Yerlik hal – şərti olaraq məkani hal adlandırılsa da, əslində oğuz qrupu
türk dillərində daha geniş məna çalarlarına malikdir. Türk dillərində yerlik
hal şəkilçilərinin la//ta//za//na//ra və s. allomorflarına rast gəlinir, lakin bü-
tün türk dilləri üçün ümumi olan və ən geniş işlənmə dairəsinə malik va-
riant -da/-ta-dır. Bir çox türkoloqlar bu morfemi digər variantlar üçün yuva
hesab edirlər. Şəkilçidəki samit səsin hansı fonetik forma alması onun qo-
şulduğu sözün son samitindən asılı olur: iclasda – iclassa, düzdə – düzzə.
M.Şirəliyev türkmən dilindən gətirdiyi nümunələrlə -la, -za, -sa formaları-
nın Göklən dialektində geniş yayıldığını qeyd edir: ahalla – ahalda, bizze –
bizdə, qafassa – qəfəsdə
4
.
V.Şotta görə, yerlik və çıxışlıq hallar mənşəcə eyni olub, çıxışlıq hal
yerlik hal şəkilçisi üzərinə n (da+n) elementini artırmaqla yaranmışdır. O,
şəkilçinin «dur» müstəqil felindən törədiyini iddia edir. J.Deni isə den çı-
xışlıq hal şəkilçisini müstəqil mənalı ten» (bərabər) sözündən törəmə hesab
edir. M.Resenenə görə, dan = da (yerlik hal göstəricisi) + n (alət halı)
5
.
1
Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi. II hissə. Bakı, Maarif, 1987, s.34-36.
2
Cəlilov F.A. Azərbaycan dilinin morfonologiyası. Bakı, Maarif, 1988, s.221.
3
Серебренников Б., Гаджиева Н. Сравнительно-историческая грамматика
тюркских языков. Баку, Маариф, 1979, с.78-79.
4
Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, Maarif, 1968, s.140.
5
Məmmədli M. Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları, Bakı,
Elm, 2003, s.84.
18
B.Xəlilov V.Kotviçə əsaslanaraq -da
2
yerlik hal şəkilçisinin mənşəyini
monqol dilindəki saq (çaq) sözünə bağlayaraq bu elementin eyni zamanda
monqol dilində yönlük halın göstəricisi də olduğunu söyləyir
1
. M.Qıpçaq -