Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


Dissertasiyada müdafiəyə çıxarılan müddəalar



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   2   3   4   5   6   7   8   9   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

Dissertasiyada müdafiəyə çıxarılan müddəalar:-oğuz qrupu türk dil-
lərinə məxsus qrammatik şəkilçilərin inkişaf və formalaşma xüsusiyyətlə-
rinin ictimai-tarixi şəraitlə bağlılığını əsaslandırmaq;-bu dillərin qrammatik 
kateqoriya göstəricilərinin arasındakı fərqli və oxşar özəlliklərin XVI-XVII 
əsrlərdən sonra meydana gəldiyinin dəqiqləşdirmək; -ədəbi dillə müqayisə-
də dialekt və şivələrdə fərqli cəhətlərin əsasən, fonetik səviyyədə mövcud-
luğunu müəyyənləşdirmək;-müqayisə edilən dillərdə qrammatik şəkilçilərin 
üslubi-semantik çalarlarının zənginliyini diqqətə yetirmək;-oğuz qrupu türk 
dillərində qrammatik şəkilçilərin digər türk dillərindəki bu növ şəkilçilər-
dən məna və formaca fərqləndiyini nümunələr əsasında təhlil etmək. 
Tədqiqatın obyekti oğuz qrupu türk dillərində,yəni Azərbaycan, türk, 
türkmən və qaqauz dillərində qrammatik şəkilçilərin növləri, formalaşma 
tarixi və üslubi xüsusiyyətlərinin müqayisəli şəkildə tədqiqidir.
Tədqiqatın predmeti tədqiq olunan mövzunun müşahidə və təhlilin-
dən əldə edilmiş nəticələrin ümumiləşdirilməsi və sistemləşdirilməsidir. 
Tədqiqatın məqsəd və vəzifələri çoxaspektli olub, oğuz qrupu türk 
dillərində qrammatik şəkilçilərin formalaşma tarixi, ümumi və fərqli cəhət-
lərin üzə çıxarılması, qrammatik formaların etimologiyası və morfonologi-
yası, işlənmə tezliyi və s. məsələlərin elmi şərhi işin əsas məqsəd və vəzifə-
lərini təşkil edir. Müqayisə edilən dillərdəki qrammatik şəkilçilərin sözdə-
yişmə imkanları, onların qrammatik forma olmaqdan başqa, substantiv və 
atributiv funksional-qrammatik kateqoriyaların başlıca müəyyənləşdirici 



əlaməti rolunda çıxış etməsi kimi linqvistik problemlərin aydınlaşdırılması 
da məqsədlər sırasındadır. 
Oğuz qrupuna daxil olan dillərin türk dilləri sistemində yeri və bu dillə-
rə məxsus ən xarakterik cəhətlərin üzə çıxarılması da dissertasiyanın 
ümumi məqsəd və vəzifələri cərgəsində yer almışdır. 

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin