyi də görə bilərik. Belə
nümunələri ingilis dilində də göstərmək olar. Eyni cümləni
ingilis dilinə tərcümə etsək, belə alınar: Rustam gave Andrey the
book. → Andrey took the book from Rustam. Göründüyü kimi,
cümlədə subyektlə obyekt yerini dəyişsə də, ingilis dilində
yiyəlik haldan başqa digər halların sözönülər vasitəsilə
reallaşdığından bəzi hallarda onların cümləyə əlavə olunmasının
şahidi oluruq. Eləcə də, dilin bu səviyyəsində baş verən konver-
siya hadisəsinə ingilis dilində ən bariz nümunə kvazitrans-
formasiya halı ola bilər ki, bu hadisəyə rus dilində də rast
gəlmək olar. Amma belə hallarda semantik əlaqədə müəyyən
dərəcədə fərq özünü büruzə verir.
F.Veysəllinin “ikiyerli predikat arasındakı qütbləşməni
bildirən semantik qarşılaşmadakı münasibət” kimi xarakterizə
edilən konversiya hadisəsi [24, 354], L.A.Novikovun “leksikada
baş verən konversiya hadisə” si kimi xarakterizə etdiyi
konversiyayla eyniyyət təşkil edir [125, 234]. Rus və ingilis
dillərində olduğu kimi Azərbaycan dilində belə konversiyanın
mövcudluğu, məzmunca söz qruplarından sayılan sinonimlərdən
çox antonimlərin yaranmasına gətirib çıxarır. Struktur cəhətcə
Azərbaycan dilində daha çox isim, sifət və feil konversivlərə
rast gəlmək olar. Məsələn, itirmək-tapmaq (feil konversiv),
kişi-qadın (isim konversiv) və s. Amma sifət konversivləri həm
rus dilində, həm də ki, Azərbaycan dilində müqayisə xarakteri
daşıyır. Məsələn, Stol stuldan böyükdürsə, stul stoldan kiçikdir.
Rus dilində belə hallarda sifət müqayisə dərəcəsində olur.
Məsələn, Я старше брата→ Брат моложе меня.
İngilis, rus, həm də türk və Azərbaycan dillərində ən çox
cümlələrin sintaktik quruluşlarında baş verən konversiya geniş
yayılmışdır. Həmin dillərdə baş verən bu keçid hadisəsi
transformasiya adlandırılır.
Bütün bunlar bir daha onu göstərir ki, flektiv dillər olan
rus və ingilis dillərində dilin lüğət tərkibi nitq hissələrinin
77
bir-birinə keçməsi ilə zənginləşmişdir. Konversiya bu dillərin
söz yaradıcılığının əsas üsullarından biri sayılır. Ekvivalentlilik
əlaqəsinin əsas sayıldığı sintaktik və leksik konversiya da bu
dillərin qrammatik quruluşunda özünü daha qabarıq şəkildə
göstərir. Eləcə də, bu dillərdə konversiyaya aid edilən
nominallaşma, cümlələrin transformasiyası da geniş yayılmışdır.
Azərbaycan dili də daxil olmaqla türk dillərində söz yaradıcılı-
ğında konversiyanın oynadığı rol danılmazdır. Amma bu
dillərdə sintaktik transformasiyanın nəticəsi olan leksik və
sintaktik konversiya flektiv dillərdə olduğu kimi dilin qram-
matik quruluşunda əhəmiyyətli rol oynamır. Bu sahənin ətraflı
araşdırılmasına hələ də böyük ehtiyac duyulur.
78
II FƏSİL
DİL SƏVİYYƏLƏRİNDƏ KONVERSİYA
2.1. Fonetik səviyyədə konversiya
Dil sisteminin yarımsistemləri olan müxtəlif səviyyələrdə
konversiya hadisəsi geniş müşahidə olunur. Bu səviyyələrdən
biri də fonetik səviyyədir. Fonetik səviyyədə konversiya
haqqında danışdıqda ilk əvvəl önə çəkiləsi məsələlər hərf və səs
tərkibi eyni olan sözlərdə vurğunun fərqlənməsi, eləcə də
fonetik hadisələr içində önəmli yerlərdən birini tutan səslərin
əvəzlənməsi və onların yerdəyişiminin müxtəlifsistemli dillərdə
konversiyaya aid edilib-edilməməsi problemidir.
Ə.Dəmirçizadə bu barədə yazır: “Azərbaycan dilində
səsdüşümü, səsartımı olduğu kimi, səslərin dəyişilməsi və əvəz
olunması hadisələri də vardır. Unutmamalı ki, bu hadisələr
yalnız sözlərə şəkilçi artırıldığı zaman deyil, bir sözdən yeni
mənalı başqa bir söz düzəltmə zamanı da özünü göstərir,
məsələn:
u → a→ uzun → uzanmaq
q → l→ alçaq → alçalmaq
I → a → sarı → saralmaq” [22, 123 ].
Akademik Axundov hesab edir ki, Azərbaycan dilində
flektiv dillərdə olan fonetik əvəzlənmə yoxdur. Onun fikrincə,
başqa türk dillərində olduğu kimi, ana dilimizdə də leksik
mənaların ifadə olunmasında dilimizdə monosemantik affikslər,
sözdüzəldici şəkilçilər əsas rol oynayır [8, 206]. Ana dilimizdə
səslərin əvəzlənməsi adlandırdığımız hadisə əslində özlüyündə
flektiv dillərdə rast gəlinən fonetik əvəzlənmə deyildir. Yuxarı-
dakı misallardakı sözləri quruluşlarına görə daha dərındən təhlil
etsək, onları kök və şəkilçiyə ayıra bilərik. Bununla da belə
hadisələr daha çox şəkilçi vasitəsilə sözdüzəltməyə yaxınlaşır.
Azərbaycan dilində başqa dillərdə rast gəlinən fonetik əvəz-
79
lənmənin olmaması haqqında A.Axundovun fikrini qəbul etmək
düzgün olardı.
Amma bu hal bəzi flektiv dillərdə fərqli olur. German dil
qrupuna daxil olan ingilis dilində həm sait, həm də samitlərin
əvəzlənməsi sözlərdə qrammatik dəyişikliklərə gətirib çıxarır.
Həmçinin bu fonetik hadisə dilin söz yaradıcılığında əhəmiyyətli
rol oynayır. Germanşünas A.İ. Smirnitski 1953-cü ildə dərc
olunmuş məqaləsində belə bir sualı ortaya qoyur: “Kon-
versiyanın səslərin əvəzlənməsi ilə əlaqəsi mümkündürmü ? ”
[157, 28]. Məqalədə dilçi tərəfindən müxtəlif növlü səs əvəzlən-
məsi nümunələri verilmişdir. Amma o belə nümunələrdən yalnız
sonu kar [s] kimi səslənən, “ev, bina” kimi tərcümə edilən
“house” ismi ilə, son samiti [z] kimi səslənən, “mənzillə təmin
etmək, yerləşdirmək” kimi tərcümə edilən “to house” oxşar söz
qruplarında konversiya halının olduğunu göstərir. Yəni,
A.İ.Smirnitskinin fikrincə, bu zaman sözdüzəltmə vasitəsi yalnız
sözün paradiqmasıdır. Səslərin əvəzlənməsi (samit səslərin)
qismən bir-birinə müvafiq olan isim və feilin fərqlənməsinə
xidmət göstərsə də, yenə də o paradiqmadan savayı xüsusi bir
sözdüzəltmə vasitəsi deyil. Bu onunla izah edilir ki, belə
əvəzlənmələr yalnız əsasların şəkillərinin dəyişilməsinin bir
anıdır və bu da verilən söz cütlüklərinin birinin paradiqmasının
xarakteristikasına daxildir. Yəni, qısaca, belə sözlər morfoloji
olaraq yalnız öz paradiqmaları ilə fərqlənir. Belə ki, burada eyni
bir sözün paradiqmasında istifadə olunan əvəzlənmə kimi hallar
yoxdur [157,29]. A.İ.Smirnitskinin konversiya halına aid etdiyi
söz cütlüklərinə ingilis dilində istənilən qədər rast gəlinir.
Məsələn, to use (istifadə etmək)-use (fayda), to advise (məsləhət
vermək)- advice(məsləhət) və s. Belə hal dilçilərdən
A.İ.Smirnitski və V.V.Passek tərəfindən konversiya halına aid
edilsə də, azərbaycanlı dilçilərdən olan M.Zeynallı və
K.Gözəlova, eləcə də rus dilçilərindən A.Kunin belə halları
ayrıca sözdüzəltmə modellərinə aid edirlər [188,75; 181,41].
Fikrimizcə, nəinki belə, hətta digər səs əvəzlənməsi hallarını
ayrıca sözdüzəltmə vasitəsi kimi xarakterizə etmək daha düzgün
80
olardı. Dilin əsas funksional-struktur vahidi olan hər bir söz
müəyyən səs kompleksindən ibarətdir. Əgər konversiya zamanı
söz bir nitq hissəsindən digərinə keçirsə, onda onun səs tərkibin-
də dəyişiklik olmamalıdır. Məsələn, Q.N.Babiç konversiyaya
məruz qalan sözləri müxtəlif nitq hissələrinə aid iki fonetik
cəhətcə eyni söz hesab edir [62, 46].
Amma yuxarıdakı hallarda bunun əksinin şahidi olmaq
mümkündür. Belə ki, bəzən Azərbaycan dilində bir sıra vurğu
vasitəsilə fərqlənən morfoloji omonimləşmiş söz qruplarına rast
gəlmək olur. A.Axundov sözdəyişdirici şəkilçilərin sözdüzəldici
şəkilçi ilə omonimlik münasibətində olduğu hallarda
sözdəyişdirici şəkilçilərin vurğu qəbul etməsini göstərir [8, 279].
Məsələn, -ma
2
inkar şəkilçisi ilə düzələn, vurğusu son hecanın
üzərinə düşən asma, basma, doğma sözləri ilə, feili isim şəkilçisi
ilə yaranan, ancaq vurğusu ilk hecaya düşən, ad bildirən eyni adlı
sözlər və s. Həmçinin dilçilərdən İ.Məmmədovun fikrincə, ana
dilimizdə omonimləşmənin bir yolu da şəkilçilərdə qrammatiklik-
dən (sözdəyişdiricilikdən) leksikliyə (sözdüzəltməyə) keçmə təşkil
edir. Məsələn: yatacaq (qəti gələcək zaman şəkilçisi) - yatacaq
(isim düzəldən şəkilçi), süzmə (isim düzəldən şəkilçi)-süzmə
(feilin inkar şəkilçisi)” [39, 44]. Bu söz cütlüklərinin yalnız
müəyyən bir qismini konversiyaya məruz qalan söz cütlüklərinə
aid etmək düzgün olar. Həmin sözlər etimiloji olaraq eyni
sözlərdir. Bu zaman qrammatika, eləcə də, leksikada formaların
mənalarından biri müəyyən inkişaf mərhələsində əsas mənadan
əlaqəsini kəsərək omonim səciyyəsi daşıyır. Etimoloji cəhətdən
eyni olmayıb, yalnız qrammatiklikdən leksikliyə keçmənin
nəticəsi olan, təsadüfi fonetik uyğunluq konversiyaya aid edilə
bilməz.
L.A.Pokrovskaya qaqauz dilində vurğunun nitq hissələri
arasında bir fərqlənmə vasitəsi olduğunu qeyd edir və onun
vasitəsilə aşağıdakı nitq hissələrini fərqləndirir:
“1. Omonim isim və zərfləri, məsələn, авшáм
“axşam”(isim) - áвшам “axşam”
(zərf), сабáа “səhər” (isim) - сáбаа “səhər”(zərf) və s.
81
2. Zəifləmiş mənalı sifət və zərflər; birinci halda – жа,
-жä affiksləri vurğulu,
ikinci halda isə vurğusuz olur, məsələn, гöзäлжä
“olduqca gözəl”; гöзäлжä
“gözəlcə”
3. Keçmiş zaman şəkilçili feillər və feilin hekayə şəklini
qəbul etmiş ad bildirən
sözlər. Məsələn, йазды
“o yazdı”- йàзды “yay idi”;
варды “o getdi”-вàрды
“var idi” [142, 80].
Y.Seyidov bu barədə yazır: “L.A.Pokrovskaya xeyli əvvəl
-1964-cü ildə çap etdirdiyi “Грамматика гагаузского языка”
əsərində maraqlı bir faktı qeyd edir. Yazır ki, qaqauz dilində
vurğusu son hecada olan axşam və gecə isimləri vurğusu birinci
hecaya keçəndə zərf our. Başqa türk dillərinə aid əsərlərdə belə
faktlar qeyd edilmir, Azərbaycan türk dilində belə proses
yoxdur” [45, 116].
Müasir ingilis dilində də bir qrup söz cütlükləri vardır ki,
səslənməsinə görə eyni olub, vurğunun yeri ilə fərqlənirlər. Bunlar
əsasən vurğusu ilk hecaya düşən isim və sifətlər və vurğusu son
hecaya düşən feillərdir. Məsələn, 'present (hədiyyə)-to pre'sent
(təqdim etmək), 'absent (iştirak etməyən)-to ab'sent (bir şeydən
yayınmaq, boyun qaçırmaq) və s. Bu hallar bəzi dilçilər tərəfindən
konversiya halına aid edilsə də (E.N.Bortniçuk, İ.V.Vasilenko,
L.P.Pastuşenko), bir sıra dilçilər tərəfindən vurğunun yerinin
dəyişilməsinin konversiyaya aid edilməsi təkzib edilir (A.İ.Smirn-
itski, M.Zeynallı və s.). A.İ.Smirnitski belə halın konversiyaya aid
olmamasını onunla izah edir ki, “vurğunun yerinin dəyişilməsi eyni
sözün formaarını fərqləndirmək üçün deyil, müxtəlif sözləri
fərqləndirmək üçün istifadə edilir ki, bu da konversiyaya ziddir”
[157, 17]. Həmçinin german dillərindən biri olan ingilis dilində
sözlərdə vurğunun yerinin dəyişməsi haqqında K.Gözəlova və
M.Zeynallı yazır: “Bu konversiyaya çox oxşayır. Amma bunun
bəzi əlavə xüsusiyyətləri var. Vurğunun yerini dəyişməklə bir nitq
hissəsi digərinə çevrilir. Sözlərin quruluşu eyni qalır” [188, 72].
,
'
'
82
Amma yuxarıda adı çəkilən dilçilərdən fərqli olaraq
E.N.Bortniçuk, İ.V.Vasilenko, L.P.Pastuşenkonun fikrincə,
konversiya zamanı törəmə sözdə vurğunun yeri dəyişmir. Amma
bəzi hallarda bu baş verə bilir. Əgər isim və ona omonim olan
feilin müxtəlif vurğu sistemləri varsa, deməli bu isimlər
feillərdən yaranmışlar. Belə sözlərə conduct, conflict, contrast,
convert, export, import və s. sözləri misal göstərmək olar [69,
100]. İngilis dilində nəinki sadə, hətta mürəkkəb sözlərdə də
vurğunun yerinin dəyişməsinə rast gəlmək olar. Belə mürəkkəb
feillər iki vurğu qəbul etsə də, ona uyğun mürəkkəb isimlər bir
vurğu qəbul edir və o da ilk hecaya düşür. Məsələn, to 'black
'out (kölgədə qoymaq, ört-basdır etmək) — 'blackout (huşunu
itirmə, tutqunlaşdırma) [6-61], to 'over 'flow (daşıb tökülmək)
—'overflow
1) daşqın, sel 2)artıqlıq, çoxluq, bolluq [6-441].
E.N.Bortniçuk, İ.V.Vasilenko, L.P.Pastuşenko belə söz
cütlüklərinin eyni sözdən yarandığını qeyd edirlər. Onların
fikrincə, lüğətlərdə tez-tez belə sözlərin müxtəlif vurğu sistemi
ilə verilməsinin şahidi olmaq olar. Bu da dildə yeni sözün
yaranması və inkişafı ilə əlaqəlidir [69, 99].
Fikrimizcə, ingilis dilində vurğunun yerinin dəyişilməsi ilə
sözün bir nitq hissəsindən digərinə keçməsi özlüyündə
konversiyanı əks etdirir. Çünki sözlərə nəzər saldıqda görürük
ki, onlar etimoloji olaraq eyni olan sözlərdir. Bu tipli söz
cütlükləri nəinki fonetik səviyyədə, hətta leksik-semantik
səviyyədə konversiyaya məruz qalır. Belə ki, bu sözlər bir
kökdən ibarət olur və başqa bir nitq hissəsinə keçməklə həmin
nitq hissələrinin qrammatik xüsusiyyətlərini qazanır. Konversiya
prosesində həmin sözlər bəzən fərqli leksik mənalar əldə etmiş
olur. Bunu yuxarıdakı nümunələr bir daha təsdiq edir.
Sözün bir nitq hissəsindən digərinə transformasiyası za-
manı onun fonetik xüsusiyyətlərinin də dəyişməsini vurğulayan
V.N.Miqirin qeyd edir ki, rus dilində müstəqil mənalı sözlərin
modal ifadələrə keçidi zamanı onların fonetik tərkibi ixtisara
məruz qalır. Məsələn, молвит—мол, не бойся—небось,
83
видишь—ишь. Bəzən vurğunun dəyişilməsi də müşahidə edilir:
'наголову—на'голову,'насмерть—на 'смерть, бе'гом—'бегом,
'нехотя—не хот'я və s. Bəzi " - т " sonluqlu feili sifətlərin
adyektivləşməsi zamanı vurğu əsasdan sonluğa keçir. Digər
hallarda əsas sözlərin köməkçi sözlərə keçidi müstəqil vurğunun
itməsi ilə müşayiət olunur [132, 163]. Amma V.N.Miqirin və
E.S.Kubryakovanın konversiyaya aid etdikləri, motivləşmiş
sözün sıfır morfem şəklində konversiya növü böyük rus dilçisi
V.V.Vinoqradov tərəfindən konversiya yox, morfoloji
sözdüzəltmə vasitəsinin “fonetik-morfoloji-suffiksiz növü”
adlandırılır. Tədqiqatçı bu sözdüzəltmə üsulu üçün samit
əsasının əvəzlənməsi və ya yumşalması, eləcə də vurğunun
köçürülməsi hallarının xarakter olduğunu qeyd edir [74, 3].
V.V.Vinoqradov, E.S.İstrina, S.Q.Barxudarov rus dilində
feili sifətlərin sifətlərə keçidi zamanı vurğunun yerinin
dəyişməsinin yalnız leksik mənanın fərqliliyinin göstəricisi
deyil, eləcə də feili sifətin sifətdən də fərqlənməsinin göstəricisi
olduğunu göstərirlər. Məsələn, приб'лиженный (feili sifət) —
прибли'женный (sifət), ун'иженный (feili sifət) — уни'женный
(sifət) və s. [76, 522]. Bu dildə fonetik səviyyədə konversiya
özünü nəinki adyektivləşmədə, eləcə də adverbiallaşmada da
açıq-aydın göstərir. Belə ki, feili bağlamaların adverbiallaşması
zamanı, vurğu əvvəlkindən fərqli olaraq əsas üzərinə, feili
bağlamalarda isə fleksiya üzərinə düşür. Məsələn, 'молча
(dinməz-söyləməz)— мол'ча(susaraq).
Dillərin tipoloji təsnifi zamanı diqqəti çəkən dil
qruplarından biri də kök və ya amorf dillərdir. A.Babayev
“köksözlü dillər” adlanan bu tip dilləri 2 qrupa bölür:
“1) Çin-tay dilləri qrupu; 2) Tibet-Birma dillər qrupu.
Bu dillərdə sözlər şəkilçi və qoşmalardan məhrum,
köklərdən ibarətdir. Amorf dillərdən ən çox çin dili geniş areala
malikdir” [16, 447]. Göründüyü kimi, belə dillərdə şəkilçi çox
az olduğundan sözlərin mənası onun cümlədəki vurğusu ilə,
qrammatik əlaqələr də ən çox fonetik və sintaktik vasitələrlə
həyata keçirilir.
84
V.İ.Qorelov çin dilində konversiyanı “morfoloji transpo-
zisiya” adlandıraraq qeyd edir ki, konversiya halına vurğunun
dəyişilməsi və səsin reduksiyası halları aid edilmir. Belə
sözdüzəltmə vasitəsi çin dilində “fonetik-morfoloji sözdüzəltmə
üsulu” adlandırılır. Bu zaman dildə sözlərin səslənməsində olan
fərqlər başqa mənalı leksik vahidlərin yaranmasına gətirib
çıxarır. Yeni yaranan söz yarandığı leksik vahidlə birlikdə dildə
fəaliyyət göstərir. Beləliklə, bu sözlər müxtəlif səslənmə və
mənaya malikdirlər. Eləcə də onları eyni qrafik forma birləşdirir.
Məsələn, huāf 'ei (xərcləmək,işlətmək, sərf etmək)- huāfei (xərc,
məsarif) və ya g'anshi (işləmək)- gānshi (işçi) və s.” [84, 100].
Fonetik səviyyədə baş verən konversiya hadisəsinə inkorporlaşan
dillərdə rast gəlmək olmur.
Göründüyü kimi, fonetik səviyyədə konversiya ən çox
flektiv dillərdə və aqlütinativ dillərdən sayılan bəzi türk
dillərində özünü büruzə verir. Bu da sözün bir nitq hissəsindən
digərinə keçidi zamanı onun vurğusunun yerinin dəyişməsi kimi
müşahidə olunur. Amma daha əvvəl də qeyd etdiyimiz kimi, bu
səviyyədə yer alan konversiya hadisəsi bir çox dilçilər
tərəfindən “fonetik –morfoloji sözdüzəltmə” kimi xarakterizə
edilir. Fikrimizcə, flektiv dillərdən olan ingilis və rus dillərində
yalnız vurğunun yerinin dəyişilməsi halları, eləcə də aqlütinativ
dillərdən olan bəzi türk dillərində yer alan nitq hissələrinin
diferensiallaşması ilə müşayiət edilən vurğunun yerinin
dəyişilməsi halları və müəyyən qədər omonimləşmənin bir yolu
olan qrammatikliləşmədən leksikliyə keçid hadisəsi fonetik
səviyyədə konversiya hadisəsinə aid edilə bilər.
2.2. Morfoloji səviyyədə konversiya
Hər hansı bir nitq hissəsi digərinə keçərkən, keçdiyi nitq
hissəsinə məxsus morfoloji göstəriciləri qazanır. Bu zaman söz
morfoloji cəhətdən də konversiyaya uğrayır. Ümumiyyətlə canlı
dil sərt məhdudiyyətlərlə nizamlanmır və bir nitq hissəsindən
digərinə keçiddə nisbi sərbəstlik şəraiti yaranır. Ona görə də nitq
85
hissələrindəki keçid hadisələrinin yalnız sözlərin morfoloji
xüsusiyyətləri ilə şərtləşdirilmiş kimi qeyd etmək lazım gəlir.
“Morfoloji səviyyədə baş verən konversiya zamanı
konversiyaya uğrayan sözlər keçdiyi nitq hissəsinə məxsus
qrammatik kateqoriyaların şəkilçilərini qəbul edir. Bu zaman
konversiya dərəcəsi daha yüksək olur” [10, 69]. Morfoloji
səviyyədə konversiya hadisəsi müxtəlifsistemli dillərdə ən çox
sözlərin isim sırasına keçməsi prosesində, yəni substantivləşmə
zamanı özünü göstərir. Rus dilçilərindən olan N.M.Şanski qeyd
edir ki, sözün bir qrammatik sinifdən digərinə keçməsi zamanı
fərqləndirilən paradiqmaların semantik-qrammatik dəyişilməsi
zamanı yeni sözün sözdəyişmə forması, müəyyən dərəcədə eyni
cür qalır. Məsələn, substantivləşmə zamanı sifətlər isim kimi
yalnız hallanır [174, 227].
Amma L.İ.Radzixovskaya və V.N.Suzdalseva substan-
tivləşmə zamanı sifətlərin morfoloji xüsusiyyətlərinin dəyişil-
məsini qeyd edirlər. Onların fikrincə, bu zaman belə sifətlər
kəmiyyətə görə dəyişir. Hətta bəzi substantivləşmiş sifətlər
yalnız tək halda (жаркое, горячее, сладкое) işlənir. Digərləri
(родные, близкие) isə cəm şəkilçisi qəbul edərək, yalnız cəmdə
işlənir [148, 342].
İ.İ.Meşaninov bu barədə yazır: “Təkcə cümlə üzvləri deyil,
nitq hissələri də öz qrammatik kateqoriyaları ilə səciyyələndirilir.
Onlar vasitəsilə sözlərin hansı söz qruplarına mənsubiyyəti
müəyyən edilir. Sözün bir nitq hissəsindən digərinə keçidi bu
qrammatik kateqoriyaların dəyişməsinə səbəb olur. Belə ki, ismə
keçən sifət öz əlamətlərini itirərək onun əvəzinə başqalarını alır.
Rus dilində o isim kimi müəyyən cinsə aid olmanı əldə edir və
sifətlərdən fərqli olaraq cinsə görə dəyişmir, məsələn
столовая( qonaq otağı) və столовая ложка (xörək qaşığı),
столовое белье (qonaq otağına məxsus ağlar). Zərf olan isim
artıq hallara görə dəyişmir” [131, 247]. Amma rus dilində
sözlərin yalnız bir cinsdə işlənməsi halı sifətlərin tamamilə
isimlərin sırasına daxil olması zamanı yer alır. Məsələn,
дневальный (növbətçi), ловчий (ovçu), портной (dərzi) kimi
86
sözlər yalnız kişi cinsində, запятая (vergül), набережная
(sahil), прачечная (camarşırxana) kimi sözlər yalnız qadın
cinsində, насекомое (həşərat), приданое (cehiz) və s. yalnız
orta cinsdə işlənərək, o cinsə məxsus sonluqları qəbul edir.
Müasir rus dilində -до,-из,-с (со) və s. sözönlü çoxlu
sayda qısa formalı kişi və orta cinsə məxsus yiyəlik halda olan
sifətlər zərfə konversiya etmişdir. Xüsusilə də isimlərin
adverbiallaşması zamanı, fleksiyalar suffiksə, sözönüləri isə ön
şəkilçiyə çevrilir. Dilin bu səviyyəsində baş verən konversiya
halı bir çox rus dilçiləri tərəfindən morfoloji - sintaktik
sözdüzəltmə vasitəsi adlandırılır (V.V.Vinoqradov, N.M.Şanski,
E.S.Xmelyovskaya və s.). Belə keçid prosesləri zamanı hətta
mənbə sözlərə məxsus morfoloji göstəricilər keçdiyi nitq
hissəsinin morfoloji göstəricisi olmaq statusunu qazanır. Bu hal
əsasən flektiv dillərə, xüsusilə rus dilinə xasdır. Nəinki ana
dilimizdə, eləcə də bir çox türk dillərində dilin bu səviyyəsində
baş verən keçid hadisəsi xüsusilə substantivləşmə və
adverbiallaşma zamanı geniş müşahidə olunur.
V.N.Miqirin rus dilində morfoloji səviyyədə baş verən
konversiya hadisəsini sözlərin bir nitq hissəsindən digərinə
transformasiyası zamanı morfoloji tərkibin dəyişilməsi kimi
qeyd edir. Bu dəyişimi o belə təsvir edir: “Müstəqil mənalı
sözlərin köməkçi sözlərə transformasiyası zamanı sadələşmə baş
verir: morfemlər mənalarını itirir və daha həmin mənada
işlənmirlər. Sözönlü-hal qrupların adverbiallaşmasıyla yaranan
zərflərdə əvvəlki sözönü ön şəkilçisi funksiyasında işlənir:
назло, втайне, вначале. Zərflərdə əvvəlki sonluqlar sonradan
suffikslərə çevrilirlər: авансом, слишком. Nidalar substantiv-
ləşərək morfoloji üzvlənmə qanununa tabe olurlar. Buna
cпасибо sözünü misal gətirmək olar. Bu nida isimləşərək
hallanmağa və köklə şəkilçiyə ayrılmağa başlayır” [132, 162].
Rus dilində olduğu kimi, ingilis dilində də dilin bu
səviyyəsində konversiya baş verir. “Konversiya zamanı yaranan
yeni söz başqa kateqorial məna əldə edir. Eyni zamanda
morfoloji səviyyədə dəyişən sözlər başqa paradiqmalar qazanır.
87
Məsələn, The story was filmed. You must respect your elders. və
s.” [58, 41].
İ.V.Arnold, Y.A.Jluktenko, O.D.Meşkovun fikrincə,
flektiv dillərə aid edilən ingilis dilində substantivləşmə zamanı
söz isimlərə məxsus morfoloji və sintaksis xüsusiyyətlər əldə
edir. Morfoloji xüsusiyyətlər dedikdə, əsasən, cəm şəkilçisi, eyni
zamanda da hal sonluğu və artikl nəzərdə tutulur. Göründüyü
kimi, bu dildə morfoloji səviyyədə konversiya sözlərin keçid
zamanı yeni sözdəyişmə formaları, yəni paradiqmalar qazanması
kimi başa düşülür. Bu da özünü substantivləşmə və verballaşma
zamanı göstərir. R.Z.Muryasov sözdəyişdirmə paradiqması
haqqında yazır: “Əgər sözdəyişdirmə paradiqması qrammatik
kateqoriyanın morfoloji təqdimat modelidirsə, onda dəyişməz
mənalı sözdüzəltmə strukturları dəsti sözdüzəltmə kateqoriya-
larının təqdimat modelidir” [137, 65]. Morfologiyada hər hansı
bir qrammatik kateqoriya bir yox, bir neçə sözdəyişmə
paradiqmaları ilə təqdim olunur. Buna R.Z.Muryasova misal
olaraq qədim german dillərində, eləcə də müasir alman dilində
hallanmanın müxtəlif sözdüzəltmə strukturları ilə verilməsini
göstərir.
Azərbaycan dilində substantivləşmə zamanı morfoloji
səviyyədə baş verən keçid hadisəsi haqqında C.Cəfərov deyir:
“Substantivləşmə üç cəhətin – leksik məna, sintaktik vəzifə və
morfoloji əlamətin vəhdəti əsasında baş verir” [17, 10].
N.A.Baskakov sifətlərin substantivləşməsi zamanı türk dillərinin
oğuz dil qrupuna daxil olan türkmən dilində də morfoloji
səviyyədə baş verən konversiya hadisəsini belə təsvir edir:
“Əgər sifətlər substantivləşirsə, onda onlar say və hallara görə
dəyişir. Bu zaman belə sözlər isimlər kimi mənsubiyyət şəkilçiləri
qəbul edir. Məsələn, Гызыллар аклары ендилер.(Qırmızılar
ağlara qalib gəldilər.) Burada –лар cəm şəkilçisi, - ы isə təsirlik
hal şəkilçisidir” [89, 138].
Morfoloji səviyyədə baş verən konversiya hadisəsi hətta kök
dillərə aid edilən çin dilinə də xas bir xüsusiyyətdir. Dilçilərdən
V.İ.Qorelov çin dilində morfoloji səviyyədə baş verən konversiya
88
haqqında danışarkən qeyd edir ki, əgər transpozisiya leksik--
morfoloji mühitin dəyişməsi ilə əlaqəlidirsə, bunun nəticəsi olaraq
da əvvəl leksik vahidə xas olmayan sözdəyişmə paradiqması
yaranırsa, eləcə də başqa sintaktik xüsusiyyətlər meydana çıxırsa,
onda belə transpozisiyanı morfoloji transpozisiya adlandırmaq
düzgün olardı [84, 95]. Bununla belə sözün kateqorial mənası da
dəyişir. Çin dilində belə bir model onunla xarakterizə edilir ki,
paradiqmanı yalnız törəmə söz yaradır. Belə ki, mənbə söz
formalar sisteminə malik olmayaraq, yalnız sintaktik xüsusiyyət-
lərin müəyyən məcmusuna malik olur [84, 97]. Amma biz
aqlütinativ və flektiv dillərdə olduğu kimi kök dillərə aid edilən çin
dilində konversiya hadisəsinin sözlərin tam olaraq morfoloji
səviyyəsində baş verməsindən danışa bilmərik. Çünki bu dildə
konversiya vasitəsilə yaranan sözlər sistematik sözdəyişdirmə
paradiqmalarını tam olaraq yarada bilmir. Belə ki, kök dillərdə
söz formaları azlıq təşkil edir. Bu zaman yaranan söz
formalarını biz sadəcə olaraq paradiqma hissələri adlandıra
bilərik.
İltisaqi və flektiv dillərdə geniş, köksözlü dillərdə isə
az-az təsadüf edilən morfoloji səviyyədə konversiya hadisəsinə
müəyyən dərəcədə inkorporlaşan dillərdə də rast gəlmək olar.
İnkorporlaşan dillərdən biri də koryak dilidir. A.N.Jukova
koryak dilində baş verən konversiya zamanı yeganə fərq kimi
yalnız sözlərin sözdəyişmə paradiqmalarının olması faktını
göstərir [99, 94]. Onun fikri özlüyündə bu cür dillərdə morfoloji
səviyyədə baş tutan keçid hadisəsinə bir nümunədir.
A.N.Kononov türk dillərindən biri olan özbək dilində
sözlərin zərfləşməsi zamanı morfoloji səviyyədə baş verən
konversiya haqqında yazır ki, müasir özbək dilində zərflərin
əksər hissəsi sözün sözdəyişmə formalarının “təcrid
edilmə”sindən ibarət zərflər təşkil edir. Bu zaman hər hansı bir
sözün müəyyən sözdəyişmə formasında işlənməsinin
leksik-semantik xüsusiyyətləri nəticəsində həmin sözlər verilmiş
sözdəyişmə paradiqmalarının hamısından təcrid edilir və zərf
mənasını qazanır [114, 288].
89
Əsasən hal şəkilçiləri qəbul etmiş isimlərin sözdəyişmə
şəkilçilərinin, konversiya zamanı zərf suffiksi statusu qazanması
hallarına türk dilləri ailəsinin qərb qoluna daxil edilən yakut
dilində də rast gəlmək olar. “Bu zaman yenə də hal şəkilçiləri
qəbul etmiş isimlər adverbiallaşma zamanı özlərinin əvvəlki ad
mənalarını itirir, artıq ad mənasını ifadə etmir. Hal sonluqları
sadəcə olaraq zərfin suffiksinə çevrilirlər. Onların nitq
funksiyası yalnız kontekstlə fərqlənir. Məsələn, кыhын "
qış,qışda", сайын "yay, yayda", cаас "yaz, yazda" və s.” [88,
362]. A.Axundov Azərbaycan dilində morfoloji səviyyədə
konversiya haqqında bunları qeyd edir ki, konversiyaya uğrayan
söz substantivləşmə zamanı hal, kəmiyyət, mənsubiyyət və
xəbərlik şəkilçilərini, verballaşma zamanı inkarlıq, növ, zaman,
şəkil və şəxs şəkilçiləri qəbul edir [10, 68]. Azərbaycan dilində
adverbiallaşma zamanı morfoloji səviyyədə yer alan konversiya
hadisəsinə türk və rus dilində morfoloji-sintaksis adlandırdığımız
sözdüzəltmə üsulu zamanı rast gəlmək olar. Bu həmin dillərdə
olduğu kimi, ana dilimizdə də ən şox hal şəkilşisi qəbul etmiş
sözlərdə olur. “Sifət və saylar, əsasən, çıxışlıq halında
adverbiallaşır. Çıxışlıq halı, xüsusilə sifətin adverbiallaşaraq zərfə
keçməsinin əsas mənbəyidir. Birdən, çoxdan, ucadan, astadan,
bərkdən, qəfildən və s. sözlərin tərkibindəki bir, çox, uca, asta,
bərk, qəfil sözləri çıxışlıq halında işlənərək əvvəl substantivləşmiş
çıxışlıq hallı söz zərflik funksiyasında işlənmişdir. Çıxışlıq hal
formasında olan sözlər zərflik funksiyasında müntəzəm
işləndikcə söz hal sistemindən ayrılır, hal şəkilçisinin mənası
itir, çıxışlıq hallı sözlə feilin leksik-qrammatik əlaqəsi dəyişir,
feillə idarəolunma xüsusiyyətlərini itirir, yanaşma əlaqəsinə
girir. Söz hal şəkilçisi ilə birləşərək , xarici forma etibarilə sifətə
və ya başqa nitq hissəsinə oxşasa da, bir leksik vahid kimi zərf
kateqoriyasına daxil olur. Şəkilçinin qrammatik mənası itdiyi
üçün söz ayrı-ayrı morfemlərə ayrılmır” [5, 64]. Bu zaman
Azərbaycan dilində adverbiallaşmaya məruz qalan sözlərdəki
hal şəkilçiləri zərfləşmə zamanı kateqorial məna dəyişikliyinə
uğradığına görə, bu şəkilçilər zərf yaradan suffikslərə çevrilirlər.
90
Göründüyü kimi, konversiya zamanı mənbə və törəmə
sözün morfoloji göstəricilərində fərq nitq hissələrində keçidin
əhəmiyyətli göstəricilərindən sayılır. Nitq hissələrinin
konversiyası zamanı qrammatik formalarından məhrum olan
köməkçi nitq hissələri, əsas nitq hissələrinə, xüsusilə isim
sırasına keçərkən, yeni morfoloji göstəricilər qazanır. Fikrimiz-
cə, morfoloji səviyyədə konversiya özünü müxtəlifsistemli
dillərdə iki cür büruzə verir:
1) Mənbə və törəmə sözlər keçid zamanı səslənmələrinə
görə eyniyyət təşkil etsə də, morfoloji səviyyədə baş verən
konversiyanın nəticəsi kimi onlar morfoloji paradiqmalar
fərqliliyi qazanırlar. Belə hallara demək olar ki, əksər dillərdə
rast gəlinir. Bu dillərə aqlütinativ, flektiv, kök və inkorporlaşan
dilləri də aid etmək olar. Eləcə də bu ən çox özünü
substantivləşmə, verballaşma zamanı göstərir.
2) İkinci halda isə əvvəldə də qeyd etdiyimiz kimi, hər
hansı bir nitq hissəsinə məxsus qrammatik kateqoriyaların
göstəriciləri keçdiyi nitq hissəsinin morfoloji göstəricisi olmaq
funksiyasını daşıyır. Yəni, məsələn, mənbə sözün fleksiyası
törəmə sözün suffiksinə çevrilir. Formalarına görə eyni olan
morfemlər mənbə sözdə qrammatik məna ifadə etsələr də,
törəmələrdə sözdüzəltmə səciyyəsinə malik olurlar. Bunu ən çox
iltisaqi dillərə aid edilən dillərdə, eləcə də Azərbaycan dilində,
flektiv dillərdən olan rus dilində adverbiallaşma zamanı
müşahidə etmək olur.
2.3. Sintaktik səviyyədə konversiya
Sintaksis bildiyimiz kimi, bilavasitə təfəkkür və ünsiyyətlə
bağlı dil səviyyəsidir. Başqa dil səviyyəsinə aid vahidlər
sintaksis vasitəsilə təfəkkürün formalaşmasında yaxından iştirak
edirlər. Söz birləşmələri, cümlə və cümlə üzvlərinin əlamət və
xüsusiyyətlərini, onların mövqeyini aydınlaşdıran sintaktik dil
səviyyəsində də konversiya hadisəsi baş verir. Sintaqmlar
haqqında elm sahəsi kimi başa düşülən sintaksisi A.Axundov
91
belə təhlil etmişdir: “Sintaksisi qrammatkanın cümləni
kommunikativ, söz birləşməsini isə nominativ vahid kimi öyrənən
şöbəsi adlandırmaq düzgün olardı” [11,155]. Deməli, dilin
sintaktik səviyyəsində konversiya hadisəsini şərh edərkən nəinki
sözlərdə baş verən keçid hadisəsini, eyni zamanda cümlənin və
eləcə də söz birləşmələrinin qrammatik quruluşlarında baş verən
dəyişiklikləri də aid edə bilərik.
İlk əvvəl sözün bir nitq hissəsindən digərinə keçidi
prosesində sintaktik səviyyədə baş verən konversiyanı nəzərdən
keçirək. Qeyd etdiyimiz kimi, A.Axundov sintaktik konversiyanı
bütün nitq hissələrinə aid edərək, sözün heç bir şəkli dəyişikliyə
uğramadan başqa nitq hissəsi yerində işlənməsi kimi şərh edir [10,
68]. Bu konversiya növü bəzi türk dillərində “sintaktik konversiya”
adlandırılır. Türk dillərə ailəsinə daxil olan yakut dilində baş
verən sifətlərin substantivləşməsinin iki növü haqqında deyilir:
“Yakut dilində substantivləşmə iki üsulla reallaşır: sintaktik və
morfoloji. Sintaktik üsul zamanı xüsusi forması olmayan
sifətlər, müəyyən kontekst daxilində əşyavilik mənasını əldə
edirlər” [88, 170]. N.A.Baskakov tərəfindən bu üsul leksik üsul,
A.N.Kononov tərəfindən isə sintaktik üsul adlandırılır.
Bu konversiya növünü “sintaktik” adlandıran alimlər bu
zaman sözlərin sintaktik mühitə düşərək həmin nitq hissəsinə
məxsus xüsusiyyətlər daşımasını nəzərdə tuturlar. Tam
konversiyaya uğrayan sözlər tamamilə başqa leksik-qrammatik
sinfə aid edilərək, onun bütün semantik-morfoloji xüsusiy-
yətlərini qəbul edir, tamamilə başqa sintaktik funksiyada işlənir.
Amma, fikrimizcə, bu konversiyanı sözlərin leksik-semantik
səviyyəsində baş tutan konversiya adlandırmaq daha düzgün
olardı. Çünki bu sözlər yeni leksik-semantik məna çaları
qazanmaqla digər qrammatik kateqoriyalar əldə edirlər. Bu
konversiyanı sintaktik konversiya adlandırmamağımızın bir
səbəbi də odur ki, hər hansı bir sözün ikinci sintaktik funksiya
daşımasını sözyaratmaya aid etmək düzgün olmazdı. F.Zey-
nalovun fikrincə, hər hansı bir nitq hissəsini digərindən
fərqləndirmək üçün cümlə üzvləri kriteriya ola bilməz [53, 122].
92
Bir çox hallarda hər hansı bir nitq hissəsi bir neçə cümlə üzvü
funksiyasını daşıya bilir. Ümumiyyətlə, konversiya zamanı
sözün ikili sintaktik funksiya qazanması fikri dilçilikdə
mübahisəli olaraq qalır.
Dilçilərin bir qrupu bu fikrin tərəfdarı olsalar da,
digərlərinə görə eyni zamanda sözün bir neçə nitq hissəsinə aid
edilməsi onun cümlədəki sintaktik mövqeyi ilə müəyyən edilir.
M.Şirəliyev nitq hissələrinin təsnifatında sözün cümlədə tutduğu
sintaktik mövqeyə üstünlük verilməsinin müsbət cəhətini onunla
izah edir ki, cümlədə sintaktik funksiya adı altında nitq
hissələrinin başqa cümlə üzvlərinin deyil, digər nitq hissələrinin
şəklini qəbul etməsi aktı nəzərdə tutulur [176, 177]. Yəni, onun
fikrincə, isimlər cümlədə sifət funksiyasını, sifət zərf , say zərf,
qoşma sifət və ya zərf funksiyasını daşıya bilər. Beləliklə o,
sözlərin ikili sintaktik funksiyası daşıya bilməsini rədd edir.
İ.İ.Meşaninov bununla bağlı yazır: “Təəssüf ki, dilçilikdə elə
hallara rast gəlmək olur ki, ayrıca götürülmüş sözün müəyyən
cümlə üzvünün sintaktik mənasını daşıması, bu sözün əsasən
həmin cümlə üzvünə uyğun gələn nitq hissəsinə aid edilməsi
üçün kifayət dəlil hesab edilir. Belə ki, bəzi elmi işlərdə
isimlərin çox hissəsi zərf və modal sözlərə ona görə aid edilir ki,
onlar cümlənin quruluşunda zərflik və ya ara sözlər kimi çıxış
edirlər. Nəticədə cümlə üzvlərinin nitq hissələri ilə qeyri-iradi,
amma tamamilə təhlükəli eyniləşdirilməsi baş verir. Belə
oxşarlığa heç vəchlə yol verilməməlidir. Amma cümlə üzv-
lərinin nitq hissələri ilə qarşılıqlı əlaqəsinin fəaliyyətdə olan
qüvvəsi yenə də tam mənası ilə qalır. Sifət substantivləşərək
isim sırasına daxil olmaqla yanaşı, özünün verilmiş sintaktik
tətbiqində bəzən sifət olaraq da qala bilir” [131, 248]. Burada
rus dilçisinin fikri M.Şirəliyevin fikri ilə üst-üstə düşür. Hər iki
dilçinin fikrincə, sözlər cümlədə müəyyən sintaktik mühitə
düşərək, başqa nitq hissəsinə keçir. Lakin onlar sözlərin ikinci
sintaktik funksiya daşıya bilməsi fikrini qəbul etmirlər.
E.Kuriloviç qeyd edir ki, eyni söz qeyd edilmiş sintaktik
əhatədə olaraq ikili sintaktik mənada çıxış edə bilər. Söz
93
yaradıcılığı prosesinin iki mərhələsi var. Bunlardan biri sintaktik
söz yaradıcılığı mərhələsi, digərini isə leksik söz yaradıcılığı
mərhələsidir. Yalnız leksik söz yaradıcılığı mərhələsində sözlər
ikili sintaktik funksiya əldə edirlər [122,63]. E.S.Kuriloviç
sözlərin konversiya zamanı ikinci sintaktik funksiya qazanma-
sının mümkünlüyünün də tərəfdarı kimi çıxış edir.
Ümumiyyətlə, konversiya zamanı sözlər ikili sintaktik
funksiya qazanır. Çünki sözlərin kateqorial mənasıyla sintaktik
funksiyaları arasında müəyyən qarşılıqlı əlaqə mövcuddur.
Kateqorial mənadan asılı olaraq hər bir nitq hissəsi üçün eyni bir
morfoloji sinfə məxsus sözlərin sintaktik funksiyalarının
müəyyən iyerarxiyası təyin edilir: 1) adi sintaktik funksiya; 2)
ikinci sintaktik funksiya. Burada ikinci sintaktik funksiyaya
misal olaraq sifət, feili sifətin mübtəda, tamamlıq funksiyasında
çıxış etməsini misal göstərmək olar. Müstəqil mənalı sözlər
əvvəlkindən fərqli olan ikinci sintaktik funksiya əldə edirsə,
məsələn isim zərflik funksiyasında işlənirsə, onun kateqorial
mənasında zəifləşmə, beləliklə də, onun sözönülər sırasına daxil
olan sözlərə yaxınlaşması üçün şərtlər yaranır. Məsələn, bu
barədə E.P.Çerkasova qeyd edir ki, müstəqil mənalı sözlərin
xüsusi formalarının sözönüləri sırasına keçməsinin əsas şərtləri
bunlardır: cümlədə başqa sözlərlə qeyri-adi məna və sintaktik
əlaqələr nəticəsində verilmiş müstəqil mənalı sözün kateqorial
mənasının dəyişməsi, verilmiş sözün arxasında sözlərin sırası-
nda müəyyən yerin möhkəmlənməsi, sözlərin qovuşmasına aid
olan birləşmənin sabitliyi. Məsələn, во время, в направлении к
[173, 19].
J.M.Quzeyev türk dillərində sintaktik səviyyədə konvers-
iyanın lüğətlərdə öz əksini tapması barədə yazır: “Birbaşa mənada
sifət funksiyasında, təyin mövqeyində isimlərin yalnız istifadəsi
deyil, onların məcazi mənada işlənməsi də ümumi türk lüğətlərində
öz əksini ayrıca tapmalıdır. Yenə də belə konversiya halının
lüğətlərdə işıqlandırılması birmənalı olaraq məsələnin həllinə
kömək etmir. Çünki bu sözlər leksik-qrammatik omonimlərə çox
bənzəyir. Bu iki konversiya növü tamamilə bir-birindən fərqlənir
94
və onlar müxtəlif üsullarla lüğətlərdə tədqiq edilməlidir” [90, 74].
Buradan da göründüyü kimi, müəllif hər iki konversiya növünün
fərqli olmasını qeyd edir.
Söz bir nitq hissəsindən digərinə ya müəyyən qrammatik
əlamətlər vasitəsilə, ya da heç bir qrammatik göstərici olmadan
keçir. Formal göstəricisi olmayan sözün hansı nitq hissəsinə aid
olmasını leksik və qrammatik mənalarına, sintaktik funksiyasına
görə müəyyən etmək olur. Ümumiyyətlə, dilin sintaktik səviyyə-
sində baş verən konversiya zamanı, sintaktik xüsusiyyətlərin
dəyişilməsi keçidin əsas göstəricilərindən hesab edilir. Bu
zaman artıq başqa nitq hissəsi sırasına daxil olan söz sintaktik
dəyişmələrə uğrayır. Məsələn, rus dilində adverbiallaşan təsirlik
halında olan isimlər təsirsiz feillərlə də işlənə bilir: капельку
уставать (azca yorulmaq) və ya Azərbaycan və ingilis dilində
adyektivləşən isimlər başqa isimlərlə təyin oluna bilir. Məsələn,
daş divar, stone wall.
Ə.Dəmirçizadə və Z.Tağıyev hər hansı bir ismin
sifətləşincə heç olmazsa, mənaca üç pilləli inkişaf yolu keçməsinin
zəruri olduğunu vurğulayırlar. Bu üç pilləli inkişaf yolunun
ikincisi, dilçilər tərəfindən sintaktik pillə hesab edilir. Tədqiqatçılar
bu pillə haqqında yazırlar: “Bu pillədə isimlər yanaşma yolu ilə
tərkib əmələ gətirir, tərkibindəki birinci söz ikinci sözü öz əsas
məzmununa müvafiq şəkildə müəyyənləşdirir. Deməli, burada
hər şeydən əvvəl, təyinlə təyin olunan sözlərin birləşməsi vardır.
Əlbəttə, məzmunca təyinlə sifət arasında fərq çox azdır; lakin
buradan belə bir nəticə çıxarmaq olmaz ki, təyin varsa, sifət var.
Çünki hamının qəbul etdiyi kimi, cümlə üzvü nitq hissəsi demək
deyil və nəinki sintaktik vəzifə və məna, hətta təkcə lüğəvi məna
da, sözləri nitq hissələri üzrə qruplaşdırmaq və nitq hissələrinin
xarakter cəhətlərinin müəyyəmləşdirmək üçün kafi deyildir. Hər
hansı bir sözün bu və ya digər nitq hissəsi qrupuna mənsub
olması üçün başqa əlamətlər də olmalıdır. Halbuki, bu pillədə
hələ sifətin ancaq sintaktik vəzifəsi və bu vəzifənin məzmununa
görə vəziyyəti nəzərə çarpır” [23, 48-49].
95
Sintaktik səviyyədə baş tutan konversiya hadisəsi,
göründüyü kimi, isimlərin adyektivləşməsi zamanı da özünü
göstərir. Doğrudan da, bu zaman belə isimlərdə müəyyən nitq
hissəsinə məxsus xüsusi göstəricilərə rast gəlmək olmur. Yalnız
bu isimlər sifətə keçid zamanı başqa sözlərlə cümlədə sintaktik
əlaqəyə girərək başqa nitq hissəsi funksiyasını daşımağa
başlayır. Göründüyü kimi, sintaktik şəklidəyişmə hələ
konversiya demək deyildir. Keçid zamanı bu mərhələnin baş
verməsiylə hələ yeni leksik vahid yaranmır. Sintaktik səviyyədə
baş tutan keçid hadisəsini konversiyanın yarımmərhələlərindən
biri kimi səciyyələndirmək olar.
Qeyd etdiyimiz sintaktik xüsusiyyətlərin tam dəyişilməsi
sözün keçdiyi nitq hissəsinin bütün funksional göstəricilərini
əldə etməsi, bu xüsusiyyətlərin qismən dəyişilməsi isə
göstəricilərin qismən qazanılmasından asılıdır. Buna ən çox
substantivləşmə zamanı rast gəlmək olur. Belə ki, kontekstual və
ya A.N.Kononov tərəfindən okkazional adlandırılan substantiv-
ləşmə zamanı, hər hansı bir söz, xüsusi konteksdə, müəyyən
sintaktik şəraitdə isim kimi çıxış edir. Demək olar ki, bütün nitq
hissələrinə məxsus sözlər bu yolla isimləşmə qabiliyyətinə
malikdir. Substantivləşmiş söz cümlədə funksiyasından asılı
olaraq qrammatik forma əldə edir. A.N.Kononov özbək dilində
substantivləşmənin sintaktik üsulu olan okkazional substan-
tivləşmə haqqında yazır: “Bu zaman substantivləşmə müvəqqəti
xarakter daşıyır. Substantivləşən nitq hissələri vasitəli tamamlıq
funksiyasında təsirlik hal şəkilçisini, təyin funksiyasında isə
yiyəlik hal şəkilçisini qəbul edir (III növ təyini söz birləşməsi):
“Ӯзингиз кӯпни кӯргансиз”,—деди Исамаддин. (Siz özünüz
çoxunu gördünüz,—İsaməddin dedi” [114, 143].
Flektiv dillərdən biri olan ingilis dilində konversiya
haqqında danışarkən Y.A.Jluktenko qeyd edir ki, müasir ingilis
dilində sözün morfoloji tərtibatı çox kasıbdı, hətta çox vaxt
paradiqmalar tamamilə olmur. Təbiidir ki, bu halda sözün
tərtibatında sintaktik uyğunlaşmanın rolu artır. Amma bu halda
belə paradiqmanın məhdud rolu xüsusi “sintaktik” konversiyanın
96
yaranmasına gətirib çıxarmır. Yaranan söz həmişə konversiya
halında olduğu kimi, eyni zamanda başqa sintaktik xüsusiyyətlər və
yeni morfoloji kateqoriyalar əldə edir. Baxmayaraq ki, sonuncular
xüsusi göstəricilərlə ifadə olunmayıb [98, 61].
V.N.Yartsevanın fikrincə, xüsusilə ingilis dilində elə sözlər
vardır ki, onlar heç bir morfoloji göstəriciyə malik deyildir. Belə
halda konversiya vasitəsilə bir-biri ilə əlaqəli olan mənbə və törəmə
sözlərin fərqləndirici cəhətləri yalnız onların cümlədəki başqa
sözlərlə sintaktik uyğunluğudur [178, 222].
V.İ.Qorelov kök dillərdən ən çox yayılanı olan çin dilində
sintaktik səviyyədə baş verən konversiyadan bəhs edərkən əksər
dilçilər kimi yenə də leksik-semantik səviyyədə baş verən
konversiyadan danışır. Onun fikrincə, əgər transpozisiya
morfoloji mühitin dəyişməsi, nəticə etibarilə yeni sözdəyişmə
paradiqmasının formalaşması ilə müşayiət edilmirsə və verilmiş
prosesin nəticəsini yalnız mənbə leksik vahidin sintaktik
funksiyalarının dəyişməsi təşkil edirsə, onda belə transpozisiya
növü sintaktik transpozisiya adlanır. O, çin dilinin qədim ədəbi
dili olan venyana üçün sintaktik transpozisiyanı səciyyəvi sayır
[84, 93]. Çin dilində sintaktik transpozisiyaya misal olaraq
isim→sifət, sifət→isim, sifət→zərf istiqamətində olan keçidlər
verilmişdir. Maraqlısı odur ki, V.İ.Qorelov belə keçid hadisə-
lərini konversiya adlandırmır. O qeyd edir ki, sintaktik transpo-
zisiya morfoloji transpozisiyadan fərqli olaraq sözdəyişmə
paradiqmasının dəyişməsi ilə əlaqədar olmayaraq leksik
vahidlərin fəaliyyəti üçün təsadüfi bir hadisədir [84, 95].
Tədqiqatçı sintaktik transpozisiya deməklə, sözün bir
vəziyyətdən digərinə keçməsini, bunun nəticəsi olaraq da
kateqorial dəyişikliklərin baş verməsini və nitq hissələri arasında
özünəməxsus funksiyaların mübadiləsini nəzərdə tutur. Bununla
belə bütün bunların baş verməsini konversiya hesab etməmək
düzgün deyil.
Bəzən nadir hallarda hətta müasir çin dilində söz
birləşmələrinin sözlərə keçidinə də rast gəlmək olur. Məsələn,
buna misal olaraq гемин “inqilab” (çevriliş etmək), цзянцзюн
97
“general” (ordunu aparmaq) göstərmək olar. Bəzən bu,
bütünlükdə leksik-qrammatik kateqoriyanın fərqləndirici
xüsusiyyətlərindən biri kimi səciyyələndirilə bilər [92, 15].
Göründüyü kimi, çin dilində sintaktik səviyyədə nəinki bir
sözün digərinə keçidi, eləcə də söz birləşmələrinin sözə keçidi
baş verir.
Nəinki kök dillər, eləcə də inkorporlaşan dillərdə də
sintaktik səviyyədə baş tutan konversiyanın şahidi olmaq olar.
Bəzən inkorporlaşan dillərdən biri olan koryak dilində feil və
isim paradiqmaları üst-üstə düşə bilər. Məsələn, feilin infinitiv
(məsdər forması) forması ilə, yerlik halda olan isim üst-üstə
düşür— анъя-к “cavab vermək” və анъя-к “cavabda”,
эмнолы-к “kədərlənmək” və эмнолы-к “kədərdə” və s. [99,
94]. Burada bir-birinə tam uyğun gələn söz cütlüklərini yalnız
onların düşdükləri sintaktik mühit fərqləndirir.
Artıq əvvəl də qeyd etdiyimiz kimi, sintaktik səviyyədə
konversiya hadisəsi nəinki söz səviyyəsində, eləcə də söz
birləşməsi və cümlə səviyyəsində də yer alır. Söz birləşmələri,
eləcə də cümlələrin qrammatik quruluşlarının dəyişilməsi ilə
müşayiət olunan konversiya hadisəsinə əsasən rus və ingilis
dillərində daha çox rast gəlmək olur. Məsələn, rus dilində,
Игорь имеет сына.(İqorun oğlu var.) → Сын Игоря (İqorun
oğlu); Я люблю весну.(Mən yazı sevirəm.)→ Моя любовь к
весне (Mənim yaza sevgim); She has a daughter.(Onun qızı
var.)→ Her daughter (Onun qızı); He arrived home.(O evə
çatdı.) → Her arrival home (Onun evə gəlişi) və s. Bu
misallarda leksik məna qorunmaqla xəbər sintaqmı nominativ
sintaqma keçir. Amma yenə də belə konversiya növləri
T.N.Nikolayeva, P.A.Sobolyova, S.K.Şaumyan tərəfindən
transformasiya adlandırılır. Belə konversiya halını “sintaktik
transformasiya” adlandırmaq düzgün olardı. Transformasiya
zamanı cümlə və söz birləşmələrinin tərkibinə daxil olan
leksemlərin yalnız qrammatik formaları dəyişir. Bu zaman trans-
formasiya edilən dil vahidlərinin tərkibi də saxlanılır [82, 218].
98
Eləcə də, sintaktik səviyyədə baş verən konversiya zamanı
məlum cümlələrin məchullara çevrilməsi baş verir. Əvvəl də
qeyd etdiyimiz kimi, mənaca ekvivalent cümlələrdə mübtədayla
tamamlıq yerini dəyişir. Cümlənin quruluşunda eyni vahidlərdə
meydana çıxan semantik və sintaktik planların qarşılıqlı
əlaqəsindən çıxış edərək biz fəaliyyətin subyekt, obyekt ifadə
formalarını və müxtəlif növ cümlələrdə başqa semantik-sintaktik
kateqoriyaları aktiv qrammatika nöqteyi-nəzərdən, əksinə bu və
ya başqa formaların semantik-sintaktik vəzifəsini isə passiv
qrammatika baxımından öyrənə bilərik [103, 27]. Ümumiyyətlə,
sintaksisdə eyni struktur-məna komponentlərinin ifadəsində
məlum-məchul konstruksiyalarının işlənməsinə xüsusilə rus və
ingilis dillərində daha çox rast gəlinir.
Y.S.Stepanov qeyd edir ki, sintaqmatik planla məhdudla-
şan konversiya natamam, və ya sintaktik, paradiqmatik planla
məhdudlaşan maraqlı konversiya növü isə tam konversiya
adlanır və şifahi nitqdə sintaktik konversiya bu istiqamətlərdə
baş verir: 1) Söz birləşmələrindən ismə doğru 2) Söz birləş-
mələrindən sifətə doğru
3)
isimdən sifətə doğru 4) sifətdən ismə doğru [166, 139].
Burada göründüyü kimi, bu zaman sözlər müxtəlif
sintaktik mühitə düşərək başqa qrammatik sinfə keçir və onlarda
konseptual cəhətdən heç bir dəyişiklik baş vermir. Göründüyü
kimi, burada Y.S.Stepanov fransız dilində sintaktik konversiya
deyəndə əsasən sintaqmatik planda öz funksiyasına görə əvvəl-
kindən fərqli sözləri təsvir edir və bu sözlər yeni söz birləş-
mələrində işlənərək əvvəlki konseptuallığını itirmir. Dilçi
tərəfindən bu konversiya “boş konversiya” adlandırılır [166, 144].
Dil hadisələrinin tədqiqi aydınlığı ilə göstərir ki, sintaktik
səviyyədə baş verən konversiya hadisəsi söz yaradıcılığında
geniş tətbiq olunaraq nitq hissələrinin bir-birinə keçidi zamanı
sözlərin başqa sintaktik xüsusiyyətlər qazanaraq yeni
leksik-semantik məna əldə etməsi ilə müşayiət olunur. Amma bu
konversiya hadisəsi təkcə sintaktik funksiyanın dəyişilməsi ilə
məhdudlaşır və natamam xarakter daşıyır. Bu və ya başqa
99
sintaktik formanın kateqorial mənası onun sintaktik funksiyası
vasitəsilə reallaşır. Bu səviyyədə yer alan keçid hadisəsi
leksik-semantik konversiyanın bir yarımmərhələsi olaraq
iltisaqi, flektiv dillərlə yanaşı, köksözlü və inkorporlaşan
dillərdə də yer almaqdadır. Amma köksözlü dillərdə yeni
sintaktik mühitin qazanılması ilə reallaşan bu konversiya
hadisəsi “sintaktik konversiya” yox, “sintaktik transpozisiya”
adlandırılır [84, 97].
Əsasən sadə cümlələrin nominativ sintaqma, yəni söz
birləşməsinə keçməsi, mübtədayla tamamlığın yerinin dəyişməsi
ilə müşayiət olunan konversiya hadisəsi iltisaqi dillərdə yer alsa
da, ən çox flektiv dillərə xas bir hadisədir.
2.4. Leksik-semantik səviyyədə konversiya
Leksik-semantik səviyyədə baş tutan konversiya zamanı
dilin lüğət tərkibi zənginləşmiş olur. Bu zaman heç bir şəkli
dəyişikliyi olmayan sözlər başqa leksik-semantik qrupa daxil
olur. “Leksik-semantik konversiyada eyni sözlər yalnız
köklərdən ibarət olur. Məsələn, “yaxşı” sözünü götürək. Bu
leksik vahid yalnız kökdən ibarətdir. Leksik-semantik
konversiya statusu qazanmaq üçün bu sifət zərfə keçməli və
onun sintaktik funksiyasını qazanmalıdır” [4, 15]. Əslində
yuxarıda da qeyd etdiyimiz kimi, dilçilər tərəfindən sözlərdə
sintaktik konversiya adlandırılan konversiya leksik-semantik
konversiya adlandırılmalı və leksik vahiddə mənanın dəyişməsi
onun ən əsas göstəricisi sayılmalıdır.
Əsasən təkhecalı sözlər bir nitq hissəsindən digərinə
keçərkən leksik-semantik səviyyədə konversiya hadisəsi baş
verir ki, bu zaman söz yeni leksik məna qazanmaqla yanaşı,
bəzən əvvəlki leksik mənanın xüsusiyyətləri də bu sözdə özünü
büruzə verə bilir. Bu konversiyanın nəticəsində yaranan törəmə
sözlər yeni leksik-semantik qrupa daxil olur və onlarda heç bir
formal-struktur dəyişiliklər baş vermir. E.S.Kubryakova qeyd
edir ki, söz yaradıcılığında əsas yer törəmə sözlərin
100
leksik-semantik qruplaşmasının meydana çıxması və təsviri,
eyni zamanda qrammatik olmayan vasitələrlə yeni leksik
vahidlərin yaradılmasına ayrılır [119, 5]. Çoxmənalı sözlər,
leksik-semantik variantların cəmini təşkil edən semantik
struktura malikdir. Leksik-semantik səviyyədə baş verən
konversiya vasitəsilə bir-birinə bağlı olan söz cütlüklərindən biri
əsas söz və əsas məna yaradır. Qalanları isə, həmin mənadan
törəyir və törənmiş mənalar ilk sözün semantikasından nə qədər
uzaqlaşsalar da, ondan əlaqələrini tamam kəsmir. Leksik--
semantik səviyyədə baş verən konversiya zamanı törəmə sözlə
mənbə söz etimoloji cəhətdən eyni olsalar da, bəzən bu cütlük-
lərin mənaları tamamilə bir-birindən fərqlənərək omonimlərin
yaranmasına səbəb olur. Məsələn, ingilis dilində toast→to toast
konversiya cütlüyü. Burada to toast feili orta əsrlərdə yaranaraq
ingilis dilində yandırmaq, bərk qızdırmaq mənasını verirdi və
daha sonralar o ocaqda qızardılmış bir tikə çörək mənasını verən
ismin yaranmasına səbəb oldu. Həmin dövrlərdə artıq insanlar
tərəfindən qida kimi bəzi hallarda qızardılmış çörək, su və ya
şəraba əlavə edilərək qəbul edildi. Müəyyən müddətdən sonra
bu isim məcazi mənada işlənməklə məclislərdə şərəfinə qədəh
qaldırılan xanım mənasında istifadə olunmağa başlandı. Daha
sonralar bu isim özlüyündə kiminsə şərəfinə qədəh qaldırmaq
mənasını verən feilin yaranmasına səbəb oldu [169, 52].
Göründüyü kimi, burada mənbə və törəmə sözlər omonimlərdir.
Çünki yeni yaranan törəmə söz mənbə sözün ifadə etdiyi
mənadan fərqli olaraq tamamilə başqa mənaları ifadə edir.
Leksik-semantik səviyyədə baş verən konversiya zamanı yeni
sözlər hər hansı bir sözün mənasının dəyişilməsi, onun iki və ya
daha artıq omonimlərə bölünməsi ilə yaranır. Misaldan da
göründüyü kimi, bu zaman yaranan yeni mənalı söz tarixən
mənbə sözdən yaransa da, indi o etimoloji cəhətdən müstəqil
hesab edilərək tamamilə yeni bir söz kimi dilin lüğət tərkibinə
daxil olur. Leksik-semantik konversiyanın nəticəsi olaraq
yaranan yeni sözlə mənbə söz arasında etimoloji bağlılıq
mövcuddur. L.Y.Malovitskinin fikrincə, leksik-semantik səviy-
101
yədə keçid iki zirvəyə, iki kulminasiya nöqtəsinə malikdir: yeni
mənanın yaranması və omonimin yaranması [128, 22].
“Dilin leksik sistemi sadəcə leksik-semantik söz qrupla-
rının cəmindən ibarət olmayıb, hər şeydən əvvəl daxilində
müxtəlif leksik-semantik birliyin mövcud olduğu və qarşılıqlı
fəaliyyət göstərdiyi nitq hissələri sistemidir” [121, 86]. Dildə
leksik-semantik səviyyədə baş verən konversiya zamanı eyni
leksik-semantik qruplarda bəzən ümumu semantik cəhətlərin
mövcudluğu müxtəlif sintaktik funksiyalarla müşayiət olunur.
Leksik-semantik səviyyədə baş verən konversiyanı
sintaktik konversiya adlandıran C.Cəfərovun fikrincə, sözün
başqa sintaktik funksiyada işlənməsi halı həmin sözlərin mənsub
olduqları nitq hissəsi çərçivəsindən kənara çıxmasına, yeni
leksik vahidlərin yaranmasına gətirib çıxarmır. Bununla yanaşı,
başqa nitq hissələrinə aid sözlər özləri üçün ikincidərəcəli hesab
olunan bu vəzifələrdə kəsb etdikləri xüsusiyyətlər həmin
sözlərin simasında müvəqqəti deyil, daimiləşdikdə, özünü
mətndən kənar büruzə verdikdə mənsub olduğu nitq hissəsindən
təcrid edilərək başqa nitq hissəsinə keçir və bu zaman əsl
omonimlər yaranır [17, 7]. Doğrudan da, bu belədir. Məsələn,
Azərbaycan dilində isimlərin sifətə keçidi zamanı, bəzən isimlər
əsl əşya məzmununa uyğun bir əlaməti və ya keyfiyyəti, bəzən
isə tamamən sözün əsl əşya məzmunundan uzaq, o məzmunla
heç bir əlaqəsi olmayan tamamilə başqa bir əlaməti, bir
keyfiyyəti ifadə edir. Məsələn, göy sifəti əslində səmanı bildirən
bir isim olmuş, lakin tədricən bu söz, eyni zamanda onun rəngini
də ifadə etmişdir. Beləliklə, göy sifəti törəmişdir. Belə
konversiya hadisəsi leksik-semantik səviyyədə baş verən
konversiya hadisəsini əks etdirir.
A.N.Kononov türk dillərindən biri olan özbək dilində
leksik-semantik səviyyədə konversiyanı müəyyən nitq hissə-
lərinə məxsus sözlərin leksik üsulla yaranmasına aid edərək
yazır ki, bunun vasitəsilə pronominallaşma zamanı söz, verilmiş
söz üçün real mənanın zəifləməsi nəticəsində “əvəzlik”
102
semantikasını əldə edir. Bu qrup sözlərə ilk əvvəl киши,
адам→бир киши, бир адам“kimsə”sözləri aiddir [114, 185].
N.P.Dırenkova oyrot dilində isimlərin adyektivləşməsi
zamanı leksik-semantik səviyyədə baş verən konversiya
haqqında yazır: “Таш “daş”, агаш “ağac” kimi sadə isimlər,
sifətlər kimi də işlənir. Bu sözlər təyin funksiyasında işlənərkən
sifət, təyin olunan funksiyasında işlənərkən isə isim olurlar” [94,
73]. Göründüyü kimi, leksik-semantik səviyyədə baş verən
konversiya zamanı mənbə sözlə törəmə sözün arasında bəzən
semantik bağlılıq özünü büruzə versə də, bəzən verməyə də
bilər. Bu da çoxmənalı sözün mənalarının uzunmüddətli tarixi
inkişafının məhsuludur. Bu inkişafın məhsulu olaraq mənalar
bir-birindən o qədər ayrılmışlar ki, onları ifadə edən sözlər dildə
müxtəlif sözlər kimi dərk edilirlər.
Müasir ingilis dilində də başqa dillərdə olduğu kimi
leksik-semantik səviyyədə baş verən konversiya hadisəsinə rast
gəlmək olar. Flektiv dillərdən biri olan bu dildə bir-biri ilə
leksik-semantik konversiya vasitəsilə birləşən söz cütlükləri
arasında olan semantik əlaqə həmişə dilçiləri düşündürən ən əsas
amillərdən biri olmuşdur. Mənbə sözlə törəmə söz arasında olan
semantik əlaqələrin xarakterinə görə bu sözlərin sadəliyi və
məhsuldarlılığı haqqında mühakimə yürütmək olar. P.A.Sobolyova
ingilis dilində bir-biri ilə konversiya vasitəsilə birləşən feil-isim
cütlükləri arasında aşağıdakı semantik əlaqələrin olduğunu göstərir:
“1.Fəaliyyət - akt, fəaliyyət prosesi. Məsələn: to stroll
“gəzmək” - stroll “gəzinti”(go for a stroll “gəzintiyə çıxmaq”)
2. Fəaliyyət - fəaliyyət göstərən şəxs və ya əşya. Məsələn, to
graduate “təhsil müəssiəsini bitirmək” - graduate “təhsil
müəssiəsini bitirən, məzun”
3. Fəaliyyət - fəaliyyətin yeri. Məsələn, to slide
“sürüşmək” - slide “buzlu dağ və ya yol”
4. Fəaliyyət - fəaliyyət obyekti. Məsələn, to chase
“dalınca qaçmaq, izləmək”- chase “ovçu tərəfindən izlənilən
heyvan”
103
5. Fəaliyyət - fəaliyyətin nəticəsi. Məsələn, to work
“işləmək”- work “əsər”” [158, 94].
Burada, göründüyü kimi, bir-biri ilə bağlı olan
leksik-semantik cütlüklər arasında məna əlaqələri özünü
açıq-aydın göstərir. İngilis dilinin tədqiqatçıları bu dildə yer alan
leksik-semantik konversiya haqqında danışarkən onların
diqqətini ən çox isim→feil istiqamətində baş verən konversiya
cəlb edir. Xüsusən bu zaman heyvan adlı isimlərdən yaranan
feillər özünəməxsus semantik strukturları ilə fərqlənir.
E.E.Kubaryova bu barədə yazır: “Əgər heyvan adlı
leksik-semantik vahidlər, canlı varlıqların nominasiyası kimi
müəyyən funksiyalı, çox aydın semantik vahidlərdirsə, o zaman
onlardan yaranan feil-konversivlər, qrupun məna münasibətində
eynilik təşkil etmirlər. Əksinə, onlar bir-biri ilə əlaqəli olan
(semantik və emosional-obrazlı planda), amma müxtəlif mikro
leksik-semantik vahidlərə parçalanırlar. Belə mikroqrupa daxil
olan konversivlər, ya həmin heyvanların fəaliyyətini, ya
insanların heyvanlara istiqamətlənmiş fəaliyyətlərini, ya da
insanların heyvanların fəaliyyətinə oxşar fəaliyyətini bildirir”
[117, 52]. Bu qruplardan xüsusilə sonuncular çox maraqlıdır.
Belə ki, onlarda heyvan adlarının semantikasının mürəkkəb
metaforik və metonomik transformasiyası baş verir. Məsələn:
Dog (it) → to dog – iziylə getmək, güdmək [6-181]
Ape
(meymun)
→to
ape
–
axmaqcasına
yamsılamaq,hoqqabazlıq etmək [6-26]
Fox(tülkü) →to fox – aldatmaq, hiyləgərlik etmək [6-246]
Rus dilində leksik-semantik səviyyədə baş verən
konversiya zamanı konversivlərdə də leksik mənanın
dəyişilməsi belə konversiyanın xarakterik xüsusiyyətlərindən
biridir. Əsasən bu dildə belə dəyişikliyi feili sifətlərin
adyektivləşməsi zamanı görmək olar. “Əlbəttə, müxtəlif feili
sifətlərin adyektiv mənaları, istifadə prosesi zamanı leksik
olaraq zəifləyir. Buna görə də feili sifətlərlərə omonimlər
yaranır. Məsələn, следующий (день, год), текущий (счет,
интересы), начинающий (учитель, писатель) və s.
104
Leksik-semantik yolla yaranan belə sözlər artıq müəyyən
dərəcədə semantik olaraq yalnız feili sifətlərdən deyil, həmçinin
uyğun feillərdən də ayrılır” [127, 46].
Rus dilində feili sifətlər sifətlərə keçəndə, leksik-semantik
səviyyədə baş verən konversiyanın nəticəsi olaraq verilmiş
sözün leksik mənasının genişlənməsi baş verir. Söz əsas
mənadan əlavə müəyyən keyfiyyət çaları qazanır. Məsələn,
организованный (təşkil olunmuş) feili sifəti sifətə keçərkən
müsbət əlavə məna qazanaraq qaydaya salınmış, sistemli,
mütəşəkkil, planauyğun mənalarını da verir. Bu dildə
организованное выступление söz birləşməsində həmin söz
feili sifət mövqeyindən çıxış edir və bu ifadə təşkil olunmuş
çıxış kimi tərcümə edilir. Amma организованный человек söz
birləşməsində həmin söz sifət funksiyasını daşıyır. Elə bu söz
birləşməsi də dilimizə sistemli, öz işini, əməyini yaxşı
planlaşdırmağı bacaran insan kimi tərcümə edilir.
Leksik-semantik səviyyədə baş verən konversiya hadisəsi
kök dil olan çin dilində A.A.Draqunov və V.İ.Qorelov
tərəfindən sintaktik transpozisiya adlandırılmışdır. V.İ.Qorelov
omonim konversivlər haqqında danışarkən qeyd edir ki,
konversiv omonimlər xüsusi növ omonimlərdir. Onlar əsl
ominimlərdən həqiqətən də fərqlənirlər. Konversiya vasitəsilə
yaranan omonim sözlər məna cəhətdən sıx bağlı olduqları halda,
əsl omonimlərdə ya tamamilə semantik əlaqələr olmur, ya da
tamamilə uzaq məna əlaqəsi olur ki, bu da xüsusi tədqiqat tələb
edir [84, 98]. V.İ.Qorelov və A.A.Draqunovun sintaktik
transpozisiya adlandırdıqları, əslində isə leksik-semantik
səviyyədə olan konversiya hadisəsi zamanı çin dilində əsasən
isim→sifət, sifət→isim, sifət→zərf istiqamətində keçid baş
verir. Qeyd olunan bu konversiya növlərini adyektivləşmə,
substantivləşmə, adverbiallaşma adlandıra bilərik. Kök dillər
üçün bu səviyyədə baş verən konversiya hadisəsi xarakterikdir.
Çünki bu dildə morfoloji vasitələr həddindən artıq az
olduğundan, leksik vahidin konkretləşməsi onların tutduqları
sintaktik mövqelərdən asılı olurlar.
105
İrəlidə qeyd etdiyimiz kimi inkorporlaşan dillərdə bir sıra
təkhecalı sözlərə rast gəlmək olur ki, sintaktik funksiyalarına görə
fərqlənən bu cütlüklərdə etimoloji yaxınlıq hiss olunur. Məsələn:
Пынло-к (soruşmaq)→ пынло-н(sual) və s. [99, 89].
Yuxarıdakı misal koryak dilinə aiddir və leksik-semantik
səviyyədə baş verən konversiya hadisəsinə çox uyğun gəlir.
Misallardan da göründüyü kimi, koryak dilində konversiya hadisəsi
sözlərin əsaslarının üst-üstə düşdüyü hal hesab edilir [99, 95].
Leksik-semantik səviyyədə baş verən konversiya
hadisəsinə əsasən birhecalı sözlər məruz qalır ki, bu zaman
törəmə sözlərdə ilk əvvəl sintaktik səviyyədə konversiya
hadisəsi baş verir. Bu da sözlərin sintaktik mühitini dəyişir, ona
yeni sintaktik funksiya qazandırır. Törəmə sözdə heç bir struktur
dəyişiklik baş vermir və bu söz yeni leksik-semantik çalarlar
qazanır. Bu səviyyədə baş verən konversiya hadisəsinə başqa dil
ailələrində də rast gəlmək mümkündür.
106
III FƏSİL
KONVERSİYANIN STRUKTUR – SEMANTİK NÖVLƏRİ
3.1. Substantivləşmə (İsimləşmə)
“Substantivləşmə termini latınca Substantium sözündən
olub hərfi mənası isim deməkdir” [17, 9]. O.S. Axmanova
“Dilçilik terminləri lüğəti”ndə bu termini belə izah edir:
“Substantivləşmə başqa nitq hissələrindən isim sırasına
keçid deməkdir. Əldə olunmuş qabiliyyətlər nəticəsində bu
birbaşa əşyanı göstərir” [60,160]. Hər hansı substantivləşmiş,
yəni isimləşmiş söz bizim əşya və ya predmet haqqında
anlayışımızı ifadə edir. Bu da, müəyyən fikri kateqoriyaların
ifadəsinə xidmət edir.
Hələ 1972-ci ildə B.Məmmədov substantivləşməni
ümumi dilçiliyin öz həllini tapmamış məsələsi hesab edirdisə
[38, 50], daha sonralar konversiyanın bu struktur-semantik növü
müxtəlifsistemli
dillərdə
T.İ.Arbekova,
İ.V.Arnold,
A.A.Yuldaşev, Q.Kazımov, V.K.Minenkova, E.P.Kaleçits və b.
dilçilərin əsərlərində ətraflı tədqiq olunmuşdur. Ümumiyyətlə,
substantivləşməylə bağlı ən çox tədqiq edilmiş məsələlər bu
konversiya növünü səciyyələndirən semantik, sintaktik və
leksik-morfoloji göstəricilərin qarşılıqlı əlaqəsi problemidir.
Ə.Dəmirçizadə və C.Cəfərov Azərbaycan dilində bütün
nitq hissələrindən olan sözlərin isim sırasına keçə bilməsini
göstərirlər. C.Cəfərov Azərbaycan dilində substantivləşmənin üç
vəziyyətdə yer aldığını yazır: “1. Təyin olunan isim düşür,
təyinedici söz bir növ onu əvəz edir. Məsələn Qırmızıları ağlara
qatacağam. İş get-gələ qalıbdı. 2. Heç bir əvəzetmə xüsusiyyəti
olmadan başqa nitq hissəsinə aid sözlər II növ təyini söz
birləşməsinin birinci tərəfində işlənərək substantivləşir. Məs.:
Qırmızı sözü sifətdir. Get əmri verildi. 3. Başqa nitq hissələrinə
107
məxsus sözlərin sadəcə olaraq ad kimi işlənməsi. Məsələn,
Dursun, Qızqayıt, Dayandur, Tapdıq və s.” [17, 11].
Digər dillərdə olduğu kimi, Azərbaycan dilində də
substantivləşmə daimi və müvəqqəti olaraq iki yerə ayrılır.
M.Adilov və Ə.Cavadov tərəfindən “mətnsiz yaranan
substantivləşmə” kimi xarakterizə edilən daimi və ya sabit
substantivləşmə dilçilərdən B.Xəlilov tərəfindən hər hansı
mətndən, şəraitdən asılı olmayaraq sabitləşmiş şəkildə olan
substantivləşmə adlandırılır. Dilçi belə substantivləşmə
nümunələrinə ən çox atalar sözlərində rast gəlindiyi, eləcə də
rəng, əlamət, xarici görkəm, həcm bildirən bir qisim sifətlərin
daimi olaraq substantivləşərək insan adları əmələ gətirdiyini
göstərir [34, 83-84]. “Sifətin daimi substantivləşməsi zamanı
onun təyin etdiyi əşya mətndən deyil, təfəkkürdən götürülür”
[14, 61]. Azərbaycan dilində daimi substantivləşmə hallarına ən
çox atalar sözlərində rast gəlmək olur. Məsələn, “İgid ölər, adı
qalar.”, “İslanmışın yağışdan nə qorxusu” Bu atalar
sözlərindəki “igid” sözü substantivləşmiş sifət, “islanmış” sözü
isə substantivləşmiş feili sifətdir. Daimi substantivləşən sözlər
dilin lüğət tərkibinə yeni leksik vahid kimi daxil olub, onu
zənginləşdirir.
“Müvəqqəti substantivləşmə mətndən, situasiyadan asılı
olaraq keçici, müvəqqəti xarakter daşıyır. Bu cür substantiv-
ləşmə aşağıdakı yollarla yaranır:
1. Şəraitdən asılı olaraq müvəqqəti substantivləşmə;
2. Morfoloji yolla müvəqqəti substantivləşmə;
Şəraitdən asılı olaraq sifət təyin etdiyi ismin funksiyasını
öz üzərinə götürərək substantivləşir. Bu, sifətin lüğəvi məna
növlərini tam şəkildə əhatə edir. Morfoloji yolla müvəqqəti
substantivləşmə isə -lar
2
şəkilçisi ilə yaranır” [34, 86].
Azərbaycan dilində çoxlu sayda şəraitdən asılı olaraq
müvəqqəti substantivləşmiş sifətlərə rast gəlmək olar. Belə
sifətlərə ən çox dad bildirən, eləcə də insan və heyvanların xarici
görünüşlərini, daxili keyfiyyətlərini göstərən sözləri aid etmək
108
olar. Məsələn, acı (bibər)→acı; kar(adam)→kar; hiyləgər
(tülkü)→ hiyləgər və s.
Dilçilik ədəbiyyatında sifətlərin substantivləşməsinə
geniş yer ayrılır. Amma bir çox tədqiqatçılar sifətlə yanaşı, feili
sifət, zərf və əvəzliklərin substantivləşməsindən də bəhs etmişlər
(Ə.Dəmirçizadə, B.Məmmədov, Q.Kazımov, A.Həsənov). Sifət,
feili sifət və əvəzlik cəm şəkilçisi vasitəsilə müvəqqəti
substantivləşə bilərlər. Məsələn, Q.Kazımovun fikrincə, sifətlər,
saylar, feili sifətlər və zərflər mübtəda vəzifəsində işlənmək
üçün isimləşməli olur - öz xüsusiyyətlərini saxlamaqla yanaşı,
şəxs, əşya məzmununu da qazanır [35, 104]. Bu zaman onlar ən
çox cəm şəkilçisi qəbul edərək müvəqqəti substantivləşir. Mə-
sələn, onuncular (say), oxuyanlar (feili sifət), buralar (zərf) və s.
Azərbaycan dilində əvəzliklərin substantivləşməsi
hallarına da rast gəlmək olar. Ən çox isimləşən əvəzliklər
sırasına işarə, təyini və qeyri-müəyyən əvəzlikləri aid etmək
olar. A.Həsənov qeyd edir ki, leksik-semantik cəhətdən
müəyyənlik bildirən şəxs əvəzlikləri, yer zərfləri, yiyəlik və
təsirlik halların şəkilçilərini qəbul etməsinə baxmayaraq,
məntiqi cəhətdən tək olan əşyanı (şəxsi və məkanı) ifadə
etdiklərinə görə müəyyənliyin sintaktik əlamətlərini qəbul etmir.
Məsələn, bu mən, həmin mən, axşamkı sən, məktəbdəki siz,
evdəki bura və s. deyilməz. Buna görə də müəyyənlik təyinləri,
o cümlədən bu, o işarə əvəzlikləri qeyd etdiyimiz sözlərdən
əvvəl gəldikdə özləri substantivləşərək mübtəda olur və həmin
sözlərin də predikativləşməsini –xəbər olmasını tələb edir.
Məsələn, Bax, bu mızrax, bu mən, götür əz tök! Bu bura, o da
sizin kəndiniz, hansı daha abaddır? [30, 44-45]. Burada dilçi
xüsusilə işarə əvəzliklərinin substantivləşməsini qeyd edir ki,
hansına ki, ana dilimizdə daha çox-çox rast gəlinir. İşarə
əvəzliklərindən ən çox elə, belə sözləri eləsi, beləsi, elələri,
belələri şəklində substantivləşir.
Azərbaycan dilində əsas nitq hissələri kimi köməkci nitq
hissələri də substantivləşə bilir. C.Cəfərovun fikrincə, köməkçi
nitq hissələri içərisində substantivləşmə cəhətdən qoşmalar
109
xüsusi qrup təşkil edir. Qoşmaların substantivləşməsinə yalnız
dilçilik ədəbiyyatında qoşmalardan bəhs edən ifadələrdə rast
gəlmək mümkündür. Məsələn: Üçün, ötrü, görə səbəb bildirən
qoşmalardır [17, 35].
Başqa köməkçi nitq hissələrinin də substantivləşməsi
demək olar ki, qoşmalarda olduğu kimidir. Biz bu halı digər
köməkçi nitq hissələrinə də aid edə bilərik.
Azərbaycan dilində olduğu kimi digər türk dillərində də
substantivləşmə hadisəsinə çox tez-tez rast gəlmək olur.
E.R.Tenişevin “Türk dillərinin müqayisəli-tarixi qrammatikası”
nda əvvələr qeyri-əşyavi mənalı sözlər olmuş, hal-hazırda isə bir
çox türk dillərində substantivləşən sözlərə aşağıdakı söz
qruplarını və sözləri aid edir:
1. Temperaturu ifadə edən sözlər ;
2. Müxtəlif hiss orqanları tərəfindən qəbul edilən duyğu
mənalı sözlər ;
3. Müəyyən məkan mənalı sözlər ;
4. Zaman mənalı sözlər ;
5. Əsas fiziki vəziyyətləri əks etdirən sözlər ;
6. Kəmiyyət mənalı sözlər ;
7. Mənəvi-emosional vəziyyəti əks etdirən sözlər [163,
160-161].
N.A.Baskakov və A.N.Kononov türk dillərində xüsusilə
özbək, türk, qaraqalpaq dillərində bu dil hadisəsinin leksik-
-sintaktik, sintaktik, morfoloji yolla reallaşdırılmasının
mümkünlüyünü qeyd edirlər. A.A.Yuldaşev başqırd dilində
sifətlərin substantivləşməsinin kifayət qədər geniş yer tutması
barədə yazır. O, iki növ substantivləşmiş sifətləri qeyd edir:
“1. Sadə sifətlərin substantivləşməsi nəticəsində yaranan
isimlər. Məsələn, бай (varlı), батыр (qəhrəman), оят (vicdan),
ярлы ( kasıb)
2. Müxtəlif düzəltmə sifətlərin substantivləşməsi
nəticəsində yaranan isimlər. Məsələn, акыллы (ağıllı), инсафлы
(insaflı) və s.
110
A.A.Yuldaşev başqırd dilində indiki və gələcək zamanda
olan feili sifətlərin, -мак şəkilçisi qəbul etmiş məsdərin də
substantivləşməsini də göstərir” [87, 116-117].
A.A.Yuldaşevin ikinci bölgüsündəki düzəltmə sifətlərin
substantivləşməsi hallarına türk dilində karanlık - sif. işığı
olmayan, bütünü veya bir parçası işıktan yoksun olan, karışık
(işığı olmayan, qarışıq)→ is. işık olmama durumu
(qaranlıq)[4-1080], gelinlik -sif. gelin olma çağına gelmiş (gəlin
olma çağına gəlmiş) → is. gelin olma durumu(gəlin olma)[
4-247] misal gətirmək olar.
Azərbaycan dilində olduğu kimi, bir çox türk dillərində
də substantivləşmə zamanı sözlər, xüsusilə sifətlər müəyyən
leksik, sintaktik və morfoloji dəyişikliklərə məruz qala bilir.
Yakut dilində bu dəyişikliklər belə təsvir olunur:
“Təyin olunan sözü olmayan sifətlər əsas leksik mənasını
itirərək, müəyyən sintaktik şərtlər daxilində əşyavilik mənasını
qazanır. Bu sözlər daha çox mübtəda və tamamlıq funksiyasını
qazanır. Beləliklə onlar isim sırasına keçməklə, substantivləşirlər.
Məsələn, саҥа (yeni) sözü. Bu söz substantivləşdikdə yalnız bir dar
mənanı verir. Sözün leksik mənasının daralması və konkretləşməsi
baş verir: Саҥа эргени кыайда. (Yeni (ümumiyyətlə yenisi)
köhnəyə (ümumiyyətlə köhnəyə) qalib gəldi)” [88, 170].
Aqlütinativ dillərə aid edilən türk dillərində olduğu kimi,
rus və ingilis dili kimi flektiv dillərdə də substantivləşmə geniş
müşahidə olunur.
M.Dubleneç ingilis dilində substantivləşmə haqqında
danışarkən qeyd edir ki, substantivləşmə ellipsis (sintaktik
qısaltma) nəticəsində, semantik cəhətdən güclü təyini olan söz
birləşməsi, öz semantik cəhətdən zəif ismini itirəndə baş verir.
Məsələn, a grown-up person (yaşlı insan) söz birləşməsi a
grown-up (yaşlı) isminə çevrilir [93, 54]. Başqa dillərdə olduğu
kimi ingilis dilində də ən çox sifətlərin substantivləşməsindən
söz açılır.
B.Məmmədovun fikrincə, müasir ingilis dilindəki indiki
və keçmiş zaman feili sifətlərindən fərqli olaraq, Azərbaycan
111
dilində feili sifətlərin substantivləşməsi daha qüvvətlidir. Bu,
Azərbaycan dilinin aqlütinativ quruluşa malik olması, ismin
qrammatik kateqoriyalarının geniş işlədilməsi ilə bağlıdır
[37,71]. İngilis dilində feili sifət substantivləşərkən onun aid
olduğu isim düşür. Türk dillərindən fərqli olaraq bu zaman əsas
göstərici müəyyənlik artiklidır. Məsələn, the lying (uzanan), the
crying (ağlayan) və s.
Müasir ingilis dilində də sifətlərin substantivləşməsi tam
və natamam olmaqla iki yerə bölünür. Tam isimləşmə zamanı
sifət ismə məxsus sözdəyişmə paradiqmalarını qəbul edir: belə
sifətlərdən qabaq müəyyənlik artikli gəlir, cəm və yiyəlik hal
şəkilçisi qəbul edir. Məsələn, the native (yerli sakin), a native
'
s
character (yerli sakinin xarakteri), musicals (musical comedies)
(müzikllər).
Flektiv dil olan ingilis dilində bəzi sifətlər zaman
keçdikcə daimi substantivləşərək dilin lüğət tərkibinə daxil
olmuşdur. Məsələn, male (kişi, erkək), female (qadın, dişi),
conservative (mühafizəkar), neutral (neytral dövlət, neytral
dövlət vətəndaşı), radical (radikal).
İngilis dilində, başqa dillərdə olduğu kimi, müvəqqəti
substantivləşmə zamanı isimləşən sözlərdə hələ də sifətə məxsus
bəzi xüsusiyyətlər özünü göstərir. Bəzən belə sözlər hələ də
zərflərlə təyin olunur. Məsələn, the really happy (əsl xoşbəxt).
Müasir ingilis dilində müvəqqəti substantivləşən sifətləri iki
yerə ayırmaq olar:
a) yalnız cəm formasına malik olan və topluluq mənasını
verən isimlər: sweets (şirniyyat), news (xəbərlər) və s.
b) yalnız təkdə işlənib və müəyyənlik artikli ilə işlənən
isimlər. Belə isimlər topluluq mənasını verir və milliyət, sinif,
insan qruplarını bildirir. Məsələn, the rich (varlılar), the English
(ingilislər), the dead (ölülər) [93, 55]. İngilis dilində sifətlərin
müvəqqəti və ya natamam substantivləşməsi zamanı, sifətlər
ismə məxsus yalnız bəzi paradiqmaları qəbul edir.
İ.V.Arnoldun fikrincə isə, sifətlərin substantivləşməsini
konversiyanın bir növü kimi qəbul etməyən dilçilər, yalnız
112
feillərin isimləşməsi və isimlərin verballaşmasını konversiyanın
bir variantı kimi qəbul edir. Amma bu, ümumilikdə hamı
tərəfindən qəbul edilməyən bir fikirdir [59, 162].
Dilçilik ədəbiyyatında müasir ingilis dilində feillərin də
isimləşməsinin mümkünlüyü öz əksini tapsa da, amma bu çox
nadir
hallarda substantivləşmə termini ilə verilir.
V.K.Minenkovanın fikrincə, ingilis dilində feil→isim tipli
konversiya modeli 1705 konversiv cütlükləri əhatə edir ki, bu da
həmin dildə 20,29% feilləri əhatə edir [133, 144]. İngilis dilində
əsasən sadə feillər, prefiksli (ön şəkilçili) feillər, frazeoloji
feillər substantivləşə bilir. Məsələn, sadə feillər: to award
(mükafatlandırmaq)→ an award (mükafat)[5-86], to drink
(içmək)→ a drink (içki)[5-447], prefiksli feillər: to remark (işarə
etmək, qeyd etmək) → remark (işarə, qeyd)[5-1245], to rewrite
(yenidən yazmaq)→rewrite (kitabın yenidən yazılması)
[5-1268]; frazeoloji feillər: to let up (zəifləmək, azalmaq) → let
up (zəifləmə, azalma)[5-853], to check up (yoxlamaq) → check
up (tibbi yoxlama, nəzarət)[5-239]. İngilis dilində sifət, feili
sifət, feillərlə yanaşı, şəxs əvəzlikləri və sözönülərin də
substantivləşməsi mövcuddur. Məsələn, her (quru nəqliyyat
vasitəsi, avtomobil), on (dondurma) [186, 12].
Alman dilində də substantivləşmə geniş yayılmışdır.
M.D.Stepanovanın fikrincə, alman dilində bu sözdüzəltmə
nəticəsində isimləşən sözlər artikl vasitəsilə işlənir ki, bu da
alman dilində yalnız semantik funksiyanı deyil, qrammatik
funksiyaları da həyata keçirir [164, 101]. Tədqiqatçı semantik
funksiya dedikdə artiklin müəyyənlik və qeyri müəyyənliyin
ifadəsi olduğunu, qrammatik funksiya dedikdə isə, onun alman
dilində cins, say, hal kateqoriyasını bildirməsini nəzərdə tutur.
Bütün bu xüsusiyyətlər sözün artıq ismə aid olduğuna dəlalət
edir. Alman dilində demək olar ki, bütün nitq hissələri
substantivləşə bilir. Bu nitq hissələrinə sifət, feili sifət, zərflər,
köməkçi nitq hissələri və nidalar aiddir. Amma bu dildə ən çox
infinitiv, yəni məsdər, sifət və feili sifətlərin substantivləşməsinə
rast gəlinir. M.D.Stepanovanın fikrincə, alman dilində bir sıra
113
substantivləşmiş infinitivlər vardır ki, daha geniş istifadə edilir.
Məsələn, das Leben, das Essen, das Sprechen, das Werden və s
[s.108].
M.A.Yefimova
qeyd
edir
ki,
infinitivin
substantivləşməsi affiksləşmə vasitəsilə baş vermir. Belə ki, –en
suffiksi orta cinsli mənbə isimlərə xas bir şəkilçi deyildir. Orta
cinsli –en suffiksi ilə bitən isimlərin əksəriyyəti infinitivin
substantivləşməsi hesabına dolur [97, 25].
Rus dilində substantivləşməni tədqiq edən V.L.Qeo-
rqiyevanın fikrincə, substantivləşməni aşkar edən və ya onu
müəyyən edən semantik, qrammatik və nitq hadisələri birplanlı
faktlar deyillər [81, 108]. Ümumiyyətlə, müasir rus dilində
substantivləşmə aktiv xarakter daşıyır. Rus dilində sifətlərin
substantivləşməsi geniş müşahidə olunur. Buna əsasən yaşayış
evlərində və ya mənzillərdəki otaqların adlarını məsələn, ванная
(hamam otağı), гостиная (qonaq otağı), müəyyən siyasi və
ictimai-siyasi birləşmələrinin tərəfdarlarının adları, məsələn,
левые (solçular), красные (qırmızılar), белые (ağlar), müxtəlif
irqlərin nümayəndələrinin adlandırılmasını белый (ağ), черный
(qara), краснокожий (qırmızı dərili) və s. aid etmək olar. Rus
dilində substantivləşmə yalnız sifətlərə aid bir xüsusiyyət
deyidir. Həmçinin bu flektiv dildə feili sifətlər də isimləşə bilir.
Məsələn, будущее (gələcək), раненый (yaralı) və s. [148, 345].
Rus və ingilis dillərinin hər ikisi flektiv dillər olsa da, bu
dillərdə substantivləşmiş sifətlər arasındakı fərq özünü göstərir.
Belə ki, rus dilində tam substantivləşmiş sifət və feili sifətlərə
ingilis dilində eyni əşya mənalı, amma natamam
substantivləşmiş sifət və feili sifətlər uyğun gəlir. Bunu ingilis
dilinə tərcümədə də nəzərə almaq lazımdır. Məsələn, rus
dilindəki мертвый (ölü), безработный (işsiz), слепой (kor),
пропавший без вести (xəbər-ətərsiz itmiş, yoxa çıxmış) kimi
substantivləşmiş sifət və feili sifətlər ingilis dilinə tərcümə
edildikdə onların yanına isim əlavə edilir: a dead man, an
unemployed man, a blind man, a missing soldier və s.
Flektiv dillərdən başqa kök dillərdən biri olan çin dilində
də yer alan substantivləşmə hadisəsi V.İ.Qorelovun sintaktik
114
transpozisiya adlandırdığı, amma konversiyaya aid etmədiyi
zaman da baş verir. Bu zaman sifət ona xas olmayan sintaktik
vəzifəni yerinə yetirərək, əvəzlik və saylarla birləşir və ismin
funksiyalarını icra edir. Bu, göründüyü kimi, natamam
substantivləşmə hadisəsi ilə oxşarlıq təşkil edir. Amma
V.İ.Qorelov tərəfindən morfoloji transpozisiya və ya konversiya
adlandırılan substantivləşmə zamanı isə yalnız feillərin
isimləşməsi baş verir. Bu zaman feil ona uyğun olmayan
sintaktik mövqedən çıxış edərək, mübtəda və tamamlığın
funksiyasını yerinə yetirir, həmçinin əvəzlik və sifətlə ifadə
olunmuş tamamlıq qəbul edir. Yəni, ismə məxsus sintaktik
göstəriciləri əldə edir. Belə modelə xarakter cəhət yalnız mənbə
sözün, yəni feilin paradiqma yaratmasıdır [84, 97].
Artıq əvvəllər də qeyd etdiyimiz kimi, inkorporlaşan
dillərdə substantivləşmə hadisəsi konversiyanın ən geniş
yayılmış struktur-semantik növüdür. P.Y.Skorik inkorporlaşan
dillərdən olan çukot dilində isimlərin yaranması yollarına:
konversiya (feillərin substantivləşməsi) və şəkilçi vasitəsilə
sözdüzəltməni (“(ы)н”) şəkilçisi vasitəsilə) aid edir [154, 341].
O, burada konversiya dedikdə feil əsaslarının adlara
çevrilməsini nəzərdə tutur. Məsələn, инэюнрэтык (seçmək),
burada feil əsası olan инэюнрэт, seçki kimi tərcümə edilən
инэюнрэт isminə və ya увичвэтык (oynamaq), burada feil
əsası olan увичвэт, oyun kimi tərcümə edilən ismə konversiya
etmişdir [s.342]. A.N.Jukova koryak dilində isimlərin
yaranmasının ən əsas yollarından birinin konversiya olduğunu
qeyd edir. Onun fikrincə, bu dildə konversiya uyğun fəaliyyət
adının əsasında əşyanın adının yaradılmasıdır. Bu zaman da,
digər inkorporlaşan dillərdə olduğu kimi, feil əsasları isimlərlə
üst-üstə düşür. Məsələn, моггола-к (hürmək)→моггола-н
(hürmə), оммачайпы-к (qucaqlamaq, bürümək)→омма-
чайпы-н (qucaq)[99, 54].
Gördüyümüz kimi, substantivləşmə hadisəsinə həm
aqlütinativ, həm flektiv, həm kök, həm də ki, inkorporlaşan
dillərdə müxtəlif variant və formalarda rast gəlinir. Eləcə də,
115
flektiv dillərdə məsələn, rus və ingilis dillərində isim sırasına keçən
sifətlər yenə də zərflə təyin oluna bilir.
Kök və inkorporlaşan dillərdə ən çox feilin subs-
tantivləşməsi hallarına rast gəlinir. Beləliklə, substantivləşmə
özünün təzahür xarakteri və şərtlərindən asılı olmayaraq, mahiyyət
etibarilə semantik bir hadisə kimi səciyyələndirilə bilər.
3.2. Adyektivləşmə (Sifətləşmə)
Adyektivləşmə sözü dilçilik termini olaraq latınca
“adjectivum” sözündən yaranıb, mənası “sifət” deməkdir [148,
343]. Adyektivləşmə zamanı müxtəlif nitq hissələrinə məxsus
sözlər sifət sırasına keçir [60, 34]. Adyektivləşmə bəzi nitq
hissələrinin öz mənaları əsasında onlar üçün ikincidərəcəli üzv
hesab edilən təyin vəzifəsində işlənərkən özlərinin müəyyən
cəhətlərinin məhdudlaşdırması, bunun müqabilində təyinə
təhkim olan nitq hissəsi-sifətlik xüsusiyyəti kəsb etməsi, başqa
sözlə desək, bir növ sifətin analoquna çevrilməsi hadisəsinə
deyilir [17, 37]. Dilçilikdə ən çox isim, feili sifət sifət sırasına
keçir. Bu zaman yaranan yeni söz əsas nitq hissəsi olan sifətə
məxsus xüsusiyyətləri özündə əks etdirir və bu yeni yaranan söz
cümlə üzvü kimi təyin funksiyasını daşıyır. Məlum olduğu kimi,
təyin sifətdən başqa say, əvəzliklə də ifadə oluna bilər və bəzən
bu nitq hissələri də adyektivləşməyə məruz qalır. B.Xəlilov
isimlərin adyektivləşməsi terminini işlətmədən bu qrup sözləri
təyin funksiyasında işlənən atributiv isimlər adlandırır. Onun
fikrincə, belə isimlər əlamət, keyfiyyət mənasını bildirir.
İkincisi, isim məcazi mənada işlənir, əşyanı təyin edir. Məsələn,
dəmir bilək, daş ürək, pambıq əl [34, 77]. Həmçinin o qeyd edir
ki, nümunə gətirilən sözlər burada yenə də isim olaraq qalır.
Çünki belə sözlər yenə də ismə məxsus olan bəzi xüsusiyyətlərə
malik olur: hal şəkilçiləri ilə işlənir, onlar sifətin çoxaltma
dərəcələrini ifadə edən bəzi ədatlar ilə işlənə bilmir. Artıq əvvəl
dilçilərdən Ə.Dəmirçizadə və Z.Tağıyevin bir ismin sifətləşincə
onların keçdikləri mənaca üçpilləli inkişaf yolunun ikinci
116
pilləsinin qovuşuqluq pilləsi, yəni sintaktik pillə olduğunu qeyd
etmişdik. Onların fikrincə, bu pillələrdən birincisi, sözün saf
əşya mənasını ifadə etmə pilləsidir. Yəni, burada söz hər
cəhətdən isimdir. Heç bir xüsusi adlıq halda olan isim ikinci
ismə yanaşaraq, onu bu və ya digər əlamətinə görə təyin etməz.
Məsələn, Dərbənd üzüm, Naxçıvan duz deyilməz. Bu zaman
bir-birinə yanaşan hər iki ismin, ya da bunlardan birinin xüsusi
formal əlamət qəbul etməsi zəruridir. Bu da ki, verilən
misallarda nisbət şəkilçisinin işlədilməsidir: Dərbənd üzümü,
Naxçıvan duzu. Üçüncü pillə isimlərin öz əsl məzmunundan
ayrılaraq sifətləşməsi pilləsidir [23, 49-50]. Əlbəttə ki,
adyektivləşmə zamanı adyektivləşən sözlər ən sonda sifətləşmə
pilləsinə çatır.
Q.Kazımov da, əksər dilçilər kimi, bu prosesi sadəcə
olaraq isimlərin təyin funksiyasında işlənməsi kimi təsvir edir. O
göstərir ki, isimlər isimlərə yanaşaraq atributivləşir, təyin
vəzifəsində işlənərək aid olduğu üzvü maddi-material, milli və
cinsi mənsubiyyət, ictimai vəziyyət, rütbə, titul və s. cəhətdən
izah edir, aydınlaşdırır [35, 37]. C.Cəfərov isimlərdən hamısının
deyil, yalnız müəyyən qrupunun adyektivləşməsini qeyd edir. O
bunların maddi adlar, ictimai vəziyyət bildirən, milliyət,
peşə-sənət anlayışları, müəyyən heyvan adlarını bildirən isimlər
olduğunu göstərirdi. Məsələn, professor Amanov, doktor Musa,
özbək Qulam, at Balaxanım və s. [17,41-42]. Amma daha
sonralar R.Abdullayev türk dillərində bu sıraya müxtəlif növ
ağac, bitki və onlardan hazırlanmış alət adlarını (pambıq, ipək
parça), qohumluq bildirən isimləri (ata sözü, koca vergisi, baba
sanatı), məkan mənalı isimləri (aşağı mərtəbə, yan oturacaq,
harmanlık yer), şəxsin mənəvi aləmini, vəziyyətini əks etdirən
isimləri (şəhid qəhrəman, haramzadə adam) və s. artırdı [3,
144-145].
Ümumiyyətlə, sifətləşmə hadisəsi ilə bir çox türk
dillərində qarşılaşmaq olar. E.R.Tenişevin fikrincə, sifətlərin
universal nitq hissəsi kimi təzahürünə qalsa, müasir dilçilikdə
sübut olunmuşdur ki, isim və sifət kimi nitq hissələrinin
117
əsasında əvvəllər fərqlənməyən əşyavi-keyfiyyət mənalı adlar
olub. Zaman keçdikcə, bu adlar ya əşyanın adına (onun tipik
əlamətinə görə), ya da ki, əlamətin adına (hər hansı bir əşyaya
uyğun olaraq) çevrildilər. Məsələn, altay dilində бош sözü 1)
asudə vaxt, boş vaxt 2) boş, azad 3) zəif mənasını verirsə,
Azərbaycan, başqırd, qazax, qaraqalpaq, kumık, noqay, tatar,
türk, türkmən, özbək, uyğır və digər türk dillərində bu söz
müxtəlif fonetik variantlarında yalnız əlamət bildirir” [163, 159].
Türk dillərindən olan yakut dilində təyin funksiyasını
daşıyan isimlərə aşağıdakıları misal gətirmək olar:
“1.Material bildirən isimlər. Məsələn, таас дыиэ(daş ev)
2.Bitki, heyvan növlərinin adları. Məsələn, бэс масс(qovaq
ağacı), кыыл таба (vəhşi maral)
3.İnsanların yaşı, milliyəti, vəziyyətini bildirən isimlər.
Məsələn, нуучча киhи (rus adam), оŋоннъор киhи (qoca adam)
Amma yuxarıda sadaladığımız isimlər sifət funksiyasında
işlənərək, yenə də əvvəlki əşyavilik mənasını saxlayırlar. Müasir
yakut dilində onlar hələ sifət kateqoriyasına tam keçməyiblər və
onları adyektivləşmiş sözlər adlandırmaq olmaz” [88, 169].
A.N.Kononov türk dilində adyektivləşmə haqqında
danışarkən buna ilk əvvəl derivasiya prosesində düzəltmə
isimlərin adyektivləşməsini aid edir. Məsələn, -gan,-gın kimi
düzəltmə şəkilşiləri qəbul etmiş isimlər sifətləşir: çalışkan.
Amma daha sonralar A.N.Kononov adyektivləşmə dedikdə, bəzi
sıra saylarının, hiç zərfinin inkarlıq xəbəri qarşısında, hep
zərfinin təyin funksiyasında işlənməsi haqqında danışır [113,
78]. Buradan göründüyü kimi, o, yalnız bəzi nitq hissələrinə
məxsus sözlərin ikinci sintaktik funksiya daşımasını göstərir.
Ümumiyyətlə, müasir türk dilində daha çox sadə isimlərin
adyektivləşməsi hadisəsinə rast gəlmək olar. Məsələn, altın -
is.sif.(qızıl)[4-83], çamur- is.sif. (palçıq)[4-390], fincan -
is.sif.(fincan)[4-704], ön - is.sif. (ön)[4-1541] və s.
Artıq əvvəllər də qeyd etdiyimiz kimi, bəzi düzəltmə
isimlər də adyektivləşə bilir. Buna ən çox türk dillərində rast
gəlinir. L.A.Pokrovskayanın fikrincə, qaqauz dilində yalnız
118
–кы
4
şəkilçisi istisna olmaqla bütün düzəltmə isim və sifətlər
eyni sözdüzəldici şəkilçilərdən yaranır [142, 85].
N.A.Baskakov qeyd edir ki, isim başqa nitq hissələri kimi
cümlədə təyin kimi də çıxış edə bilər. Bu zaman onlar ya
attributivləşir (təyin funksiyasında çıxış edərək, əlamət mənasını
qazanır), ya da, şəkilçilərlə ifadə olunmuş xüsusi attributiv-təyin
funksiyasını əldə edir [65, 187].
Artıq qeyd etdiyimiz kimi, digər türk dillərində olduğu
kimi Azərbaycan dilində də düzəltmə isimlər adyektivləşir.
R.Abdullayevin fikrincə, belə düzəltmə isimlər bu sözdüzəldici
şəkilçilər vasitəsilə düzəlir: -çı
4
,-cı
4
,-ıcı
4
,-lıq
4
,-ma
2
,-ş, -ış
4
,
-aq/ak
4”
.
[3, 147]. Belə düzəltmə isimlərə bu sözləri aid etmək
olar: sabahlıq -1)is. sabah görüləcək, sabah olacaq; 2)sif.
sabaha bəs edəcək, sabahkı günə yetəcək [3-6], yapışqan – 1)is.
yapışdırmaq, bitişdirmək xassəsi olan maddə; 2)sif. dəydiyi yerə
yapışıb zorla ayrılan, yapışmaq xassəsi olan[3-539].Bu misallar
həm Azərbaycan, həm də digər türk dillərində düzəltmə
isimlərin adyektivləşməsi mümkünlüyünü bir daha sübut edir.
Eyni zamanda türk dilində -ca
2
şəkilçisi ilə bitən düzəltmə
isimlər də adyektivləşmə qabiliyyətinə malikdirlər. Məsələn,
eskimoca - is. eskimo dili (eskimo dili) →sif. bu dille yazılmış
olan (bu dildə yazılan)[4-651].
Müasir tatar dilində aşağıdakı düzəltmə şəkilçiləri qəbul
etmiş sözlər adyektivləşir:
1. -чы/че: эшче (işçi) → эшче корт (işçi arı )
2. -лык/-лек: күлмəклек ( don üçün material) →
күлмəклек ( don üçün nəzərdə tutulmuş)” [80, 70].
Ana dilimizdə nəinki isimlər, eləcə də bütün, filan, eyni
kimi əvəzliklər, mən Əli, mən bədbəxt kimi ifadələrdə şəxs
əvəzlikləri, məcazi mənada işlənən sıra sayları da adyektivləşir
[17,56-57]. Başqırd dilində semantik və funksional cəhətdən
sifətlərə çoxlu işarə, müəyyən və qeyri-müəyyən əvəzliklər keçə
bilirlər: belə (don), hansısa (insanlar). Eləcə də əvəzliklər
sifətlərə keçərkən bu prosesi sifətlərin bəzi kateqorial əlamətləri
119
müşayiət edir. Bu zaman adyektivləşən əvəzliklər müqayisə
dərəcələrinə malik olur [87, 194] .
Rus dilində adyektivləşmə çox qədim tarixə malikdir.
Rus dilində çoxdan bəri sifətlərin cərgəsinə daxil olmuş sözlər
vardır: зрелый (yetişmiş), спелый (yetişmiş), колючий (iynəli),
везучий (bəxti gətirən). Rus dilində əsasən isimlər və feili
sifətlər adyektivləşir [148, 344]. V.K.Radzixovskayanın
fikrincə, isimlərin qarşısında cümlədə əlavə kimi işlənən digər
isim adyektivləşir [146,34].
A.M.Peşkovski orta məktəbdə əlavə kimi adlandırdığımız
isimlərin adyektivləşməsini qəbul etmir. O, rus dilində
гражданин Иванов (vətəndaş İvanov), товарищ комендант
(yoldaş komendant), сосед-немец (alman qonşu) kimi
ifadələrdəki hər iki ismin eyni real predmeti bildirdiyini qeyd
edir. Dilçi bu iki ismin lüğəvi mənalarının fərqli olduğunu,
isimlərdən birinin əşya bildirdiyini, digərinin isə qarşısındakı
ismi xarakterizə edən başqa isim olması fikrinin tərəfdarıdır
[141, 141].
Dilçilik ədəbiyyatlarında ən çox rus dilində feili sifətlərin
adyektivləşməsindən söz açılır. Azərbaycan dilində də feili
sifətlərin adyektivləşməsi baş versə də, bu rus dilində olduğu kimi
mürəkkəb bir proses deyidir. C.Cəfərovun fikrincə, feillər o
dərəcədə adyektivləşir ki, hətta onları feili sifət, şəkilçilərini isə
feili sifət şəkilçiləri adlandırırlar [17, 52]. Azərbaycan dilində
adyektivləşmənin əsas göstəricisi feili sifətin təyin funksiyasında
işlənməsidir. Rus dilində feili sifətlərin adyektivləşməsi haqqında
dilçilərdən V.V.Vinoqradov, E.S.Vinoqradov, S.Q.Barxudarov,
V. V.Lopatin, V.N.Miqirin və başqaları bəhs etmişlər. Rus
dilində feili sifətlər sifətləşərkən feilə xas olan zaman, tərz, növ,
idarə kateqoriyalarını itirir. Beləliklə keyfiyyət mənasını
qazanır. V.V.Lopatinin fikrincə, rus dilində substantivləşmə və
adverbiallaşmadan fərqli olaraq feili sifətlərin adyektivləşməsi
zamanı sözdə formal dəyişiklik baş vermir: hallanmanın
paradiqması və sözün sintaktik funksiyası dəyişilməz qalır. Belə
ki, sifət və feili sifətlərin həm paradiqması, həm də ki, sintaktik
120
funksiyaları eynidir. Bu zaman yalnız qrammatik semantika
dəyişir: feili sifət feilin qrammatik mənasını itirir [127,37].
Beləliklə, rus dilində feili sifətlərin adyektivləşməsi
zamanı ilk əvvəl leksik mənanın dəyişilməsi baş verir, daha
sonra avtomatik olaraq feil göstəriciləri itir. Bu zaman
adyektivləşən feili sifətlər əksərən məcazi məna qazanırlar.
Məsələn, придподнятое настроение (yaxşı bayram
əhval-ruhiyyəsi). Substantivləşmədə olduğu kimi rus dilində feili
sifətlərin adyektivləşməsini də tam və natamam olmaqla iki yerə
ayırmaq olar. Tam adyektivləşmə zamanı feili sifətlər tam olaraq
sifət sırasına keçir və sifət kimi işlənir. Məsələn, прелые листья
(çürümüş yarpaqlar), вопиющие факты (eşidilməmiş faktlar)
və s. Natamam konversiya zamanı isə söz ya sifət, ya da ki, feili
sifət yerində işlənir. Məsələn, знающий тайну человек (sirri
bilən insan)- знающий специалист (savadlı mütəxəssis).
Burada ilk misaldakı feili sifət ya feil semantikasına, ya da ki,
sifət semantikasına malik olur. İkinci misalda söz tam olaraq
əlamət mənasını qazanır və feilə məxsus qrammatik
göstəricilərini itirir. Rus dilində feili sifətlər adyektivləşəndə
sifətlər kimi müqayisə dərəcələrinə görə dəyişə bilir. Tam
adyektivləşmə zamanı sifətləşən sözlərdə o qədər məna
dəyişikliyi baş verir ki, omonimlər yaranır.
Müasir ingilis dilində də adyektivləşmənin mövcudluğu
məsələsi mübahisəli olaraq qalır. Bu dildə isimlərin
adyektivləşməsi nəticəsində yaranan ismi birləşmələr ingilis
dilində frazeoloji birləşmələrin tərkibində dərin kök salmış iki
vurğulu sözdən ibarət birləşmələr adlandırılır (N.M.Rayevska,
L.Soudek). Belə söz birləşmələri german dilçiliyində “stone-wall”,
yəni “daş divar” tipli birləşmələr adlandırılır. İsim+isimdən ibarət
olan söz birləşmələri ona görə belə adlanır ki, bu söz birləşmənin
özündə də birinci gələn isim adyektivləşərək sifət sırasına keçir.
L.A.Vertoqradovanın fikrincə, müasir ingilis dilində ən çox
adyektivləşməyə geyim adları, insanlar tərəfindən tez-tez işlədilən
gündəlik əşyalar, nəqliyyat vasitələrinin və onların hissələrinin
adları daxildir [73, 105]. Ümumiyyətlə, ingilis dilində adyektivləş-
121
mə nəticəsində yaranan ismi birləşmələrin komponentləri arasında
müəyyən semantik əlaqələr olur. Bunlara aşağıdakı qrupları aid
etmək olar:
1. Vaxt əlaqələri: evening paper (axşam qəzeti);
2. Məkan əlaqələri: top floor (yuxarı mərtəbə);
3. Əşya və onun hazırlandığı material arasındakı
münasibətlər: brick house (kərpic ev );
4. Fəaliyyət və onun icraçısı arasındakı əlaqə: student
failures (tələbə kəsrləri).
Digər dillərdə olduğu kimi ingilis dilində də
adyektivləşmə zamanı yeni nitq hissəsinə keçən söz, həmin nitq
hissəsinə məxsus bəzi xüsusiyyətlər qazanır. Bu zaman isim cəm
şəkilçisi qəbul etmir. Elə hallara da rast gəlmək olur ki,
adyektivləşən isim sifət kimi müqayisə və ya üstünlük dərəcəsi
şəkilçisini qəbul edir. Məsələn, the bottomest end of the scale
(miqyasın ən aşağı göstəricisi). Burada sifətləşən isim üstünlük
dərəcəsindədir. Eləcə də belə sözlər sifətlər kimi zərflərlə işlənə
bilər. Məsələn, a purely family gathering (təmiz ailə yığıncağı).
Müasir ingilis dilinə isimlərin adyektivləşməsi
nəticəsində dilin lüğət tərkibinə daxil olan neologizmlərə rast
gəlmək olar. Məsələn:
“Soul – zəncilərə məxsus, zənci ruhunda, zənci mədə-
niyyəti
Coffee-table- ətraflı təsvir edilmiş, böyük formatda
Look-ahead- komputerə məxsus başa düşmək və müxtəlif
imkanları, addımları nəzərə almaq imkanlarına malik olan
No-growth- sahə, əhali, iqtisadiyyatın böyüməsinin
qarşısını almaq üçün nəzərdə tutulan
Redbrick –daha yeni təhsil müəssiəsi ilə əlaqəsi olan
Cloth-cap-fəhlə sinfinə aid olan
Mixed-media-müxtəlif informasiya vasitələrindən istifadə
edən” [69, 106].
Misallardan da görmək olar ki, müasir ingilis dilində söz
birləşməsi kimi müxtəlif morfoloji struktura malik isimlər də
adyektivləşə bilir.
122
Flektiv və aqlütinativ dillərdən fərqli olaraq kök dillərdən
olan çin dilində adyektivləşmə hadisəsi çox az yayılmışdır. Bu
da həmin dildə müvəqqəti, yəni kontekstual xarakter daşıyır.
V.İ.Qorelov konversiya deyil, sintaktik transpozisiya
adlandırdığı adyektivləşmə haqqında belə deyir: “Bu halda isim
mənbə leksik vahid kimi çıxış edərək, sintaktik pozisiyanın
dəyişilməsi nəticəsində, başqa sözlər əhatəsinə daxil olub, sifət
funksiyasını yerinə yetirir” [84, 94].
Müəllifin verdiyi nümunələr dilimizə taxta stol, dəmir
qutu, gigiyena vərdişləri kimi tərcümə edilir ki, burada da ilk
isimlər təyin funksiyasında çıxış edərək sifətləşmişlər.
Dilçilərdən A.A.Zvonov çin dilində isimlərin nisbi
sifətlərə və sifətlərlə ifadə olunmuş xəbərə keçdiyini qeyd edir.
Onun fikrincə, çin dilinin normalarına görə isimlər sadə asılılıq
vasitəsilə başqa bir ismi müəyyən edə bilir. İsimlərin önündə
işlənən həmin isimlər sifət, qeyri-hallarda isə onlar isimdirlər.
Eləcə də bu kök dildə тунгоу“izomorfizm”→ тунгоу
“izomorf”,
даньчуньтунгоу
“homomorfizm”→
даньчунтунгоу“homomorf” kimi adyektivləşən cütlüklər
isimlərdən yaranır. Bu sözlər cümlədə xəbər kimi çıxış
etdiklərindən, sifət kimi qəbul edilməlidir. Çünki çin dilində
isimlər, yalnız bəzi hallar istisna olmaqla, bağlayıcı feillər
olmadan xəbəri ifadə edə bilmir [102, 128].
Başqa dil qrupuna daxil olan inkorporlaşan dillərdə bu
hadisəyə rast gəlmək olmur. Çünki bu dillərdə sifətlər yalnız
müəyyən affikslərin köməyii ilə yaranır. Bu dillərdən koryak,
çukot, yukaqır və s. dillərdə sifətlər əsasən müəyyən şəkilçilərin
köməyi ilə yaranır [99, 145].
Göründüyü kimi, adyektivləşmə aqlütinativ, flektiv və
kök dillərdə müşahidə olunur. Aqlütinativ dillərdə daha çox isim
və əvəzliklərin, flektiv dillərdə isim, feili sifətlərin, kök dillərdə
isə isimlərin adyektivləşməsi başlıca yer tutur. Fikrimizcə,
ümumiyyətlə, adyektivləşmə dildə müxtəlif nitq hissələrinə
məxsus sözlərin sifət semantikasını əldə etməklə, ona məxsus
olan sintaktik mövqedə çıxış etməsidir.
123
3.3.Verballaşma (Feilləşmə)
Verballaşma latınca “verbum” sözündən yaranıb, mənası
feil deməkdir. Konversiyanın bu struktur semantik növü əsasən
german dilçiliyinə xas bir hadisədir. Bu zaman müxtəlif nitq
hissələrinə məxsus sözlər feil sırasına keçərək, ona məxsus
qrammatik kateqoriyaları qəbul edir.
Azərbaycan dilçiliyində nitq hissələrində keçid
hadisəsindən bəhs olunarkən bu terminə yalnız akademik
A.Axundovun əsərlərində müəyyən qədər rast gəlmək olur: “Bu
evdən köç! Bu meyvədən dad! cümlələrində köç və dad isimləri
sintaktik cəhətdən feilləşmişdir. “Sevinc də dadırıq, qəm də yeyirik.
Ötən aya, ilə acımırıq biz” (C.Novruz) misralarında isə
morfoloji-sintaktik cəhətdən verballaşma baş vermişdir” [11, 161].
Yuxarıdakı misalda akademik A.Axundovun verdiyi acı
sözü haqqında dilçilərdən E.R.Tenişev yazır: “Qırğız, kumık,
noqay, türk, Azərbaycan, özbək və digər türk dillərində acı
sözünün (müxtəlif fonetik variantlarında) acı (dad), acı (iztirab),
acı söz, kinayəli söz, tünd, qəliz, qəzəb, qeyz, hirs mənaları var.
Amma bu sözün mənbə mənası “acılıq, acı təm” dir. Sonra bu
isim acı mənasını verən sifətə konversiya etmiş və bu sifət
sonradan dərd, acı kimi məcazi məna qazanaraq yenidən
substantivləşmişdir” [163,159]. Misallardan da gördüyümüz
kimi, acı sözü isim→sifət→isim→feil istiqamətində konver-
siyaya uğrayaraq, ən sonda verballaşmaya məruz qalmışdır.
J.M.Quzeyev türk dillərində konversiya haqqında
danışarkən yalnız ikiüzvlü konversiya modellərindən sifət→feil
istiqamətində verballaşmanı qeyd edir və belə verballaşmaya
misal olaraq bu nümunələri göstərir: “Qazax dilində “жабык
(bağlı) → жабык (ruhdan düşmək, məyus olmaq), qırğız dilində
“къызматташ (kiminləsə işləyən)→ къызматташ (kiminləsə
birlikdə işləmək) və s.” [90, 81]. Tədqiqatlar göstərirlər ki, həm
Azərbaycan dilində, həm də digər türk dillərində verballaşma
hadisəsi çox geniş yayılmamışdır.
124
Azərbaycan dilinin feilləri həm leksik tərkibinin, həm də
qrammatik kateqoriyalarının zənginliyi etibarilə başqa nitq
hissələri içərisində xüsusi yer tutur. Əsrlər boyu müxtəlif dillərin
təsirinə məruz qalan Azərbaycan dili daha çox feillər vasitəsilə
öz milli orijinallığını mühafizə edə bilmişdir [32, 118]. Bu fikri
biz nəinki ana dilimizdəki feillərə, eləcə də digər türk
dillərindəki feillərə aid edə bilərik.
Flektiv dillərdən olan rus dilində verballaşmaya rast
gəlinmir. Amma belə dil qrupuna daxil olan ingilis və alman
dillərində konversiyanın bu struktur-semantik növü geniş tətbiq
olunur.
İngilis dilində əsasən isimlər verballaşmaya məruz qalır.
T.I.Arbekovanın fikrincə, müasir ingilis dilində isimlərin
verballaşması konversiyanın daha geniş yayılmış bi növüdür.
Verballaşmaya tez-tez sadə isimlər məruz qalır. Demək olur ki, bu
dildə bütün belə strukturlu isimlərə feillər uyğun gəlir [58, 45].
İsimlərin verballaşması hadisəsinin yaranma tarixi haqqında
dilçilərdən P.M.Karaşuk qeyd edir ki, qədim ingilis dilində
tərkibindəki sait səslərin əvəzlənməsi nəticəsində güclü
feillərdən yaranmış isimlərlə yanaşı (wyrcan-weorc,
fæman-fam), isimlərdən yaranmış zəif feillər də (lufu-lufian,
fyr-fyrian) mövcud idi. Dilin inkişafı prosesində belə fərqli söz
cütlükləri öz fərqlərini itirərək, formaca fleksiyanın itməsi
nəticəsində omonimlərə çevrilən söz cütlükləri ilə üst-üstə
düşdü. Daha sonralar bu böyük ingilis yazıçısı Şekspirin
əsərlərində “müəyyən subyekt üçün səciyyəvi olan işi həyata
keçirmək” mənasında olan feillərin yaranmasına gətirib çıxardı.
Məsələn, to bird, to calf, to dog, to mouse, to shark, to Kate və s.
[109, 192-193].
V.D.Arakin tərəfindən bu belə izah olunur: “XIII əsrdə
ingilis dilində infinitivin düzəldilməsi üçün əsas morfoloji
göstəricilər –en və -n şəkilçiləri idi. Artıq XIV-XV əsrlərdə bu
şəkilçilər yox olduqdan sonra, feillərin yaradılmasında heç bir
morfoloji göstəricidən istifadə olunmadı. Bunun nəticəsində
ingilis dilində isimlərdən müəyyən feillər yaranmağa başladı.
125
Məsələn, man (insan)→to man (komplektivləşdirmək,
tamamlamaq), eye (göz)→to eye (baxmaq, nəzərdən keçirmək)”
[56, 48]. Göründüyü kimi, ingilis dilində artıq XIV-XV əsrlərdə
infinitiv suffiksinin itməsi ilə isim və sifətlərdən feillərin
yaranması davam etdi. Ancaq bu zaman feillərin yaradılmasında
morfoloji göstəricilərdən istifadə olunmurdu. Ümumiyyətlə,
müasir ingilis dilində konversiya vasitəsilə müxtəlif semantik
qruplu isimlərdən feillər yaranır. Bunun nəticəsi olaraq yaranan
feillər də müxtəlif mənaya malik olurlar. O feilləri belə
səciyyələndirmək olar:
1. Feillər konversiya nəticəsində yarandığı ismin ifadə
etdiyi canlıya xarakterik olan fəaliyyəti bildirir: to wolf (canavar
kimi acgözlüklə yemək). to shepherd (çobanlıq etmək);
2. Feillər mənbə isim vasitəsilə ifadə olunan predmetə
məxsus hərəkəti göstərir: to finger (barmaqla toxunmaq), to
hammer (çəkiclə vurmaq), to knife (bıçaqla yaralamaq);
3. Müxtəlif zaman mənalarını verən isimlərdən yaranan
feillər mənbə isim tərəfindən ifadə olunmuş vaxt ərzində
haradasa olmaq mənasını verir: to winter (qışı keçirmək).to
week-end (həftə sonunu keçirmək);
4. Feillər mənbə isim tərəfindən ifadə olunmuş yerdə
müəyyən fəaliyyətin həyata keçirilməsini göstərir: to park
(avtomobili dayanacağa qoymaq), to corner (küncə qısamaq), to
bottle (şüşəyə yerləşdirmək) və s.;
5. Feillər obyekt mənasını verən isimlərdən yaranırsa,
həmin obyektlərin əldə edilməsi, qazanılması, eləcə də onlardan
məhrum etmə mənasını verir: to fish (balıq tutmaq), to dust
(tozunu almaq), to paper (divar kağızını yapışdırmaq).
S.F.Xoxlovanın fikrincə, isimlərdən yaranmış və həmin
isimlərə xas fəaliyyəti həyata keçirmək mənasını verən feillərin
təhlili göstərir ki, onların düzəldilməsi üçün əsas vasitə
konversiyadır. Dilçi konversiya vasitəsilə yaranmış və bu
mənanı verən feillərin leksikanın neytral və ya danışıq qatına aid
olduğunun, sözdüzəldici şəkilçilər vasitəsilə isimlərdən
yaranmış feillərin isə xüsusi leksikaya aid olması fikrinin
126
tərəfdarı idi. Onları köhnəlmiş kimi xarakterizə edir [171, 128].
Doğrudan da, ingilis dilində verballaşma nəticəsində yaranan
feillərdən daha çox danışıq nitqində istifadə olunur. Eləcə də bu
dildə isimlər verballaşarkən yaranan feillər çoxmənalı olur. Bu
da mənbə ismin çoxmənalılığı ilə bağlıdır. Məsələn, stone→to
stone. Bu isim ana dilimizə “daş” kimi tərcümə olunursa,
törəmə feil daşlamaq; material mənasında daş mənasını verirsə,
törəmə feil daşdan üz çəkmək, mənbə isim çərdək mənasını
verirsə, törəmə feil çərdəyini çıxarmaq mənasını verir.
Həmçinin adların verballaşması söz birləşmələrindən fərqli
olaraq fikrin daha yığcam, lakonik ifadəsinə kömək edir.
Məsələn, the ship got a breech (gəmi deşildi) əvəzinə the ship
holed demək olar. Yəni burada mürəkkəb feil ilə ifadə olunan
xəbər, eyni mənanı verən sadə feillə ifadə edilib.
E.N.Bortniçuk, İ.V.Vasilyenko, L.P.Pastuşenko müasir
ingilis dilində sifət, zərf və nidaların da verballaşmasını qeyd
edirlər [69, 102]. L.Soudek isə bu sıraya sözönüləri də əlavə edir
[186, 135]. Aşağıdakı nümunələr bu nitq hissələrinin də
verballaşmasını sübut edir:
Bitter(acı)→to bitter(acı etmək)(sifət→feil)[6-60];
Open (açıq) → to open (açmaq) (sifət→feil)[5-1028];
Blind (kor) →to blind (kor etmək) (sifət→feil)[5-143];
Big (böyük) →to big (böyütmək) (sifət→feil)[5-129];
Further (sonra, daha sonra) →to further (kömək etmək,
yardım göstərmək) (zərf→feil)[6-252];
Hurrah (ura) →to hurrah (ura demək)(nida→feil)-
[6-301];
Into (içinə)→to into (daxil etmək)(sözönü→feil)[6-327].
Müasir alman dilində verballaşma haqqında bəhs
edərkən, M.D.Stepanova bu dildə isim və sifətlərin feil sırasına
keçidini söyləyir. Onun fikrincə, bu proses alman dilində
mürəkkəb semantik bir prosesdir ki, nəticəsində feil sırasına
keçmiş sözlər feilə məxsus qrammatik kateqoriyaları qəbul
edərək, feili xəbər funksiyasını daşıyır, məsələn, das gras grunt-
127
das Gras ist grün; die Äpfeil reifen – die Äpfeil warden reif
[164, 283].
Göründüyü kimi, isimlər verballaşmadan öncə də xəbər
funksiyasını daşıya bilir. Amma bu zaman belə isimlər yalnız is-
mi xəbər ola bilir. Alman dilində sifətlər verballaşarkən bir sıra
belə feillərdə metaforik və metonomik olaraq yenidən mə-
nalandırma baş verir: stärk→ stärken(gücləndirmək) [164, 284].
Artıq qeyd etdiyimiz kimi, kök dillərdə də verballaşma
hadisəsi çox da geniş yayılmamışdır. Çin dilində isimlərin
verballaşması dilçilər tərəfindən morfoloji transpozisiya
adlandırılır. Bu zaman yeni yaranan feil şəkilçilər vasitəsilə
zaman və modal formalarını yaradır, həmçinin tamamlıq qəbul
edir [86, 54].
İnkorporlaşan dillərdə isə bu hadisəyə çox az-az rast
gəlinir. Yukaqır, çukot dillərində əksər feillər şəkilçilərin
köməyilə yaranır [116, 118]; [155, 210].
Beləliklə, verballaşma dilin leksik-semantik və mor-
foloji-sintaktik səviyyəsində yer alan sözdüzəltmə üsulu olaraq
daha çox flektiv dillərdə yer almışdır.
3.4.Adverbiallaşma (Zərfləşmə)
Adverbiallaşma termini latınca “adverbials” sözündən
götürülmüş, zərf məna xüsusiyyətinin olması anlamını bildirir
[17, 58]. Dilçilikdə adverbialllaşma hər hansı bir nitq hissəsinin
zərfə keçməsidir. Nitq hissələrinin semantik dəyişməsi,
funksional yerləşməsi və mətni situasiya vəhdətindən asılı
olaraq formal cəhətdən bir-birindən fərqlənən müxtəlif sözlər
adverbiallaşa bilir [5, 36].
Məlum olduğu kimi, zərf hərəkətə aid əlaməti, keyfiyyəti,
bəzən də əlamətin əlamətini göstərir. B.Xəlilovun fikrincə, zərf
bir nitq hissəsi kimi qrammatika kitablarına nisbətən sonralar
daxil olmuşdur. Buna görə də, bu nitq hissələrinə məxsus
sözlərin bir qisminin isim, bir qisminin sifət, bir qisminin isə say
olduğu göstərilir. Məhz buna görə, də ədəbi dilimizdəki zərflər
128
isim-zərf, sifət-zərf, say-zərf ortaqlı xüsusiyyətinə malikdir [33,
280]. F.Zeynalov, Y.Seyidov belə ortaq sözləri yalnız bir nitq
hissəsinə aid etdikləri halda, M.Hüseynzadə, B.Xəlilov isə onları
müxtəlif nitq hissələrinə aid edir.
Bu barədə M.Hüseynzadə qeyd edir: “Bütün nitq
hissələrində olduğu kimi, zərfin də başqa nitq hissələri ilə şəkilçi
eyniliyi var. Tərzi-hərəkət zərflərinin bir qismi şəkilcə sifətlərlə
(sifət-zərf), kəmiyyət zərflərinin bir qismi saylarla (say-zərf)
ortaqdır. Bunları bir-birindən ayırmaq üçün cümlədəki yerini,
daşıdığı vəzifəsini, əşyaya və ya hərəkətə, hadisəyə aid olmasını
nəzərə almaq lazımdır. Sifət əşyaya, zərf isə hərəkətə(feilə),
əlamətə (sifətə və ya zərfə) aid olur” [32, 200].
Fikrimizcə, belə sözlər müvəqqəti olaraq, müəyyən
situasiyalarda işlənərək cümlə üzvü kimi zərflik funksiyasında
işlənərək müvəqqəti zərfi xüsusiyyətlər kəsb edirlər. Müasir
Azərbaycan dilində isim, sifət, say və əvəzliklərin adverbiallaş-
masına rast gəlinir. Dilimizdə ən çox əksər türk dillərində olduğu
kimi, axşam, səhər, gecə və s. tipli isimlər zərfə konversiya edirlər.
Əlbəttə, cümlədə onların hansı nitq hissələrinə aid edilməsini
sözlərin hansı qrammatik kateqoriyaya aidliyi ilə müəyyən
etmək olar. Məsələn, Gecə sirlidir. cümləsində gecə sözü nə?
sualına cavab verir, ad bildirir. Amma Gecə hər yeri qatı duman
bürüdü. cümləsində isə, gecə sözü nə vaxt? sualına cavab verir.
Azərbaycan dilində yerlik və çıxışlıq hal şəkilçilərini qəbul
etmiş sözlərin konversiyaya aid edilib-edilməməsi dilçilikdə
hələ həllini tam tapmamışdır. M.Hüseynzadə yazda, ayda, ildə,
payızda kimi sözləri yerlik halda olan zaman zərfi və ya zaman
zərfliyi adlandırır [32, 54].
Amma yerlik hal şəkilçisi qəbul etmiş isimləri konvesi-
yanın məhsulu hesab etmək düzgün olmazdı. Çünki onların
qəbul etdikləri şəkilçilər ismə məxsus hal kateqoriyasını əks
etdirir. Yəni onlar hər halda ismin hal şəkilçiləridir. Sadəcə bu
zaman isimlər müvəqqəti zərflik funksiyasında işlənir.
Azərbaycan dilində sifətlərin adverbiallaşması zamanı
onların yalnız cümlə üzvü kimi zərflik funksiyası daşımasının
129
tərəfdarı olan F. Zeynalov qeyd edir: “Bir sıra keyfiyyət sifətləri
feil qarşısında işləndikdə öz əlamət və xüsusiyyətlərini
itirməyərək yenə də sifət olaraq qalır. Məsələn, yaxşı, pis, gözəl
və s. bu kimi sifətlər istər əşya qarşısında, istərsə də feillər
qarşısında onların təyini kimi çıxış etdikdə hər iki halda da
sifətdən başqa bir şey deyildir. Bəzən Azərbaycan dilçilik
ədəbiyyatında “gözəl hava” dedikdə gözəl sözü sifət, “gözəl
oxuyur” dedikdə isə gözəl sözü zərf hesab olunur” [52, 122].
Əsas nitq hissələrindən zərfə konversiya edən saylara az,
çox, xeyli kimi qeyri müəyyən miqdar saylarını misal gətirmək
olar. Məsələn, O, əhvalata çox güldü.
Qeyri-müəyyən çox, xeyli, az sayları sifətlərlə ifadə
olunan təyinlərdən əvvəl gəldikdə adverbiallaşır və əlamətin
dərəcəsini bildirərək təyinlikdən çıxır: çox gözəl quş, çox şirin
meyvə, xeyli aralı kənd və s. [30, 61].
B.Xəlilov əvəzliklərin adverbiallaşması haqqında yazır:
“Dilimizdə onda zərfi vardır ki, bu zərf o vaxt, o zaman məna-
sını verir. Onda zərfi III şəxsin o şəxs əvəzliyinin yerlik halda
işlənməsilə yaranmış onda sözü ilə omonimləşir. Müqayisə
edək: Gərək ki, onda (o vaxt) siqaret çəkmirdik. – Onda həmin
kitab var. Onda (o vaxt ) Əhəd kiçik qardaşının üzünə baxdı,
Sanki onun da fikrini eşitmək istəyirdi.- Onda maraqlı söhbətlər
çoxdur” [34, 281].
Digər türk dillərində də adverbiallaşma çox geniş
yayılmışdır. E.R.Tenişevin fikrincə, müasir türk dillərində zərf
özlüyündə hərəkətin əlamətini və ya əlamətin əlaməti
semantikasını təqdim edir. Aşağıdakılar nəticəsində bu nitq
hissəsi yeni vahidlər hesabına müntəzəm olaraq zənginləşir:
a) isimlərin hal formalarının və feili bağlamaların
izoliyasiyası nəticəsində;
b) məhsuldar modellərlə dolu sözdüzəltmə əsasında;
c) kalka və ya başqa dillərdən alınma sözlər nəticəsində
[163, 254].
Ümumiyyətlə türk dillərində N.A.Baskakov və A.N.Kon-
onov tərəfindən morfoloji-sintaktik üsulla sözdüzəltmə adlandırılan
130
adverbiallaşma hadisəsi türkologiyada öz əksini B.O.Oruzbayeva,
F.A.Qəniyev, L.A.Pokrovskaya, N.P.Dırenkov, A.A.Qulamov və s.
kimi dilçilərin əsərlərində tapmışdır [80, 71]. Həm Azərbaycan,
həm də ki, türk dilində çoxlu sayda sifətlərin adverbiallaşmasına
aid nümunələrə rast gəlmək olar. Məsələn, ana dilimizdə məxfi (sif,
zərf)[2-327], məsud(sif, zərf) [2-353], məxsus(sif, zərf) [2-328] və s,
türk dilində, aç (sif, zərf) [4-20], boş(sif, zərf)[4-301], geç (sif,
zərf)[4-735] və s. nümunələrini misal gətirmək olar.
Türkologiyada, Azərbaycan dilində olduğu kimi,
adverbiallaşma zamanı əsas mübahisə doğuran məsələ hal
şəkilçiləri qəbul etmiş sözlərin adverbiallaşmasının konversiyaya
aid edilib-edilməməsidir. F.A.Qəniyevin fikrincə, əgər
konversiya nəticəsində yaranan, tərkibində hal şəkilçisi olan
zərflərdə, onların yarandığı mənbə sözlər hallanan nitq
hissələrinə aiddirsə, onda belə zərfləri hallanan nitq hissələrinin
adverbiallaşmasının məhsulu hesab etmək düzgündür. Belə
sözdüzəltmə növü şəkilçili deyil, leksik-qrammatik üsuldur ki,
bu zaman da söz və ya söz formaları bir nitq hissəsindən
başqasına keçir. Amma yeni yaranmış hal şəkilçili zərflər
hallanmayan nitq hissələrindən yaranırsa, onda bu şəkilçi
vasitəsilə sözdüzəltməyə aid olunmalıdır [80, 75].
F.A.Qəniyevin adverbiallaşmaya aid etdiyi birinci halı
morfoloji-sintaktik üsul adlandırmaq düzgün olardı. İkinci hal
isə affiksasiyaya aid olub sözdüzəldici şəkilçilər vasitəsilə yeni
sözlərin yaranmasıdır.
A.A.Qulamov özbək dilində çıxışlıq hal şəkilçisi qəbul
etmiş бирдан (birdən, qəflətən), чиндан (həqiqətən) sözlərinin
yalnız tarixən çıxışlıq hala aid edilməsinin tərəfdarı idi [91, 10].
Türk
dilçiliyində
hal
şəkilçili
sözlərin
adverbiallaşmasının konversiyaya aid edilməməsinə də rast
gəlinir. Məsələn, dilçilərdən A.A.Yuldaşev başqırd dilində
adverbiallaşmanı məhsuldar sözdüzəltmə vasitəsi hesab edərək,
onun bu dildə iki üsulla həyata keçməsini qeyd edir:
“ 1) konversiya vasitəsilə
131
2) başqa nitq hissələrinə məxsus qrammatik formaların
təcrid edilməsi və leksikallaşması yolu ilə. Başqırd dilində 70-ə
yaxın leksik-qrammatik omonim var. Bunlara алыç(uzaq),
анһат(asan), һuрəк(az), яҡшы(yaxşı) və s. aid etmək olar.
Onlar kontekstdən asılı olaraq öz formalarını dəyişmədən həm
sifət, həm də zərf kimi fəaliyyət göstərirlər. Bu sözlər müntəzəm
olaraq həm sifət, həm də zərf kimi çıxış edərək verilmiş nitq
hissələri arasında aralıq mövqe tutur” [87, 205]. A.A.Yuldaşev
hal şəkilçili sözlərin adverbiallaşmasını konversiyaya aid etmir.
O, başqa nitq hissələrinə məxsus qrammatik formaların təcrid
edilməsi və leksikallaşması haqqında yazır: “Qrammatik
formaların leksikallaşması proses kimi tarixi leksikologiyanın
obyekti, onun nəticələri isə lüğətin əmlakıdır. Qrammatiklərdən
fərqli olaraq leksikoqraflar öz praktik işlərində bu real faktdan
çıxış edirlər. Əks halda onların lüğətləri “adverbial hallar”, “feili
zərflər”lə dolu olardı” [177, 73].
Buradan göründüyü kimi, bu halda belə sözləri yenə də
isim və ya feil hesab etmir. O, A.A.Qulamov kimi hal şəkilçiləri
qəbul etmiş və sintaktik valentlikərini itirən bir qrup isimləri
zərf hesab edir. A.A.Yuldaşev belə sözlərdə hal formalarının
mövcudluğunu nəinki müasir mahiyyətinə görə, həm də
mənşəyinə görə imkansız hesab edir [177, 66]. Yəni, hər iki
dilçinin fikrincə, bu zaman zərfə keçid baş verir. Amma sadəcə
olaraq tarixən belə hal şəkilçiləri sözdüzəltmə elementi kimi
çıxış edir.
Türk dillərində sifətlərin də zərfə keçidi halları müşahidə
olunur. Məsələn, türkmən dilində, деррев(tez,sürətli) → деррев
(sürətlə) (leksik-semantik konversiya), noqay dilində ювык
(yaxın) → ювыкда (yaxın), узак (uzaq) → узакка (uzun
vaxta,uzun müddətə) (morfoloji-sintaktik konversiya), tatar
dilində якты (işıqlı) → якты (parlaq), суык (soyuq )→ cуык
(soyuq) (leksik-semantik konversiya) və s. [163, 250].
Feil formalarının, daha dəqiq desək, feili bağlamaların
zərfə keçidi həm Azərbaycan, həm də digər türk dillərində geniş
araşdırılmışdır. İ.Əhmədov Azərbaycan dilində feili bağlamala-
132
rın zərfə doğru inkişafını mahiyyətcə mürəkkəb, çoxsəciyyəli bir
proses hesab edirdi. O, zərfləşən feili bağlamaların idarəetmə
qabiliyyətinin tam itdiyini, bunun nəticəsində prosesual zərflərin
yarandığını qeyd edir. Məsələn, qaçaraq, çaparaq, dedikcə və s.
[25, 12]. Eləcə də türk dillərindən özbək dilində индамасдан
(susaraq), шошмасдан (tələsmədən), yakut dilində кыыһыран
(hirsli), мөккүһэ (dalaşaraq), noqay dilində янъылып (səhvən),
билместен (bilmədən) və s. feili bağlamalardan zərf sırasına
keçən sözlərdir [163, 97].
Flektiv dillərdə konversiyanın bu struktur-semantik
növünə türk dillərində və eləcə də onların sırasına daxil olan
Azərbaycan dilində çox rast gəlinir. V.K.Radzixovskaya müasir
rus dilində zərfi belə xarakterizə edir: “Zərf morfoloji-sintaktik
yolla formalaşan, müqayisə dərəcələrinə malik olan, cümlədə
zərflik funksiyasını daşımaq üçün sintaktik asılılıq vasıtəsilə
başqa sözlərlə əlaqə yaradan xüsusi növ söz qruplarıdır” [146,
66].
Ümumiyyətlə, hal və ya sözönülü-hal formalı isimlərin
zərfə keçidi rus dilində geniş vüsət almışdır. Bu zaman bəzi türk
dillərində, eləcə də Azərbaycan dilində rast gəlinən söz
formalarının keçidi halını müşahidə edirik. Əksər rus dilçiləri
kimi N.M.Şanski və E.S.Xmelyovskaya tərəfindən də
morfoloji-sintaktik sözdüzəltməyə aid edilən adverbiallaşma, bu
üsulun qrammatik formanın leksikallaşması növü kimi
xarakterizə edilir. Yəni, leksikallaşma zamanı törəmə söz
əvvəlki nitq hissəsinə məxsus bütün qrammatik xüsusiyyətlərini
itirərək yeni nitq hissəsinə keçir. Ümumiyyətlə, müasir rus ədəbi
dilində ən çox təsirlik, yiyəlik halda olan, в, на, с, без, до kimi
sözönüləri ilə işlənən isimlərin zərfə keçidi baş verir. Məsələn,
təsirlik halında вбок (yan), вволю (istədiyi qədər, bol-bol), на
беду (bədbəxtcəsinə), yiyəlik halında без ума (dəlicəsinə), до
невероятности (inanılmaz) və s. Rus dilində nəinki isim, eləcə
də sifətlərin zərfə konversiyası hadisəsi rast gəlinir. Əksər
dillərdə olduğu kimi, bu flektiv dildə də bəzi keyfiyyət və
133
kəmiyyət zərflərinin müqayisə dərəcəsinə malik olması zərfi
sifətlərlə yaxınlaşdırır.
S.O.Karçevski bu məsələ ilə bağlı qeyd edir ki, rus
dilində müqayisə dərəcəsinin ən xarakterik cəhəti, həm sifət,
həm də ki zərflərdə onun -ее/-е olmasıdır. Qrammatikada onun
hansı nitq hissəsinə aid edilməsi kimi ən çox müzakirə edilən
məsələyə yalnız bir cavab ola bilər. Bu həm sifət, həm də ki,
zərfə aid edilən hibrid formadır [110, 111]. Bu dildə istənilən
qədər sözönlü, müxtəlif hal şəkilçisi qəbul etmiş sifətlərə rast
gəlmək olar. Məsələn, справa (sağdan, sağ tərəfindən), заново
(yenidən), вскоре (tezliklə), сослепу (kor-koranə) və s.
M.İ.Trofimov bu halda zərfləri sifətlərdən yaranmış keyfiyyət
adından ibarət sözönlü birləşmələr və ya bu sözönlü sifət+isim
birləşməsi ilə sinonim olduğunu söyləyir [168, 96].
Doğrudan da, bu belədir. Məsələn, добела (ağaranadək)
- до белизны - до белого цвета. A.M.Peşkovski rus dilində rast
gəlinən müxtəlif hal şəkilçili isimlərin zərf kimi işlənmələri
haqqında yazır: “Belə sözlərdə zərf kimi təcrid edilmiş hal
sonluğu əsl hal sonluğundan ya vurğu, ya əlaqədən doğan
mənasına görə fərqlənir” [141, 144].
Gördüyümüz kimi, müasir rus dilində morfoloji-sintaktik
üsul adlandırılan adverbiallaşmaya ən çox sözönlü isim və
sifətlər məruz qalır ki, bu zaman həmin nitq hissələrində
sonluqlar zərfə məxsus suffiks, sözönüləri isə ön şəkilçisi olmaq
statusunu qazanır. Eləcə də, törəmə zərflər öz vurğularıyla
fərqlənir.
İngilis dilində adverbiallaşma hadisəsi substantivləşmə,
adyektivləşmə, verballaşmayla müqayisədə çox az rast gəlinir.
Konversiyanın struktur-semantik növü kimi adverbiallaşma
hadisəsi dilçilərdən yalnız P.M.Karaşuk, E.N.Bortniçuk,
İ.V.Vasilenko, L.P. Pastuşenko, M.P.İvaşkinin əsərlərində öz
əksini tapıb. Bu dilçilər ingilis dilində onun sifət→zərf,
sözönü→zərf, feil→zərf istiqamətində reallaşdığını göstərirlər.
Məsələn, ingilis dilində dear(baha) sifəti zərfə keçmişdir. Eləcə
də bu dildə ən çox on, in, around sözönüləri daha isimlərlə
134
işlənməyib, yer zərfliyi funksiyası daşıyaraq zərfin sırasına daxil
olur. Məsələn, There were a lot flowers around. (Ətrafda çoxlu
gül var idi.)
İngilis dilində adverbiallaşma hadisəsi az-az rast gəlinsə
də, flektiv dil olan alman dilində bu hadisə geniş yayılmışdır.
Belə ki, araşdırmalar göstərir ki, başqa nitq hissələrinin, xüsusilə
sifət, feili sifət, isimlərin zərfə keçidi alman dilinin inkişafının ta
qədim dövrlərindən indiyə kimi ən məhsuldar sözdüzəltmə
vasitəsi sayılır [164, 333].
Qrammatik planda sifətin bu dildə zərfə keçidi aqlütinativ
dillərdə olduğu kimi əvvəlki qrammatik kateqoriyaların itməsi
və sintaktik funksiyaların dəyişməsi ilə müşayiət olunur.
M.D.Stepanovanın fikrincə, alman dilində bir sıra zərflər vardır
ki, eyni cür səslənən sifətlərdən semantik olaraq ayrılmışlar:
bloß, gleich, eben,gerade və s. [164, 334].
Kök dillərdən olan çin dilində adverbiallaşma hadisəsi dil-
çilərin əsərlərində müxtəlif cür təsvir olunur. V.İ.Qorelovun
fikrincə, yalnız sifət→zərf istiqamətində baş verən çevrilmə ha-
disəsi funksional-semantik xüsusiyyətləri əks etdirir və özlüyündə
sintaktik transpozisiyanın “daxili mexanizmi” dir [84, 95].
Amma A.A. Zvonovun qeyd etdiyi kimi sifət→zərf növlü
konversiya, çin dilində olan sifətin feili təyin etməsi
qabiliyyətini törədir. Bununla da feildən qabaqda işlənilən sifətə
zərf kimi baxılır [102, 129].
Maraqlısı odur ki, tədqiqatçı çin dilində modal feil→modal
zərf istiqamətində baş verən adverbiallaşma modelini mümkün
sayaraq, onun iki halda reallaşdığını önə çəkir: “a) təsirli feillə
ifadə olunan xəbərli və vasitəli tamamlığın olmadığı cümlələrdə
(faktiki olaraq məchul konstruksiyanın olduğu halda) b) şəxsiz
cümlələrdə [102, 131]. Onun fikrincə, digər hallarda bu konversiya
halına aid olan söz, modal feil kimi tərcümə edilir.
Məşhur çin alimi V.Lyao-İ-nin fikrincə, bu dildə bəzi
sifətlər, məsələn мань (yavaş), мань цзоу (yavaş getmək) birləş-
məsində, гао (hündür), гао фей (yüksəkdən uçmaq) birləşməsində,
цзин (sakit), цзин цзо (sakit oturmaq) birləşməsində əksər qram-
135
matiklər tərəfindən zərf kimi xarakterizə edilsələr də, əslində olaraq
onlar sifət olaraq qalır [71, 51].
Nəticə olaraq belə bir qənaətə gəlmək olar ki, kök dillərdə
yer alan adverbiallaşma hadisəsi ən çox sifət→zərf istiqamətində
yer alaraq, leksik-semantik səciyyə daşıyır.
İnkorporlaşan dillərdə də konversiyanın struktur-semantik
növü olan adverbiallaşma hadisəsi kök dillərdə olduğu kimi çox
geniş yayılmamışdır. İnkorporlaşan struktura malik yukaqır
dilində baş verən adverbiallaşma hadisəsi, E.F.Kreynoviç
tərəfindən belə izah edilir: “Bu dildə keyfiyyət bildirən
појyол(çox), т’амол( böyük), л’укуол (kiçik) sözlər kəmiyyət
bildirən zərflərə keçə bilirlər. Eləcə də, yukaqır dilində титэ
(belə) müəyyən əvəzliyi tərzi- hərəkət zərfliyinə keçə bilir.
Məsələn, титэ панрȧнунк (belə sayıq olmaq)” [116, 201-202]
E.A.Kreynoviç bu inkorporlaşan dildə yer zərfliyini üç qrupa
bölərək, birinci qrupa daxil olan yer zərflərinin natamam hallan-
maya malik isimlərdən , ikinci qrupa daxil olan zərflərin dildə
artıq işlənməyən, qeyri məhsuldar hal şəkilçilərindən , üçüncü
qrupa daxil zərflərin isə müasir hal sonluqlu isimlərdən
yarandığını qeyd edir [116, 210].
P.Y.Skorik inkorporlaşan dillərə aid edilən çukot dilində
konversiya nəticəsində yaranan bəzi zərfləri affiksiz zərflər
adlandıraraq, onların iki qrupa aid edir: “Bunlardan bir qismi,
başqa nitq hissələrindən yaranan və onlarla bütün mənşə
əlaqələrini kəsən zərflərdir. Digərləri isə ehtimal ki, dil əsasən
şəkilçisiz qrammatik quruluşa malik olan vaxtda yaranan zərflər
hesab oluna bilər. Ümumilikdə belə zərflərə bunları aid etmək
olar: чит (belə), игыр (bu gün), виин (hələ), пэтле (tezliklə),
э’выч (tez-tez)” [155, 322].
Belə nəticəyə gələ bilərik ki, konversiyanın struktur--
semantik növü kimi adverbiallaşma hadisəsinə bütün dil
qruplarında rast gəlinir. Amma iltisaqi və flektiv dillərdə bu dil
hadisəsi əsasən leksik-semantik və morfoloji-sintaktik səciyyə
daşıyırsa, kök və inkorporlaşan dillərdə leksik-semantik növ
özünü daha qabarıq göstərir. Qeyd etmək lazımdır ki, kök və
136
inkorporlaşan dillərdə adverbiallaşma hadisəsi, iltisaqi və flektiv
dillərdə olduğu kimi çox da işlənmir.
3.5.Pronominallaşma (Əvəzlikləşmə)
Məlum olduğu kimi, əvəzlik sintaktik vəzifəsinə və
semantik-formal əlamətinə görə başqa nitq hissələrindən
fərqlənir. Əvəzliklər hər yerdə ümumilik ifadə edərək, ad
bildirən sözləri əvəz edir. Bəzən başqa nitq hissələrinə məxsus
sözlər də əvəzlik kimi işlənə bilir. Bu hadisə dilçilikdə pronomi-
nallaşma adlanır. Pronominallaşma termini latınca pron-
ima-əvəzində, nomina- adlar sözündən yaranmışdır [17, 87].
Dildə başqa nitq hissələrinə məxsus sözlərin əvəzlik-
ləşməsi və ya pronominallaşmasına çox az-az rast gəlinir. Bu da
konversiyanın bu struktur-semantik növünün digərləri ilə
müqayisədə müvəqqəti, mətni xarakter daşıyaraq, digər növlərlə
müqayisədə daha az işlənməsindən irəli gəlir.
C.Cəfərov Azərbayacan dilində əsasən adam, şəxs, camaat,
ellik, qardaş isimlərinin, başqa (başqası, başqaları), özgə,
yuxarıdakı, digərləri, müvafiq, müxtəlif və s. kimi sifətlərin,
birisi, ikisi, xeyli, çoxları, azı kimi sayların, eləcə də bəzi feili
sifətlərin pronominallaşmasını göstərir [17, 88-89]. Eləcə də,
M.Hüseynzadə qeyri-müəyyən miqdar sayı olan çox sözünün
əvəzlikləşməsi haqqında yazır: “Çox sözünün yalnız
özünəməxsus aşağıdakı xüsusiyyətləri vardır:
a) cəm və mənsubiyyət şəkilçisi ilə kəmiyyət məzmunlu
qeyri müəyyən əvəzlik kimi işlənir. Məsələn, Çoxları bu məsələ
ətrafında düşünmüş, lakin bir nəticəyə gələ bilməmişlər.
b) mənsubiyyət şəkilçisi ilə qeyri-müəyyən əvəzlik kimi
işlənir. Məsələn, Çoxu hələ məsələ ilə tanış deyildir. Bəzən
danışıq dilində -u mənsubiyyət şəkilçisindən sonra saitlə bitən
sözlərə məxsus- su mənsubiyyət şəkilçisi də əlavə olunaraq
işlənir: Çoxusu bilir, çoxusu bilmir” [32, 92].
Pronominallaşma zamanı diqqət çəkən ondan ibarətdir ki,
bu zaman əvəzlik sırasına daxil olan sözdə xüsusiləşmə özünü
137
büruzə verir. Bu zaman belə sözlər qeyri-müəyyən obyekt və ya
subyektə işarə edərək pronominallaşır. Məsələn, Camaat elə
bilir ki, o bütün ev işlərini bacarır. Bu cümlədə camaat ismi
əvəzlikləşərək onlar mənasında işlənir.
A.N.Kononov Azərbaycan dilində, eləcə də türk dilində
yer
alan
pronominallaşma
hadisəsinin
leksik
və
morfoloji-semantik üsulla reallaşmasını qeyd edir. Onun fikrincə,
leksik üsul zamanı kişi, adam, insan, herif (insan) isimləri
əvəzlik semantikasını qazanır. Morfoloji-semantik üsul zamanı
isə -si şəkilçisi bir sayına, nitq hissələri və isimlərə qoşularaq
onun yeni qrammatik məna verir. Məsələn, birisi, başkası,
ötekisi, burası, şurası və s. [113, 181-184]. Eləcə də, özbək
dilində də konversiyanın bu struktur-semantik növünün, türk
dilində olduğu kimi, leksik və morfoloji üsulla baş verdiyini
göstərir. Bu iki dildə pronominallaşma zamanı yeganə fərq
özünü morfoloji-semantik üsulda göstərir. A.N.Kononovun
fikrincə, morfoloji-semantik üsul tərkibində билан(ilə) qoşması
və ya hal şəkilçiləri olan mənsubiyyət şəkilçili birləşmələrlə
reallaşır: бир-бирига, бир-биридан, бир-бири билан və s. [114,
185].
J.M.Quzeyevin fikrincə, türk dillərində pronominallaşma
aşağıdakı istiqamətdə baş verir:
Sifət→əvəzlik: kabardin-balqar dil, cay (sağlam, bütöv) →
cay (bütün), qırğız dil. бютюн ( bütöv, tam) → бютюн (bütün),
isim→əvəzlik: kabardin-balqar dil, киши (kişi, insan) →киши
(kimsə), say→əvəzlik: kabardin-balqar dil, биреулен (bir) →
биреулен (kimsə,başqası) [90, 82].
İ.A.Batmanovun fikrincə, əvəzliklərin bir sıra yarımsinif-
ləri vardır ki, onlar ya isimlərə, ya sifətlərə, ya da ki, saylara çox
oxşayır. Bu yarımsiniflərə bir başlıq altında baxılmalıdır, yoxsa
onları yaxın olduqları nitq hissələrinə parçalamaq lazımdır?
İ.A.Batmanov belə yarımsiniflərin dərketmənin bütövlüyü üçün
bir başlıq altında verilməsinin tərəfdarı idi. Amma o bu zaman
belə nitq hissələrinin əvəzliklə oxşarlığının göstərilməyinin
vacibliyini göstərir [66, 30].
138
Türk dillərində ayrı-ayrı nitq hissələrinin, eləcə də söz
birləşmələrinin də pronominallaşmasına rast gəlinir. C.Cəfərov
Azərbaycan dilində birləşmələrin pronominallaşmasının daha
geniş yayıldığını qeyd edir və buna bir adam, bir insan, bir şəxs,
bir şey, və sairə, və qeyriləri, yuxarıda göstərilən, əvvəldə
verilənlər, nə etdi, nə oldu və s. kimi dil vahidlərini misal
göstərir [17, 90].
Söz birləşmələrinin pronominallaşmasına aid nümunələrə
Azərbaycan dili ilə yanaşı, türk dilində də geniş rast gəlinir.
A.N.Kononov bu zaman söz birləşməsinin də ayrı-ayrı sözlər
kimi əvəzlik semantikası qazandığını göstərir. Bu söz
birləşmələrinə bunlar aid edilir: adamın birisi, herifin biri,
adamın biri və s. O, belə pronominallaşma hadisəsinin bu dildə
əsasən folklorda yer aldığını göstərir: “Nasrettin Hoca bir gün
pazardan dalğın dalğın gezerken herifin biri karşısına çıkıp
sormuş...”(Nasrettin) [113, 189].
Amma mənsubiyyət şəkilçisi vasitəsilə sözlərin əvəzlik
sırasına daxil edilməsinin sözdüzəltmə vasitəsi kimi xarakterizə
etdiyimiz konversiya ilə heç bir əlaqəsi yoxdur. Yuxarıdakı
nümunələrdəki hallar sadəcə olaraq morfoloji üsulla sözdüzəltmə
vasitəsinə aiddir.
Flektiv dillərdən biri olan rus dilində baş verən pronomi-
nallaşma hadisəsi rus dilçilərindən V.V.Vinoqradov, Y.S.Stepanov,
E.S.Xmelyovskaya və digərlərinin əsərlərində işıqlandırılır.
V.V.Vinoqradov bununla əlaqədar qeyd edir ki, bəzi isim, sifət və
saylar nitqin müəyyən şərtləri altında öz real leksik mənasını itirib,
daha ümumi və mücərrəd məna qazana bilir. Əşyaları, onların
əlamətlərini və kəmiyyət xarakteristikasını ifadə etməyi dayan-
dıraraq, bu sözlər daha çox işarə mənası qazanır və funksiyasına
görə əvəzliklərə yaxınlaşır. Rus dilində sifətlərdən данный (bu, o
haqqında söhbət gedilən mənasında), известный, определенный
(hansısa, hansısa biri mənasında), последный (indicə haqqında
danışılan mənasında), следующий (belə, başqa mənasında),
целый (tam mənasında) əvəzlik kimi işlənir [75, 106].
139
E.S.Xmelyovskaya müasir rus dilində sifətlərlə yanaşı,
feili sifətlərin данная (bu) və sayların один (hansısa)
pronominallaşmasını göstərir [170, 102].
Ümumiyyətlə, rus dilində yuxarıda sadalanan nitq hissə-
lərinə məxsus sözlərdən başqa, isimlərin də pronominal-
laşmasına rast gəlmək olur. İsimlər cümlələrdə işlənərək konkret
bir əşyanın adını ifadə etmir. Nitqdə işlənən belə adlarda
ümumilik, qeyri-müəyyənlik əsas fərqləndirici cəhət kimi özünü
göstərir. Məsələn, rus dilində işlənən человек (insan), женщина
(qadın), люди (insanlar), факт (fakt) kimi isimlər bu sözlərin
ifadə etdiyi konkret insan və ya əşya adlarını göstərməyib,
ümumi halda hər hansı bir əşya və ya insana işarə edir: Мы
утратили много денег на брата. – Biz hər birinə çoxlu pul
xərclədik. Göründüyü kimi, burada брат (qardaş) sözü
qeyri-müəyyən əvəzlik kimi tərcümə edilir.
İngilis dilində rus dilindən fərqli olaraq pronominallaşma
hadisəsinə çox az-az rast gəlinir. A.Y.Zaqoruyko ingilis dilində
sifət→əvəzlik istiqamətində pronominallaşma modelini qeyd edir.
Bunlara misal olaraq sifətlərdən konversiya vasitəsilə yaranan each
(hər biri), another (başqa) sözlərini misal gətirir [101, 96].
İngilis dilində sifətlərlə yanaşı sayların da pronominallaşması
hallarına rast gəlinir: məsələn, one (bir) müəyyən miqdar sayı. One
sayı ən çox everybody (hər kəs) əvəzliyinə çox yaxındır. Buna görə
də bu söz əksərən hər (bir) kəs qeyri müəyyən əvəzliyi kimi
tərcümə edilir. O.Musayev bu barədə yazır: “One əvəzliyi one sayı
ilə omonimdir. Lakin o bəzən cümlədə mübtəda rolunda işlənərək
qeyri-müəyyən şəxs bildirir. Belə halda ona qeyri-müəyyən şəxs
bildirən şəxs əvəzliyi demək olar, məsələn One must keep one’s
promise” [40, 67].
Verilmiş nümunədə miqdar sayı qeyri-müəyyən əvəzlik
yerində işlənmişdir və ümumilikdə cümlə belə tərcümə edilir:
Hər kəs verdiyi sözü tutmalıdır.
Kök dillərdə baş verən pronominallaşma hadisəsini
aqlütinativ və flektiv dillərdə baş verən əvəzlikləşmə hadisəsi ilə
eyniləşdirmək olmaz. Belə ki, bu dillərdə başqa nitq hissələrinə
140
məxsus sözlərin ümumiləşdirmə, qeyri-müəyyənlik ifadə
etməklə bu nitq sırasına daxil olmasına nadir hallarda rast
gəlmək olur. V.İ.Qorelov çin dilində isimlərin prono-
minallaşmasına nümunə olaraq rénmin(xalq) isminin tāmen-
(onlar) əvəzliyini əvəz etməsini misal gətirir [86, 76].
Еləcə də, təyini əvəzlik olan hamı əvəzliyi çin dilində
qeyri-müəyyən əvəzlik shui (kimsə) əvəzliyi və qüvvətləndirici
ədat olan yě və ya dou ilə ifadə edilir [83, 82]. Bu cəhəti
ədatların pronominallaşması kimi səciyyələndirmək olar.
İsimlərin pronominallaşması əvəzliklərin işlədilməsində
daha sərbəst olan tay və kxemer dilləri üçün xarakterikdir. Tay
dilində birinci şəxs əvəzliyinin təkinin əvəzinə hətta
pronominallaşmış xüsusi addan da (Кхамсапханам) istifadə
olunur (www.wikipedia.org).
Konversiyanın bu strukrur-semantik növünə inkorporlaşan
dillərdə rast gəlinmir.
Məlum olduğu kimi, başqa struktur-semantik növlərlə
müqayisədə çox az rast gəlinən pronominallaşma hadisəsi əsasın
aqlütinativ və flektiv dillərdə inkişaf etmişdir. Nümunələrdən də
göründüyü kimi, dildə işlənən hər bir söz pronominallaşma
qabiliyyətinə malik deyildir. Əsasən qeyri-müəyyən mənalı
isim, sifət, saylar daha çox pronominallaşır və qeyri-müəyyən
əvəzliklərlə sinonimləşir.
3.6.Konyunksionallaşma (Bağlayıcılaşma)
Başqa nitq hissələrinə məxsus sözlərin bağlayıcı kimi
işlədilməsi dilçilikdə konyunksionallaşma adlanır. “Konyunk-
sionallaşma” termini mənşəcə latın sözü olan “conjunctio”
(bağlayıcı) sözündən yaranmışdır. Ümumiyyətlə, əsasən söz
birləşməsinin tərkibindəki sözlər və cümlələr arasında əlaqə
yaradan bağlayıcılar sırasına daxil olan sözlər lüğəvi mənaya
malik olub, amma artıq cümlə üzvü kimi işlənə bilmir. Bu
köməkçi nitq hissəsinin mənaca növləri müəyyən sintaktik
141
quruluşların əsasında yerləşən əşyavi-məntiqi münasibətlərlə
təyin edilir. Bu keçid hadisəsi müxtəlif dillərdə yer alır.
Məlum olduğu kimi, türk dillərində əvvələr bağlayıcılar
formalaşmış bir nitq hissəsi kimi mövcud olmamışdır. Türk
dillərində bağlayıcılar daha gənc nitq hissəsinə aiddir. Buna görə
də, onların artıq mövcud nitq hissələri əsasında yaranıb,
formalaşması tamamilə təbiidir. Bağlayıcıların miqdarı ədəbi
dillərin yaşından asılıdır. Ədəbi dil nə qədər gəncdirsə,
bağlayıcılar da bir nitq hissəsi kimi bir o qədər gəncdir. Türk
dillərində bağlayıcılar feili bağlamalar, zərflər, sual əvəzlikləri,
feilin şərt şəkli, miqdar sayları əsasında formalaşır. Məsələn, bol
feili əsasında yaranıb, şərt şəklinə və ya feili bağlama formasına
malik qaraqalpaq və uyğur dillərində bolsa (şərt-güzəşt
bağlayıcısı), türkmən dilində bolsa (səbəb bağlayıcısı), qaqauz
dilində osa/osajdy "və ya", qırğız dilində bolbas “əgər”, qazax
dilində bolmasa “əks təqdirdə, əgər yox” və s. bağlayıcılar
mövcuddur [163, 299]. Türk dillərində sual əvəzliklərindən ən
çox ne əvəzliyi konyunksionallaşmaya məruz qalmışdır.
E.R.Tenişevin fikrincə, bu əvəzlik Hind-Avropa dilləri ailəsində
olduğu kimi əvvəlcə nisbi əvəzliyə, sonra bağlayıcı sözə, daha
sonra isə bağlayıcılara keçir. Türk dillərindən qazax,
kabardin-balqar, qaraqalpaq, noqay, qaqauz dillərində ne...ne
bağlayıcısı, nə...nə kimi, amma qazax, qaraçay-çərkəz, kumık
dillərində isə ya...ya da mənasında da işlənir [163, 302].
N.A.Baskakov, M.Y.Həmzəyeva, B.Çarıyarrova türk
dillərində bağlayıcıların tarixən real semantikasını itirmiş müstəqil
mənalı sözlərdən yaranması fikrinin tərəfdarıdılar [89, 80].
Məsələn, türkmən dilində себəби - себəн (səbəb) ismindən, болса
– болмак (olmaq) şərt formasında olan feildən yaranmışdır. Türk
dillərində köməkçi nitq hissələrindən yaranmış bağlayıcılara da rast
gəlmək olar. Bəzi türk dillərinədə ədat kimi işlənən sözlər zaman
keçdikcə bağlayıcıya konversiya olunmuşdur. Məsələn,
Azərbaycan dilində tək ədatının ekvivalenti olan, tatar və başqırd
dillərində olan tik və çuvaş dillərindəki tek ədatı tarixən köməkçi
142
nitq hissəsi olan ədatdan bu dillərə keçib, hal-hazırda –sa
2
mənasını
verən şərt bağlayıcı kimi də işlənir.
R.Rüstəmov müasir türk dilində bağlayıcıların yaranmasında
digər nitq hissələrindən bağlayıcılara semantik deformasiya və
struktur transformasiya yolu ilə keçid şəklində təzahür edən
bağlayıcılaşma prosesinin də həlledici əhəmiyyət daşıdığını qeyd
edir və müasir türk dilində feil formalarının, zərflərin, qoşmaların,
sual əvəzlikləri və onların derivatlarının, nidaların, feildən törəmiş
adların bağlayıcılaşmasının mümkünlüyünü göstərir [43, 95-106].
Müasir türk dillərində baş verən belə konyunksionallaşma
hadisəsinə dilimizdə də rast gəlinir. Məsələn, Azərbaycan dilində
istər, istərsə də tabesizlik bağlayıcısı uyğun feil formasından,
nə...nə, nə...nə də inkarlıq bağlayıcısı sual əvəzliyindən, ilə
bağlayıcısı qoşmadan yaranmışdır.
F.Qəniyevin fikrincə, tatar dilində bağlayıcılar başqa
leksik-qrammatik sıraya aid sözlərdən konversiya vasitəsilə də
yarana bilər. O belə bağlayıcılara ədatlardan yaranan bağlayıcıları
misal gətirirdi: əле-əле (gah...gah da), əллə-əллə (ya...ya da ki), исə
( əgər), да/дə (та/тə) (və), тик (yalnız) [80, 96].
Flektiv dillərdən biri olan rus dilində də bağlayıcı sintaksisin
bir predmeti olaraq köməkçi nitq hissəsi kimi cümlə üzvlərini və
mürəkkəb cümlələrin hissələrini birləşdirməyə xidmət göstərir.
V.N.Radzixovskaya qeyd edir ki, morfologiya üçün bağlayıcılarla,
onlarla omonim olan əvəzliklərin fərqləndirilməsi maraq kəsb edir.
Belə ki, sonuncular hal paradiqmasına malikdir. Müqayisə edək,
Я знаю, что он думает обо мне. (Mən bilirəm, o mənim
haqqımda nə fikirləşir.) - Я знаю что, он думает обо мне.-
(Mən bilirəm ki, o mənim haqqımda fikirləşir.)- Bu cümlələrin
müxtəlif məzmunları təsirlik halında işlənən что (nə) əvəzliyi
və что (ki) bağlayıcısının müxtəlif semantikası və morfoloji
mənasından ibarətdir. Morfologiya üçün, eləcə də, söz
formalarının morfoloji-sintaktik düzəldilməsi kimi (что əvəzliyi
что bağlayıcısına keçir) bağlayıcıların yaranması problemi
maraq doğurur [146, 73]. Doğrudan da, xüsusilə əvəzliklərin
143
bağlayıcılara keçidi zamanı yaranan leksik-qrammatik omo-
nimləri semantikasına görə fərqləndirmək mümkündür.
İngilis dilində də baş verən konyuksionllaşma zamanı
əsasən isimlərin və sözönlü isim birləşmələrinin bağlayıcılara
keçidi baş verir. Demək olar ki, əksər dillərdə rast gəlinən və
dilimizdəki tabelilik bağlayıcısı olan ki bağlayıcısının ekvi-
valenti olan that bu dildə that işarə əvəzliyinin konyunksional-
laşması nəticəsində yaranmışdır. Öz leksik mənasını itirən və
artıq cümlədə heç bir cümlə üzvü funksiyasını daşıya bilməyən
bu işarə əvəzliyi köməkçi nitq hissəsi olan bağlayıcıya
konversiya edir. N.M.Priqorovskayanın fikrincə, müasir ingilis
dilində by the time (o vaxtdan bəri), for the reason that
(səbəbindən), in order that (üçün,ötrü) for fear (ən azı)
bağlayıcıları sözönlü ismi birləşmələrin bağlayıcılara keçməsi
nəticəsində yaranmışdır [143, 42].
Aqlütinativ və flektiv dillərdə baş verən konyunksio-
nallaşma hadisəsinə kök dillərdən ən geniş yayılanı olan çin
dilində də rast gəlinir. “Çin dilində bağlayıcılar feil və
zərflərdən yaranmışdır. Məsələn, şərt bağlayıcısı yȧo (əgər),
yȧo(istəmək) feilindən, məqsəd bağlayıcısı hǎo (çünki), hǎo
(yaxşı) zərfindən yaranmışdır” [83, 42]. Bu dildə bütün köməkçi
nitq hissələri müstəqil mənalı sözlərdən yaranmışdır. Bura
bağlayıcıları da aid etmək olar. Qrammatikləşmənin dərəcələrinə
görə müasir çin dilinin bağlayıcıları müxtəlifdir. Belə ki,
onlardan bir hissəsi əvvəlki leksik mənasını tamamilə itirib
(sui(baxmayaraq)), bəziləri hələ də leksik məna çalarını saxlayır
(rùguo(əgər)). Üçüncü qrup bağlayıcılara, müstəqil mənalı
sözlərdən yaranan və onlarla omonim olan bağlayıcılar aiddir
(hǎo (yaxşı), hǎo (ona görə ki)) [85, 56].
V.İ.Qorelov müasir çin dilində feillərdən yaranan
bağlayıcılara wèile (xidmət etmək)→ wèile (üçün, görə), вэйчже
(etmək, nəzərdə tutulmaq, xidmət göstərmək)→ вэйчже (ona
görə ki), вэйляо (etmək)→ вэйляо (ona görə ki) və s. aid edir (s.
58) Bu dildə nəinki feil və zərflərdən yaranan, eləcə də digər
nitq hissələrindən konversiya yolu ilə bağlayıcılara keçən və
144
tamamilə əvvəlki leksik mənasını itirən sözlərə də rast gəlmək
olar. Эр bağlayıcısı hələ qədim çin dilində yüksək dərəcədə
mücərrədləşmə əldə edib və ikinci şəxs əvəzliyi olan “sən” və
“sənin” mənasında işlənmişdir. Vaxt keçdikcə o tamamilə
müstəqil mənalı söz rolunu itirib və müasir çin ədəbi dilində
yalnız köməkçi funksiyasında işlənir, və, amma, ancaq
bağlayıcıları kimi tərcümə edilir [85, 58]. Misallardan da
göründüyü kimi, kök dillərdə əsasən feil, zərf və əvəzliklərin
bağlayıcılaşmasına rast gəlinir.
Konversiyanın bu struktur-semantik növünə az da olsa,
inkorporlaşan dillərdə də rast gəlinir. P.Y.Skorik çukot dilində
bağlayıcılar barədə yazır: “Birsözlü bağlayıcıların strukturu iki
və ya daha artıq morfemlərin şəffaf qovuşmasını əks etdirir,
məsələn: ынк-ъа-м (və), эвыт-лым(və ya), лым-эвыр(yaxud)
və s. Bu fakt, eləcə də birhecalı bağlayıcıların olmaması, bizə
ehtimal etməyə əsas verir ki, çukot dilində verilmiş söz
kateqoriyaları müqayisə olunacaq dərəcədə gec yaranmışdır. Bu
dildə çoxlu miqdarda bağlayıcılar bəzi başqa nitq hissələri ilə
omonimdir. Ilk əvvəl bu nitq hissələrinə əvəzlik-zərflər və
qoşmalar aiddir. Şübhəsiz, bu da bağlayıcıların əsas yaranma
yolunun adı çəkilən nitq hissələrinin transformasiyası olduğunu
sübut edir” [155, 351]. Bu hadisəyə nəinki çukot dilində, eləcə
də inkorporativ quruluşa malik koryak dilində də rast gəlinir.
A.N.Jukova koryak dilində baş verən konyunksionallaşmadan
bəhs edərək göstərir ki, koryak dilində cümlənin əvvəlində
игыньӈиник( buna görə də) əvəzlik sözünün bağlayıcı
funksiyasında işlənməsinin şahidi olmaq olar. Həmçinin
cümlədə sözlər arasında əlaqə yaratmaqdan ötrü tabesizlik
bağlayıcısı funksiyasında, insan və ya folklor personajını
göstərən ыччи (onlar ikisi) əvəzliyi də işlənir, məsələn: Гэюн-
эллинет Куйкынняку ыччи Мити митимыккминылг’ыт (Biri
var idi, biri yox idi. Çoxuşaqlı Kuykınyakuyla Miti var idi.) Eləcə
də, modal sözlər в’йин, инмы da bağlayıcıya keçə bilir [99, 291].
145
Göründüyü kimi, bağlayıcı müxtəlifsistemli dillərdə yeni
yaranan bir nitq hissəsi olub, zaman keçdikcə əsasən müxtəlifsis-
temli dillərdə bir çox nitq hissələrinə məxsus sözlərin konyuk-
sionallaşması nəticəsində yaranmışdır.
Beləliklə araşdırmalar nəticəsində məlum olur ki,
konversiyanın struktur-semantik növlərindən olan substantivləşmə,
adverbiallaşma və bağlayıcılaşma digər struktur-semantik növlərlə
müqayisədə daha geniş yayılmışdır.
146
NƏTİCƏ
Tədqiqat aşağıdakı nəticələrə gəlməyə əsas verir:
1. Söz yaradıcılığında konversiya hadisəsi dillərin
morfoloji təsnifatından asılı olaraq, dar mənada sözün kökündə
ya heç bir dəyişiklik (morfoloji, fonetik və s.) baş vermədən, ya
da müəyyən fonetik dəyişiklik baş verməklə müəyyən bir nitq
hissəsinə məxsus sözün başqa bir nitq hissəsinə keçidi, geniş
mənada isə yalnız söz əsaslarının üst-üstə düşməsi hadisəsidir.
Bu keçid zamanı hər hansı bir nitq hissəsinə aid sözün əvvəlki
mövqeyində məxsus olduğu paradiqmatik və sintaqmatik
keyfiyyətlərin tamlığı pozulur.
2. Fonetik səviyyədə konversiya ən çox flektiv dillərdə
və bəzi türk dillərində müşahidə olunur. Bu hal sözün bir nitq
hissəsindən digərinə keçidi zamanı onun vurğusunun yerinin
dəyişməsində və ya qrammatiklikdən leksikliyə keçməsində
özünü göstərir. Konversiyanın bu növünü fonetik-morfoloji
sözdüzəltmə kimi də səciyyələndirmək olar.
3. Sintaktik səviyyədə konversiya və ya transformasiya
məlum növdə olan cümlələrin məchul növdə işlənərkən leksik
aktantların yerdəyişməsi, leksikada isə əsasən feil, isim, eləcə də
sifətlər arasında qütbləşməni göstərən semantik əlaqədir.
Sintaktik quruluşda baş verən konversiya zamanı dildə bütöv
cümlələri söz birləşmələri və sözlərə, tabeli mürəkkəb cümlə-
lərin baş cümləsini modal sözə və ya ədata, sadə cümlələri
mürəkkəb cümlələrə transformasiya etmək olar.
4. Substantivləşmə hadisəsinə həm aqlütinativ, həm
flektiv, həm kök, həm də inkorporlaşan dillərdə rast gəlinir. Rus
dilində tam substantivləşmiş sifət və feili sifətlərə ingilis dilində
eyni əşya mənalı, amma natamam substantivləşmiş sifət və feili
sifətlər uyğun gəlir. Bu hal ingilis dilinə tərcümədə də nəzərə
alınmalıdır. Kök və inkorporlaşan dillərdə ən çox feilin
substantivləşməsi hallarına rast gəlinir.
147
5. Aqlütinativ dillərdə isim və əvəzliklərin, flektiv dillərdə
isə isim, feili sifətlərin, kök dillərdə isə isimlərin adyektivləşməsi
səciyyəvidir. İnkorporlaşan dillərdə isə adyektivləşmə yoxdur.
6. Adverbiallaşma bütün dil qruplarında müşahidə olunur.
İltisaqi və flektiv dillərdə bu dil hadisəsi əsasən leksik-semantik və
morfoloji-sintaktik səciyyə daşıyırsa, kök və inkorporlaşan dillərdə
daha çox leksik-semantik hadisə kimi müşahidə olunur.
7. Aqlütinativ və flektiv dillərdə əsasən qeyri-müəyyən
mənalı isim, sifət, saylar daha çox pronominallaşır və
qeyri-müəyyən əvəzliklərlə sinonim təşkil edir.
148
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
Azərbaycan dilində
1. Abdullayev Ə. Müasir Azərbaycan dilində tabeli mürəkkəb
cümlələr. Bakı: Maarif, 1974, 417 s.
2. Abdullayev Ə., Seyidov Y., Həsənov A. Müasir Azərbaycan
dili. Sintaksis. IV hissə, Bakı: Şərq-Qərb, 2007, 422 s.
3. Abdullayev R.M. Türk dillərində konversiya və ya keçid
prosesi. Bakı: Elm və təhsil, 2011, 199 s.
4. Abdullayev R.M. Türk dillərində leksik-semantik konversiya
(Oğuz qrupu türk dilləri materialları əsasında): Fəl. elm.
dok. ... dis. Bakı, 2008, 153 s.
5. Abdullayeva S. Müasir Azərbaycan dilində zərf. Bakı,
Maarif, 1991, 121 s.
6. Adilov M.İ., Cavadov Ə.M. Azərbaycan dilində
substantivləşmə // Azərb. SSR EA-nın xəbərləri. Ədəbiyyat,
dil və incəsənət seriyası, 22-ci cild, Bakı, 1966, № 2, s.
87-89
7. Adilov M. İ ., Verdiyeva Z. N ., Ağayeva F. M. İzahlı dilçilik
terminləri. Bakı: Maarif, 1989, 358 s.
8. Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı: Maarif,
1984, 390 s.
9. Axundov A. Azərbaycan dilinin izahlı lüğəti. Bakı:
Şərq-Qərb, 2005, 451 s.
10. Axundov A. Azərbaycan dilində konversiya // Azərbaycan
dili və ədəbiyyatı tədrisi, 1977, №1, s. 66- 71
11. Axundov A. Ümumi dilçilik. Bakı: Şərq-Qərb, 2006, 278 s.
12. Aslanov V. Azərbaycan dilinin tarixinə dair tədqiqlər.Bakı:
Elm, 2003, 271 s.
13. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, II cild., Bakı:
Şərq-Qərb, 2006, 791 s.
149
14. Azərbaycan dilinin qrammatikası (Morfologiya). Bakı:
Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1960,
334s.
15. Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə, V cild., Bakı:
Azərb. SSR Dövlət Nəşriyyatı, 1981, 591 s.
16. Babayev A. Dilçiliyə giriş. Bakı, Maarif, 2004, 511 s.
17. Cəfərov C. Nitq hissələrində keçid prosesləri. Bakı, APİ
nəşri, 1983, 93 s.
18. Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı. Bakı:
Azərbaycan Universiteti nəşriyyatı, 1960, 150 s.
19. Cəfərov S. Müasir Azərbaycan dili. Leksika. Bakı:
Şərq-Qərb, 2007, 191 s.
20. Dəmirçizadə Ə. Dilin lüğət tərkibi və qrammatik quruluşu.
Bakı: V.İ.Lenin adına ADPİ, 1965, 100 s.
21. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Cümlə üzvləri.
Bakı: Azərnəşr, 1947, 85 s.
22. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Fonetika,
orfoepiya, orfoqrafiya. Bakı: Şərq-Qərb, 2007, 253 s.
23. Dəmirçizadə Ə., Tağıyev Z. Müasir Azərbaycan dilinin
morfologiyası. Bakı: V. İ. Lenin adına ADPİ, 1961, 150 s.
24. Dilçilik ensiklopediyası: 2 cilddə, I cild / F. Veysəllinin
redaktəsi ilə. Bakı: Mütərcim, 2006, 514 s.
25. Əhmədov İ. Azərbaycan dilində feili bağlamaların zərfə
doğru inkişafı // ADU "Elmi əsərlər", 1976, №3, s. 20-25
26. Ələkbərov A. Rus dilinin qrammatikası. Fonetika və
morfologiya. Bakı: Elm, 1988, 120 s.
27. Əlizadə Z. Müasir Azərbaycan dilində modal sözlər. Bakı:
Maarif, 1965, 147 s.
28. Əsgərov M. Zaman formaları, adverbial feil formaları və
onlar arasında funksional-semantik əlaqələr. Bakı: Nurlan,
2002, 146 s.
29. Hacıyev K. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı:
Çaşıoğlu, 1999, 162 s.
30. Həsənov A. Azərbaycan dilində müəyyənlik və
qeyri-müəyyənlik kateqoriyası. Bakı: Maarif, 1970, 75 s.
150
31. Həsənov H. Azərbaycan dilinin omonimlər lüğəti. Bakı:
Şərq-Qərb, 2007, 166 s.
32. Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya. Bakı:
Şərq-Qərb, 2007, 279 s.
33. Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı:
Çaşıoğlu, 2008, 400 s.
34. Xəlilov B. Müasir Azərbaycan dilinin morfologiyası (I
hissə), Bakı: Nurlan, 2003, 352 s.
35. Kazımov Q. Müasir Azərbaycan dili. Sintaksis. Bakı:
Ünsiyyət, 2000, 494 s.
36. Mahmudov M. Kompüter dilçiliyi. Bakı: Elm və təhsil,
2013, 352 s.
37. Məmmədov B. Müxtəlif sistemli dillərdə feili sifətlərin
substantivləşməsi məsələsinə dair // Azərb. Pedaqoji Dillər
İnstitutunun elmi əsərləri. Dil və ədəbiyyat seriyası, Bakı,
1971, №1, s. 66-71
38. Məmmədov B. Müxtəlifsistemli dillərdə substantivləşmənin
tədqiqi tarixindən // Azərb. Pedoqoji Dillər İnstitutunun
elmi əsərləri. Dil və ədəbiyyat seriyası, XII seriya, Bakı,
1972, №4, s. 50-57
39. Məmmədov İ. Azərbaycan dilində qrammatik sinonimlik.
Bakı: Maarif, 1985, 85 s.
40. Musayev O. İngilis dilinin qrammatikası. Bakı: Maarif,
1996, 392 s.
41. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif
nəşriyyatı, 1988, 292 s.
42. Müasir Azərbaycan dili (Morfologiya). Bakı: Elm, 1980,
509 s.
43. Rüstəmov R. Müasir türk dilində köməkçi nitq hissələri
(keçid prosesi). Bakı: Bakı Universiteti nəşriyyatı, 1996,
113 s.
44. Serebrennikov B. A., Hacıyeva N. Z. Türk dillərinin
müqayisəli-tarixi qrammatikası. Bakı: AMEA Folklor
elmi-mədəni mərkəzi, 2002, 379 s.
151
45. Seyidov Y. Azərbaycan dilinin qrammatikası. Morfologiya.
Əsərləri:15 cilddə, IX cild., Bakı: Bakı Universiteti
nəşriyyatı, 2010, 670 s.
46. Sultanov V. Azərbaycan dilində valentlik dəyişən
kateqoriyalar. Bakı: Elm, 1997, 97 s.
47. Talıbov Q. Müasir Azərbaycan dilində söz yaradıcılığı
prosesi. Bakı: Elm, 1988, 90 s.
48. Veysəlli F. Struktur dilçiliyinin əsasları: 3 cilddə, II cild.,
Bakı: Mütərcim, 2008, 307 s.
49. Veysəlli F. Struktur dilçiliyin əsasları: 3 cilddə, III cild.,
Bakı: Mütərcim, 2009, 310 s.
50. Vəliyev S. Sadə cümlənin semantikası. Bakı: Nurlan, 2003,
46 s.
51. Yadigar F. German dilçiliyinə giriş. Bakı: Mütərcim, 2001,
289 s.
52. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası. I cild,
Bakı: MBM, 2008, 353 s.
53. Zeynalov F. Türk dillərinin müqayisəli qrammatikası
(feillər). II cild, Bakı: ADU nəşri, 1975, 130 s.
Rus dilində
54. Амосова Н.Н. Этимологические основы словарного
состава современного английского языка. М.:
Литературы на иностранных языках, 1956, 218 с.
55. Апресян Ю. Д. Лексическая семантика. М.: Наука, 1974,
366 с.
56. Аракин В. Д. Возникновение корневого, или
безсуффиксального, способа словообразования в
английском языке/ Сборник статей Московского
Университета, 1961, с.43-50
57. Аракин В. Д. История английского языка. М.:
Физматлит, 2003, 272 с.
58. Арбекова Т. И. Лексикология английского языка. М.:
Высшая школа, 1977, 240 с.
59. Арнольд И. В. Лексикология современного английского
языка. М.: Высшая школа, 1986, 295 с.
152
60. Ахманова О.С. Словарь лингвистических терминов.
М.:Высшая школа,1966, 200 c.
61. Бабайцева В. В. Переходные конструкции в синтаксисе.
Конструкции, сочетающие свойства двусоставных и
односоставных (безличных именных) предложений.
Воронеж: Черноземное книжное издательство, 1967,
392 c.
62. Бабич Г. Н. Лексикология английского языка. М.:
Флинта, 2010, 195 с.
63. Бархударов Л. С. Структура простого предложения
современного английского языка. М.: Высшая школа,
2008, 200 с.
64. Баскаков Н. А. Грамматика ногайского языка. Черкесск:
Карачаево-Черкесское
отделение
Ставропольского
книжного издательства, 1973, 320 с.
65. Баскаков Н. А. Каракалпакский язык (фонетика и
морфология), М.: Издательство Академии Наук СССР,
1952, 542 с.
66. Батманов И. А. Части речи в киргизском языке. Фрунзе:
Киргизгосиздат, 1936, 48 с.
67. Блох М. Я. Теоретические основы грамматики. М.:
Высшая школа, 2005, 160 с.
68. Большая Энциклопедия: в 62 томах. Т. 23, М.: Терра,
2006, 586 с.
69. Бортничук И.В., Василенко И.В., Пастушенко Л. П.
Слово - образование в современном английском языке.
Киев: Вища школа, 1988, 261 с.
70. Буранов Дж. Сравнительная типология английского и
тюркских языков. М.: Высшая школа, 1983, 267 с.
71. Ван ЛяоИ. Основы китайской грамматики. М.:ИЛ, 1954,
262 с.
72. Вахек Й. А. Лингвистический словарь Пражской
школы. М.: Прогресс, 1964, 349 с.
73. Вертоградова Л.А. Словообразовательная семантика
адъективных производных от основ предметных
153
существительных в современном английском языке /
Семантика языковых единиц разных уровней.
Ростов-на-Дону, 1987, с. 102-107
74. Виноградов В.В. Вопросы современного русского языка
// Русский язык в школе, 1951, №2, с. 1-7
75. Виноградов В. В. Грамматика русского языка: в 2-х т. Т.
1, М.:Издательство Академии Наук СССР, 1960, 716 с.
76. Виноградов В. В., Истрина Е. С., Бархударов С.Г.
Грамматика русского языка. I том. М.: Издательство
Академии Наук СССР, 1957, 720 c.
77. Вовшин Я. М. Трансформационный синтаксис
глагольных конструкций современного английского
языка. Минск: Вышейшая школа, 1983, 119 с.
78. Вопросы словообразования и фразообразования в
германских языках. Сборник научных трудов
МГПИИЯ. имени Мориса Тореза. М., 1990, 188 с.
79. Ворно Е. Ф., Кащеева М. А., Малишевская Е. В.,
Потапова И. А. Лексикология английского языка. Л.:
Просвещение, 1955, 165 с.
80. Ганиев Ф. А. Конверсия в татарском языке. Казань:
Татар. Кн. Изд-во, 1974, 231 с.
81. Георгиева В. Л. О субстантивации как языковом
явлении // Ученые записки ЛГПИ имени А. И. Герцена,
т.242, Л., 1963, с. 63-72
82. Горбачевский А. А. Теория языка. М.: Флинта, 2011,
279 с.
83. Горелов В.И. Грамматика китайского языка. М.:
Просвещение, 1982, 278 с.
84. Горелов В. И. Лексикология китайского языка. М.:
Просвещение, 1984, 215 c.
85. Горелов В.И. Союзы в сложном предложении
современного китайского литературного языка. М.:
ИМО, 1963, 120 с.
86. Горелов В.И. Теоретическая грамматика китайского
языка. М.: Просвещение, 1983, 317 с.
154
87. Грамматика современного башкирского литературного
языка / Под ред. А. А. Юлдашев, М.: Наука, 1981, 494 с.
88. Грамматика современного якутского литературного
языка. М.:Наука, 1982, 495 с.
89. Грамматика туркменского языка. Фонетика и
морфология. / Под ред. Н. А. Баскаков. А.: Ылым, 1970,
502 с.
90. Гузеев Ж. М. Семантическая разработка слова в
толковых словарях тюркских языков. Нальчик:
Эльбрус, 1985, 188 с.
91. Гулямов А. К. К вопросу об адвербализации в
узбекском языке // Уч. зап. Ташкентского гос. Пед.
Инст. им. Низами. Фил. сб. , 1954, с. 3-10
92. Драгунов
А.А.
Исследования
по
грамматике
современного китайского языка (части речи), М., Л.:
Издательство Академии Наук СССР, 1957, 231 с.
93. Дубленец Э. М. Современный английский язык.
Лексикология. М.: Гласса-Пресс, Ростов-на-Дону.:
Феникс, 2010, 191 c.
94. Дыренкова Н. П. Грамматика ойротского языка. М., Л.:
Издательство Академии Наук СССР, 1940, 302 c.
95. Есперсен О. Философия грамматики. М.: Издательство
Иностранный литературы, 1954, 404 с.
96. Ефимова Л. Б. Явления переходности в системе
взаимодействия предложно-падежных сочетаний и
придаточных предложений со значением времени и
причины // Современный русский язык. Актуальные
вопросы лексики и грамматики, М, 1975, с. 205-211
97. Ефимова М. А. О некоторых морфологических и
лексико-синтаксических способах словопроизводства в
современном немецком языке // Сборник научных
трудов МГПИИЯ имени Мориса Тореза. Вопросы
Романо-Германской Филологии, М.,1989 , выпуск 67, с.
25-32
155
98. Жлуктенко Ю. А. Конверсия в современном
английском языке как морфолого-синтаксический
способ словообразования // Вопросы языкознание, 1958,
№5, с. 53-64
99. Жукова А. Н. Грамматика корякского языка. Л.: Наука,
1972, 321с.
100. Загоруйко А. Я. Конверсия-морфолого-синтактсический
способ словообразования: Автореф. дис. … канд.
филол. наук. М., 1961, 27 с.
101. Загоруйко А. Я. Семантика словообразовательной базы
и модели конверсии в современном английском языке /
Семантика языковых единиц разных уровней.
Ростов-на-Дону, 1987, c.45-56
102. Звонов А.А. Конверсионная омонимия при машинном
переводе с китайского языка на русский. Спорные
вопросы
грамматики
китайского
языка.
М.:
Издательство Восточной литературы, 1963, с.125-131
103. Золотова Г. А. Очерк функционального синтаксиса
русского языка. М.: Наука, 1973, 350 с.
104. Иванова И.П., Бурлакова В.В., Почепцов Г. Г. Теория
грамматики современного английского языка. М.:
Высшая школа, 1981, 284 с.
105. Ивашкин М. П. Синхронно-диахронический анализ
переходных процессов в английском языке. М.:
Прометей, 1988, 150 с.
106. Ильенко С. Г. Явления грамматической переходности и
их отражение при обучении русскому языку /
Семантика переходности. Л.: ЛГПИ, 1977, с. 23-30
107. Ицкович В. А. Языковая норма. М.: Просвещение, 1968,
195 с.
108. Калечиц Е. П. Переходные явления в области частей
речи. Свердловск: Уральский Государственный
Университет, 1977, 78 с.
109. Каращук П. М. Словообразование английского языка.
М.: Высшая школа, 1977, 200 с.
156
110. Карцевский С.О. Сравнение // Вопросы языкознания,
1976, №1, с. 107-112
111. Ким О. М. Транспозиция на уровне частей речи и
явление омонимии в современном русском языке.
Ташкент: Фан, 1978, 227 с.
112. Кодухов В. И. Семантическая переходность как
лингвистическое понятие / Семантика переходности.
Сборник научных трудов, 1977, с 5-16
113. Кононов А. Н. Грамматика современного турецкого
литературного языка. М., Л.: Издательство Академии
Наук СССР, 1956, 569 с.
114. Кононов А. Н. Грамматика современного узбекского
литературного языка. М.: Издательство Академии Наук
СССР, 1960, 407 с.
115. Корлэтяну Н. Г. Конверсия в современном молдавском
языке // Вопросы языкознания, 1956, № 3, с. 84-85
116. Крейнович Е. А. Юкагирский язык. М., Л.:
Издательство Академии Наук СССР, 1958, 288 с.
117. Кубарева Е. Е. Семантические особенности некоторых
слов, соотносящихся по конверсии, в современном
английском языке / Семантика языковых единиц разных
уровней.
Научные
труды.
Куйбышевский
Государственный Педагогический Институт имени В.В.
Куйбышева, 1977, с.50-56
118. Кубрякова Е. С. Деривация, транспозиция, конверсия //
Вопросы языкознания, 1974, №5, с. 64-76
119. Кубрякова Е. С. Что такое словообразование. М.: Наука,
1965, 76 с.
120. Кузнечова Э. В. О лексический синонимии в контексте
предложения.
Проблемы
структуры
слова
и
предложения / Под ред. С.Ю. Адливанкин. Перм:
Прометей, 1974, с. 98-104
121. Кузнецова Э. В. Части речи и лексико-семантические
группы слов // Вопросы языкознания, 1975, №5, с. 78-86
157
122. Курилович Е. Деривация лексическая и деривация
синтаксическая. Очерки по лингвистике. М.:
Издательство иностранный литературы, 1962, 456 с.
123. Левковская К. А. Теория слова, принципы ее
построения и аспекты изучения лексического
материала. М.: Высшая школа, 1962, 200 с.
124. Лексико-семантические группы современного русского
языка. Сборник научных трудов. Новосибирск, 1985,
121 с.
125. Лингвистический энциклопедический словарь / Под
ред. В. Н. Ярцева. М.: Большая Российская
энциклопедия, 2002, 709 с.
126. Ломтев Т. П. Предложение и его грамматические
категории. М.: Наука, 2004, 196 с.
127. Лопатин В. В. Адъективация причастий и ее отношении
к словообразованию // Вопросы языкознания, 1966, №5,
с. 37-47
128. Маловицкий Л. Я. Переходность как отражение истори-
ческих изменений в языке / Семантика переходности.
Л.: ЛГПИ, 1977, с. 17-20
129. Марузо Ж. Словарь лингвистических терминов. М.:
УРСС, 2004, 436 с.
130. Мешков О. Д. Словообразование современного
английского языка. М.: Наука, 1976, 245 с.
131. Мещанинов И.И. Члены предложения и части речи. Л.:
Наука, 1978, 368 с.
132. Мигирин В. Н. Очерки по теории процессов переход-
ности в русском языке. Бельцы: Наука, 1971, 199 с.
133. Миненкова В. К. Глаголы, соотносящиеся по конверсии
с существительными, и их место в глагольной системе
английского языка / Проблемы соотношения словооб-
разования с другими языковыми уровнями в германских
языках. Межвузовский сборник научных трудов СГПИ
имени К.Маркса, Смоленск, 1985, с.140-147
158
134. Михневич А. Е. Конверсия в славянских и германских
языках
/
II
Всесоюзный
конференция
по
славяно-германскому языкознанию, Минск, 1965,
с.46-47
135. Моисеев А. И. Термины родства и свойства как
конверсивы
/
Лексико-семантические
группы
современного русского языка. СНТ. Новосибирск, 1985,
с. 3-14
136. Мурзин Л. Н. Основы дериваталогии. Перм: Пермский
Государственный Университет, 1984, 64 с.
137. Мурясов
Р.З.
О
теории
парадигматики
в
словообразовании / Вопросы словообразования и
фразообразования в германских языках. Сборник
научных трудов МГПИИ. Имени Мориса Тореза.
М.,1990, с.60-67
138. Новиков Л. А. Семантика русского языка. М.: Высшая
школа, 1982, 271 с.
139. Орузбаева Б. О. Словообразование в киргизском языке.
Фрунзе: Илим, 1964, 308 с.
140. Пассек В. В. Некоторые вопросы конверсии // Вопросы
языкознание, 1957, №1, с.144-148
141. Пешковский А.М. Русский синтаксис в научном
освещении языки славянском культуры. М.: Наука,
2001, 510 с.
142. Покровская А.А. Грамматика гагаузского языка.
Фонетика и морфология. М.: Наука, 1964, 297 с.
143. Пригоровская Н. М. Переход полнозначных слов в
предлоги и союзы. М.: Московский областной
педагогический институт имени Н. Н. Крупской, 1975,
77 с.
144. Проблемы соотношения словообразования с другими
языковыми
уровнями
в
германских
языках.
Межвузовский сборник научных трудов СГПИ имени
К.Маркса, Смоленск, 1985, 155 с.
159
145. Проблемы структуры слова и предложения / Под ред.
С.Ю. Адливанкин. Перм: Прометей, 1974, 171 с.
146. Радзиховская В. К. Морфология современного русского
языка. М.: Флинта, 2001, 119 с.
147. Расторгуева Т. А. История английского языка. М.:
Астрель, 2003, 348 с.
148. Рахманова Л. И., Суздальцева В. Н., Современный
русский язык. М.: Аспект Пресс, 2007, 462 с.
149. Сабельникова
В.
С.
Роль
конверсии
как
словообразовательного
процесса
в
пополнении
словарного состава английского языка (на материале
неологизмов 40-70 гг.): Автореф. дис. … кан. фил. наук.
МГПИ, М., 1979, 20 с.
150. Семантика переходности. Сборник научных трудов.
Л.:ЛГПИ, 1977, 149 с.
151. Семантика языковых единиц разных уровней. Научные
труды. Куйбышевский Государственный Педагогичес-
кий Институт имени В.В. Куйбышева, Куйбышев, 1977,
177 с.
152. Семантика языковых единиц разных уровней.
Межвузовский
сборник
научных
трудов.
Ростов-на-Дону: Издательство РГПИ, 1987, 184 с.
153. Серебренников
Б.
А.
Об
относительный
самостоятельности развития система языка. М.: Наука,
1968, 200 с.
154. Скорик П.Я. Грамматика чукотского языка, I часть. М.,
Л: Издательство Академии Наук СССР, 1961, 310 с.
155. Скорик П. Я. Грамматика чукотского языка, II часть. Л.:
Наука, 1977, 375 с.
156. Смирницкий А. И. Лексикология английского языка.
М.: Издательство Литературы на иностранных языках,
1956, 258 с.
157. Смирницкий А.И. Так называемая конверсия и
чередование звуков в английском языке // Иностранный
язык в школе, 1953, №5, с. 14-19
160
158. Соболева П. А. Об основном и производном слове при
словообразовательных отношениях по конверсии //
Вопросы языкознания, 1959, №2, с. 91-95
159. Соловьева Н. К. Лексикология современного
английского языка. Минск: МГПИИЯ, 1973, 128 с.
160. Современный русский язык. Актуальные вопросы
лексики и грамматики. Сборник трудов. М.: МГУ, 1975,
300 с.
161. Современный русский язык. Словообразование. Минск:
Вышэйщая школа, 1990, 157 с.
162. Спорные вопросы грамматики китайского языка.
М.:Издательство Восточной литературы, 1963, 201 с.
163. Сравнительно-историческая грамматика тюркских
языков. Морфология / Под ред. Э. Р. Тенишев. М.:
Наука, 1988, 557 с.
164. Степанова М. Д. Словообразование современного
немецкого языка. М.: Издательство Литературы на
иностранных языках, 1953, 375 с.
165. Степанов Ю.С. Имена. Предикаты. Предложения.
Семиологическая грамматика. М.: Наука, 1981, 357с.
166. Степанов Ю. С. Синтаксическая конверсия во
французском языке // Вопросы филологии, выпуск-1,
ИМО, М, 1962, с. 139-144
167. Трансформационный метод в структурной лексике /
Под ред. С. К. Шаумян. М.: Наука, 1964, 180 с.
168. Трофимов М. И. Об отражении конверсии
прилагательных в классе наречий / Исследование
словообразования и лексики русского языка. Сборник
научных трудов Фрунзе, 1990, с. 96-102
169. Тышлер
И.
С.
Словарь
лексических
и
лексико-грамматических
омонимов
современного
английского языка. Саратов: Наука, 1975, 377 с.
170. Хмелевская Е. С. Морфолого-синтаксический способ.
Современный русский язык. Словообразование. Минск:
Вышэйщая школа, 1990, с. 101-106
161
171. Хохлова С. Ф. Особенности словообразовательной
семантики глаголов и способы ее выражения в
современном языке / Семантика языковых единиц
разных уровней. Ростов-на-Дону, 1987, с. 123-129
172. Хрестоматия по теоретической грамматике английского
языка / Под ред. П. Иофик. М.: Наука, 1990, 222 с.
173. Черкасова Е. П. Переход полнозначных слов в
предлоги. М.: Наука, 1967, 279 с.
174. Шанский
Н.
М.
Русский
язык.
Лексика.
Словообразование. М.: Просвещение, 1975, 238 с.
175. Ширалиев М. Ш. Заметки о сложноподчиненном
бессоюзном
предложении
(На
материале
азербайджанского языка) // СТ, 1971, 3, с. 13-14
176. Ширалиев М. Ш. О синтаксический функции частей
речи / Структура и история тюркских языков. М.:
Наука, 1971, с. 176-178
177. Юлдашев
А.
А.
Лексикализация
тюркских
грамматических форм как объект словообразовательной
морфологии и словаря // Вопросы языкознание, 1977,
№1, c. 67-73
178. Ярцева В. Н. Проблема парадигмы в языке
аналитического строя / Материалы второй научный
сессии по вопросом германского языкознания.: М., Л.,
1961, c. 174-184
İngilis dilində
179. Bain A. A higher English grammar. London: Longmans,
1880, 263 pp.
180. Ginzburg R. S., Khidekel S. S. , Knyazeva G. Y., Sankin A.
A. A course in modern English lexicology. Moscow:
Vysšaja škola, 1979, 267 pp.
181. Koonin A. English lexicology. Moscow: State text-book
publishing house, 1940, 159pp.
162
182. Molhova J. Outlines of English lexicology. Moscow:
Naouka i izkoustvo, 1967, 180pp.
183. Orembovskaya M., Gvarjaladze T., Orembovskaya T.
English lexicology. Tbilisi: Tsodna, 1964, 133pp.
184. Rayevska H. English lexicology. Kiev: "Радянська
Школа", 1971, 335 pp.
185. Roderick A. Jacobs., Peter S. Rosenbaum. English
transformational grammar. London: Blaisdell Publishing
Company, 1968, 290 pp.
186. Soudek L. Structure of substandard words in British and
American English. Bratislava: SAV, 1967, 228 pp.
187. Sweet H. A new English grammar. Oxford: Claredon Press,
1892, 534 pp.
188. Zeynally M., Gezalova H. Word formation in the English
language. Bakı: Mütərcim, 2005, 115 pp.
İnternet resurslar
1.unsworks.unsw.edu.au
2.www.grammar.com
3.www.veritas.at
4.www.wikipedia.org
5.www. wikitionary.org
Mənbələr
Azərbaycan dilində
1. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, I cild., Bakı:
Şərq-Qərb, 2006, 740 s.
2. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, III cild., Bakı:
Şərq-Qərb, 2006, 671 s.
163
3. Azərbaycan dilinin izahlı lüğəti: 4 cilddə, IVcild., Bakı:
Şərq-Qərb, 2006, 709 s.
Türk dilində
4. Türkçe sözlük. Ankara: Türk dil kurumu, 2005, 2244 s.
İngilis dilində
5. Oxford advanced learner ҆ s dictionary. Oxford: Oxford
University Press, 2000, 1732 pp.
6. Agnes M., Laird Ch. Webster’s New World Dictionary and
Thesaurus. USA: Macmillan, 1996, 734 pp.
164
MÜNDƏRİCAT
Ön söz ................................................................................3
Müəllifdən .........................................................................5
I FƏSİL.
MÜXTƏLİFSİSTEMLİ DİLLƏRDƏ KONVERSİYANIN
TƏZAHÜR ÖZƏLLİKLƏRİ
1.1. Dildə konversiya hadisəsinə elmi-nəzəri baxış.............7
1.2. German dilçiliyində konversiya....................................20
1.3. Türkoloji dilçilikdə konversiya.....................................35
1.4. Rus dilçiliyində konversiya .........................................43
1.5. Azərbaycan dilçiliyində konversiya..............................58
1.6. Müxtəlifsistemli dillərdə konversiyanın
özəllikləri .............................................................................73
II FƏSİL
DİL SƏVİYYƏLƏRİNDƏ KONVERSİYA
2.1. Fonetik səviyyədə konversiya.......................................78
2.2. Morfoloji səviyyədə konversiya ...................................84
2.3. Sintaktik səviyyədə konversiya.....................................90
2.4. Leksik-semantik səviyyədə konversiya ........................99
III FƏSİL
KONVERSİYANIN STRUKTUR-SEMANTİK
NÖVLƏRİ
3.1. Substantivləşmə (isimləşmə) ........................................106
3.2. Adyektivləşmə (sifətləşmə) ........................................115
3.3. Verballaşma (feilləşmə) ..............................................123
165
3.4. Adverbiallaşma (zərfləşmə)..........................................127
3.5. Pronominallaşma (əvəzlikləşmə)..................................136
3. 6. Konyuksionallaşma (bağlayıcılaşma) ..........................140
NƏTİCƏ..............................................................................146
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT...............................148
166
D²LDƏ KONVERS²YA
HAD²SƏS²
167
“Elm və təhsil” nəşriyyatının direktoru:
Professor Nadir MƏMMƏDLİ
Dizayner: Zahid Məmmədov
Texniki redaktor: Yadigar Mirbagırzadə
Çapa imzalanmış 20.10.2018
Şərti çap vərəqi 8. Sifariş № 238.
Kağız formatı 60х84 1/16. Tiraj 500 .
168
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya
müəssisəsində hazır diapozitivlərdən çap olunmuşdur
E-mail: nurlan1959@gmail.com
Тел: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4
169
Dostları ilə paylaş: |