6
Tədqiqatın elmi nəticələri ilə bağlı Pyatiqorsk Dövlət Dilçilik Universite-
tində (14-16 aprel, 2010) və X.Berdekov adına
Kabardin-Balkar Dövlət
Universitetlərində (Nalçik, 8-9 noyabr, 2010) keçirilən beynəlxalq kon-
franslarda, Azərbaycan Dillər Universitetində alman dili fakültəsinin 60 il-
liyinə həsr edilmiş konfransda (19 dekabr 2010) məruzələr edilmiş, disser-
tasiyanın əsas məzmunu çap edilib bir monoqrafiyada, elmi məqalələr və
tezislərdə öz əksini tapmışdır.
Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə və
istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.
TƏDQİQATIN ƏSAS MƏZMUNU
Tədqiqatın «Türk dillərinin təsnifi sistemində
oğuz qrupu türk dillə-
rinin yeri və fərdi xüsusiyyətləri» adlanan
birinci fəslində türk dillərinin
çoxsaylı müəlliflər tərəfindən təsnifləndirilməsi, bu sırada oğuz qrupu türk
dillərinin necə və hansı əsaslarla yer alması məsələsi şərh edilir.
Müşahidələr göstərir ki, oğuz qrupu türk dilləri müxtəlif prinsiplər (ti-
poloji, stadial, funksional və s.) əsasında
təsnif edilsə də, türk xalqlarının
müasir dövrdə məskunlaşmasını nəzərdə tutan
coğrafi və dillərin qohumlu-
ğuna əsaslanan
genealoji prinsipə daha çox üstünlük verilmişdir.
Müqayisəli-tarixi metodun banisi
M.Kaşğari öz məlum əsərində türk dillə-
rini ərazi və keyfiyyət prinsipi əsasında təsnif edərək oğuz türkcəsini key-
fiyyətcə saf dillərdən hesab etmişdir.
Avropada türk dillərinin təsnifi təşəbbüsü XVIII əsrdə
F.N.Stralenber-
qin adı ilə bağlıdır. Təsnifatın aparıldığı dövrdə türk dillərinin differensia-
siyası lazımi səviyyədə olmadığından o, türklərin yaşadığı
bütün əraziləri
Tatarıstan adlandıraraq həmin ərazini Böyük Tatarıstan və Kiçik Tatarıstan
olmaqla iki hissəyə bölmüşdür. Onun bölgüsündə mövcud türk dillərinin
çox az bir hissəsi, oğuz dillərindən isə yalnız türkmən dili öz əksini
tapmışdır.
1
Bütün türk dillərini ümumi bir dilin dailektləri adlandıran
İ.İ.Berezinin
bölgüsündə dillər coğrafi prinsip əsasında təsnif
edildiyindən türkmən dili
Şərq, Azərbaycan və türk dilləri isə Qərb dialektinə aid edilmişdir.
2
V.V.Radlov da türk dillərini ərazi prinsipi üzrə təsnif etmiş, oğuz
yarımqrupu dilləri kumuk, qaraçay, balkar və Krım tatarlarının dili də daxil
olmaqla Cənub qrupuna daxil etmişdir.
3
1
Xəlilov B.Ə. Türkologiyaya giriş, Bakı, Nurlan 2006, səh.20-26.
2
Березин И.Н. Обзор трехлетного путеществия по Востоку, ЖМНП-55, СПб.,
1847.
3
Radlof V.V. Phonetik derNordlichen Türkisprachen, Leipziq, 1882.
7
F.Y.Korş bölgüçünü 4 söz və indiki zaman göstəricisinin tələffüzü əsa-
sında quraraq türk dillərini şimali, qərbi, şərqi və qarışıq qruplara ayırmış,
oğuz qrupu dilləri
qərbi türk dilləri qrupunda birləşdirmişdir.
1
A.N.Samoyloviç türk dillərini 6 qrup üzrə təsnif etmiş, oğuz qrupu dillə-
rini «ol» qrupu daxilində birləşdirmişdir. Bu bölgüdə türkmən dili eyni
zamanda 2 qrupda; həm beşinci, həm də altıncı qrupda yer almışdır.
2
Dostları ilə paylaş: