Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   2   3   4   5   6   7   8   9   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

Tədqiqatın metodu. Tədqiqat işinin əsas metodunu müqayisəli-tarixi 
metod təşkil edir, ona görə ki, genealoji cəhətdən bir dil qrupuna daxil olan 
dillərdə tarixi inkişaf nəticəsində meydana gələn qrammatik özəlliklərin 
araşdırılması üçün bu ən uyğun metoddur. Yeri gəldikcə təsviri, areal-
struktur, dilçilik coğrafiyası metodlarına da müraciət olunmuş, statistik 
təhlil, təsnifat və sistemləşdirmə üsullarından da istifadə edilmişdir. 
Tədqiqat işinin aprobasiyası. Dissertasiya Azərbaycan Dövlət Peda-
qoji Universitetinin Azərbaycan dilçiliyi kafedrasında hazırlanmışdır. 



Tədqiqatın elmi nəticələri ilə bağlı Pyatiqorsk Dövlət Dilçilik Universite-
tində (14-16 aprel, 2010) və X.Berdekov adına Kabardin-Balkar Dövlət 
Universitetlərində (Nalçik, 8-9 noyabr, 2010) keçirilən beynəlxalq kon-
franslarda, Azərbaycan Dillər Universitetində alman dili fakültəsinin 60 il-
liyinə həsr edilmiş konfransda (19 dekabr 2010) məruzələr edilmiş, disser-
tasiyanın əsas məzmunu çap edilib bir monoqrafiyada, elmi məqalələr və 
tezislərdə öz əksini tapmışdır. 
Dissertasiyanın quruluşu. Dissertasiya giriş, üç fəsil, nəticə və 
istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir. 
TƏDQİQATIN ƏSAS MƏZMUNU 
Tədqiqatın «Türk dillərinin təsnifi sistemində oğuz qrupu türk dillə-
rinin yeri və fərdi xüsusiyyətləri» adlanan birinci fəslində türk dillərinin 
çoxsaylı müəlliflər tərəfindən təsnifləndirilməsi, bu sırada oğuz qrupu türk 
dillərinin necə və hansı əsaslarla yer alması məsələsi şərh edilir. 
Müşahidələr göstərir ki, oğuz qrupu türk dilləri müxtəlif prinsiplər (ti-
poloji, stadial, funksional və s.) əsasında təsnif edilsə də, türk xalqlarının 
müasir dövrdə məskunlaşmasını nəzərdə tutan coğrafi və dillərin qohumlu-
ğuna əsaslanan genealoji prinsipə daha çox üstünlük verilmişdir. 
Müqayisəli-tarixi metodun banisi M.Kaşğari öz məlum əsərində türk dillə-
rini ərazi və keyfiyyət prinsipi əsasında təsnif edərək oğuz türkcəsini key-
fiyyətcə saf dillərdən hesab etmişdir.
Avropada türk dillərinin təsnifi təşəbbüsü XVIII əsrdə F.N.Stralenber-
qin adı ilə bağlıdır. Təsnifatın aparıldığı dövrdə türk dillərinin differensia-
siyası lazımi səviyyədə olmadığından o, türklərin yaşadığı bütün əraziləri 
Tatarıstan adlandıraraq həmin ərazini Böyük Tatarıstan və Kiçik Tatarıstan 
olmaqla iki hissəyə bölmüşdür. Onun bölgüsündə mövcud türk dillərinin 
çox az bir hissəsi, oğuz dillərindən isə yalnız türkmən dili öz əksini 
tapmışdır.
1
Bütün türk dillərini ümumi bir dilin dailektləri adlandıran İ.İ.Berezinin 
bölgüsündə dillər coğrafi prinsip əsasında təsnif edildiyindən türkmən dili 
Şərq, Azərbaycan və türk dilləri isə Qərb dialektinə aid edilmişdir.
2
V.V.Radlov da türk dillərini ərazi prinsipi üzrə təsnif etmiş, oğuz 
yarımqrupu dilləri kumuk, qaraçay, balkar və Krım tatarlarının dili də daxil 
olmaqla Cənub qrupuna daxil etmişdir.
3
1
Xəlilov B.Ə. Türkologiyaya giriş, Bakı, Nurlan 2006, səh.20-26. 
2
Березин И.Н. Обзор трехлетного путеществия по Востоку, ЖМНП-55, СПб., 
1847. 
3
Radlof V.V. Phonetik derNordlichen Türkisprachen, Leipziq, 1882. 



F.Y.Korş  bölgüçünü 4 söz və indiki zaman göstəricisinin tələffüzü əsa-
sında quraraq türk dillərini şimali, qərbi, şərqi və qarışıq qruplara ayırmış, 
oğuz qrupu dilləri qərbi türk dilləri qrupunda birləşdirmişdir.
1
A.N.Samoyloviç türk dillərini 6 qrup üzrə təsnif etmiş, oğuz qrupu dillə-
rini «ol» qrupu daxilində birləşdirmişdir. Bu bölgüdə türkmən dili eyni 
zamanda 2 qrupda; həm beşinci, həm də altıncı qrupda yer almışdır.
2

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin