Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə6/27
tarix11.05.2023
ölçüsü0,69 Mb.
#111368
1   2   3   4   5   6   7   8   9   ...   27
BƏŞİROV KAMİL KAMAL OĞLU

V.A.Boqoroditskinin bölgüsündə bütün türk dilləri yeddi qrupa ayrıla-
raq oğuz qrupu dillərinə yeddinci – cənub-qərb qrupunda yer ayrılmışdır: 
türkmən, Azərbaycan və Türkiyə türklərinin dili. Burada qaqauz dili ümu-
mən yer almamışdır.
3
S.E.Malov türk dillərini formalaşma tarixinə görə təsnif etmişdir. O, 
fonetik əlaməti əsas götürərək dillərin qədim və ya yeni olmasını buna 
əsasən müəyyən etməyə çalışmışdır. Məsələn, onun fikrinə görə, yeni 
yaranan dillərdə cingiltili, qədim dillərdə isə kar samitlərin mövqeyi üs-
tündür: altı (qədim) - aldı (yeni). Oğuz qrupu türk dilləri bölgüdə yeni türk 
dilləri qrupuna aid edilir ki, bununla razılaşmaq çətin görünür.
4
İ.Benzinqin təsnifatında türk dilləri beş qrupa bölünür.
2-ci qrup Cənub və ya Oğuz qrupu adlanır.Bu qrupa Türkiyə türkcəsi 
və onun dialektləri, o cümlədən qaqauz dili, İran Azərbaycanı da daxil ol-
maqla, Azərbaycan dili və onun dialektləri, İranda yaşayan türkmənlər də 
aid edilməklə türkmən dili və onun dialektləri aid edilir. Bölgüdə Azərbay-
can dili dialektlərindən olan qaşqaycanın müstəqil türk dili kimi verilməsi 
özünü doğrultmur.
5
K.N.Menqesin təsnifatı mahiyyətcə, İ.Benzinqinkindən az fərqlənsə də, 
nisbətən genişdir. O, bütün türk dillərini 12 yarımqrupu özündə birləşdirən 
6 əsas qrupa bölür. Bu bölgüdə oğuz dilləri Mərkəzi və ya Cənub-şərqi 
Asiya dilləri və ya Türküt dilləri adı ilə təqdim edilir. Buraya Qərbi 
osmanlıca, Rumeli, Anadolu, Cənubi Krım dialektləri və qaqauzca, azəricə 
(İran və qaşqay ləhcələri ilə birgə) və Cənubi türkməncə aid edilir. 
Qaqauzca və Cənubi Krım tatarlarının dili dialekt kimi təqdim edilir.
6
1
Türk dili / Dil ve edebiyyat Dergisi, Ankara, May, 1994, sayı 509. 
2
Самойлович А.Н. К вопросу о классификации тюркских языков, Баку, 1926.
3
Богородитский Б.А. Введение в татарское языкознание в связи с другими 
тюркскими языками, 2-е изд. Казан, 1953. 
4
Малов С.Е. Памятники древнетюркской письменности, Москва, Из-во 
АНСССР, 1951. 
5
Mehmet Akalın, Tarihi türk şiveleri, TKAE, 1988, s.7-9. 
6
Mehmet Akalın, Tarihi türk şiveleri, TKAE, 1988, s.10-12. 



Türk dillərinin ən mükəmməl təsnifatı N.A.Baskakova məxsusdur. Tari-
xi-coğrafi baxımdan türk xalqlarını Qərbi və Şərqi türk tayfa birliklərinə 
ayıran müəllif sonrakı mərhələdə türk dillərinin inkişafını şərtləndirən 
amilləri geniş təhlil süzgəcindən keçirmişdir. Onun bölgüsündə oğuz qrupu 
türk dilləri qərbi hun budağına daxil edilmişdir.
Alman alimi G.Dörfer «İranda türklər» adlı əsərində Oğuz qrupu türk 
dilləri və Azərbaycan dialektlərindən bəhs etməklə yanaşı, burada türk 
dillərinin təsnifatına dair düşüncələrini də ortaya qoymuşdur. «Təkcə türk 
dili ailəsinin yeddi dili vardır: oğuzca, qıpçaqca, uyğurca, güney sibircə
yakutca, xalacca və bolqarca»
1
Oğuz qrupu türk dillərinin beş dil ailəsinə bölündüyünü iddia edir: 
1)Batı oğuzca – Türkiyə türkcəsi; 2) Orta oğuzca – Azərbaycanca türkcəsi; 
3)Güney oğuzca – Qəzvinə qədər uzanan ləhcələr; 4) Kuzeydoğu oğuzca – 
özbək oğuzcasının da daxil olduğu Xorasan türkcəsi; 5) Kuzey oğuzca-
türkməncə. Oğuz qrupu türk dillərindən qaqauz dili G.Dörferin bölgüsündə 
yer almamış, Azərbaycan dilinin dialektlərindən olan Qəzvin və Xorasan 
ləhcələri, o cümlədən xalac dialekti ayrıca bir türk dili kimi təqdim 
olunmuşdur.
Məhərrəm Ergin türk dillərinin təsnifatı ilə ciddi məşğul olmasa da, 
onun türk dilləri və ləhcələri, şivələri haqqında fikirləri maraq doğurur. O,
türkcəni ümumi bir dil sayaraq qıpçaq və yakutcanı bu dillərin ləhcələri, 
qırğız, qazax, azəri (Azərbaycan dili) və osmanlı türkcəsini onun şivələri, 
Qara dəniz, Konya, İstanbul türkcələrini isə türk dili ağızları adlandırır.
2

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin